Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3939/2022 17.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli 2(001)- 103/2020 saylı qətnaməsinə izah verilməsi barədə ərizənin təmin edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli 2(001)-103/2020 saylı qərardadından cavabdehlər Əsgərov Ələsgər Hüseyn oğlu və Cavabdeh2 tərəfindən verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı və X2 cavabdehlər Əsgərov Ələsgər Hüseyn oğluna, X3 və Cavabdeh2 qarşı torpaq sahəsinin və orada yerləşən tikililərin boşaldılaraq təhvil verilməsi, vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli 2(001)- 103/2020 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmişdir. Bundan sonra, həmin qətnamədən iş üzrə cavabdeh Əsgərov Ələsgər Hüseyn oğlu apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27.01.2021-ci il tarixli 2(103)-762/2021 saylı qətnaməsinə əsasən apellyasiya şikayəti təmin olunmamış və qətnamə qüvvədə saxlanılmışdır. Həmin qətnamədən Əsgərov Ələsgər Hüseyn oğlu kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli 2(102)-4082/2021 saylı qərarına əsasən kassasiya şikayəti təmin edilmiş və qətnamə dəyişdirilmişdir. Bundan sonra, Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru X6 Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli 2(001)-103/2020 saylı qətnaməsinə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, icraatına daxil olmuş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.02.2020-ci il tarixli 2(001)-103/2020 saylı icra sənədinə əsasən borclular Əsgərov Ələsgər Hüseyn oğlu, X5 və Cavabdeh2 qızı və onun ailə üzvləri Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi M.Ələkbərov küçəsində yerləşən 20 sot torpaq sahəsindən və yarımtikililərdən çıxarılmalı, həmin ərazidə cavabdehlər tərəfindən tikilmiş əlavə tikililər (yarımtikililər) cavabdehlərin vəsaiti hesabına sökülməli və həmin ərazilər boşaldılaraq iddiaçılar İddiaçı və X1 təhvil verilməlidir. İcra icraatı zamanı həmin torpaq sahəsində və yarımtikililərdə borclulardan başqa onların ailə üzvlərinin də yaşadığı müəyyən edilmiş, qətnamənin icrasında anlaşılmazlıq yaranmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli 2(001)- 103/2020 saylı qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli qətnaməsinə aşağıdakı formada izah verilmişdir: «Cavabdehlər Əsgərov Ələsgər Hüseyn oğlu, X5 və Cavabdeh2 qızı və onun ailə üzvləri Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi M.Ələkbərov küçəsində yerləşən 20 sot torpaq sahəsindən və yarımtikililərdən çıxarılsınlar, həmin ərazidə cavabdehlər tərəfindən tikilmiş əlavə tikililər (yarımtikililər) cavabdehlərin vəsaiti hesabına sökülsün və həmin ərazilər boşaldılaraq iddiaçılar İddiaçı və X1 təhvil verilsin” dedikdə «Cavabdehlər Əsgərov Ələsgər Hüseyn oğlu, X5 və Cavabdeh2 qızının Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi M.Ələkbərov küçəsində yerləşən 20 sot torpaq sahəsindən və yarımtikililərdən çıxarılsınlar, həmin ərazidə cavabdehlər tərəfindən tikilmiş əlavə tikililər (yarımtikililər) cavabdehlərin vəsaiti hesabına sökülsün və həmin ərazilər boşaldılaraq iddiaçılar İddiaçı və X1 təhvil verilsin” kimi başa düşülməlidir. Cavabdehlər Əsgərov Ələsgər Hüseyn oğlu və Cavabdeh2 tərəfindən həmin qərardaddan şikayət verilmiş, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Şikayətlər belə əsaslandırılmışdır ki, qətnamədə və qərardadda konkret olaraq hansı tikililərin və yarımtikililərin sökülməsi konkret göstərilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli 2(001)-103/2020 saylı qərardadı ilə şikayətlər təmin edilməmiş və mülki iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməni onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.2-ci maddəsinə əsasən birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişirsə və yeni qətnamə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qətnamənin icrasını təmin etmək məqsədilə həmin qətnaməyə izah vermişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli qərarı ilə mübahisələndirilən qətnamə dəyişdirilmiş və «mübahisəli mənzildən ailə üzvlərinin çıxarılmasına dair müddəa» xaric edilmiş, qalan hissədə qətnamə qüvvədə saxlanılmışdır. Beləliklə aydın olur ki, qətnamənin qüvvədə olan variantına əsasən cavabdehlər Əsgərov Ələsgər Hüseyn oğlu, X5 və Cavabdeh2 qızının mübahisəli ərazidən çıxarılması başa düşülməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda mövcud olan məhkəmə təcrübəsinə uyğun olaraq qətnaməyə izah verilməsi barədə məsələyə birinci instansiya məhkəməsi tərəfindən baxlmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Qətnaməyə izah verilməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli 2(001)-103/2020 saylı qərardadından cavabdehlər Əsgərov Ələsgər Hüseyn oğlu və Cavabdeh2 tərəfindən verilmiş şikayətlər təmin edilməsin, qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3939/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3939/2022
17.05.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver