Məhkəmə qərarları › İş №2(001)-2875/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2875/2021

29.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2875/2021 29.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Məmmədzadə Fəridə Mehdi qızının katibliyi, İddiaçı, Cavabdeh Cavabdeh, onu nümayəndəsi, vəkil X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Bakə şəhəri, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə 21 sentyabr 2010-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikah dövründə 04 iyun 2012-ci ildə qızları Nərgiz doğulmuşdur. Cavabdeh birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Binəqədi rayonu, 9A mkr, M.Cəlal küçəsi, ev 11, mənzil 42 ünvanında yerləşən yaşayış sahəsini 21 oktyabr 2017-ci il tarixdə 2 saylı notariat kontorunda təsdiq olunmuş müqavilə əsasında ona öhdəliklə şərtləşdirilmədən və əvəzsiz olaraq bağışlamışdır. Daşınmaz Əmlakın dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışla həmin mənzilə mülkiyyət hüququ tanınmışdır. Binəqədi Rayon Məhkəməsinin 2(001)-3180/2018 saylı, 19 iyul 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə aralarında bağlanmış nikahın pozulması , uşağın onun yanında saxlanması və 16 fevral 2018-ci ildən uşağın saxlanması üçün cavabdehin hər cür gəlirinin ¼ hissəsi miqdarında aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-3996/2018 saylı, 20 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ona qarşı qaldırdığı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakə şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəl çıxarışı ləv olunması barədə iddia tələbi təmin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3786/2020 saylı, 04 iyun 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş və Binəqədi Rayon Məhkəməsinin 2(001)-3996/2018 saylı, 20 iyun 2018-ci il tarixli qətnaməsi ləğv olunaraq, iddiaçı Cavabdeh iddi tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5303/2020 saylı 03 noyabr 2020-ci il tarixli qərarı ilə iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3786/2020 saylı. 04 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsinin qanui qüvvəyə minməsinə baxmayaraq, cavabdeh mənzilin qapı qıfılını dəyişdirərək, yenidən ailə quraraq, həmin mənzildə yaşayır. Onun xüsusi mülkiyyətində olan mənzilə isə onu və qızını buraxmır. Həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən çıxarışıda gizlədərək ona təqdim etmir. Cavabdeh mənzili ona bağışlayaraq cavabdeh Cavabdeh oğlu həmin mənzilə hər hansı hüququnu saxlamaq niyətinin olmadan əmlaka sahiblik etməkdən, ondan istifadə etməkdən və ona dair sərəncam verməkdən kənarlaşması göstərən hərəkət etmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sora Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilərək onun mübahisəli ünvan 2 ünvanından istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, O, cavabdeh İddiaçı ilə birgə nikahda olduğu dövrdə yəni, 24.12.2015-cil il tarixində AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqısı müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 9 A mkr, M.Cəlal küçəsi 11, 42 saylı mənzili o, satıcı X1 90.000 manat ödəməklə almışdır. Bu məqsədlə anasına X4 məxsusu olan evi bazar qiymətindən aşağı qiymətə, yəni 35000 mnaata satmalı olmuşdur. Həmin tarixən etibarən onlar həmin mənzilə köçmüşlər. Nəticədə onun mənzildən istifadə hüququ yaranmışdır. Həmin tarixdən etibarən bütün kommunal xidmətlərə dair müqavilələr onunla bağlanmış, onun tərəfindən ödənilmişdir. Eyni zamanda evin puluda onun tərəfindən ödənilmişdir. O, ailəsinin dağılmasını istəmədiyindən təzyiqlərə dözməyərək, 21 oktyabr 2017-ci il tarixində mənzili müqavilə əsasında cavabdeh İddiaçı bağışlamışdır. Bundan sonra cavabdeh evdə bilərəkdən mübahisə yaratmış, nəticədə 2018-ci ilin yanvar ayında mübahisəli mənzili tərk edərək, atasının evinə getmişdir. O həmin gündən mübahisəli mənzildə tək yaşayır. Hesab edir ki, daşınmaz əmlak mülkiyyət hüququ ilə cavabdehə məxsus olsa da, onun da həmin mənzildən istifadə hüququ vardır. Hazırda Azərbayan Respublikası Ali Məhkəməsinin qərarından Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayət verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, qarşılıqlı iddia tələbini qəbul etmir. Ev onun adına bağışlandıqdan sonra iddiaçı həmin mənzilə dair sahiblik, istifadə və sərəncam hüquqlarını itirmişdir. Onda və qızına həmin evin açarları belə yoxdur. Cavabdeh onu polisə verdiyindən, o boşanma ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. 2018-ci ilin yanvar ayından həmin evdən çıxmışdır. Paltarları əşyaları həmin evdədir. Ramin isə ikinci dəfə ailə qurmuşdur və ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, hal-hazırda qüvvədə olan bağışlama müqaviləsinə görə qarşı tərəfin mübahisəli mənzildə istifadə hüququ yoxdur. Lakin hal-hazırda cavabdeh orada yaşayır. Özü isə hal-hazırda atası gildə qalır. Ev 2015-ci ildən alınıb, 2016-cı ildən həmin mənzildə yaşamışdır. Mənzil Cavabdeh adına alınmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, mənzil 2017-ci ilin noyabr ayında bağışlanılıb. İddiaçı evə 3 dəfə polislə gəlmiş, əşyalarını və paltarlarını götürmüşdür. Xanım boşanma ilə bağlı müraciət etdikdən sona o , 6 ay müddətində barışıq üçün cəhd etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, evi öz pulu ilə, anasının adına olan əmlakın satılması ilə almışdır. Özüdə həmin mənzildə yaşamışdır. Onun istifadə hüququ yaranmışdır. Əmlak evlilik vaxtı alınmışdır. O xanıma qarşı iddia qaldıraraq, sadəcə həmin müqavilənin pozulması barədə iddia vermişdir. İşində problemlər olduğundan, qaynatasının təzyiqi ilə həmin mənzili yoldaşının adına keçirmişdir. Belə ki, əvvəllər karqo şirkətində işləmiş, həmin dövrdə müştərinin 150000 dollarlıq məhsulu itmişdir. Yoldaşı ev ona bağışlanıldıqdan sonra, ona qarşı nikahın pozulmasına dair iddia qaldırmışdır. Sonra onu həmin evdən çıxarmağa çalışmışlar. Lakin 3 il çəkən mübahisədən sonra uduzmuşdur. 2017-ci il tarixində bağışlama müqaviləsi bağlasa da, 2015-ci ilin dekabr ayında həmin mənzili almış, 2016-cı ildən isə həmin mənzildə yaşamışlar. Evi bağışladıqdan sonra arvadının boşanma tələb etməsi onun planlı şəkildə həyata keçirilməsini sübut edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi. vəkil izahatında bildirmişdir ki, illkin iddia tələbini qəbul etmir. İlkin iddia tələbi o halda qəbul edilə bilər ki, cavabdehdə mənzildən çıxarılmasına görə kompensasiya ödənilsin. Cavabdeh mənzili 2015-ci ildə 90000 manata almışdır. Aldığı vaxtdan artıq həmin mənzilin mülkiyyətçisi olmaqla ondan istifadə hüququ yaranmışdır. Lakin Cavabdeh mənzildə qeydiyyata düşməmişdir. Qarşılıqlı iddiaya münasibətdə isə qeyd edir ki, mənzilin bağışlama müqaviləsi əsasında mülkiyyətçisi dəyişsə belə, tərəflər həmin dövrdə birgə nikahda olduqlarından Cavabdeh həmin mənzildən istifadə hüququ qüvvəsini saxlamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilən 13 fevral 2021-ci il tarixli, AZ-İ seriyalı, 372147 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.07.2018-ci il tarixli qətnaməsinə əsasən 03.09.2018-ci il tarixində pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 07.12.2019-cu il tarixində 596 № ilə qeyd edilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-3996/2018 saylı, 20.06.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ,İddiaçı qarşı bağışlama müqaviləsinin, reyestrdən çıxarışın etibarsı zhesba edilməsi barədə iddiasının təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında 21 oktyabr 2017-ci il tarixdə 2 saylı Bakı 2ASAN xidmət” mərkəzində notariat kontorunda Bakı şəhəri, Binəqədi rayonu, 9 A mkr, M.Cəlal küçəsi, ev 11, 42 saylı mənzilinədair bağlanmış bağışlanma müqaviləsi, həmin müqavilə əsasında İddiaçı adına verilmiş RX seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” etibarsız hesab ediməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3786/2020 saylı, 04.06.2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli, 2(001)-3996/2018 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi və iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03.11.2020-ci il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Bakı apelyasiya Məhkəməsiin Mülki Kollegiyasının 2(103)-3786/2020 saylı, 04 iyun 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. 95 saylı Mənzil Kommunal istismar Sahəsinin 10.02.2021-ci il tarixl 07 saylı arayışından görünür ki, Bakı şəhəri, 9A mkr, M.Cəlal küçəsi, 11 saylı evin, 42 saylı mənzilində İddiaçı və X6 qeydiyyatdadırlar Cavabdeh isə qeydiyyatsız yaşayır. X2 ilə Cavabdeh arasında bağlanan AN-İ seriyalı, ******* saylı, 24.12.2015-ci il tarixli Daşınmaz Əmlakın alğı-satqı müqaviləsindən görünür ki, satıcı X5 Bakı şəhəri, Binəqədi rayonu, 9a mkr, M.Cəlal küçəsində yerləşən 11 saylı evin 42 nömrəli mənzilini alıcı Cavabdeh satmağı, alıcı bu müqavilə üzrə müəyən edilən 90000 manat məbləğində pulu satıcıya verməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinən olan RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, 9A mkr, M.Cəlal küçəsi, 11 saylı evin, 42 saylı mənzili 06.01.2016-cı il tarixində xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyatdan keçirilmiş və daşınmaz əmlakın dövlət reyestrində 2052 nömrəli reyestr kitabının 189773 nömrəli vərəqində ********* nömrəsi ilə qeydiyyata alınmışdır. Cavabdeh ilə İddiaçı arasında bağlanan 21 oktyabr 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsindən görünür ki, Hədiyyə verən Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, 9a mkr, M.Cəlal küçəsində yerləşən 11 saylı evin 42 nömrəli mənzilini hədiyyə alan İddiaçı mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinən olan RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, 9A mkr, M.Cəlal küçəsi, 11 saylı evin, 42 saylı mənzili 25.10.2017-cı il tarixində xüsusi mülkiyyət hüququ üzrə İddiaçıa adına qeydiyyatdan keçirilmiş və daşınmaz əmlakın dövlət reyestrində 2052 nömrəli reyestr kitabının 189773 nömrəli vərəqində ********** nömrəsi ilə qeydiyyata alınmışdır. 16.02.2021-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir; Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, mübahisənin tərəfləri keçmiş ər və arvaddır. Tərəflər 21.09.2010-cu il tarxində rəsmi nikaha daxil olaraq ailə qurmuşdurlar. Tərəflər arasında bağlanmış nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 iyul 2018-ci il tarixli, 2(001)-3180/2018 saylı qətnaməsi ilə pozulmuş və İddiaçı 13 fevral 2021-ci il tarixdə nikahın pozulması haqqında şəhadətnamə almışdır. Mübahisənin predmeti olan mənzil birgə nikah dövründə Cavabdeh adına qeydiyyatdan keçməklə alınmış, sonradan bağışlama müqaviləsi əsasında İddiaçı mülkiyyətinə keçərək daşınmaz əmlakın dövlət reyestrində sonuncunun adına qeydə alınmışdır. Tərəflər arasında mübahisə başlandıqdan sonra Cavabdeh həmin bağışlama müqaviləsinin etibarsız hesab edilməsini və İddiaçı adına olan çıxarışın ləğv edilməsini xahiş etmişdir. Nəticədə Cavabdeh iddiası təmin edilməmiş, bağışlama müqaviləsi etibarsız hesab edilməmişdir. Hazırki mübahisədə ilkin iddiaçı mülkiyyətində olan əmlakdan cavabdehin çıxarılmasını tələb edir və bildirir ki, cavabdeh həmin mənzildə yaşamaqla onun orda yaşamasına imkan vermir. Qarşılıqlı iddiaçı isə istifadə hüququnun tanınmasını tələb etməklə onun mənzildən çıxarılmasının istifadə hüququna kompensasiya verilməsi ilə mümkün olduğunu iddia edir. Məhkəmə qeyd edir ki, ilkin iddia üzrə cavabdehin mübahisəli evdən çıxarılması məsələsinə hüquqi qiymət verməzdən əvvəl onun həmin evlə hüquqi bağlılığı, yəni istifadə hüququnun olub-olmaması müəyyən edilməlidir. Odur ki, mübahisənin həlli üçün məhkəmə ilk öncə qarşılıqlı iddiaya münasibət bildirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından görünür ki, tərəflər arasında rəsmi nikah münasibətləri 02.10.2010-cu il tarxindən yaranmışdır. Mübahisəli mənzil isə 24.12.2015-ci il tarixində birgə nikah dövründə əldə edilmiş, 2016-cı ildə xüsusi mülkiyyət hüququ ilə Cavabdeh, 25.10.2017-ci il tarixndən isə xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, tərəflər arasında olan münasibətlər 2009-cu ildən sonra yarandığına görə mübahisə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin qaydalarına uyğun olaraq həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İşin hallarından müəyyən edildiyi kimi qarşılıqlı iddia üzrə iddiaçı əvvəllər mənzilin mülkiyyətçisi olmuş və sonradan mənzilin bağışlanması ilə onun mülkiyyətdən irəli gələn hüquqları cavabdehə keçmişdir. Bu vaxtdan etibarən tərəflər arasında mənzildən istifadəyə dair yeni hüquq münasibətləri yaranmışdır. Belə ki, mənzilin mülkiyyətçisi, xüsusilə vurğulamaq lazımdır ki, mənzilin yeganə mülkiyyətçisi(çünki həmin mənzil artıq birgə mülkiyyətin predmeti deyildir) ilə orada yaşayan ailə üzvü arasında artıq etibarlı ailə münasibətlərindən irəli gələn “yaşayış sahəsindən istifadə etmək hüququ” mahiyyətli mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüquq yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi). Göründüyü kimi mənzilin mülkiyyətçisi dəyişdikdən sonra qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh yaşayış sahəsindən istifadə etmək hüququ olsa da, ailə münasibətlərinə 19 iyul 2018-ci il tarixdən etibarən xitam verildiyinə görə onun istifadə hüququ artıq itirilmişdir. Bu baxımdan qarşılıqlı iddia üzrə iddiaçının ünvan 3 ünvanında olan mənzilə istifadə hüququ tanınması barədə tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. İlkin iddia üzrə iddiaçının iddia tələbinin hüquqi əsasını isə Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İşin hallarından göründüyü kimi ilkin iddia üzrə iddiaçı mənzilin mülkiyyətçisidir, cavabdeh faktiki olaraq orada yaşayır, cavabdehin ilkin iddia üzrə iddiaçının mülkiyyətində olan mənzilə sahibliyi qanunsuzdur, belə ki, cavabdehin həmin mənzildən istifadə və sahiblik etməsi üçün hər hansı hüquqi əsası yoxdur, bu baxımdan iddiaçı mülkiyyətində olan mənzili cavabdehin qanunsuz sahibliyindən tələb etməsində haqlıdır. Beləliklə ilkin iddia üzrə iddia tələbi əsaslı hesab edilməli və Cavabdeh ünvan 3 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh qarşı qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair ilkin iddiası təmin edilməli, Cavabdeh mənzil 42 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılmalı, Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddiası isə rədd edilməli, hər iki iddia üzrə ödənilmiş dövlət rüsumları iddiaçılara aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-cimaddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair ilkin iddiası təmin Cavabdeh mənzil 42 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılsın. İddiaçı Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Hər iki iddia üzrə ödənilmiş dövlət rüsumları iddiaçılara aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar