Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2826/2023 31.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən çıxarılma» tələbi barədə ilk, Cavabdeh2 İddiaçı qarşı «mənzilin ½ hissəsində payın müəyyən edilməsi və həmin paya uyğun sahiblik və istifadə hüququnun tanınması» tələbi barədə qarşılıqlı iddiaları üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən çıxarılma» tələbi barədə ilk, Cavabdeh2 İddiaçı qarşı «mənzilin ½ hissəsində payın müəyyən edilməsi və həmin paya uyğun sahiblik və istifadə hüququnun tanınması» tələbi barədə qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər. xx.xx.2023-cü il tarixində ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh məhkəməyə ərizə göndərərək, ilk iddia üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixində ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək, qarşılıqlı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda məhkəmə baxışına hazırlığın icraatı dayandırıla bilər və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, ilk iddia ərizəsinin və qarşılıqlı iddia ərizəsinin geri qaytarılması xahiş edildiyindən, ilk və qarşılıqlı iddia ərizələri geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170.3-ci maddəsinə əsasən bu Məcəllənin 170.1-ci maddəsində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən çıxarılma» tələbi barədə ilk iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ilk iddia üzrə İddiaçı qaytarılsın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 İddiaçı qarşı «mənzilin ½ hissəsində payın müəyyən edilməsi və həmin paya uyğun sahiblik və istifadə hüququnun tanınması» tələbi barədə qarşılıqlı iddia ərizəsi və onlara əlavə edilmiş sənədlər qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-2826/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2826/2023
31.07.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver