Məhkəmə qərarları › İş №2(001)-2546/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2546/2022

12.05.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2546/2022 12.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı işə bərpa tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 01 fevral 2016-cı il tarixli əmək müqaviləsinə əsasən Cavabdehndə buraxılış məntəqəsinin nəzarətçisi vəzifəsinə işə qəbul edilmişdir. 07 dekabr 2020-ci il tarixdə Cavabdeh tərəfindən qanunsuz olaraq yuxanda qeyd edilən əmək müqaviləsinə xitam verilərək işdən çıxarılmışdır. İddiaçının işdən çıxma ərizəsi olmadığı halda, sənədlərin içinə onun adından yazılan saxta ərizə əlavə edilib. Bundan əlavə Əmək kitabçasında işləmədiyi idarə və müəssisələr qeyd olunub. 01.09.2019-cu il tarixdən 01.11.2019-cu il tarixədək 4 X4 müalicə aldığı ayların pulu iddiaçıya ödənilməyib. Cavabdehin iddiaçını qanunsuz olaraq işdən çıxarması nəticəsində o, ağır maddi duruma düşmüş və qazancsız qalaraq məcbur olaraq bankdan kredit götürməli olmuşdur. 25.04.2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə cavabdehin etiraz ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, ... İddiaçı 01.02.2016-cı il tarixdə Cavabdeh MMC-nin Nəzarət-buraxılış şöbəsinə nəzarətçi vəzifəsinə təyin edilmişdir. 14.08.2019-cu il tarixli, 235/k saylı əmrə əsasən ştat vahidinin ixtisarı ilə əlaqədar İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bu zaman qanunvericiliyin tələblərinə uyğun olaraq ona öncədən xəbərdarlıq edilmiş, hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə bir iş günü əmək funksiyalarının icrasından azad edilmiş və ona müəyyən olunmuş məbləğdə işdənçıxarma müavinəti ödənilmişdir. Etiraza əlavə edilmiş xəstəlik vərəqələrindən göründüyü kimi İddiaçı uzun müddət xəstəlikdən əziyyət çəkmiş və müalicə müəssisəsinin göstərişinə əsasən 28.01.2019-cu il tarixdən 10.08.2019-cu il tarixədək işdən azad edilmişdir. Bundan sonra, İddiaçı çoxsaylı xahişlərini, ailə vəziyyətini və səhhəti ilə əlaqədar maddi durumunun aşağı olmasını nəzərə alaraq, 04.11.2019-cu il tarixdə onunla yenidən qısa müddətli (3 aylıq) əmək müqaviləsi bağlanılaraq, İddiaçı Cavabdeh MMC-nin Nəzarət-buraxılış şöbəsinin nəzarətçi vəzifəsinə təyin edilmişdir. 07.12.2020-ci il tarixli, 87/K saylı əmrə əsasən onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” yarımbəndini rəhbər tutaraq əmək qanunvericiliyin tələblərinə uyğun xitam verilmiş, onunla son haqq-hesab aparılmış və hər-hansı pozuntuya yol verilməmişdir. İddiaçı öz ərizəsində qeyd etmişdir ki, onun işdən çıxma ərizəsi olmayıb. Bununla əlaqədar iddiaçının işdən çıxma barədə şəxsi işində saxlanılan ərizəsi etiraza əlavə edilir. Həmin ərizədən də göründüyü kimi işçinin öz xahişi ilə onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının ərizəsində göstərilən digər dəlil 01.09.2019-cu il tarixdən 01.11.2019-cu il tarixədək 4 X4 müalicə aldığı aylar üzrə ona müvafiq ödənişin edilməməsi ilə bağlıdır. İddiaçının ərizəyə əlavə etdiyi əmək kitabasının surətindən göründüyü kimi 01.09.2019-cu il tarixdən 01.11.2019-cu il tarixədək İddiaçı Cavabdeh MMC-də işləməmişdir. İddiaçının əmək kitabçasının iş yerindən ona 05.11.2021-ci il tarixdə, 11 aylıq süründürməçilikdən sonra verilməsi ilə bağlı iddia ərizəsində göstərilənlər tamamilə şər və böhtan xarakterlidir. Belə ki, əmək kitabçası İddiaçı tələb etdiyi gün ona təhvil verilmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində göstərilənlər əsassız olmaqla bərabər hər hansı mötəbər sübutlarla təsdiq edilmir. İşin hallarından da göründüyü kimi iddiaçı Cavabdeh MMC-nin Nəzarət-buraxılış şöbəsində nəzarətçi vəzifəsində işləyib. 05.11.2020-ci il tarixdə yazılı ərizə ilə işəgötürənə müraciət edərək öz xahişi ilə işdən azad edilməsini xahiş edib. İşəgötürənin 07.12.2020-ci il tarixli, 87/K saylı əmri ilə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” yarımbəndini rəhbər tutaraq əmək qanunvericiliyin tələblərinə uyğun xitam verilmişdir. İddiaçı 16.03.2022-ci il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət edərək, işdən çıxma ərizəsi olmadan işdən azad edildiyini göstərib, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəyə barpa edilməsini iddia edir. İddiaçı öz iradəsinə uyğun olaraq tutduğu vəzifədən azad edilməsi barədə yazılı ərizə verdiyindən, həmin ərizə əsasında onunla bağlanılmış əmək müqaviləsinə xitam verildiyindən və əmək qanunvericiliyinə uyğun əmrlə rəsmiləşdirildiyindən hazırki iddia əsassızdır. Cavabdeh eyni zamanda iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ... 07.12.2020-ci il tarixli, 87/K saylı əmrə əsasən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” yarımbəndini rəhbər tutaraq əmək qanunvericiliyin tələblərinə uyğun xitam verilmiş və onunla son haqq-hesab aparılmışdır. İddiaçı hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət edənədək qanunla müəyyən edilmiş 1 aylıq müddəti ötürmüşdür. ... Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü bəndində göstərilir ki, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddiaçı onunla bağlanmış əmək müqaviləsinə 07 dekabr 2020ci il tarixdən xitam verilməsini məhz həmin tarixdən bilib. Eyni zamanda onun tərəfindən 11 mart və 14 aprel 2021-ci il tarixlərində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciətlər olunub. Onun işdən nə zaman və hansı əsasla azad edilməsi barədə məlumatının olması onun müraciətləri ilə təsdiq olunur. Cavabdeh yuxarıda göstərilənlərə əsasən, iddiaçının hazırkl iddia tələbləri ilə məhkəməyə müraciət edənədək qanunla müəyyən edilmiş 1 aylıq müddəti 1 il 4 aydan artıq müddətdə ötürdüyünü nəzərə alaraq iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, 14.08.2019-cu il tarixli, 235 saylı qanunsuz əmrlə əlaqədar o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 6 saylı region üzrə X1suz işdən çıxarılması ilə əlaqədar ərizə ilə müraciət etmişdir. Müfəttişliyin yoxlaması nəticəsində "xxxx" MMC əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, eləcə də işəgötürən tərəfindən əmək müqaviləsində əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə aşkar olunmuş qanun pozuntusu ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrinə müvafiq olaraq müfəttişlik tərəfindən Cavabdeh MMC-nin rəhbəri barədə inzibati xəta haqqında 09.10.2019-cu il tarixli MN seriyalı — ******* nömrəli Protokol tərtib edilmişdir və bu barədə o, məhkəməyə Əmək Müfəttişliyinin rəsmi sənədini 26.04.2022-ci il tarixdə təqdim etmişdir. Yuxarıda göstərilən Protokolla əlaqədar Cavabdeh MMC-nin rəhbəri və kadrlar şöbəsinin rəisi onu öz otaqlarına dəvət etmiş və ondan işə bərpa edilməyi müqabilində Əmək Müfəttişliyindən şikayətini geri götürməyini xahiş etdilər. O, işə bərpa şərti və müfəttişliyin Protokolda göstərdiyi pozuntuların düzəldilməsini nəzərə almaq şərti ilə xahişi nəzərə alıb əmək müfəttişliyindən bir ay ərzində ərizəsini geri götürdü və işə çıxdı. Lakin onu aldatdılar və verdikləri sözə əməl etmədillər. Belə ki, 14.08.2019-cu il tarixdə işə bərpa olma əvəzinə 04.11.2019-cu il tarixdən işə yenidən qəbul etdilər, yəni 3 aydan sonra işə qəbul əmrimi verdilər. Cavabdeh MMC-nin hüquqşünası iddiaçıya kadrlar şöbəsindəki iş qovluğunu əmək kitabçası ilə birlikdə iddiaçıya təhvil vermək əvəzinə, 11 ay özündə saxlayıb, iddiaçıya yalan ümüd verici sözlərlə yəni – “gələn həftə, gələn ay, arxayın ol, səni işə bərpa edəcəyik” deyərək, əslində iddiaçının məhkəməyə müraciət etmək müddətindən məhrum edirmiş. Bu yubandırmanın əyani sübutu Əmək Müfəttişliyinin 19.11.2021-ci il № **********6 saylı iddiaçıya ünvanlanmış məktubunda təsdiqini tapır. Digər bir sənəd 16.08.2021-ci il tarixli X2 rəisi Fuad Heydərovun Azərbaycan Respublikası Baş Prokurorluğunun, Cinayət təqibindən kənar icraatlar İdarəsinin rəisi cənab Elnur Musayevə ünvanladığı məktub buna əyani sübutdur. İşdən guya ərizəsinə əsasən çıxmağı ilə bağlı bildirir ki, pandemiya dövründə, yəni 27.08.2020ci il tarixdə avtovağzalın fəaliyyət göstərmədiyi dövrdə iddiaçıya taksi sürücüləri tərəfindən avtovağzalın taksi dayanacaqlarının işlədiyini dedilər. İddiaçı maddi-məsul nəzarətçi olduğu üçün, dayanacağa daxil olan avtomobillərə verilməli olan 1 manatlıq qəbzləri (591 qəbz) götürüb avtovağzalın dayanacağına yaxınlaşdı və nəzarət-buraxılış- şöbəsinin rəisi ilə görüşüb işə gəldiyini bildirdi. O isə iddiaçıya bildirdi ki, dayanacaqlar qeyri-qanuni işləyir, çünki pandemiya dövrü olduğundan rəsmi icazə yoxdur, dayanacaqlara daxil olan avtomobillərlə nağd pulla hesablaşmalar aparılır, bu isə qanuna ziddir. Dayanacaqlarda yığılan sutkalıq pullar kadrlar şöbəsinin rəisinə verilir. Kadrlar şöbəsinin rəisi ilə əlaqə saxlayanda isə o iddiaçıya dedi ki, “aylıq maaşını alırsan - get otur evində, rəsmi şəkildə iş başlayanda səni çağıracayıq”. Bu hadisə ilə bağlı iddiaçı Cavabdeh MMC-nin vergidən yayındığını bildirdi və rəhbərlik ondan narazı qaldı. Bu hadisədən 3 ay sonra yəni, 04.12.2020-ci il tarixdə kadrlar şöbəsinin rəisi iddiaçıya zəng edib bildirdi ki, o, yeni ildə əmək müqaviləsi bağlamaq üçün ərizə yazmalıdır. Həmin gün iddiaçı təqribən 13:30 radələrində kadrlar şöbəsinin rəisi ilə otağında görüşdü. Nahar fasiləsi idi və o iddiaçıya dedi ki, “qızlara tapşırmışam, get boş vərəqə qol çək qızlar özləri müqaviləni dolduracaqlar”. İddiaçı da kadrlar şöbəsinin işçilərinin olduğu otağa girdi və nahar fasiləsi olduğu üçün onların iddiaçıya verdikləri boş vərəqə imza etdi və otaqdan çıxaraq ofisi tərk etdi. Nahar fasiləsinin bitməsini gözləyib, 15-20 dəqiqədən sonra iddiaçı kadrlar şöbəsinə qayıdaraq müqavilənin şərtləri ilə tanış olmaq istədi. Qol çəkdiyi boş vərəqdə, nahar fasiləsi zamanı, tələsik işdən çıxarılmağı ilə bağlı cümləni oxuyub dəhşətə gəldi. Onu niyə aldatdıqlarını soruşanda, müdürün əmrini yerinə yetirdiklərini bildirdilər. İddiaçı əlində həmin kağızla müdürün otağına keçəndə otaq artıq bağlı idi, müdür yerində yox idi. O, əmək müqaviləsi adı altında aldadıb boş kağıza qol çəkilmiş həmin orijinal nüsxəni məhkəməyə təqdim edə bilər. Pandemiya dövründə 27.08.2020-ci ildən 01.04.2021-ci ilə qədər, yəni 7 ay ərzində avtovağzalın dayanacaqlarından "Azerbaijan Ground Services” MMC-nin rəhbərliyi tərəfindən qanunsuz yığılmış təqribən 60.000 manat pulun mənimsənilməsi həmçinin vergidən yayınması barədə iddiaçı X6 rəsmi məktub ünvanlamış və onun surətini məhkəməyə təqdim edib. Pandemiya dövründə Nazirlər Kabineti tərəfindən avtovağzalda Cavabdeh MMC-nin fəaliyyətinin dayandırıldığı vaxtda işə getmə məhdudiyyəti olduğu bir zamanda şirkətin rəhbərliyi ondan qisas almaq üçün hər cür cinayət əməllərinə əl atıb. Ümumiyyətlə iddiaçı 2020-ci ildə pandemiya dövründə işdən könüllü çıxmağı ilə bağlı heç bir ərizə yazmamış, Cavabdeh MMC tərəfindən məhkəməyə onun imzası ilə 2020-ci il tarixli ərizə daxil olubsa, deməli bu ərizə kompyuterlə montaj edilmiş (fotoşop), saxta, cinayət tərkibli əməldir. Eyni zamanda iddiaçı məhkəməyə bildirdi ki, 30.12.2020-ci il tarixdə hesabına hər ay aldığı əmək haqqından əlavə pul köçürüldüyünü görəndə, Cavabdeh mühasibi ilə əlaqə saxlamış və o, müəyyən araşdırma apardıqdan sonra iddiaçıya bildirmişdir ki, iddiaçı işdən azad olunduğuna görə, əmək haqqından əlavə olaraq ona son haqq-hesab ödənilib. Bayram günlərindən sonra gələn birinci iş günündə o, Cavabdehnə getmiş və işə bərpa olunması barədə şifahi olaraq müraciət etmişdir. Ondan sonra o, 11 ay müddətində cavabdehin əməkdaşları tərəfindən aldadılıb, ona müxtəlif vədlər verilib və 2021-ci ilin noyabr ayında ona nəhayət əmək kitabçası verilmişdir. O, məhkəməyə əmək kitabçasını almadan müraciət edə bilməzdi. Belə ki, hansı əsasla işdən azad olunmasından xəbərdar deyildi. Cavabdeh nümayəndəsi Nümayəndə etiraz və iddia müddətinin tətbiq edilməsi barədə ərizələrin məzmununa uyğun izahat verdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarında olan 05.11.2020-ci il tarixli ərizəyə əsasən, İddiaçı həmin tarixdə Cavabdeh direktoruna müraciət edərək, işdən azad edilməsini xahiş etmiş və Cavabdeh 07.12.2020-ci il tarixli, 87/K saylı əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” yarımbəndi əsas tutularaq xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinin Cavabdeh rəhbərliyinə ünvanladığı 18.03.2021-ci il tarixli, **********4 saylı məktubundan və məktuba əlavə edilmiş müraciət vərəqəsindən görünür ki, İddiaçı 11.03.2021-ci il tarixdə qanunsuz olaraq işdən azad edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Eyni məzmunlu müraciət iddiaçı tərəfindən 14.04.2021-ci il tarixdə də edilmişdir. İş materiallarında olan məktublardan göründüyü kimi, İddiaçı 2021-ci ilin aprel ayından başlayaraq Cavabdeh tərəfindən yol verilmiş vergi qanunvericiliyinin pozuntuları ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə mütəmadi yazışmalar aparmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən, ... fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir”. İş materiallarından və iddiaçının məhkəmə iclasında verdiyi izahatdan aydın olur ki, iddiaçı işdən azad edilməsi barədə 2020-ci ilin dekabr ayının sonundan məlumatlı olmuş və 2021-ci ilin mart ayından bu barədə müvafiq şikayətlərlə aidiyyəti qurumlara müraciət etməyə başlamış, lakin hazırkı iddia ərizəsi ilə məhkəməyə 18.03.2022-ci il tarixdə müraciət etmişdir. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olması nəzərə alınsa belə, iddiaçı tərəfindən əmək qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddəti ötürülmüş olur. İddiaçının iddia müddətini ötürməməsinə dair əsas dəlili ondan ibarətdir ki, cavabdeh tərəfindən ona əmək kitabçası işdən azad edildiyi tarixdən 11 ay sonra verilmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, işəgötürən tərəfindən əmək qanunvericiliyinin hər hansı formada pozulması iddiaçı tərəfindən iddia müddətinin ötürülməməsinə dəlalət etmir. İddiaçı faktiki olaraq 2020-ci ilin dekabr ayından işdən azad edilməsini bilmiş, həmin tarixdən əmək haqqı almamış, işə çıxmamış və belə olan halda mövcud vəziyyətin hər hansı ikili şərhi üçün zəmin yaranmamış və obyektiv olaraq iddiaçı üçün hüququnun pozulduğu həmin vaxtdan aşkar olmuşdur. Bu xüsusat iddiaçının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətlərlə də təsdiqlənir. Beləliklə, iş materiallarından göründüyü kimi, İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini buraxmış, mübahisə tərəfi olan Cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, "iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. ... Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir". İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Beləliklə, məhkəmə hesab edir ki, mövcud tələblər üzrə iddia müddəti ötürüldüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan İddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində malik olmuşdur. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia ərizəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar