Məhkəmə qərarları › İş №2(102)-4082/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4082/2021

06.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4082/2021 06.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar X və X1 cavabdehlər Xqarşı iş üzrə QƏRARİ iş № 2(102)-4082/21 (Açar sözlər: torpaq sahəsinin bütövlüyünün təmin edilməsi, qanunsuz zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması) Bakı şəhəri, 06 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızının və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı Mеybullаyеv Mirbаlа Hüsеyn оğlunun iştirakı ilə, iddiaçılar X və X1 cavabdehlər X qarşı “tоrpаq sаhəsinin və оrаdа yеrləşən y аrımtikilinin bоşаldılаrаq təhvil vеrilməsi, vurulmuş mənəvi ziyаnın ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-762/2021 nömrəli, 27 yanvar 2021-ci il tarixli qətnaməsindən cavabdeh Əsgərоv Ələsgər Hüsеyn oğlunun kassasiya şikayətinə 06 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh X10 qarşı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, XXX torpaq sahəsindən və yarımtikilidən Cavabdeh1 (ailə üzvləri və digər qohumları ilə birlikdə) və digərlərinin çıxardılaraq torpağın ona təhvil verilməsi və həmin ərazidə tikilmiş əlavə tikililərin sökülməsi, eləcə də Cavabdeh1 tərəfindən vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 3000 (üç min) manat məbləğində pulun Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Sonradan iddia ərizəsi dəqiqləşdirilmiş, iddiaçı Mеybullаyеv Mirbаlа Hüsеyn оğlu ilə yanaşı, X3 da iddiası qismində çıxış edərək, İddiaçı və X2 məxsus X yerləşən 20 sot torpaq sahəsindən və yarımtikilidən cavabdehlər X6 ailə üzvləri və digər qohumları ilə birlikdə, Cavabdeh2 oğlunun ailə üzvləri və digər qohumları ilə birlikdə və Cavabdeh3 ailə üzvləri və digər qohumları ilə birlikdə cıxardılaraq İddiaçı və X7ma təhvil verilməsi və həmin ərazidə tikilmiş əlavə tikililərin sökülməsi, eləcə də cavabdeh X12 tərəfindən İddiaçı vurulmuş maddi ziyanla bağlı 15.000 (on beş min manat) manat və mənəvi ziyanla bağlı 3. 000 (üç min) manat məbləğ ində kompensasiyanın Cavabdeh1 tutularaq İddiaçı və X2 ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılıb ki, 1990-cı il tarixdə İddiaçı qardaşı ilə bir yerdə yaşadığı üçün mənzil şəraitlərinin yaxşılaşdırılması məqədilə qardaşı arvadı X4 adından Kirov rayon X15 İcraiyyə Komitəsinə müraciət etmiş və həmin Komitənin 23.11.1990-cı il tarixli, 23/528 nömrəli qərarı ilə hazırda Mikayıl Ələkbərov küçəsi, döngə 1, ev 78 ünvanın yanında onlara 600 kv.m (6 sot) torpaq sahəsi X8 ayrılmışdır.

4. Qeyd olunan torpaq sahəsi o vaxt olduğu kimi, qəsəbə nümayəndəsi tərəfindən ölçülərək sərhədləri müəyyən edilmiş və onlara təhvil verilmişdir. Qeyd olunan torpaq sahəsi faktiki olaraq İddiaçı sahibliyində və istifadəsində olmuş və sonradan qonşuluqda olan X5 məxs us 600 kv.m (6 sot) və X14 məxsus 600 kv.m (6 sot) torpaq sahələri də İddiaçı tərəfindən alınaraq ona məxsus həmin sahəyə birləşdirilmişdir. Qeyd olunan torpaq sahəsi ümumilikdə 20 sot olmuş və İddiaçı tərəfindən həmin sahəyə hasar çəkilmiş, 430 m2 sahəsi olan ev tikmiş və orada quşsuluq təsərrüfatı ilə məşğul olmuşdur. 2013-cü ilin may ayında X12 İddiaçı yaxınlaşaraq 20 sot torpaq sahəsinin və üzərində yerləşən 430 m2 sahəsi olan evi quşculuqla məşğul olmaq üçün ayda 250 manata kirayəyə götürmək istədiyini bidirmiş və onlar razılaşmışlar. 7 aydan sonra 2013-cü ilin axırlarında iddiaçı həmin torpaq sahəsini və qeyd olunan mənzili satmaq qərarına gəlmişdir.

5. Belə olana halda XXX oranı almaq istədiyini bildirmiş və 20 sot torpaq sahəsi və üzərində yerləşən 430 m2 sahəsi olan evi 100000 (yü z min) manata satmaq barədə razılığa gəlmişlər. İlkin olaraq cavabdeh Ə.Əsgərov 7 (yeddi) min manat beh vermiş və qalan 93 min manatı da tez bir zamanda verəcəyinə söz vermişdir. Lakin bir müddət keçməsinə baxmayaraq Ə.Əsgərov yerdə qalan 93.000 min manatı gecikdirərək vermədiyi üçün 2014-cü ilin may ayında aralarında, alqı-satqıya dair akt tərtib olunmuşdur.

6. Həmin akta əsasən qeyd olunan torpaq sahəsinə və 430 m2 sahəsi olan evə görə Ələsgər Əsgərov ona 7.000 manat beh vermiş və 01.08.2014-cü il tarixədək 93.000 (doxsan üç min manat) manatı isə ödəməyi ödəsinə götürmüş və 01.08.2014-cü il tarixədək 93 000 manatı ödəmədiyi təqdirdə torpaq sahəsini və təmir etdiyi yarım tikilini qeyd-şərtsiz boşaldacağı qeyd olunmuşdur. Həmin razılaşmaya baxmayaraq 01.08.2014cü il tarixdə Ələsgər Əsgərov tərəfindən qeyd olunan öhdəlik yerinə yetirilməyərək 93 min manat pul iddiaçıya verilməmiş, nə də ki, torpaq sahəsi və mənzili boşaldılaraq iddiaçıya təhvil verilməmişdir.

7. Bir müddət keçdikdən sonra cavabdeh XXX qeyd olunan torpaq sahəsinin 6 sotunu və evin bir hissəsini 80.000 ABŞ dollarına Fəxrəddin adlı şəxsə satmağa razılaşmışdır. İddiaçı bundan xəbər tutub narazılıq bildirdikdə Ə.Əsgərov həmin satılan hissədən 5000 min ABŞ dolları iddiaçıya vermiş və qalan hissəni də tezliklə verəcəyini bildirmişdir. 27.12.2014-cü il tarixdə XXX iddiaçını yaşadığı (ona məxsus olan) evə dəvət edərək və satdığı otağın pulundan 58600 manatı da ona təqdim edəcəyini birdirmişdir. Lakin dediyinə əməl etməyərək yanlarında alıcı Fəxrəddindən 58.600 manatı alaraq süni surətdə dava-dalaş salmış və onları təhqir edərək evdən qovmuşdur.

8. Bundan sonra, qeyd olunan mübahisə ilə bağlı hər iki tərəf Binəqədi rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Sonradan, faktla bağlı toplanmış materiallar üzrə 19.03.2015-ci il tarixdə Binəqədi RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin istintaqı dövründə Ə.Əsgərov qeyd olunan torpaq sahəsinin və mənzilin bir hissəsini 82.000 manata Cavabdeh2 adlı şəxsə satmışdır. Bunula yanaşı həmin torpaq sahəsinin bir hissəsini də qardaşının arvadı Cavabdeh3 satmış və ona da orada mənzil tikmişlər.

9. Binəqədi RPİ-nin İŞ-si tərəfindən aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Ələsgər Əsgərov etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə vət əndaş İddiaçı məxsus Bakı şəhəri Binəqədi qəsəbəsi M.Ələkbərov küçəsində yerləşən 20 sot torpaq sahəsinin və yarım tikilini 100.000 manata almaq barədə razılaşaraq İddiaçı inam yaratmaq üçün əvvəlcədən 7.000 manat beh verib qalan 93.000 min manatı da qısa müddətdə verəcəyini dair yalan vəd verib həmin torpaq sahəsi və yarımtikiliyə faktiki sahiblik hüququ əldə etdikdən sonra torpağın 0,06 ha hissəsini və yarımçıq tikilinin bir hissəsini vətəndaş Cavabdeh2 82000 manata satsa da İddiaçı pulunu qaytarmayaraq ələ keçirməklə, zərərçəkmiş şəxsə küllü miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Cinayət işinin materialları araşdırıldıqdan sonra qeyd olunan cinayət işi Cinayət Məcəlləsinin 128 və 178.2-ci maddələrinə tövsif edilmişdir.15.09.2017-ci il tarixdə XXX Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ittiham elan olunaraq həmin tarixdən barəsində Xətai Rayon Məhkəməsinin tərəfindən 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.23.09.2017-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Ələsgər Əsgərov barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərar ləğv edilərək sonuncu həbsdən azad edilmişdir. İşin icraatı isə bir necə dəfə dayandırılmışdır.

10. Bundan sonra, 01.12.2017-ci il tarixdə işin icraatı təzələnərək araşdırma aparılmış və sonda cinayət təqibi üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilmişdir.Araşdırma zamanı qeyd olunan torpaq sahəsinin İddiaçı məxsus olması və Ələsgər Əsgərovun qeyd olunan torpaq sahəsini və yarımçıq tikilini almaq adı ilə İddiaçı aldadarq pulunu verməməkdə XXX təqsiri və cavabdehin İddiaçı küllü miqdarda ziyan vur ması bir daha təsdiq olunmuşdur. Lakin sonda XXX əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət təqibi üzrə icraata xitam verilmiş və onlara mübahisənin mülki qaydada həll olunması üçün aidiyyatı məhkəmə orqanlarına müraciət etmək hüquqları izah edilmişdir. Cinayət işinin materiallarından da göründüyü kimi X19 Meybullayevə məxsus Bakı şəhəri Binəqədi qəsəbəsi XXX küçəsində yerləşən 20 sot torpaq sahəsinin və yarım tikilinin 100.000 (yüz min) manata almaq barədə razılaşdıqdan sonra o, İddiaçı inam yaratmaq üçün əvvəlcədən 7.000 manat beh verib qalan 93.000 min manatı da qısa müddətdə verəcəyini dair yalan vəd verib həmin torpaq sahəsi və yarımtikiliyə faktiki sahiblik hüququ əldə etdikdən sonra torpağın 0,06 ha hissəsini və yarımçıq tikilinin bir hissəsini vətəndaş Cavabdeh2 82.00 0 manata satsa da onun İddiaçı pulunu qaytarmayaraq ələ keçirməklə, ona küllü miqdarda ziyan vurmuşdur.

11. İddiaçılar tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 135.2, 152.2, 164.1, 165.1 166.3, 385.1, 425.1, 442 və 448.1-ci maddələrinə istinad etmişlər.

12. Cavabdeh X12 iddiya etiraz etmişdir Etirazın dəlilləri: - cavabdeh yaşadığı Bakı şəhəri, Binəqədi qəsəbəsində toyuq-cücə saxlamaqla məşğul olduğundan, bunun üçün Binəqədi qəsəbəsi ərazisində yer axtarmışdır. Sonradan maraqlanıb öyrənmişdir ki, Mirbala adında bir nəfər həyətində əvvəllər toyuq-cücə saxlamışdır. Mirbala adlı şəxsi tapıb onun həyətinə baxmış və həmin yer cavabdehin xoşuna gəlmişdir. Mirbala adlı şəxsə ayda 250 manat icarə haqq vermək şərti ilə onun həyətini cavabdeh icarəyə götürmüşdür. Cavabdeh xeyli xərc çəkib hə yəti tullantılardan da təmizləmişdir. Mirbaladan torpağın sənədinin olub-olmamasını soruşduqda, sonuncu cavabında həmin torpağa dair icra hakimiyyətinin 1986-cı il tarixli sərəncamının olduğunu demişdir; - təxminən 15-20 gündən sonra torpağı nisyə almaq barədə Mirbala ilə söhbətləri olmuşdur. Nisyə alınacağı üçün Mirbala torpağı cavabdehə 100 min manata təklif etmiş və bu barədə onlar şifahi razılığa gəlmişdirlər. Lakin sonradan Mirbala cavabdehə həmin razılaşma barədə bir akt da tərtib edib imzalatmışdır. Cavabdeh bundan sonra həmin torpaq sahəsində yarmçıq tikilinin üzərində ev tikmişdir. Akt yazılana qədər Mirbala cavabdehdən 15000 manat pul almışdır. Cavabdeh yarımçıq tikilini inşa etdirib ev vəziyyətinə gətirmək üçün Naxçıvan şəhərində olan evini satmış və evində olan pulu da həmin ev in tikintisinə xərcləmişdir; - sonradan cavabdehə məlum olmuşdur ki, Mirbalanın adına heç bir torpaq sahəsi olmamışdır. Mirbala cavabdehdən 17 000 manat alaraq torpağa dair cavabdehə hər hansı sənəd vermədiyi üçün cavabdeh razılaşdıqları pulun qalığını ona verməmişdir. Çünki Mirbalanın cvabadehə verdiyi torpaq da XXX deyil və XXX həmin torpağa dair heç bir hüququ yoxdur; - Yeganə Hüseynovaya torpaq sahəsinin ayrılması barədə qərarda isə yalnız 600 kv.metr torpaq sahəsinin Binəqədi qəsəbəsi ərazisində ona ayrıldığı göstərilmişdir. Əvvəla, qərarda göstərilən torpaq sahəsi dövlət qeydiyyatından keçməmişdir, həmçinin həmin torpaq sahəsinin Binəqədi qəsəbəsinin hər hansı hissəsində yerləşməsi barədə heç bir plan-ölçü və sair sənəd mövcud deyildir. Ümumiyyətlə, həmin torpaq sahəsinin harada yerl əşməsi də bəlli deyildir; - Mirbala adlı şəxs torpaq sahələrini zəbt edib satmaqla məşğuldur. O, Binəqədi qəsəbəsində çoxsaylı torpaq sahələrini qanunsuz zəbt edərək onları başqa şəxslərə satmışdır. Mirbalanın iddia etdiyi torpaq sahəsi isə Neft Şirkətinin ərazisi və torpaq sahəsi olduğu halda Mirbala həmin torpaq sahəsinin bir hissəsini 2 nəfərə satıb və həmin şəxslər orada ev tikib yaşayırlar; - bundan əlavə qanunvericiliyin tələbinə əsasən torpaq sahəsi üzərində bütün hüquqlar qeydiyyatdan keçməlidir.

13. Binəqədi Rayon Məhkəməsinin 2(001)-103/2020 nömrəli, 17 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər X12, Cavabdeh2 və ƏlCavabdeh3 qızı və onun ailə üzvlərinin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən 20 (iyirmi) sot torpaq sahəsindən və yarımtikililərdən çıxarılmaları, həmin ərazidə cavabdehlər tərəfindən tikilmiş əlavə tikililərin (yarımtikililərin) cavabdehlərin vəsaiti hesabına sökülməsi və həmin ərazilərin boşaldılaraq iddiaçılar İddiaçı, X2 təhvil verilməsi, iddianın qalan hissədə, yəni cavabdehlərdən 15 000 manat maddi və 3000 manat mənəvi ziyanın tutulması hissəsində rədd edilməsi, iddia qismən təmin edildiyindən, iddiaçılar tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 50%-i, yəni 15 (on beş) manatının cavabdehlərdən tutularaq iddiaçıya ödənilsin, qalan 50%-i, yəni 15 (on beş) manatının iddiaçılara aid edilməsi qət edilmişdir. (hakim Abbas Rzayev)

14. Birinci instansiya məhkəməsi ilk növbədə iddiaçıların iddia qaldırmaq üçün subyektiv hüquqa malik olub-olmadığını yoxlayaraq, işdək i sübutlar, o cümlədən şahid ifadələrinə əsasən müəyyən edib ki, iddiaçılardan biri – X2 həmin torpaq sahəsi keçmiş Kirov rayon xalq deputatları sovetinin icraiyyə komitəsinin 23/528 saylı, 23 noyabr 1990-cı il tarixli qərarı əsasında ayrılmışdır. Digər İddiaçı qalan torpaq sahələrini sahiblərindən faktiki olaraq almış, orada ev və yardımçı tikililər tikmiş, evin və yardımçı tikililərin tikilməsinə xeyli vəsait xərcləmiş və uzun müddət həmin torpaq sahəsinə və evə faktiki sahiblik etmiş və oradan istifadə etmişdir.

15. Birinci instansiya məhkəməsi onu da müəyyən edib ki, keçmiş Kirov rayon xalq deputatları sovetinin icraiyyə komitəsinin 23/528 saylı, 23 noyabr 1990-cı il tarixli qərarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, ərazisində 600 kv,metr torpaq sahəsi Hüseynova (Meybullayeva) Ye ganə Əliağa qızına fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Digər torpaq sahələri – X5 və X9 ayrılsa da, sonradan həmin torpaq sahələri İddiaçı tərəfindən faktiki alınaraq birləşdirilmiş və bir müddət həmin ərazidən quşçuluq sexi kimi istifadə olunmuşdur. Həmin torpaq sahəsi sonradan qeyri-rəsmi İddiaçı tərəfindən Cavabdeh1 quşçuluqla məşğul olmaq icarəyə verilmişdir, cavabdeh Ələsgər Əsgərov da məhkəməyə təqdim etdiyi yazılı izahatında bu faktı təsdiq etmişdir. Bir müdətdən sonra cavabdeh Ə.Əsgərov İddiaçı məxsus 20 sot torpaq sahəsini və üzrəindəki yarım tikilini 100.000 min manata almaq barədə razılığa gəlmiş, həmin vəsaitdən 7000 manat beh kimi Ələsgər Mirbalaya vermiş, qalan 93000 min manatı da qısa müddətdə verəcəyinə söz vermişdir. X17 vədinə əməl etmədiyinə görə tərəflər ar asında mübahisə yaranmışdır.

16. Həmçinin, Binəqədi RPİ-nin İŞ-nin 01 dekabr 2017-ci il tarixli cinayət təqibi üzrə icraata xitam verilməsi barədə qərarına əsasən X6 əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət təqibi üzrə icraata xitam verilmiş, X6 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinə xitam verilmiş, İddiaçı mübahisənin mülki qaydada həll olunması üçün aidiyyatı məhkəmə orqanlarına müraciət etmək hüquqlarının olması izah edilmişdir.

17. Həmçinin birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehlər X6, Cavabdeh2 və X11 həmin torpaq sahəsinə dair hər hansı sahiblik, istifadə və ya sərəncam hüquqları mövcud deyildir.

18. İşin müəyyən edilmiş bu hallarına əsasən birinci instansiya məhkəməsi belə qənaətə gəlib ki, X12, Cavabdeh2 və XXX 3 qızı və onun ailə üzvləri Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən 20 (iyirmi) sot torpaq sahəsindən və yarımtikililərdən çıxarılmalı, həmin ərazidə cavabdehlər tərəfindən tikilmiş əlavə tikililər (yarımtikililər) cavabdehlərin vəsaiti hesabına sökülməli və həmin ərazilər boşaldılaraq iddiaçılar İddiaçı, X2 təhvil verilməlidir.

19. Bununla yanaşı, birinci instansiya məhkəməsi hesab edib ki, iddia qalan hissədə, yəni cavabdehlərdən 15000 manat maddi və 3000 manat mənəvi ziyanın tutulması hissəsində əsassız olduğundan rədd olunmalıdır.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 21.2, 135.2, 152.1, 152.2, 152.5, 158, 166.3, 164.1, 165.1, Torpaq Məcəlləsinin 49.1, 49.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri və "M.Bağırovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nm 04 may 2007-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

21. Cavabdeh X12 qətnamədən apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddia tələbinin tam rədd edilməsini xahiş etmişdir.

22. Apelyasiya şikayətinin dəlilləri: - məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır; - belə ki, İddiaçı uzun müddətdən bəri Bakı şəhərinin Binəqədi qəsəbəsi ərazisində dövlət v ə bələdiyyə mülkiyyətində olan torpaq sahələrini özbaşına tutub satmaqla məşğuldur. Bununla yanaşı, İddiaçı torpaq sahəsinin onun istifadə və sahibliyində olmasına baxmayaraq, o, həmin torpaq sahəsinin yolun kənarı ilə birləşən hissəsini iki nəfərə satmış, həmin şəxslər isə orada ev tikmişlər. - iddiaçı iddia etdiyi torpaq sahəsinin 8 sotunda isə başqa şəxslərlə birlikdə satış üçün yaşayış evləri tikmişdir. Bütün bunlardan sonra İddiaçı iddia etdiyi əmlakdan onun istifadə və sahibliyində yalnız onun toyuq tövləsi kimi qanunsuz inşa etdiyi yarımtikili qalmışdır ki, o da həmin yarımtikilinin faktiki dəyərinin 3 qatını təşkil edən 32000 manat pulu İddiaçı ödəmişdir. İddiaçı isə ona ödədiyi 32000 manatın hamısını deyil, cəmi 12000 manatını ondan aldığını etiraf etmiş və onun bu etirafı məhkə mənin mübahisələndirilən qətnaməsində də öz əksini tapmışdır; - ödədiyi məbləğin yarımtikilinin faktiki dəyərindən çox olmasına gəldikdə isə qeyd etmək lazımdır ki, ondan həmin məbləği İddiaçı torpağa dair ona sənəd təqdim edəcəyini vəd etməklə aldadıb almış, lakin onun həmin torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədinin olmaması məlum olduqdan sonra ona ödəniş etməkdən imtina etmişdir; - birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən sübut kimi şahid ifadələrinə, iddiaçı X1 adına Bakı şəhərinin Binəqədi qəsəbəsində 600 kv.metr torpaq sahəsinin ayrılması haqqında Bakı şəhəri Kirov rayon XDS İK-nin 23.11.1990-cı il tarixli, 23/523 nömrəli qərarına, Bakı şəhəri Kirov rayon XDS İK-nin 17.08.1990-cı il tarixli, 15/329 saylı qərarı ilə X5 Bakı şəhərinin Binəqədi qəsəbəsind ə 600 kv.metr torpaq sahəsinin ayrılması haqqında Arxiv arayışına, həmçinin Bakı şəhəri Kirov rayon XDS İKnin 19.07.1991-ci il tarixli, 13/301 saylı qərarı ilə X9 Bakı şəhərinin Binəqədi qəsəbəsində 600 kv.metr torpaq sahəsinin ayrılması haqqında Arxiv arayışına, həmin şəxslərin onlara ayrılmış torpaq sahələrini İddiaçı satmalarına dair ifadələrinə, onlarla İddiaçı arasında imzalanmış hüquqi əsaslara söykənməyən akta və sair sənədlərə istinad etmişdir. Məhkəmə iddianı qismən təmin edərkən Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80 və 88-ci maddələrinin tələblərinə riayət etməmişdir: - Azərbaycan Respublikasının mülki, torpaq və digər qanunvericiliklərinin tələblərinə əsasən daşınmaz əmlaka dair bütün huquqlar dövlət qeydiyyatına alınmalıdır. Lakin iddiaçılar İddiaçı və Yeganə Meybullayevan m iddia etdikləri torpaq sahəsi və yarımçıq qanunsuz tikili üzərində hər hansı hüquqları dövlət qeydiyyatına alınmamışdır. Bu hal onu deməyə əsas verir ki, iddiaçıların hazırkı tələbləri irəli sürməyə subyektiv hüquları mövcud olmamışdır.

23. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-762/2021 nömrəli, 27 yanvar 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-103/2020 saylı iş üzrə 17 fevral 2020-ci il tarixli qətnaməsi cаvаbdеh XXX münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov, Vahid Sadıqov)

24. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşaraq, apoellyaisya şikayətinin dəli llərini əsasız saymışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh X12 (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın tam rədd edilməsini ı xahiş etmişdir.

26. Kassasiya şikayəti apellyaisya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkilsiz iştirak etdiyi üçün MülkiProsessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi.

29. Məhkəmə iclasının yeri və vaxtı barəd ə lazımi qaydada məlumat verilsə də, iş üzrə iddiaçı Y.Meybullayevav və cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəblərini bildirməmişlər. Buna görə da məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllə Maddə 135.2-ci maddəsində qeyd olunur ki, əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.2. Sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənil ən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər.Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 166.3. Mülkiyyətin sahiblik əsasında ehtimal edilməsi yalnız o şəxsin torpaq sa həsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələr in işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

27. Kassasiya şikayətində cavabdeh Ə.Əsgərov apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən də yalnız cavabdeh Ə.Əsgərov apellyasiya şikayəti verib, apellyasiya baxışının predmeti Ə.Əsgərovun şikayəti olub, apellyasiya məhkəməsi də yalnız Ə.Əsgərovun apellyasiya şikayəti üzrə qətnaməni yoxlayaraq ona münaisbətdə qətnaməni dəyişdirmədən saxlayıb. Buna görə də qətnamənin tam yoxlanıması dedikdə, apellyasiya baxışının predmeti olmuş Ə.Əsgərovun şikayəti hissə başa düşülür. Kassasiya baxışının hədləri

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

29. Qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən cаvаbdеh Əsgərоv Ələsgər Hüsеyn оğlunun həmin tоrpаq sаhəsinə dаir hər hаnsı sаhiblik, istifаdə və yа sərəcаm hüququnun mövcud olmamasını müəyyən edərək, cavabdeh Ə.Əsgərovun torpaq sahəsindən çıxarılması, həmin ərazidə cavabdeh Ə.Əsgərov tərəfindən tikilmiş əlavə tikililərin (yarımtikililər) onun öz vəsaiti hesabına sökülmə si barədə iddianı təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir.

30. Apellyasiya məhkəməsi həmçinin cavabdeh Ə.Əsgərovun iddiaçıların hazırki iddianı qaldırmaları üçün subyektiv hüquqlarının olmaması barədə apellyasiya şikayətinin dəlilərinə də qiymət verərək, bu dəlillə bağlı qeyd edib ki, iddiаçılаrdаn biri – Mеybullаyеvа Yеgаnə Əliаğа qızınа həmin tоrpаq sаhəsi kеçmiş Kirоv rаyоn хаlq dеputаtlаrı sоvеtinin icrаiyyə kоmitəsinin 23/528 sаylı, 23 nоyаbr 1990-cı il tаriхli qərаrı əsаsındа аyrılmışdır. Digər iddiаçı Mеybullаyеv Mirbаlа Hüsеyn оğlu isə qаlаn tоrpаq sаhələrini sаhiblərindən fаktiki оlаrаq аlmış, оrаdа еv və yаrdımçı tikililər tikmiş, еvin və yаrdımçı tikililərin tikilməsinə хеyli vəsаit хərcləmiş və uzun müddət həmin tоrpаq sаhəsin ə və еvə fаktiki sаhiblik еtmiş və оrаdаn istifаdə еtmişdir.

31. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qeyd edilən hissədə gəldiyi nəticəni və tətbiq etdiyi maddi hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. Çünki həqiqətən də cаvаbdеh Əsgərоv Ələsgər Hüsеyn оğlunun qeyd edilən tоrpаq sаhəsinə dаir hər hаnsı sаhiblik, istifаdə və yа sərəcаm hüququnun mövcud olması müəyyən edilməyib. Belə olan halda iddiaçıların əmlak hüquqları (sahiblik və istifadə) qorunmalıdır.

32. Bununla belə, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin cavabdeh Ə.Əsgərovun ailə üzvlərinin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən 20 (iyirmi) sot torpaq sahəsindən və yarımtikililərdən çıxarılmaları barədə gəldiyi n əticəni qanunsuz sayır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçılar İddiaçı və Y. Meybullayeva cavabdeh XXX ailə üzvlərinin qeyd edilən ərazi və yarımtikililərdən çıxarılmalarını tələb etsələr də, XXXailə üzvlərinin kimlərdən ibarət olması barədə hər hansı məlumat verməmiş, həmin şəxsləri cavabdeh qismində göstərməmişlər. Birinci instansiya məhkəməsi də bu halı araşdırmamış, cavabdeh Ə.Əsgərovun ailə üzvlərinin dairəsini müəyyən etməmiş, onların məhkəmə iclasında iştirakına şərait yaratmamış, nəticədə cavabdeh qismində qoyulmayan şəxslər barəsində onların hüquqlarını pozan qətnamə çıxarmışdır. Eyni səhvi apellyasiya məhkəməsi də buraxmışdır. Bu da qətnamənin Ə.Əsgərovun ailə üzvlərinə aid hissədə ləğvi üçün əsasdır.

33. Mülki Prosessual Məcəllənin 418.4.6-cı maddəsinə görə məhkəmə iş də iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etmişsə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir

34. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, qətnamə Ə.Əsgərovun ailə üzvlərinin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, XXX küçəsində yerləşən 20 (iyirmi) sot torpaq sahəsindən və yarımtikililərdən çıxarılmaları hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. XXX ailə üzvlərinə daxil olan şəxslər iddia ərizəsində cavabdeh qism ində göstərilmədiyi, başqa sözlə, iddia tələbi onlara qarşı yönəlmədiyi üçün, onlara münasibətdə hazırki iddia təmin oluna bilməz.

35. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, cavabdeh Ə.Əsgərovun kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Ə.Əsgərovun ailə üzvlərinin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən 20 (iyirmi) sot torpaq sahəsindən və yarımtikililərdən çıxarılmaları hissəsində (birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə dəyişirilməyən saxlanan hissəsində) ləğv edilməli, Ə.Əsgərovun ailə üzvlərinə aid hissədə iddia tələbi təmin edilməməli, apellyasiya məhkəməsinin qətnaməsi cavabdeh Ə.Əsgərova aid qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Cavabdeh1 oğlunun kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.01.2021-ci il tarixli, 2(103)762/2021 nömrəli qətnaməsi Cavabdeh1 oğlunun ailə üzvlərinin XXX küçəsində yerləşən 20 (iyirmi) sot torpaq sahəsindən və yarımtikililərdən çıxarılmaları hissəsində (birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə dəyişirilməyən saxlanan hissəsində) ləğv edilsin. Cavabdeh XXX ailə üzvlərinə aid hissədə iddia tələbi təmin edilməsin. Qətnamə cavabdeh XXX aid qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar