Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2805/2020 30.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh3, X7 və Cavabdeh9 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X13, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X26, Cavabdeh11, Cavabdeh12, Quliyev Səbuhi Zöhrab oğluna, Cavabdeh14, Cavabdeh15 və Cavabdeh16 qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X13, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X26, Cavabdeh11, Cavabdeh12, Quliyev Səbuhi Zöhrab oğluna, Cavabdeh14, Cavabdeh15 və Cavabdeh16 qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, ev 88 ünvanına cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X7, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X20, Cavabdeh11, Cavabdeh12, Quliyev Səbuhi Zöhrab oğlunun, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16 və himayələrində olan xx.xx.2017-ci il təvəllüdlü X4, xx.xx.2004-cü il təvəllüdlü X21, xx.xx.2005-ci il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X27, xx.xx.2011-ci il təvəllüdlü X14, xx.xx.2005-ci il təvəllüdlü X9, xx.xx.2006cı il təvəllüdlü X10, xx.xx.2004-cü il təvəllüdlü X15, xx.xx.2006-cı il təvəllüdlü X16, xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X28, xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X17, xx.xx.2013-cü il təvəllüdlü X11, xx.xx.2017-ci il təvəllüdlü X29 istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 88 saylı ev onun şəxsi mülkiyyətindədir. Cavabdehlər ona məxsus olan evin ünvanı üzrə qeydiyyatda olsalar da, həmin evdə yaşamırlar. Cavabdehlərin evi tamam başqadır. Lakin inzibati orqanların diqqətsizliyi nəticəsində iki ayrı ev bir ünvan verilmişdir. Cavabdehlərə görə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. Həmçinin cavabdehlərin onun mənzilində qeydiyyatda qalmaları onun həmin evlə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh3, X30 və Cavabdeh9, əvvəlki məhkəmə iclasında isə Cavabdeh1 izahat verərək bildirmişlər ki, onların evləri iddiaçının evindən ayrıdır. Lakin iddiaçının evinə onların ünvanı verilsə də, onlara ayrı ünvan verilməmişdir. Bu səbəbdən tələbin rədd edilməsini xahiş edirlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, X39, Cavabdeh11, Cavabdeh12, Quliyev Səbuhi Zöhrab oğlu, Cavabdeh14, Cavabdeh15 və Cavabdeh16 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının və işdə iştirak edən cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Mülki işin materiallarında olan Əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı notariat kontorunda xx.xx.2020-ci il tarixdə bağlanmış 4Ə-250 saylı reyestrlə təsdiq olunmuş daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X44 ünvan 2 (yeni qaydalarla AZ 1114, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi 88) saylı mənzilini İddiaçı satmışdır. Mülki işin materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zaur Mehdiyev küçəsi, ev 38, yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi 88 İddiaçı adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 88 saylı evdə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X30, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X39, X22, Cavabdeh11, X40, X23, Cavabdeh12, Quliyev Səbuhi Zöhrab oğlu, X45, Cavabdeh14, X34, X31, X32, X35, X36, X24, X12, X18, X25, X46, X19, X37, X33, X47, Cavabdeh15, Cavabdeh16 daimi qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə “Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları“”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq yeni qaydalarla ünvan 3 ünvanı təyin edilmişdir. Mülki işin materiallarında olan Binəqədi rayon İcra Hakimiyyəti Başçısının M.Ə.X43 Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx xxxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Z.Mehdiyev küçəsi, ev 38 və Koroğlu küçəsi, ev 88 iki fərqli evdir. Aralarında təxmini 250- 300 metr məsafə var. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 2-ci bəndinin 3-cü hissəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarınıntəmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildə yaşamadıqları halda qeydiyyatdan çıxmamaları iddiaçının mülkiyyət hüququna maneədir. Buna görə də, cavabdehlərin İddiaçının şəxsi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 88 saylı evindənistifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Dövlət rüsumu olaraq ödənilmiş 10 (on) manat iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X7, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X20, Cavabdeh11, Cavabdeh12, Quliyev Səbuhi Zöhrab oğlunun, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16 və himayələrində olan xx.xx.2017-ci il təvəllüdlü X4, xx.xx.2004-cü il təvəllüdlü X21, xx.xx.2005-ci il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X27, xx.xx.2011-ci il təvəllüdlü X14, xx.xx.2005-ci il təvəllüdlü X9, xx.xx.2006cı il təvəllüdlü X10, xx.xx.2004-cü il təvəllüdlü X15, xx.xx.2006-cı il təvəllüdlü X16, xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X28, xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X17, xx.xx.2013-cü il təvəllüdlü X11, xx.xx.2017-ci il təvəllüdlü X29 Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 88 saylı evdən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X7, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X20, Cavabdeh11, Cavabdeh12, Quliyev Səbuhi Zöhrab oğlunun, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16 və himayələrində olan xx.xx.2017-ci il təvəllüdlü X4, xx.xx.2004-cü il təvəllüdlü X21, xx.xx.2005-ci il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X27, xx.xx.2011-ci il təvəllüdlü X14, xx.xx.2005-ci il təvəllüdlü X9, xx.xx.2006-cı il təvəllüdlü X10, xx.xx.2004-cü il təvəllüdlü X15, xx.xx.2006-cı il təvəllüdlü X16, xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X28, xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X17, xx.xx.2013-cü il təvəllüdlü X11, xx.xx.2017ci il təvəllüdlü X29 Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 88 saylı evdən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-2805/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2805/2020
30.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver