Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2778/2024 11.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı2 nümayəndəsi İddiaçı1 Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi və əmrdə düzəlişin edilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİM: İddiaçı2 nümayəndəsi İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin əmək müqaviləsinə ƏM-nin 68.2 “a” maddəsinə əsasən xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, əmək müqaviləsinə ƏM-nin 74.1 “a” maddəsinə əsasən xitam verilməsi barədə qətnamə edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin məhkəmə icraatı bir neçə əsasla mümkün deyildir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsində qeyd edilmişdir ki, Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. İddia ərizəsindən görünür ki, mediasiya sessiyasından keçilməməsinin səbəbi kimi İddiaçı2 hərbi xidmətdə olması və verilən etibarnamədə mediasiyada iştirak etmək səlahiyyətinin verilməməsidir. Lakin hesab edirəm ki, qeyd edilən məsələ tərəfin mediasiya sessiyasından keçməmiş məhkəməyə müraciət etməsi üçün əsas hesab edilə bilməz. Belə ki, şəxsin hərbi xidmətdə olması onun tərəfindən müvafiq etibarnamənin verilməsini istisna etmir. Hansı ki, Mülki Məcəllənin 362.3.2-ci maddəsində qeyd edilmişdir ki, hərbi qulluqçuların etibarnamələri, hərbi hissələrin, birləşmələrin, idarələrin və hərbi təlim məktəblərinin yerləşdiyi, lakin notariat ofislərinin və notariat əməliyyatları aparan digər orqanların olmadığı məntəqələrdə isə həmçinin fəhlə və qulluqçuların, onların ailə üzvlərinin və hərbi qulluqçuların ailə üzvlərinin bu hissənin, birləşmənin, idarənin və ya məktəbin komandiri (rəisi) tərəfindən təsdiqlənmiş etibarnamələri notariat qaydasında təsdiqlənən etibarnamələrə bərabər tutulur. Bundan əlavə iddia ərizəsinin forma və məzmunu ilə bağlı şərt pozulmuş və iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanması da müəyyən edilmir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı qismində İddiaçı2 nümayəndəsi İddiaçı1 qeyd edilmişdir. Halbuki iddiaçının nümayəndəsinin iddia ərizəsində göstərilməsi, iddia ərizəsinin nümayəndə tərəfindən imzalanması prosessual qanunvericiliyə əsasən mümkün olsa da, şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri yalnız Mülki-Prosessual Məcəllənin 72-cü maddəsində nəzərdə tutulmuş hallarda qanuni nümayəndə qisminə müdafiə edə bilərlər. Yəni hazırki iddia ərizəsində iddiaçı qismində İddiaçı2, onun nümayəndəsi qismində İddiaçı1 göstərilməli olsa da, iddiaçı qismində İddiaçı2 nümayəndəsi İddiaçı1 kimi qeyd edilmişdir. Bundan əlavə nümayəndənin iddia ərizəsini imzalamaq səlahiyyətinin olduğu da müəyyən edilmir. Belə ki, Mülki-Prosessual Məcəllənin 74.2-ci maddəsində göstərilmişdir ki, iddia ərizəsinin imzalanması işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Halbuki iddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli etibarnamədə etibar edilənə belə səlahiyyət verilməmişdir. Bundan başqa iddia ərizəsi ərazi aidiyyəti qaydalarına uyğun verilməmişdir. Belə ki, Elektron Məhkəmə İnformasiya sistemindən sorğulanmış məlumatlardan müəyyən edilmişdir ki, Cavabdeh MMC-nin hüquqi ünvanı AZ1100, BAKİ ŞƏHƏRİ YASAMAL RAYONU, MƏTBUAT PR., ev 35B, MƏH.3141, mənzil 23-dür. Halbuki Mülki-Prosessual Məcəllənin 35.2-ci maddəsində qeyd edilmişdir ki, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Odur ki, iddia ərizəsi göstərilən əsaslara görə aşağıdakı normalara əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda; əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır Beləliklə hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilən sənədlər iddiaçıya geri qaytarılmalı və iddiaçıya nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı2 nümayəndəsi İddiaçı1 Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi və əmrdə düzəlişin edilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-2778/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2778/2024
11.03.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver