Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5517/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Qula oğluna və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5517/21 (Açar sözlər: qanunsuz tikilinin sökülməsi ) Bakı şəhəri, 19 oktyabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının vəkili Vəkil1, Cavabdeh1 Qula oğlu və vəkili Vəkil2 Babam oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Qula oğluna və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 cəlb edilməkl ə) iddiaçının mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş fərdi yaşayış evinin həmin cizgidə (situasiya planında) göstərilən əraziyə düşmüş hissəsinin cavabdehlərin hesabına sökülməsi və həmin ərazinin cavabdehlər tərəfindən zəbt edilmiş hissədə boşaldılması və sair tələbinə dair, Cavabdeh1 Qula oğlunun İddiaçı qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Binəqədi Bələdiyyəsi cəlb edilməklə) ümumi istifadədə olan yolun açılması və sair qarşılıqlı iddia tələbinə və Cavabdeh2 İddiaçı qarşı torpaq sahəsinin boşaldılması qarşılıqlı iddia tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6324/2021 nömrəli, 07.07.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş üzrə tərəflər qonşudurlar. Qonşu torpaq sahələrini ortaq divar ayırır. Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evinin birinci mərtəbəsi həmin divar üzərində inşa edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin adına bu qaydada inşa edilmiş evə dair çıxarış və texniki pasport verilməsi qanunsuz olmuşdur. Ona görə iddiaçı hazırkı mübahisəni başladaraq cavabdehin adına aparılmış sənədləşmələrin etibarsızlığını tələb etmiş və bunun nəticəsi olaraq qonşu tikilinin onun hüquqlarını pozan digər halların aradan qaldırılmasını tələb etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 Qula oğluna və Cavabdeh2 qarşı (mübahisə predmeti bar əsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 cəlb edilməklə) çıxarış və texniki pasportun ləğv (etibarsız) hesab edilməsi və sair tələbinə dair iddia ərizəsi, daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək **********5110301 reyestr nömrəli çıxarış və texniki pasportun Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli 266 saylı və 05.10.2007-ci il tarixli 250 saylı qərarları ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən zəbt edilmiş hissədə inşa edilmiş fərdi yaşayış evinin cizgidə (situasiya planında) göstərilən əraziyə düşmüş hissədə, yəni ortaq divar üzərində və X1 məxsus torpaq sahəsinə aid olan 10,5 kv.m hissədə ləğv (etibarsız hesab) edilməsi, Bakı şəhəri, B inəqədi rayonu 8-ci mkr, S.S.Axundov küçəsi, 2a saylı evin yanında yerləşən Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli 266 saylı və 05 oktyabr 2007-ci il tarixli 250 saylı qərarları ilə ilkin cizgiyə (situasiya planına) uyğun İddiaçı mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş fərdi yaşayış evinin həmin cizgidə (situasiya planında) göstərilən əraziyə düşmüş hissəsinin, yəni ortaq divar üzərindəki və X1 məxsus torpaq sahəsinə aid olan 10,5 kv.m hissəsinin cavabdehlərin hesabına sökülməsi və həmin ərazinin cavabdehlər tərəfindən zəbt edilmiş hissədə boşaldılması, onun həyətindən cavabdehlər tərəfindən çəkilmiş kanalizasiya xəttinin cavabdehlərin hesabına sökülməsi, cavabdehlərin evinin dam örtüyünün yağış sularının onun həyətinə axıdılma ması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması, cavabdehlərin evinin zirzəmisindən onun həyətinə çıxarılmış tüstü borusunun cavabdehlərin hesabına sökülməsi, cavabdehlərin evinin onun torpaq sahəsinə baxan divarından 3 ədəd nəfəslik və 3 ədəd pəncərələrin cavabdehlərin hesabına bağlanması və cavabdehlər tərəfindən iddiaçıya vurulmuş 3.000 manat məbləğində mənəvi zərərin cavabdehlərdən müştərək qaydada tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1980-ci ildən ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. 20 may 2003-cü il tarixli, 39 saylı icarə müqaviləsinə əsasən Binəqədi rayonu, 8-ci mkr., S.S.Axundov küçəsi, 2A saylı evin yanında yerləşən 200 kv.m torpaq sahəsi Binəqədi Bələdiyyəsi tərəfindən ona icarəyə ver ilmişdir. Sonradan, Binəqədi rayonu 8-ci mkr., S.S.Axundov küçəsi, 2a saylı evin yanında yerləşən torpaq sahəsi Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli 266 saylı qərarı ilə 200 kv.m ölçüdə və 05 oktyabr 2007-ci il tarixli 250 saylı qərarı ilə 180 kv.m (toplam 380 kv.m) ölçüdə olmaqla fərdi yaşayış evi tikmək üçün alqı-satqı yolu ilə əlavə edilmiş cizgiyə uyğun olaraq onun mülkiyyətinə verilmişdir. Onun həmin torpaq sahəsində mətbəxi, hamam-tualeti, avtomobil qarajı və ağacları vardır. O, ilin bütün fəsillərində ailə üzvləri ilə birlikdə həmin yerdən daimi olaraq istifadə edir və həmin torpaq sahəsini özü üçün daimi yaşayış yeri hesab edir. Lakin neçə vaxtdır ki, onun mülkiyyət hüquqları, habelə onun ailə üzvlərinin rahatlığını pozan bir sıra problemlər yaranmı şdır. Səbəb kimi onun torpaq sahəsi üzrə divar qonşusu Cavabdeh1 Qula oğlunun qanunsuz hərəkətləridir. Onun torpaq sahəsi ilə Cavabdeh1 torpaq sahəsi arasında həmin torpaq sahələri hələ mülkiyyətə verilməmişdən öncə müvafiq dövlət qurumu tərəfindən mühafizə istinad divarı çəkilmişdir. Həmin divar həm də qonşu torpaq sahələrinin sərhədində yerləşməklə ortaq divar funksiyası daşıyır. Cavabdeh həmin ortaq divarın üzərindən evinin divarını tikmiş, habelə bununla kifayətlənməyərək onun evdə olmamağından (qeyd: həmin vaxtlar yas mərasimləri olduğu üçün o və ailəsi bir müddət rayonda olmuşlar) sui-istifadə edərək onun torpaq sahəsinə təxminən 80 sm müdaxilə etmiş, oranı 20 kv.m ölçüdə zəbt etməklə dəmir- beton konstruksiyalı dirəklər tikmiş və həmin dirəklərin üzərindən evinin divarını tikmişdir. O, cavabdehin bu qanunsuz hərəkətlərinə qarşı kəskin etirazını bildirməklə, ondan həmin tikililərin sökülməsini tələb etsə də, lakin cavabdeh onun qanuni tələb və etirazlarına məhəl qoymamışdır. Əksinə, onun mülkiyyət hüquqlarını pozmaqda davam edərək onun həyətindən (icazəsiz olaraq həyətə daxil olaraq) kanalizasiya xətti çəkmiş, evinin dam örtüyünün yağış sularının onun həyətinə axıdır, evinin zirzəmisindən onun həyətinə tüstü borusu çıxartmış, onun torpaq sahəsində ucaltdığı dəmir-beton konstruksiyalı dirəklər üzərində 4 metr uzunluğunda balkon tikmiş, bundan başqa, evinin onun torpaq sahəsinə baxan divarından 3 ədəd nəfəslik (4-cü nəfəslik isə açılmaq ərəfəsindədir) və 3 ədəd pəncərə açmışdır. Həmin nəfəslik və pəncərələrin açılması nəticəsində onu və ailə üzvlərinin uzun müddətdir ki, daimi olaraq istifadə etdikləri torpaq sahəsi (həyəti) nəzarət altına alınmış (cavabdehin həmin pəncərələrdən baxması ilə) və bunula da onların öz torpaq sahələrindən sərbəst, maneəsiz istifadə etmək hüquqlarını məhdudlaşdırılaraq pozmuşdur. O, cavabdehin yuxarıda qeyd olunan qanunsuz əməlləri ilə bağlı dəfələrlə polisə müraciət etsə də, lakin mübahisə mülki xarakterli kimi qiymətləndirildiyindən öz hüquqi həllini tapmamışdır. Hazırki mülki mübahisə ilə analoji olan digər mülki mübahisə 2007- 2008-ci ildə oxşar predmet və əsaslar üzrə onun digər divar qonşusu arasında baş vermiş, həmin mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhəməsinin MİÜMK-nın 2(102)-2115/08 saylı, 21 avqust 2008-ci il tarixli qərarına əsasən onun pozulmuş hüquqları bərpa edilmişdir. Cavabdehin onun torpaq sahəsinə təxminən 80 sm müdaxilə etməsi, oranı 20 kv.m ölçüdə zəbt etməklə dəmir-beton konstruksiyalı dirəklər tikməsi və həmin dirəklərin üzərindən evinin divarını tikməsi onun mülkiyyət hüquqlarını pozmuşdur. Cavabdehin ona məxsus torpaq (oranı 20 kv.m ölçüdə zəbt etməklə) sahəsində, habelə onların torpaq sahələrinin sərhəddində yerləşən ortaq divar üzərində şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikmiş olduğu evinin divarları, beton dirəkləri özbaşına tikili olduğu üçün sökülməlidir. Cavabdehin onun torpaq sahəsini zəbt etməsi və normal qonşuluq münasibətlərinə xələl gətirən hüquqa zidd əməllər (həyətindən kanalizasiya xətti çəkməsi, evinin dam örtüyünün yağış sularını onun həyətinə axıtması, evinin zirzəmisindən onun həyətinə tüstü borusu çıxartması, evinin onun torpaq sahəsinə baxan divarından 3 ədəd nəfəslik və 3 ədəd pəncərə açması və s.) törətməsi ilə onun və ailə üzvlərinin mülki hüquqları pozulmuş, habelə öz əmlaklarından sərbəst istifadə edə bilmək imkanından məhrum olduğuna görə mənəvi sarsıntı və iztirab keçirmiş, bununla da cavabdehlər ona 3.000 manat məbləğində mənəvi zərər vurmuşdur.
4. Cavabdeh1 Qula oğlu X1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Binəqədi Bələdiyyəsi cəlb edilməklə) ümumi istifadədə olan yolun açılması və sair tələbinə dair qarşılıqlı iddia ərizəsi, daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək istifadəsində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə qərb tərəfdən bitişik əvvəllər ümumi istif adədə olan məhəllə daxili yolun hər iki istiqamətdən açılması, istifadəsində olan 9,48 kv.metr torpaq sahəsi üzərindəki hüquqlarına yaradılmış maneçiliklərin aradan qaldırılması və ümumi istifadədə olan 200 kv.metr torpaq sahəsinin boşaldılması vəzifəsinin cavabdehə həvalə edilməsi və ilk iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Eyni zamanda Cavabdeh2 X1 qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək ona məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə qərb tərəfdən bitişik ümumi istifadədə olan məhəllə daxili yolun hər iki istiqamətdən açılması, mülkiyyətində olan 9,48 kv.metr torpaq sahəsi üzərindəki hüquqlarına yaradılmış maneçiliklərin aradan qaldırılması və ümumi istifadədə olan 200 kv.metr torpaq sahəsindəki tikililərin və yarımtikililərin sökülərək boşaldılması vəzifəsinin İddiaçı həvalə edilməsi və ilk iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(001)26/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 Qula oğluna və Cavabdeh2 qarşı iddia tələbinə **********5110301 reyestr nömrəli çıxarış və texniki pasportun Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli 266 saylı və 05 oktyabr 2007-ci il tarixli 250 saylı qərarları ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən zəbt edilmiş hissədə inşa edilmiş fərdi yaşayış evinin cizgidə (situasiya planında) göstərilən əraziyə düşmüş his sədə, yəni ortaq divar üzərində və X1 məxsus torpaq sahəsinə aid olan 10,5 kv.m hissədə ləğv (etibarsız hesab) edilməsi hissədə iş üzrə icraata xitam verilmişdir. Məhkəmənin həmin tələblərlə bağlı mövqeyi belə olmuşdur ki, qeyd olunan tələbə inzibati məhkəmədə baxılmalıdır.
7. Eyni zamanda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(001)-26/2021 saylı qətnaməsi ilə hər iki tərəfin bütün tələbləri rədd edilmiş və məhkəmə xərcləri bölüşdürülmüşdür.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi 2(001)-26/2021 saylı 23.04.2021-ci il tarixli əlavə Qətnamə qəbul etmiş və İddiaçı cavabdehlər Cavabdeh1 Qula oğluna və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 cəlb edilməklə) **********5110301 reyestr nömrəli çıxarış və texniki pasportun Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli 266 saylı və 05 oktyabr 2007-ci il tarixli 250 saylı qərarları ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən zəbt edilmiş hissədə inşa edilmiş fərdi yaşayış evinin sökülməsi hissəsində cizgidə (situasiya planında) göstərilən əraziyə düşmüş hissədə, yəni ortaq divar üzərində və İddiaçı məxsus torpaq sahəsinə aid olan 10,5 kv.m hissədə ləğv (etibarsız hesab) edilməsi barədə iddiası təmin edilməmişdir.
9. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13, Mülki Məcəlləsinin 139.1, 140, 152.1, 173.1, 180.1, 180.2, 180.4-cü maddələrinə istinad etmişdir.
10. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-26/2021 saylı 15.02.2021ci il tarixli Qətnaməsindən və 23.04.2021-ci il tarixli əlavə Qətnaməsindən İddiaçı və 15.02.2021-ci il tarixli Qətnaməsindən cavabdehlər Cavabdeh1 Qula oğlunun və Cavabdeh2 apellyasiya şikayəti vermişlərr. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsi MK-nın 07.07.2021-ci il tarixli qərardadı ilə (hakimlər- Ş.Məmmədova (sərlik edən və məruzəçi), R.Eyvazov və F.Talışinski) Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-26/2021 saylı 15.02.2021-ci il tarixli Qətnaməsindən və 23.04.2021-ci il tarixli əlavə Qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş; Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-26/2021 saylı 15.02.2021-ci il tarixli Qətnaməsi ilk iddianın rədd edilməsi hissədə və 23.04.2021-ci il tarixli əlavə Qətnaməsi ləğv edilmiş; İddiaçı cavabde hlər Cavabdeh1 Qula oğluna və Cavabdeh2 qarşı iddia tələbinə **********5110301 reyestr nömrəli çıxarış və texniki pasportun Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli 266 saylı və 05 oktyabr 2007-ci il tarixli 250 saylı qərarları ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən zəbt edilmiş hissədə inşa edilmiş fərdi yaşayış evinin cizgidə (situasiya planında) göstərilən əraziyə düşmüş hissədə, yəni ortaq divar üzərində və X1 məxsus torpaq sahəsinə aid olan 10,5 kv.m hissədə ləğv (etibarsız hesab) edilməsi hissədə iş üzrə icraata xitam verilmişdir. İddiaçıya izah edilmişdir ki, cavabdeh orqanın və yaxud vəzifəli şəxsin qərar, hərəkət və yaxud hərəkətsizliyindən müvafıq qaydada "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun və A zərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq aidiyyəti üzrə İnzibati məhkəməyə müraciət edilə bilər.
12. Apellyasiya instansiyası məhkəməsi qərardadda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1, 2.0.2, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1; İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndinə istinad etmişdir
13. Apellyasiya instansiyası məhkəməsinin qərardadından İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı kasasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07.07.2021 -ci il tarixli, 2(103)-6324/2021 saylı Qərardadının ləğv edilərək işi yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
15. Kassasiya şikayəti belə əsaslandırılmışdır: Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İddiaçının vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, şi kayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. İddiaçının vəkili Qasımov Mətləb Məhəmməd oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Digər tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun:
20. Maddə. 2.0.1. İnzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir;
21. Maddə. 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:
22. Maddə. 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati işlər üzrə məhkəmələr və inzibati mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
26. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyi nə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Kassasiya baxışının hədləri
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüqu qi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
29. Apellyasiya Məhkəməsi hesab etmişdir ki, İddiaçı Binəqədi Bələdiyyəsinin 06 oktyabr 2006 və 05 oktyabr 2007-ci il tarixli qərarları ilə fərdi yaşayış evinin tikintisi üçün ümumilikdə 380 kv.metr ölçüdə torpaq sahəsi ayrılmış, bununla bağlı alqı-satqı müqavilələri bağlanmışdır. Həmin sahəyə bitişik 0,02 ha torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 348.5 kv.metr olan fərdi yaşayış evi Cavabdeh2 adına xüsusi mülkiyyət kimi dövlət reyestrində qeydiyyatdan keçmiş, fərdi yaşayış evinə dair texniki pasport veril mişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 20 avqust 2019-cu il tarixli məktubundan görünür ki, 27 saylı BNK-nın 07 dekabr 2018-ci il tarixli, 4Ə-381 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., S.S.Axundov küçəsi, 0.02 ha olan 40F saylı torpaq sahəsi Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş layihəyə əsasən sözügedən torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi **********51- 10301 reyetsr nömrəsi ilə vahid əmlak şəklində Cavabdeh2 adına qeydə alınmışdır və hazırda mülkiyyətdədir. Göründüyü kimi, Cavabdeh2 adına qeydə alınmış və hazırda mülkiyyətdə olan və İddiaçı tərəfindən mübahisələndirilən fərdi yaşayış evinə **********51- 10301 reyetsr nömrəli çıxarış əqd əsasında əldə edilmiş torpaq sahəsi ilə vahid əmlak kimi verilsə də, evə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın reyestrində qeydiyyat (fərdi yaşayış evi ilə bağlı) inzibati orqanın (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin) publik səlahiyyətlərinin icrası nəticəsində aparılmışdır.Bu publik səlahiyyətlərin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilibkeçirilmədiyini yoxlamaq isə inzibati icraat qaydasında inzibati məhkəmələrin səlahiyyətinə aiddir.
30. Bundan başqa, mübahisəli evə çıxarışın verilməsi üçün zəruri olan qərarların buna səlahiyyəti olan iznibati orqan tərəfindən qəbul edilməsi istisna deyil. Evin iki qonşunu ayıran divarın üstündə inşa edilməsi, həmin tikilinin layihələndirilməsi, təsdiq olunması, o cümlədən istismara qəbul edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının qərar qəbul etməsi ehtimal olunur. İddiaçı həmin evin özəlləşdirilməsinə əsas olan inzibati orqanın qərarlarını və o cümlədən, həmin qərarlarla birlikdə (onların fonunda) daşınmaz əmlakın reyestrini həyata keçirən orqanın hərəkətlərini də inzibati məhkəmədə mübahisələndirə bilər.
31. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 15.4-cü bəndində göstərilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə ic raat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalı dır.
32. Həmin Qərarın 17-ci bəndinə əsasən Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir.
33. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.
34. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq ola raq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər
35. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
36. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedic i sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.
37. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qərardad dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
38. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6324/2021 nömrəli, 07.07.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: