Məhkəmə qərarları › İş №2(001)-2861/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2861/2025

08.05.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2861/2025 08.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X18 oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Cavabdehnə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin də üçüncü şəxs qismində cəlb olunduğu “əmrin ləğv edilməsi, işə bərpa və sair” tələblərinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Cavabdehnə qarşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin də üçüncü şəxs qismində cəlb olunduğu “əmrin ləğv edilməsi, işə bərpa və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, 2003-cü ildən xx.xx.2019-cu il tarixədək X1 hüquq məsələləri üzrə baş mütəxəssis vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının 16 yanvar 2019-cu il tarixli 476 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi ləğv edilmiş, onun tabeliyindəki X5 və Bakı Kartoqrafiya Fabriki Nazirliyin tabeliyinə verilmişdir. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 və Bakı Kartoqrafiya Fabriki birləşərək onların nəzdində "xxxx" MMC yaradılmışdır. 01 may 2019-cu il tarixdən hər iki müəssisənin işçilərinin yerləşdirilməsi aparılarkən ştat cədvəlində 1 (bir) hüquq məsələləri üzrə baş mütəxəssis vəzifəsi olduğuna görə, həmin ştata Bakı Kartoqrafiya Fabrikinin hüquqşünası təyin olunmuşdur. Onu isə Nazim İsmayılov müvəqqəti olaraq başqa şöbəyə - Geodeziya və kartoqrafiya fonduna keçirmişdir, ixtisasça hüquqşünas olduğu üçün buna etiraz etsə də, X12 və Təbii Sərvətlər Nazirliyinin İnsan Resursları şöbəsinin keçmiş rəisi və Xüsusi şöbənin keçmiş rəisi Elman Qurbanovun yanında ona bildirmişdir ki, əgər cəmiyyətin hal-hazırki hüquqşünası nə vaxtsa işdən çıxarsa, həmin yerə onu hüquq məsələləri üzrə baş mütəxəssis vəzifəsinə keçirəcəkdir. xx.xx.2021-ci il tarixdə hüquq məsələləri üzrə baş mütəxəssis (Ruslan Bayramov) öz xahişi ilə işdən azad edilmişdir. Nazim İsmayılov onu yanına çağırmış, həmin ştata keçirəcəyini söz versə də, sonradan nazirlikdən həmin yerə başqa namizədlərin olduğunu bidirmiş və onu həmin ştata keçirməkdən imtina etmişdir. Hətta müəssisədə işləməyən başqa şəxsi həmin vəzifəyə təyin etmək üçün ərizəsini idarənin elektron sisteminə yerləşdirmiş, onun şikayətindən sonra ərizə sistemdən götürülmüşdür. Həmin vəzifəyə keçirilməsi ilə bağlı ərizəsilə əlaqədar olaraq o, dəfələrlə Nazim İsmayılovun yanında olmuşdur və hər dəfə də onu bəhanələrlə yola salmışdır. Daha sonra xx.xx.2021-ci il tarixli 28/ö-018 saylı məktubla bildirmişdir ki, yaxın aylarda "xxxx" MMC-nin təşkilatının hüquqi forması dəyişdirilərək X20 statusu alacaqdır. Bununla əlaqədar olaraq təşkilatda mövcud boş vakansiyalarla bağlı müsahibələr keçiriləcəkdir. Müsahibələrdə həm onun, həm də digər namizədlərin iştirakı təmin olunacaqdır. Təşkil olunan müsahibə zamanı vakant olan yerlərə uyğun namizədlər seçiləcəkdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 425 saylı Qərarı ilə Cavabdehn nizamnaməsi təsdiq olunmuşdur. Nazim İsmayılov təxminən 1 il 5 ay müddətdə həmin ştatı boş saxlamış, onu həmin ştata keçirməsə də "xxxx" MMC X20ə çevrilənədək müxtəlif şöbələrə xeyli sayda işçi qəbul etmişdir. Hansı ki, onların heç biri müsahibə və müsabiqədə iştirak etməmişlər. "xxxx" MMC-nin direktor müavini, direktor səlahiyyətlərini müvəqqəti icra edən İlqar Əmirovun xx.xx.2023-cü il tarixli 037/k saylı əmrinə əsasən qanunsuz olaraq işdən azad olunmuşdur. Məcburiyyət qarşısında qalaraq əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, işə bərpa, məcburi iş buraxılmaya görə əmək haqqının və son haqq-hesabın tutulması tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2346/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Geodeziya və Kartoqrafiya fondunun nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə baş mütəxəssisi (13-cü dərəcəli) İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə ləğv edilməsinə dair xx.xx.2023-cü il tarixli, 037/K saylı əmrinin ləğv edilməsi, onun, yəni İddiaçı «Geodeziya və Kartoqrafıya Agentliyi» X16 təhsili və peşə hazırlığı səviyyəsinə uyğun vəzifəyə bərpa edilməsi, xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının ona, yəni İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalmış cavabdeh tərəf Apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 4142/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2346/2023 saylı 25 aprel 2023cü il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə çıxarılmış, onun, yəni İddiaçı iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Geodeziya və Kartoqrafiya fondunun “Nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə” baş mütəxəssisi (13-cü dərəcəli) İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə ləğv edilməsinə dair xx.xx.2023-cü il tarixli 037/K saylı əmrinin ləğv olunması, İddiaçı Cavabdehnə “Nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə” baş mütəxəssis (13-cü dərəcəli) vəzifəsinə, qətnamənin icrası zamanı həmin vəzifə mövcud olmazsa, əmək şəraitinin şərtləri həmin vəzifə ilə eyni olan digər vəzifəyə (əvvəlki vəzifəsi üzrə gördüyü işə uyğun) bərpa edilməsi, xx.xx.2023-cü il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının İddiaçı ödənilməsi qət edilmişdir. "xxxx" MMC rəhbərliyi güclü tərəf olaraq məhkəmə qərarının icrasından müxtəlif yollar və metodlar vasitəsilə yayınmaqla, növbəti süründürməçilik əməllərini həyata keçirmişdir. Onu 06 avqust 2024-cü il tarixdə işə bərpa etmişlər. İki ay sonra yəni 15 oktyabr 2024-cii il tarixdə yenidən heç bir əsas olmadan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən əmək fəaliyyətinə xitam vermişlər. Məhkəmə qərarını heçə sayaraq işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqını 27 noyabr 2024-cü il tarixdə ödəmişlər. Buna görə də, ən azından dövlətin adından çıxarılmış məhkəmə qərarına işəgötürən tərəfindən hörmət göstərilmədiyi üçün, açıq-aşkar işçiyə qarşı təqib üsulu həyata keçirilmişdir. 06 avqust 2024-cü il tarixdə işə bərpa olunandan sonra "xxxx" MMC rəhbərliyinin ona qarşı çox sayda qanunsuz hərəkətləri, uzun sürən süründürməçilikləri, təzyiqləri, təhdidləri və eləcə də psixoloji (təzyiq) təsirləri olmuşdur. "xxxx" MMC rəhbərliyi tərəfindən işdən azad olunandan sonra az yaşlı qız övladının səhhətində problem yaranmışdır. "xxxx" ASC-nin Nərimanov filialından xx.xx.2022-ci il tarixdə 10.000 manat kreditə pul götürmüşdür. Məhkəmə qərarı əsasında hesablanmış əmək haqqı 27 noyabr 2024-cü il tarixdə ona ödəniləndən sonra "xxxx" ASC-dən götürdüyü kreditin qalan hissəsini - 2029.69 manat pulu ödəmişdir. O, hesab edir ki, "xxxx" ASC-nin Nərimanov filialından götürdüyü kredit işləmədiyindən baş verdiyindən ödədiyi faiz məbləği - 3015.72 manat pul da "xxxx" MMCdən tutularaq ona ödənilməlidir. Hazırda faktiki hallardan biri odur ki, "xxxx" MMC rəhbərliyi təkrarən öz müqəddəs andlarına sadiq qalaraq 15 oktyabr 2024-cü il tarixdə yenidən heç bir əsas olmadan, faktiki təhvil-təslim və qanuni məzuniyyətindən istifadə etməsinə imkan verilmədən, onun işəgötürənin özünün yazıb hazırladığı işdənçıxma ərizəsinə əsasən əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv etmişdir. Halbuki, Əmək qanunvericliyinin tələblərinə əsasən "xxxx" MMC işəgötürən olaraq, sığortalı işçinin əmək qabiliyyətinin bərpa olunmasını gözləməyə həm qanunla, həm də əmək müqaviləsinə əsasən borcludur. Çünki Əmək Məcəlləsinin 83cü maddəsinin 2-ci hissəsinə əsasən işçinin işdən çıxdığı gün son iş günü hesab edildiyi üçün, rəsmi sənəd ilə əmək qabiliyyətsiz olan işçinin əmək müqaviləsinin ləğv olunması halı qanunvericiliyə ziddir. Belə ki, cavabdeh tabeçiliyində olan işçinin köməksiz vəziyyətindən sui-istifadə edərək işəgötürənin özünün yazıb hazırladığı faktiki olaraq əmək müqaviləsinin ərizədə göstərilən gün üçün ləğv olunmasına heç bir əsas (xüsusi hal) olmadan belə, işçinin əmək müqaviləsini elə həmin günü təcili olaraq qanunsuz şəkildə ləğv etmişdir. Bir anlıq düşünün ki, tam olaraq iki il ərzində məhkəmə yolu ilə gecə-gündüz mübarizə apararaq işə bərpa olmaq və işləmək məqsədi (arzusu) ilə məhkəməni udduğu halda, zorakılıq və təzyiq altında işdən çıxma və ya başqa hansı real səbəb ola bilər ki, o, hazırki ağır iqtisadi vəziyyətdə öz işindən imtina etsin? Sizcə ona qarşı hər hansı bir təzyiq olmadığı halda, öz maddi ziyanına hansı səbəbdən addım atmağa təşəbbüs etməlidirki? Xüsusi olaraqda qeyd etmişdir ki, heç bir yerdə işləməyən, iqtisadi cəhətdən daha zəif tərəf olan, himayəsində 1 azyaşlı qız uşağı olan, eyni zamanda ailəsini yeganə dolandıran şəxs olan bir işçi barəsində işəgötürənin çox ətraflı məlumatı olmasına baxmayaraq, şəxsən işəgötürənin özünün hazırladığı işdənçıxma Əmrini hazırlamaqla əmək müqaviləsinin ləğv edilməsi halını (faktını), hüquqi bir dövlətə və onun vətəndaşına qarşı barbarlıq və özbaşınalıq hesab edir. Ümumilikdə isə, "xxxx" MMC rəhbərliyinin düşüncəsi uzun illərdi ki, bu şəkildə formalaşmışdır ki, "xxxx" MMC məhkəməyə verən və qanunvericilikdən irəli gələn hüquqlarını tələb edən bir sadə işçi ilə, iş münasibətinin davam etdirilməsi halı, sözügedən "xxxx" MMC-nin dünyəvi hegemonluq imicinə ləkə gətirə bilər. Bu səbəb ilə işçiyə və onun yaxınlarına qarşı təhdid, təzyiq və hərbə-zorbalıq yolu seçilsə belə, işçinin işə davam etməsinə imkan verilməməlidir şüarı büsbütün qanlarına işləmişdir. Buna görə də, ən azından dövlətin adından çıxarılmış məhkəmə Qərarına işəgötürən tərəfindən hörmət göstərilmədiyi üçün, açıq-aşkar işçiyə qarşı təqib üsulu həyata keçirilmişdir. “Əmək Məcəlləsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən o, qanunvericiliklə müəyyən edilmiş qaydada əmək müqaviləli işçi olduğuna, işəgötürən tərəfindən məcburi sığorta edildiyinə görə, qanunla müəyyən edilmiş qaydada işə davam etməyinə və müvafiq məbləğdə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 7-ci maddəsinin “a” yarımbəndinə əsasən, dövlətin bütün zəhmətkeşlər üçün ədalətli əmək haqqını tanıyır və təmin edir. Dövlət öz işçi qüvvəsini müdafiə edir. Xüsusəndə dövlətimiz tərəfindən X8 “Əmək haqqının mühafizəsi haqqında” Konvensiyasının 12-ci maddəsinə əsasən işçilərin əmək haqqısının müntəzəm surətdə ödənilməsi təmin olunur. Eyni zamanda, Əmək Məcəlləsinin 8.3, 172.5, 178.1-ci maddələrinə əsasən əmək haqqının gecikdirilməsinə görə müvafiq ödəniş qanunla tənzimlənir. Konstitusiya Məhkəməsi də öz növbəsində, Əmək Məcəlləsinin 172.5-ci maddəsini şərh edərkən qeyd etmişdir ki, sözügedən maddə həm işçinin əmək haqqını vaxtında ala bilməməsinə görə məruz qaldığı itkilərin kompensasiyasını, həm də işəgötürənləri əmək haqlarının ödənilməsində gecikdirmələrdən çəkindirmək məqsədilə müəyyən olunmuş qanuni maliyyə sanksiyasını təşkil edir. Əmək mübahisələri ilə bağlı işlərin təhlili göstərir ki, işə bərpa, əmək haqqı və sair bu qəbildən olan mübahisələrlə bağlı iddiaçılar (işçilər) məhkəməyə müraciət etməzdən öncə, bir qayda olaraq, AR ƏƏSMN yanında X14 Xidmətinə və Mediasiya xidmətinə müraciət edirlər. O da, öz növbəsində, zamanında X14 və Mediasiya xidmətinə rəsmi şəkildə müraciətlər etməsinə baxmayaraq, "xxxx" MMC rəhbərliyi tutduğu mövqeyini dəyişməmişdir. O, isə "xxxx" MMC rəhbərliyindən fərqli olaraq əmindir ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi dövlət olmaqla yanaşı, həm də sosial yönümlü dövlətdir və xalqının hər bir vətəndaşının rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır. Bu səbəblə də böyük ümid hissləriylə dolu iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Yuxarıda qeyd olunanlara əsasən də o, hesab edir ki, onun işdən azad olunması ilə bağlı 15 oktyabr 2024-cü il tarixli 352/k nömrəli əmrin ləğv edilməsinə, öz işinə bərpa olunmasına, "xxxx" MMC-nin rəhbəri tərəfindən kollektivə təqdim edilməsinə, məcburi işburaxma dövrü üçün itirilmiş əmək haqqının hesablanaraq ödənilməsinə, ödənilməmiş əmək haqqının ödənilməsinə, illik 39 günlük məzuniyyət əvəzi kompensasiyanın ödənilməsinə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2346/2023 saylı iş üzrə 25 aprel 2023-cü il tarixli qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4142/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin olunmuş xx.xx.2023-cü il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı digər dövrlərdə gecikdirilmiş əmək haqqının hər gecikdirilmiş gününə görə bir faiz ödənişin ödənilməsi, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi, əmək müqaviləsində əmək haqqının düzgün göstərilməsi, məcburi işburaxma müddətində olan əmək haqqının hər gecikdirilmiş gününə görə ödənilməli olan əmək haqqının bir faiz ödənişin ödənilməsi və mənəvi ziyan olaraq 20000 manat məbləğinin ödənilməsinə dair tələbləri qanunidir. Bundan başqa, hər il işlədikləri dövrdə 4 dəfə (Yen il, Novruz bayramı, Ramazan bayramı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı günlərində) əmək haqqının bir aklad dəyərində ödəniş olunurdu. O, hesab edir ki, iki il müddətində həmin ödənişlərin ona ödənilməsi və gecikdirilmiş gününə görə bir faiz ödənişin ödənilməsi tələbi qanunidir. 03 fevral 2023-cü il tarixdən işburaxma dövrü üçün itirilmiş əmək haqqının 27 noyabr 2024-cü il tarixədək və verilməmiş 2 illik 39 günlük (cəmi 78 gün) məzuniyyət əvəzi kompensasiyanın ödənilməsinə, əmək haqqının hər gecikdirilmiş gününə görə bir faiz ödənişin ödənilməsinə görə hesablanması üçün audit Palatasına göndərilməsi üçün qərardad qəbul edilməlidir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, onun, yəni İddiaçı barəsində işə götürənin işdən azad olunma ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin olunmuş xx.xx.2023-cü il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının digər dövrlərdə gecikdirilməsinə görə əmək haqqının hər gecikdirilmiş gününə görə bir faiz ödəncin ödənilməsi, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi, 2 illik 39 günlük (cəmi 78 gün) məzuniyyət əvəzi kompensasiyanın ödənilməsi, məzuniyyət haqqının hər gecikdirilmiş gününə görə bir faiz ödənişin ödənilməsi, buraxılmış müddətin üzürlü hesab edilərək bərpa olunması, 15 oktyabr 2024-cü il tarixli 352/k nömrəli əmrin ləğv edilməsi, öz işinə bərpa edilməsi və eləcə də "xxxx" MMC-nin rəhbəri tərəfindən kollektivə təqdim edilməsi, xx.xx.2024-cü il tarixdən etibarən məcburi işburaxma dövrü üçün itirilmiş əmək haqqının faktiki olan əmək haqqı üzrə ödənilməsi, 2023-2024-cü illərdə Yen il, Novruz bayramı, Ramazan bayramı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı günlərində əmək haqqının bir aklad dəyərində ödəniş almadığından, iki il müddətində həmin ödənişlərin ona ödənilməsi və gecikdirilmiş gününə görə bir faiz ödənişin ödənilməsi, "xxxx" ASC-nin Nərimanov filialından xx.xx.2022-ci il tarixdə götürdüyü 10.000 manat kreditin işləmədiyindən baş verdiyindən ödədiyi faiz məbləği 3015.72 manat pulun da "xxxx" MMC-dən tutulub ona ödənilməsi, işə başladığı 11 iyun 2003-cü il tarixdən işə bərpa olunacağı tarixədək ona ödənilmiş və ödəniləcək olan bütün məbləğlərə görə Dövlət Vergi Xidmətinə (vergi, məcburi dövlət sosial sığorta haqları, işsizlikdən sığorta, tibbi sığorta və s. barəsində) dəqiqləşdirilmiş hesabatın verilməsi, məcburi işburaxma müddətində olan əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğinin ödənilməsi ilə yanaşı, ona çəkdirilmiş mənəvi iztiraba görə mənəvi ziyan olaraq 20000 manat məbləğin ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, məhkəmə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, digər tələblərlə yanaşı onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun xitam verilməsinə dair verilmiş 352/k nömrəli, 15 oktyabr 2024-cü il tarixli əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa edilməsi, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş icra sənədinə uyğun ödənilməli olan əmək haqqının hər gecikdirilmiş günə görə 1% olmaqla ümumilikdə 5871.60 manat, ödənilməmiş məzuniyyətə görə 2391.30 manat, ödənilməmiş mükafata görə 7456 manat, Bank faizlərinə görə 3015.72 manat, mənəvi zərərə görə 20000 manat olmaqla, ümumilikdə 38734.62 manat məbləğində vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda iddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsində texniki səhv olaraq qeyd olunmuş "xxxx" MMC-nin "xxxx" Agentliyi kimi oxunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Cavabdehnın nümayəndəsi Nümayəndə cavabdeh hüquqi şəxsə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, məhkəməyə etiraz ərizəsi təqdim edərək, etiraz ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə eyni zamanda iddiaçı tərəfindən iddia müddətinin də ötürüldüyü bildirərək, iddia müddətinin tətbiq edilməsi barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Geodeziya və X6 heyətinin sədri Nazim İsmayılov tərəfindən imzalanmış əmək müqaviləsinə xitam verilməsi barədə 352/k nömrəli xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, Geodeziya və Kartoqrafiya Agentliyinin Xüsusi rejimli geodeziya və kartoqrafiya şöbəsinin “Nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə baş mütəxəssisi” İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilmişdir. Əmrdə qeyd olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4241/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin icrası olaraq Geodeziya və Kartoqrafiya Agentliyinin (bundan sonra - Agentlik) 261/K nömrəli 06 avqust 2024-cü il tarixli əmri ilə "xxxx" MMC-nin Geodeziya və Kartoqrafiya Fondunun “Nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə baş mütəxəssisi” İddiaçı sözügedən MMC-nin bazasında Agentlik və Geodeziya və Kartoqrafiya Fondu adlanan struktur bölmənin bazasında Agentliyin Xüsusi rejimli geodeziya və kartoqrafiya şöbəsi yaradıldığı üçün öz əvvəlki vəzifəsinə uyğun olan Agentliyin Xüsusi rejimli geodeziya və kartoqrafiya şöbəsinin “Nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə baş mütəxəssis” vəzifəsinə əvvəlki əmək haqqı saxlanılmaqla işə bərpa edilmişdir. Məhkəmə Qətnaməsinin icrası olaraq Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə Agentlik tərəfindən 3-14-28/2-066/2024 nömrəli rəsmi məktub ünvanlanmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq İddiaçı işə bərpa edilməsi işəgötürən tərəfindən “Əmək və Məşğulluq” altsisteminə müvafiq qaydada dəyişiklik edilməklə hüquqi qüvvəyə minmişdir. İddiaçı işə bərpa olunması barədə rəsmi xəbərdarlıq göndərilmiş və xx.xx.2024-cü il tarixdə İddiaçı həmin xəbərdarlığı almışdır. İddiaçı xəbərdarlıq edilmişdir ki, bu xəbərdarlıqla tanış olduqdan sonra Agentlikdə işə bərpa olunduğu vəzifədə üzrsüz səbəbdən işə başlamadığı təqdirdə işə çıxmadığı günlər üçün ona əmək haqqı hesablanmayacaq və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam veriləcəkdir. İddiaçı işə başlaması barədə ona rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq iş yerinə heç bir məlumat vermədən işə çıxmamış və proses bu formada davam etmişdir. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin ə) bəndinə əsasən fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək işçinin əsas vəzifələrindən biridir. Məhkəmə qətnaməsinin icrası olaraq İddiaçı məcburi işburaxma xx.xx.2023-xx.xx.2024-cü il dövrü üçün əmək haqqı hesablamış, lakin əvvəlki əmək haqqı kartının müddəti bitdiyi, işçi işə başlamadığı və bu səbəbdən onun adına yeni əmək haqqı kartının açılması mümkün olmadığı üçün həmin vəsaitin İddiaçı ödənilməsi mümkün olmamışdır. İddiaçı işə bərpa olunduğu və bu barədə xəbərdarlığı aldığı gündən üzürlü səbəb olmadan bütün iş günləri işdə olmaması, bu barədə iş yerinə heç bir məlumat verməməsi nəzərə alınaraq, işə başlamalı olduğu vaxtdan əmək funksiyasını yerinə yetirmədiyi dövr üçün ona əmək haqqı hesablanmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndinə əsasən İddiaçı məhkəmənin qərarı ilə işə bərpa olunduqdan sonra iş yerinə heç bir məlumat vermədən üzürsüz səbəbdən işə çıxmaması işçi tərəfindən əmək vəzifələrinin kobud pozulması halı hesab edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/6-0226 saylı arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 15:00-da keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyi X20inin nümayəndəsi X10 iştirak etmişlər və İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini və 10 manat kargüzarlıq xərcini ödəmişdir. Lakin tərəflər mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2346/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilmiş, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Geodeziya və Kartoqrafiya fondunun nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə baş mütəxəssisi (13-cü dərəcəli) İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək əcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə ləğv edilməsinə dair xx.xx.2023-cü il tarixli, 037/K saylı əmrinin ləğv edilməsi, İddiaçı Cavabdehnə təhsili və peşə hazırlığı səviyyəsinə uyğun vəzifəyə bərpa edilməsi və xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 4142/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2346/2023 saylı iş üzrə 25 aprel 2023-cü il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə çıxarılmışdır. İddiaçı iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Geodeziya və Kartoqrafiya fondunun “Nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə” baş mütəxəssisi (13-cü dərəcəli) İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə ləğv edilməsinə dair xx.xx.2023-cü il tarixli 037/K saylı əmrinin ləğv olunması, İddiaçı Cavabdehnə “Nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə” baş mütəxəssis (13-cü dərəcəli) vəzifəsinə, qətnamənin icrası zamanı həmin vəzifə mövcud olmazsa, əmək şəraitinin şərtləri həmin vəzifə ilə eyni olan digər vəzifəyə (əvvəlki vəzifəsi üzrə gördüyü işə uyğun) bərpa edilməsi və xx.xx.2023-cü il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-14-28/2-109/2023 nömrəli məktubdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-4142/2023 nömrəli iş üzrə qətnaməsinin icrası ilə əlaqədar olaraq bildirmişlər ki, o, "xxxx" MMC-nin Geodeziya və Kartoqrafiya Fondunda “Nəşr materiallarının qəbulu uçotu və dövriyyəsi üzrə” baş mütəxəssisi (13-cü dərəcə) vəzifəsində işləmişdir. "xxxx" MMC-də çalışan işçilərin əməyin ödənilməsi dərəcəsi X19 ilə müəyyən edilmiş aylıq vəzifə maaşları ilə tənzimlənirdi. Geodeziya və Kartoqrafiya Agentliyində isə əməyin ödənilmə dərəcəsi (VTC) olmadığına görə vəzifə maaşına görə əmək haqqı ödənilir. 2023-cü ildə Geodeziya və Kartoqrafiya Agentliyinin strukturunun təşkili zaman Xüsusi şöbə (5) və Geodeziya və Kartoqrafiya Fondu (6) birləşdirilmişdir və 6 ştat vahid ixtisar olunmuşdur. Onlardan biri də “Nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə baş mütəxəssisi (13-cü dərəcə) vəzifəsidir. Sözügedən vəzifənin əsas gördüyü işlər - geodeziya, topoqrafiya və kartoqrafiya material və məlumatlarının toplanmasını, qeydiyyatını saxlanması, istifadəsini, fondun sənəd və materiallarının qeydiyyatını jurnallarda qeyd etmə və s. icra etmək idi. Geodeziya və Kartoqrafiya Agentliyinin 2023-cü il üzrə ştat cədvəlində “Nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə” baş mütəxəssisi (13-cü dərəcə) vəzifə olmadığına görə, halhazırda mövcud olan boş vakansiyalar təklif edilmişdir. Mütəxəssis-fotoqrammetriya üzrə aylıq vəzifə maaşı 750 manat, texnik-fotoqrammetriya üzrə - aylıq vəzifə maaşı 600 manat, kiçik mütəxəssis-topoqrafik kartoqrafiya üzrə - aylıq vəzifə maaşı 700 manat, texnik-topogeodeziya üzrə - aylıq vəzifə maaşı 600 manat və fəhlə-cildləyici – aylıq vəzifə maaşı 450 manat. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və X6 heyətinin sədri Nazim İsmayılov tərəfindən verilmiş 06 avqust 2024-cü il tarixli 261/K nömrəli əmrin ləğv edilməsi və məhkəmənin qərarı ilə işə bərpa haqqında əmrindən görünür ki, "xxxx" MMC-nin Geodeziya və Kartoqrafiya fondunun nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə baş mütəxəssisi İddiaçı əmək müqaviləsinin ləğv edilməsi haqqında 037/K nömrəli xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi və İddiaçı ixtisar edilmiş əvvəlki vəzifəsinə uyğun olan Xüsusi rejimli geodeziya və kartoqrafiya şöbəsinə büdcədənkənar vəsait hesabına maliyyələşən nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə baş mütəxəssis vəzifəsinə aylıq vəzifə maaşı 932 manat olmaqla təyin edilməsi və işə bərpa olunduğu tarixdən işə başlaması əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı Geodeziya və Kartoqrafiya Agentliyinin 261K nömrəli, xx.xx.2024-cü il tarixli əmrinə əsasən xx.xx.2024-cü il tarixdən Geodeziya və Kartoqrafiya Agentliyində xüsusi rejimli Geodeziya və Kartoqrafiya şöbəsinə nəşr materialların qəbulu uçotu və dövriyyəsi üzrə baş mütəxəssis vəzifəsinə qəbul edildiyi və 06 avqust 2024-cü il tarixdən işdə hesab olunduğu bildirilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4142/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Cavabdeh MMC-nin Geodeziya və Kartoqrafiya fondunun “Nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə” baş mütəxəssisi (13-cü dərəcəli), İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə ləğv edilməsinə dair xx.xx.2023-cü il tarixli 037/K saylı əmrinin ləğv olunmasına, İddiaçı Cavabdehnə “Nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə” baş mütəxəssis (13-cü dərəcəli) vəzifəsinə, qətnamənin icrası zamanı həmin vəzifə mövcud olmazsa, əmək şəraitinin şərtləri həmin vəzifə ilə eyni olan digər vəzifəyə (əvvəlki vəzifəsi üzrə gördüyü işə uyğun) bərpa edilməsinə, xx.xx.2023-cü il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı İddiaçı ödənilməlidir. Məhkəmə qərarının icrası ilə əlaqədar borclu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "xxxx" Agentliyinin Binəqədi rayon İcra şöbəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli məktubunda İddiaçı əmək müqaviləsinin ləğv edilməsi haqqında 037/K nömrəli xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi və ixtisar edilmiş əvvəlki vəzifəsinə uyğun olan Xüsusi rejimli geodeziya və kartoqrafiya şöbəsinə büdcədənkənar vəsait hesabına maliyyələşən nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə baş mütəxəssis vəzifəsinə işə bərpa olunması haqqında əmrin verildiyi bildirilmişdir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "xxxx" Agentliyində Xüsusi rejimli geodeziya və kartoqrafiya şöbəsinə büdcədənkənar vəsait hesabına maliyyələşən nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə baş mütəxəssis vəzifəsində işə başlamağı tövsiyyə olunmuşdur. Bu barədə Binəqədi rayon İcra şöbəsinə məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Geodeziya və X6 Heyətinin sədri cənab Nazim İsmayılov tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan məlum olur ki, Agentlik tərəfindən İddiaçı bildirilmişdir ki, işə bərpa barədə məhkəmə qətnaməsinin icrası olaraq Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli xx/xx- 239921/2023-14 saylı məktubuna və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-4241/2023 saylı icra vərəqəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında "xxxx" MMC-nin (bundan sonra - Cəmiyyət) 037/K nömrəli 03 fevral 2023-cü il tarixli əmri Azərbaycan Respublikasının Prezidentinin 27 aprel 2022-ci il tarixli 1670 nömrəli Fərmanı və Nazirlər Kabinetinin 29 noyabr 2022-ci il tarixli 425 nömrəli Qərarı ilə Cəmiyyətin bazasında yaradılmış Cavabdehn (bundan sonra - Agentlik) 261/K nömrəli 06 avqust 2024-cü il tarixli əmri ilə ləğv edilmiş və həmin əmrlə əvvəlki aylıq vəzifə maaşı saxlanılmaqla Agentlikdə ixtisar edilmiş əvvəlki vəzifəsinə uyğun olan Xüsusi rejimli geodeziya və kartoqrafiya şöbəsində Nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə baş mütəxəssis vəzifəsinə işə bərpa edilmişdir. Bununla əlaqədar olaraq Agentlik tərəfindən müvafiq sənədlər təqdim edilməklə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə rəsmi müraciət olunmuş və “Əmək və Məşğulluq” altsistemində dəyişiklik edilərək işə bərpa edilməyi hüquqi qüvvəyə minmişdir. Sizə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinə uyğun olaraq Cəmiyyət tərəfindən 06 may 2022-ci il tarixində qabaqcadan rəsmi xəbərdarlıq edilmişdir ki, yuxarıda qeyd edilən yenidən təşkil edilmə ilə bağlı Cəmiyyətdə olan işçilərin ştatları, o cümlədən Sizin tutduğunuz Geodeziya və Kartoqrafiya fondunun nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə baş mütəxəssis vəzifəsi ixtisar edilir və bu halda müvafiq təminatlar ödəniləcəkdir. Hazırda Sizin əvvəl Cəmiyyətdə tutduğunuz Geodeziya və Kartoqrafiya fondunun nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə baş mütəxəssis vəzifəsi ixtisar edilmişdir. Qeyd edilənlərlə əlaqədar Sizə işəgötürən tərəfindən xəbərdarlıq edilir ki, bu xəbərdarlıqla tanış olduqdan sonra Agentlikdə işə bərpa olunduğunuz vəzifədə üzrsüz səbəbdən işə başlamadığınız təqdirdə işə çıxmadığınız günlər üçün Sizə əmək haqqı hesablanmayacaq və Sizinlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam veriləcəkdir. İş materiallarında olan Xüsusi rejimli geodeziya və kartoqrafiya şöbəsinin müdiri İslam Həşimov tərəfindən Geodeziya və X6 Heyətinin sədri cənab Nazim İsmayılova ünvanlanmış xx.xx.2024-cü il tarixli xidməti məruzədən görünür ki, İ.Həşimov bildirmişdir ki, Ömərova X11 və Kartoqrafiya Agentliyinin 261/K nömrəli 06 avqust 2024-cü il tarixli əmri ilə Agentliyin Xüsusi rejimli geodeziya və kartoqrafiya şöbəsinin “Nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə baş mütəxəssis” vəzifəsinə işə bərpa edilmişdir. İddiaçı işə bərpa olunduğu gündən üzürlü səbəb olmadan bütün iş günləri işdə olmamış və bu barədə iş yerinə heç bir məlumat verməmişdir. Şöbənin müdiri olaraq bu hal onu çox narahat edir. Qeyd edilənləri eləcə də İddiaçı işə bərpa olunması barədə xəbərdarlıq olunmasına baxmayaraq, daxili nizam-intizam qaydalarına əməl etməyərək işə gəlməməsini nəzərə alaraq məsələ ilə bağlı müvafiq tədbir görülməsi barədə göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan Geodeziya və X3 İttifaqı Komitəsinin yığıncağının 1 nömrəli xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Komissiya gündəlik duran məsələləri həll edərək İddiaçı Agentliyə heç bir məlumat vermədən, davamlı olaraq, üzürlü səbəb olmadan, müəssisənin daxili nizam-intizam qaydalarını, eyni zamanda əmək vəzifələrini kobud şəkildə pozmasına görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini rəhbər tutaraq onunla bağlanan əmək müqaviləsinə xaitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Geodeziya və Kartoqrafiya Agentliyi tərəfindən İddiaçı Elburus qızına ünvanlanmış 3-14/2-0-3/2024 saylı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı məktub ünvanlanaraq onun işə bərpası ilə əlaqədar Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş icra sənədinin icrası ilə bağlı ödənclər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geideziya və Kartoqrafiya Agentliyində hesablanaraq adına olan əmək haqqı kartına köçürülmüşdür. Əmək haqqı kartının Geodeziya və Kartoqrafiya Agentliyinin maliyyə və iqtisadiyyat şöbəsindən götürməyi xahiş olunmuşdur. İş materiallarında olan BPM919434P saylı xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı bank hesabına köçürülmüşdür. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)- 6485/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyi X20in İdarə Heyətinin sədri X10 barəsində Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4142/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 06 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X13 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli icraata xitam verilməsi haqqında qərardan görünür ki, tələbkar İddiaçı xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən icra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə təmin olunduğundan, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4142/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyinin etiraz ərizəsindən görünür ki, Agentlik İddiaçı iddiasını tamamilə əsassız və qanunsuz hesab edərək, etiraz ərizəsində göstərmişdir ki, İddiaçı iddia ərizəsində işəgötürənin işdən azad olunma ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qənaməsi ilə təmin olunmuş xx.xx.2023cü il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqısının digər dövrlərdə gecikdirilməsinə görə əmək haqqısının hər gecikdirilmiş günə görə bir faiz ödəncin ödənilməsi, məcburi dövlət sosial haqlarının ödənilməsi qeyd edilmişdir. Qeyd etmişlər ki, qeyd olunan məhkəmə qərarı üzrə iddiaçıya sosial sığorta haqları da daxil olmaqla bütün ödənişlər ödənilmişdir. Bundan başqa, İddiaçı iddia ərizəsində 2 illik 39 günlük (cəmi 78 gün) məzuniyyət əvəzi kompensasiyanın ödənilməsinə, məzuniyyət haqqının hər gecikdirilmiş günə görə bir faiz ödəncin ödənilməsini qeyd etmişdir. Qeyd etmişlər ki, İddiaçı yuxarıda qeyd olunan məhkəmə qərarı üzrə işə bərpa olunmuş ona əmək haqqı ödəniləndə məzuniyyəti də nəzərə alınaraq ödənilmişdir. Daha sonra, İddiaçı iddia ərizəsində buraxılmış müddətin üzürlü hesab edilərək bərpa olunması, 15 oktyabr 2024-cü il tarixli 352/k nömrəli əmrinin ləğv edilməsi, öz işinə bərpa edilməsi və eləcə də "xxxx" MMC-nin rəhbəri tərəfindən kollektivə təqdim edilməsini qeyd etmişdir. Bu barədə qeyd etmişlər ki, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4142/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrası ilə əlaqədar 261/K saylı, xx.xx.2024-cü il tarixli əmrilə Xüsusi rejimli geodeziya və kartoqrafiya şöbəsində nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə baş mütəxəssis vəzifəsinə işə bərpa olunmuşdur. İddiaçnın işə bərpa olunması və işə başlamasına dair dərhal telefon vasitəsilə və sonradan 3-14-28/2-051/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubu iddiaçının yaşayış ünvanına göndərilməklə ona rəsmi məlumat verilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq iddiaçı işə gəlməmiş və işə gəlməməyinin səbəbi barəsində işə götürənə heç bir məlumat verilməmişdir. Bundan sonra Geodeziya və Kartoqrafiya Agentliyi tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdehin yaşayış ünvanına yenidən xəbərdarlıq məktubu göndərilmiş və həmin məktubu xx.xx.2024-cü il tarixində cavabdeh şəxsən özü almışdır. Onu da qeyd etmişlər ki, iddiaçı işə bərpa olunduğu xx.xx.2024-cü il tarixdən işdən azad olunduğu xx.xx.2024-cü il tarixinədək olan uzun müddət ərzində bir gün də olsun işə çıxmamış və işə çıxmamağının hər hansı səbəbi barəsində işə götürən tərəfə məlumat verməmişdir. Beləliklə, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 352/k saylı, xx.xx.2024-cü il tarixli əmr ilə xitam verilmişdir. Qeyd olunan əmrin surəti xx.xx.2024cü il tarixdə iddiaçıya rəsmi göndərilmiş və həmin tarixdə İddiaçı şəxsən özü almışdır. Onu da qeyd etmişlər ki, buraxılmış müddətin üzürlü hesab edilməsi üçün də heç bir üzürlü səbəb və əsas mövcud deyildir. Bundan başqa iddia ərizəsində qeyd olunan digər tələblər də heç bir əsası olmayan tələblər olduğu üçün təmin olunmamalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyinə qarşı qaldırılmış iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş “iddia müddətinin tətbiq edilməsi” barədə ərizədən görünür ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə təqdim edilmiş, həmin ərizədə İddiaçı tərəfindən15 oktyabr 2024-cü il tarixli işdən çıxma barədə əmrin surətinin 22 oktyabr 2024-cü il tarixdə alınmasına istinad edilməklə cavabdeh tərəfindən qanunla müəyyən edilmiş bir aylıq müddətin ötürülməsi göstərilmiş və bu səbəbdən də, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İlk növbədə məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı vəsatətə münasibət bildirməyi zəruri hesab edir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında, o cümlədən Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 292-ci maddəsinə görə işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Bununla yanaşı, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həllində iddia müddətləri təsbit edilmişdir.

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.

6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı xx.xx.2003-cü il tarixdə X4 hüquqşünas vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2004-cü il tarixdə həmin müəssisədə 13-cü dərəcəli “hüquq məsləhətçisi” vəzifəsinə, xx.xx.2005-ci il tarixdə 11-ci dərəcəli “hüquq məsləhətçisi” vəzifəsinə, xx.xx.2011-ci il tarixdə 13-cü dərəcəli “hüquq məsləhətçisi” vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş, xx.xx.2015-ci il tarixli Fərmanla Ekologiya və Təbiii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi yaradılaraq X5 həmin Agentliyin tabeliyinə verilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2018-ci il tarixli əmrinə əsasən, İddiaçı xx.xx.2018-ci il tarixdən struktur dəyişikliyi ilə əlaqədar X2 13-cü dərəcəli hüquq məsələləri üzrə baş mütəxəssis vəzifəsinə təyin edilmiş və həmin tarixdən hüquq məsləhətçisi vəsifəsindən azad olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2019-cu il tarixli 476 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafıya üzrə Dövlət Agentliyi ləgv edilmiş, onun tabeliyindəki X5 və Bakı Kartoqrafiya Fabriki Nazirliyin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli 29 saylı Sərəncamına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan X5 və Bakı Kartoqrafıya Fabriki birləşmə yolu ilə yenidən təşkil edilərək "xxxx" MMC yaradılmışdır. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli 045/k saylı əmri ilə İddiaçı müvəqqəti olaraq Geodeziya və Kartoqrafiya Fonduna nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə baş mütəxəssis (13-cü dərəcəli) vəzifəsinə təyin olunmuş və həmin tarixdən X2 hüquq məsləhətçisi vəzifəsindən azad edilmişdir. xx.xx.2019-cu il tarixli əmrlə İddiaçı əmək müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmış, xx.xx.2020-ci il tarixdə Geodeziya və Kartoqrafiya Fonduna nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə baş mütəxəssis (13-cü dərəcəli) vəzifəsinə təyin olunmuşdur. “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Nazirliyin tabeliyində X20 statuslu Geodeziya və Kartoqrafiya Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı bildiriş təqdim olunmuş, bildirişdə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanına istinad olunaraq onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyi bildirilməklə Əmək Məcəlləsinin 70 və 77-ci maddələrinin mətnləri diqqətinə çatdırılmış, həmçinin qeyd edilmişdir ki, “ona Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində yaradılacaq X20 statuslu Geodeziya və Kartoqrafiya Agentliyində mövcud olan müvafiq vakant yerlər təklif olunacaqdır”. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 037/K saylı əmri ilə Geodeziya və Kartoqrafiya fondunun “Nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə” baş mütəxəssisi (13-cü dərəcəli) İddiaçı ilə bağlanmış əmək müqaviləsi həmin tarixdən ləğv edilmiş, ləğv etmənin əsası kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi və 77.3-cü maddəsi göstərilmiş, əmr "xxxx" MMC-nin direktor müavini, direktor səlahiyyətlərini müvəqqəti icra edən İlqar Əmirov tərəfindən imzalanmışdır. İddiaçı (iddiaçı) Cavabdehnə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 037/k saylı əmrinin qanunsuz hesab edilərək ləğv olunması, işə bərpa edilməsi, məcburi işburaxmaya görə əmək haqqının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 25 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Geodeziya və Kartoqrafiya fondunun nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə baş mütəxəssisi (13-cü dərəcəli) İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə ləğv edilməsinə dair xx.xx.2023-cü il tarixli 037/K saylı əmrinin ləğv olunması, İddiaçı Cavabdehnə təhsili və peşə hazırlığı səviyyəsinə uyğun vəzifəyə bərpa edilməsi, xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının İddiaçı ödənilməsi qət olunmuşdur. Cavabdeh tərəfindən həmin qətnamə mübahisələndirilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4142/2023 saylı 06 iyul 2023cü il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2346/2023 saylı iş üzrə 25 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmaqla, İddiaçı iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Geodeziya və Kartoqrafiya fondunun “Nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə” baş mütəxəssisi (13-cü dərəcəli) İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə ləğv edilməsinə dair xx.xx.2023-cü il tarixli 037/K saylı əmri ləğv olunmuş, İddiaçı Cavabdehnə “Nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə” baş mütəxəssis (13-cü dərəcəli) vəzifəsinə, qətnamənin icrası zamanı həmin vəzifə mövcud olmazsa, əmək şəraitinin şərtləri həmin vəzifə ilə eyni olan digər vəzifəyə (əvvəlki vəzifəsi üzrə gördüyü işə uyğun) bərpa edilməsi, xx.xx.2023-cü il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamə icra edilməsi məqsədilə müvafiq qaydada aidiyyəti üzrə icra şöbəsinə göndərilmiş, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru Ş.Bahadırov tərəfindən qəbul edilmiş qərarla “İcra haqqında” Azərbaycan Respublikasının 20.1.5-ci maddəsinə istinad edilməklə sözügedən icra sənədi üzrə icraata xitam verilmişdir. Bundan sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və X6 heyətinin sədri Nazim İsmayılov tərəfindən verilmiş 06 avqust 2024-cü il tarixli 261/K nömrəli əmrlə "xxxx" MMC-nin Geodeziya və Kartoqrafiya fondunun nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə baş mütəxəssisi İddiaçı əmək müqaviləsinin ləğv edilməsi haqqında 037/K nömrəli xx.xx.2023-cü il tarixli əmr ləğv edilmiş və İddiaçı ixtisar edilmiş əvvəlki vəzifəsinə uyğun olan Xüsusi rejimli geodeziya və kartoqrafiya şöbəsinə büdcədənkənar vəsait hesabına maliyyələşən nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə baş mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Lakin Agentlik tərəfindən İddiaçı işə başlaması barədə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı iş yerinə heç bir məlumat vermədən işə çıxmadığından və prosesi bu formada davam etdirdiyindən xx.xx.2024-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir. İş materiallarında olan sənədlərlə təsdiq edilmişdir ki, İddiaçı 15 oktyabr 2024-cü il tarixli 352/k nömrəli əmrin surətini 22 oktyabr 2024-cü il tarixdə poçt xidməti vasitəsilə rəsmi qaydada almış, məhkəməyə “əmrin ləğv edilməsi, işə bərpa və sair” tələblərinə dair iddia ərizəsi ilə 07 mart 2025-ci il tarixdə müraciət etmiş və iddia müddətini üzrlü səbəbdən ötürülməsinə əsaslanaraq, iddia müddətinin bərpa edilməsini xahiş etmişdir. Cavabdeh tərəf məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermişdir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarında Plenum qeyd etmişdir ki, fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyrimüəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilmişdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Qanunverici həmçinin işəgötürənin məhkəməyə müraciət etməsi ilə bağlı müddətləri tənzimləmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü hissəsinə görə isə məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Bununla yanaşı Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə müvafiq olaraq, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Müraciətedənin qənaətinə görə, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində fərdi əmək mübahisələrinə baxan orqan dedikdə, yalnız fərdi əmək mübahisələrinə məhkəməyədək baxan orqanlar başa düşülür. Lakin Əmək Məcəlləsinin fərdi əmək mübahisələrinin həlli qaydalarını tənzimləyən və həmin Məcəllənin qırx beşinci fəslində yerləşən normalarının təhlilindən müəyyən olunur ki, qanunverici bütün hallarda fərdi əmək mübahisələrinə məhkəməyədək baxan orqanla məhkəmələri bir-birindən fərqləndirmişdir. Yuxarıda qeyd olunduğu kimi, qanunverici fərdi əmək mübahisələrinə baxılmasının məhkəməyə qədər və məhkəmə qaydasını müəyyən etmiş, həmçinin fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxılmasının yalnız kollektiv müqavilələrdə nəzərdə tutulduğu təqdirdə mümkün hesab etmişdir. Həmin qərarda Plenum qərara almışdır ki, 294-cü maddəsinin 2-ci hissəsinin tələbinə görə, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması yalnız kollektiv müqavilələrdə nəzərdə tutulmalı və bu orqan müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılmalıdır. Fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan və məhkəmələr mübahisələrin həllində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilən iddia müddətlərini tətbiq edərkən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar. Beləliklə, məhkəmə işdə olan sübutları qiymətləndirib, yuxarıda qeyd edilmiş maddi hüquq normalarının tələblərini nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür və müddətin üzrlü səbəblərdən ötürülməsi öz təsdiqini tapmamışdır. Bununla yanaşı məhkəmə iddiaçının dəlillərinə qiymət verərək, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını müəyyən edən İİİ fəslinə əsasən hər kəsin əmək hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin İ, İİ və Vİİİ hissələrinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin vəzifələri və prinsipləri arasında əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipi müəyyən edilmişdir. Əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. (7-ci maddə). Məcəllənin işəgötürənin əsas hüquqlarının arasında Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək və Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ təsbit olunmuşdur. (11-ci maddə) Əmək Məcəlləsinin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. (46-cı maddə) Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. (71.2-ci maddə) İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 74-cü maddəsinin ikinci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydasını müəyyən edən 83-cü maddədə nəzərdə tutulmuşdur ki, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmərlər) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 300-cü maddəsinin birinci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Əmək Məcəlləsinin fərdi əmək mübahisələrinin predmetini müəyyən edən 288-ci maddəsində əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi fərdi əmək mübahisələrinin predmeti kimi müəyyən edilmişdir. Məhkəmə mülki işdə olan sübutları və işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, cavabdeh təşkilat tərəfindən 15 oktyabr 2024-cü il tarixli 352/k nömrəli əmr qəbul edilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmasına yol verilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4142/2023 saylı 06 iyul 2023-cü il tarixli icra sənədi üzrə icra məmuru tərəfindən icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilərkən həmin qərarı da mübahisələndirmə imkanı olduğu halda bunu da etməmişdir. Əksinə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyi X20in İdarə Heyətinin sədri X7 barəsində vəzifəli şəxs qismində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola məhkəmə tərəfindən baxılarkən məhkəmə iclasında iştirak etmiş tələbkar İddiaçı inzibati xəta haqqında protokolla razı olduğunu bildirməklə yanaşı izahatında göstərmişdir ki, Agentliyin ştat cədvəlində baş mütəxəssis ştatının vəzifə maaşı 1500 manat olduğu halda, o, maaşı 932 manat olan vəzifəyə təyin edilmişdir. Üstəlik əvvəlki vəzifəsinə uyğun vəzifəyə deyil, büdcədənkənar vəsait hesabına maliyyələşən vəzifəyə təyin edilmişdir. Ona görə də Agentlik tərəfindən xx.xx.2023-cü il tarixdən işə bərpa olunan günə qədər məcburi iş buraxma müddəti üçün ona hesablanmış əmək haqqını qəbul etməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-6485/2024 saylı 09 dekabr 2024cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyi X20in İdarə Heyətinin sədri X10 barəsində Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4142/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 06 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərarda qeyd edilmişdir ki, maliyyə arayışından və tərəflərin izahatlarından mübahisəsiz qaydada görünür ki, İddiaçı əmək müqaviləsinə xitam verilənədək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Fondunun “Nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə” baş mütəxəssisi (13-cü dərəcəli) vəzifəsində işləmiş və əmək haqqı 932 manat olmuşdur. 06 avqust 2024-cü il tarixli 261/K nömrəli əmrə əsasən İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyi X20in “Xüsusi rejimli geodeziya və kartoqrafiya şöbəsi”ndə “Nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə” aylıq əmək haqqı 932 manat olan baş mütəxəssis vəzifəsinə təyin (bərpa) olunmuşdur. Belə olan halda aydın olur ki, tələbkarın və icra məmurunun İddiaçı əvvəlki vəzifə ilə əmək şəraitinin şərtləri eyni olan vəzifəyə təyin edilmədiyi və əmək haqqı aşağı olan vəzifəyə təyin edilməsi barədə dəlilləri əsassızdır. Çünki, Ömərova X9 vəzifə maaşı 1500 manat olan işdə işləməmiş, əmək müqaviləsinə xitam verilənədək işlədiyi vəzifənin aylıq əmək haqqı 932 manat təşkil etmişdir. “Xüsusi rejimli geodeziya və kartoqrafiya şöbəsi”ndə “Nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə baş mütəxəssis” vəzifəsi isə onun əvvəlki vəzifəsinə uyğun olmaqla, həmin vəzifə üçün nəzərdə tutulan əmək haqqı da eynidir, yəni 932 manatdır. Həmçinin Agentlik tərəfindən xx.xx.2023-cü il tarixdən işə bərpa olunan günə qədər (xx.xx.2024) məcburi iş buraxma müddəti üçün İddiaçı əmək haqqı hesablanmış və onun adına açılmış əmək haqqı kartına köçürülmüşdür. Məhkəmə tələbkarın və icra məmurunun İddiaçı təyin edildiyi vəzifə üzrə ştat vahidinin maliyyələşmə mənbəyinin fərqli olmasına dair dəlillərini də əsassız hesab edir. Belə ki, işdə olan İddiaçı işlədiyi dövrdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki "xxxx" MMC-in Nizamnaməsindən (1.3-cü bənd) görünür ki, Cəmiyyət tam təsərrüfat hesablı özünü maliyyələşdirən dövlət müəssisəsi olmuşdur. Başqa sözlə, dövlət büdcəsindən maliyyələşməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyi X20in İdarə Heyətinin sədri X10 bununla bağlı bildirmişdir ki, istər əvvəllər, istərsə də, hal-hazırda işçilərin vəzifə maaşı müəssisənin fəaliyyətindən əldə olunmuş gəlir hesabına ödənilir. İddiaçı əmək müqaviləsinə xitam verilənədək digər işçilər kimi müəssisənin fəaliyyətindən əldə olunmuş gəlir hesabına əmək haqqı almışdır. Hal-hazırda da əməyin ödənişi ilə bağlı vəziyyət eyni cürdür. Belə olan halda aydın olur ki, tələbkarın və icra məmurunun İddiaçı təyin (bərpa) edildiyi vəzifə üzrə ştat vahidinin maliyyələşmə mənbəyinin fərqli olmasına dair dəlilləri əsassızdır. Onun əvvəl işlədiyi və hazırda təyin (bərpa) edildiyi vəzifə üzrə ştat vahidinin maliyyələşmə mənbəyi eynidir. Eyni zamanda nəzərə alınmalıdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4142/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsində İddiaçı bərpa edilməli olan vəzifə əmək şəraitinin şərtləri eyni olan digər vəzifə kimi təsnifatlandırılmış, vəzifə üzrə əmək haqqınınmaliyyələşmə mənbəyi fərqləndirilməmişdir. Həmçinin qeyd edilməlidir ki, əmək qanunvericiliyi ştat vahidinin maliyyələşmə mənbəyinə görə işçilərin hər hansı bir əmək hüququna məhdudiyyət yaratmır. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırkı işdə isə qeyd edilən hallar yoxdur. Xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu mənada icra məmurunun vəzifəsidir ki, borclunun məhkəmə qərarının icrası üçün yetərli tədbirlər görməməsini sübuta yetirsin. Məhkəmə bu qənaətini həmçinin onunla əsaslandırır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarındakı hüquqi mövqeyinə görə məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi... Hazırkı işdə isə qeyd edilən əlamətlər yoxdur. Beləliklə, məhkəmə mülki işdə olan sübutlara qiymət verib, yuxarıda göstərilən əmək qanunvericiliyinin tələblərini, habelə mülki işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia müddəti üzrsüz səbəbdən iddiaçı tərəfindən ötürülməklə verilmiş “əmrin ləğv edilməsi, işə bərpa və sair” tələblərinə dair iddiası əsassız olduğundan və sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Cavabdehnə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin də üçüncü şəxs qismində cəlb olunduğu “əmrin ləğv edilməsi, işə bərpa və sair” tələblərinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar