Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-26/2021 23.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 Qula oğlu, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Qula oğluna və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 cəlb edilməklə) çıxarışın və texniki pasportun ortaq divar üzərində olan və iddiaçıya məxsus torpaq sahəsinə aid olan 10,5 kv.m hissədə ləğv (etibarsız hesab) tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Qula oğluna və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 cəlb edilməklə) çıxarış və texniki pasportun ləğv (etibarsız) hesab edilməsi və sair tələbinə dair iddia ərizəsi, daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək **********5110301 reyestr nömrəli çıxarış və texniki pasportun Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx xxxxxxx 2006-cı il tarixli 266 saylı və xx.xx.2007-ci il tarixli 250 saylı qərarları ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən zəbt edilmiş hissədə inşa edilmiş fərdi yaşayış evinin cizgidə (situasiya planında) göstərilən əraziyə düşmüş hissədə, yəni ortaq divar üzərində və X1 məxsus torpaq sahəsinə aid olan 10,5 kv.m hissədə ləğv (etibarsız hesab) edilməsi, Bakı şəhəri, Binəqədi rayonu 8-ci mkr, S.S.Axundov küçəsi, 2a saylı evin anında yerləşən Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx xxxxxxx 2006-cı il tarixli 266 saylı və xx xxxxxxx 2007-ci il tarixli 250 saylı qərarları ilə ilkin cizgiyə (situasiya planına) uyğun İddiaçı mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş fərdi yaşayış evinin həmin cizgidə (situasiya planında) göstərilən əraziyə düşmüş hissəsinin, yəni ortaq divar üzərindəki və X1 məxsus torpaq sahəsinə aid olan 10,5 kv.m hissəsinin cavabdehlərin hesabına sökülməsi və həmin ərazinin cavabdehlər tərəfindən zəbt edilmiş hissədə boşaldılması, onun həyətindən cavabdehlər tərəfindən çəkilmiş kanalizasiya xəttinin cavabdehlərin hesabına sökülməsi, cavabdehlərin evinin dam örtüyünün yağış sularının onun həyətinə axıdılmaması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması, cavabdehlərin evinin zirzəmisindən onun həyətinə çıxarılmış tüstü borusunun cavabdehlərin hesabına sökülməsi, cavabdehlərin evinin onun torpaq sahəsinə baxan divarından 3 ədəd nəfəslik və 3 ədəd pəncərələrin cavabdehlərin hesabına bağlanması və cavabdehlər tərəfindən iddiaçıya vurulmuş 3.000 manat məbləğində mənəvi zərərin cavabdehlərdən müştərək qaydada tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 Qula oğlu X1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Binəqədi Bələdiyyəsi cəlb edilməklə) ümumi istifadədə olan yolun açılması və sair tələbinə dair qarşılıqlı iddia ərizəsi, daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qərb tərəfdən bitişik əvvəllər ümumi istifadədə olan məhəllə daxili yolun hər iki istiqamətdən açılması, istifadəsində olan 9,48 kv.metr torpaq sahəsi üzərindəki hüquqlarına yaradılmış maneçiliklərin aradan qaldırılması və ümumi istifadədə olan 200 kv.metr torpaq sahəsinin boşaldılması vəzifəsinin cavabdehə həvalə edilməsi və ilk iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 X1 qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qərb tərəfdən bitişik ümumi istifadədə olan məhəllə daxili yolun hər iki istiqamətdən açılması, mülkiyyətində olan 9,48 kv.metr torpaq sahəsi üzərindəki hüquqlarına yaradılmış maneçiliklərin aradan qaldırılması və ümumi istifadədə olan 200 kv.metr torpaq sahəsindəki tikililərin və yarımtikililərin sökülərək boşaldılması vəzifəsinin İddiaçı həvalə edilməsi və ilk iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(001)- 26/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 Qula oğluna və Cavabdeh2 qarşı iddia tələbinə **********5110301 reyestr nömrəli çıxarış və texniki pasportun Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx xxxxxxx 2006-cı il tarixli 266 saylı və xx xxxxxxx 2007ci il tarixli 250 saylı qərarları ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən zəbt edilmiş hissədə inşa edilmiş fərdi yaşayış evinin cizgidə (situasiya planında) göstərilən əraziyə düşmüş hissədə, yəni ortaq divar üzərində və X1 məxsus torpaq sahəsinə aid olan 10,5 kv.m hissədə ləğv (etibarsız hesab) edilməsi hissədə iş üzrə icraata xitam verilmişdir. Qeyd olunan qərardaddan iddiaçı tərəfindən şikayət verilmiş, məhkəmənin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətə baxılması üçün mülki Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(001)- 26/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 Qula oğluna və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 cəlb edilməklə) iddiaçının mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş fərdi yaşayış evinin həmin cizgidə (situasiya planında) göstərilən əraziyə düşmüş hissəsinin cavabdehlərin hesabına sökülməsi və həmin ərazinin cavabdehlər tərəfindən zəbt edilmiş hissədə boşaldılması və sair tələbinə dair iddiası, Cavabdeh1 Qula oğlunun İddiaçı qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Binəqədi Bələdiyyəsi cəlb edilməklə) ümumi istifadədə olan yolun açılması və sair tələbinə dair qarşılıqlı iddiası və Cavabdeh2 İddiaçı qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair qarşılıqlı iddiaları təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2021-ci il tarixli qərardadı ilə İddiaçı şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(001)-26/2021 saylı qərardadı ləğv edilmiş və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.1 və 229.1.1-ci maddələrinə əsasən işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa, iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə əlavə qətnamə çıxara bilər. Məhkəmə iclasında iştirak edən İddiaçı və nümayəndəsi və vəkili Vəkil1 əvvəlki məhkəmə iclaslarında veridyi izahatlarını müdafiə edərək, **********5110301 reyestr nömrəli çıxarış və texniki pasportun Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx xxxxxxx 2006-cı il tarixli 266 saylı və xx.xx.2007-ci il tarixli 250 saylı qərarları ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən zəbt edilmiş hissədə inşa edilmiş fərdi yaşayış evinin cizgidə (situasiya planında) göstərilən əraziyə düşmüş hissədə, yəni ortaq divar üzərində və X1 məxsus torpaq sahəsinə aid olan 10,5 kv.m hissədə ləğv (etibarsız hesab) edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Həmçinin ona verilmiş suala cavab olaraq iddiaçının vəkili və nümayəndəsi bildirdi ki, cavabdehlər tərəfindən inşa edilmiş fərdi yaşayış evinin texniki pasportunda iddiaçının torpağında inşa edilmiş hissə əks olunmamış, lakin evin ümumi sahəsinə həmin hissənin sahəsi də daxildir. Bundan əlavə, tikili ara məsafəsi gözlənilmədən ortaq divar üzərində inşa edilmiş və bununla da Tikinti və Şəhərsalma Məcəlləsinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Qula oğlu və onun nümayəndəsi və vəkili Vəkil2 əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlarını müdafiə edərək, tələbin rədd edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 229.2-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Binəqədi Bələdiyyəsinin xx xxxxxxx 2006 və xx xxxxxxx 2007-ci il tarixli qərarları ilə fərdi yaşayış evinin tikintisi üçün ümumilikdə 380 kv.metr ölçüdə torpaq sahəsi ayrılmış, bununla bağlı alqı-satqı müqavilələri də bağlanmışdır. Həmin sahəyə bitişik 0,02 ha torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 348.5 kv.metr olan fərdi yaşayış evi Cavabdeh2 adına xüsusi mülkiyyət kimi dövlət reyestrində qeydiyyatdan keçmiş, fərdi yaşayış evinə dair texniki pasport verilmişdir. Həmin sahələr arasında hasar mövcuddur və ekspert rəyinə əsasən həmin hasar Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsində yerləşir. İşdə olan digər ekspert rəylərinə əsasən və yerində müayinə zamanı müəyyən edildi ki, Cavabdeh2 tərəfindən inşa edilmiş tikilinin arxa tərəfindən üç ədəd beton dirəklər və onun üzərində inşa edilmiş fərdi yaşayış evinin bir hissəsi İddiaçı aid torpaq sahəsinə çıxıntı olaraq inşa edilmişdir. Məhkəmə iddiaçının bu tələbi ilə bağlı qeyd edir ki, işdə olan xx xxxx 2019-cu il tarixli, 10509 nömrəli ekspert rəyinə əsasən Cavabdeh2 tərəfindən onun mülkiyyətində olan 0.02 hektar torpaq sahəsində fərdi yaşayış evi və hasar inşa edilmiş və tikililər texniki pasportda öz əksini tapmışdır. İddiaçı tərəfin bildirdiyinə görə də, ona məxsus torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin arxa tərəfindən üç ədəd beton dirəklər və onun üzərində inşa edilmiş evin bir hissəsi çıxarışda və texniki pasportda əks olunmur. İşdə olan cavabdehə məxsus evin texniki pasportunda da ona məxsus fərdi yaşayış evinin məhz torpaq sahəsinin hüdudları daxilində inşa olunduğu müəyyən edilir. Göründüyü kimi, Cavabdeh2 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin iddiaçıya məxsus torpaq sahəsinə çıxan hissəsinə dair çıxarış və texniki pasport verilməmişdir. İddiaçı həmçinin cavabdeh tərəfindən inşa edilən fərdi yaşayış evinin ara məsafəsi gözlənilmədən ortaq divar üzərində inşa edildiyini və bununla da Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinin pozulduğunu bildirsə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əsasən cavabdeh tərəfindən fərdi yaşayış evi 2007-2009-cu illərdə inşa edilmiş, hazırda qüvvədə olan həmin Məcəllə isə həmin vaxtdan bir neçə il sonra qüvvəyə minmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 Qula oğluna və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 cəlb edilməklə) **********5110301 reyestr nömrəli çıxarış və texniki pasportun Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx xxxxxxx 2006-cı il tarixli 266 saylı və xx xxxxxxx 2007-ci il tarixli 250 saylı qərarları ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən zəbt edilmiş hissədə inşa edilmiş fərdi yaşayış evinin cizgidə (situasiya planında) göstərilən əraziyə düşmüş hissədə, yəni ortaq divar üzərində və İddiaçı məxsus torpaq sahəsinə aid olan 10,5 kv.m hissədə ləğv (etibarsız hesab) edilməsi barədə iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 229-cu maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Qula oğluna və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 cəlb edilməklə) **********5110301 reyestr nömrəli çıxarış və texniki pasportun Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx xxxxxxx 2006-cı il tarixli 266 saylı və xx xxxxxxx 2007-ci il tarixli 250 saylı qərarları ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən zəbt edilmiş hissədə inşa edilmiş fərdi yaşayış evinin cizgidə (situasiya planında) göstərilən əraziyə düşmüş hissədə, yəni ortaq divar üzərində və İddiaçı məxsus torpaq sahəsinə aid olan 10,5 kv.m hissədə ləğv (etibarsız hesab) edilməsi barədə iddiası təmin edilməsin. Əlavə qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-26/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(001)-26/2021
23.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver