Məhkəmə qərarları › İş №2(001)-295/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-295/2021

24.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-295/2021 24.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 11 saylı Notariat Ofisinə qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlak üzərində pay hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 11 saylı Notariat Ofisinə qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlak üzərində pay hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında 12.09.2017-ci il tarixdə bağlanmış mənzilin alğı-satqısına dair ilkin, 13.09.2017-ci il tarixdə mənzilin alğı-satqısı barədə əsas müqaviləsinin etibarsız hesab edilməsi və ünvan 1 ünvanında yerləşən 191,6 kv.m-dən ibarət mənzilin ½ hissəsi üzərində onun, ½ hissəsi üzərində Cavabdeh1 mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili Vəkil elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında olan mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi səbəbindən iddia ərizəsinin baxılmamış saxlanması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi aşağıdakılara görə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa məhkəmə dövlət rüsumunu geri qaytarır Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının vəkili tərəfindən iddia ərizəsinin baxılmamış saxlanması barədə ərizə verildiyindən, cavabdehlər öz növbəsində məhkəmə iclasında iştirak etməyib, işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi, ona əlavə edilən sənədlər iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 11 saylı Notariat Ofisinə qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlak üzərində pay hüququnun tanınması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar