Məhkəmə qərarları › İş №2(001)-289/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-289/2020

30.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-289/2020 30.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı nümayəndəsi, vəkil X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mənzilin boşaldılması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mənzilin boşaldılması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MTK ilə onun arasında bağlanan xx xxxx 2014-cü il tarixli 187 nömrəli alğı-satqı müqaviləsi əsasında satın aldığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Azadlıq pr-ti 204 saylı ünvandakı binanın 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 95,0 kv.metr olan iki otaqlı 101 a saylı mənzilin alğı-satqısına dair xx xxxxxx 2016-cı il tarixdə Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış 202 saylı müqavilənin etibarsız hesab edilməsi, mənzilin boşaldılması və onun uşaqları ilə birlikdə həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixində iddiaçının nümayəndəsi, vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, yekun olaraq məhkəmədən Bakı şəhəri, Binəqədi şossesi, Azadlıq prospekti 204 saylı ünvandaki 1-ci giriş, 2-ci mərtəbədə yerləşən, ümumi sahəsi 95.0 kv.metr olan iki otaqlı, 101 A saylı mənzilin tikintisi haqqında Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli 202 saylı müqavilənin etibarsız sayılması, həmin mənzilin boşaldılması və iddiaçının yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, Azadlıq prospekti. 204 saylı ünvanda yerləşən Cavabdeh1 ilə onun arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 187 nömrəli müqavilə əsasında həmin binada 1- ci giriş, 2-ci mərtəbədə yerləşən ümumi sahəsi 95 kv.m olan iki otaqlı 101 a saylı mənzili alqı-satqı yolu ilə əldə etmiş və mənzilin tam şəkildə dəyərini təşkil edən 71 250 (yetmiş bir min iki yüz əlli ) AZN məbləğində pulu da xx xxx 2014-cü il tarixdə mənzil-tikinti kooperativinin hesabma ödəmiş və heç bir borcu qalmamışdır. Bundan sonra, təxminən bir ilə yaxın müddət ərzində mənzildə zəruri təmir işlərini görüb, 2015-ci ildə həyat yoldaşı Cavabdeh3 ilə birlikdə həmin mənzilə köçərək,özünə məxsus olan bütün cehiz avadanlıqlarını da ora aparmışdır. Orada yaşadığı müddətdə iki uşağı anadan olmuşdur. O, ailə üzvləri ilə birlikdə 2018-ci ilin aprel-may aylarına kimi heç bir problem olmadan həmin mənzildə yaşamışdır. Həmin iş üzrə cavabdehlərdən biri olan həyat yoldaşım Cavabdeh3 bir neçə il idi ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətdə menecer vəzifəsində çalışmışdır. Onun bildiyi qədəri ilə yoldaşının iş yerində heç bir problemi olmamışdır. Əksinə bildiyinə görə onun müdiriyyətlə çox işgüzar bir münasibətləri var idi. Həmin vaxtlar, yəni keçən ilin aprel-may aylannda həyat yoldaşı gözlənilmədən ona bildirmişdir ki, onlar yaşadıqları mənzildən çıxıb bir müddət başqa yerdə yaşamalıdırlar. Onun bu təklifinə o, çox təəcüblənmiş və bunun səbəbini soruşduqda yoldaşı mənə bildirmişdir ki, narahatçılığa heç bir əsas yoxdur, səbəbini sonra izah edəcək. O, həyat yoldaşına çox inandığından onun təklifinə etiraz edə bilməmişdir. Onlar geyim və zəruri hesab etdiyimiz digər əşyaları götürüb mənzildən çıxmışları. Mebel və digər avadanlıqlar isə həmin mənzildə qalmışdır. Mənzildə qalan mebel və digər avadanlıqlar onun şəxsi əmlakıdır, bəzi əşyalar istisna olmaqla, onların əsas hissəsi onun cehiz əşyalarıdır və həyat yoldaşı ilə onların birgə mülkiyyətinə daxil deyildir. Onun cehiz əşyaları - qonaq və yataq otaqlarındakı, mətbəxdəki mebellərdən, xarici firmalarda istehsal olunmuş soyuducudan, paltaryuyan və qabyuyan maşınlardan, çilçıraqlardan və şairədən ibarət olmaqla, ümumi dəyəri ən azı 15 000 manatdan yuxan təşkil edir. Həmin cehiz əşyalarının hazırkı vəziyyəti və mənzildə qalıb-qalmaması barədə hələ ki, hər hansı bir məlumatı yoxdur. Ona görə də, mənzillə bağlı mübahisə həll edilənədək, cehiz əmlakları barədə iddia qaldırmaq niyyəti yoxdur. Onlar mənzildən çıxdıqdan bir neçə ay, təxminən 2-3 ay sonra — 2018-ci ilin avqust ayımn əvvəllərində həyat yoldaşı Cavabdeh3 ona məlum olmayan səbəb üzündən gözlənilmədən həbs etdilər və buna görə də bir müddət mənzillə maraqlana bilməmiş, yalnız bu ilin əvvəllərində ona məlum olmuşdur ki, mənzili başqa şəxsə verilmişdir. Bunun hansı əsasla həyata keçirildiyini qətiyyən başa düşə bilməmişdir. Çünki mənzili o əldə etmişdir və alğı-satqı müqaviləsi də onun adına tərtib edilmişdir. Mənzilin özgəninkiləşdirilməsində hər hansı bir şəkildə olursa-olsun iştirak etməmişdir və bu barədə həyat yoldaşı Cavabdeh3 onun tərəfindən etibarnamə də verilməmişdir. Bu ilin yəni 2019-cu ilin əvvəllərindən başlayaraq o öz mənzilimə qayıtmaq istəsə də, buna nail ola bilməmişdir. Ona görə ki, həmin mənzildə hal-hazırda kənar şəxs, yaxud şəxslər yaşayırlar. Orada kimin və hansı əsasla yaşaması barədə heç bir məlumat əldə edə bilməmişdir. Bununla əlaqədar Mənzil-Tikinti Kooperativinin rəhbərliyinə, daha doğrusu komendata dəfələrlə müraciət olunsa da, mənə məxsus olan mənzilin sonradan kimin adma rəsmiləşdirilb-rəsmiləşdirilməməsi barədə arayış və ya müqavilənin surətinin verilməsindən heç bir səbəb göstərilmədən şifahi surətdə imtina imtina edilmişdir. Yalnız bu ilin aprel ayında iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etdikdən sonra məlum olmuşdur ki, həyat yoldaşı Cavabdeh3 onun işlədiyi firmanın direktoru X16 tərəfindən təzyiqlər göstərilməsi nəticəsində həmin mənzil Cavabdeh2 adında ona qətiyyən tanış olmayan bir şəxsin adına keçirilmiş, bu barədə Cavabdeh1 direktoru X20 tərəfindən saxta bir müqavilə də tərtib edilmişdir. Ona görə saxta müqavilə deyilir ki, mənzil onun adına olduğu halda, mənzilin başqa şəxsin adına keçirilməsi barəsində ona heç bir məlumat verilməmiş, bu barədə o hər hansı bir müqaviləyə imza etməmiş, həmçinin istər həyat yoldaşına və istərsə də başqa bir şəxsə etibarnamə verməmişdir. Nəhayət, əldə etdiyi sənədlərdən aydın olmuşdur ki, mənzilin Cavabdeh2 guya « satılması » barədə ərizəni həyat yoldaşı Cavabdeh3 hədə-qorxu və təzyiqlər altında imza etmişdir. Ona görə guya deyə qeyd edir ki, müqavilə tərtib edilərkən digər saxtakarlığa da yol verilmişdir. Belə ki, əslində həmin müqavilə faktiki olaraq 2018-ci ilin aprel- may aylarında yəqin ki, onlar evdən çıxandan sonra tərtib edilsə də, Mənzil-Tikinti Kooperativinin direktoru X20 müqavilənin tarixini təxminən bir il yarım əvvələ, yəni xx xxxxxx 2016-cı il tarixə qeyd etmişdir. Bu saxtakarlıq ilk öncə bir daha onunla təsdiq olunur ki, onlar mənzildən 2018-ci ilin aprel-may aylannda çıxmışlar və əgər mənzil həqiqətən 2016-cı ilin dekabr ayında satılmışdırsa, onda 2018-ci ilin yanvar ayında o, niyə görə həmin mənzildə öz adına elektrik sayğacı quraşdırılması barədə «Asan xidmətə» müraciət etməli olmuşdur. Hansı ki, bu barədə vəkil sorğularına cavab verməyi özünə rəva bilməyən «Cavabdeh1 »MTK-mn komendatı M.Əliyev «Asan xidmətə» təqdim etmək üçün mənə xx xxxxxx 2018-ci il tarixdə 2 saylı müvafiq arayışda vermişdir.Bütün bunlardan sonra, artıq xx xxxxx 2019-cu il tarixdən etibarən Binəqədi Rayon Məhkəməsinin icraatında olan iddia ərizəsini və ona əlavə etdiyi sənədləri iddianın dəyişdirilməsi, əsl cavabdehin işə cəlb edilməsi və işin faktiki hallarını dəqiqləşdirməklə, tələbinə ilk növbədə özü üçün bir aydınlıq gətirmək məqədilə geri götürməli olmuşdur. Həmçinin, hal-hazırda Bakı İstintaq Təcridxanasında həbsdə olan həyat yoldaşı Cavabdeh3 ilə əlaqə saxladıqdan sonra ona bir daha məlum oldu ki, həyat yoldaşı işlədiyi «xxxx » firmasının direktoru X5 hədə-qorxusu və təzyiqləri nəticəsində onun xəbəri və iştirakı olmadan mülkiyyətində olan mənzil əvəzsiz olaraq yuxanda qeyd etdiyi şəxsin - Cavabdeh2 adına keçirilmiş, müqavilənin tarixi isə bir il yarım əvvələ ona görə yazılmışdır ki, həyat yoldaşının həmin firmadan işdən çıxdığı vaxtla üst-üstə düşüb, mənzilin qanunsuz yolla ələ keçirilməsində şübhə doğurmasın. Onun adına yazılmış əriz isə məlum olduğu kimi həyat yoldaşı özü imza etmiş, hansı ki, bu barədə ona heç bir məlumat verməmişdir. Buna baxmayaraq firmanın direktoru Abbasov Ceyhun həyat yoldaşı Cavabdeh3 yenə də rahat buraxmamış, istintaq orqanına təqdim etdiyi saxta sənədlər əsasında onun həbsinə də nail olmuşdur. Həyat yoldaşının ona bildirdiyinə görə mənzilin alqı-satqısına dair tərtib edilmiş müqaviləyə hətta orada adı qeyd edilən şəxs deyil firma direktorunun qardaşı X10 imza etmişdir. Onun mülkiyyətində olan mənzilin saxtakarlıq yolu ilə başqa şəxsin adınaa keçirilməsində Cavabdeh1 Mənzil Tikinti Kooperativinin direktoru X20 « xüsusi » fəallıq göstərmişdir. Sosial şəbəkələrdən ona məlum olduğuna görə əvvələr - xx xxxx 2012-ci ildə MTK -nın sədri Fərhad Quliyev və kooperativin digər vəzifəli şəxsləri vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, mənzilləri müxtəlif tarixlərdə bağlanmış alqı-satqı müqavilələri əsasında ayrı-ayrı şəxslərə sataraq külli miqdirda özgə əmlalakmı ələ keçirmişlər.Fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci(dələduzluq), 308.1-ci (vəzifə səlahiyyətlərindən istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılmışdır. Fakta görə başlanmış cinayət işinin sonrakı mərhələsindən hər hansı bir məlumatı olmasa da, görünür MTK-nın sədri həmin əməllərinə hələ də son qoya bilməmişdir.Buna görə hesab edir ki, məhkəmə işə baxarkən, Azərbaycan Respublikasının MPM-nin 265.4-cü maddəsinə əsasən Cavabdeh1 Mənzil Tikinti Kooperativinin sədri X11 , həmçinin ona məxsus olan mənzilin « alqı-satqısı » zamanı vəzifə saxtakarlığına və digər qanun pozğunluğuna yol vermiş digər şəxslərin cinayət əməlləri barədə xüsusi qərardad çıxarmaqla,prokurora məlumat verilməlidir. Belə ki, MTK-nın direktoru X11 yol verdiyi ən azı vəzifə saxtakarlığını hər hansı bir şəkildə olur-olsun təkzib etmək mümkün deyildir. Göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. 2014-cü ilin iyul ayında Cavabdeh3 ilə nikaha daxil olmuşdur. Mənzil isə xx xxxx 2014-cü il tarixində alınmışdır. 2018-ci ilin yanvar ayında həmin mənzilə sayğac quraşdırılmışdır. 2018-ci ilin may ayında evdən çıxmışlar. Həmin vaxt uşaqları xəstələndiyindən anası gilə getmişdir. Cehizlərinin hamısı həmin mənzildə qalmışdır. O mənzilin satılması ilə bağlı heç bir sənədə qol çəkməmişdir və heç kəsə etibarnamə verməmişdir. Müqavilənin əsli Cavabdeh1 MTK-dadır. Ev hazır vəziyyətdə idi və o ailəsi ilə birlikdə orada yaşayırdı. Hal-hazırda uşaqları ilə birlikdə çətin vəziyyətdə kirayədə yaşayır. O evi 2014-cü ildə almış, 2015-ci ilin mart ayında isə ailəsi ilə birlikdə ora köçmüşdür. 2018ci ilin may-iyun ayınadək o evdə yaşamışlar. ASAN Xidmət tərəfindən 2018-ci ilin fevral ayında həmin evə sayğac quraşdırılmışdır. 2018-ci ilin fevral ayında əgər o, həmin evdə yaşamırdısa MTK həmin evdə neçə nəfərin qeydiyyatda olması ilə bağlı ona necə sənəd verə bilər. Məlumdur ki, müqavilə köhnə tarixlə bağlanmışdır. İddiaçının nümayəndəsi,vəkil X12 xx xxxxxxx 2020-ci ildə öz yazılı izahatını məhkəməyə təqdim etmişdir. İzahatda qeyd edilir ki, Bakı şəhər, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 204 saylı ünvanda yerləşən, 101 saylı, sahəsi 95 kv.m olan 2 otaqlı mənzil 71250 manata Cavabdeh1 MTK tərəfindən xx xxxx 2014-cü il tarixində İddiaçı satılmış və onun xüsusi mülkiyyətinə verilmişdir. xx xxxx 2014-cü il tarixdə, yəni mənzil alındıqdan sora 5 aya yaxın müddət keçdikdən sonra İddiaçı Cavabdeh3la nikaha daxil olmuşdur. Buna baxmayaraq xx xxxxxx 2016-cı il tarixdə İddiaçı adından mənzilin Cavabdeh2 adına keçirilməsi barədə saxta ərizə yazılmış, Cavabdeh1 MTK-nin direktoru X20 tərəfindən isə bu barədə əsassız və qanunsuz müqavilə tərtib edilmişdir. Mübahisə edilən mənzil İddiaçı tərəfindən Cavabdeh3la nikaha daxil olana qədər alındığından onların ümumi mülkiyyətində olan əmlak hesab oluna bilməz. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil X8 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Azadlıq prospekti, 204 saylı ünvanda yerləşən Cavabdeh1 MTK ilə iddiaçı arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 187 nömrəli müqavilə əsasında həmin binada 1-ci giriş, 2-ci mərtəbədə yerləşən ümumi sahəsi 95 kv.m olan iki otaqlı 101 a saylı mənzili alqı-satqı yolu ilə əldə etmiş, mübahisə predmeti olan mənzilin dəyərini tam şəkildə yəni 71250 manat məbləğində puluda xx xxx 2014-cü il tarixdə mənzil-tikinti kooperativinin hesabına ödəmiş və heç bir borcu qalmamışdır. Bir il müddətində mənzildə zəruri olaraq təmir işləri görülmüşdür. 2015-ci ildə iddiaçının əri Cavabdeh3 ilə birlikdə həmin mənzilə köçmüş, iddiaçıya məxsus olan bütün cehiz əşyalarını mənzilə aparmış və həmin mənzildə iki uşaqları anadan olmuşdur. Ailə üzvləri ilə birlikdə 2018-ci ilin aprel-may aylarına kimi heç bir problem olmadan yaşamışlar. Həmin ərəfələrdə cavabdeh yəni əri Cavabdeh3 “xxxx” MTK-də menecer vəzifəsində işləmişdir. Cavabdeh3 ona mübahisə predmeti olan mənzildən başqa mənzilə köçməli olduqlarını və bir müddətdən sonra geri qayıdacaqlarını bildirmişdir. O da razılaşaraq ərinin dediklərini etmişdir. 2018-ci ilin avqust ayında gözlənilmədən əri Cavabdeh3 həbs edilmiş, bununla əlaqədar olaraq mənzillə maraqlana bilməmişdir. Bir müddətdən sonra ona məlum olmuşdur ki, mübahisə predmeti olan mənzilə digər Cavabdeh2 adına qanunsuz olaraq keçirilmiş və bu barədə Cavabdeh1 Mənzil tikinti Kooperativinin diektoru X20 tərəfindən saxta bir müqavilə tərtib edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi, vəkil X21 izahatında bildirmişdir ki, müdafiə etdiyi şəxs hal-hazırda həmin mənzildə yaşayır. Ora nə vaxt köçmələri barədə isə məlumatı yoxdur. Müqavilə əsasında həmin mənzilə köçüblər . Burada heç iddia ərizəsi düzgün qaldırılmamışdır. Belə ki, iddianın xahiş etdim hissəsində, mübahisələndirilən müqavilə göstərilməyib. Aqşinin müqaviləsi ümumiyyətlə olmayıb. İddianın Cavabdeh2 aid hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi, vəkil X18 izahatında bildirmişdir ki, əsas olan ərizədir. Məhkəməyə sənədin kopyası verilmişdir. Cavabdeh1-in komendantı bildirir ki, onlara məhkəmədən sorğu daxil olmamışdır. Sorğu çatmamış, geri qayıtmışdır. Hər bir halda məhkəməyə sənədin əsli verilməlidir. Komendantla əlaqə saxlamışdır. MTK bildirir ki, sənəd vardır. Lakin onlara sorğu daxil olmamışdır. Telefonla əlaqə saxlamışdır. Hal-hazırda mənim müdafiə etdiyi şəxs İslam orada yaşayır. Təqdim edilən sənəd saxtadır. Sənədin əsli olmasa məsələyə hüquqi qiymət verilə bilməz. Cavabdehin bu mübahisə ilə əlaqəsi yoxdur. xxxx şirkəti ilə baş verən mənimsəmə cinayətindən xəbərsizdir. Cavabdeh2 xxxx şirkəti ilə və mənimsəmə cinayəti ilə heç bir əlaqəsi yoxdur. Aydanla İslam arasında müqavilə yəqin ki, olmuşdur. 71.250 manat İslam Aydana ödəmişdir. Proses belə olmuşdur. MTK-ya yox Aydana vermişdir. MTK isə maliyyə arayışı vermişdir ki, İslamın borcu yoxdur. Tam pul ödənilmişdir. Arayış göstərir ki, alğı-satqıda alıcı, satıcı, MTK olmuşdur. MTK prosesin iştirakçısı olmuşdur. Satma münasibətindən Aydanla İslam qarşılıqlı razılığa gəlmişlər. Həmçinin cavabdehin nümayəndəsi, vəkil iştirak etdiyi son məhkəmə iclasında bildirmişdir ki, o, özü bir həftə MTK-ya getmişdir. İddiaçının nümayəndəsi vəkilinə deyilən sözlər ona da, deyilmişdir. Otada süründürməçilik vardır. Məhkəməyə sənədlərin əsli təqdim edilməmişdir. 71250 manat pul qarşı tərəfə nəğd pul formasında verilmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 və ya nümayəndəsi məhkəməyə gəlməmiş, cəzaçəkmə müəssisəsində olan Cavabdeh3 məhkəmə iclasında iştirakının təmin edilməsini məhkəmədən xahiş etməmiş və ya nümayəndə ilə təmsil olunmamışdır. Cavabdeh1 MTK isə nümayəndəsinin məhkəmə iclasında iştirakını heç bir məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi,vəkil X12 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Cavabdeh3 hazırki iş üzrə izahatını xx xxxxxxx 2020-ci il tarixində məhkəməyə təqdim etmişdir. İzahatda qeyd edilir ki, o, həyat yoldaşı İddiaçı adından yazılan xx xxxxxx 2016-cı il tarixli ərizə ilə tanış olmuşdur. Həmin ərizəni ona 2018-ci ilin may ayında Cavabdeh1 MTKnın komendantı Mətləb adlı şəxs təqdim etmiş və ona imza atmalı olduğunu bildirmişdir. O da həmin ərizəyə imza etmişdir. Ərizədə göstərilən 71250 manat pulu nə Mətləb, nədə başqası ona təqdim etməmiş, nədə ki, özü almamışdır. Ərizə ona təqdim olunan vaxt sahibkarı X16 olan “xxxx” MTK-də “Ət məhsulları üzrə layihə rəhbəri vəzifəsində çalışmışdır. Həmin müəssisəyə də borcu olmamışdır. Buna baxmayaraq həmin müəssisədən işdən çıxıb başqa yerdə işə düzəlmək istəyirdi. Lakin o öz işini lazımi səviyədə bildiyinə və yerinə yetirdiyinə görə C.Abbasov onun işdən çıxmasına razılıq verməmişdir. Lakin o, C.Abbasovla razılaşmamış və oradan çıxmaq barədə qəti fikrini bildirmişdir. O, isə onun işdən çıxmasına mane olmaq üçün bildirmişdir ki, guya onun müəssisəyə borcu vardır. O, ondan külli miqdarda pul tələb etmişdir. O, isə pulunun olmaması səbəbindən və müəssisənin pulunu mənimsəmədiyindən bu pul tələbini yerinə yetirməkdən imtina etmişdir. Lakin o öz dediyinin üstündə dayandı, onu öldürəcəyi, həbs etdirəcəyi ilə hədələməyə başladı. O yeni işə gedəcəyi üçün, həmin iş yerində adına və nüfuzuna xələl gəlməməsi, rəhbərin onun barəsində yeni iş yerində böhtan xarakterli məlumatlar yaymasının qarşının alınması məqsədilə, ondan əl çəksin deyə həyat yoldaşına məxsus mənzili Ceyhun Abbasovun göndərdiyi şəxs Cavabdeh2 verib əvəzində guya mənzilin dəyəri olan 71250 manat pulu guya Cavabdeh2 alması barədə ərizəyə imza etmişdir. Lakin nə Cavabdeh2, nə Ceyhun Abbasov nədə ki, bir başqasından heç bir pul almamışdır. Bu işlərdən yəni mənzilin Cavabdeh2 verilməsi barədə o həyat yoldaşı İddiaçı heçnə deməmişdir. Onun sözü gedən ərizəyə imza atması barədə yoldaşının razılığı və xəbəri olmamışdır. Məhkəmə iddiaçının nümayəndəsi, vəkilinin izahatını dinləyərək, tərəflərin əvvəlki məhkəmə iclaslarındakı izahatlarını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh1 MTK-nın direktoru X2 ilə X13 arasında bağlanan xx xxxx 2014-cü il tarixli “xxxx” müqavilənin surətindən görünür ki, icraçı (MTK) Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Azadlıq prospekti 204 ünvanında tikiləcək yüksək mərtəbəli binanın 1-ci girişi, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 95 kv.m olan, 2 otaqlı, mənzili tikib sifarişçiyə satır. Həmin müqavilənin 3-cü maddəsinə əsasən alıcı müqavilə bağlanan gün 5000 manat, xx.xx.2014-cü il tarixinədək isə 45.000 manat ödəniş etməyi öhdəsinə götürür. Müqavilə üzrə son ödəniş tarixi xx xxxx 2014-cü il olaraq müəyyən edilmişdir. Cavabdeh1 MTK tərəfindən verilən xx xxx 2014-cü il tarixli, №187 saylı maliyyə arayışından görünür ki, Bakı şəhər, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 204 saylı ünvanda tikilmiş olan bina Cavabdeh1 MTK-ya məxsusdur. Bu binanın 1-ci giriş, 2-ci mərtəbəsində, ümumi sahəsi 95 kv.m olan, 2 otaqlı, 101A saylı mənzilin ümumi pay dəyərinin məbləği 71250 manat məbləğində pul alıcı X13 tərəfindən tam ödənilmişdir. xx xxxx 2014-cü il tarixli kassa mədaxil orderindən görünür ki, X13 tərəfindən Cavabdeh1 MTK-ya 5000 manat məbləğində mənzilin dəyəri üçün ödəniş edilmişdir. xx xxxx 2014-cü il tarixli kassa mədaxil orderindən görünür ki, X13 tərəfindən Cavabdeh1 MTK-ya 45000 manat məbləğində mənzilin dəyəri üçün ödəniş edilmişdir. xx xxxxx 2014-cü il tarixli kassa mədaxil orderindən görünür ki, X13 tərəfindən Cavabdeh1 MTK-ya 3000 manat məbləğində mənzilin dəyəri üçün ödəniş edilmişdir. xx xxx 2014-cü il tarixli kassa mədaxil orderindən görünür ki, X13 tərəfindən Cavabdeh1 MTK-ya 9000 manat məbləğində mənzilin dəyəri üçün ödəniş edilmişdir. xx xxx 2014-cü il tarixli kassa mədaxil orderindən görünür ki, X13 tərəfindən Cavabdeh1 MTK-ya 7000 manat məbləğində mənzilin dəyəri üçün ödəniş edilmişdir. Cavabdeh1 MTK-nın komendantı M.Əliyev tərəfindən İddiaçı Binəqədi rayonu “ASAN Xidmət” Mərkəzinə təqdim edilməsi üçün verilən xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən ünvan 6 A ünvanında yaşayır və Cavabdeh1 MTK qeyd edilən mənzilə elektrik sayğacı qoyulmasına və elektrik xəttinə qoşulmasına etiraz etmir. “xxxx” ASC tərəfindən İddiaçı yazılan məktubdan görünür ki, onun Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Azadlıq prospekti 204 saylı ünvanda Cavabdeh1 MTKya məxsus yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 101A saylı mənzilin elektrik təchizatı haqqında xx xxxxxx 2018-ci il tarixli müraciətinə baxılmış və qeyd edilən ünvanda tələb olunan gücü 8kVt olan mənzilin elektrik təchizatının təmini üçün 2060 saylı transformator məntəqəsinin (TM) 0,4 kV-luq paylayıcı qurğusundan qidalanan Cavabdeh1 MTK-nın paylayıcı lövhəsinin müvafiq yerində sayğac komplekti quraşdırılmalı və oradan yükə uyğun 1 KV-luq kabel xəttinin çəkilməsi qərara alınmışdır. Bakı şəhər Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilən xx xxxx 2014-cü il tarixli, AZ-İ seriyalı, 955429 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 ilə X13 arasında xx xxxx 2014-cü il tarixində nikah bağlanmış, bu barədə nikah bağlanması haqqında akt qeydləri kitabında 623 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Rəhimov”, arvada “Rəhimova” soyadı verilmişdir. İddiaçı tərəfindən Cavabdeh1 MTK-nın rəhbərliyinə yazılan xx xxxxxx 2016-cı il tarixli ərizədən görünür ki, O, MTK rəhbərliyindən M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 204 ünvanda ona məxsus 1-ci giriş, 2-ci mərtəbə, 2 otaqlı, 95 kv.m sahəsi olan, 101A saylı mənzili 71250 manata Cavabdeh2 satdığı üçün onu kooperativ üzvlüyündən azad edərək, Cavabdeh2 üzvlüyə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 MTK-nin direktoru X20 ilə Əhmədzadə İslam Əhməd oğlu arasında bağlanan xx xxxxxx 2016-cı il tarixli 202 nömrəli “xxxx” müqavilənin surətindən görünür ki, icraçı (MTK) Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Azadlıq prospekti 204 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın 1-ci girişi, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 95 kv.m olan, 2 otaqlı, 101 A saylı mənzili alıcıya təhvil verməyi öhdəsinə götürür. Həmin müqavilənin 3-cü maddəsinə əsasən alıcı müqavilə bağlanan gün mənzilin dəyəri olan 71250 manat pul vəsaitini ödəmişdir. Cavabdeh1 MTK tərəfindən verilən xx xxxxxx 2016-cı il tarixli, № 202 saylı maliyyə arayışından görünür ki, Bakı şəhər, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 204 saylı ünvanda tikilmiş olan bina Cavabdeh1 MTK-ya məxsusdur. Bu binanın 1-ci giriş, 2-ci mərtəbəsində, ümumi sahəsi 95 kv.m olan, 2 otaqlı, 101A saylı mənzilin ümumi pay dəyərinin məbləği 71250 manat məbləğində pul alıcı Cavabdeh2 tərəfindən tam ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat İdarəsinin rəisi baş ədliyyə müşaviri Mehman Soltanov tərəfindən məhkəmənin xx xxxxxxxx 2019-cu il tarixli, 2(001)- 5571/2019 saylı sorğusuna verilən cavabdan görünür ki, vətəndaş İddiaçı adından Cavabdeh3 adına etibarnamə verilib-verilməməsi barədə “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində etibarnamə verilməsinə dair notariat hərəkətinin aparılması barədə məlumat aşkar edilməmişdir. Məhkəmə tərəfindən 2(001)-5571/2019 saylı mülki iş üzrə mübahisənin düzgün həll edilməsi üçün iş üzrə Cavabdeh1 MTK-ya xx xxxxxxxx 2019-cu il tarixində sorğu ünvanlanmış və Cavabdeh1 MTK tərəfindən Bakı şəhər, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 204 saylı ünvanda tikilmiş binanın 1-ci giriş, 2-ci mərtəbəsində, ümumi sahəsi 95 kv.m olan, 2 otaqlı, 101A saylı mənzillə bağlı aparılmış əməliyyatları və tərəflər arasında bağlanmış bütün müqavilələri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə mümkün qədər qısa müddət ərzində məlumat verilməsi xahiş edilmişdir. Tələb olunan sübut məhkəməyə təqdim edilmədiyindən təkrarən 2(001)-5571/2019 saylı mülki iş üzrə Cavabdeh1” MTK tərəfindən Bakı şəhər, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 204 saylı ünvanda tikilmiş binanın 1-ci giriş, 2ci mərtəbəsində, ümumi sahəsi 95 kv.m olan, 2 otaqlı, 101A saylı mənzillə bağlı aparılmış əməliyyatları və tərəflər arasında bağlanmış bütün müqavilələrin surətlərinin məhkəməyə göndərilməsi tələb olunmuş, əks halda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.4-cü maddəsinə əsasən tələb olunan sübutu üzrsüz səbəbdən təqdim etmədikləri təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada cərimələnəcəkləri barədə xəbərdarlıq edilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-5571/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mənzilin boşaldılması və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 2(001)-5571/2019 saylı mülki iş üzrə xx xxxxxx 2020-ci il tarixli 32211 saylı məhkəmə ekspertizasının rəyindən görünür ki, əksi ekspertizaya təqdim edilmiş, mülki işin 20-ci vərəqələrində olan xx xxxxxx 2016-cı il tarixli Cavabdeh1 MTK-nın rəhbərliyinə ünvanlanan ərizənin kserosurətinin aşağı sol hissəsində “Satan” qrafasında olan imza İddiaçı tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 124 manat təşkil edir. İddiaçı xx xxx 2020-ci il tarixində notarial qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə razılığa gəldiyindən iddiadan imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-289/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mənzilin boşaldılması və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinasının qəbul edilməsi, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-289/2020 saylı mülki işin icraatında xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(103)-6392/2020 saylı qərarı ilə İddiaçı nümayəndəsi və vəkil X4 şikayətinin təmin edilməsi, iş üzrə Bakı şəhəri Binqədi Rayon Məhkəməsinin 2(001)-289/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadın ləğv edilməsi və mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki işin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Beləliklə müəyyən edilir ki, mübahisə Cavabdeh1 MTK tərəfindən Bakı şəhər, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 204 saylı ünvanda tikilmiş binanın 1-ci giriş, 2-ci mərtəbəsində, ümumi sahəsi 95 kv.m olan, 2 otaqlı, 101A saylı mənzillə bağlıdır və işin faktiki halları aşağıdakılardan ibarətdir. 1.X1 mübahisə predmetini təşkil edən mənzilin 2014-cü ildə onun tərəfindən nikaha daxil olmadan alındığını və bu səbəbdən birgə nikah dövrünə aid olan əmlak olmadığını, mənzilin satılması üçün heç kəsə etibarnamə vermədiyini, mənzilin satılması ilə bağlı razılıq ərizəsinə özünün qol çəkmədiyini bu səbəbdən də Bakı şəhəri, Binəqədi şossesi, Azadlıq prospekti 204 saylı ünvandaki 1-ci giriş, 2-ci mərtəbədə yerləşən, ümumi sahəsi 95.0 kv.metr olan iki otaqlı, 101 A saylı mənzilin tikintisi haqqında Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli 202 saylı müqavilənin etibarsız sayılması, həmin mənzilin boşaldılması və onun yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. 2.Cavabdeh2 nümayəndəsi,vəkili iddia tələbini qəbul etmədiyini mənzilin satılmasına iddiaçının razılığı olduğunu, mənzilin dəyərinin yəni 71250 manat məbləğində pul vəsaitinin İddiaçı ödənildiyini, cavabdeh X6 Cavabdeh3 Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi təqsirləndirildiyi cinayət işi ilə heç bir əlaqəsinin olmadığını bildirərək, iddianın rədd edilməsini xahiş edir.

3. 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Cavabdeh3 məhkəməyə ünvanladığı izahatında bildirir ki, mübahisəli mənzilin satılmasına həyat yoldaşının razılığı olmamış, həmin mənzilin satılmasına dair ərizəyə ona göstərilən təzyiqlər nəticəsində yoldaşı adından özü imza etmiş, ərizədə qeyd olunan mənzilin dəyər isə ona ödənilməmişdir. Məhkəmə tələbin mahiyyətini və iddiaçının Cavabdeh3 arvadı olmasını nəzərə alaraq, ilk öncə MTK-dan alınan mənzilin ilkin olaraq kimin mülkiyyətində olmasını, həmçinin mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak olub-olmamasını müəyyən edilməsini zəruri hesab edir. Bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxxx 2010-cu il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası MM-nin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Normanın məzmunundan göründüyü kimi mülki qanunvericiliyin digər maddələrindən fərqli olaraq bu maddədə kooperativ üzvünün əmlak üzərində mülkiyyət hüququnun yaranması əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla deyil, pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir. Konstitusiya Məhkəməsi sözügedən maddənin məzmununun aydınlaşdırılması üçün qeyd edir ki, Kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Bundan başqa qeyd edilir ki, 2009-cu il oktyabr ayının 1-dən qüvvəyə minmiş, digər vacib məsələlərlə yanaşı özəl mənzil fonduna daxil olan yaşayış sahələrindən istifadə edilməsi, mənzil-tikinti kooperativlərinin yaradılması və fəaliyyəti, onların üzvlərinin hüquq və vəzifələrini tənzimləyən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) bəzi müddəaları da diqqətəlayiqdir. Mənzil Məcəlləsinin 112-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113-cü maddəsinə əsasən şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənziltikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Son olaraq Konstitusiya Məhkəməsinin plenumu belə bir nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Bundan əlavə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. İşin faktiki halları ilə müəyyən edilir ki, Cavabdeh1” MTK tərəfindən Bakı şəhər, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 204 saylı ünvanda tikilmiş binanın 1-ci giriş, 2-ci mərtəbəsində, ümumi sahəsi 95 kv.m olan, 2 otaqlı, 101A saylı mənzilin dəyəri iddiaçı X13 tərəfindən Cavabdeh1 MTK-ya müxtəlif tarixlərdə yəni xx xxxx 2014-cü il tarixində 5000 manat, xx xxxx 2014-cü il tarixində 45000 manat, xx xxxxx 2014cü il tarixində 3000 manat, xx xxx 2014-cü il tarixində 9000 manat və xx xxx 2014-cü il tarixində isə 7000 manat məbləğində mənzilin dəyəri üçün ödənişlər edilmişdir. Cavabdeh1 MTK tərəfindən isə ona qeyd edilən mənzilin pay dəyərinin tam ödənilməsi barədə xx xxx 2014-cü il tarixində 187 №-li arayış verilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən mənzilin dəyərinin tam şəkildə ödənilməsi xx xxx 2014-cü il tarixində verilən maliyyə arayışı ilə təsdiq olunduğundan həmin tarixdən etibarən iddiaçı Rəhimova (Əhmədova) Aydan Bayram qızının həmin mənzindən istifadə və sahiblik hüququ yaranmışdır. Bakı şəhər Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilən xx xxxx 2014-cü il tarixli, AZ-İ seriyalı, 955429 saylı nikah haqqında şəhadətnaməyə əsasən isə Cavabdeh3 ilə X13 arasında xx xxxx 2014-cü il tarixində nikah bağlanmışdır. Beləliklə, məhkəmə mübahisəli mənzilin birgə nikah dövründə əldə olunmuş əmlak olmadığı və mənzilin nikahadək iddiaçıya məxsus olması qənaətinə gəlir. Məhkəmə iş üzrə Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanan xx xxxxxx 2016-cı il tarixli, 202 saylı müqaviləyə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. -324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. -331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. -337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. -337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. -337.3-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. -337.4-ci maddəsinə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. -337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. -340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. -340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. -405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. -407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. -407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Cavabdeh2 nümayəndəsi, vəkil mübahisəli mənzili İddiaçı aldığını, iddiaçıya 71250 manat ödəniş etdiyini, bunun nəticəsində MTK ilə arasında mənzil tikintisinə dair müqavilə bağlandığını bildirsə də, iddiaçı Cavabdeh2 ilə arasında heç bir alğı-satqı müqaviləsinin bağlanmadığını, evin satılmasına razılıq vermədiyini, onun adından MTK-ya yazılan ərizədə göstərilən imzanın onun imzası olmadığını qeyd edir. Həmçinin iş üzrə Cavabdeh3 məhkəməyə ünvanladığı izahatında qeyd etmişdir ki, mənzilin satılmasına dair MTK-ya yazılan razılıq ərizəsində imza onun arvadı tərəfindən yox özü tərəfindən icra olunmuşdur. Belə ki arvadının mənzilin satılmasından xəbəri olmamış və mənzilin satılması üçün ona etibarnamə verilməmişdir. Mübahisəli məsələnin aydınlaşdırılması üçün məhkəmə tərəfindən məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən xx xxxxxx 2020-ci il tarixli 32211 saylı ekspert rəyi ilə əksi ekspertizaya təqdim edilmiş, mülki işin 20-ci vərəqələrində olan xx xxxxxx 2016-cı il tarixli Cavabdeh1 MTKının rəhbərliyinə ünvanlanan ərizənin kserosurətinin aşağı sol hissəsində “Satan” qrafasında olan imza İddiaçı tərəfindən yox başqa şəxs tərəfindən icra olunması müəyyən edilmişdir. Məhkəmə həmçinin xx xxxxxx 2016-cı il tarixli ərizəyə imza etməsi ehtimal olunan cavabeh Cavabdeh3 Hüseyn oğluna İddiaçı tərəfindən etibarnamə verilib-verilməməsini aydınlaşdırmaq məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat İdarəsinə xx xxxxxxxx 2019-cu il tarixində sorğu ünvanlamışdır. Sorğuya verilən xx xxxxxxxx 2019-cu il tarixli 05/5325-11 saylı cavab məktubu ilə cavabeh Cavabdeh3 Hüseyn oğluna İddiaçı tərəfindən etibarnamə verilmədiyi müəyyən edilmişdir. Məhkəmə əvvəla qeyd edir ki, işin hallarından görünən odur ki, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında “xxxx” xx xxxxxx 2016-cı il tarixli, 202 saylı müqavilə formal olaraq bağlanmışdır və bunun əsasında verilən maliyyə arayışı da formal olaraq verilmişdir. Belə ki, əslində MTK-dan alınmış mənzilə dair pay haqqının alqı-satqısının MTK-nın vasitəçiliyi ilə yeni müqavilə bağlanması kimi rəsmiləşdirilmişdir. Yəni ehtimal olunur ki, pay haqqını tam ödəmiş MTK-nın üzvü ərizə yazaraq üzvlükdən azad edilməsini və digər şəxsin üzvlüyə qəbul edilməsini xahiş etməklə həmin şəxsin üzvlüyə qəbul edilməsinə nail olmağa çalışmışdır. Xülasə ehtimal olunur ki, mənzilin satıcısı, alıcısı və MTK Mülki Məcəllənin 112ci maddəsinin tələblərinə əməl edilmədən alıcının kooperativin üzvlüyünə qəbul edilməsi üçün bu yolla müqaviləni rəsmiləşdirmişlər. Məsələyə bu baxımdan yanaşıldıqda həmin müqavilənin uydurma və yalan əqd hesab olunması üçün əsas müəyyən edilmir. Belə ki, kooperativ üzvlüyünə qəbulun bu formada rəsmiləşdirilməsi hazırki reallıqda tez-tez rast gəlinən və yolverilən haldır. Bu nöqteyi nəzərdən müqaviləni Mülki Məcəllənin müəyyənləşdirilmiş şərtlərinin pozulması ilə bağlanması kimi qiymətləndirmək olmaz. Eyni zamanda işin mübahisələndirilən hallarından biri olan müqavilə üzrə ödənişin MTK-ya, iddiaçıya və ya iddiaçının ərinə hansı formada ödənilməsinin qeyri-müəyyənliyi də hazırki mübahisədə müqavilənin yalan və ya uydurma əqd kimi etibarsız hesab olunması üçün əsas hesab edilə bilməz. Belə ki, kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir.(MM 435) Məhkəmə həmçinin o səbəbdən alqı-satqının qiymətinin hansı formada icra edildiyinə diqqət çəkir ki, işin hallarından, tərəflərin izahatlarından, icraata xitam verilməsi ilə bağlı qərardaddan verilən şikayətin əsaslarından və.s-dən mənzillə bağlı yaranmış mübahisənin Cavabdeh3 Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ilə bağlı olduğu ehtimal olunur. Hərçənd ki, iddiaçının və Cavabdeh2 nümayəndələri məhkəmə iclasındakı izahatları ilə mübahisənin cinayət işi ilə bağlılığını birbaşa etiraf etməmişlər. Halbuki, mübahisənin Cavabdeh3 barəsində olan cinayət işi ilə əlaqədar olması açıq aydın görünsə də, Cavabdeh2 nümayəndələrinin bu halı təkidlə inkar etməsi şübhə doğuraraq yaranmış mübahisənin qeyd edilən cinayət işi ilə bağlı olması barədə məhkəmənin qənaətini gücləndirir. Hər bir halda, əgər mübahisəli mənzil Cavabdeh3 mülkiyyəti olsaydı və ya mənzil mülkiyyətçinin razılığı ilə öhdəliyin əvəzi qismində verilsəydi, onda müqavilənin etibarsızlığından söhbət gedə bilməzdi və əslində mübahisə olmazdı. Bununla bağlı öhdəliyin əvəzləşdirilməsinin, hətta öhdəliyin üçüncü şəxs tərəfindən icrasının mümkünlüyü qanunvericiliklə təsbit olunmuşdur.(MM 431,540) Lakin işin hallarından göründüyü kimi həmin mənzil nə Cavabdeh3 mülkiyyəti olmuş, nə mənzilin alqısatqısına iddiaçının razılığı olmuş, nə də ki Cavabdeh3 mənzilin satılmasına dair etibarnəmə verilmişdir. Belə ki, cavabdehlərdən, xüsusilə Cavabdeh1 MTK-dan mübahisəli mənzilin Cavabdeh2 adına rəsmiləşdirilməsinə əsas olan sənədlər istənilmiş, lakin həmin sənədlərin əslləri məhkəməyə təqdim edilməmişdir. Nəhayət iş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş razılıq ərizəsinin surəti ilə bağlı məhkəmə-xətşünaslıq ekspertizası keçirilmiş və həmin razılıq ərizəsinin(xx.xx.2016-ci il tarixli) iddiaçı tərəfindən imzalanmaması müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh3 izahatında etiraf etmişdir ki, həmin ərizəyə iddiaçının yerinə o imza atmışdır. Məhkəmə Cavabdeh3 izahatına iddiaçı ilə qohumluq əlaqələrinə əsasən tənqidi yanaşsa da, bu halı təqzib edən hər-hansı sübut Cavabdeh2 tərəfindən təqdim edilməmiş, əksinə cavabdeh X7 bildirdikləri işin halları ilə uyğunluq təşkil etmişdir. Bu baxımdan məhkəmə o qənaətə gəlir ki, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında “xxxx” xx xxxxxx 2016-cı il tarixli, 202 saylı müqavilə səlahiyyəti olmayan şəxs tərəfindən əşyaya dair sərəncam verilməsi kimi qiymətləndirilməli və bu əsasla müqavilə etibarsız hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 358.1-ci maddəsində qeyd edilmişdir ki, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Həmin Məcəllənin 358.2-ci maddəsində isə qeyd edilmişdir ki, əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Göründüyü kimi Cavabdeh1 MTK ilə iddiaçı X13 arasında “xxxx” xx xxxx 2014-cü il tarixli, 187 saylı müqavilə bağlandığı və bununla bağlı pay haqqının tam ödənilməsi barədə maliyyə arayışı verildiyi vaxtdan mənzilə dair sahiblik, istifadə və qanunvericilikdə nəzərdə tutulmuş hallarda sərəncam səlahiyyəti iddiaçı Rəhimova(Əhmədova) Aydan Bayram qızına keçmişdir. Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında “xxxx” xx xxxxxx 2016-cı il tarixli, 202 saylı müqavilə bağlandığı zaman MTK-nın əşyaya dair sərəncam verməsi üçün səlahiyyəti olmamış, səlahiyyətli şəxsin razılığı isə alınmamışdır. Sonradan da səlahiyyətli şəxs bunu bəyənməmişdir. Cavabdeh3 müqavilənin bağlanmasına razılıq verməsi təsdiq olunmuş olsa belə, yəni razılıq ərizəsinin onun tərəfindən imzalanması öz təsdiqini tapsa belə, onun da səlahiyyətli şəxs olması işin halları ilə təqzib edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri, Binəqədi şossesi, Azadlıq prospekti, 204 saylı ünvandakı 1-ci giriş, 2-ci mərtəbədə yerləşən ümumi sahəsi 95 kv.m olan iki otaqlı 101 A saylı mənzilin tikintisi haqqında Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli 202 saylı müqavilə etibarsız hesab edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Cavabdeh2 tərəfindən nə iddiaçıya, nə Cavabdeh1 MTK-ya hər hansı pul məbləğinin verilməsi işin halları ilə müəyyən edilmədiyindən əqdin etibarsızlığının nəticələri ilə bağlı(restitusiya) məsələyə qiymət verilməsi mümkün deyildir.(MM 337.5) Lakin məhkəmə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh2 ilə digər cavabdeh X17 arasında açıq qalmış hər hansı öhdəlik münasibətləri mövcuddursa bununla bağlı müstəqil qaydada iddia verilməsi imkanı istisna edilməmişdir. Məhkəmə iddia tələbinin mübahisəlin mənzilin boşaldılması və iddiaçının yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə həmin mənzilə köçürülməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən Mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi mənzilin boşaldılaraq iddiaçının yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə həmin mənzilə köçürülməsi ilə bağlı hissəsində də əsaslıdır. Belə ki, mənzil qanuni olaraq İddiaçı məxsusdur, Cavabdeh2 mənzilə dair müqaviləsi etibarsız hesab olunduğundan onun mənzilə sahibliyi qanunsuzdur. Odur ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Azadlıq pr-ti 204 saylı ünvandakı binanın 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 95,0 kv.metr olan iki otaqlı 101 a saylı mənzil boşaldılmalı, iddiaçı yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Azadlıq pr-ti 204 saylı ünvandakı binanın 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 95,0 kv.metr olan iki otaqlı 101 a saylı mənzilə köçürülməlidirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Azadlıq pr-ti 204 saylı ünvandakı binanın 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 95,0 kv.metr olan iki otaqlı 101 a saylı mənzilin tikintisi haqqında Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli 202 saylı müqavilə etibarsız hesab edilməli, həmin mənzil boşaldılmalı, İddiaçı yetkinlik yaşına çatmayan uşaqları (xx xxxxxx 2015-ci il təvəllüdlü X19 və xx xxxxxx 2018-ci il təvəllüdlü X15) ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Azadlıq pr-ti 204 saylı ünvandakı binanın 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 95,0 kv.metr olan iki otaqlı 101 a saylı mənzilə köçürülməlidir.Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir.

Ekspertiza tədqiqatının ümumi dəyərini təşkil edən 124 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 MTK-dan, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq dövlət gəlirlərinə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Azadlıq pr-ti 204 saylı ünvandakı binanın 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 95,0 kv.metr olan iki otaqlı 101 a saylı mənzilin tikintisi haqqında Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli 202 saylı müqavilə etibarsız hesab edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Azadlıq pr-ti 204 saylı ünvandakı binanın 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 95,0 kv.metr olan iki otaqlı 101 a saylı mənzil boşaldılsın. İddiaçı yetkinlik yaşına çatmayan uşaqları (xx xxxxxx 2015-ci il təvəllüdlü X19 və xx xxxxxx 2018-ci il təvəllüdlü X15) ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Azadlıq prospekti 204 saylı ünvandakı binanın 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 95,0 kv.metr olan iki otaqlı 101 a saylı mənzilə köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının ümumi dəyərini təşkil edən 124 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 MTK-dan, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar