Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3044/2021 24.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, İddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil1 oğlunun, Cavabdeh1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Sumqayıt şəhər 3 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 2 saylı Ərazi İdarəsinə qarşı müqavilənin bağlanmamış hesab edilməsi, etibarnamənin etibarsız hesab edilməsi, alqı-satqı müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında, məhkəmənin binasında baxaraq, müəyyən etdi: İddiaçı İsayev Turab Musa oğlu cavabdehlər Cavabdeh2, Cavabdeh1, Sumqayıt şəhər 3 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 2 saylı Ərazi İdarəsinə qarşı müqavilənin bağlanmamış hesab edilməsi, etibarnamənin etibarsız hesab edilməsi, alqı-satqı müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onun əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışa əsasən Sumqayıt şəhəri,1-ci mikrorayon, ev 7/10, mənzil 42 iddiaçının mülkiyyətində olmuşdur. ƏMDK yanında DƏDRX tərəfindən Cavabdeh2 adına verilmiş ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllədə yerləşən 0,0774 ha torpaq sahəsi və üzərindəki 2 mərtəbəli, yaşayış sahəsi 206,64 kv.m, yardımçı sahəsi 107,43 kv.m olan fərdi yaşayış evi Cavabdeh2 mülkiyyətinə verilmişdir. İddiaçı cavabdehlərdən Cavabdeh2 əri Cavabdeh1 ilə razılığa gəlmişdir ki, onun tərəfindən 30000 manat verməklə evlərini dəyşdirsinlər. İddiaçı kürəkəni X2 bu işləri görmək üçün etibarnamə və cavabdehlərə vermək üçün 30000 manat vermişdir. X4 da, iddiaçının ona verdiyi etibarnamə üzrə səlahiyyətləri və 30000 manatı Cavabdeh2 və Cavabdeh1 vermişdir. Onlar faktiki olaraq evləri dəyişdirmişlər. Cavabdehlər öz evlərini sənədləri ilə birlikdə ididaçıya, ididaçı da evini sənədləri ilə birlikdə onlara vermişdir. İddiaçı ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşadığı üçün evi öz adına vaxtında sənədləşdirə bilməmişdir. Cavabdeh2 isə ona verilmiş etibarnamə əsasında evi 30.10.2009-cu il tarixdə digər cavabdeh olan əri Cavabdeh1 satmışdır. Bu alqı-satqı Sumqayıt şəhəri 3 saylı notariat kontorunda baş tutmuşdur və müqavilə notarius tərəfindən təsdiq olunmuşdur. İddiaçının təxminən 2-3 ay olar ki, bu müqavilənin bağlanmasından məlumatı olmuşdur. Belə ki, iddiaçı Cavabdeh1 ilə telefon vasitəsilə danışıqlar aparanda ona məlumat vermişdir. Belə olan təqdirdə iddiaçı onun Saray qəsəbəsində iddiaçıya verdiyi ev və torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsinə köməklik etməsini xahiş edəndə o iddiaçıya bildirmişdir ki, iddiaçı ona əlavə pul verməlidir. İddiaçı ona bildirmişdir ki, onların danışığında 30000 manatdan artıq pul olmayıb. O, isə guya belə danışıq olub və bu səbəbdən də o, iddiaçıya verdikləri etibarnaməni ləğv etdirdiklərini bildirmişdir. Belə olan halda iddiaçı da, bildirmişdir ki, o da etibarnaməni ləğv etdirəcəkdir, həmin vaxtı o iddiaçıya iddiaçının ona verdiyi etibarnamənin artıq əhəmiyyəti olmadığını bildirmiş, çünki onlar artıq mənzili mülkiyyətlərinə keçirmişlər. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı ilə Cavabdeh1 2009-cu ildə mənzillərini dəyişdirməyə razılaşmışlar. Razılıqa əsasən iddiaçı mülkiyyətində olan 3 otaqlı mənzili və 30000 manat pulu cavabdehə verməli, Cavabdeh1 arvadı Cavabdeh2 isə mülkiyyətində olan fərdi yaşayış evini iddiaçının mülkiyyətinə verməli idi. Bu razılıqdan sonra iddiaçı xaricdə yaşadığı üçün oradan Cavabdeh2 adına etibarnamə göndərmiş, həmçinin nikahda olduğu üçün arvadınında razılıqını rəsmiləşdirərək qızının əri Ramin Məmmədov vasitəsi ilə Cavabdeh2 və Cavabdeh1 çatdırmışdır, bununla yanaşı əlavə olaraq 30000 manat puluda Ramin Məmmədov vasitəsi ilə Tələtə göndərmişdir. Qarşı tərəf isə fərdi yaşayış evlinə dair çıxarış və texniki pasportun əslini, evin açarlarını onlara vermiş və Cavabdeh2 evə dair Ramin Məmmədova 30 illik etibarnamə vermiş, sonuncuda öz növbəsində həmin etibarnamə üzrə səlahiyyətləri İddiaçı vermişdir. Bundan sonra iddiaçı xaricdə olduğu üçün fərdi yaşayış evini vaxt edib mülkiyyətinə keçirə bilməmiş, yalnız 2010-cu ildə iddiaçı və arvadı Gülmayə İsayeva Azərbaycanda olarkən əvvəlki 3 otaqlı mənzillərindən pasport qeydiyyatından çıxaraq, artıq özlərininki hesab etdikləri Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllədə yerləşən fərdi yaşayış evinə pasport qeydiyyatına düşmüşlər. Həmin fərdi yaşayış evi yaşayış üçün tam hazır olmadığına görə, onlar Azərbaycanda olan müddətdə orada yaşamamışlar. Lakin gedib evə baş çəkmişlər və gələcəkdə təmir edib yaşamaq fikrində olmuşlar. Bndan sonra iddiaçı yenə daimi işlədiyi xarici dövlətə qayıtmış və növbəti dəfə Azərbaycana gəldikdə mənzili özününkiləşdirmək, yəni arvadına alqı-satqı etmək istəyərkən notariatda ona bildirmişlər ki, mənzili alqı-satqı etmək üçün mənzilin real dəyəri notariusun depozit hesabına alıcı tərəfindən mədaxil edilməli, sonra isə həmin vəsait satıçı tərəfindən götürülməlidir. Həmin vaxt mənzilin dəyəri olan təxmini 60-70 min manat nəğd pul iddiaçıda olmadığı üçün bu əməliyyatı etmək mümkün olmamışdır. Qeyd ediləndən xeyli müddət keçdikdən sonra 2020-ci ilin payız aylarında mənzili alqı-satqı etmək istəyərkən onlara məlum olmuşdur ki, Cavabdeh2 tərəfindən fərdi yaşayış evinə dair verilmiş 30 illik etibarnamə etibar edən tərəfindən ləğv edilmişdir. Eyni zamanda cavabdehlər tərəfindən evin açarları dəyişdirilmişdir. Bubunla əlaqədar Cavabdeh1 müraciət etmişlər, sonuncu bildirmişdir ki, onun evinin qiyməti razılaşdıqlarından xeyli baha olduğu üçün bu addımı atıblar, iddiaçı ona əlavə pul versə razılaşmanı həyata keçirə bilərlər. İddiaçı bununla razılaşmamış və müəyyən etmişdir ki, onun mənzilini artıq onun adından Cavabdeh2 əri Cavabdeh1 alqı-satqı etmişdir. İddiaçı bundan sonra Məhkəməyə müracit etmişdir. Məhkəmə gedişatındada mübahisəni məhkəmədənkənar həll etmək məqsədi ilə, Cavabdeh1 zəng etmiş və sonuncu ona bildirmişdir ki, mənzili 32000 manat əvəzi qəbul etmiş, bundan əlavə iddiaçının qohumu Ramin Məmmədov tərəfindən ona göndərilən 30000 manatı almışdır, lakin onların fərdi yaşayış evinin dəyəri 125000 manatdır və ona görədə onlara əlavə pul verilməlidir, əslində isə 2009-cu ildə əldə edilmiş razılaşma belə olmamışdır, razılaşmaya əsasən iddiaçı 3 otaqlı mənizlini və 30000 manat pul verməli idi, cavabdehlər isə fərdi yaşayış evlərini iddiaçıya verməli idilər. İddiaçı razılaşmaya tam riayət etmiş, cavabdehlər isə etməmişlər və iddiaçını aldatmışlar. İddiaçı eyni zamanda məhkəməyə Cavabdeh1la məhkəmə gedişatında apardığı danışıqların audio səs yazısnı təqdim etdi və qeyd etdi ki, həmin yazıda cavabdeh açıq-aşkar qeyd edir ki, iddiaçıdan əvvəzsiz olaraq mənzili və 30000 manat əlavə pul almışdır, lakin fərdi yaşayış evini ona görə vermir ki, evin qiyməti bahadır. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi bildirdi ki, iddiaçının iddia ərizəsində göstərilən hadisələr baş verməmişdir və iddia tələbi əsasızdır. Cavabdehlər Sumqayıt şəhəri 1-ci mikrorayonda yerləşən 7/10 saylı evin 42 nömrəli mənzilini 32000 manat pul verilməklə alqı-satqı müaqviləsinə əsasən İddiaçıdən almışlar. Razılıqa əsasən İddiaçı xaridə yaşadığı üçün onlara etibarnamə və arvadının razılıqını göndərmiş, bunun əsasında cavabdehlər öz aralarında alqı-satqı etmişlər və mənzilin dəyərini yəni, İddiaçı çatacaq pulu onun qızının əri Ramin Məmmədova vermişlər. Bundan sonra cavabdehlər özlərinə məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllədə yerləşən 0.0774 ha torpaq sahəsi və üzərindəki 2 mərtəbəli, yaşayış sahəsi 202.64 kv.m, yardımçı sahəsi 107.43 kv.m olan fərdi yaşayış evi satışa çıxarmışlar və bu barədə Sumqayıt şəhərində alqı-satqı ilə məşğul olan şəxslərə məlumat vermişlər. Bir müddət sonra, əvvəl mənzilini aldıqları İddiaçı kürəkəni X3 maklerlərin vasitəsi ilə onlarla görüşmüş və qaynatasının fərdi yaşayış evi almaq istədiyini bildirmişdir. Bundan sonra Ramin evə baxmış və aralarında olan şifahi razılaşmaya əsasən onlara 5000 manat beh vermişdir. İddiaçının kürəkəni Məmmədov Ramin cavabdehlərə İddiaçı Russiya Federasiya olduğunu demişdir və evin sənədləri qaynatasına göstərilməsi məqsədi ilə ona verilməsini xahiş etmişdir. Cavabdehlər Məmmədov Raminə evin sənədləri və gələcəkdə evin sənədlərin rəsmiləşdirilməsi ilə əlaqədar etibarnamə vermişlər. Lakin cavabdehlər iddiaçıdan və onun kürəkindən heç bir xəbər gəlmədiyi halda verilmiş etibarnaməsini ləğv edilməsinə qərara gəlmişdilər. Onların arasında evlərin dəyişdirilməsi barədə heç bir razılıq olmamışdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Eyni zamanda cavabdehlərin nümayəndəsi məhkəməyə ərzizə təqdim edərək mübahisə edilən əqdin 12 il qabaq bağlandığını əsas gətirərək iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirdi ki, iddiaçının iddia ərizəsində göstərdiyi hadisələr baş verməmişdir. Onların arasında evlərin dəyişdirilməsi barəsində heç bir razılıq olmamışdır. O, İddiaçı tanımır. İddiaçının kürəkənini Məmmədov Ramini tanıyır və bütün danışıqları Raminlə aparmışdır. O, Sumqayıt şəhərində ev almaqa qərara gələrkən maklerlərin vasitəsi ilə Raminlə tanış olmuşdur. Həmin vaxt Ramin ona qaynatasının öz evini satdığını bildirmişdir. İddiaçı məxsus mənzili-yəni Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən 7/10 saylı evin 42 nömrəli mənzilini 32000 manat pul verməklə alqı-satqı müqaviləsinə əsasən onun kürəkəni Raminin vasitəsi ilə almışdır. Bundan sonra yoldaşı Cavabdeh2 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllədə yerləşən 0.0774 ha torpaq sahəsini və üzərindəki 2 mərtəbəli, yaşayış sahəsi 202 .64 kv.m, yardımçı sahəsi 107.43 kv.m olan fərdi yaşayış evini 125000 manata satışa qoymuşdur. İddiaçının kürəkəni X3 maklerlərin vasitəsi ilə ona bildirmişdir ki, onun qaynatası həyat evi almaq istəyir və aralarında razılığa əsasən Ramindən 5000 manat beh almışdır, qalan məbləğ isə evin sənədləri hazır olduqdan sonra veriləcəkdi. İddiaçının kürəkəni Məmmədov Ramin ona qaynatası İddiaçı Rusiya Federasiyasında olduğunu demişdir və evin sənədlərini qaynatasına göstərmək məqsədi ilə ona verməsini xahiş etmişdir. O, Məmmədov Raminə inanıb evin sənədlərini və gələcəkdə evin sənədlərinin rəsmiləşdirilməsi ilə əlaqədar arvadı Kəmalə etibarnamə vermişdir, həmçinin evin açarını da ona vermişdir. Ramin dəfələrlə onu aldadaraq vaxtı uzadaraq demişdir ki, qaynatası ilə probmləri var, tezliklə pulun hamısını qaytaracağını bildirmişdi və ona vaxt verməsini xahiş etmişdir. Lakin sonra Ramindən heç bir xəbər gəlmədiyi halda Kəmalə verdiyi etibarnaməni ləğv etdirmişdir. Bundan sonra məhkəmə gedişatında Ramin ona kömək etməyini xahiş etdi, yəni qaynatası onunla əlaqə saxlayacaq və o, Turaba deməlidir ki, 125000 manat pul məbləğindən 62000 manatı onun kürəkəni Ramindən almışdır. O da, Raminin xahişini yerinə yetirmişdir. Bunları nəzərə alaraq, iddia tələbini təmin edilməməsini xahiş edir. İddiaçının və ailə üzvlərinin onların evlərinə qeydiyyata düşməyindən xəbərləri olmamışdır. Hesab edir ki, iddiaçı və arvadı etibarnamədən istifadə edərək qeydiyyata düşüblər. Heç nədən ehtiyat etməyərək iddiaçıya etibarnamə və sənədlərin əslini vermələrini onunla izah edir ki, ev arvadı Kəmalənin mülkiyyətindədir və onlar ər-arvad olduqları üçün həmin əmlakın Turab tərəfindən özününkiləşdirməsi onun razılıqı olmadan mümkün olmazdı, ona görədə, etibarnaməni tam əminliklə vermişlər və artıq gördükdəki behdən əlavə vəsait iddiaçı tərəfindən verilmir etibarnamənu ləğv elətdirmişlər. Etibarnaməni 9 il sonra ləğv elətdirdiklərinidə yenə eyni qaydada izah verərək, Turabın onun razılıqı olmadan evlə hər-hansı bir əməliyat edə bilməyəcəyinə əmin olduğu ilə izah etmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki, mülki işə onların iştrakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində izahat verən X3 bildirdi ki, 2009-cu ildə Rusiyada yaşayan və işləyən qaynatası İddiaçı gələcəkdə Azərbaycanda yaşaması üçün fərdi yaşayın evi almaq istədiyini ona bildirdi və bu işlərdə ona köməklik etməsini xahiş etdi. O, bir müddət ev axtardıqdan sonra vasitəçilərin köməyi ilə, Tələtin ev satdığını bilmişdir. Bundan sonra Tələtlə razılaşmışlar ki, Turaba məxsus 3 otaqlı mənzil və əlavə olaraq 30000 manat pul Tələtə veriləcək, o, isə arvadı Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evlərini Turaba verəcəkdir. Bununla əlaqədar Turab xaricdən Cavabdeh2 adına mənzilə dair etibarnamə göndərmiş, Cavabdeh2 isə onun adına evə dair etibarnamə vermişdir, o , isə həmin etibarnamə üzrə səlahiyyətləri Turaba ötürmüşdür. Bununla yanaşı Tələt fərdi yaşayış evinin sənədlərinin əslini və açarlarını ona vermişdir. 2010-cu ildə Turab və arvadı Gülmayə Tələt gilə verdikləri mənzildən qeydiyyatdan çıxaraq ozlərininki hesab etdikləri fərdi yaşayış evinə qeydiyyata düşmüşlər. Lakin xeyli müddət həmin evi öz adlarına keçirə bilməmişlər, buna səbəb evin dəyərində vəsaitin notariusun depozitinə qoyulmasının təbəl edilməsi olmuşdur. 2020-ci ilin payız ayların Turab evi öz adına keçirmək istərkən onlara məlum olmuşdur ki, Cavabdeh2 etibarnaməni ləğv elətdiribdir. Bununla əlaqədar Tələtlə əlaqə saxlamışlar, sonuncu onlara bildirmişdir ki, iddiaçının ona verdiyi mənzilin dəyəri və 30000 manat onun arvadının adına olan evin dəyərindən azdır, ona görə də, etibarnaməni ləğv elətdiriblər. Bu məsələ ilə əlaqədar Turab Tələtə zəng etmiş və aralarında danışıq zamanı Tələt 3 otaqlı mənzli və 30000 manat pulun ona verildiyini təsdiq edərək, əlavədə pul veriləcəyi halda evi Turabın adına keçirəcəyini demişdir. O, heç vaxt Tələtdən xahiş etməmişdir ki, sonuncu onun qaynatası qarşısında yalan etiraf etsin, buna ehtiyacda olmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli, qərəzsiz və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən; yəni müqavilənin bağlanmamış hesab edilməsi hissəsində rədd edilməli, etibarnamənin etibarsız hesab edilməsi hissəsində rədd edilməli, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilməli, çıxarışın ləğv edilməsi hissəsində təmin edilməli və pul tələbinə dair hissədə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -AN-İ ******* saylı, 30.10.2019-cu il tarixli daşınmaz əmlakın alqı -satqı müqaviləsindən görünür ki, İddiaçı etibarnaməsi əsasnda nümayəndəsi Babayeva Kamalə Mirsaleh qızı Sumqayıt şəhəri, 1-ci mkr., ev 7/10 mənzil 42-ni Cavabdeh1 32040 manat satmışdır. -İş materiallarında olan 13.11.2010-tarixli etibarnamədən görünür ki, Cavabdeh2 tərəfindən Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllədə yerləşən 0.0774 ha torpaq sahəsinə dair X2 verdiyi səlahiyytlər (satmaq, sərəncam vermək və s.), sonuncu tərəfindən 07.08.2039-cu il tarixədək İddiaçı etibar edilmişdir. -İş materiallarında olan Cavabdeh2 notariusda yazdığı 04.09.2020-ci il tarixli ərizəsindən görünür ki, o, 07.08.2009-cu il tarixdə Ramin Məmmədova verdiyi etibarnaməni ləğv elətdirmişdir. -İş materaillarında olan iddiaçı tərəfindən təqdim edilmiş Seriya MA ******* saylı çıxarışın əslindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllədə yerləşən fərdi yaşayış evi Cavabdeh2 mülkiyyətindədir. -İş materiallarında olan İddiaçı və X1 şəxsiyyət vəsiqələrininin surətindən görünür ki, onlar Abşeron rayonu, Saray qəsəbəsi yeni Məhəllədə olan fərdi yaşayış evində qeydiyyatdadırlar, hər iki şəxsiyyət vəsiqəsi 10.04.2010-cu il tarixdə Abşeron RPŞ tərəfindən verilmişdir. -İş materiallarında olan Cavabdeh2 məxsus şəxsiyyət vəsiqəsinin sutərindən görünür ki, o, subaydır. - İddiaçı tərəfindən təqdim edilmiş 01 ədəd audio diskdə olan səs yazılarından tərəflərin etirafı əsasında müəyyən edilir ki, səs yazısı iddiaçı ilə Cavabdeh1 telefon danışıqıdır. Səs yazılarına əsasən İddiaçı Cavabdeh1 zəng edir və dəqiq öyrənmək istəyir ki, baş vermiş ziddiyət nədən irəli gəlir, buna cavab olaraq Cavabdeh1 qeyd edir ki, Ramin Məmmədovla mənzillə evi dəyişdirməyə 125000 manata razılaşmışlar, Ramin ona 30000 manat nəğd pul vermiş, 32000 manat əvəzinə isə Turabın mənzilini verib və Turabın ona 63000 manat borclu qalmışdır. -"xxxx" MMC-nin 29.07.2021-ci il tarixli hesabatından görünür ki, Babayeva Kamalə Mirsaleh qızına məxsus Abşeron rayonu Saray qəsəbəsi Yeni Məhəllədə yerləşən 8 otaqlı fərdi yaşayış evinin 2009-cu ilin may-noyabr ayları üçün bazar dəyəri 58000 manat, likvid dəyəri 46500 manat olmuşdur. Bununla yanaşı həmin hesabatdan müəyyən edilir ki, fərdi yaşayış evi hazırki vəziyyətində yaşayış üçün yararlı deyil. -S-Əmlak Qiymətləndirmə Ekspertiza Mərkəzi MMC-nin 23 avqust 2021-ci il tarixli hesabatından görünür ki, Babayeva Kamalə Mirsaleh qızına məxsus Abşeron rayonu Saray qəsəbəsi Yeni Məhəllədə yerləşən 0,0774 ha torpaq sahəsinin və 8 otaqdan ibarət 314,1 kv.m fərdi yaşayış evinin 2009-cu ilə texniki pasport və çıxarışın lahiyəsi əsasında tikinti üçün çəkilmiş smeta xərcləri bazar dəyəri-67203 manat, likvid dəyəri-57123 manat, Abşeron rayonu Saray qəsəbəsi Yeni Məhəllədə yerləşən 0,0774 ha torpaq sahəsinin 2009-cu ilə bazar dəyəri-61920 manat, likvid dəyəri-52632 manat, Abşeron rayonu Saray qəsəbəsi Yeni Məhəllədə yerləşən 0,0774 ha torpaq sahəsinin və tikilib başa çatmış 8 otaqdan ibarət 314,1 kv.m fərdi yaşayış evinin 2009-cu ilə bazar dəyəri-129123 manat, likvid dəyəri-109755 manat təşkil edir Beləliklə məhkəmə araşdrılması zamanı müəyyən edildi ki, iddaiçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdehlər) arasında olan şifahi razılaşma əsasında, razılıqa gəlinmişdir ki, iddiaçı cavabdehlərə öz mənzilini və 30000 manat pul verəcək, cavabdehlər isə özlərinə məxsus fərdi yaşayış evini iddiaçıya verəcəklər. Bununla əlaqədar tərəflər mənzilə və evə dair bir birlərinə etibarnamə, əmlaklara dair sənədlərin əsillərinə və əmlakların açarlarını vermişlər, həmçiniin iddiaçı cavabdehlərə əlavə olaraq 30000 manat pul vermişdir. Tərəflər arasında razılaşmanın olması, pulun verilməsi və mənzilin dəyərinin iddiaçıya verilməməsi hissəsində Cavabdeh1 səs yazısı və qismən etirafı mövcuddur. Cavabdeh1 həmin səs yazısında olan ifadələri iddiaçının qohumu Ramin Məmmədovun xahişi ilə deməsi, məhkəmə tərəfindən özünü müdafiə etmək kimi qiymətləndirlir. Həmçinin Cavabdeh1 sənədləri və etibarnamə heç nədən çəkinmədən qarşı tərəfə verməsi və etibarnaməni 9 ildən sonra ləğv etdirməsinin, iddiaçının onun razılıqı olmadan əmlak üzərində hər hansı bir əməlliyat apara bilməməsinə əminliyini bildirməsidə əsassızdır, belə ki, Cavabdeh2 şəxsiyyət vəsiqəsində subay kimi qeyd edilmişdir və iddiaçı tam sərbəst şəkildə Cavabdeh1 razılıqı tələb edilmədən əmlak üzərində əməliyyat apara bilərdi. Yuxarıda qeyd edildiyi kimi iddiaçı ümümilikdə 5 tələb irəli sürmüşdür - müqavilənin bağlanmamış hesab edilməsi, etibarnamənin etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və pul tələbi; 1-ci tələb yəni İddiaçılə Cavabdeh2 arasında Sumqayıt şəhəri,1-ci mikrorayon, 7/10 saylı evin, 42 saylı mənzili ilə Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllədə yerləşən 0,0774 ha torpaq sahəsi və üzərindəki 2 mərtəbəli, yaşayış sahəsi 206,64 kv.m, yardımçı sahəsi 107,43 kv.m olan fərdi yaşayış evinin şifahi qaydada dəyişdirilməsi müqaviləsinin bağlanmamış hesab edilməsinə dair tələb təmin edilməməlidir belə ki; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 662-ci maddəsi- Dəyişdirmə müqaviləsi üzrə normaları ehtiva edir. Dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür (662.1). Dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir (662.2). Dəyişdirmə müqaviləsi üzrə münasibətlərin hər bir iştirakçısı digər tərəfə verəcəyini vəd etdiyi əşyanın satıcısı və aldığı əşyanın alıcısı sayılır (662.3). Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən- Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən- Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən - Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Qeyd edilən normalardan müəyyən edilir ki, daşınmaz əmlaklara dair şifahi müqavilə bağlana bilməzdir. Ona görədə, bağlanıla bilməyən müqavilənin bağlanmamış hesab edilməsi üçün hüquqi əsas mövcud deyil. 2-ci tələb, yəni İddiaçı Cavabdeh2 verdiyi etibarnamənin etibarsız hesab edilməsinə dair tələb təmin edilməməlidir belə ki; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əssən - Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 362.2-ci maddəsinə əsasən - Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 365.1.3-cü maddəsinə əsasən - etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi, etibarnaməyə xitam verilməsi üçün əsasdır. Göründüyü kimi İddiaçı qanunvericiliyin normalarına müvafiq Cavabdeh2 etibarnamə vermişdir və qanunvericilik ona hüquq vermişdir ki, istənilən anda həmin etibarnamə ləğv etsin. Etibarnamənin etibarsız hesab edilməsi üçün hüquqi əsas mövcud deyil. 3-cü tələb, yəni İddiaçı adından Cavabdeh2 tərəfindən əri Cavabdeh1 arasında 30.10.2009-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair tələb təmin edilməlidir belə ki; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsinə əsasən - Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Beləliklə, Mülki Məcəllənin qeyd edilən normasına uyğun olaraq, aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: - Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; - Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; - Müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. O da qeyd olunmalıdır ki, Mülki Məcəllənin 339.3-cü maddəsinə görə, üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Göründüyü kimi İddiaçı məxsus əmlaka dair aldanma nəticəsinə əqd bağlanmışdır və həmin əqd etibarsız hesab edilməlidir. 4-cü tələb, yəni Sumqayıt şəhəri,1-ci mikrorayon, 7/10 saylı evin, 42 saylı mənzilinə dair Tələt İsayevin adına verilmiş çıxarışın ləğv edilməsinə dair tələb təmin edilməlidir belə ki; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsi Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasları özündə ehtiva edir. Həmin əsaslardan biridə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələrdir. Hazırki iş üzrə Sumqayıt şəhəri,1-ci mikrorayon, 7/10 saylı evin, 42 saylı mənzilinə dair alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, həmin mənzilə dair Cavabdeh1 adına verilmiş çıxarışda ləğv edilməlidir. 5-ci tələb, yəni cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30000 manat alınaraq iddiaçıya verilməsinə dair tələb təmin edilməlidir belə ki; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsi mülkiyyət hüqunun müdafiəsi normalarını özündə ehtiva edir. Nəmin noramalara əsasən Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4). Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (157.8). Həmin Məcəllənin 1091.1-cu maddəsinə əsasən- Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən - Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən - Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi iddiaçının əmlakı olan 30000 manat cavabdehlərdə qalmışdır və cavabdehlər birlikdə əsassız olaraq varlanmışlar, ona görədə iddiaçının tələbinə əsasən həmin vəsait onlardan tutularaq iddiaçıya verilməlidir. Məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia üzrə iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə qiymət verərək hesab edir ki, hazırki mübahisə üzrə iddiaçı aldadıldığını yalnız 04.09.2020-ci il tarixdən sonra, yəni Cavabdeh2 tərəfindən iddiaçıya verilmiş etibarnamə ləğv edildikdən sonra bilmiş və 25.02.2021-ci il tarixdə Məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş müddət ötürülməmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş müqavilələrin etibarsızlığı üçün əsas olan halları təsdiq edən sənədi təqdim etməlidir. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının və onun nümayəndəsinin öz tələblərini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçı tərəfin mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yekun olaraq Məhkəmə belə qənaətə gəlir ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 30.10.2009-cu il tarixli AN-1 № ******* saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, Cavabdeh1 adına verilmiş Sumqayıt şəhəri,1-ci mikrorayon, 7/10 saylı evin, 42 saylı mənzilinə dair çıxarış ləğv edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müşətərək qaydada 30000 manat tutularaq İddiaçı verilməli, qalan hissədə isə iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 30.10.2009-cu il tarixli AN-1 № ******* saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh1 adına verilmiş Sumqayıt şəhəri,1-ci mikrorayon, 7/10 saylı evin, 42 saylı mənzilinə dair çıxarış ləğv edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müşətərək qaydada 30000 manat tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-3044/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3044/2021
24.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver