Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2793/2025 02.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclas katibi X11 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” X13 10 nömrəli şəhər poliklinikasının nümayəndəsi X1, Üçüncü şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” X7 nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” X13 10 nömrəli şəhər poliklinikasına qarşı “Bakı Baş Səhiyyə Mərkəzi” X7 də üçüncü şəxs qismində cəlb olunduğu “əmrin ləğv edilməsi, işə bərpa, əmək müqaviləsinin müddətinin uzadılması və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” X13 10 nömrəli şəhər poliklinikasına qarşı “əmrin ləğv edilməsi, işə bərpa, əmək müqaviləsinin müddətinin uzadılması və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, onun 1977-ci ildən 30 yanvar 2025-ci il tarixə qədər ümümilikdə 48 illik əmək stajı vardır. İş stajının 30 ilini laboratoriya müdiri kimi 10 saylı şəhər Poliklinikasında işləmişdir. Bundan başqa o, əmək fəaliyyətində Rusiya Federasiyasının Lipetsk şəhərində də həkim kimi işəmişdir. X2 laboratoriya həkimi kimi dövlət tərəfindən kurslara cəlb edilmişdir. Həkimlərin Sertifikasiyalarından keçərək 2027-ci ilə qədər laboratoriya işi ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün şəhadətnamə də verilmişdir. İşlədiyi dövrdə heç bir intizam tənbehi olmamışdır. Bütün bunları qeyd etməkdə məqsədi sadəcə bir işçi keyfiyyətlərinin və həkim olaraq öz bilik və bacarıqlarının gənc həkimlərə öyrətmək istəyidir. Fiziki və zehni qabiliyyəti, sağlamlığı da işləməyinə imkan verir. Bütün bunları əslində işlədiyi Poliklinikanın Baş Həkimi Rüstəm Rzayev də nəzərə almış, 65 yaşına çatdığına görə onun da razılığı və istəyi əsasında əmək müqaviləsinin 1 il müddətinə uzadılmasını istəmişdir. Hətta Baş həkim bununla bağlı Bakı Baş Səhiyyə Mərkəzinə rəsmən müraciət də etdiyini bildirmişdir. Qısası iş yeri və baş həkim onunla əmək müqaviləsinin 1 il müddətinə bağlanmasını rəsmən istəsələr də, Mərkəzdən məktub verilərək əmək müqaviləsinin uzadılmasının heç bir səbəb və əsas belə göstərilmədən sadəcə “məqsədəmüvafıq” hesab edilməməsi həmin məktubda göstərilmişdir. Baxmayaraq işlədiyi Poliklinikanın baş həkimi Rüstəm Rzayev özü 2023-cü ildə onunla müddətsiz əmək müqaviləsi bağlamış və işəgötürən kimi əmək müqaviləsinin uzadılması üçün 06 dekabr 2024-cü il tarixdə bu barədə rəsmi qaydada Mərkəzə müraciət etmiş, ancaq Mərkəzin imtina cavabından sonra onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən, yəni çalışmanın yaş həddinə çatdıqda əsası ilə 30 yanvar 2025-ci il tarixdə, 18-1- 1-16/3-1-116/2025 nömrəli əmrlə xitam verilmişdir. Əmək kitabçasının və bu barədə sənədlərin, əmrin surəti 03 fevral 2025-ci il tarixdə ona dəftərə imza edilərək təqdim edilmişdir. O, bundan sonra mediasiyaya müraciət etsə də, mediasiyada da heç bir barışıq əldə olunmadığından məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmamışdır. O, hesab edir ki, 30 yanvar 2025-ci il tarixli 18-1-1-16/3-1-116/2025 nömrəli əmr tamamilə qanunsuzdur və buna görə ləğv olunmalı, o, işə bərpa edilərək onunla 1 il müddətə əmək müqaviləsinin müddəti uzadılmalı və məcburi işdən çıxdığı dövr üçün əmək haqqı hesablanaraq ona ödənilməlidir. Cavabdehlə o, 2023-cü ilin 24 yanvar tarixində əmək müqaviləsi bağlanarkən müqavilənin müddəti müddətsiz kimi bağlanmışdır. Hərçəndki, aralarında bağlanmış müqavilədə müqavilənin 2 il müddətinə bağlanması qeyd olunmamışdır. Ancaq işdən çıxarılması barədə əmrdə əsas kimi Bakı Baş Səhiyyə Mərkəzinin 21 yanvar 2025-ci il tarixli məktubu əsas göstərilmişdir. Hansı ki, o məktubda sadəcə heç bir səbəb və əsas qeyd olunmadan “məqəsədmüvafiq” deyil qeyd olunmuşdur. Onun uzun illər qüsursuz fəaliyyəti nəzərə alınmamışdır. Əmək müqaviləsini uzatma və işdən çıxma barədə əmri verən əgər Poliklinikanın Baş həkimidirsə o halda Bakı Baş Səhiyyə Mərkəzinin heç bir əsaslanması olmayan məktubu əmrin verilməsinə əsas ola bilməz. X12 Şəxsin rəhbər şəxsi öz səlahiyyətlərindən istifadə edərək heç bir əsas, səbəb göstərmədən sadəcə məqsədəmüvafıq deyil deməsi hüquq pozuntusu kimi qəbul edilməlidir. Belə ki, işlədiyi müəsissə daxil olmaqla Mərkəzin poliklinika və xəstəxanalarında yüzlərlə 65 yaşdan yuxarı həkimlər hazırda da işləyirlər. Sual meydana çıxır? Qanun şəxslərə görə dəyişirmi yoxsa hamı üçün eynidir. Məhz məhkəmə bu xüsusata əsasən sadəcə "məqsədəmüvafiq” deyilməyin əsassızlığını müəyyən edəcək. Məhkəmə işəgötürənlərin diskresion səlahiyyəti daxilində hansı hərəkətləri etməsi və ya etməməsinin qanuniliyini araşdırmalı və yaxud pozuntuya səbəb olmuş qərarın əsaslılığını yoxlamalıdırlar. Çünki qanunvericilikdə diskresion səlahiyyətlər əsasında qəbul edilmiş aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü işəgötürənlər diskresion səlahiyyətləri əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin diskresion hüququnun həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Qanunvericilik müqavilənin uzadılmasını tərəflərin razılığı və zərurət nəzərə alınmaqla tətbiqini nəzərdə tutur və X10 şəxsdən bu cür razılığın alınması imperativ deyildir. X12 şəxsin rəhbəri dövlət orqanın rəhbəri deyildir. O, hesab edir ki, cavabdehin ünvanı Binəqədi rayonunun inzibati ərazisində olduğundan iddiası üzrə mülki işə Binəqədi Rayon Məhkəməsində baxılmalıdır və “Dövlət Rüsumu haqqında” Qanunun 9-cu maddəsinə əsasən də dövlət rusumunu ödəməkdən azaddır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, “Bakı Baş Səhiyyə Mərkəzi” X13 10 nömrəli şəhər Poliklinikasının 30 yanvar 2025-ci il tarixli, 18-1-1-16/3-1-116/2025 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, 1 (bir) il müddətinə əmək müqaviləsinin müddətinin uzadılması və işdən çıxarıldığı 30 yanvar 2025-ci il tarixdən işə bərpa olunacağı günə qədər məcburi işburaxmağa görə əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etmiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” X13 10 nömrəli şəhər poliklinikasının nümayəndəsi X3 cavabdeh hüquqi şəxsə qarşı irəli sürülmüş iddia tələbi ilə bağlı etirazlarının olmadığını, iddia tələbinin təmin edilib-edilməməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə təqdim etdiklərini bildirmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” X7 nümayəndəsi X8 iddia tələbinə münasibətdə bildirmişdir ki, 10 nömrəli şəhər poliklinikasının rəhbəri onlara məktub ünvanlayaraq müraciət etmiş, həmin müraciət tərəflərindən “TƏBİB” X13inə yönləndirilmiş, həmin X13 tərəfindən İddiaçı çalışma müddətinin uzadılması məqsədəmüvafiq hesab edilməmişdir. Məhkəmə tərəflərin və üçüncü şəxsin nümayəndələrinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 “Bakı Baş Səhiyyə Mərkəzi” X13 10 nömrəli Şəhər poliklinikası tərəfindən “Bakı Baş Səhiyyə Mərkəzi” X13in direktoru cənab Elçin Əmirova ünvanlanmış 06 dekabr 2024-cü il tarixli çalışma müddətinin uzadılması barədə məktubdan görünür ki, həmin məktubda Poliklinikada yaranan istehsalat zəruriliyi ilə əlaqədar olaraq Kliniki diaqnostik laboratoriyanın şöbə müdiri İddiaçı çalışmanın yaş həddinə çatdığına görə Əmək müqaviləsinin uzadılmasına köməklik göstərilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 “Bakı Baş Səhiyyə Mərkəzi” X13 tərəfindən 10 nömrəli Şəhər Poliklinikasının baş həkimi Rüstəm Rzayevə ünvanlanmış 21 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, X13 tərəfindən müraciətə baxılmış və bildirilmişdir ki, 10 nömrəli Şəhər Poliklinikasında şöbə müdiri vəzifəsində çalışan İddiaçı çalışma müddətinin uzadılması məqsədəmüvafiq hesab edilməmişdir. İş materiallarında olan AH seriyalı 045239 nömrəli Sertifikasiya şəhadətnaməsindən görünür ki, İddiaçı 24 may 2022-ci il tarixdə həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində laboratoriya işi ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. Şəhadətnamənin etibarlılıq müddəti xx.xx.2027-ci il göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 “Bakı Baş Səhiyyə Mərkəzi” X13 10 nömrəli Şəhər poliklinikası baş həkimi X4 tərəfindən qəbul edilmiş 30 yanvar 2025-ci il tarixli, 18-1-1-16/3-1-116/2025 nömrəli “əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrin surətindən görünür ki, 10 nömrəli Şəhər Poliklinikasının Klinik diaqnostik laboratoriyanın şöbə müdiri İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən (çalışmanın yaş həddinə çatdıqda) xx.xx.2025-ci il tarixdən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanılmış xx.xx.1989-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi, işçiyə 2024-2025-ci iş ili üzrə 10 gün əsas əmək məzuniyyətinə görə pulun əvəzinin ödənilməsi barədə əmr edilmişdir. İş materiallarında olan İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixli 132 saylı əmrə əsasən 10 nömrəli Şəhər poliklinikasına həkim laborant vəzifəsinə işə qəbul olunmuş, Poliklinikanın xx.xx.2025-ci il tarixli 18-1-1-16/3-1-116/2025 saylı əmrinə əsasən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən (çalışmanın yaş həddinə çatdıqda) əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/13/2025-00200 saylı arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 15:00-da keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və o, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin «Bakı Baş Səhiyyə Mərkəzi” X13 10 nömrəli şəhər poliklinikası ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını müəyyən edən İİİ fəslinə əsasən hər kəsin əmək hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin İ, İİ və Vİİİ hissələrinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin vəzifələri və prinsipləri arasında əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipi müəyyən edilmişdir. Əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. (7-ci maddə). Məcəllənin işəgötürənin əsas hüquqlarının arasında Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək və Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ təsbit olunmuşdur. (11-ci maddə) Əmək Məcəlləsinin 46-cı maddəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Əmək Məcəlləsinin 68-ci maddəsində Əmək müqaviləsinə xitam verilməsinin əsasları müəyyən edilmiş və həmin əsaslar sırasında a) tərəflərdən birinin təşəbbüsü; təsbit edilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 300-cü maddəsinin birinci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 180 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarları qismində aşağıdakılar nəzərdə tutulımuşdur: 1.1. Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilmə; 1.2. Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmə; 1.3. işlədiyi sahə üzrə elmi dərəcəsinin və ya elmi adının olması; 1.4. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və ya müxbir üzvü olması; 1.5. Dövlət mükafatı laureatı olması. Beləliklə, işin faktiki halları ondan ibarətdir ki, İddiaçı «Bakı Baş Səhiyyə Mərkəzi” X13 10 nömrəli şəhər poliklinikasının baş həkiminin xx.xx.1989-cu il tarixli əmri ilə xx.xx.1989-cu il tarixdən həkim laborant vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1995-ci il tarixli əmrlə 10 saylı şəhər poliklinikası üzrə xx.xx.1995-ci ildən laboratoriyanın şöbə müdiri vəzifəsinə təyin edilmiş və xx.xx.2025-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddənin “e” bəndinə əsasən (çalışmanın yaş həddinə çatdıqda) xitam verilmişdir. İddiaçının elm və səhiyyə sahələrinin inkişafında xüsusi xidmətləri mövcud olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 180 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarlarının heç birinin iddiaçıya tətbiq edilməsi mümkün olmamışdır. Məhkəmə mülki işdə olan sübutlara qiymət verib, yuxarıda göstərilən əmək qanunvericiliyinin tələblərini, habelə mülki işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmasına yol verilmədiyindən iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” X13 10 nömrəli şəhər poliklinikasına qarşı “Bakı Baş Səhiyyə Mərkəzi” X7 də üçüncü şəxs qismində cəlb olunduğu “əmrin ləğv edilməsi, işə bərpa, əmək müqaviləsinin müddətinin uzadılması və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-2793/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2793/2025
02.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver