Məhkəmə qərarları › İş №2(001)-2646/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2646/2025

03.06.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2646/2025 03.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Su X4 İnstitutu” X5rşı “əmrin ləğvi, işə bərpa və işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə Açar sözlər: (əmək müqaviləsi, ləğv, məcburi iş buraxma, əmək haqqı) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Qasımova Gültəkin Bilal qızının katibliyi, İddiaçı və onun nümayəndəsi “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “Su X4 İnstitutu” X5rşı “əmrin ləğvi, işə bərpa və işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I.İşin mahiyyəti:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Su X4 İnstitutu” X12 xx.xx.2024-cü il tarixli 372-k nömrəli əmrin ləğv edilməsi, işə bərpa edilməsi, xx.xx.2025-ci il tarixdən başlayaraq işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı məbləğinin və ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 23 il cavabdeeh qurumun nəzdində olan Abşeron Təcrübə-Tədqiqat stansiyasında işləmişəm. 2015-2024 illərdə Su və X4 İnstitutun “Suvarma” şöbəsində, daha sonra isə həmin İntistitutu “Hidrogeologiya” şöbəsində elmi işçi vəzifəsində işləmişdir. 06 yanvar 2025-ci il tarixdə iş yerimə gələrkən onun əmək müqaviləsinə xitam verildiyini və son haqq-hesabın gün ərzində bank hesabına köçürüləcəyini bildirildi. Həmin gün təqdim edilmiş xx.xx.2024-ci il tarixli 372-k nömrəli əmrin surətindən məlum oldu ki, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq xitam verilmişdir.Cavabdehn onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2024-ci il tarixli 372-k nömrəli əmri qanunsuz və əsassız olduğundan məhkəmə qaydasında ləğv edilməlidir. Belə ki, o, faktiki olaraq 35 ildən çoxdur cavabdeh qurumda işləyir, bu sahədə kifayət qədər təcrübəsi vardır və işlədiyi dövrdə vəzifə öhdəliklərini lazımi şəkildə yerinə yetirmişdir. Həmçinin 2024-ci ildə keçirilmiş imtahandan da kifayət qədər yüksək bal toplayaraq vəzifəyə uyğun hesab edilmişəm. Hazırkı vəziyyətdə isə 6 aylıq müqavilələrin bağlanılması işəgötürənin öz üstün mövqeyindən və dövlətin vermiş olduğu səlahiyyətlərdən sui-istifadə etdiyini sübut edir. Belə ki, həmin qurumda 300-ə yaxın işçi vardır və hər kəslə ardıcıl 3-6 aylıq müqavilələr imzalanır. İşçilər buna məcbur edilir və işçi ilə işəgötürən arasında olan müqavilə bərabərliyi prinsipi pozulur. Cavabdeh tərəfindən müqavilənin məhz bu şərtlərdə imzalanması işçilərə diktə olunmuş və imzalamayan şəxslərin işdən azad olunacağı barədə hədə-qorxu gəlinmişdir. Məlum olduğu kimi, onun təyin olunduğu vəzifə üzrə yerinə yetirdiyi işin daimi xarakter daşıması mübahisəsizdir və onun uzun illər ərzində müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan qısa müddətli əmək müqaviləsinə keçməyi, həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratmasının öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. Onun bu cür dəyişikliyə getməyi işəgötürənin təzyiqi altında olmasını sübut edir. Belə ki, 40 ildən çox stajı olan və cavabdeh qurumda 35 ildən çox işləmiş bir şəxs öz sərbəst iradəsi əsasında 6 aylıq əmək müqaviləsi imzalamazdı. Bunu demək olar ki, heç bir tam fəaliyyət qabiliyyətli şəxs könüllü olaraq etməz. O, 1983cü ildə X2 Meliorasiya fakültəsinin hidrotexnika-mühəndisi diplomunu almışdır. 23 il Su və X4 İnstitutun nəzdində olan Abşeron Təcrübə-Tədqiqat stansiyasında işləmiş, 2016-cı ildə üç imtahan verib (fəlsəfə, ixtisas və inglis dili) doktoranturaya girmiş, 2019-ci ildə inglis dilindən imtahanı verib dokturanturanı bitirmişdir. Dissertasiyası demək olarki hazırdı. 13 məqaləsi dərc olunub (11 məqalə elmi əsərlər toplusunda və 2 məqalə Moskvada). İki beynalxalq konfransda fəal iştirak etdiyinə görə 2 sertifikat almışdır (UNDP-GEF KURA-2 İWRM ACADEMY). Covid-19 görə müdafiəsi ləngidi. 2015-2024 illərdə “Suvrama” şöbəsində işləmişdir. Bu müddətdə həm çöl təcrübə-tədqiqat işlərində, həm də hesabatların tərtibatında iştirak etmiş, bütün lahiyələrdə və prezentasiyalarda bilavasitə iştirak etmişdir. Orda olan məlumatların böyük hissəsini Rusiya və Türkiyə internet məmbələrindən götürüb Azərbaycan dilinə o, tərcümə etmişdir. Keçən il onu “Hidrogeologiya” şöbəsinə elmi işçi vəzifəsinə təyin etdilər. Burda da çöl tədqiqat işlərində və hesabatın 2-ci hissəsinin tərtibatında bilavasitə iştirak etmişdir.

İİ. Tərəflərin mövqeləri:

Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, yuxarıda qeyd edilən məzmunda izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin heç bir hüquqi əsası yoxdur, əslində əmək müqaviləsi müddətsiz olmalı idi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı imtahanda elə də yüksək bal toplamamışdır, keçid bal 50 olmuş, o isə 54 bal toplamışdır. Həmçinin bildirdi ki, idarə ləğv edilmiş, daha sonra yenidən təşkil edilmiş, içşilərin demək olar ki. əksəriyyətinin əmək müqaviləsinə xitam verilmişdir. O da həmin idarədə çalışır, onsuz 5 ildən sonra əmək müqaviləsi müddətsizə keçir. Şəxs öz arzu və istəyi ilə müddətli əmək müqaviləsini imzalamışdır. İİİ. İşin faktiki halları:

İş materiallarına əlavə olunmuş:

- «X4 İnstitutu» MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı «X4 İnstitutu» MMC-də Suvarma rejimləri sektorunda əsas, baş mütəxəssis vəzifəsinə təyin edilmiş, əmək müqaviləsi 2 il 5 ay müddətinə bağlanmışdır. - «X4 İnstitutu» MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əlavədən (Razılaşma protokolu) görünür ki, İddiaçı ilə «X4 İnstitutu» MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin müddətinin bitməsi xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir. - «X4 İnstitutu» MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı «X4 İnstitutu» MMC-də Suvarma rejimləri laboratoriyasında əsas, baş mütəxəssis vəzifəsinə təyin edilmiş, əmək müqaviləsi 1 il 7 ay müddətinə bağlanmışdır. - “X4 İnstitutu” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əlavədən (Razılaşma protokolu) görünür ki, İddiaçı ilə «X4 İnstitutu» MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin müddətinin bitməsi xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir. - «Su X4 İnstitutu» X14 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 74-K nömrəli əmrindən görünür ki, Əliyev X3 rejimləri laboratoriyasının baş mütəxəssisi vəzifəsindən xx.xx.2024-cü il tarixdən Hidrogeologiya şöbəsinin elmi işçisi vəzifəsinə təyin edilmişdir. - «Su X4 İnstitutu» X14 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 372-K nömrəli əmrindən görünür ki, Əliyev X1 şöbəsinin elmi işçisi vəzifəsindən xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı işdən azad edilmişdir. Əsas: əmək müqaviləsinin müddətinin qurtarması. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan iş ili üçün istifadə edilməmiş əsas məzuniyyətinə görə 12 təqvim günü pul əvəzi ödənilməlidir. - İT-İ seriyalı, ******* saylı əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə “X4 İnstitutu” MMC-də Suvarma rejimləri sektoruna baş mütəxəssis vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı işdən azad edilmişdir. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmiş işin mübahisələndirilməyən halları aşağıdakı kimi olmuşdur. İddiaçı “X4 İnstitutu” MMC-də xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək çalışmışdır. Bundan sonra həmin qurum ləğv edilərək, «Su X4 İnstitutu» X14 yaradılmışdır. «X4 İnstitutu» MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı «X4 İnstitutu» MMCdə Suvarma rejimləri laboratoriyasında əsas, baş mütəxəssis vəzifəsinə təyin edilmiş, əmək müqaviləsi 1 il 7 ay müddətinə bağlanmışdır. «Su X4 İnstitutu» X14 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 74-K nömrəli əmrinə əsasən Əliyev X3 rejimləri laboratoriyasının baş mütəxəssisi vəzifəsindən xx.xx.2024-cü il tarixdən Hidrogeologiya şöbəsinin elmi işçisi vəzifəsinə təyin edilmişdir. «Su X4 İnstitutu» X14 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 372-K nömrəli əmrinə əsasən Əliyev X1 şöbəsinin elmi işçisi vəzifəsindən xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı işdən azad edilmişdir. Tərəflər arasında yaranmış mübahisənin mahiyyəti ondan ibarətdir ki, iddiaçı əmək müqaviləsinin müddətli bağlanmış olmasını qanunsuz hesab edir və bundan irəli gələn hüquqi nəticələrin ləğv edilməsini xahiş edir. İddiasını onunla əsaslandırır ki, onun əmək funksiyası əmək müqailəsinin müddətli bağlanan hallarına aid deyildir. Cavabdeh iddia tələbini ona görə əsassız hesab edir ki, hüquqlarını müdafiə etdiyi hüquqi şəxs “X4 İnstitutu” MMC-nin hüquqi varisi deyildir və tərəflər qarşılıqlı razılıq əsasında müddətli əmək müqaviləsi bağlamışlar. Müddət bitdiyindən əmək münasibətlərinə haqlı olaraq xitam verilmişdir. Mübahisə ilə bağlı məhkəmə, ilk öncə tərəflər arasında bağlanmış əmək müqaviləsinin etibarlılığına qiymət verilməli olduğunu zəruri hesab edir. İş materiallarında olan əmək müqaviləsindən görünür ki, işçinin əmək funksiyası daimi xarakterə malik olduğu qabaqcadan bəlli olan iş kateqoriyalarına aiddir. Lakin onunla bağlanmış əmək müqaviləsi müddətli bağlanmışdır. Bununla bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsində əmək müqaviləsinin müddətli bağlanılmasının mümkün olduğu hallar göstərilmişdir. Lakin mübahisə predmetini təşkil edən əmək müqaviləsində müəyyən edilmiş işçinin əmək funksiyasına aid tələblər həmin hallara aid edilməmişdir. Bu baxımdan məhkəmə o qənaətə gəlir ki, işçi ilə əmək müqaviləsi müddətli bağlanıla bilməzdi və əmək müqaviləsinin müddətli bağlanılması ilə bağlı olan şərt, yəni xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin 2.1-ci bəndi etibarsız hesab edilməlidir. Belə ki, Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Eyni zamanda yeni yaradılan publik hüquqi şəxs iddiaçının əvvəl işlədiyi Mərkəzin hüquqi varisi olmasa da, fəaliyyət sferası və işçinin əmək funksiyası baxımından faktiki olaraq onların fəaliyyəti eynilik təşkil edir. Mərkəzin ləğv edilməsi və yeni X12 yaradılması isə Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd edilən Fərmanları əsasında həyata keçirilmiş və iki halın bir birinin davamı olması isə aşıq aşkardır. İddiaçı isə Mərkəzdə 5 ildən artıq fəaliyyət göstərmiş və onunla yeni bağlanılan əmək müqaviləsi isə bu baxımdan da müddətsiz bağlanmalı idi. Lakin iddia ərizəsindən görünür ki, iddiaçı əmək müqaviləsinin müddəti ilə bağlı olan şərtin etibarsız hesab edilməsi barədə tələbini irəli sürmüş, iddia tələbinin əsaslandırılmasında əmək müqaviləsinin müddətli bağlanmasının əsassız olmasını göstərilmişdir. Bununla bağlı məhkəmə əqdlərin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin müvafiq maddələrinə istinad edilməsini qanunauyğun hesab edir. Mülki Məcəllənin 337.3-cü maddəsində qeyd edilmişdir ki, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Bu baxımdan məhkəmə əqdin əhəmiyyətsizliyi ilə bağlı etibarsızlığının tələbə bağlı olmamasını nəzərə alaraq hesab edir ki, əmək müqaviləsinin 1 il 7 ay müddətə bağlanılması ilə bağlı olan şərt, yəni xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin 2.1-ci bəndi etibarsız hesab edilməlidir. Məhkəmə iddia tələbində göstərilmiş əmək müqaviləsinin müddətsiz hesab edilməsi ilə bağlı tələbə münasibətdə isə aşağıdakıları qeyd edir. Əmək Məcəlləsinin 46-cı maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş şərtlərdən hər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə və ya yenidən tərtib edilməsi tələbi qoyula bilər. Həmin şərtin (şərtlərin) əmək müqaviləsində göstərilmədiyi aşkar olunduğu andan onlar işəgötürən tərəfindən əmək müqaviləsinə daxil edilməlidir. Bu halda tərəflərin arasında başqa razılıq olmamışdırsa, əmək müqaviləsi həmin şərtin (şərtlərin) daxil edildiyi tarixdən asılı olmayaraq bağlandığı və ya yazılı formada tərtib edildiyi gündən etibarlı hesab olunur. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Məhkəmə eyni zamanda qeyd edir ki, məhkəmə tərəfindən əmək müqaviləsinin müddətli bağlanması ilə bağlı şərti etibarsız hesab edildiyindən, həmin müqavilə özlüyündə müddəti müəyyən edilmədən bağlanmış hesab edilməklə, dolayısı ilə müddətsiz hesab edilir. Bundan başqa məhkəmə əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi əmək müqaviləsinin müddətli bağlanılması ilə bağlı olan şərt etibarsız hesab edilmişdir və cavabdeh müddətli bağlamalı olmadığı əmək müqaviləsinə görə Əmək Məcəlləsinin 68.2ci maddəsinin b bəndi ilə əmək müqaviləsinə xitam verməkdə haqlı olmamışdır. Bu səbəbdən «Su X4 İnstitutu» X11 İddiaçı işdən azad edilməsi ilə bağlı olan xx.xx.2024-cü il tarixli, 372-K nömrəli əmri ləğv edilməli və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı «Su X4 İnstitutu» X6 “Hidrogeologiya” şöbəsində elmi işçi vəzifəsinə bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, «Su X4 İnstitutu» X11 İddiaçı işdən azad edilməsi ilə bağlı olan xx.xx.2024-cü il tarixli, 372-K nömrəli əmri ləğv edilməli və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı «Su X4 İnstitutu» X6 “Hidrogeologiya” şöbəsində elmi işçi vəzifəsinə bərpa edilməlidir.

V. Nəticə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddia təmin edilsin. “Su X4 İnstitutu” X8 İddiaçı işdən azad edilməsi ilə bağlı olan xx.xx.2024-cü il tarixli, 372-K nömrəli əmri ləğv edilsin və qanunsuz işdən azad olunduğu tarixdən işə bərpa olunanadək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı “Su X4 İnstitutu” X9 “Hidrogeologiya” şöbəsində elmi işçi vəzifəsinə bərpa edilsin. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat mediasiya xərci cavabdeh “Su X4 İnstitutu” X7 tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar