Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2664/2020 06.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X22 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxslər qismində Maraqlı şəxs1 və Maraqlı şəxs2 cəlb edilməklə) atalığın etiraf olunması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2016-cı il tarixdə vəfat etmiş X1 onun atası olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1961-ci il tarixdə Tovuz rayonu Böyük Qışlaq kəndində X5 ilə X6 birgə yaşayışlarından anadan olmuşdur. O, anadan olarkən valideynləri arasında rəsmi nikah qeydinin olmaması səbəbindən onun doğum haqqında şəhadətnaməsində ata qrafası boş saxlanılmışdır. Atası X5 xx xxxxxx 2016-cı il tarixdə, anası X14 isə xx xxxx 2006-cı il tarixdə vəfat etmişdir. Onun atalığının müəyyən edilməməsi səbəbindən o, hazırda atasına münasibətdə vərəsəlik və digər hüquqlarını həyata keçirə bilmir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, atasının şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamələri onlarda yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər, Maraqlı şəxs1 nümayəndəsi ərizə ünvanlayaraq COVİD-19 infeksiyasının yayılması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş, Maraqlı şəxs2 nümayəndəsi isə ərizə ünvanlayaraq bildirmişdir ki, ərizəyə etiraz etmirlər və işin həllini məhkəmənin mülaziəsinə buraxırlar. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X9 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, ərizəçi onun doğma bacısıdır. Onun atası X5, anası isə X10r. Onlar ailədə oda daxil olmaqla 10 uşaq olmuşlar. Bu uşaqlardan üçü - Rasim, Araz və Sədaqət nikahdan əvvəl anadan olmuş, Məlahət, Rəsmiyyə, Mərziyyə, Elmar, Mustafa, Əfqan isə nikahdan sonra anadan olmuşlar. O, nikahdan sonra doğulduğu üçün onun doğum haqqında şəhadətnaməsində atasının adı qeyd edilmişdir, nikahdan əvvəl doğulanlarda isə ata qrafası boş qalmışdır. Anaları xx xxxx 2006-cı il tarixdə, ataları isə xx xxxxxx 2016-cı il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçi onun doğma bacısıdır. Nikaha daxil olduqdan sonra soyadını “Məmmədova”ya dəyişdirmişdir. Onun atası X5, anası isə X10r. Onlar ailədə oda daxil olmaqla 10 uşaq olmuşlar. Bu uşaqlardan üçü - Rasim, Araz və Sədaqət nikahdan əvvəl anadan olmuş, Məlahət, Rəsmiyyə, Mərziyyə, Elmar, Mustafa, Əfqan isə nikahdan sonra anadan olmuşlar. O, nikahdan sonra doğulduğu üçün onun doğum haqqında şəhadətnaməsində atasının adı qeyd edilmişdir, nikahdan əvvəl doğulanlarda isə ata qrafası boş qalmışdır. Anaları xx xxxx 2006-cı il tarixdə, ataları isə xx xxxxxx 2016-cı il tarixdə vəfat etmişdir. AZE seriyalı, ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1961-ci il tarixdə Tovuz rayonu, Böyükqışlaq kəndində anadan olmaqla, yaşayış yeri Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Məlikaslanov küçəsi, döngə 2, ev 22 B-dir. Maraqlı şəxs1 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, X4 xx xxxx 1961-ci il tarixdə Tovuz rayonu, Böyükqışlaq kəndində anadan olmuş, bu barədə akt qeydində 80 nömrə ilə qeydiyyat aparılmışdır. Tovuz rayonu Böyükqışlaq Kənd Sovetliyi tərəfindən verilmiş A3 seriyalı, 062325 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Çobanova Sədaqət xx xxxx 1961-ci il tarixdə Tovuz rayonu, Böyükqışlaq kəndində anadan olmuş, ata qrafasında “-“, ana qrafasında X14 göstərilmiş, bu barədə akt qeydləri kitabında 80 nömrə ilə qeydiyyat aparılmışdır. Maraqlı şəxs1 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli çıxarışdan görünür ki, xx xxxxxxx 1963-cü il tarixdə X5 ilə X7 nikahları bağlanmış, nikah bağlandıqdan sonra kişiyə “Çobanov”, qadına “Çobanova” soyadı verilmişdir. Tovuz rayonu Böyükqışlaq Kənd Sovetliyi tərəfindən verilmiş A3 seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx xxxxxx 1968-ci il tarixdə Tovuz rayonu, Böyükqışlaq kəndində anadan olmuş, ata qrafasında X5, ana qrafasında X14 göstərilmiş, bu barədə akt qeydləri kitabında 21 nömrə ilə qeydiyyat aparılmışdır. Tovuz rayonu Böyükqışlaq Kənd Sovetliyi tərəfindən verilmiş A3 seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxxxx 1970-ci il tarixdə Tovuz rayonu, Böyükqışlaq kəndində anadan olmuş, ata qrafasında X5, ana qrafasında X14 göstərilmiş, bu barədə akt qeydləri kitabında 22 nömrə ilə qeydiyyat aparılmışdır. Maraqlı şəxs1 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, X5 xx xxxxxx 2016-cı il tarixdə Tovuz rayonu, Böyükqışlaq kəndində ölmüşdür və bu barədə Böyükqışlaq İcra Nümayəndəliyinin kitabında 02 nömrə ilə qeydiyyat aparılmışdır. Maraqlı şəxs1 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, X14 xx xxxx 2006-cı il tarixdə Tovuz rayonu, Böyükqışlaq kəndində ölmüşdür və bu barədə Böyükqışlaq İcra Nümayəndəliyinin kitabında 11 nömrə ilə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs1 tərəfindən Ərizəçi ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, 26 nömrəli məktubdan görünür ki, onun atalığın müəyyən edilməsinə dair ərizəsinə baxılmış və bildirilmişdir ki, X5 xx xxxxxx 2016-cı il tarixdə vəfat etdiyindən onun atalığının müəyyən olunması Maraqlı şəxs1ndə mümkün olmamışdır. Ona həmin tələblə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məqsədə müvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1cimaddəsinəəsasənməhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; Həmin Məcəllənin 307.2.10-cu maddəsinə əsasən məhkəmə atalığın etiraf olunması faktının müəyyən edilməsi barədə işlərə baxır; Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 11-ci bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktın- yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni, atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, X5 ilə X7 faktiki nikah münasibətlərindən xx xxxx 1961-ci il tarixdə Ərizəçi anadan olmuş, daha sonra X5 ilə X15 xx xxxxxx 1963-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Ərizəçinin valideynləri arasında rəsmi nikah o, anadan olduqdan sonra bağlandığına görə ona verilmiş doğum haqqında şəhadətnamədə ata qrafası boş saxlanılmışdır. X5xx xxxxxx 2016-cı il tarixdə ölmüşdür. Ərizəçinin atalığının məhkəmədən kənar qaydada müəyyən etdirmək imkanı bu səbəbdənmümkün olmamışdır. Ərizəçinin atasının X5 olması həm ərizəçinin izahatı, şahid ifadələri və digər sübutlarla da öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki,ərizə təmin edilməli, xx xxxx 1961-ci il tarixdə Tovuz rayonu, Böyükqışlaq kəndində anadan olmuş Ərizəçi atasının xx xxxxxx 2016-cı il tarixdə Tovuz rayonu Böyükqışlaq kəndində ölmüş X5 olması faktı müəyyənedilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx xxxx 1961-ci il tarixdə Tovuz rayonu, Böyükqışlaq kəndində anadan olmuş Ərizəçi atasının xx xxxxxx 2016-cı il tarixdə Tovuz rayonu Böyükqışlaq kəndində ölmüş X5 olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-2664/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2664/2020
06.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver