Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2735/2021 22.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əmrin ləğv edilməsinə, işə bərpa eilməklə buraxılmış müddət üzrə əmək haqqının ödənilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əmrin ləğv edilməsinə, işə bərpa eilməklə buraxılmış müddət üzrə əmək haqqının ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi X47 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı 20.04.2011-ci il tarixdən 10.12.2018-ci il tarixədək 6 saylı Tibbi-Sosial Ekspert Komissiyasında tibb bacısı, tibb qeydiyyatçısı vəzifəsində işləmişdir. İddiaçı 10.12.2018-ci il tarixdən 3 saylı Tibbi-Sosial Ekspert Komissiyasının tibb qeydiyyatçısı vəzifəsinə təyin edilmiş, 06.08.2020-ci il tarixdən isə Cavabdeh ilə əmək müqaviləsi bağlamaqla Tibbi Sosial Ekspert Komissiyasının tibb qeydiyyatçısı kimi əmək fəaliyyətini davam etdirmişdir. Həmin vaxtdan iddiaçı onunla bağlanan əmək müqaviləsinə xitam verilən günədək öz işini yüksək səviyyədə icra etmiş, nöqsansız işçi kimi hər zaman digər işçilər üçün nümunə olmuşdur. İddiaçı işlədiyi müddətdə barəsində heç bir intizam tənbehi tətbiq edilməmişdir. İddiaçı 26.10.2020-ci il tarixdə işəgütürənin təşəbbüsü ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə tutduğu vəzifədən azad edilmişdir. İddiaçı işdən azad edildikdən sonra şifahi və yazılı müraciətinə baxmayaraq işdən çıxarılması barədə əmrin surəti iddiaçıya verilməmişdir. İddiaçının vəzifə borcunu necə yerinə yetirmədiyinə, əmək funksiyasını necə icra etmədiyinə dair əsaslandırılmış heç bir səbəb göstərilməmişdir. İşdən çıxarılma haqqında əmrin surətini iddiaçıya verməməklə cavabdeh Əmək Məcəlləsinin tələblərini kobud şəkildə pozmuşdur. Bu isə qanunvericiliyin tələbinə görə iddiaçının işdən azad edilməsinə dair əmrin əsassız olduğuna sübutdur və ona görə də bu əmr qanunsuz olduğuna görə məhkəmə qaydasında ləğv edilməlidir. İddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətinə iddiaçını işdən azad etmiş qurumda baxılmaqla guya iddiaçı barəsində qeyd edilən intizam tədbiri qanuni və əsaslı hesab edilmişdir. İddiaçıya 146 dəfə məlumat göndərilsə də, o, məlumatlara cavab verməmiş, işini itirəcəyindən ehtiyat edib vəzifəli şəxsin hərəkətləri barədə heç kimə məlumat verməmişdir. İddiaçı cavabdehlə işləmək istəmədiyindən onun işdən çıxarılmasına dair əmrdə dəyişiklik edilməsini gözləmiş bu səbəbdən məhkəməyə fevral ayında müraciət etmişdir. Ona görə də Cavabdeh tərəfindən iddiaçının qanunsuz olaraq işdən çıxarılmasına dair verilmiş əmrin ləğv edilməsinə, iddiaçının işə bərpa edilməklə məcburi iş buraxma müddətinə görə əmək haqqının iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X81 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, işəgötürən Cavabdeh ilə işçi İddiaçı arasında bağlanmış 06.08.2020-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı Tibbi-Sosial Ekspert Komissiyasının tibb qeydiyyatçısı vəzifəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət və audit şöbəsinin müdiri Heybət İmanovun xidməti məruzəsinə əsasən Azərbaycan Respublikasının Baş prokurorluğundan Nazirliyin tabeliyində Cavabdeh Aparatının və ərazi tibbi-sosial ekspert komissiyalarının əməkdaşlarının qanunvericiliyə zidd əməlləri barədə daxil olmuş 16.09.2020-ci il və 23.10.2020-ci il tarixli ********* nömrəli məktublar Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılmışdır. Araşdırma zamanı Agentliyin 5 nömrəli TSEK-in sədri vəzifəsində işləmiş X32 Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.2 və 313-cü maddələri ilə təqsirləndirildiyi ********* nömrəli cinayət işinin istintaqı zamanı mobil telefonuna baxış keçirilərkən 01.01.2020-ci il tarixdən 04.09.2020-ci il tarixədək olan müddətdə Agentliyin Aparatının, eləcə də digər ərazi TSEK-lərin əməkdaşları ilə ayrı-ayrı şəxslərin təvəllüd, cins və diaqnozlarından ibarət kodlaşdırılmış məlumatların qarşılıqlı şəkildə göndərilməsi aşkarlanmışdır. Belə ki, whatsapp vasitəsi ilə K.R.Məmmədov 5 saylı TSEK-in tibb qeydiyyatçısı vəzifəsində işləyən İddiaçı 146 nəfər barədə belə məlumatları göndərməsi müəyyən edilmişdir. İddiaçı işəgötürənin adına xələl gətirə biləcək, habelə onun nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermiş, əlilliyi qiymətləndiriləcək çoxsaylı vətəndaşların kimliyinin birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bir sıra məlumatları əldə edilməsində iştirak etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.6 və 2.1-ci bəndlərinə uyğun olaraq əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları tərəfindən Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndərişi əsasında Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi vasitəsilə aparılır. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal Tibbi-sosial ekspert komissiyasına göndərilir. Bundan əlavə həmin Qaydanın 2.4-cü bəndinə əsasən Tibbi-sosial ekspert komissiyası 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Qanunvericilikdə əlilliyin qiymətləndirilməsi ilə bağlı Tibbi-sosial ekspert komissiyasının hansı qaydada fəaliyyət göstərməsi, şəffaflığın təmin edilməsi məqsədilə vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyinin birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatların şifrələnərək adsızlaşdırılması nəzərdə tutulduğu halda bəzi Tibbi-sosial ekspert komissiyalarının vəzifəli şəxsləri məqsədli şəkildə öz niyyətlərinə uyğun qərarın qəbul olunmasını təmin etmək üçün əlilliyi qiymətləndiriləcək çoxsaylı şəxslərin kimliyinin birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bir sıra məlumatları başqa vəzifəli şəxslərə göndərmiş və bununla da sahəvi qanunvericilik aktlarının tələblərini pozmuşlar. İddiaçıya isə belə məlumatların 146 dəfə göndərilməsi müəyyən edilmişdir. İddiaçı əmək funksiyalarının icrasında yol verdiyi kobud nöqsanlara, işəgötürənin adına xələl gətirə biləcək, habelə onun nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verdiyindən onunla bağlanan əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin İİ bəndinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı 18.11.2020-ci il tarixdə imza edərək əmək kitabçasını cavabdehdən almışdır. Qanunvericiliyin tələblərinə əsasən iddiaçı barəsində olan əmrin mübahisələndirilərək işə bərpa olunmasından ötrü barəsində əmrin verildiyini bildiyi tarixdən 1 ay müddətinə məhkəməyə müraciət edə bilərdi. Lakin iddiaçı 2021-ci ilin fevral ayında yəni, hüququnun pozulduğunu iddia etdiyi gündən etibarən 3 təqvim ayı keçdikdən sonra məhkəməyə müraciət etmiş, bununla da qanunla nəzərdə tutulan iddia müddətini ötürmüşdür. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçı ilə bağlanan əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinə uyğun xitam verildiyindən, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən onun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentiyinə qarşı əmrin ləğv edilməsinə, işə bərpa olunmasına və buraxılmış müddət görə əmək haqqının ödənilməsinə dair iddia tələblərinə iddia müddətinin tətbiq edilməklə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. İşəgötürən Cavabdeh ilə işçi İddiaçı arasında bağlanmış 06.08.2020-ci il tarixli əmək müqaviləsindən müəyyən olunur ki, işçi Tibbi-Sosial Ekspert Komissiyasının tibb qeydiyyatçısı vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin 2.1-ci bəndinə əsasən bu əmək müqaviləsi 1 ay sınaq müddəti olmaqla 3 ay müddətinə bağlanmışdır. Əmək müqaviləsinin 3.1-ci bəndinə əsasən işçi əmək funksiyasının icrasını vəzifə təlimatına uyğun öhdəsinə götürmüşdür: Müalicə müəssisəsinə tibbi yardım üçün müraciət edən xəstələrin qeydiyyatını aparır. Xəstələrin tibb kartoçkalarının saxlanılmasını və həkimin kabinetinə çatdırılmasını təmin edir. Əmək müqaviləsinin bağlanması ilə bağlı 14.08.2020-ci il tarixli əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, İddiaçı 06.08.2020-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə əsasən 06.11.2020-ci il tarixədək aylıq əmək haqqı 600 manat olmaqla Cavabdeh Tibbi Sosial Ekspert Komissiyalarına əsas iş yeri üzrə tibb qeydiyyatçısı vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Baş prokuroru K.Əliyevin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri S.Babayevə ünvanladığı 23.10.2020-ci il tarixli ********* saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcələsinin 311.2 və 313-cü maddələri ilə istintaqı aparılan cinayət işinin istintaqı zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh 5 nömrəli Tibbi-sosial ekspert komissiyasının sədri X32 vətəndaşdan İİ qrup əlillik dərəcəsinin təyin edilməsinə görə rüşvət alması sübuta yetirildiyinə görə 05.09.2020-ci il tarixdə ona Azərbaycan Respublikası CM-nin 311.2-ci maddəsi ilə ittiham elan edilmiş və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bundan başqa həmin tarixdə Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya xəstəxanasının 16-cı şöbəsinin müdiri X3 Azərbaycan Respublikası CM-nin 311.2 və 313-cü maddələri ilə ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs X32 mobil telefonuna baxış zamanı müəyyən edilmişdir ki, 2020-ci ilin mart ayından sentyabr ayınadək olan dövr ərzində Cavabdeh vəzifəli şəxsləri pensiya təyinatı ilə əlaqədar onlara müraciət etmiş ayrı-ayrı şəxslərin təvəllüdü və diaqnozlarına dair məlumatları kodlaşdırılmış formada telefonda quraşdırılmış WhatsApp tətbiq etməsi vasitəsilə qarşılıqlı olaraq göndərmişlər. Belə ki, əvvəllər 2 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri işləmiş X24 Katib Məmmədova 12 nəfər barədə hazırda 2 saylı Tibbi- Sosial Ekspert Komissiyasının sədri X33 Katib Məmmədova 5 nəfər barədə, X60 Cəfərova 5 nəfər barədə, 4 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri X41 KatibMəmmədova 12 nəfər barədə, X100 Həsənova 8 nəfər barədə, 6 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri X4 Katib Məmmədova 6 nəfər barədə, 7 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri X34 Katib Məmmədova 25 nəfər barədə, X93 Məmmədova 29 nəfər barədə, 9 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri X15 Katib Məmmədova 5 nəfər barədə, X72 Mehdiyevaya 46 nəfər barədə, 12 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri X9 Katib Məmmədova 12 nəfər barədə, 14 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri X35 Katib Məmmədova 20 nəfər barədə, X74 Quliyevə 31 nəfər barədə, 15 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri X5 Katib Məmmədova 22 nəfər barədə, X54 Nəbiyevə 28 nəfər barədə, 16 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri X42 Katib Məmmədova 27 nəfər barədə, X85 Gözəlova 13 nəfər barədə, 19 saylı Tibbi- Sosial Ekspert Komissiyasının sədri X16 Katib Məmmədova 16 nəfər barədə, 20 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri X48 Katib Məmmədova 64 nəfər barədə, X94 Əsgərova 47 nəfər barədə, 21 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri X49 Katib Məmmədova 18 nəfər barədə, X95 Kamilova 18 nəfər barədə, 22 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri X6 Katib Məmmədova 2 nəfər barədə, X75 Abdullayevaya 34 nəfər barədə, 24 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri X17 Katib Məmmədova 96 nəfər barədə, X76 Məmmədova 31 nəfər barədə, 30 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri işləmiş X10 Katib Məmmədova 72 nəfər barədə, Katib Məmmədovun 1 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri X36 1 nəfər barədə, Katib Məmmədovun 3 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri X11 3 nəfər barədə, Katib Məmmədovun 5 saylı Tibbi-Sosial Ekspert Komissiyasında qeydiyyatçı vəzifəsində işləyən İddiaçı 146 nəfər barədə, Katib Məmmədovun 8 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri X50ma 5 nəfər barədə, Katib Məmmədovun 11 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri işləmiş X7 13 nəfər barədə, Katib Məmmədovun 13 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri X8 31 nəfər barədə, eyni zamanda Katib Məmmədovun Cavabdeh əməkdaşları - X51 2 nəfər barədə və X12 2 nəfər barədə, X13 3 nəfər barədə məlumatların qarşılıqlı olaraq göndərilməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.6 və 2.1 -ci bəndlərinə uyğun olaraq əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları tərəfindən Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndərişi əsasında Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi vasitəsilə aparılır. Bundan başqa həmin Qaydanın 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal Tibbi-sosial ekspert komissiyasına göndərilir. Bundan əlavə həmin Qaydanın 2.4-cü bəndinə əsasən Tibbi-sosial ekspert komissiyası 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Göründüyü kimi, qanunvericilikdə əlilliyin qiymətləndirilməsi ilə bağlı Tibbi-sosial ekspert komissiyasının hansı qaydada fəaliyyət göstərməsi, şəffaflığın təmin edilməsi məqsədilə vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyinin birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatların şifrələnərək adsızlaşdırılması nəzərdə tutulmuşdur. Lakin, qanunvericilikdə müvafiq normalar nəzərdə tutulmasına baxmayaraq, qeyd edilən Tibbi-sosial ekspert komissiyalarının vəzifəli şəxsləri məqsədli şəkildə öz niyyətlərinə uyğun qərarın qəbul olunmasını təmin etmək üçün əlilliyi qiymətləndiriləcək çoxsaylı şəxslərin kimliyinin birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bir sıra məlumatları başqa vəzifəli şəxslərə göndərmiş və bununla da sahəvi qanunvericilik aktlarının tələblərini pozmuşlar. Odur ki, göstərilənləri nəzərə alaraq, qanunvericiliyin tələblərini pozduqlarına görə həmin vəzifəli şəxslərin barəsində qanunla müəyyən olunmuş qaydada müvafiq tədbirlərin görülməsinə və görülmüş tədbirlər barədə Baş prokurorluğa məlumat verilməsinə göstəriş verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət və audit şöbəsinin müdiri Heybət İmanovun xidməti məruzəsindən müəyyən olunur ki, Azərbaycan Respublikasının Baş prokurorluğundan Nazirliyin tabeliyində Cavabdeh Aparatının və ərazi tibbi-sosial ekspert komissiyalarının əməkdaşlarının qanunvericiliyə zidd əməlləri barədə daxil olmuş 16.09.2020-ci il və 23.10.2020-ci il tarixli ********* nömrəli məktublar Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılmışdır. Daxil olmuş məktubda Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Agentliyin 5 nömrəli TSEK-in sədri vəzifəsində işləmiş X32 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.2 və 313cü maddələri ilə təqsirləndirildiyi ********* nömrəli cinayət işinin istintaqı zamanı mobil telefonuna baxış keçirilərkən 01.01.2020-ci il tarixdən 04.09.2020-ci il tarixədək olan müddətdə Agentliyin Aparatının, eləcə də digər ərazi TSEK-lərin əməkdaşları ilə ayrı-ayrı şəxslərin təvəllüd, cins və diaqnozlarından ibarət kodlaşdırılmış məlumatların qarşılıqlı şəkildə göndərilməsinin aşkarlandığı qeyd edilmişdir. Məktuba əlavə olunmuş K.Məmmədovla hazırda Agentliyin 7 saylı TSEK-in sədri vəzifəsində işləyən X57, 16 saylı TSEK-in sədri vəzifəsində işləyən X69, 19 saylı TSEK-in sədri vəzifəsində işləyən X43, 24 saylı TSEK-in sədri vəzifəsində işləyən X44, eləcə də əvvəlki 30 saylı TSEK-in sədri vəzifəsində işləmiş X37 və əvvəlki 2 saylı TSEK-in sədri vəzifəsində işləmiş X24 yazışmalarında vətəndaşların məlumatlarının yuxarıda qeyd olunmuş qaydada kodlaşdırılaraq, əlillik dərəcəsinin təyin edilməsi və ya imtina barədə qərar verilməsi üçün istifadə etdikləri nömrələrinə xüsusi tətbiq vasitəsilə (WhatsApp) göndərdikləri aşkar şəkildə görünmüşdür. Qeyd olunanlarla bağlı təqdim etdikləri izahatlarda O.Məmmədov, A.Abdullayev və C.Məmmədov kodlaşdırılmış məlumatlarını göndərdikləri vətəndaşların ağır xəstə olduqlarına baxmayaraq dəfələrlə əlillik dərəcəsinin verilməsindən imtina edilməsi barədə qərar verildiyinə və şikayətçi olduqlarına, həmçinin K.Məmmədov tərəfindən imtina qərarları çox verildiyinə görə köməklik göstərmək istədiklərini, R.Gözəlov həqiqi xəstəliyi olan şəxslərə köməklik edilməsi, eləcə də əlillik dərəcəsinin təyin olunması sahəsində şəffaflığın təmin edilməsi məqsədilə bir sıra vətəndaşlara imtinaya dair qərar verilməsi üçün məlumatları göndərdiklərini bildirmişdirlər. O.Məmmədov, C.Məmmədov və R.Gözəlov həmçinin kodlaşdırılmış məlumatlarını göndərdikləri vətəndaşları tanımadıqlarını qeyd etmişdirlər ki, bu da həmin vətəndaşların xəstəlikləri və öncəki imtina qərarları barədə məlumatlı olmalarına və bu səbəbdən kömək etmək istədiklərinə dair bəyanatları ilə ziddiyyət təşkil edir. Bununla yanaşı, Azərbaycan Respublikasının Baş prokurorluğundan təqdim edilmiş məlumatda hazırda 2 saylı TSEK-in sədri vəzifəsində işləyən X33 K.Məmmədova 5 nəfər barədə, K.Məmmədovun M.Cəfərova 5 nəfər barədə, əvvəllər 2 saylı TSEK-in sədri vəzifəsində işləmiş X24 K.Məmmədova 12 nəfər barədə, 4 saylı TSEK-in sədri vəzifəsində işləyən X41 K.Məmmədova 12 nəfər barədə, K.Məmmədovun Ə.Həsənova 8 nəfər barədə, 6 saylı TSEK-in sədri vəzifəsində işləmiş X18 K.Məmmədova 6 nəfər barədə, 7 saylı TSEK-in sədri vəzifəsində işləyən X34 K.Məmmədova 25 nəfər barədə, K.Məmmədovun O.Məmmədova 29 nəfər barədə, 9 saylı TSEK-in sədri vəzifəsində işləyən X19 K.Məmmədova 5 nəfər barədə, K.Məmmədovun S.Mehdiyevaya 46 nəfər barədə, 12 saylı TSEK-in sədri vəzifəsində işləyən X9 K.Məmmədova 12 nəfər barədə, 14 saylı TSEK-in sədri vəzifəsində işləyən X35 K.Məmmədova 20 nəfər barədə, K.Məmmədovun R.Quliyevə 31 nəfər barədə, 15 saylı TSEK-in sədri vəzifəsində işləyən X5 K.Məmmədova 22 nəfər barədə, K.Məmmədovun M.Nəbiyevə 28 nəfər barədə, 16 saylı TSEK-in sədri vəzifəsində işləyən X42 K.Məmmədova 27 nəfər barədə, K.Məmmədovun R.Gözəlova 13 nəfər barədə, 19 saylı TSEK-in sədri vəzifəsində işləyən X16 K.Məmmədova 16 nəfər barədə, 20 saylı TSEK-in sədri vəzifəsində işləyən X48 K.Məmmədova 64 nəfər barədə, K.Məmmədovun E.Əsgərova 47 nəfər barədə, 21 saylı TSEK-in sədri vəzifəsində işləyən X49 K.Məmmədova 18 nəfər barədə, K.Məmmədovun E.Kamilova 18 nəfər barədə, 22 saylı TSEK-in sədri vəzifəsində işləyən X6 K.Məmmədova 2 nəfər barədə, K.Məmmədovun F.Abdullayevaya 34 nəfər barədə, 24 saylı TSEK-in sədri vəzifəsində işləyən X17 K.Məmmədova 96 nəfər barədə, K.Məmmədovun C.Məmmədova 31 nəfər barədə, əvvəllər 30 saylı TSEK-in sədri vəzifəsində işləmiş X10 K.Məmmədova 72 nəfər barədə, K.Məmmədovun 1 saylı TSEK-in sədri vəzifəsində işləyən X36 1 nəfər barədə, K.Məmmədovun 3 saylı TSEK-in sədri vəzifəsində işləyən X20 3 nəfər barədə, K.Məmmədovun 5 saylı TSEK-in tibb qeydiyyatçısı vəzifəsində işləyən İddiaçı 146 nəfər barədə, K.Məmmədovun 8 saylı TSEK-in sədri vəzifəsində işləyən X25 5 nəfər barədə, K.Məmmədovun 11 saylı TSEK-in sədri vəzifəsində işləmiş X7 13 nəfər barədə, K.Məmmədovun 13 saylı TSEK-in sədri vəzifəsində işləyən X8 31 nəfər barədə, K.X40- Sosial Ekspertiza Xidmətinin Təşkili departamentinin müdirinin müavini vəzifəsində işləyən X51 2 nəfər barədə, həmin departamentin Tibbi-sosial ekspertiza şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində işləyən X21 2 nəfər barədə və arxivçi vəzifəsində işləyən X13 3 nəfər barədə “kod”ların qarşılıqlı göndərilməsi barədə də müəyyənləşdirilmənin aparıldığı qeyd edilmişdir. Adları qeyd olunan əməkdaşlar qanunla üzərlərinə qoyulmuş maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görmək vəzifələrinə laqeydlik göstərməklə, qeyri-peşəkar şəkildə davranmaqla, təmsil etdikləri orqanın statusundan və vəzifə səlahiyyətlərindən, eləcə də həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə maddi və sair nemətlər istəmələri görüntüsü yaradaraq Nazirliyin adına xələl gətirə biləcək, habelə onun nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermişlər. Eyni zamanda, qanunvericilikdə müvafiq normalar nəzərdə tutulmasına baxmayaraq, qeyd edilən TSEK-lərin vəzifəli şəxslərinin məqsədli şəkildə öz niyyətlərinə uyğun qərarın qəbul olunmasını təmin etmək üçün əlilliyi qiymətləndiriləcək çoxsaylı vətəndaşların kimliyinin birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bir sıra məlumatları göndərərək vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə korrupsiya hüquqpozmalarına şərait yaradan hallara yol verdiklərini istisna etmir. Aşkarlanmış faktlarda Agentliyin, eləcə də tabeliyində olan əksər TSEK-lərin əməkdaşlarının adları hallandığına görə onların da öz aralarında bənzər “kod”larla işləməklə qanun pozuntularına yol vermələri ehtimalı da istisna deyildir. Şəffaflığın təmin olunması istiqamətində aparılan bir çox islahatlara rəğmən saxta əlillik dərəcələrinin verilməsi və əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı yol verilən süründürməçilik halları ilə bağlı daxil olan müraciətlərin sayının artan dinamikasının saxlanılması bu sahədə əməkdaşların öz fəaliyyətlərində Nazirliyin vətəndaş məmnuniyyətinin yüksəldilməsi ilə bağlı siyasətinə laqeyd yanaşmalarının göstəricisidir. Qeyd olunanları nəzərə alaraq aşağıdakıları təklif olunur: 1. Agentliyin 30 saylı TSEK-in sədri X37, 2 saylı TSEK-in sədri X52, 11 saylı TSEK-in sədri X22 və 6 saylı TSEK-in sədri X18 tutduqları vəzifələrdən azad edildikləri nəzərə alınsın; 2. Əmək funksiyalarının icrasında yol verdikləri kobud nöqsanlara görə Agentliyin 2 saylı TSEK-in sədri X58, 3 saylı TSEK-in sədri X38, 4 saylı TSEK-in sədri X70, 7 saylı TSEK-in sədri X57, 8 saylı TSEK-in sədri X45, 9 saylı TSEK-in sədri X46, 12 saylı TSEK-in sədri X39, 13 saylı TSEK-in sədri X23, 14 saylı TSEK-in sədri X59, 15 saylı TSEK-in sədri X26, 16 saylı TSEK-in sədri X69, 19 saylı TSEK-in sədri X43, 20 saylı TSEK-in sədri X82, 21 saylı TSEK-in sədri X83, 22 saylı TSEK-in sədri X27, 24 saylı TSEK-in sədri X44, 5 saylı TSEK-in tibb qeydiyyatçısı İddiaçı və Agentliyin Aparatının arxivçisi vəzifəsində işləyən X28 barədə ciddi intizam tənbeh tədbirinin görülməsi üçün müvafiq göstəriş verilsin; 3. Azərbaycan Respublikasının Baş prokurorluğunda aparılan sözügedən cinayət işinin istintaqının nəticələrindən asılı olaraq Agentliyin Aparatının və yerli bölmələrinin əməkdaşları barədə qanunvericilikdə nəzərdə tutulan tədbirlər görülsün. Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri üzrə X31 Komitəsinin 26.10.2020-ci il tarixli razılıq məktubundan müəyyən olunur ki, təqdim edilən Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsinin xidməti məruzəsinə əsasən Nazirliyin tabeliyində Cavabdeh 2 nömrəli Tibbi Sosial-Ekspert Komissiyasının sədri X58, 3 nömrəli Tibbi Sosial-Ekspert Komissiyasının sədri X38, 4 nömrəli Tibbi Sosial-Ekspert Komissiyasının sədri X70, 7 nömrəli Tibbi Sosial-Ekspert Komissiyasının sədri X57, 8 nömrəli Tibbi Sosial-Ekspert Komissiyasının sədri X45, 9 nömrəli Tibbi Sosial-Ekspert Komissiyasının sədri X46, 12 nömrəli Tibbi Sosial-Ekspert Komissiyasının sədri X39, 13 nömrəli Tibbi Sosial-Ekspert Komissiyasının sədri X23, 14 nömrəli Tibbi Sosial-Ekspert Komissiyasının sədri X59, 15 nömrəli Tibbi Sosial-Ekspert Komissiyasının sədri X26, 16 nömrəli Tibbi Sosial-Ekspert Komissiyasının sədri X69, 19 nömrəli Tibbi Sosial-Ekspert Komissiyasının sədri X43, 20 nömrəli Tibbi Sosial-Ekspert Komissiyasının sədri X82, 21 nömrəli Tibbi Sosial-Ekspert Komissiyasının sədri X83, 22 nömrəli Tibbi Sosial-Ekspert Komissiyasının sədri X29, 24 nömrəli Tibbi Sosial-Ekspert Komissiyasının sədri X44, 5 nömrəli Tibbi Sosial-Ekspert Komissiyasının tibb qeydiyyatçısı İddiaçı və X2 və vətəndaşların müraciətləri ilə iş şöbəsinin arxivçisi vəzifəsində işləyən X30 əmək funksiyalarının icrasında ciddi nöqsanlara yol verdiklərinə görə onlarla bağlanmış əmək müqavilələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz etmirlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh 26.10.2020-ci il tarixli **********5 saylı əmrindən müəyyən olunur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin70-ci maddəsinin “ç” bəndinə əsasən əmək funksiyalarının icrasında yol verdikləri kobud nöqsanlara görə Agentliyin 2 nömrəli Tibbi Sosial-Ekspert Komissiyasının sədri X58, 3 nömrəli Tibbi Sosial-Ekspert Komissiyasının sədri X38, 4 nömrəli Tibbi Sosial-Ekspert Komissiyasının sədri X70, 7 nömrəli Tibbi Sosial- Ekspert Komissiyasının sədri X57, 8 nömrəli Tibbi Sosial-Ekspert Komissiyasının sədri X45, 9 nömrəli Tibbi Sosial-Ekspert Komissiyasının sədri X46, 12 nömrəli Tibbi Sosial- Ekspert Komissiyasının sədri X39, 13 nömrəli Tibbi Sosial-Ekspert Komissiyasının sədri X23, 14 nömrəli Tibbi Sosial-Ekspert Komissiyasının sədri X59, 15 nömrəli Tibbi Sosial- Ekspert Komissiyasının sədri X26, 16 nömrəli Tibbi Sosial-Ekspert Komissiyasının sədri X69, 19 nömrəli Tibbi Sosial - Ekspert Komissiyasının sədri X43, 20 nömrəli Tibbi Sosial- Ekspert Komissiyasının sədri X82, 21 nömrəli Tibbi Sosial-Ekspert Komissiyasının sədri X83, 22 nömrəli Tibbi Sosial-Ekspert Komissiyasının sədri X27, 24 nömrəli Tibbi Sosial- Ekspert Komissiyasının sədri X44, 5 nömrəli Tibbi Sosial-Ekspert Komissiyasının tibb qeydiyyatçısı İddiaçı və X2 və vətəndaşların müraciətləri ilə iş şöbəsinin arxivçisi vəzifəsində işləyən X28 26.10.2020-ci il tarixdən tutduqları vəzifədən azad edilmiş, onlarla bağlanmış müvafiq əmək müqavilələrinə xitam verilmişdir. Əmrin verilməsinə əsas Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh razılaşdırmaya dair 26.10.2020-ci il tarixli **********2 nömrəli xidməti məruzəsi və Həmkarlar İttifaqı Komitəsinin 26.10.2020-ci il tarixli razılığı olmuşdur. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 26.10.2020-ci il tarixli əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, işçi İddiaçı ilə 06.08.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə 26.10.2020-ci il tarixdə xitam verilmişdir. İddiaçı əmək kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı 06.08.2020-ci il tarixli 20420049 saylı əmrlə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh 05 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasında tibb qeydiyyatçısı təyin edilmiş, 26.10.2020-ci il tarixli **********5 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək kitabçasının surətindən daha sonra müəyyən olunur ki, İddiaçı 18.11.2020-ci il tarixdə imza etməklə əmək kitabçasını işəgötürəndən almışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh 30.12.2020-ci il tarixli **********1 saylı məktubundan müəyyən olunur ki, İddiaçı müraciətinə Nazirliyin tabeliyində Cavabdehndə aidiyyəti üzrə baxılaraq onun Cavabdeh 26.10.2020-ci il tarixli **********5 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) tutduğu vəzifədən azad edilməsi, qeyd olunan intizam tədbirinin qanuni və əsaslı olduğu onun barəsində aparılmış araşdırmanın nəticələri ilə təsdiq olunması bildirilmişdir. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh İdarə Heyətinin sədri Cavid Əbdül-Qədirova ünvanladığı 15.01.2021-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o, 26.10.2020-ci il tarixdə işəgötürənin təşəbbüsü ilə tutduğu vəzifədən azad edilməsinə dair əmrin surətini almadığını bildirərək əmrin surətinin rəsmi olaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən Cavabdeh 26.10.2020-ci il tarixli **********5 saylı əmri ilə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş, iddiaçı əmək kitabçasını 18.11.2020-ci il tarixdə cavabdehdən alıdqdan sonra 19.02.2021ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin səbəbi Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin icaartında olan cinayət işinin istintaqı zamanı həmin iş üzrə təqsirləndirilən şəxs 5 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri vəzifəsində işləmiş K.R.Məmmədovun mobil telefona baxış keçirilərkən sonuncunun 146 nəfərin təvəllüd, cins və diaqnozlarından ibarət kodlaşdırılmış məlumatların 5 saylı Tibbi-Sosial Ekspert Komissiyasında qeydiyyatçı vəzifəsində işləyən İddiaçı tərəfindən qəbul edilməklə sonuncunun əmək funksiyalarının icrasında kobud nöqsanlara, işəgötürənin adına xələl gətirə biləcək, habelə onun nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməsi olmuşdur. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi iddiaçı tərəfindən alınan məlumatların başqa şəxsə ötürülməməsi səbəbindən iddiaçının heç bir qanun pozuntusuna yol verilmədiyini bildirsə də, kodlaşdırılması tələb olunan məlumatların iddiaçı tərəfindən 146 dəfə qəbul edilməsi faktına aydınlıq gətirilə biləcək mötəbər, təkzib olunmaz sübutlarını iddiaçı məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı əmək funksiyalarının icrasında kobud nöqsanlara, işəgötürənin adına xələl gətirə biləcək, habelə onun nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməsi araşdırma zamanı öz təsdiqini tapdığından, cavabdeh iddiaçı ilə bağladığı əmək müqaviləsinə xitam verərkən əmək qanunvericiliyinin tələblərinə əməl etdiyindən iddiaçının tələbləri əsassızdır, ona görə də təmin edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı işdən azad olunmasını 18.11.2020-ci il tarixdə, yəni əmək kitabçasını almaqla bildiyi halda, iddia ərizəsi ilə məhkəməyə yalnız 19.02.2021-ci il tarixdə müraciət etməklə iddia müddətini də ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1.-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2.-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. (MM-nin 375.1.,375.2. mad.) Məhkəmə iclasında cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının tələblərinə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə iddiaçının iddia tələblərinin iddia müddətinin ötürülməsi səbəbində də, təmin edilməsini qeyri-mümkün hesab edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əmrin ləğv edilməsinə, işə bərpa edilməkə buraxılmış müddətə görə əmək haqqının ödənilməsinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-2735/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2735/2021
22.04.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver