Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-15/2022 21.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-15/22 (Açar sözlər: mənzilin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mənzilin boşaldılması, mənzilə köçürülmə) Bakı şəhəri, 21 fevral 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Cavabdeh2 vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilin alqı- satqı müqaviləsinin etibarsız hesab edilməsi, mənzilin boşaldılması və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3877/2021 nömrəli, 17 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə 21 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 MTK ilə onun arasında bağlanan 17 mart 2014-cü il tarixli 187 nömrəli alqısatqı müqaviləsi əsasında satın aldığı ünvan 1 ünvandakı binanın 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 95,0 kv.metr olan iki otaqlı 101 a saylı mənzilin alqısatqısına dair 27 dekabr 2016-cı il ta rixdə Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış 202 saylı müqavilənin etibarsız hesab edilməsi, mənzilin boşaldılması və onun uşaqları ilə birlikdə həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2. iddiaçı sonradan tələbini dəqiqləşdirərək, ünvan 2 ünvandaki 1-ci giriş, 2-ci mərtəbədə yerləşən, ümumi sahəsi 95.0 kv.metr olan iki otaqlı, 101 A saylı mənzilin tikintisi haqqında Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 27 dekabr 2016-cı il tarixli 202 saylı müqavilənin etibarsız sayılması, həmin mənzilin boşaldılması və özünün yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. İddia tələbi onunla əsaslandırılıb ki, Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış 17 mart 2014-cü il tarixli 187 nömrəli m üqavilə əsasında iddiaçı ünvan 3 ünvanda 1-ci giriş, 2ci mərtəbədə yerləşən ümumi sahəsi 95 kv.m olan iki otaqlı 101 a saylı mənzili alqı-satqı yolu ilə əldə etmiş və mənzilin tam şəkildə dəyərini təşkil edən 71250 (yetmiş bir min iki yüz əlli ) AZN məbləğində pulu da 08 may 2014-cü il tarixdə mənzil-tikinti kooperativinin hesabına ödəmişdir. İddiaçının mənzilə görə heç bir borcu qalmamışdır.
4. Bundan sonra, təxminən bir ilə yaxın müddət ərzində mənzildə zəruri təmir işlərini görüb, 2015-ci ildə iddiaçı həyat yoldaşı Cavabdeh3 ilə birlikdə həmin mənzilə köçərək, özünə məxsus olan bütün cehiz avadanlıqlarını da ora aparmışdır. Mənzildə yaşadığı müddətdə iddiaçının iki uşağı anadan olmuşdur. İddiaçı ailə üzvləri ilə birlikdə 2018-ci ilin aprel-may aylarına kimi heç bir problem olmadan həmin mənzildə yaşamışdır.
5. İş üzrə cavabdehlərdən biri olan iddiaçının əri Cavabdeh3 bir neçə il idi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə menecer vəzifəsində çalışırdı. İddiaçının bildiyi qədər ərinin iş yerində heç bir problemi olmamışdır. Əksinə, bildiyinə görə ərinin müdiriyyətlə çox işgüzar münasibətləri olub. Həmin vaxtlar, yəni 2018-ci ilin aprel-may aylarında iddiaçının əri gözlənilmədən bildirmişdir ki, onlar yaşadıqları mənzildən çıxıb bir müddət başqa yerdə yaşamalıdırlar. Ərinin bu təklifinə iddiaçı çox təəcüblənmiş və bunun səbəbini soruşduqda əri bildirmişdir ki, narahatçılığa heç bir əsas yoxdur, səbəbini sonra izah edəcək.
6. İddiaçı ərinə çox inandığından onun təklifinə etiraz edə bilməmişdir. Onlar geyim və zəruri hesab etdikləri digər əşyaları götürüb mənzildən çıxmışl ar. Mebel və digər avadanlıqlar isə həmin mənzildə qalmışdır. Mənzildə qalan mebel və digər avadanlıqlar iddiaçının şəxsi əmlakıdır, bəzi əşyalar istisna olmaqla, onların əsas hissəsi iddiaçının cehiz əşyalarıdır və əri ilə onların birgə mülkiyyətinə daxil deyildir.
7. İddiaçının cehiz əşyaları – qonaq və yataq otaqlarındakı, mətbəxdəki mebellərdən, xarici firmalarda istehsal olunmuş soyuducudan, paltaryuyan və qabyuyan maşınlardan, çil-çıraqlardan və şairədən ibarət olmaqla, ümumi dəyəri ən azı 15 000 manatdan yuxan təşkil edir. Həmin cehiz əşyalarının hazırkı vəziyyəti və mənzildə qalıbqalmaması barədə hələ ki, iddiaçının hər hansı məlumatı yoxdur.
8. Onlar mənzildən çıxdıqdan təxminən 2-3 ay sonra – 2018-ci ilin avqust ayının əvvəllərində iddiaçının əri Cavabdeh3 məlum olmayan səbəbdən gözlənilmədən həbs ediblər. Buna görə də iddiaçı bir müddət mənzillə maraqlana bilməmiş, yalnız bu ilin əvvəllərində iddiaçıya məlum olmuşdur ki, mənzil başqa şəxsə verilmişdir. Bunun hansı əsasla həyata keçirildiyini iddiaçı qətiyyən başa düşə bilməmişdir. Çünki mənzili iddiaçı əldə etmiş, alqı-satqı müqaviləsi də iddiaçının adına tərtib edilmişdir. Mənzilin özgəninkiləşdirilməsində hər hansı bir şəkildə olursa-olsun iştirak etməmiş və bu barədə əri Cavabdeh3 iddiaçı tərəfindən etibarnamə də verilməmişdir.
9. İddiaçı 2019-cu ilin əvvəllərindən başlayaraq öz mənzilimə qayıtmaq istəsə də, buna nail ola bilməmişdir. Çünki həmin mənzildə hazırda kənar şəxslər yaşayırlar. Orada kimin və hansı əsasla yaşaması barədə iddiaçı heç bir məlumat əldə edə bilməmişdir. Bununla əlaqədar Mənzil-Tikinti Kooperativinin komendatına dəfələrlə müraciət olunsa da, iddiaçıya məxsus olan mənzilin sonradan kimin adına rəsmiləşdirilb-rəsmiləşdirilməməsi barədə arayış və ya müqavilənin surətinin verilməsindən heç bir səbəb göstərilmədən şifahi surətdə imtina imtina edilmişdir.
10. Yalnız bu ilin aprel ayında iddiaçı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etdikdən sonra məlum olmuşdur ki, əri Cavabdeh3 işlədiyi firmanın direktoru X6 tərəfindən təzyiqlər göstərilməsi nəticəsində həmin mənzili Cavabdeh2 adında ona qətiyyən tanış olmayan bir şəxsin adına keçirilmiş, bu barədə Cavabdeh1 direktoru X9 tərəfindən saxta bir müqavilə də tərtib edilmişdir. Ona görə saxta müqavilə ki, mənzil iddiaçının adına olduğu halda, mənzilin başqa şəxsin adına keçirilməsi barəsində iddiaçıya heç bir məlum at verilməmiş, bu barədə iddiaçı hər hansı bir müqaviləyə imza etməmiş, həmçinin istər ərinə, istərsə də başqa bir şəxsə etibarnamə verməmişdir. Nəhayət, əldə etdiyi sənədlərdən aydın olmuşdur ki, mənzilin Cavabdeh2 guya “satılması” barədə ərizəni iddiaçının əri Cavabdeh3 hədə-qorxu və təzyiqlər altında imza etmişdir.
11. Müqavilə tərtib edilərkən digər saxtakarlığa da yol verilmişdir. Belə ki, əslində həmin müqavilə faktiki olaraq 2018-ci ilin aprel-may aylarında yəqin ki, onlar evdən çıxandan sonra tərtib edilsə də, Mənzil-Tikinti Kooperativinin direktoru X9 müqavilənin tarixini təxminən bir il yarım əvvələ, yəni 16 dekabr 2016-cı il tarixə qeyd etmişdir. Bu saxtakarlıq ilk öncə bir daha onunla təsdiq olunur ki, onlar mənzildən 2018-ci ilin aprelmay aylarında çıxmışlar və əgər mənzil həq iqətən 2016-cı ilin dekabr ayında satılmışdısa, onda 2018-ci ilin yanvar ayında iddiaçı nəyə görə həmin mənzildə öz adına elektrik sayğacı quraşdırılması barədə «Asan xidmətə» müraciət etməli olmuşdur. Cavabdeh1 MTK-nın komendatı M.Əliyev «Asan xidmətə» təqdim etmək üçün iddiaçıya 23 yanvar 2018-ci il tarixdə 2 saylı müvafiq arayış da vermişdir.
12. Hazırda Bakı İstintaq Təcridxanasında həbsdə olan əri Cavabdeh3 ilə əlaqə saxladıqdan sonra iddiaşıya bir daha məlum olub ki, əri işlədiyi "xxxx" firmasının direktoru X1 hədə-qorxusu və təzyiqləri nəticəsində iddiaçının xəbəri və iştirakı olmadan mülkiyyətində olan mənzil əvəzsiz olaraq yuxanda qeyd etdiyi şəxsin – Cavabdeh2 adına keçirilmişdir. Müqavilənin tarixi isə bir il yarım əvvələ ona görə yazılmışdır ki, ərinin həmin firmadan işdən çıxd ığı vaxtla üst-üstə düşüb, mənzilin qanunsuz yolla ələ keçirilməsində şübhə doğurmasın.
13. Onun adından yazılmış ərizəni isə məlum olduğu kimi əri özü imza etmiş, bu barədə iddiaçıya heç bir məlumat verməmişdir. Buna baxmayaraq firmanın direktoru Ceyhun Abbasov iddiaçını əri Cavabdeh3 yenə də rahat buraxmamış, istintaq orqanına təqdim etdiyi saxta sənədlər əsasında onun həbsinə də nail olmuşdur.
14. Ərinin iddiaçıya bildirdiyinə görə mənzilin alqı-satqısına dair tərtib edilmiş müqaviləyə hətta orada adı qeyd edilən şəxs deyil, firma direktorunun qardaşı X2 imza etmişdir.
15. İddiaçının mülkiyyətində olan mənzilin saxtakarlıq yolu ilə başqa şəxsin adına keçirilməsində Cavabdeh1 Mənzil Tikinti Kooperativinin direktoru X9 “xüsusi fəallıq” göstərmişdir.
16. Sosial şəbəkələrdən iddiaçıya məlum olduğuna görə əvvələr – 10 iyul 2012-ci ildə MTK-nın sədri Fərhad Quliyev və kooperativin digər vəzifəli şəxsləri vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, mənzilləri müxtəlif tarixlərdə bağlanmış alqı-satqı müqavilələri əsasında ayrı-ayrı şəxslərə sataraq külli miqdirda özgə əmlalakını ələ keçirmişlər. Fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 308.1-ci (vəzifə səlahiyyətlərindən istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılmışdır. Fakta görə başlanmış cinayət işinin sonrakı mərhələsindən hər hansı bir məlumatı olmasa da, görünür MTK-nın sədri həmin əməllərinə hələ də son qoya bilməmişdir. Buna görə hesab edir ki, məhkəmə işə baxarkən, MPM-nin 265.4-cü maddəsinə əsasən Cavabdeh1 Mənzil Tikinti Kooperativinin sədri X3, həmçinin iddiaçıya məx sus olan mənzilin “alqı-satqısı” zamanı vəzifə saxtakarlığına və digər qanun pozuntusuna yol vermiş digər şəxslərin cinayət əməlləri barədə xüsusi qərardad çıxarmaqla, prokurora məlumat verilməlidir. Belə ki, MTK-nın direktoru X3 yol verdiyi ən azı vəzifə saxtakarlığını hər hansı bir şəkildə təkzib etmək mümkün deyildir.
17. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157.1, 157.2, 157.4. 157.8, 337.1-ci maddələrin və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarına istinad etmişdir.
18. İddiaçının vəsatəti əsasında birinci instansiya məhkəməsi 10 dekabr 2019-cu il tarixli qərardadla Cavabdeh1 MTK-nın rəhbərliyinə yazılmış 27 dekabr 2016-cı il tarixli ərizədəki imzanın iddiaçıya məxsus olub-olmamsını müəyyən etmək üçün xətşünaslıq ekspertizası təyin etmişdir.
19. Məhkəmə Ekspertizası Mərkəzinin 18 fevral 2020-ci il tarixli, 32211 saylı rəyinə əsasən əksi ekspertizaya təqdim edilmiş, mülki işin 20-ci vərəqələrində olan 27 dekabr 2016-cı il tarixli Cavabdeh1 MTK-nın rəhbərliyinə ünvanlanan ərizənin kserosurətinin aşağı sol hissəsində “Satan” qrafasında olan imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
20. Cavabdeh2 nümayəndəsi və vəkili iddiaya etiraz etmişdir. Etirazın dəlilləri: - istinad edilən əsas sənəd ərizədir. Məhkəməyə sənədin surəti verilmişdir. Cavabdeh1-in komendantı bildirir ki, onlara məhkəmədən sorğu daxil olmamışdır. Sorğu çatmamış, geri qayıtmışdır. Hər bir halda məhkəməyə sənədin əsli veri lməlidir. Komendantla əlaqə saxlamışdır. MTK bildirir ki, sənəd vardır. Lakin onlara sorğu daxil olmamışdır; - hazırda cavabdeh həmin mənzildə yaşayır. Təqdim edilən sənəd saxtadır. Sənədin əsli olmasa, məsələyə hüquqi qiymət verilə bilməz. Cavabdehin bu mübahisə ilə əlaqəsi yoxdur. Cavabdeh "xxxx" şirkəti ilə baş verən mənimsəmə cinayətindən xəbərsizdir; - iddiaçı ilə Cavabdeh2 arasında müqavilə yəqin ki, olmuşdur. 71250 manatı Cavabdeh2 iddiaçıya ödəmişdi, MTK-ya yox. MTK isə maliyyə arayışı vermişdir ki, Cavabdeh2 borcu yoxdur; - arayış göstərir ki, alqı-satqıda alıcı, satıcı, MTK olmuşdur. MTK prosesin iştirakçısı olmuşdur. Alqı-satqı ilə bağlı iddia ilə cavabdeh qarşılıqlı razılığa gəlmişlər.
21. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərlə müəyyən razılığa gəldiyini bild irib iddiadan imtina etdiyini, bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
22. Birinci instansiya məhkəməsi 09 iyun 2020-ci il tarixli qərardadla iş üzrə icraata xitam vermişdir.
23. İddiaçı iş üzrə icraat xitam verilməsi barədə qərardaddan şikayət verərək göstərib ki, ərizənin verilməsinə "xxxx" MMC-nin direktorunun iddiaçının ərini həbsdən azad etdirəcəyi ilə bağlı verdiyi vəd olmuş, lakin bu vədə əməl etməmişdir.
24. Birinci instansiya məhkəməsi şikayəti təmin etməsə də, Bakı Apellyasiya Məhkəməsinin 06 avqust 2020-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilməsi barədə birinci instansiya məhkəməsinin 09 iyun 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin edilməsi məqsədilə birinci instansiya məhkəməsi nə qaytarılmışdır.
25. Cavabdeh3 iddia tələbi ilə bağlı mülahizəsi: - iddiaçının adından yazılan 27 dekabr 2016-cı il tarixli ərizə ilə tanış olmuşdur. Həmin ərizəni ona 2018-ci ilin may ayında Cavabdeh1 MTK-nın komendantı Mətləb adlı şəxs təqdim etmiş və ona imza atmalı olduğunu bildirmişdir. O da həmin ərizəyə imza etmişdir. Ərizədə göstərilən 71250 manat pulu nə Mətləb, nə də başqası ona təqdim etməmiş, nə də ki, özü almamışdır; - ərizə ona təqdim olunan vaxt sahibi X6 olan "xxxx" MTK-də “Ət məhsulları üzrə layihə rəhbəri vəzifəsində çalışmışdır. Həmin müəssisəyə də borcu olmamışdır. Buna baxmayaraq, həmin müəssisədən işdən çıxıb başqa yerdə işə düzəlmək istəyirdi. Lakin o öz işini lazımi səviyədə bildiyinə və yerinə yetirdiyinə görə C.Abbasov onun işdən çıxmasına razılıq verməmişdir. O, C.Abbasovla razılaşmamış və oradan çıxmaq barədə qəti fikrini bildirmişdir. C.Abbasov isə onun işdən çıxmasına mane olmaq üçün bildirmişdir ki, guya onun müəssisəyə borcu vardır. C.Abbasov ondan külli miqdarda pul tələb etmişdir. O, isə pulunun olmaması səbəbindən və müəssisənin pulunu mənimsəmədiyindən bu pul tələbini yerinə yetirməkdən imtina etmişdir; - C.Abbasov öz dediyinin üstündə dayandı, onu öldürəcəyi, həbs etdirəcəyi ilə hədələməyə başladı. O yeni işə gedəcəyi üçün, həmin iş yerində adına və nüfuzuna xələl gəlməməsi, rəhbərin onun barəsində yeni iş yerində böhtan xarakterli məlumatlar yaymasının qarşının alınması məqsədilə, ondan əl çəksin deyə həyat yoldaşına məxsus mənzili Ceyhun Abbasovun göndərdiyi şəxs olan Cavabdeh2 verib, əvəzində guya mənzilin dəyəri olan 71250 manat pulu guya Cavabdeh2 alması barədə ərizəyə imza etmişdir. Lakin nə Cavabdeh2, nə Ceyhun Abbasov nə də ki, bir başqasından heç bir pul almamışdır; - bu işlərdən, yəni mənzilin Cavabdeh2 verilməsi barədə o, həyat yoldaşı İddiaçı heç nə deməmişdir. Onun sözü gedən ərizəyə imza atması barədə həyata yoldaşının razılığı və xəbəri olmamışdır.
26. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-289/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ünvan 1 ünvandakı binanın 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 95,0 kv.metr olan iki otaqlı 101 a saylı mənzilin tikintisi haqqında Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 27 dekabr 2016-cı il tarixli 202 saylı müqavilə etibarsız hesab edilmiş, həmin mənzilin boşaldılması, İddiaçı yetkinlik yaşına çat mayan uşaqları (25 avqust 2015-ci il təvəllüdlü X8 və 18 fevral 2018-ci il təvəllüdlü X4) ilə birlikdə ünvan 4 ünvandakı binanın 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 95,0 kv.metr olan iki otaqlı 101 a saylı mənzilə köçürülməsi, ekspertiza xərcinin cavabdehlərdən müştərək qaydada tutulması qət edilmişdir. (hakim İlkin Əliyev)
27. Birinci instansiya məhkəməsi işdəki sübutlara istinadən müəyyən edib ki, ŞərqM” MTK tərəfindən ünvan 5 ünvanda tikilmiş binanın 1-ci giriş, 2-ci mərtəbəsində, ümumi sahəsi 95 kv.m olan, 2 otaqlı, 101A saylı mənzilin dəyəri iddiaçı X5 tərəfindən Cavabdeh1 MTK-ya müxtəlif tarixlərdə, yəni 17 mart 2014-cü il tarixində 5000 manat, 31 mart 2014-cü il tarixində 45000 manat, 30 aprel 2014-cü il tarixində 3000 manat, 06 may 2014-cü il tarixində 9000 manat v ə 08 may 2014 cü il tarixində isə 7000 manat məbləğində olmaqla ödənişlər edilmişdir. Cavabdeh1 MTK tərəfindən isə iddiaçıya qeyd edilən mənzilin pay dəyərinin tam ödənilməsi barədə 08 may 2014-cü il tarixində 187 №-li arayış verilmişdir. İddiaçı tərəfindən mənzilin dəyərinin tam şəkildə ödənilməsi 08 may 2014-cü il tarixində verilən maliyyə arayışı ilə təsdiq olunduğundan həmin tarixdən etibarən iddiaçı Rəhimova (Əhmədova) Aydan Bayram qızının həmin mənzindən istifadə və sahiblik hüququ yaranmışdır. Bakı şəhər Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilən 10 iyul 2014cü il tarixli, AZ-İ seriyalı, 955429 saylı nikah haqqında şəhadətnaməyə əsasən isə Cavabdeh3 ilə X5 arasında 10 iyul 2014-cü il tarixində nikah bağlanmışdır. Beləliklə, mübahisəli mənzilin birgə nikah dövründə əldə olunm uş əmlak olmadığı və mənzilin nikahadək iddiaçıya məxsus olması müəyyən edilir.
28. Cavabdeh2 nümayəndəsi və vəkili mübahisəli mənzili İddiaçı aldığını, iddiaçıya 71250 manat ödəniş etdiyini, bunun nəticəsində MTK ilə arasında mənzil tikintisinə dair müqavilə bağlandığını bildirsə də, iddiaçı Cavabdeh2 ilə arasında heç bir alğı-satqı müqaviləsinin bağlanmadığını, evin satılmasına razılıq vermədiyini, onun adından MTK-ya yazılan ərizədə göstərilən imzanın ona məxsus olmamasını bildirib. Həmçinin iş üzrə Cavabdeh3 məhkəməyə ünvanladığı izahatında qeyd etmişdir ki, mənzilin satılmasına dair MTK-ya yazılan razılıq ərizəsində imza onun arvadı tərəfindən yox, özü tərəfindən icra olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin 18 fevral 2020-ci il tarixli 32211 saylı ekspert rəyində də qeyd edilib ki, 27 dekabr 2016-cı il tarixli Cavabdeh1 MTK-nın rəhbərliyinə ünvanlanan ərizənin kserosurətinin aşağı sol hissəsində “Satan” qrafasında olan imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
29. Birinci instansiya məhkəməsi vurğulayıb ki, 27 dekabr 2016-cı il tarixli ərizəyə imza etməsi ehtimal olunan Cavabdeh3 İddiaçı tərəfindən etibarnamə verilibverilməməsini aydınlaşdırmaq məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat İdarəsinə 03 sentyabr 2019-cu il tarixdə ünvanlanmış sorğuya verilən 26 sentyabr 2019-cu il tarixli 05/5325-11 saylı cavab məktubu ilə cavabeh Cavabdeh3 İddiaçı tərəfindən etibarnamə verilmədiyi müəyyən edilmişdir.
30. Birinci instansiya məhkəməsi işin hallarına əsasən qeyd edib ki, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında “Yaşayış binasında mənzil tikintisi haqqında” 27 dekabr 2016-cı il tarixli, 202 saylı müqavilə formal olaraq bağlanmışdır və bunun əsasında verilən maliyyə arayışı da formal olaraq verilmişdir. Belə ki, əslində MTK-dan alınmış mənzilə dair pay haqqının alqı-satqısı MTK-nın vasitəçiliyi ilə yeni müqavilə bağlanması kimi rəsmiləşdirilmişdir. Ehtimal olunur ki, pay haqqını tam ödəmiş MTK-nın üzvü ərizə yazaraq üzvlükdən azad edilməsini və digər şəxsin üzvlüyə qəbul edilməsini xahiş etməklə həmin şəxsin üzvlüyə qəbul edilməsinə nail olmağa çalışmışdır. Bununla da ehtimal olunur ki, mənzilin satıcısı, alıcısı və MTK Mülki Məcəllənin 112-ci maddəsinin tələblərinə əməl edilmədən alıcının kooperativin üzvlüyünə qəbul edilməsi üçün bu yolla müqaviləni rəsmiləşdirmişlər.
31. Birinci instansiya məhkəməsinin mövqeyinə görə məsələyə bu baxımdan yanaşıldıqda, həmin müqavilənin uydurma və yalan əqd hesab olunması üçün əsas müəyyən edilmir. Belə ki, kooperativ üzvlüyünə qəbulun bu formada rəsmiləşdirilməsi hazırki reallıqda tez-tez rast gəlinən və yolverilən haldır. Bu nöqteyi-nəzərdən müqaviləni Mülki Məcəllənin müəyyənləşdirilmiş şərtlərinin pozulması ilə bağlanması kimi qiymətləndirmək olmaz. Eyni zamanda işin mübahisələndirilən hallarından biri olan müqavilə üzrə ödənişin MTK-ya, iddiaçıya və ya iddiaçının ərinə hansı formada ödənilməsinin qeyri-müəyyənliyi də hazırki mübahisədə müqavilənin yalan və ya uydurma əqd kimi etibarsız hesab olunması üçün əsas hesab edilə bilməz. Belə ki, kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir.
32. Birinci instansiya məhkəməsi həmçinin alqı-satqının qiymətinin hansı formada icra edildiyinə diqqət çəkərək göstərib ki, işin hallarından, tərəflərin izahatlarından, icraata xitam verilməsi ilə bağlı qərardaddan verilən şikayətin əsaslarından və.s-dən mənzillə bağlı yaranmış mübahisənin Cavabdeh3 Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ilə bağlı olduğu ehtimal olunur. Hərçənd ki, iddiaçının və Cavabdeh2 nümayəndələri məhkəmə iclasındakı izahatları ilə mübahisənin cinayət işi ilə bağlılığını birbaşa etiraf etməmişlər. Halbuki, mübahisənin Cavabdeh3 barəsində olan cinayət işi ilə əlaqədar olması açıq aydın görünsə də, Cavabdeh2 nümayəndələrinin bu halı təkidlə inkar etməsi şübhə doğuraraq yaranmış mübahisənin qeyd edilən cinayət işi ilə bağlı olması barədə məhkəmənin qənaətini gücləndir ir. Hər bir halda, əgər mübahisəli mənzil Cavabdeh3 mülkiyyəti olsaydı və ya mənzil mülkiyyətçinin razılığı ilə öhdəliyin əvəzi qismində verilsəydi, onda müqavilənin etibarsızlığından söhbət gedə bilməzdi və əslində mübahisə olmazdı. Bununla bağlı öhdəliyin əvəzləşdirilməsinin, hətta öhdəliyin üçüncü şəxs tərəfindən icrasının mümkünlüyü qanunvericiliklə təsbit olunmuşdur.(MM 431,540) Lakin işin hallarından göründüyü kimi həmin mənzil nə Cavabdeh3 mülkiyyəti olmuş, nə mənzilin alqı-satqısına iddiaçının razılığı olmuş, nə də ki, Cavabdeh3 mənzilin satılmasına dair etibarnamə verilmişdir. Eyni zamanda Cavabdeh3 izahatında etiraf etmişdir ki, həmin ərizəyə iddiaçının yerinə o imza atmışdır.
33. Birinci instansiya məhkəməsi göstərib ki, Cavabdeh1 MTK ilə iddiaçı X5 arasında “Yaşayış binasında m ənzil tikintisi haqqında” 17 mart 2014-cü il tarixli, 187 saylı müqavilə bağlandığı və bununla bağlı pay haqqının tam ödənilməsi barədə maliyyə arayışı verildiyi vaxtdan mənzilə dair sahiblik, istifadə və qanunvericilikdə nəzərdə tutulmuş hallarda sərəncam səlahiyyəti iddiaçı Rəhimova(Əhmədova) Aydan Bayram qızına keçib. Bu səbəbdən də Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında “Yaşayış binasında mənzil tikintisi haqqında” 27 dekabr 2016-cı il tarixli, 202 saylı müqavilə bağlandığı zaman MTKnın əşyaya dair sərəncam verməsi üçün səlahiyyəti olmamış, səlahiyyətli şəxsin razılığı isə alınmamışdır. Sonradan da səlahiyyətli şəxs bunu bəyənməmişdir. Cavabdeh3 müqavilənin bağlanmasına razılıq verməsi təsdiq olunmuş olsa belə, yəni razılıq ərizəsinin onun tərəfindən imzalanması öz təsdiqini tapsa belə, onun da səlahiyyətli şəxs olması işin halları ilə təkzib edilmişdir.
34. Birinci instansiya məhkəməsi belə qənaətə gəlib ki, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında “Yaşayış binasında mənzil tikintisi haqqında” 27 dekabr 2016-cı il tarixli, 202 saylı müqavilə səlahiyyəti olmayan şəxs tərəfindən əşyaya dair sərəncam verilməsi kimi qiymətləndirilməli və bu əsasla müqavilə etibarsız hesab edilməlidir.
35. Birinci instansiya məhkəməsi onu da vurğulayıb ki, Cavabdeh2 tərəfindən nə iddiaçıya, nə Cavabdeh1 MTK-ya hər hansı pul məbləğinin verilməsi işin halları ilə müəyyən edilmədiyindən əqdin etibarsızlığının nəticələri ilə bağlı (restitusiya) məsələyə qiymət verilməsi mümkün deyildir. Lakin Cavabdeh2 ilə digər cavabdeh X7 arasında açıq qalmış hər hansı öhdəlik münasibətləri mövcuddursa, bununla b ağlı müstəqil qaydada iddia verilməsi imkanı istisna edilmir.
36. Birinci instansiya məhkəməsi həmçinin məhkəmə hesab edib ki, iddia tələbi mənzilin boşaldılaraq iddiaçının yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə həmin mənzilə köçürülməsi ilə bağlı hissəsində də əsaslıdır. Belə ki, mənzil qanuni olaraq İddiaçı məxsusdur, Cavabdeh2 mənzilə dair müqaviləsi etibarsız hesab olunduğundan onun mənzilə sahibliyi qanunsuzdur. Odur ki, mənzil boşaldılmalı, iddiaçı yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mənzilə köçürülməlidirlər.
37. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 27.2, 225.1, 225.2, 233.3, 324.1, 324.4, 331.1, 337.1- 337.5, 340.1, 340.2, 358.1, 358.2, 405.2, 407.1, 407.2, Ailə Məcəlləsinin 32.1, Mənzil Məcəlləsinin 112.1, 113, Mülki Prosessual Məcəll ənin 14.2, 77.1-ci maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
38. Cavabdeh2 apellyasiya şikayəti verib qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
39. Apellyasiya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsi öz qətnaməsində “Azərbaycan Respublikası Mulki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarına istinad etmiş, həmin maddi hüquq normasını səhv təfsir etməklə, Qərarın təsviri hissəsində göstərilənlərin tətbiqinə xüsusilə üstünlük verərək, İddiaçı mənzil üzərində sərəncam vermək hüququ olan şəxs olduğunu, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 27 dekabr 2016-cı il tarixli müqavilənin “səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı” əsası ilə, həmin müqavilənin etibarsız olduğu qənaətinə gəlmişdir. Məhkəmə bu mövqeyini Mülki Məcəllənin 358.1 və 358.2-ci maddələri ilə əsaslandırmağa çalışmışdır ki, həmin maddi hüquq normalarının hazırki mübahisəyə tətbiqi ümumiyyətlə yolverilməzdir. Belə ki, məhkəmənin də istinad etdiyi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarının əsaslandırıcı hissəsində göstərilənlər müxtəlif qanunvericilik aktlarından istinadlardan ibarətdir və həmin istinadlar işə baxan Konstitusiya Məhkəməsinin müstəqil iradəsini ifadə etmir. Həmin qərarda iş üzrə Konstitusiya Məhkəməsinin mövqeyi qərarın nəticə hissəsində aşkar göstərilmişdir. Konstitusiya Məhkəməsinin mövqeyinə görə, kooperativ üzvü kooperativdə olan əmlakı üzərində sərəncam vermək hüququnu yalnız həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra əldə edir. İndiki halda, İddiaçı mübahisəli mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına nail olmadığına görə, həmin mənzil üzərində sərəncam vermək hüququnu da əldə etməyib; - məhkəmə iddianın təmin edilməli olduğu qənaətinə gəlmək üçün işin faktiki hallarına qiymət verərkən, yalnız ehtimallara və şəxsi düşüncələrinə üstünlük vermişdir. Hazırki iş üzrə keçirilmiş məhkəmə iclaslar ında bildirmişlər ki, İddiaçı Cavabdeh1 MTK-nın rəhbərinə yazdığı ərizə şəxsən onun özü tərəfindən imzalanıb və bu halın müəyyənləşdirilməsi məqsədi ilə həmin ərizənin əslinin məhkəməyə təqdim edilməsi zəruridir. Əks halda, iş materiallarında olan və məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməsinə qanunvericiliklə yol verilməyən kserosurətdə olan imzanın kimə məxsus olduğunun dəqiq müəyyənləşdirilməsi qeyri-mümkündür; - bundan başqa, iş materiallarında olan kserosurətin əslində İddiaçı tərəfindən hələ 2016-cı ildə imzaladığı ərizə ilə eynilik təşkil etməməsi də mümkündür. Belə olan halda isə, iş materiallarında olan kserosurət ərizənin tədqiqi nəticəsində qəbul edilmiş məhkəmə qətnaməsinin qanuniliyinin şübhə altında qalması da normaldır və mümkündür; - mübahisəli mənzillə bağlı apa rılmış əməliyyatlar və tərəflər arasında bağlanmış müqavilələrin surətləri məhkəmə sorğusu vasitəsilə Cavabdeh1 MTK-dan iki dəfə tələb edilmiş, sonuncu sorğuda sənədlərin təqdim edilməsinin məcburiliyini göstərsə də, heç bir nəticəsi olmamış, tələb edilən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə isə, həmin sübutların məcburi şəkildə əldə edilməsi üçün MPM-nin 85-87-ci maddələrinin tələblərinə uyğun olaraq sübutların təmin edilməsi barədə qərardad çıxarmamış və ya həmin sənədlərin əslinin təqdim edilməsini iddiaçıdan tələb etməmişdir.
40. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5758/2021 nömrəli, 12 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1484/2021 saylı, 09 aprel 2021-ci il tarixli qətna məsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), İlham Kərimli, Akif İsgəndərov)
41. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsini gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edib ki, apellyasiya şikayəti üzrə dəllillərdən biri odur ki, iddiaçı mülkiyyət hüququ əldə etməmiş və daşınmaz əmlaka dair sərəncam vermək hüquqları mövcud olmamışdır. Bu dəlil özü-özlüyündə ziddiyyət təşkil edir və ondan öncəki digər dəlilə - ərizənin əslinin məhkəmə tərəfindən əldə edilməməsinə yönəlik prosessual uzlaşmanın mövcud olmadığı qənaətini formalaşdırır.
42. Apellyasiya məhkəməsi vurğulayıb ki, mübahisəli mənzilə hüquqları əldə etməsində israrlı olan Cavabdeh2 kooperativin üzvü olmasını, əqdi n bağlandığı zaman iddiaçı ilə bağlanmiş müqavilənin ləğv edilməsini və digər sübutları özü tərəfindən təsdiq etməli olduğu halda hər hansı mötəbər sübutlar təqdim etməmiş və iddiaçı ilə bağlanmış əqdi mübahisələndirmədiyi vəziyyətdə buna dair dəlillər irəli sürmüşdür.
43. Apellyasiya məhkəməsinin mövqeyinə görə iddiaçı ilə yaranmış münasibətlərin Mülki Məcəlllənin 178.8-ci maddəsinə edilmiş dəyişiklərdən öncə yaranması bu müddəanın əski məğzinin tətbiqini ehtiva edir, burada isə qeyd edilirdi ki, nənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Bu mənada, kooperativin sübutlar təqdim etməməsi və mübahisənin mahiyyətinə d air mövqeyini nümayiş etdirməməsi məhkəmənin qanuni əsaslarla müəyyən edilən mövcud faktlar əsasında qənaətini istisna edə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
44. Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsi, işin yeni apellyaisya baxışına qaytarılmasını xahiç etmişdir.
45. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının dəlilləri
46. Kassasiya şikayətinə iddiaçının yazılı etirazı daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
47. Məhkəmə Kollegiyasının iclasında Cavabdeh2 vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.
48. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, iddiaçı və digər cavabdehlər, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəlləsi Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəfləri n təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətin də irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
49. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, apellyasiya məhkəməsi nin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
53. İddia tələbi cavabdehlər Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış “Yaşayış binasında mənzil tikintisi haqqında” 27 dekabr 2016-cı il tarixli, 202 saylı müqavilənin etibarsız hesab edilməsi barə dədir. İddiaçı tələbinin əsas kimi ona istinad edib ki, həmin mənzil 17 mart 2014-cü il tarixli müqaviləyə əsasən ona məxsus olub, mənzilin Cavabdeh2 keçməsi barədə hər hansı ərizə verməyib. Mənzil nikahdan əvvəl alınıb, bu səbəbdən birgə nikah dövrünə aid olan əmlak deyil, mənzilin satılması üçün heç kəsə etibarnamə də verməyib.
54. İşin məhkəmələr tərəfindən müəyyən edilən halına görə də mübahisədə adı keçən mənzil nə Cavabdeh3 mülkiyyəti olmuş, nə mənzilin alqı-satqısına iddiaçının razılığı olmuş, nə də ki, iddiaçı Cavabdeh3 mənzilin satılmasına dair etibarnamə vermişdir. Mənzil Məcəlləsinin 112.1 və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında kı hüquqi mövqeyi nəzərə alan məhkəmələr hesab edib ki, MTK səlahiyyəti olmayan şəxs kimi əşyaya dair sərəncam verib.
55. Məhkəmə kollegiyası iddia tələbi və apellyasiya şikayəti üzrə məhkəmələrin hazırki qərarın 27-36 və 41-43-cü bəndlərində əks edilən dəyərləndirməsi ilə razılaşır. Həmin bəndlərdə əks edilənlərdən görünür ki, məhkəmələr mübahisənin qanuni həlli ilə bağlı zəruri olan halları araşdırmış, mübahisədə adı keçən mənzilin iddiaçıya məxsus olub-olmaması, həmin mənzilə dair müqavilənin Cavabdeh2 adına keçməsi ilə bağlı işin hallarına qiymət verərək mübahisəni tətbiq edilməli olan hüquq normaları baxımından düzgün həll etmişlər.
56. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək əsassız hesab edir. Belə ki, həmi n dəlillər qeyd edildiyi kimi apellyasiya şikayətinin də dəlilləri olub və apellyasiya məhkəməsi həmin dəlillərə qiymət verib.
57. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3877/2021 nömrəli, 17 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.