Məhkəmə qərarları › İş №2(001)-2887/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2887/2021

18.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2887/2021 18.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun, X3 doğum haqqında şəhadətnamənin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və ərizəni onunla əsaslandırmışdır ki, X5 12.07.1955-ci ildə Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində anadan olmuşdur. Lakin kənd işğal edildikdən sonra şəhadətnamə kənddə qalmışdır. B.Məstəliyeva 04.07.2020-ci il tarixdə vəfat etmişdir. Mərhumun adına Abşeron rayonu, Xırdalan şəhərində iki əmlak müvcuddur. Ərizəçi (mərhumun həyat yoldaşı) vərəsəliklə bağlı Asan Xidmətə və X7nın Reyestri Xidmətinə müraciət etmişdir. X2 adına doğum haqqında şəhadətnamə aşkar olunmamışdır. Şəhadətnamənin bərpası ilə bağlı aidiyyatı orqanlara müraciət etsə də, cavab olaraq məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahid ifadələrini, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - X7nın reyestri xidməti tərəfindən verilmiş 20.11.2019-cu il tarixli məktubdan və arayışdan görünür ki, 12 iyul 1955-ci ildə Cəbrayıl rayonunda anadan olmuş X3 doğum haqqında məlumatın müəyyən edilməsi məqsədilə “X7” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 31.10.2019-cu ilədək daxil edilmiş bütün X7 üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”nın 13-cü və 14-cü bəndlərinə əsasən X7nın itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfində icra edilir. Əgər akt qeydinin qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmazsa bununla əlaqədar məhkəməyə müraciət edilə biləcəyi bildirilmişdir. - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X5 05.03.1981-ci il tarixdə nikaha daxil olmuş, X4 dair məlumatlarda onun 12 iyul 1955-ci il tarixdə Cəbrayıl rayonu, C.Mərcanlı kəndində anadan olması qeyd edilmişdir. - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 04.07.2020-ci il tarixdə vəfat etmiş və bu barədə akt qeydləri kitabında 10.07.2020-ci il tarixdə 687 nömrə ilə qeyd edilmişdir. - ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X6 04.01.1999-cu il tarixdə, X13 isə 12.05.1983-cü il tarixdə vəfat etmiş və bu barədə müvafiq akt qeydləri aparılmışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən X10 izahat verərək bildirdi ki, ərizəçinin qohumdur. X1 atasının Şüşə, anasının isə Qıztamam olmasını təsdiq etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X14 izahat verərək bildirdi ki, ərizəçi onun atasıdır. Həmçinin babasının Bədəlov Şüşə, nənəsinin isə Hüseynova Qıztamam olmasını təsdiq etdi. Məhkəmə iş üzrə toplanmış yuxarıda göstərilən sübutlara müqayisəli şəkildə qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının MPM-nin: - 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. -307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.11-ci maddəsinə əsasən, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. -308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. -339-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim X7nın qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. -341-ci maddəsinə əsasən X7nın qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; -217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, X3 doğum faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin X3 adına doğum qeydə alınmasından imtina etməsi nəticəsində Ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, doğum faktını qeydə almalı olan yeganə orqan qeydiyyat şöbəsi X3 doğum faktını qeydə almaqdan və doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X3 doğum faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin X3 doğum faktını qeydə almaqdan imtina etməsi nəticəsində ərizəçi öz adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə X3 12 iyul 1955-ci ildə Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində anadan olması, atasının X13, anasının isə X6 olması ərizəçinin, şahidlərin izahatı ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X3 12 iyul 1955-ci ildə Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində anadan olması, atasının X13, anasının isə X6 olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli, X3 doğum akt qeydinin “atası” qrafasında “X13”, “milliyyəti azərbaycanlı”, “anası” qrafasında “X6”, “milliyyəti azərbaycanlı” yazılmalıdır. Məhkəməyə ərizə verilərkən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X3 12 iyul 1955-ci ildə Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində anadan olması, atasının X13, anasının isə X6 olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. 12 iyul 1955-ci il təvvəllüdlü X3 doğum akt qeydinin “atası” qrafasında “X13”, “milliyyəti azərbaycanlı”, “anası” qrafasında “X6”, “milliyyəti azərbaycanlı” yazılsın. Məhkəmənin qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar