Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2866/2021 05.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə və X.Ç. Nurullayevə qarşı pul kompensasiyasının verilməsi tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə və X.Ç. Nurullayevə qarşı pul kompensasiyasının verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır Belə ki, “AZEMİS” Məhkəmə İdarəetmə Sistemindən çıxarışdan görünür ki, Cavabdeh1 hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 758ci məhəllə kimi qeyd olunub. Digər cavabdeh kimi qeyd edilmiş Cavabdeh2 tam olaraq adı qeyd edilməmiş və iddia ərizəsində ona qarşı tələb dəqiq olaraq göstərilməmişdir. Göründüyü kimi, o, cavabdeh kimi iddia ərizəsində formal olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Belə olan halda hesab edirəm ki, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin ünvanı Bakı şəhəri, Nərimanov rayonuna aid olduğuna görə, iddia tələbinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxıla bilməz. Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə və X.Ç. Nurullayevə qarşı pul kompensasiyasının verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-2866/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2866/2021
05.03.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver