Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2817/2020 04.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu C.Hacıbəyli küçəsi 66 saylı evin 23 saylı mənzilinin boşaldılmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu C.Hacıbəyli küçəsi 66 saylı evin 23 saylı mənzilinin boşaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu C.Hacıbəyli küçəsi 66 saylı evin 23 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Bu barədə ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ********** saylı xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir. Mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu C.Hacıbəyli küçəsi 66 saylı evin 23 saylı mənzilindən o, oğlu X4 və gəlini Cavabdeh müvəqqəti istifadə etmələri üçün icazə vermiş, xx.xx.2019-cu il tarixdən oğlu və gəlini onun mənzilində yaşamağa başlamışlar. Lakin ailə münaqişələri ilə əlaqədar xx.xx.2019-cu il tarixdə Cavabdeh həmin mənzili tərk edərək özünün mülkiyyətində olan mənzildə yaşayır. Cavabdeh onun mülkiyyətində olan mənzildən çıxsa da cavabdehə məxsus bəzi əşyalar hələ də onun mənzilindədir. Onun oğlu A.S.Cəfərov nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etsə də, övladının 1 yaşı olmaması səbəbindən işin icraataına xitam vermişdir.Bu müddət ərzində o, mənzilinin boşaldılması ilə bağlı dəfələrlə Cavabdeh müraciət etsə də, hələ də heç bir müsbət nəticə əldə edə bilməmiş, bu hal isə onun mənzilə olan mülkiyyət hüquqlarını məhdudlaşdırır. Ona görə də Cavabdeh məxsus 1m x 1,5m ölçüdə olan 2 ədəd xalçanın, 5 ədəd qazanın, 2 ədəd tavanın, 2 ədəd 6 nəfərlik yemək dəstinin, 2 dəst 6 nəfərlik fujerin, 2 ədəd stol üstü gecə lampasının, 1 ədəd gül qabının, 2 ədəd konfet qabının, 3 ədəddən ibarət sini dəstinin, 1 ədəd rəngli çaynik çaydan dəstinin, 1 ədəd ət çəkən maşının, 1 ədəd tozsoranın və 1 dəst yorğan döşəkdən ibarət əşyaların onun mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu C.Hacıbəyli küçəsi 66 saylı evin 23 saylı mənzilindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Mülki iş üzrə xx.xx.2020-ci il tarixinə təyin olunan məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, qızı Cavabdeh X5 ilə nikaha daxil olduqdan sonra 2019-cu ildə Bakı şəhəri Binəqədi rayonu C.Hacıbəyli küçəsi 66 saylı evin 23 saylı mənzilinə köçmüş, xx.xx.2019-cu il tarixdə həmin mənzildən çıxaraq öz mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi pr, 41 saylı evin 75 saylı mənzilində yaşayır. X5 nikahının pozulması üçün məhkəməyə müraciət etsə də, iş üzrə icraata xitam verilmişdir. Cavabdeh ilə X3 nikahı pozulmadığından onlar Cavabdeh məxsus əşyaları Bakı şəhəri Binəqədi rayonu C.Hacıbəyli küçəsi 66 saylı evin 23 saylı mənzilindən çıxarılmasını istəmirlər. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu C.Hacıbəyli küçəsi 66 saylı evin 23 saylı mənzilinə dair İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 1632 saylı reyestr kitabının 149656 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-1424/2020 saylı qərardadından müəyyən olunur ki, iddiaçı X3 Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi üzrə tərəflərin xx.xx.2019-cu il tarixdə uşaqları doğulduğundan, həmin tarixdən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci maddəsi ilə ərin iddia ərizəsi verilməsi ilə əlaqədar müəyyən olunmuş 1 illik məhdudiyyət müddəti keçmədiyindən, habelə cavabdeh nikahın pozulmasına razılıq vermədiyindən mülki işin icraatına xitam verilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu C.Hacıbəyli küçəsi 66 saylı evin 23 saylı mənzilində müəyyən müddət yaşadıqdan sonra xx.xx.2019-cu il tarixdə mənzili tərk etmiş, lakin mülkiyyətində olan iddia ərizəsində qeyd edilmiş əşyalarını götürməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, cavabdehin hər hansı bir hüququ olmayan mənzildə əşyalarının qalması iddiaçının həmin mənzilə olan mülkiyyət hüquqlarını məhdudlaşdıran hal olduğundan, mülkiyyətçi qəsd edəndən mülkiyyət hüquqlarına qəsd edilməsinə son qoymağı tələb etdikdən sonra davam edən hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb etmək hüququna malik olduğundan, cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında cavabdəhə məxsus əşyaların mənzildən çıxarılmasına razı olmadıqlarını bildirdiyindən iddia tələbləri əsaslıdır, ona görə də təmin edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh məxsus 1m x 1,5m ölçüdə olan 2 ədəd xalça, 5 ədəd qazan, 2 ədəd tava, 2 ədəd 6 nəfərlik yemək dəsti, 2 dəst 6 nəfərlik fujer, 2 ədəd stol üstü gecə lampası, 1 ədəd gül qabı, 2 ədəd konfet qabı, 3 ədəddən ibarət sini dəsti, 1 ədəd rəngli çaynik çaydan dəsti, 1 ədəd ət çəkən maşın, 1 ədəd tozsoran və 1 dəst yorğan döşək İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu C.Hacıbəyli küçəsi 66 saylı evin 23 saylı mənzilindən çıxarılsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-2817/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2817/2020
04.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver