Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2534/2022 09.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı övladları xx.xx.2005-ci il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X2 ilə birlikdə ünvan 5ə köçürülməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı övladları xx.xx.2005-ci il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X2 ilə birlikdə ünvan 5ə köçürülməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, o, Cavabdeh ilə 2003-cü il tarixdən tanış olmuş, xx.xx.2004-cü il tarixdə yetkinlik yaşına çatmadığından cavabdehlə faktiki nikaha daxil olmaqla ailə həyatı qurmuş, təmtəraqlı toy məclisi keçirilmiş və sonrakı illər çox mehribanlıqla yaşamışlar. Toydan sonra cavabdehə məxsus Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayondakı iki otaqlı mənzilinə gəlin gəlmiş, bir il altı ay həmin mənzildə yaşadıqdan sonra, həmin mənzil satılmışdır. Satılmış mənzilin pulunun bir hissəsinə ünvan 1 ünvanda 3 otaqlı fərdi yaşayış evi alınmışdır. Cavabdeh parket ustası olduğundan həmişə yaxşı qazanca malik olmuş, lakin qazncının əksəriyyətini dostları ilə birlikdə içkiyə sərf etmişdir. 2006-cı ildə ünvan 2 ünvanda olan özbaşına tikilini aldıqdan sonra onlar birgə nikah dövründə əldə etdikləri qazanc hesabına dəhliz inşa etmiş, mətbəxi otağa çevirmiş, daha bir otaq, eyvan tikmişlər. Əvvəl həmin evdə o, əri, övladları, qaynanası, baldızı, onun əri və uşaqları yaşamışlar. Sonradan baldızı həmin torpaq sahəsində özünə ev inşa etmiş, 5 il əvvəl həmin evi 12000-14000 manata sataraq həyat yoldaşına verilən evə köçmüşdür. Qaynanası isə vəfat etmişdir. Qaynanası və baldızı onların yaşadıqları evin tikintisinə vəsait sərf etməmişlər. Fərdi yaşayış evinin sahibi ilə birgə nikahı olmasına, birgə nikahlarından üç övladlarının olmasına baxmayaraq ondan başqa ailədə hamı həmin evə pasport qeydiyyatına alınmışdır. Cavabdehlə birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2016-cı il təvəllüdlü X2 anadan olmuşdur. Övladlarının ikisi ünvan 1 ünvanında anadan olmuşdur. xx.xx.2011-ci il tarixdə o, cavabdehlə rəsmi nikaha daxil olmuşdur. Cavabdeh ilə birgə nikahdan doğulan uşaqlarının üçü də Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci mədən küçəsi korpus 22 ev 83 ünvanda qeydiyyatdadırlar. Cavabdeh spirtli içki aludəçisi olmaqla ailəyə, uşaqlarına maddi və mənəvi cəhətdən kömək etmir, uşaqlarının təlim-tərbiyəsi ilə, fiziki sağlamlığı ilə məşğul olmur. Cavabdehin daimi iş yeri yoxdur, hərdən fərdi əməklə məşğul olaraq qazandığı pul vəsaitinə spirtli içkilər alıb içməklə, ailə üzvləri arasında insan ləyaqətini alçaldan söyüşlər etməklə öz uşaqlarını və həyat yoldaşını vaxtaşırı təhqir etməklə yaşadıqları mənzildən qovur, bir neçə gün anasının evində yaşadıqdan sonra cavabdeh onu uşaqları ilə birlikdə mənzilə gətirmişdir. Ailənin maddi cəhətdən dolanışığı üçün pul vəsaitini o, qazanır. Özünün qazancı, yaxınlarının köməkliyi ilə uşaqlarını dolandırırlar. Yaşadıqları ev dörd otaqlıdır, evdə yalnız onun ailə üzvləri yaşayır, onun ailə üzvlərinə məxsus əşyalar yerləşir. Onun baldızı və 2 uşağı da həmin evdə qeydiyyatda olmasına baxmayaraq, özlərinə məxsus mənzildə yaşayırlar. Cavabdeh 2021-ci ilin sentyabr ayının birinci on günlüyündə onu üç azyaşlı uşaqlarını təhqir edərək evdən qovmuşdur. Hal-hazırda o, övladları ilə birlikdə valideynlərinə məxsus evdə yaşayır. Bu ev çox darısqal, təmirsiz olduğundan orada yaşamaqda çox əziyyət çəkirlər. Hazırda Cavabdeh 4 otaqlı evdə tək-tənha yaşayır, uşaqların saxlanmasına köməklik göstərmir. Ona və övladlarına həmin evdə yaşamağa imkan vermir. Ona məxsus 18 il bundan əvvəl valideynləri tərəfindən ona verilən cehiz əşyaları müxtəlif mebellər, yataq dəstləri və məişət əşyaları həmin evdə yerləşdirilmişdir. xx.xx.2021-ci il tarixdə cavabdeh qeyd edilən ünvandan ona cehiz verilən mebelləri söküb onun anasına məxsus evin həyətinə gətirib tökmüşdür. O, uzun illər övladları üçün toplayıb gizlətdiyi 3275 manat pulunu da cavabdeh götürmüşdür. Cavabdeh ona aid olan geyim əşyalarını noyabr ayında anasının evinə taksi vasitəsilə göndərərək ona və övladlarına bir daha onları evinə buraxmayacağını bildirmişdir. Həmin ev onun cavabdehlə birgə nikahı dövründə alındığından, həmin evdə birgə nikah dövründə əldə etdikləri vəsait hesabına yenidənqurma və təmir işləri aparıldığından, o, övladları ilə birlikdə 2021-ci ilin sentyabrınadək ailəsi ilə birlikdə həmin evdə yaşadığından onun da övladları ilə bu evdə yaşamaq hüququ vardır. Məhkəməyə müraciət etdikdən sonra cavabdehin nümayəndəsi olan bacısı ona evə olan hüququna görə 25000 manat verməyi təklif etmiş, onlar birlikdə notariat kontoruna getsələr də, sonradan münasibətləri pozulmuş, belə ki, cavabdeh tərəf onun mağazadan övladlarına görə aldığı nisiyə ərzaq məhsullarını dəyərini ödəmək istəməmişdir. Ona görə də onun yaganə yaşayış yerləri olan, həmin ünvanda pasport qeydiyyatında olan azyaşlı övladları xx.xx.2005-ci il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2016-cı il təvəllüdlü X2 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci mədən küçəsi korpus 22, 83 saylı evə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil İddiaçı izahatını təsdiq etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında iddia tələbi ilə razılaşmayaraq bildirmişdir ki, o, X7 ilə xx.xx.2004-ci ildə ailə həyatı qurmuşdur. Ailənin maddi imkanı yol vermədiyindən qarşı tərəfdən hərhansı bir cehiz əşyası qəbul etməmişdir. Toydan sonra onun valideynlərinə məxsus 7 mk, bina 9/25 mərtəbə 4 mənzil 40-da 1 ay qaldıqdan sonra onlar Rusiya Federasiyasının Ulyanovski şəhərinə yaşamağa getmişlər. O, tələbəlik illərindən Rusiyada yaşamışdır. Həyat yoldaşı 2005-ci ilin yayında 3 aylıq hamilə olanda Bakı şəhərinə qayıtmış, bir müddət sonra o, da Bakı şəhərinə qayıtmışdır. Müəyyən müddət keçdikdən sonra iddiaçı X7 heç bir səbəb göstərmədən boşanmaq istədiyini bildirmiş və anasının evinə qayıtmışdır. Bu arada onun mərhum anası X3 2006-cı ilin sentyabr ayında evi satıb Binəqədi qəsəbəsi 1-ci mədən 22-ci korpus 83 saylı evi almışdır. 2007-ci ilin yaz ayında o, oğlunun başqa evdə böyüməsini istəmədiyindən ailəsini gətirmək və aradan soyuqluğu qaldırmaq istəmişdir. X1 l yaş 5 aylıq olmasına baxmayaraq doğum haqqında şəhadətnaməsi olmamışdır. 2008-ci ildə qızı X11 dünyaya gəlmişdir. O, yoldaşının bütün hərəkətlərinə dözərək, fəhləliklə uşaq böyüdüb ailə saxlamışdır. İddiaçı ilə 2011-ci ildə rəsmi nigaha daxil olmuş və iddiaçıya Sadıxadə soyadı verilmişdir. O, 2019cu ildə qazanc məqsədi ilə Ukrayna Respublikasına getmiş və hər ay uşaqlarına pul göndərmişdir. Bir müddətdən sonra həyat yoldaşı balaca oğlu xəstələndiyindən onu təcili Bakı şəhərinə çağırmışdır. O da təcili olaraq Bakı şəhərinə qayıtmış və ailədə mübahisələr həmin vaxtdan başlamışdır. Hər dəfə iddiaçının anası, bacısı onlara gedib söz-söhbət salmış, ailəyə yersiz müdaxilələr etmişlər. Həyat yoldaşı tez-tez anasının Cəlil Məmmədquluzadə 186 ünvanında yerləşən evinə getmiş və bütün bayram tədbirlərini onlarla birgə keçirmişdir. İddiaçının anası X4 məxsus 80 m2 yaşayış yeri vardır. O, öz pulu ilə Mirzəyeva Validəyə məxsus fərdi yaşayış evinin qarşısını 22 m2 artırmış, dam örtüyünə qədər yaxşılaşdırmalar etmiş və 1 qapı, pəncərəli tikinti işi görmüşdür. 2021-ci ilin sentyabrında uşaqları bəhanə gətirən iddiaçı əşyalarını götürüb yenə anasının evinə getmiş, yay fəsillərində evə gələcəklərini bildirmişdir. Bundan sonra ona iddiaçının başqa biri sevgi macəraları yaşaması məlum olmuşdur. İddiaçının anası evindən 10 ildən sonra gətirdiyi bir yataq dəsti olmuş, yataq dəstini o, söküb səliqəli formada anası Mirzəyeva Validəyə təhvil vermiş və bu faktın şəklini də çəkmişdir. O, xx.xx.2021-ci il tarixdə 3275 manat məbləğində oğurluq ittihamı ilə bağlı Binəqədi Rayonu 43 saylı polis bölməsinə çağırılmışdır. Tədqiqat nəticəsində İddiaçı ərizəsinə rədd cavabı verilmişdir. Binəqədi qəsəbəsi 1-ci mədən 22-ci korpus 83 saylı evin mülkiyyətçisi onun anası olduğundan, iddiaçının mülkiyyətçi ilə notarial qaydada təsdiq olunan müqaviləsi olmadığından, mənzilin mülkiyyətçisi olmadığı üçün o, cavabdeh ola bilmədiyindən, iddiaçı ilə bir evdə yaşaya bilməyəcəyindən iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə izahatında iddiaçı ilə bir evdə yaşaya bilməyəcəklərini bildirib, iddiaçıya evə olan hüquqlarına görə 8000-10000 manat təklif edərək mübahisəni öz aralarında həll etməyə razı olduqlarını bildirmişdir. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak etməyəcəyini, işə onun iştirakı olmadan baxılaraq iddia ərizəsinin rədd edilməsini xahiş etmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, qızı İddiaçı 15 yaşında Cavabdeh ilə faktiki nikaha daxil olmuş, birgə nikahlarından 3 uşaqları vardır. Nikaha daxil olandan sonra qızı əri ilə Rusiyaya getmiş, lakin hamilə olduğundan qaynanasının evinə qayıtmışdır. Lakin Qasımın anasının evində tələbə kirayəçilər yaşadığından o, məcbur olub hamilə qızımı öz evinə aparmışdır. Birinci uşaq anadan olandan sonra Qasım Rusiyadan qayıtmış, öz evlərini satıb 2006-cı ildə ünvan 2 ünvanında olan özbaşına tikilini almışdır. Sonra bu evdə 1 otaq, dəhliz, mətbəx, hamam, ayaqyolu, eyvan tikilmiş, bu ünvanda Aynurun daha iki övladı anadan olmuşdur. Aynurun baldızı həmin həyətdə tikdirdiyi evi sataraq başqa ünvanda olan ərinə məxsus mənzildə ailəsi ilə birlikdə yaşayır. Qasım spirtli içkilərə aludə olduğundan, evinə kənar şəxsləri gətirib içki məclisləri təşkil etdiyindən Aynur etirazını bildirdiyindən Qasım Aynuru evdən qovmuşdur. 2021-ci ilin sentyabr ayından Aynur övladları ilə onun mənzilində yaşayır, Qasım ailəsini yaşadığı evə buraxmır. Qasım Aynurun yataq mebeli dəstini 2021-ci il dekabr ayında gətirib onun həyətnə yığmışdır. Həmin mebelin içində olan pulu götürüb qaytarmamışdır. Məhkəmə iddiaçının izahatını, şahid ifadəsini dinləyib, cavabdehin məhkəməyə təqdim etdiyi etirazını və məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZ-İİİ № 730109 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh Maiş oğlu ilə X7 xx.xx.2011-ci il tarixində nikaha olmuş, bu barədə nikah akt qeydləri kitabında 472 nömrəli akt qeydi tərtib olunmuş, nikahdan sonra arvada Sadıxova soyadı verilmişdir. ünvan 3 83 saylı ev ünvanı üzrə vətəndaşların qeydiyyatı üçün 2006-cı iltarixli ev kitabının surətindən müəyyən olunur ki, ünvan 4 83 saylı ev ünvanında X3, Cavabdeh Maiş oğlu, Nümayəndə, X12, X13 qeydiyyatdadırlar. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZ-İ № 795799 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 xx.xx.2016-cı il tarixində ölmuş, bu barədə akt qeydləri kitabında 306 nömrəli ölüm haqqında akt qeydi tərtib olunmuşdur. 1 saylı Bakı Asan xidmət mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışından müəyyən olunur ki, xx.xx.2005-ci il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2016-cı il təvəllüdlü X2, xx.xx.1974-cü il təvəllüdlü Nümayəndə, xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh Maiş oğlu, xx.xx.2003-cü il təvəllüdlü Həşimli Alşan oğlu ünvan 4 83-də qeydiyyatdadırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, özbaşına tikili olan ünvan 5də iddiaçı 2006-cı ildən ailəsi, həmin vaxt əri və bir övladı ilə yaşamağa başlamış, daha sonra tərəflərin bu ünvanda daha iki övladları anadan olmuş, tərəflərin birgə nikahlarından olan 3 övladları cavabdeh kimi bu ünvana qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, cavabdehlə 2021-ci ilin sentyabr ayınadək ünvan 5 ünvanında yaşayan, birgə nikah dövründə həmin evdə cavabdehlə birlikdə əlavə tikinti işləri aparan iddiaçını cavabdeh üç övladı ilə birlikdə yeganə yaşayış yerləri olan evdən çıxarmaqla həmin evə qayıtmağa icazə vermir. Məhkəmə qeyd edir ki, özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1.-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2.-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, özbaşına tikili inşa etmiş, almış şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməzdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı özünün və övladlarının yeganə yaşayış sahəsi olan ünvan 6 ünvanında yerləşən, hüquq müəyyənedici sənədi olmayan tikilidə uzun müddət övladları ilə birlikdə yaşadığından, cavabdehlə birgə nikah dövründə əldə etdikləri vəsait hesabına bu evdə tikinti işləri apardığından, cavabdehin etirazında istinad olunan hallar iddiaçının və övladlarının həmin tikiliyə köçürülməmələri üçün əsas olmadığından iddia ərizəsi təmin edilməlidir. Belə ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. İddiaçı övladları xx.xx.2005-ci il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2016-cı il təvəllüdlü X2 ilə birlikdə ünvan 5ə köçürülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-2534/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2534/2022
09.06.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver