Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-271/2022 15.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı Cavabdeh Möhsüm oğluna qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Möhsüm oğluna və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8 və Bakı şəhəri X2rşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 314 saylı xx.xx.2006-cı il tarixli sərəncamla mülkiyyətinə verilmiş 300 kv.m torpaq sahəsinin Cavabdeh Möhsüm oğlu tərəfindən zəbt olunduğundan boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, X3 314 saylı xx.xx.2006-cı il tarixli sərəncam ilə onun mülkiyyətinə 300 kv.m torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsinin bataqlıq hissəsini qurudaraq ətrafına hasar çəkilmiş və dəmir darvaza (qapı) qoymuşdur. Bir müddət sonra qonşuluqda yaşayan Cavabdeh iddiaçıya məxsus torpaq sahəsini öz atababa torpağı olmasını iddia edərək, darvazanı qıraraq yerinə yenisini qoymuşdur. İddiaçı ona məxsus torpaq sahəsinin boşaldılmasını xahiş etsə də, o, buna məhəl qoymamışdır. Bu səbəbdən də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi M.Nəzərli iddia tələbini qəbul etməyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2006-cı il tarixli, 314 nömrəli Sərəncama əsasən, X10 tərəfindən Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Bakı şəhər sakinləri X11 və İddiaçı razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 300 kv.m torpaq sahəsini sahiblik və ondan istifadə hüquqları Bakı şəhər sakini İddiaçı adına keçirilmişdir. - X3 xx.xx.2021-ci il tarixli məktubuna əsasən, vətəndaş İddiaçı Xaliq qızının adına rəsmiləşdirilərək X3 29 mart 2006-cı il tarixli 1448/1 saylı sərəncamla mülkiyyətinə ayrılmış 300 kv.m torpaq sahəsini notarial qaydada mülki etibarnamə ilə X5 istifadəsinə verilmiş, lakin iddiaçı olduğu mübahisəli torpaq sahəsinin mübahisələndirilməsi predmeti məhkəmə səlahiyyətlərinə aid edildiyindən aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. - X3 xx.xx.2021-ci il tarixli məktubuna əsasən, X3 arxiv materiallarında vətəndaş X6 adına torpaq sahəsinin rəsmiləşdirilməsi barədə X3 139 saylı, xx.xx.2004-cü il tarixli Sərəncamla 150 kv.m, 314/1 saylı xx.xx.2006-cı il tarixli Sərəncamla 300 kv.m torpaq sahəsi sənədləşirilmişdir. - X3 xx.xx.2019-cu il tarixli məktubuna əsasən, İddiaçı Xaliq qızının müraciəti ilə bağlı yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, 314/1 saylı xx.xx.2006-cı il tarixli Sərəncamla ayrılmış 300 kv.m torpaq sahəsində digər şəxslər tərəfindən zəbt edilərək, tikinti aparımışdır. - xx.xx.2005-ci il tarixli, 1541/1 nömrəli Sərəncama, torpaq sahəsinin planına və torpaq sahəsinin alqı-satqısına dair müqaviləyə əsasən, X10 tərəfindən Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadədə olan 300 kv.m torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün vətəndaş Cavabdeh alqısatqı yolu ilə mülkiyyətinə ayrılmışdır. Cavabdeh həmin torpaq sahəsi üçün ******* (bir milyon iki yüz min) manat ödəniş etmişdir. - X3 xx.xx.2019-cu il tarixli məktubuna əsasən, sözügedən əraziyə yerində baxış keçirilmiş və torpaq sahəsini zəbt edən şəxsin sənədləri araşdırılmışdır. Məlum olmuşdur ki, zəbt edən şəxsin sənədlərində eskiz-sxem sözügedən əraziyə düşmür. X10 tərəfindən xx.xx.2005-ci il tarixli, 1541/1 saylı sərəncama əsasən Cavabdeh adına verimiş eskizsxem isə sözügedən ərazi ilə uyğunluq təşkil edir. Mübahisəli torpaq sahəsi eskiz-sxemlər əsasında öz həllini tapmışdır. - Azərbaycan Respublikası İstisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubundan müəyyən edilir ki, sözügedən torpaq sahəsinə texniki baxış keçirilmiş və müəyyən olunmuşdur ki, mübahisəli ərazinin faktiki olaraq 390 kv.m torpaq sahəsinin bir hissəsi qamışlıq (bataqlıq) ərazisidir. Torpaq sahəsinə dair heç bir sənəd təqdim edilməmişdir. Həmin torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisidir. Həmçinin torpaq sahəsinin dövlət qeydiyyatı barədə vahid elektron kadastr bazasında məlumat yoxdur. - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4881 nömrəli rəyinə əsasən, Bakı şəhəri Binəqədi Rayonu X3 29 mart 2006-cı il tarixli, 314 saylı sərəncamı ilə İddiaçı ayrılmış 300 kv.m torpaq sahəsinin sxemində ayrılmış torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, tərpənməz dayaq nöqtəsindən məsafələr öz əksini tapmamışdır. Həmçinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis məktubuna istinadan mübahisəli ərazinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisi olması qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsindən görünür ki, iddiaçı torpaq sahəsinin ona məxsus olduğunu iddia edərək cavabdehin sahibliyinin qanunsuz olduğundan onun tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasını və cavabdehin ona məxsus sahədən çıxarılmasını xahiş edir. Azəbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddəyə əsasən tələbin irəli sürülməsi üçün üç dispozisiya şərtinin ödənilməsi tələb olunur: 1. tələb irəli sürən şəxsin mülkiyyətçi olması; 2. əşyanın tələbin yönəldiyi şəxsin sahibliyində olması; 3. sahibliyin qanunsuz olması. Hazırkı iş üzrə isə iddiaçının mülkiyyətində olduğunu iddia etdiyi torpaq sahəsinin hər hansı hüquqla ona məxsus olduğu müəyyən edilməmiş, bununla da istinad olunan normanın ilkin dispozisiya şərti (tələb irəli sürən şəxsin mülkiyyətçi olması) yaranmamışdır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Əmlak hüquqularının siyahısı Mülki Məcəllənin 158.1-ci maddəsi ilə müəyyən edilmiş və mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqlarına aid edilmişdir: girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Məhkəmə qeyd edir ki, işdən iddiaçının mübahisəli yaşayış sahəsinə dair digər əmlak hüquqlarının olması da müəyyən olunmur. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər (maddə 164.2). İşdə olan ifadələrə və rəylərə əsasən mübahisəli torpaq sahəsinin iddiaçının sahibliyində də olmadığı müəyyən edilir. Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Göstərilən məsələ ilə bağlı M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçı hazırkı məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Çünki iş üzrə onun mübahisəli yaşayış sahəsinin, yaxud onun yerləşdiyi torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməsini təsdiq edən heç bir sübut mövcud deyil. Belə ki, Mülki Məcəllənin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 139.1-ci madəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Eyni zamanda Mülki Məcəllənin 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Beləliklə, müəyyən edildi ki, mübahisəli torpaq sahəsinin iş üzrə İddiaçı mülkiyyətində (qanuni sahibliyində) olmasını təsdiq edən heç bir sübut olmadığından onun hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ mövcud deyildir. Buna görə də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak şəxslərə aid edilir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.4-cü maddəsinə əsasən,məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 242, 244, 2271, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat ekspertiza xərci İddiaçı tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖİN **********, X4, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-271/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-271/2022
15.11.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver