Məhkəmə qərarları › İş №2(103)-6324/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6324/2021

07.07.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6324/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X16 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və X3 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, nümayəndəsi və vəkili Vəkil1 oğlunun, Cavabdeh1 Qula oğlu, onun nümayəndəsi və vəkili, həmçinin Cavabdeh2 vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-26/2021 saylı 15.02.2021-ci il tarixli Qətnaməsindən və 23.04.2021-ci il tarixli əlavə Qətnaməsindən İddiaçı və 15.02.2021-ci il tarixli Qətnaməsindən cavabdehlər Cavabdeh1 Qula oğlunun və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Qula oğluna və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X15 cəlb edilməklə) çıxarış və texniki pasportun ləğv (etibarsız) hesab edilməsi və sair tələbinə dair iddia ərizəsi, daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək **********5110301 reyestr nömrəli çıxarış və texniki pasportun Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli 266 saylı və 05.10.2007-ci il tarixli 250 saylı qərarları ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən zəbt edilmiş hissədə inşa edilmiş fərdi yaşayış evinin cizgidə (situasiya planında) göstərilən əraziyə düşmüş hissədə, yəni ortaq divar üzərində və X10 məxsus torpaq sahəsinə aid olan 10,5 kv.m hissədə ləğv (etibarsız hesab) edilməsi, Bakı şəhəri, Binəqədi rayonu 8-ci mkr, S.S.Axundov küçəsi, 2a saylı evin anında yerləşən Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli 266 saylı və 05 oktyabr 2007-ci il tarixli 250 saylı qərarları ilə ilkin cizgiyə (situasiya planına) uyğun İddiaçı mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş fərdi yaşayış evinin həmin cizgidə (situasiya planında) göstərilən əraziyə düşmüş hissəsinin, yəni ortaq divar üzərindəki və X10 məxsus torpaq sahəsinə aid olan 10,5 kv.m hissəsinin cavabdehlərin hesabına sökülməsi və həmin ərazinin cavabdehlər tərəfindən zəbt edilmiş hissədə boşaldılması, onun həyətindən cavabdehlər tərəfindən çəkilmiş kanalizasiya xəttinin cavabdehlərin hesabına sökülməsi, cavabdehlərin evinin dam örtüyünün yağış sularının onun həyətinə axıdılmaması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması, cavabdehlərin evinin zirzəmisindən onun həyətinə çıxarılmış tüstü borusunun cavabdehlərin hesabına sökülməsi, cavabdehlərin evinin onun torpaq sahəsinə baxan divarından 3 ədəd nəfəslik və 3 ədəd pəncərələrin cavabdehlərin hesabına bağlanması və cavabdehlər tərəfindən iddiaçıya vurulmuş 3.000 manat məbləğində mənəvi zərərin cavabdehlərdən müştərək qaydada tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində və iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, 1980-ci ildən ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. 20 may 2003-cü il tarixli, 39 saylı icarə müqaviləsinə əsasən Binəqədi rayonu, 8-ci mkr., S.S.Axundov küçəsi, 2A saylı evin yanında yerləşən 200 kv.m torpaq sahəsi Binəqədi Bələdiyyəsi tərəfindən ona icarəyə verilmişdir. Sonradan, Binəqədi rayonu 8-ci mkr., S.S.Axundov küçəsi, 2a saylı evin yanında yerləşən torpaq sahəsi Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 06 oktyabr 2006- cı il tarixli 266 saylı qərarı ilə 200 kv.m ölçüdə və 05 oktyabr 2007-ci il tarixli 250 saylı qərarı ilə 180 kv.m (toplam 380 kv.m) ölçüdə olmaqla fərdi yaşayış evi tikmək üçün alqısatqı yolu ilə əlavə edilmiş cizgiyə uyğun olaraq onun mülkiyyətinə verilmişdir. Onun həmin torpaq sahəsində mətbəxi, hamam-tualeti, avtomobil qarajı və ağacları vardır. O, ilin bütün fəsillərində ailə üzvləri ilə birlikdə həmin yerdən daimi olaraq istifadə edir və həmin torpaq sahəsini özü üçün daimi yaşayış yeri hesab edir. Lakin neçə vaxtdır ki, onun mülkiyyət hüquqları, habelə onun ailə üzvlərinin rahatlığını pozan bir sıra problemlər yaranmışdır. Səbəb kimi onun torpaq sahəsi üzrə divar qonşusu Cavabdeh1 Qula oğlunun qanunsuz hərəkətləridir. Onun torpaq sahəsi ilə Cavabdeh1 torpaq sahəsi arasında həmin torpaq sahələri hələ mülkiyyətə verilməmişdən öncə müvafiq dövlət qurumu tərəfindən mühafizə istinad divarı çəkilmişdir. Həmin divar həm də qonşu torpaq sahələrinin sərhədində yerləşməklə ortaq divar funksiyası daşıyır. Cavabdeh həmin ortaq divarın üzərindən evinin divarını tikmiş, habelə bununla kifayətlənməyərək onun evdə olmamağından (qeyd: həmin vaxtlar yas mərasimləri olduğu üçün o və ailəsi bir müddət rayonda olmuşlar) sui-istifadə edərək onun torpaq sahəsinə təxminən 80 sm müdaxilə etmiş, oranı 20 kv.m ölçüdə zəbt etməklə dəmir- beton konstruksiyalı dirəklər tikmiş və həmin dirəklərin üzərindən evinin divarını tikmişdir. O, cavabdehin bu qanunsuz hərəkətlərinə qarşı kəskin etirazını bildirməklə, ondan həmin tikililərin sökülməsini tələb etsə də, lakin cavabdeh onun qanuni tələb və etirazlarına məhəl qoymamışdır. Əksinə, onun mülkiyyət hüquqlarını pozmaqda davam edərək onun həyətindən (icazəsiz olaraq həyətə daxil olaraq) kanalizasiya xətti çəkmiş, evinin dam örtüyünün yağış sularının onun həyətinə axıdır, evinin zirzəmisindən onun həyətinə tüstü borusu çıxartmış, onun torpaq sahəsində ucaltdığı dəmir-beton konstruksiyalı dirəklər üzərində 4 metr uzunluğunda balkon tikmiş, bundan başqa, evinin onun torpaq sahəsinə baxan divarından 3 ədəd nəfəslik (4-cü nəfəslik isə açılmaq ərəfəsindədir) və 3 ədəd pəncərə açmışdır. Həmin nəfəslik və pəncərələrin açılması nəticəsində onu və ailə üzvlərinin uzun müddətdir ki, daimi olaraq istifadə etdikləri torpaq sahəsi (həyəti) nəzarət altına alınmış (cavabdehin həmin pəncərələrdən baxması ilə) və bunula da onların öz torpaq sahələrindən sərbəst, maneəsiz istifadə etmək hüquqlarını məhdudlaşdırılaraq pozmuşdur. O, cavabdehin yuxarıda qeyd olunan qanunsuz əməlləri ilə bağlı dəfələrlə polisə müraciət etsə də, lakin mübahisə mülki xarakterli kimi qiymətləndirildiyindən öz hüquqi həllini tapmamışdır. Hazırki mülki mübahisə ilə anoloji olan digər mülki mübahisə 2007- 2008-ci ildə oxşar predmet və əsaslar üzrə onun digər divar qonşusu arasında baş vermiş, həmin mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhəməsinin MİÜMK-nın 2(102)-2115/08 saylı, 21 avqust 2008-ci il tarixli qərarına əsasən onun pozulmuş hüquqları bərpa edilmişdir. Cavabdehin onun torpaq sahəsinə təxminən 80 sm müdaxilə etməsi, oranı 20 kv.m ölçüdə zəbt etməklə dəmir-beton konstruksiyalı dirəklər tikməsi və həmin dirəklərin üzərindən evinin divarını tikməsi onun mülkiyyət hüquqlarını pozmuşdur. Cavabdehin ona məxsus torpaq (oranı 20 kv.m ölçüdə zəbt etməklə) sahəsində, habelə onların torpaq sahələrinin sərhəddində yerləşən ortaq divar üzərində şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikmiş olduğu evinin divarları, beton dirəkləri özbaşına tikili olduğu üçün sökülməlidir. Cavabdehin onun daimi yaşayış yeri - bağ evi kimi istifadə etdyi həyətindən (icazəsiz olaraq həyətə daxil olaraq) kanalizasiya xətti çəkməsi, evinin dam örtüyünün yağış sularını onun həyətinə axıtması, evinin zirzəmisindən onun həyətinə tüstü borusu çıxartması, evinin onun torpaq sahəsinə baxan divarından 3 ədəd nəfəslik və 3 ədəd pəncərə açması ilə onun ailə üzvlərinin daimi olaraq istifadə etdiyi torpaq sahəsini (həyəti) nəzarət altına alması (cavabdehin həmin pəncərələrdən baxması) və bununla da onların öz torpaq sahələrindən sərbəst, maneəsiz istifadə etmək hüquqlarının məhdudlaşdırması qonşuluq etika və normalarına sığmamaqla qanunsuzdur. Cavabdehin onun torpaq sahəsini zəbt etməsi və normal qonşuluq münasibətlərinə xələl gətirən hüquqa zidd əməllər (həyətindən kanalizasiya xətti çəkməsi, evinin dam örtüyünün yağış sularını onun həyətinə axıtması, evinin zirzəmisindən onun həyətinə tüstü borusu çıxartması, evinin onun torpaq sahəsinə baxan divarından 3 ədəd nəfəslik və 3 ədəd pəncərə açması və s.) törətməsi ilə onun və ailə üzvlərinin mülki hüquqları pozulmuş, habelə öz əmlaklarından sərbəst istifadə edə bilmək imkanından məhrum olduğuna görə mənəvi sarsıntı və iztirab keçirmiş, bununla da cavabdehlər ona 3.000 manat məbləğində mənəvi zərər vurmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh1 Qula oğlu X10 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Binəqədi Bələdiyyəsi cəlb edilməklə) ümumi istifadədə olan yolun açılması və sair tələbinə dair qarşılıqlı iddia ərizəsi, daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək istifadəsində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə qərb tərəfdən bitişik əvvəllər ümumi istifadədə olan məhəllə daxili yolun hər iki istiqamətdən açılması, istifadəsində olan 9,48 kv.metr torpaq sahəsi üzərindəki hüquqlarına yaradılmış maneçiliklərin aradan qaldırılması və ümumi istifadədə olan 200 kv.metr torpaq sahəsinin boşaldılması vəzifəsinin cavabdehə həvalə edilməsi və ilk iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbini Cavabdeh1 Qula oğlu belə əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 09 avqust 2004-cü il tarixli, 145 saylı qərarı və 21 oktyabr 2004-cü il tarixli, 252 saylı qərarları ilə X6 fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. X11, onun mülkiyyətinə ayrılmış 200 kv.m. torpaq sahəsini 01 aprel 2005-ci il tarixli, AR-İ X 007241 saylı notarial qaydada təsdiq edilmiş etibarnamə ilə Cavabdeh2 fərdi yaşayış evinin tikintisi üçün həvalə etmiş və Cavabdeh2 isə öz növbəsində 18 dekabr 2006-cı il tarixdə həmin torpaq sahəsinin adına sənədləşdirilməsi ilə bağlı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinə müraciət edərək sənədləri təqdim etmişdir. Məsələyə Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin Sosial Məsələlər üzrə işçi qrupunun iclasında baxılmış və yalnız 24 oktyabr 2007-ci il tarixli, 517 saylı qərarla Bakı şəhəri, 8-ci mkr, S.S.Axundov küçəsi, 40 saylı yaşayış binasının arxasında fərdi yaşayış evinin tikintisi üçün 200 kv.m torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə verilmişdir. X11 qeyd olunan torpaq sahəsində 2004-cü il tarixlərdə evin tikintisi üçün bünövrə işləri aparmışdır. X2 özü də təsdiq edə bilər. Hazırda həmin ərazidə cavabdeh tərəfinfən yaşayış evi tikilmiş, 7-8 ilə yaxındır ki, orda yaşayış vardır. Bununla yanaşı bütün kommunal xərclər də vaxtında ödənilmiş, həmin yaşayış evində yaşayan şəxslərin müvafiq Polis İdarəsi tərəfindən qeydiyyatı aparılmış, yeni ünvan verilmişdir. 2006-2007-ci il tarixdə cavabdeh tərəfindən qeyd olunan torpaq sahəsində tikinti işləri başlanılmışdır. Tikinti işləri gedən zaman İddiaçı həmin ərazidə heç bir hasarlama, heç bir tikinti işləri aparmamış, ümumiyyətlə torpaq sahəsinin ona məxsus olması barədə heç bir işarə və yaxud göstərici olmamışdır. Cavabdeh tərəfindən mübahisə edilən və situasiya planında qeyd olunan 200 kv.m torpaq sahəsinin müəyyən hissəsi, dəmir beton konstruksiyalı dirəklərin də salındığı 60 sm ərazinin düşdüyü torpaq sahəsi əvvəllər ictimai yol kimi ümumi istifadədə olmuşdur. Ona görə də fərdi yaşayış evi tikmək üçün cavabdehə verilən torpaq sahəsi aşağı hissəyə doğru mailli olduğundan, gələcəkdə evin sürüşmə və uçmaması üçün məcburən aşağı hissədən 60 sm enində gediş-gəlişə mane olmamaq şərtilə 3 ədəd dayaq sütunları ana torpağa bərkidilmişdir. Əvvəllər ictimai yol kimi ümumi istifadədə olan torpaq sahəsinin eni 2-2.5 metr olmuşdur.Həmin dəmir beton konstruksiyalı dirəklərin salınmasında məqsəd ümumi istifadədə olan yola məqsədli şəkildə girmək deyil, sadəcə evin çökməməsi üçün 3 ədəd dayaq sütunları ana torpağa bərkitməkdir. Eni 2-2.5 metr olan ictimai yolun 60 sm-lik dəmir beton konstruksiyalı dirəklər sakinlərin gedişgəlişinə mane olmamışdır. Həmin yolla sakinlər yaşayış binalarına və qarşıda olan məktəbə gedib gəlirdilər. Bu halı ehtiyac olduğu təqdirdə orda yaşayan istənilən sakin sübut edə bilər. Bundan başqa digər bir sübut da ondan ibarətdir ki, əgər həmin torpaq sahəsi hasarlanmış və ya zəbt edilmiş olsa idi orda İddiaçı dəmir beton konstruksiyalı dirəklərin tikilməsi zamanı usta və fəhlələrin iş görməsinə mane olmazdımı və yaxud həmin ərazi hasarlanmışdısa da hasarlanmış əraziyə usta və fəhlələrin keçib həmin çətin düzələn dəmir beton konstruksiyalı dirəklərin ən azından 3-4 gün ərzində salınmasını necə eləmişdilər? Deməli həmin ərazi boş, hasarlanmamış və istifadədə olmamışdır. Digər sübut isə İddiaçı darvaza kimi qoyduğu giriş-çıxış qapısının sağ hissəsinin suvağının gözə çarpması, seçilməsidir. Yəni bu sonradan hörülmüş və ümumi istifadədə olan yolun bağlanmasına sübutdur. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli, 266 saylı qərarının etibarsız olmasına səbəblərdən biri də, ümumi istifadədə olan yola qərarın necə verilməsidir. Bundan başqa Situasiya Planında nəzərdə tutulan 200 kv.m. sahəsinə nəzər yetirəndə də aydın olur ki, bu qərar həqiqətən əsassız verilib, yəni hansı riyazi hesablama qaydası ilə 200 kv.m sahəsinin alınması aparılıb və heç bir uyğunluq gəlmir. Əlavə olaraq, ümumi istifadədə olan ictimai yolun müəyyən hissəsi ilə 2 ədəd paylayıcı qaz boru kəməri keçirdi. Sonradan həmin paylayıcı qaz boru kəməri müvafiq qaz idarəsi tərəfindən istiqaməti dəyişdirilərək digər istiqamətə hərəkətlənmişdir. Yer dəyişdiriləndən sonra hələ də paylayıcı qaz boru kəmərlərinin birinin qalıqları sübut kimi orda qalmaqdadır. Həmin 2 ədəd paylayıcı qaz boru kəməri Bələdiyyə orqanı tərəfindən qərar verilən zaman, yəni 2007-ci il tarixdə İddiaçı istifadəsində olan 200 kv.m.-lik torpaq sahəsinin daxili ilə keçirdi. Yəni ümumi istifadədə olan yolun hərəkət trayektoriyası ilə çəkilən qaz kəmərinin də düşdüyü əraziyə Bələdiyyə orqanı necə qərar verə bilər? Neft-qaz xətləri altındakı bələdiyyə torpaqlarının fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi məqsədilə zəruri tikililərin inşası üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. Buna görə də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli, 266 saylı qərarı etibarsız sayılmalı və bu barədə məhkəmə qətnaməsi çıxarılmalıdır. Bakı şəhəri, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli, 266 saylı qərarı ilə İddiaçı verilmiş torpaq sahəsinin hasarlanaraq bağlanması cavabdeh tərəfindən tikilmiş yaşayış evinin təhlükəsizliyi, sanitar və yanğından mühafizə qaydalarının kobudcasına pozulmasıdır. Belə ki, fors major hallarda, yəni yanğın zamanı yanğının qarşısının alınması və söndürülməsi zamanı həmin ərazidən müdaxilənin edilməsi qeyri-mümkündür. Həmin ərazidən qaz turbasının keçməsini nəzərə alsaq, bu da qərarın etibarsız olmasına əsas verir. İddiaçı hesab etdiyi 200 kv.m-lik torpaq sahəsində iri gövdəli, şaxəli və hündür ağaclar mövcuddur. Həmin ağacların kəsilib yerində yaşayış evinin tikilməsi həmin ekoloji cəhətdən düzgün deyil, həm də bir daha sübut edir ki. həmin ağacların olduğu əraziyə bələdiyyə orqanı etibarsız qərar vermişdir. İddiaçı narahat edən məsələlərdən biri də balkon, nəfəslik və pəncərələrin açılmasıdır. Bir əlavəni də ondan ibarətdir ki, balkon ümumiyyətlə mane olmur. Heç baxış istiqaməti də tam əks tərəfədir. Qaldı ki, pəncərə və nəfəsliklərin olmasına adından da görünür ki, bu nəfəslikdir və yaşayış olan yerdə havanın dəyişdirilməsi üçün vacibdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, həyəti nəzarət altına alınmış və oradan istifadə edə bilmir. Bu onlara məxsus düşüncə tərzidir. Birincisi, əgər belədirsə, ümumiyyətlə həmin torpaq sahələri hündürmərtəbəli 3-4 binanın əhatəsində yerləşir. Bütün yuxarı mərtəbələrdən həyətin içi tam görünür. İkincisi, iki həyət arasında hündür şaxələnmiş ağac yerləşir. Bu görüntünün qabağını alır. Baxmaq istəsən də vizual görüntü mümkün deyildir. Üçüncüsü, gün ərzində demək olar ki, evin 2-ci mərtəbəsində heç bir yaşayış olmur. Ancaq iki yaşlı adam yaşayır. Təkcə gün sonunda yaşayış olur. Bundan başqa pəncərələr rəngli (mat) görsənməyəndir. Qışda və yayda daim bağlı olur (qışda evdə kombi istiliyinə, yayda isə kondisioner sərinliyinə görə). İddiaçının tələblərindən biri də, çəkilmiş kanalizasiya xəttinin cavabdehin hesabına sökülməsidir. Kanalizasiya xətti tərəfindən tikilmiş yaşayış evinin divarı boyunca divara bitişik, izolyasiya edilmiş şəkildə çəkilmişdir. Cavabdehə aid torpaq sahəsi İddiaçı hesab etdiyi 200 kv.m-lik torpaq sahəsindən hündürdə yerləşdiyindən divara bitişik şəkildə olan kanalizasiya xətti həmin torpaq sahəsindən minimum 5-6 metr hündürdən keçir. İddiaçı bu bəhanələri gətirsə də, bunlar bəhanə olaraq qalır. Həmin əraziyə baxış keçirilsə müəyyən edilər ki, 60 sm-lik enində dəmir beton konstruksiyalı dirəkləri əhatə edən sahə ümumi fonda, ümumiyyətlə torpaq sahəsinə heç bir maneə yaratmır. İddiaçı hesab etdiyi 200+180 kv.mlik torpaq sahəsində 60 sm-lik sahə heç bir maneə yaratmamalıdır. Ciddi narahatçılıq etmir. Deməli bunlar hamısı bəhanədir. Əgər yüngül narahatçılıq yaradırsa da belə qeyd olunan maddəyə əsasən qonşunun təsirinə dözmək vəzifəsi var. Göstərilənlərə əsasən iddianən rədd, qarşılıqlı iddianın isə təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh2 X10 qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək ona məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə qərb tərəfdən bitişik ümumi istifadədə olan məhəllə daxili yolun hər iki istiqamətdən açılması, mülkiyyətində olan 9,48 kv.metr torpaq sahəsi üzərindəki hüquqlarına yaradılmış maneçiliklərin aradan qaldırılması və ümumi istifadədə olan 200 kv.metr torpaq sahəsindəki tikililərin və yarımtikililərin sökülərək boşaldılması vəzifəsinin İddiaçı həvalə edilməsi və ilk iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbini Cavabdeh2 belə əsaslandırmışdır ki, İddiaçı tərəfindən mübahisələndirilən Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, X27 küçəsi, ev 40F ünvanda yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində hüquqlarım dövlət qeydiyyatına alınaraq bu barədə ona dövlət reyestrindəb çıxarış verilmişdir. Ona məxsus fərdi yaşayış evinin qərb hissəsi dirəklərin üzərində salınmışdır. Dirəklər inşa edilmiş torpaq sahəsi onun mülkiyyətindədir. Dirəklərin salındığı 0,60 metr enində ərazinin düşdüyü 9,48 kvadrat metr torpaq sahəsi faktiki olaraq İddiaçı tərəfindən zəbt olunmuşdur. Həmin hissədə torpaq sahəsinə bitişik sahə əvvəllər məhəllədaxili yol kimi ümumi istifadədə olan torpaq sahəsinin eni 4 metr olmuşdur. Həmin dəmir beton konstruksiyalı dirəklərin salınmasında məqsəd sadəcə evin çökməməsi üçün 3 ədəd dayaq sütunlarının mülkiyyətində olan torpaq sahəsində yerə bərkitmək olmuşdur. Tikinti zamanı eni 4 metr olan məhəllədaxili yola müdaxilə edilməmişdir. Həmin yolla sakinlər yaşayış binalarına və qarşıda olan məktəbə gedib gəlirdilər. Bu halı ehtiyac olduğu təqdirdə orda yaşayan istənilən sakinin ifadəsi ilə sübut edə bilərəm. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli, 266 saylı qərarı qanunsuzdur, belə ki ümumi istifadədə olan yola torpaq ayırma qərarı verilməsi qanunla bir başa qadağandır. Bundan başqa Situasiya planında nəzərdə tutulan 200 kv.m. sahəsinə nəzər yetirəndə də aydın olur ki, bu qərar həqiqətən əsassız verilib, yəni hansı riyazi hesablama qaydası ilə 200 kv.m. sahəsinin alınması aparılıb və heç bir uyğunluq gəlmir. Ələvə olaraq, ümumi istifadədə olan ictimai yolun müəyyən hissəsi ilə 2 ədəd paylayıcı qaz boru kəməri keçirdi. Sonradan həmin paylayıcı qaz boru kəməri müvafiq qaz idarəsi tərəfindən istiqaməti dəyişdirilərək digər istiqamətə hərəkətlənmişdir. Yer dəyişdiriləndən sonra hələ də paylayıcı qaz boru kəmərlərinin birinin qalıqları sübut kimi orada qalmaqdadır. Həmin 2 ədəd paylayıcı qaz boru kəməri bələdiyyə orqanı tərəfindən qərar verilən zaman, yəni 2007-ci il tarixdə İddiaçı faktiki istifadəsində olan 200 kv.m.-lik torpaq sahəsinin daxili ilə keçirdi. Yəni ümumi istifadədə olan yolun hərəkət trayektoriyası ilə çəkilən qaz kəmərinin də düşdüyə ərazi dövlət mülkiyyətindədir. Belə olan halda bələdiyyə həmin torpaq sahəsi üzərində sərancam verə bilməzdi. Yuxarıda qeyd olunan maddənin dispozisiyasından da görünür ki, hətta neft-qaz xətləri altındakı bələdiyyətorpaqlarının fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi məqsədi ilə zəruri tikililərin inşası üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. Bundan başqa, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli, 266 saylı qərarı ilə ayrılmış torpaq sahəsinin naturada müəyyən edilə bilməmişdir. Bu səbəbdən qeyd edilən qərar cavabdehin həmin torpaq sahəsi üzərində hüquqularının yaranmasını müəyyən edən hüquq müəyyənedici sənədi kimi tanına bilməz. İddiaçı tərəfindən torpaq sahəsinin hasarlanması mülkiyyətimdə olan yaşayış evinin təhlükəsizliyi, sanitar və yanğından mühafizə qaydalarının kobudcasına pozulmasıdır. Belə ki, fors-major hallarda, yəni yanğın zamanı yanğının qarşısının alınması və söndürülməsi zamanı həmin ərazidən müdaxilənin edilməsi qeyri-mümkündür. İddiaçı faktiki istifadə etdiyi 200 kv.m-lik torpaq sahəsində iri gövdəli, şaxəli və hündür ağaclar mövcuddur. Həmin ağacların kəsilib yerində yaşayış evinin tikilməsi həm ekoloji cəhətdən düzgün deyil, həm də bir daha sübut edir ki, həmin ağacların olduğu torpaq sahəsinin başqa təyinatla ayrılmasına dair bələdiyyə tərəfindən qərar verilə bilməz. Həmin torpaq sahəsinin başqa təyinatla istifadə edilməsi nəticəsində birbaşa olaraq hüquqları pozulmuşdur. İddiaçı narahat edən məsələlərdən biri də balkon, nəfəslik və pəncərələrin açılmasıdır. Bir əlavəni də nəzərinizə çatdıraq ki, balkon ümumiyyətlə mane olmur. Heç baxış istiqaməti də tam əks tərəfədir. Qaldı ki, pəncərə və nəfəsliklərin olmasına adından da görünür ki, bu nəfəslikdir və yaşayış olan yerdə havanın dəyişdirilməsi üçün vacibdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, həyəti nəzarət altına alınmış və oradan istifadə edə bilmir. Bu onlara məxsus düşüncə tərzidir. Birincisi, əgər belədirsə, ümumiyyətlə həmin torpaq sahələri hündürmərtəbəli 3-4 binanın əhatəsində yerləşir. Bütün yuxarı mərtəbələrdən həyətin içi tam görünür. İkincisi, iki həyət arasında hündür şaxələnmiş ağac yerləşir. Bu görüntünün qabağını alır. Baxmaq istəsən də vizual görüntü mümkün deyildir. Üçüncüsü, gün ərzində demək olar ki, evin 2-ci mərtəbəsində heç bir yaşayış olmur. Ancaq iki yaşlı adam yaşayır. Təkcə gün sonunda yaşayış olur. Bundan başqa pəncərələr rəngli (mat) görsənməyəndir. Qışda və yayda daim bağlı olur (qışda evdə kombi istiliyinə, yayda isə kondisioner sərinliyinə görə). İddiaçının tələblərindən biri də, çəkilmiş kanalizasiya xəttinin onun hesabına sökülməsidir. Kanalizasiya xətti tərəfindən tikilmiş yaşayış evinin divarı boyunca divara bitişik, izolyasiya edilmiş şəkildə çəkilmişdir. Ona aid torpaq sahəsi İddiaçı hesab etdiyi 200 kv.m-lik torpaq sahəsindən hündürdə yerləşdiyindən divara bitişik şəkildə olan kanalizasiya xətti həmin torpaq sahəsindən minimum 5-6 metr hündürdən keçir. İddiaçı bu bəhanələri gətirsə də bunlar bəhanə olaraq qalır. Həmin əraziyə baxış keçirilsə görünər ki, 60 sm-lik enində dəmir beton konstruksiyalı dirəkləri əhatə edən sahə ümumi fonda, ümumiyyətlə torpaq sahəsinə heç bir maneə yaratmır. İddiaçı hesab etdiyi 200+180 kv.m-lik torpaq sahəsində 60 sm-lik sahə heç bir maneə yaratmamalıdır. Ciddi narahatçılıq etmir. Deməli bunlar hamısı bəhanədir. Əgər yüngül narahatçılıq yaradırsa da belə qeyd olunan maddəyə əsasən qonşunun təsirinə dözmək vəzifəsi var.Göstərilənlərə əsasən iddianən rədd, qarşılıqlı iddianın isə təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(001)-26/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 Qula oğluna və Cavabdeh2 qarşı iddia tələbinə **********5110301 reyestr nömrəli çıxarış və texniki pasportun Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli 266 saylı və 05 oktyabr 2007-ci il tarixli 250 saylı qərarları ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən zəbt edilmiş hissədə inşa edilmiş fərdi yaşayış evinin cizgidə (situasiya planında) göstərilən əraziyə düşmüş hissədə, yəni ortaq divar üzərində və X10 məxsus torpaq sahəsinə aid olan 10,5 kv.m hissədə ləğv (etibarsız hesab) edilməsi hissədə iş üzrə icraata xitam verilmişdir. Həmçinin, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(001)-26/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 Qula oğluna və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X15 cəlb edilməklə) iddiaçının mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş fərdi yaşayış evinin həmin cizgidə (situasiya planında) göstərilən əraziyə düşmüş hissəsinin cavabdehlərin hesabına sökülməsi və həmin ərazinin cavabdehlər tərəfindən zəbt edilmiş hissədə boşaldılması və sair tələbinə dair iddiası təmin edilməməsi, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməsi, Cavabdeh1 Qula oğlunun İddiaçı qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Binəqədi Bələdiyyəsi cəlb edilməklə) ümumi istifadədə olan yolun açılması və sair tələbinə dair qarşılıqlı iddiası təmin edilməməsi, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 Qula oğluna aid edilməsi Cavabdeh2 İddiaçı qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair qarşılıqlı iddiası təmin edilməməsi, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh2 aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 150 (bir yüz əlli) manatın 50 (əlli) manatı İddiaçı, 50 (əlli) manatı Cavabdeh1 Qula oğlundan və 50 (əlli) manatı isə Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi (X7, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************), iş üzrə alınmış mütəxəssis rəyinin dəyərini təşkil edən 67,20 (altmış yeddi manat, iyirmi qəpik) manat məbləğində vəsaitin 22,4 (iyirmi iki manat, qırx qəpik) manatı İddiaçı, 22,4 (iyirmi iki manat, qırx qəpik) manatı Cavabdeh1 Qula oğlundan və 22,4 (iyirmi iki manat, qırx qəpik) manatı isə Cavabdeh2 tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi (“xxxx” ASC-nin Xətai filialı, filialın kodu 200071, vöen **********, SWİFT kod AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, benefisiarın adı Kadastr və Yerqur Layiha TADQ MAR, benefisiarın hesabı AZ23AİİB********************, Vöen **********) qət olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(001)-26/2021 saylı qərardadından iddiaçı tərəfindən şikayət verilmiş, məhkəmənin 22 fevral 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətə baxılması üçün mülki iş Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 29 mart 2021-ci il tarixli qərardadı ilə İddiaçı şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(001)-26/2021 saylı qərardadı ləğv edilmiş və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmışdır. Bundan sonra Bakı şəhəri Binəqədi rayon məhkəməsi 2(001)-26/2021 saylı 23.04.2021-ci il tarixli əlavə Qətnamə qəbul etmiş və İddiaçı cavabdehlər Cavabdeh1 Qula oğluna və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X15 cəlb edilməklə) **********5110301 reyestr nömrəli çıxarış və texniki pasportun Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli 266 saylı və 05 oktyabr 2007-ci il tarixli 250 saylı qərarları ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən zəbt edilmiş hissədə inşa edilmiş fərdi yaşayış evinin cizgidə (situasiya planında) göstərilən əraziyə düşmüş hissədə, yəni ortaq divar üzərində və İddiaçı məxsus torpaq sahəsinə aid olan 10,5 kv.m hissədə ləğv (etibarsız hesab) edilməsi barədə iddiası təmin edilməmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-26/2021 saylı 15.02.2021-ci il tarixli Qətnaməsindən və 23.04.2021-ci il tarixli əlavə Qətnaməsindən İddiaçı və 15.02.2021-ci il tarixli Qətnaməsindən cavabdehlər Cavabdeh1 Qula oğlu və Cavabdeh2 tərəfindən ayrıayrılıqda apellyasiya şikayəti verilmişdir. Apelyatorlar apellyasiya şikayətlərini iddia tələblərinin dəlilləri ilə oxşar məzmunda əsaslandırmışlar. Məhkəmə kolegiyasının iclasında iştirak edən tərəflər özlərinin apelyasiya şikayətinin və iddia tələbinin təmin edilməsi, qarşı tərəfin şikayətinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kolegiyası tərəfləri dinləyərək, iş üzrə materialları və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-26/2021 saylı 15.02.2021-ci il tarixli Qətnaməsindən və 23.04.2021ci il tarixli əlavə Qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-26/2021 saylı 15.02.2021-ci il tarixli Qətnaməsi ilk iddianın rədd edilməsi hissədə və 23.04.2021-ci il tarixli əlavə Qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh1 Qula oğluna və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X15 cəlb edilməklə) iddiaçının mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş fərdi yaşayış evinin həmin cizgidə (situasiya planında) göstərilən əraziyə düşmüş hissəsinin cavabdehlərin hesabına sökülməsi və həmin ərazinin cavabdehlər tərəfindən zəbt edilmiş hissədə boşaldılması və sair tələbinə dair iddiası təmin edilməməli, (Bakı Apellyasiya Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(103)- 6324/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 Qula oğluna və Cavabdeh2 qarşı iddia tələbinə **********5110301 reyestr nömrəli çıxarış və texniki pasportun Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli 266 saylı və 05 oktyabr 2007-ci il tarixli 250 saylı qərarları ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən zəbt edilmiş hissədə inşa edilmiş fərdi yaşayış evinin cizgidə (situasiya planında) göstərilən əraziyə düşmüş hissədə, yəni ortaq divar üzərində və X10 məxsus torpaq sahəsinə aid olan 10,5 kv.m hissədə ləğv (etibarsız hesab) edilməsi hissədə iş üzrə icraata xitam verilmişdir.) həmçinin, 15.02.2021-ci il tarixli Qətnamədən cavabdehlər Cavabdeh1 Qula oğlu və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verdikləri apellyasiya şikayəti təmin olunmamalı, 15.02.2021-ci il tarixli Qətnamə qalan hissədə-Cavabdeh1 Qula oğlunun və Cavabdeh2 qarşılıqlı iddialarının rədd olunduğu hissədə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Belə ki, iş materiallarında olan: Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 09 avqust 2004-cü il tarixli, 145 nömrəli qərarın surətindən görünür ki, Binəqədi rayonu, 8 mkr, S.S.Axundov küçəsi, 40 saylı yaşayış binanın arxasında əlavə edilmiş cizgiyə uyğun olaraq 80 kv.m torpaq sahəsi fərdi yaşayış evininin inşa edilməsi üçün X4 mülkiyyətinə alqı-satqı yolu ilə ayrılması (hər kv.m 20.800 ödəmək şərti ilə) qərara alınmışdır; Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi (satan) ilə X8 (alan) arasında bağlanmış 09 avqust 2004-cü il tarixli “Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi” haqqında müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, satan mülkiyyətindəki torpaq sahəsini – 8 mkr., S.S.Axundov yaşayış massivi 40 saylı binanın yanında 80 kv.m sahəni alıcıya təklif edir, alıcı fərdi yaşayış evinin tikintisi üçün təklif edilən sahəni qəbul edir. Sahənin hər bir kv.m-i üçün 20.800 manat məbləğində razılaşdırılmışdır; Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi (icarəyə verən) ilə İddiaçı (icarədar) arasında bağlanmış 20 may 2003-cü il tarixli, 39 nömrəli “Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin əkilib-becərilməsi üçün icarəyə verilməsi” haqqında müqavilənin surətindən görünür ki, icarəyə verən mülkiyyətindəki torpaq sahəsini – 8 mkr., S.S.Axundov küçəsi, 2a saylı binanın yanında 200 kv.m sahəni sanitariya və ekoloji vəziyyəti yaxşılaşdırmaq, meyvə və bəzək ağacları, kolları əkməklə yaşıllaşdırmaq məqsədi ilə icarədara təklif edir, icarədar sadalanan işləri öz vəsaiti hesabına görməklə təklif edilən sahəni qəbul edir; Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli, 266 nömrəli qərarının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Binəqədi rayonu, 8 mkr, S.S.Axundov küçəsi, 2a saylı binanın yanında İddiaçı istifadə etdiyi 200 kv.m Bələdiyyəyə məxsus olan torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün alqı-satqı yolu ilə əlavə edilmiş cizgiyə uyğun olaraq, onun mülkiyyətinə ayrılması (hər kv.m üçün YAM ilə 4 manat 16 qəpik ödəmək şərtilə) qərara alınmışdır; Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi (satan) ilə İddiaçı (alan) arasında bağlanmış 06 oktyabr 2006-cı il tarixli, 470 nömrəli “Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi” haqqında müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, satan mülkiyyətindəki torpaq sahəsini – 8 mkr., S.S.Axundov küçəsi, 2a saylı binanın yanında 200 kv.m sahəni alıcıya təklif edir, alıcı fərdi yaşayış evinin tikintisi üçün təklif edilən sahəni qəbul edir. Sahənin hər bir kv.m-i üçün YAM ilə 4 manat 16 qəpik məbləğində razılaşdırılmışdır; Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 05 oktyabr 2007-ci il tarixli, 250 nömrəli qərarının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Binəqədi rayonu, 8 mkr, S.S.Axundov küçəsi, 2a saylı binanın yanında İddiaçı icarə əsasında istifadə etdiyi 200 kv.m Bələdiyyəyə məxsus olan torpaq sahəsindən 180 kv.m olan hissəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə əlavə edilmiş cizgiyə uyğun olaraq, onun mülkiyyətinə ayrılması (hər kv.m üçün YAM ilə 8 manat 32 qəpik ödəmək şərtilə) qərara alınmışdır; Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi (satan) ilə İddiaçı (alan) arasında bağlanmış 05 oktyabr 2007-ci il tarixli, 154 nömrəli “Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi” haqqında müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, satan mülkiyyətindəki torpaq sahəsini – 8 mkr., S.S.Axundov küçəsi, 2a saylı binanın yanında 180 kv.m sahəni alıcıya təklif edir, alıcı fərdi yaşayış evinin tikintisi üçün təklif edilən sahəni qəbul edir. Sahənin hər bir kv.m-i üçün YAM ilə 8 manat 32 qəpik məbləğində razılaşdırılmışdır; Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 24 oktyabr 2007-ci il tarixli, 517 nömrəli qərarının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 8 mkr, S.S.Axundov küçəsi, 40 saylı yaşayış binasının arxasında mülkiyyətə ayrılmış 200 kv.m torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə Bələdiyyənin 09 avqust 2004-cü il tarixli, 145 saylı və 21 oktyabr 2004-cü il tarixli 252 saylı qərarının ləğv edilməsi, Cavabdeh2 müraciəti nəzərə alınaraq, 8 mkr, S.S.Axundov küçəsi, 40 saylı yaşayış binasının arxasında fərdi yaşayış evinin tikintisi üçün 200 kv.m torpaq sahəsi əlavə edilmiş cizgiyə uyğun olaraq, onun mülkiyyətinə ayrılması (hər kv.m üçün YAM ilə 8 manat 32 qəpik ödəmək şərtilə) qərara alınmışdır; Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi (satan) ilə Cavabdeh2 (alan) arasında bağlanmış 24 oktyabr 2007-ci il tarixli, 225 nömrəli “Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi” haqqında müqavilənin surətindən görünür ki, satan mülkiyyətindəki torpaq sahəsini – 8 mkr., S.S.Axundov küçəsi, 40 saylı yaşayış binasının arxasında 200 kv.m sahəni alıcıya təklif edir, alıcı fərdi yaşayış evinin tikintisi üçün təklif edilən sahəni qəbul edir. Sahənin hər bir kv.m-i üçün YAM ilə 8 manat 32 qəpik məbləğində razılaşdırılmışdır; 07 dekabr 2018-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 0.02 ha torpaq sahəsi X12 tərəfindən Cavabdeh2 satılaraq alıcının mülkiyyətinə verilmişdir; Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 03 sentyabr 2019-cu il tarixli məktubundan görünür ki, Əliyev X9 rayonu Binəqədi Bələdiyyəsi ilə bağladığı 06 oktyabr 2006-cı il tarixli 266 saylı və 05 oktyabr 2007-ci il tarixli 250 saylı qərarlarına uyğun sənədlər Bələdiyyənin elekron bazasında mövcuddur, torpaq vergisi borcu 2019-cu ilədək tam ödənilmişdir və hal-hazırda hər hansı bir borc yoxdur. Lakin, Cavabdeh2 mülkiyyətinə və ya istifadəsinə verilmiş torpağa aid hər hansı bir məlumat elektron bazada aşkarlanmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 21 avqust 2008-ci il tarixli, 2(102)-2115/08 saylı qərarının surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 yanvar 2008-ci il tarixli qətnaməsi ilə iddiaçılar X14 və X18 cavabdehlər X13 və İddiaçı qarşı yaşadıqları M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsindəki 1 saylı evin pəncərəsinə vurulmuş dəmir lövhənin götürülməsi tələbinə dair iddiası təmin edilmiş, N.Əliyeva və İddiaçı Xeyrulla və Tahir Tahirovlara qarşı qanunsuz zəbt etdikləri 126.4 kv.metr torpaq sahəsinin boşaldılması və mülkiyyətlərində olan torpaq sahəsində qanunsuz tikdikləri evdən bağ sahəsinə açılan pəncərənin bağlanması barədə qarşılıqlı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MİÜMK-nın 05 may 2008-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 yanvar 2008-ci il tarixli qətnaməsi qismən – ilkin iddianın təmin olunması hissəsində və qarşılıqlı iddianın qanunsuz tikilən evin pəncərəsinin bağlanması tələbinin rədd olunması hissəsində ləğv edilib, X14 və Tahirov Tahir X1 və İddiaçı qarşı yaşadıqları Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsindəki 1 saylı evin pəncərəsinə vurulmuş dəmir lövhənin götürülməsi tələbinə dair iddiası rədd edilmiş, N.Əliyevanın və İddiaçı X.Tahirova və T.Tahirova qarşı qanunsuz zəbt etdikləri 126.4 kv.metr torpaq sahəsinin boşaldılması və mülkiyyətlərində olan torpaq sahəsində qanunsuz tikdikləri evdən bağ sahəsinə açılan pəncərənin bağlanması tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilərək X.Tahirovun və T.Tahirovun yaşadıqları Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsindəki 1 saylı evdən İddiaçı mülkiyyətində olan torpaq sahəsinə tərəf açılan pəncərə bağlanmış, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 21 avqust 2008-ci il tarixli qərarı ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 20 avqust 2019-cu il tarixli məktubundan görünür ki, 27 saylı BNK-nın 07 dekabr 2018-ci il tarixli, 4Ə-381 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., S.S.Axundov küçəsi, 0.02 ha olan 40F saylı torpaq sahəsi Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. “xxxx” MMC tərəfindən tərtib edilmiş layihəyə əsasən sözügedən torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi **********51- 10301 reyetsr nömrəsi ilə vahid əmlak şəklində Cavabdeh2 adına qeydə alınmışdır və hazırda mülkiyyətdədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 8 mkr., X28 küçəsi, ev 40F xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına 19 dekabr 2018-ci il tarixdə qeydiyyatdan keçmişdir. “xxxx” Ekspertiza və Hüquq Şirkətinin 20 avqust 2019-cu il tarixli, 39 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 tərəfindən inşa edilmiş yaşayış evinin 50smx60sm, 75smx40sm və 80smx40sm ölçüdə olan 3 monalit-beton sütunu İddiaçı aid torpaq sahəsində yerləşir. Bundan əlavə 1-ci mərtəbə ilə 2-ci mərtəbə arasında 10 metr uzunluğunda 60 sm enində olan monalit beton kəmər və 2-ci mərtəbə ilə 3-cü mərtəbə arasında 15 metr uzunluğunda 60 sm enində monalit-beton kəmər İddiaçı aid torpaq sahəsinə çıxıntı olaraq inşa edilmişdir. Ümumilikdə, Cavabdeh1 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin 10.5 kv.m hissəsi İddiaçı aid torpaq sahəsində yerləşir. Binəqədi rayon Bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli, 266 saylı qərarı ilə İddiaçı verilmiş torpaq sahəsində inşa edilmiş tikili (hasar) Cavabdeh1 hüquqlarına toxunmur, iki qonşu arasında ortaq divar olduğu müəyyən edilmişdir. Mübahisələndirilən Cavabdeh1 tərəfindən inşa edilmiş (RX Seriyalı ******* mytı Çıxarışla Cavabdeh2 adına verilmiş 0.02 ha torpaq sahəsində 348,5 kv.m sahədən ibarət olan) fərdi yaşayış evi ara məsafəsi gözlənilmədən, eləcə də İddiaçı aid torpaq sahəsinə keçərək qonşunun razılığı olmadan ortaq divar üzərində inşa edilməklə Şəhərsalma və Tikinti Məcəlləsinin 69, 71 və 72 ci maddələrin tələblərinə uyğun deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyul 2019-cu il tarixli, 10509 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İlham Şərifovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, İddiaçı torpaq sahəsinin ayrılması barədə məhkəmədən olmuş müraciətə heç bir sənəd əlavə edilməmiş və elektron kadastr məlumat asında heç bir məlumat aşkar olunmamışdır. Cavabdeh1 Qula oğlu tərəfindən edilmiş tikili reyestr nömrəsi **********51-10301 çıxarışa əsasən mülkiyyətdə olan 0.02 hektar torpaq sahəsindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, Torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İlham Şərifovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, İddiaçı torpaq sahəsinin ayrılması barədə elektron kadastr məlumat bazasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, Torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İlham Şərifovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, Binəqədi rayon Bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli, 266 saylı qərarı ilə İddiaçı verilmiş torpaq sahəsində inşa edilmiş tikili (hasar) Cavabdeh1 adına olan reyestr nömrəsi **********5110301 Çıxarışa əsasən mülkiyyətdə olan 0.02 hektar torpaq sahəsindədir. İnşa edilmiş tikililər (hasar) Cavabdeh1 adına olan reyestr nömrəsi **********5110301 Çıxarışa əsasən mülkiyyətdə olan 0.02 hektar torpaq sahəsində inşa edildiyindən və həmin tikililər texniki pasportda öz əksini tapdığından, tikililərin tikinti normalarına əməl edilməklə inşa olunduğu müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 10 avqust 2020-ci il tarixli məktubundan görünür ki, tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. Bildirilmişdir ki, göstərilən, üç tərəfdən mişar daşı ilə, bir tərəfdən mişar daşı və qonşu evin çöl divarı ilə sərhədlənmiş torpaq sahəsi məhəllədaxili yaşıllıq ərazidə yerləşir. Təqdim olunmuş yerləşmə sxemi ilə faktiki sahə arasında uyğunsuzluq mövcuddur (yerləşmə sxemində dəqiq istinad və məsafələr qeyd edilməmişdir), Hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin ölçüsü 200,0 m2 qeyd edilsə də, faktiki olaraq 380,0 m2 torpaq sahəsindən istifadə edilir. Torpaq sahəsinin üzərində yaşayış evi və həyət tikilisi mövcuddur. Torpaq sahəsinin üç tərəfindən (1,0 m; 1,6 m və 0,9 məsafədən) diametri 400 mm-lik qaz xətti keçir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kodastrı və Ünvan Reyestri Xidmətinin 23 oktyabr 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin mühəndisi tərəfindən ölçülmüş faktiki torpaq sahəsinə əsasən müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh2 xüsusi mülkiyyətində olan torpaq sahəsində tikdiyi tikilinin arxa tərəfindən uzunluğu 80 sm olan betonlar İddiaçı istifadəsində olan torpaq sahəsinə çıxmışdır və həmin beton hissəsinin 5.5 kv.m-i iddiaçı Cavabdeh2 xüsusi mülkiyyətində olan torpaq sahəsinə daxildir. 3.4.5.6.7.Cavabdeh2 xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə qərb tərəfdən bitişik gediş-gəliş yolu kimi iddia etdiyi hissə həmin ərazinin planında ümumi istifadədə olan yol olub-olmaması barədə elektron bazada məlumat mövcud deyil. Bunun üçün Binəqədi Rayon İcra Hakimiyyətinə və ya Bələdiyyəyə müraciət etmək məqsədə uyğundur. İddiaçı istifadəsində olan torpaq sahəsində köməkçi tikililər tikilmişdir və sxemdə göstərilmişdir. Cavabdeh2 xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin kanalizasiya xətti tərəflər tərəfindən göstərilməmişdir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərc 67,20 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 dekabr 2020-ci il tarixli, 10/2022 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əsasən, Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC-nin mühəndisi tərəfindən ölçülmüş faktiki torpaq sahəsinə əsasən müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh2 xüsusi mülkiyyətində olan torpaq sahəsində tikdiyi tikilinin arxa tərəfindən uzunluğu 80 sm olan betonlar İddiaçı oğiünun istifadəsində olan torpaq sahəsinə çıxmışdır və həmin beton hissəsinin 5.5 kv.m-i iddiaçı Cavabdeh2 xüsusi mülkiyyətində olan torpaq sahəsinə daxilində olduğu müəyyən edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyində qərardadda qoyulmuş bu suallar cavablandırılmadığı və eləcə də mütəxəssis rəyinə əlavə olunmuş sxem aydın göstərilmədiyi üçün, həmin suallar (qərardadın ikinci və doqquzuncu sualları) üzrə tədqiqat aparılmamışdır. Mütəxəssis rəyinə əsasən, Cavabdeh2 xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə qərb tərəfdən bitişik gediş-gəliş yolu kimi iddia etdiyi hissə həmin ərazinin planında ümumi istifadədə olan yol olub-olmaması barədə elektron bazada məlumat mövcud deyil. Bunun üçün Binəqədi Rayon İcra Hakimiyyətinə və ya Bələdiyyəyə müraciət etmək məqsədə uyğundur. İddiaçı istifadəsində olan torpaq sahəsində köməkçi tikililər tikilmişdir və sxemdə göstərilmişdir. Cavabdeh2 xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin kanalizasiya xətti tərəflər tərəfindən göstərilməmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş tərəflərin iştirakı ilə yerində müayinə zamanı müəyyən olunmuşdur ki, iş üzrə tərəflər qonşudurlar, iki torpaq sahələrini ortaq divar ayırır. Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evinin birinci mərtəbəsi həmin divar üzərində inşa edilmiş, lakin ikinci mərtəbənin bir hissəsi İddiaçı məxsus torpaq sahəsinə çıxıntı olaraq inşa edilmiş, həmin hissəni üç ədəd betondan inşa edilmiş dayaqlar saxlayır və onlar da İddiaçı məxsus torpaq sahəsində yerləşir. Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evinin kanalizasiya xətti və tüstü borusu çıxıntı olaraq İddiaçı məxsus torpaq sahəsiə çıxırlar. Cavabdeh2 məxsus fərdi yaşayış evinin damında yağış sularının evin damından İddiaçı məxsus torpaq sahəsinə düşməsinin qarşısının alınması üçün borular quraşdırılmışdır. İddiaçının yerində müayinə zamanı bildirdiyinə görə həmin borulardan yağış suları digər qonşunun damına axıdılır və həmin qonşunun damından da onun həyətinə düşür. Beləliklə, müəyyən edilir ki, İddiaçı Binəqədi Bələdiyyəsinin 06 oktyabr 2006 və 05 oktyabr 2007-ci il tarixli qərarları ilə fərdi yaşayış evinin tikintisi üçün ümumilikdə 380 kv.metr ölçüdə torpaq sahəsi ayrılmış, bununla bağlı alqı-satqı müqavilələri də bağlanmışdır. Həmin sahəyə bitişik 0,02 ha torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 348.5 kv.metr olan fərdi yaşayış evi Cavabdeh2 adına xüsusi mülkiyyət kimi dövlət reyestrində qeydiyyatdan keçmiş, fərdi yaşayış evinə dair texniki pasport verilmişdir.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 20 avqust 2019-cu il tarixli məktubundan görünür ki, 27 saylı BNK-nın 07 dekabr 2018-ci il tarixli, 4Ə- 381 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., S.S.Axundov küçəsi, 0.02 ha olan 40F saylı torpaq sahəsi Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. “xxxx” MMC tərəfindən tərtib edilmiş layihəyə əsasən sözügedən torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi **********51- 10301 reyetsr nömrəsi ilə vahid əmlak şəklində Cavabdeh2 adına qeydə alınmışdır və hazırda mülkiyyətdədir. Göründüyü kimi, Cavabdeh2 adına qeydə alınmış və hazırda mülkiyyətdə olan və İddiaçı tərəfindən mübahisələndirilən fərdi yaşayış evinə **********51- 10301 reyetsr nömrəli çıxarış əqd əsasında əldə edilmiş torpaq sahəsi ilə vahid əmlak kimi verilsə də, evə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın reyestrində qeydiyyat (fərdi yaşayış evi ilə bağlı) inzibati orqanın (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin) publik səlahiyyətlərinin icrası nəticəsində aparılmışdır.Bu publik səlahiyyətlərin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilibkeçirilmədiyini yoxlamaq isə inzibati icraat qaydasında inzibati məhkəmələrin səlahiyyətinə aiddir. İlk iddia tələbindən göründüyü kimi, İddiaçı cavabdehlər Cavabdeh1 Qula oğluna və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X15 cəlb edilməklə) **********5110301 reyestr nömrəli çıxarış və texniki pasportun Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli 266 saylı və 05 oktyabr 2007-ci il tarixli 250 saylı qərarları ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən zəbt edilmiş hissədə inşa edilmiş fərdi yaşayış evinin cizgidə (situasiya planında) göstərilən əraziyə düşmüş hissədə, yəni ortaq divar üzərində və X10 məxsus torpaq sahəsinə aid olan 10,5 kv.m hissədə ləğv (etibarsız hesab) edilməsi, iddiaçının mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş fərdi yaşayış evinin həmin cizgidə (situasiya planında) göstərilən əraziyə düşmüş hissəsinin cavabdehlərin hesabına sökülməsi və həmin ərazinin cavabdehlər tərəfindən zəbt edilmiş hissədə boşaldılması və sair tələblərə dair iddia irəli sürmüş, Bakı Apellyasiya Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(103)-6324/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 Qula oğluna və Cavabdeh2 qarşı iddia tələbinə **********5110301 reyestr nömrəli çıxarış və texniki pasportun Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli 266 saylı və 05 oktyabr 2007-ci il tarixli 250 saylı qərarları ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən zəbt edilmiş hissədə inşa edilmiş fərdi yaşayış evinin cizgidə (situasiya planında) göstərilən əraziyə düşmüş hissədə, yəni ortaq divar üzərində və X10 məxsus torpaq sahəsinə aid olan 10,5 kv.m hissədə ləğv (etibarsız hesab) edilməsi hissədə mübahisə inzibati xarakterli olduğu üçün iş üzrə icraata xitam verilmişdir. Belə olan halda Kollegiya hesab edir ki, ilk iddia tələbinə **********5110301 reyestr nömrəli çıxarış və texniki pasportun Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli 266 saylı və 05 oktyabr 2007-ci il tarixli 250 saylı qərarları ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən zəbt edilmiş hissədə inşa edilmiş fərdi yaşayış evinin cizgidə (situasiya planında) göstərilən əraziyə düşmüş hissədə, yəni ortaq divar üzərində və X10 məxsus torpaq sahəsinə aid olan 10,5 kv.m hissədə ləğv (etibarsız hesab) edilməsi hissədə mübahisə inzibati xarakterli olduğu üçün iş üzrə icraata xitam verildiyindən, ilk iddia tələbi iddiaçının mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş fərdi yaşayış evinin həmin cizgidə (situasiya planında) göstərilən əraziyə düşmüş hissəsinin cavabdehlərin hesabına sökülməsi və həmin ərazinin cavabdehlər tərəfindən zəbt edilmiş hissədə boşaldılması və sair tələblərə dair hissədə rədd edilməlidir. Kollegiya qeyd edir ki, İddiaçı Cavabdeh2 qarşı **********5110301 reyestr nömrəli çıxarış və texniki pasportun Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli 266 saylı və 05 oktyabr 2007-ci il tarixli 250 saylı qərarları ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən zəbt edilmiş hissədə inşa edilmiş fərdi yaşayış evinin cizgidə (situasiya planında) göstərilən əraziyə düşmüş hissədə, yəni ortaq divar üzərində və X10 məxsus torpaq sahəsinə aid hissədə ləğv (etibarsız hesab) edilməsi iddiası inzibati icraat qaydasında uğurlu olarsa, iddiaçının rədd olunmuş digər tələblərinə dair yenidən iddia qaldırmaq hüququ qalır. Belə ki, «xxxx» ASC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İİKnın 18.10.2017-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18.07.2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və reyestrinin həyata keçirilməsi ictimai qaydanın, əşya hüquq münasibətlərinin sabitliyinin təmin edilməsi məqsədi daşıyaraq müəyyən prinsiplərə əsaslanır. Bu prinsiplərdən biri olan dövlət reyestrinin açıqlığı prinsipi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 5-ci maddəsində müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir.Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Həmçinin, Kollegiya qeyd edir ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 15.02.2021-ci il tarixli Qətnaməsindən cavabdehlər Cavabdeh1 Qula oğlu və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verdikləri apellyasiya şikayəti təmin olunmamalı, 15.02.2021-ci il tarixli Qətnamə qalan hissədə-Cavabdeh1 Qula oğlunun və Cavabdeh2 qarşılıqlı iddialarının rədd olunduğu hissədə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Məhkəmə Kollegiyası Cavabdeh2 X10 qarşı qarşılıqlı iddia tələbinin Binəqədi rayonu, 8-ci mkr., S.S.Axundov küçəsi, ev 40F ünvanında yerləşən fərdi yaşayış evinə qərb tərəfdən bitişik ümumi istifadədə olan məhəllə daxili yolun hər iki istiqamətdən açılması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, cavbadeh tərəfindən qeyd edilən yolun mövcudluğu iş materialları ilə təsdiq olunmamışdır. İşdə olan mütəxəssis rəyinə əsasən həmin ərazinin planında ümumi istifadədə olan yol olub-olmaması barədə elektron bazada məlumat mövcud deyil. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən iddia edilən yol olduğu təqdirdə belə, həmin sahə bələdiyyə qərarlarına əsasən iddiaçının qanuni sahibliyinə verilmişdir və həmin qərarlar hal-hazırda da qüvvədədir. Məhkəmə Kollegiyası qarşılıqlı iddia tələbinin ümumi istifadədə olan 200 kv.metr torpaq sahəsindəki tikililərin və yarımtikililərin sökülərək boşaldılması vəzifəsinin İddiaçı həvalə edilməsi hissəsi ilə bağlı da hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Yuxarıda da qeyd olunduğu kimi, həmin sahə bələdiyyə qərarlarına əsasən iddiaçının sahibliyinə verilmiş və iddiaçı məhz həmin sahədə tikililər inşa etmişdir. “V.Q. Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında ifadə etdiyi hüquqi mövqeyini bir daha təsdiq edir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun “F.Ə. Hüseynovun və A.Ə. Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2004-cü il tarixli qərarı). Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə Kollegiyası qarşılıqlı iddia tələbinin cavabdehin mülkiyyətində olan 9,48 kv.metr torpaq sahəsi üzərindəki hüquqlarına yaradılmış maneçiliklərin aradan qaldırılması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Belə ki, cavabdeh tərəfindən onun mülkiyyətində olan torpaq sahəsi üzərində hər hansı maneçiliklərin iddiaçı tərəfindən yaradılmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Kollegiya həmçinin, belə nəticəyə gəlir ki, Cavabdeh1 Qula oğlu X10 qarşı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə qərb tərəfdən bitişik əvvəllər ümumi istifadədə olan məhəllə daxili yolun hər iki istiqamətdən açılması, istifadəsində olan 9,48 kv.metr torpaq sahəsi üzərindəki hüquqlarına yaradılmış maneçiliklərin aradan qaldırılması və ümumi istifadədə olan 200 kv.metr torpaq sahəsinin boşaldılması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair qarşılıqlı iddiası da eyni əsaslar üzrə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, Məhkəmə kolegiyası hesab edir ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-26/2021 saylı 15.02.2021-ci il tarixli Qətnaməsindən və 23.04.2021ci il tarixli əlavə Qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-26/2021 saylı 15.02.2021-ci il tarixli Qətnaməsi ilk iddianın rədd edilməsi hissədə və 23.04.2021-ci il tarixli əlavə Qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh1 Qula oğluna və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X15 cəlb edilməklə) iddiaçının mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş fərdi yaşayış evinin həmin cizgidə (situasiya planında) göstərilən əraziyə düşmüş hissəsinin cavabdehlərin hesabına sökülməsi və həmin ərazinin cavabdehlər tərəfindən zəbt edilmiş hissədə boşaldılması və sair tələbinə dair iddiası təmin edilməməli, (Bakı Apellyasiya Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(103)- 6324/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 Qula oğluna və Cavabdeh2 qarşı iddia tələbinə **********5110301 reyestr nömrəli çıxarış və texniki pasportun Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli 266 saylı və 05 oktyabr 2007-ci il tarixli 250 saylı qərarları ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən zəbt edilmiş hissədə inşa edilmiş fərdi yaşayış evinin cizgidə (situasiya planında) göstərilən əraziyə düşmüş hissədə, yəni ortaq divar üzərində və X10 məxsus torpaq sahəsinə aid olan 10,5 kv.m hissədə ləğv (etibarsız hesab) edilməsi hissədə iş üzrə icraata xitam verilmişdir.) həmçinin, 15.02.2021-ci il tarixli Qətnamədən cavabdehlər Cavabdeh1 Qula oğlu və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verdikləri apellyasiya şikayəti təmin olunmamalı, 15.02.2021-ci il tarixli Qətnamə qalan hissədə-Cavabdeh1 Qula oğlunun və Cavabdeh2 qarşılıqlı iddialarının rədd olunduğu hissədə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-26/2021 saylı 15.02.2021-ci il tarixli Qətnaməsindən və 23.04.2021-ci il tarixli əlavə Qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-26/2021 saylı 15.02.2021-ci il tarixli Qətnaməsi ilk iddianın rədd edilməsi hissədə və 23.04.2021-ci il tarixli əlavə Qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 Qula oğluna və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X15 cəlb edilməklə) iddiaçının mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş fərdi yaşayış evinin həmin cizgidə (situasiya planında) göstərilən əraziyə düşmüş hissəsinin cavabdehlərin hesabına sökülməsi və həmin ərazinin cavabdehlər tərəfindən zəbt edilmiş hissədə boşaldılması və sair tələbinə dair iddiası təmin edilməsin. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-26/2021 saylı 15.02.2021-ci il tarixli Qətnaməsindən cavabdehlər Cavabdeh1 Qula oğlu və Cavabdeh2 tərəfindən ayrıayrılıqda verdikləri apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-26/2021 saylı 15.02.2021-ci il tarixli Qətnaməsi qalan hissədə-Cavabdeh1 Qula oğlunun və Cavabdeh2 qarşılıqlı iddialarının rədd olunduğu hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar