Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2586/2025 02.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Muxtarova Lamiyə Hüseyn qızının katibliyi, Ərizəçi nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, Ərizəçi “əmlaka dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi faktının təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla “əmlaka dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi faktının təsdiq edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla, yəni Ərizəçi ilə erməni millətindən olan X12 arasında 01 iyul 1989-cu il tarixdə yazılı formada bağlanmış, əvvəlki ünvanı ünvan 1həri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, F.Rüstəmov küçəsi, ev 4) olan əmlaka dair alqı-satqı müqaviləsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və eyni zamanda vəkili Vəkil ərizəni müdafiə etməklə yanaşı, ərizədə göstərilən xüsusatları təsdiq edərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə eyni zamanda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmədiklərini bildirərək, ərizə verməkdə məqsədlərinin müqavilənin bağlanmış hesab edilməsinin təsdiq edilməsindən ibarət olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iş üzrə icraata Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. İş materiallarında olan X3 ilə X12 arasında xx.xx.1989-cu il tarixdə bağlanmış və qonşular tərəfindən təsdiq edilmiş müqavilədən görünür ki, X12 (pasport XİV-ЖГ №677056) öz 59.5 m2 mənzilini, L.Şmidt küçəsi 36/4 nömrəli mənzili, 25500 məbləğində pula Bakı şəhəri sakini X1. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-850/2003 saylı 01 may 2003-cü il tarixli qətnaməsindən görünür ki, X9 vəzifəli şəxsin hərəkətlərindən şikayət və yaşayış hüququnun tanınması barədə ərizəsi təmin edilmiş, X9 və onun ailə üzvlərinin Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, F.Rüstəmov küçəsində yerləşən 4 saylı evə yaşayış hüquqlarının tanınması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 765 nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X6 həqiqətən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, F.Rüstəmov küçəsi 4 saylı evdə daimi pasport qeydiyyatındadır. Onun ailə tərkibi - atası 1962-ci il təvəllüdlü - Ərizəçi və qardaşı 2006-cı il təvəllüdlü X4 ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, F.Rüstəmov küçəsi 4 saylı evdə xx.xx.1983-cü il təvəllüdlü X8, xx.xx.1981-ci il təvəllüdlü X10, xx.xx.2013-cü il təvəllüdlü X11 və xx.xx.1991-ci il təvəllüdlü X6 qeydiyyatdadırlar. İş materiallarında olan Ərizəçi nümayəndəsi və eyni zamanda vəkili Vəkil tərəfindən məhkəməyə təqdim edilmiş mülahizədən görünür ki, hazırki ərizə ilə ərizəçi onunla erməni vətəndaşı arasında imzalanmış “daşınmaz əmlakın alğı-satqısına” dair müqavilənin bağlanmış hesab edilməsinin təsdiq edilməsini tələb etməkdədir. Yəni tərəflər arasında imzalanmış yazılı müqavilənin hüquqi əhəmiyyətli fakt olaraq təsdiq edilməsi niyyət edilməkdədir. Nəzərə alınması zəruridir ki, hazırki işə xüsusi icraat qaydasında deyil iddia icraatı qaydasında baxılması qanunvericiliklə mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Həmin Məcəllənin 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli "Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" Qərarının 1.5ci bəndində qeyd edilmişdir ki, hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Hazırki ərizəyə münasibətdə qeyd edilməlidir ki, Ərizəçi onunla erməni millətindən olan X12 arasında 01 iyul 1989-cu il tarixində yazılı formada bağlanılmış, əvvəlki ünvanı ünvan 3əri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, F.Rüstəmov küçəsi ev 4 olan, yerləşən evin) olan əmlaka dair alğı-satqı müqaviləsi faktının təsdiq edilməsini məhkəmədən xahiş edir. Qeyd edilən müqavilə ilə əlaqədar hər-hansı formada üçüncü şəxslərin alğı-satqı müqaviləsinin təsdiqinə etirazı olmadığı kimi, ümumiyyətlə həmin əmlakla bağlı hansısa formada tələbi mövcud deyildir. Keçən müddət ərzində mövcud daşınmaz əmlakla bağlı istər ərizəçiyə, istərsə də digər fiziki və hüquqi şəxslərə qarşı məhkəmədə iddia qaldırılmamış və ya hansısa formada şikayətlər olmamışdır. Əksinə ərizəçi alğı-satqı müqaviləsinin imzalandığı tarixdən etibarən ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşamaqdadır və hazırda öz hüquqlarının lazımı qaydada dövlət qeydiyyatına alınmasını təmin etmək məqsədi ilə imzalanmış müqavilənin hüquqi əhəmiyyətli fakt kimi təsdiq edilməsini tələb etməkdədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2-ci maddəsində məhkəmənin müəyyən etdiyi hüquqi əhəmiyyəti olan faktların siyahısı göstərilmişdir. 308-ci maddəyə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Ərizənin məzmunundan və iş materiallarından müəyyən olunur ki, ərizəçi faktiki sahibliyində və istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, F.Rüstəmov küçəsi 4 saylı evlə bağlı erməni vətəndaşı X12 arasında imzalanmış “daşınmaz əmlakın alğı-satqısına” dair sadə yazılı müqavilənin bağlanmış hesab edilməsinin təsdiq edilməsini tələb edir ki, nəticə etibarilə həmin evə dair mülkiyyət hüququnu qeydə aldıra bilsin. Ərizəçinin nümayəndəsi məhkəmə iclasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmədiklərini bildirərək, ərizə verməkdə məqsədlərinin müqavilənin bağlanmış hesab edilməsinin təsdiq edilməsindən ibarət olduğunu bildirmişdir. Bununla yanaşı X7 özünün həmin evə dair hər hansı hüquq-müəyyənedici sənədi məhkəməyə təqdim edilməmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, MPM-nin 307.2-ci maddəsində məhkəmənin müəyyən etdiyi hüquqi əhəmiyyəti olan faktların siyahısı göstərilmişdir və həmin siyahıda daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi kimi hüquqi əhəmiyyətli fakt yoxdur. Bununla yanaşı ərizəçi ilkin olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməli olduğu halda, bunu etməmiş, ərizəçinin faktiki sahibliyində və istifadəsində olan evin dövlət və ya bələdiyyənin mülkiyyətində olması müəyyən edilməmiş, həmin evə dair hüquqlarının qeydiyyatı üçün zəruri olan hərəkətlərin edilməsi və hazırda müəyyən edilməsi xahiş edilən hüquqi əhəmiyyətli fakta görə müvafiq orqanın imtinası təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.3-cü maddəsinə əsasən Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd olunan qərarında olan mövqeyini nəzərə alaraq belə qənaətə gəlir ki, hazırki ərizəyə xüsusi icraat qaydasında baxılması üçün zəruri olan şərtlər birlikdə mövcud olmadığından, mülki iş üzrə icraata xitam verilməli, ərizəçiyə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi “əmlaka dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi faktının təsdiq edilməsi”nə dair ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. Ərizəçi tərəfindən dövlət büdcəsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına xx.xx.2025-ci il tarixdə ödənilmiş **********84 qəbz nömrəli 100 (bir yüz) manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-2586/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2586/2025
02.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver