Məhkəmə qərarları › İş №2(001)-266/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-266/2020

28.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-266/2020 28.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi 10-cu döngə R.Allahverdiyev küçəsi 35 saylı ev ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququ olmayan şəxs hesab edilməsinə, həmin ünvanda yerləşən 2 mərtəbəli B tikilisinin Cavabdeh sahibliyindən alınıb onun sahibliyinə verilməsinə, Cavabdeh azyaşlı övladı, xx.xx.2008-ci il təvəllüdlü X6 ilə birlikdə yaşayış sahəsindən çıxarılmasına, həmin sahəyə onun köçürülməsinə dair iddia ərizəsi, İddiaçı Cavabdeh Cavabdeh İddiaçı qarşı Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi 10-cu döngə R.Allahverdiyev küçəsində 35 saylı ev ünvanda yerləşən qarajüstü sahənin X5 ilə Cavabdeh birgə vəsaiti hesabına tikilməsinin və həmin sahənin tikilməsinə sərf olunmuş vəsaitin ½ hissəsi üzərində onun, ½ hissəsi üzərində X2 pay hüququnun müəyyən edilməsinə, Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi 10-cu döngə R.Allahverdiyev küçəsində yerləşən 35 saylı fərdi yaşayış sahəsi ilə bağlı İddiaçı verilmiş ******* nömrəli çıxarışın ləğv edilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi 10-cu döngə R.Allahverdiyev küçəsi 35 saylı ev ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququ olmayan şəxs hesab edilməsinə, həmin ünvanda yerləşən 2 mərtəbəli B tikilisinin Cavabdeh sahibliyindən alınıb onun sahibliyinə verilməsinə, Cavabdeh azyaşlı övladı, xx.xx.2008-ci il təvəllüdlü X6 ilə birlikdə yaşayış sahəsindən çıxarılmasına, həmin sahəyə onun köçürülməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi 10-cu döngə R.Allahverdiyev küçəsində 35 saylı ev ünvanda yerləşən qarajüstü sahənin X5 ilə Cavabdeh birgə vəsaiti hesabına tikilməsinin və həmin sahənin tikilməsinə sərf olunmuş vəsaitin ½ hissəsi üzərində onun, ½ hissəsi üzərində X2 pay hüququnun müəyyən edilməsinə, Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi 10-cu döngə R.Allahverdiyev küçəsində 35 saylı fərdi yaşayış sahəsi ilə bağlı İddiaçı verilmiş ******* nömrəli çıxarışın ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-2625/2020 saylı qərardadına əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı əmlak üzərində payın müəyyən edilməsinə və sair tələbinə dair 2(001)-2625/2020 saylı mülki işlə İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə və sair tələbinə dair 2(001)-266/2020 sayı mülki iş bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 İddiaçı iddia ərizəsini müdafiə edib, iddiaçı Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı 2000-ci ildə Bakı şəhəri Binəqədi Rayon İcra Başçısının xx.xx.2000-ci il tarixli 255 saylı sərəncamı ilə ona ayrılmış Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi 10-cu döngə R.Allahverdiyev küçəsində yerləşən 600 m2 torpaq sahəsində 130 m2 sahəsi olan 35 saylı yaşayış evi tikib ailəsi ilə birlikdə oraya köçmüşdür. Ailə tərkibi geniş olduğundan, o cümlədən atası və anasıda İddiaçıla birlikdə yaşadığından iddiaçı 2003-cü ildə həyətdə olan qarajın üstündə atasının və anasının yaşaması üçün iki otaq və yardımçı sahələrinşa etmişdir. Həmin evdə iddiaçı həyat yoldaşı X12, qızı X9, oğlu X17, atası İsmayılov Fəxrəddin Nağı oğlu, anası X13 və mərhum qardaşı X5 qeydiyyata düşməklə yaşamışdır. 05.06. 2007-ci ildə İddiaçı mərhum qardaşı X5 hazırki iş ürə Cavabdeh ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurduqdan sonra qardaşının öz evi olmadığına görə kirayədə qalmamaları, əlavə kirayə pulu ödəməmələri üçün müvəqqəti olaraq özünə məxsus ümumi sahəsi təxminən 62 m2 olan 2 otaq, 1 mətbəx, 1 hamam, 1 tualetdən ibarət həmin sahədə yaşamalarına icazə vermişdir. İddiaçının qardaşı xx.xx.2016-cı ildə ağciyər vərəmi xəstələliyindən vəfat etmişdir. Cavabdeh isə nə ərinin dəfnində, nə də yas mərasimində iştirak etməmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 255 saylı sərəncamı iddiaçının həmin mənzil üzərində gözlənilən mülkiyyət hüququ idi və iddiaçı həmin hüququ xx.xx.2018-ci ildə ƏMDK DƏDRX-də hüquqların dövlət qeydiyyatına aldırmış və bu barədə RX seriyalı ******* nömrəli çıxarış əldə etmişdir. Hazırda həmin torpaq sahəsi və üzərindəki yaşayış sahəsi iddiaçının xüsusi mülkivyətindədir və cavabdehdən mənzildən çıxmasını tələb etməsinə baxmayaraq hələ də cavabddeh mənzildən çıxmamış və mənzildənistifadə hüququnun olduğunu bildirmişdir. Bu səbəbdən də iddiaçı öz mülkiyyətinə sahiblənə bilmir. Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi 10-cu döngə R.Allahverdiyev küçəsi mənzil 35 ünvanına 2007-ci ildə köçüb yaşasa da hüquq münasibətlərinin yaranması həmin tarixdən başlasa da iddiaçının yaşayış sahəsi üzərində mülkiyyət hüququnu əldə etməsi ilə bu münasibətlərin xarakteri və yaşayış sahəsinə münasibətdə hüquq və vəzifələrin həcmi dəyişmişdir. Bir sözlə yeni münasibətlər yaranmışdır. Ona görə də hazırki münasibətə qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsi tətbiq edilməklə mübahisə həll edilməlidir. Ona görə də Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi 10-cu döngə R.Allahverdiyev küçəsi mənzil 35 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququ olmayan şəxs hesab edilməsinə, həmin ünvanda yerləşən 2 mərtəbəli B tikilisinin Cavabdeh sahibliyindən alınıb İddiaçı sahibliyinə verilməsinə, Cavabdeh azyaşlı övladı, xx.xx.2008-ci il təvəllüdlü X6 ilə birlikdə yaşayış sahəsindən çıxarılmasına, həmin sahəyəİddiaçı köçürülməsinə, iddiaçı Cavabdeh iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə çıxarılması xahiş edir. Məhkəmə iclasında iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddiaçı Cavabdeh iddia ərizəsini müdafiə edib, İddiaçı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı Cavabdeh xx.xx.2007-ci il tarixdə mərhum həyat yoldaşı X5 ilə faktiki nikah münasibətlərinə daxil olmaqla Bakı şəhəri Sulutəpə qəsəbəsində yerləşən 10-cu döngə R.Allahverdiyev küçəsindəki 35 saylı evə gəlin gəlmiş və onların bu ünvanda faktiki nikah münasibətlərindən xx.xx.2008-ci ildə Nazənin adlı övladları dünyaya gəlmişdir. Təxminən 3 il faktiki nikah münasibətlərindən sonra xx.xx.2010-cu il tarixdə Cavabdeh İddiaçıla nikahları rəsmiləşdirilmiş, xx.xx.2016-cı ildə isə İddiaçı ağciyər vərəmindən vəfat etmişdir. Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi döngə 10 R.Allahverdiyev küçəsində yerləşən 35 saylı ev mərhum həyat yoldaşının qardaşı olan cavabdehə bələdiyyə qərarı əsasında verilmiş torpaq sahəsində inşa edilmişdir. Belə ki, ilk başda cavabdeh həmin torpaq sahəsində özü üçün ev inşa edərək ailəsi ilə birlikdə orada yaşamağa başlamış, daha sonra isə iddiaçının mərhum həyat yoldaşı cavabdehin icazəsi əsasında eyni torpaq sahəsində yerləşən qaraj sahəsinin üzərində hazırda iddiaçının və azyaşlı övladının yaşadığı evin inşasına başlamışdır. Həmin evin tikilməsinə sərf olunmuş bütün mal, material və xərclər iddiaçının həyat yoldaşının vəsaiti hesabına həyata keçirilmişdir. Yəni, iddiaçının həyat yoldaşının həmin evə olan hüquqları dövlət qeydiyyatına alınmasa da, faktiki olaraq, həmin əmlak onun tərəfindən inşa edilmiş və onun mülkiyyətində olmuşdur. Hal-hazırda isə həyat yoldaşı Ruslan İsmayılovun birinci dərəcəli vərəsələri olaraq, iddiaçı və birgə nikahdan doğulan qızları miras əmlakı olan mübahisəli evə sahiblik və istifadə hüquqlarını həyata keçirirlər və həmin evdə yaşamağa davam edirlər. 2007ci ildə Ruslan İsmayılovla iddiaçının faktiki ailə münasibətləri başlayan zaman mübahisəli ev tikilmiş olsa da, tikintinin tamamlanması və evin təmiri birgə nikah dövründə ümumi vəsaitləri hesabına həyata keçirilmişdir. İddiaçının həmin evə olan hüquqları yalnız Ruslan İsmayılovun birinci dərəcəli vərəsəsi olaraq deyil, həmçinin birgə mülkiyyətçi kimi də mövcuddur. 2017-ci ildə İddiaçıya qarşı yaşayış evinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin mülki iş üzrə yekun qanuni qüvvəsini almış Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilməmişdir. Məhkəmə mübahisəsi zamanı verilmiş şahid ifadələri ilə sübuta yetirilmişdir ki, həmin ev Ruslan İsmayılovun vəsaiti hesabına tikilməyə başlanmış, evin tikintisinin tamamlanması, təmiri, əşyaları, hətta evin qapılarının qoyulması kimi əsas xərclər isə iddiaçı həmin evə gəlin köçdükdən sonra, Ruslan İsmayılovla iddiaçının ortaq vəsaiti hesabına həyata keçirilmişdir. Ona görə də Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi döngə 10 R.Allahverdiyev küçəsində yerləşən 35 saylı ünvanda yerləşən qarajüstü sahənin X5 ilə Cavabdeh birgə vəsaiti hesabına tikilməsinin və həmin sahənin tikilməsinə sərf olunmuş vəsaitin ½ hissəsi üzərində Cavabdeh ½ hissəsi üzərində isə X2 pay hüququnun müəyyən edilməsinə, Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi döngə 10 R.Allahverdiyev küçəsində yerləşən 35 saylı fərdi yaşayış sahəsi ilə bağlı İddiaçı verilmiş ******* nömrəli çıxarışın ləğv edilməsinə, İddiaçı iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı Cavabdeh iddia ərizəsini müdafiə edib, iddiaçı R.F. İsmayılovun iddia ərizəsini qəbul etməyərək nümayəndəsi və vəkili Vəkil2 izahatını təsdiq edib əlavə olaraq izahatında göstərmişdir ki, o, 2007-ci ildə X2 evinə ailə üzvü kimi köçərkən həmin evin tikintisi başa çatmamışdır. O, əri ilə bu evdə yaşadığı müddət ərzində evin tikintisini, daha sonra təmirini tamamlamışdır. Əri kimi o da daim işləmiş, bütün qazanclarını evin tikintisinə sərf etmişlər. Bu evdə yalnız o, əri və övladı yaşamış, Ruslanın valideynləri heç vaxt onunla birlikdə yaşamamışlar. Evin kommunal xidmətlərini də o, əri ilə birlikdə ödəmişdir. İddiaçı evə dair mülkiyyət hüquqları qeydə alınarkən onun yaşadığı B tikilisinə baxış keçirilmədiyindən bu barədə onun məlumatı olmamışdır. Ruslan vərəm xəstəsi olduğundan o, daim ərinin qayğısına qalmışdır. O, evin tikintisinə nə qədər vəsait sərf edilməsini bilmir. Ərinin yaşadığı ev satıldıqdan sonra əldə olunan pul vəsaitinə tikinti işləri başlanılmış, daha sonra onlar bütün gəlirlərini bu evin tikintisinə sərf etmişlər. Ona görə də iddia ərizəsinin təmin edilməsini, İddiaçı iddia ərizəsinin rədd edilməsini xahiş edir. 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, şahid ifadlərini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, İddiaçı iddia ərizəsi təmin edilməməli, iddiaçı Cavabdeh iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 235 saylı sərəncamından müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 693 saylı xx.xx.1999-cu il tarixli sərəncamına əsasən İddiaçı Sulutəpə qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün 600 m2 torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli RX ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsi 10-cu döngə 35 saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 416 nömrəli reyestr kitabının 39004 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli **********34-10301 reyestr nömrəli Texniki Pasportunun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı məxsus Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsi 10-cu döngə 35 saylı fərdi yaşayış evi A və B tikililərindən ibarətdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(011)-789/2013 saylı qətnaməsindən müəyyən olunur ki, X1 xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2013-cü il tarixdən başlayaraq hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(001)-1051/2017 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı yaşayış evinin boşaldılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)- 4886/2017 saylı qətnaməsindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1051/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1051/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, Cavabdeh övladı və özünə məxsus əşyalarla birlikdə Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsində 10-cu döngə R.Allahverdiyev küçəsində yerləşən 600 m2 torpaq sahəsində tikilmiş 35 saylı yaşayış evindən çıxarılması və həmin evin İddiaçı təhvil verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(102)-7325/2017 saylı qərarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)-4886/2017 saylı qətnaməsindən Cavabdeh və vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)-4886/2017 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)-25/2018 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(001)-1051/2017 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)-4473/2018 saylı qərarından müəyyən olunur ki, İddiaçı kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasınınxx.xx.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 18370 saylı rəyindən müəyyən olunur ki, Cavabdeh faktiki yaşadığı yaşayış sahələrinin texniki pasport üzrə B tikilisinin 1-ci və 2-ci mərtəbələrində yerləşdiyi və həmin sahələrin İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsi 10-cu döngə 35 saylı fərdi yaşayış evinin sahəsinə daxil olduğu müəyyən edilmişdir. Cavabdeh faktiki olaraq istifadə etdiyi tikililərin tədqiq olunan evin B tikilisinin 1-ci mərtəbəsində (1 saylı tikili) və 2-ci mərtəbəsində (1,2,3,4,5,6,7 saylı tikililər) yerləşdiyi müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İddiaçı Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş 2008, 2011, 2020-ci illərə aid kommunal xidmətlərin ödənilməsinə dair qəbzlərdən müəyyən olunur ki, Sulutəpə qəsəbəsi ünvanı üzrə kommunal xidmətlər Ruslan İsmayılov və Cavabdeh tərəfindən aparılmışdır. Məhkəmə iclasında şahid X14 ifadəsində göstərmişdir ki, o, oğluna məxsus Sulutəpə qəsəbəsində yerləşən evdə 2000-ci ildən 2011-ci ilədək yaşamışdır. Onun oğlu qonşuluqda yaşayan X5 ilə dostluq etmişdir. İddiaçı hələ nikaha daxil olmamışdan əvvəl, 2006-cı ildən özünə ev inşa etməyə başlasa da, evin tikintisini tamamlaya bilməmişdir. İddiaçı Cavabdeh ilə nikaha daxil olduqdan sonra arvadı ilə birlikdə evinin tikintisini davam edərək yekunlaşdırmışdır. O, da qonşu kimi oğlunun dostu olan Ruslanın evində olmuşdur. İddiaçı Qazel markalı avtomobili idarə etməklə işləmiş, onun arvadı Günay isə tibb bacısı olaraq işləyir. Bir dəfə İddiaçı işlətdiyi ustaya verməyə pulu olmadığı üçün onun oğlu İddiaçı ustaya vermək üçün pul vermişdir. O, İddiaçı yas mərasimində də iştirak etmiş, mərasim Ruslanın evində keçirilmiş, Günay da yas mərasimində olmuşdur. Mərasimə Ruslanın anası və atası gəlməmişdir. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərmişdir ki, o, 15 ildir Sulutəpə qəsəbəsində kirayədə yaşayır. Qonşu kimi Cavabdeh evinə gedib-gəldiyindən bilir ki, Günayın yaşadığı ev Günay gəlin gələrkən yarı tikili olmuş, daha sonra həmin evin tikintisini və təmirini Günay əri Ruslanla birlikdə davam edərək tamamlamışdır. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərmişdir ki, Cavabdeh onun həyat yoldaşının bacısıdır. Cavabdeh gəlin köçəndən sonra Rauf və Ruslanın atası Fəxrəddin ona Raufun borcu olduğundan Yasamal rayonunda 5 otaqlı mənzilini sataraq iki qardaş Sulutəpədə torpaq sahəsi almalarını, həmin torpaq sahəsinin bir hissəsini o, sataraq əldə etdiyi 30000 manatı Ruslana ev tikməsi üçün verməsini demişdir. İddiaçı prorab olduğundan onun da evini və bağını təmir etmişdir. Ruslan isə tikinti işlərindən anlayışı olmadığından həmin vəsaiti qardaşı Raufa ona ev tikmək üçün vermişdir. Ruslanın evində tikinti işləri Günayla ailə qurduqdan sonra tamamlanmışdır. Ruslanın yaxın dostu olan Cavanşirin sözlərindən ona Ruslanın bütün qazancını evinin tikintisinə sərf etməsi məlumdur. Məhkəmə iclasında şahid İsmayılov Fəxrəddin Nağı oğlu ifadəsində göstərmişdir ki, ona məxsus evdə yanğın baş verdiyindən dövlət tərəfindən ona Yasamal rayonunda həyat yoldaşı və 3 oğlu ilə birlikdə 5 otaqlı mənzil verilmişdir. Ailə tərkibi artdığından o, 1999-cu ildə Yasamal rayonunda yerləşən evini 12000-13000 AZM sataraq Sulutəpə qəsəbəsində torpaq sahəsi almışdır. Həmin torpaq sahəsində iki ev inşa olunmuşdur. Ruslanın yaşadığı evi o, 2005-2006-cı illərdə həyat yoldaşı ilə birlikdə tikmişdir. Ruslan 2007-ci ildə evlənmiş, o Ruslana yaşadığı evi ona verəcəyini demişdir. Ruslan bu evin tikintisinə heç bir xərc çəkməmişdir. O, torpaq sahəsini satmamış, evin tikintisi üçün Ruslana 30000 manat verməmişdir. ünvan 1 arvadına məxsusdur. Məhkəmə iclasında şahid X10 ifadəsində göstərmişdir ki, 1989-cu ildə Montin qəsəbəsində yerləşən evləri yandığından dövlət tərəfindən onun ailəsinə Yeni Yasamalda mənzil verilmiş, o, həyat yoldaşı və övladları ilə birlikdə 10 il bu mənzildə yaşamışlar. Lakin mənzilləri darısqal olduğundan, övladları həddibuluğa çatdığından onlar birlikdə məsləhətləşib mənzili sataraq torpaq sahəsi alaraq ev tikmək qərarına gəlmişlər. Rauf övladlarından böyüyü olduğundan o, əri Fəxrəddin, oğlu Ruslan 2000-ci ildə torpaq sahəsinin Raufun adına alınması barədə qərar vermişlər. Həmin vaxt Ruslan onlarla birlikdə yaşamaq istəmədiyini bildirmişdir. Ruslan 2007-ci ildə ailə qurmuş, həmin vaxtdan Günay onun evinə köçmüşdür. X19 işləmiş, taksi sürücüsü kimi işləmiş, lakin evin tikintisinə xərc çəkməmiş, Ruslanın yaşadığı evi o, həyat yoldaşı və oğlu Rauf tikmişdir. ünvan 1 ata-babasına məxsus olan mülkdür, o, daimi olaraq həmin ünvanda yaşamır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X26 Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, İsmayılov Fəxrəddin Nağı oğlu və X10 mənzil şəraitlərini yaxşılaşdırmaq məqsədi ilə övladları İddiaçı və X5 ilə birlikdə yaşadıqları mənzili sataraq torpaq sahəsi alıb ev tikmək, alınacaq torpaq sahəsini övladlarından böyüyü olan İddiaçı adına rəsmiləşdirmək barədə razılaşmışlar. Bundan sonra İddiaçı Sulutəpə qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün 600 m2 torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsində bir-birindən təcrid olunmuş vəziyyətdə, hər biri bütün kommunal xidmətlərlə təchiz olunmuş A və B tikilisindən ibarət fərdi yaşayış evləri inşa olunmuş, Cavabdeh övladı ilə birlikdə B tikilisində yaşayır. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, İsmayılov X7 Günay Həsən qızına qarşı yaşayış evinin boşaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş onun iddia tələbi təmin edilməmiş, qəbul olunan məhkəmə aktı qanuni qüvvəsini almışdır. Həmin mülki işə baxılarkən Cavabdeh yaşadığı evə 2007-ci ildən köçməsi, həmin evə sahiblik etməsi, evi yaxşılaşdırmağa başlaması, bu evin onun və övladının yeganə yaşayış yeri olması müəyyən edilmişdir. İddiaçı Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi 10-cu döngə R.Allahverdiyev küçəsi 35 saylı fərdi yaşayış evinin B tikilisinin onun vəsaiti hesabına inşa edilməsini iddia etsə də, məhkəmə araşdırması zamanı iddia tələbində istinad etdiyi bu halı, yəni həmin tikilinin inşasına vəsait sərf etməsini, bu tikilidə nə vaxtsa yaşamasını sübuta yetirə bilməmişdir. Məhkəmə araşdırması zamanı İddiaçı şahid qismində məhkəməyə təqdim etdiyi valideynlərinin ifadələri ilə tikinti işlərinin X2 da istifadə hüququ olan mənzil satıldıqdan sonra əldə olunan pul vəsaiti hesabına aparılması, Cavabdeh məhkəməyə təqdim etdiyi şahid ifadələri ilə Cavabdeh yaşadığı evdə tikinti təmir işlərinin sonuncunun bu evə köçdükdən sonra Ruslan və Günay tərəfindən tamamlanması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1.-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Məhkəmə qeyd edir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. (AM-nin 32.1, 32.2., 32.3. 36.2, 36.3-cü mad) Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1.-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi 10-cu döngə R.Allahverdiyev küçəsi 35 saylı fərdi yaşayış evinin B tikilisinin X5 və Cavabdeh tərəfindən sonuncuların vəsaiti hesabına inşa olunması araşdırma zamanı öz təsdiqini tapdığından, Cavabdeh iddia ərizəsi Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi 10-cu döngə R.Allahverdiyev küçəsi 35 saylı evin B tikilisinin (qarajüstü sahənin) X5 ilə onun birgə vəsaiti hesabına inşa edilməsi müəyyən edilməklə həmin tikilinin inşasına sərf olunmuş vəsaitin ½ hissəsinə onun, ½ hissəsinə X2 payının müəyyən edilməsinə dair tələbləri əsaslıdır ona görə də təmin edilir. Məhkəmə araşdırması zamanı İddiaçı ayrılan torpaq sahəsində inşa olunan A tikilisi ilə yanaşı B tikilisinə də İddiaçı mülkiyyət hüquqlarının qeydə alınması müəyyən olunduğundan məhkəmə Cavabdeh İddiaçı verilmiş xx.xx.2018-ci il tarixli RX ******* saylı çıxarışın Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi 10-cu döngə R.Allahverdiyev küçəsi 35 saylı fərdi yaşayış evinin B tikilisinə dair hissəsində ləğv edilməsi tələbini əsaslı hesab edib, iddia ərizəsini bu hissədə qismən təmin edir. Məhkəmə İddiaçı iddia tələbləri ilə bağlı sübutlarını tədqiq edib qeyd edir ki, torpaq sahəsinin ayrılması faktı onun üzərində inşa olunan bütün tikililərə torpaq sahəsi ayrılmış şəxsin mülkiyyət hüququnun yaranması üçün yeganə əsas ola bilməz. Bu iddiaçı ona ayrılan torpaq sahəsində inşa olunan B tikilisinin onun tərəfindən inşa edilməsini sübuta yetirə bilmədiyindən, İddiaçı iddia tələbləri tam həcmdə əsassızdır, ona görə də təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1.-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1.-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, hər bir iddiaçının ödədiyi dövlət rüsumu onun özünə, iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri isə İddiaçı aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi 10-cu döngə R.Allahverdiyev küçəsi 35 saylı ev ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququ olmayan şəxs hesab edilməsinə, həmin ünvanda yerləşən 2 mərtəbəli B tikilisinin Cavabdeh sahibliyindən alınıb onun sahibliyinə verilməsinə, Cavabdeh azyaşlı övladı, xx.xx.2008-ci il təvəllüdlü X6 ilə birlikdə yaşayış sahəsindən çıxarılmasına, həmin sahəyə onun köçürülməsinə dair iddia ərizəsi təmin edilməsin. Cavabdeh iddia ərizəsi qismən təmin edilsin. Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi 10-cu döngə R.Allahverdiyev küçəsi 35 saylı evin B tikilisinin X5 ilə Cavabdeh birgə vəsaiti hesabına inşa edilməsi müəyyən edilməklə həmin tikilinin inşasına sərf olunmuş vəsaitin ½ hissəsinə Cavabdeh, ½ hissəsinə X2 payı müəyyən edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən İddiaçı verilmiş xx.xx.2018-ci il tarixli RX ******* saylı çıxarış Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi 10-cu döngə R.Allahverdiyev küçəsi 35 saylı fərdi yaşayış evinin B tikilisinə dair hissədə ləğv edilsin. Cavabdeh iddia ərizəsi qalan hissədə təmin edilməsin. İddiaçı iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar