Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2897/2021 22.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, Ərizəçi qızının iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə) “şəxsin ölmüş hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi qızı ərizə ilə məhkəməyə müraciət edərək, oğlu 20 oktyabr 1981-ci il təvəllüdlü X5 ölmüş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Yusifov Mikayıl onun oğludur. Oğlu 20 oktyabr 1981-ci il tarixində Bakı şəhərində doğulmuşdur. 2015-ci ildə İsmayıllı rayonuna getmək adı ilə evdən çıxmış və bir daha geri qayıtmamışdır. Sonradan oğlunun Suriya Respublikasında silahlı birləşmənin tərkibində döyüşlərdə iştirak etməsini öyrənmişdir. Sonuncu dəfə oğlu ilə 2016-cı ildə telefon vasitəsilə danışmışdır. Bu günə kimi oğlundan hər hansı xəbər yoxdur. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli 2(001)-367/2018 saylı qətnaməsi ilə 20 oktyabr 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş X5 itkin düşmüş hesab edilməsinə dair qətnamə qəbul edilmişdir.Hazırda oğluna ölüm haqqında şəhadətnamə ala bilmir. Göstərilənlərin nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakı təmin etməsə də, 19 aprel 2021-ci il tarixində məhkəməyə ərizə ünvanlayaraq ərizəçinin iddiasına etiraz edilmədiyini və mübahisənin həllinin məhkəmənin mülahizəsinə buraxıldığını bildirmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli qətnaməsindən görünür ki, 20.10.1981-ci il tarixində Bakı şəhərində doğulmuş X5 xəbərsiz itikin düşmüş elan edilməsi qət edilmişdir. Qətnamdəən görünür ki, məhkəmə iclasında şahid qismində dindirilən X6 və X1 ifadələri ilə X4 3-4 ildən xəbər ala bilmədiklərini, sonuncu dəfə 2015-ci ildə Suriya Respublikasında olduğunu bildiklərini, lakin həmin tarixdən sonra ondan xəbər ala bilmədiklərini bildirmişlər. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarə rəisinin müavini miqrasiya xidməti müşaviri Elmar Məmmədov tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilən 16 may 2021-ci il tarixli 08\H-355 Z.Ə saylı məktubdan görünür ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 12 dekabr 2017-ci il tarixli, 2(001)-16786 saylı qətnaməsi ilə 20 oktyabr 1981-ci ildə Bakı şəhərində anadan olmuş X5 Azərbaycan Respublikası vətəndaşılığını itirməsi qət edilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 12 dekabr 2017-ci il tarixli, 2(001)- 16786\2017 saylı qətnaməsindən görünür ki, maraqlı şəxs X5 (doğulduğu tarix- 20.10.1981-ci il, doğulduğu yer-Bakı şəhəri, şəxsiyyəti təsdiq edən sənədin PİN nömrəsi- 11C42V4, pasport seriya və nömrəsi C626700) Azərbaycan Respublikasının vətəndaşlığını itirilmiş hesab edilməsi qət edilmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində X5 ölkə hüdudlarından kənarda dini ekstremist fəaliyyətdə iştirak etməsi məlum olmuşdur. Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikası hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirakları ilə bağlı əməliyyat-axtarış fəaliyyətinin nəticələrinə dair arayış tərtib edilmiş və müəyyən edilmişdir ki, X5 2012-2016-cı illər ərzində Suriya Ərəb Respublikası və İraq Respublikasına gedərək həmin ölkələrin ərazisində ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış “İŞİD” və “Cəbhət ən-Nusra” adlı cinayətkar birliklərin tərkibinə daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisinin müavini polkovnik A.Qasımov tərəfindən məhkəməyə göndərilən 16 may 2021-ci il tarixli, 33/1625 saylı məktuubdan görünür ki, X2 dəfə 13 aprel 2015-ci il tarixində Gürcüstan Respublikası istiqamətində ölkə ərazisini tərk etmişdir. 23.02.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmək üçün 10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.2-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.2-ci maddəsinə əsasən məhkəmə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır; 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla və işin halları ilə müəyyən edilir ki, Ərizəçi 20.10.1981-ci il təvəllüdlü X5 anasıdır. X5 13 aprel 2015-ci il tarixindən Azərbaycan Respublikasından Gürcüstan Respublikası istiqamətində çıxmışdır. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli qətnaməsi ilə 20.10.1981ci il tarixində Bakı şəhərində doğulmuş X5 xəbərsiz itikin düşmüş elan edilməsi qət edilmiş, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 12 dekabr 2017-ci il tarixli, 2(001)-16786\2017 saylı qətnaməsi ilə maraqlı şəxs X5 (doğulduğu tarix-20.10.1981-ci il, doğulduğu yer-Bakı şəhəri, şəxsiyyəti təsdiq edən sənədin PİN nömrəsi-11C42V4, pasport seriya və nömrəsi C626700) Azərbaycan Respublikasının vətəndaşlığını itirilmiş hesab edilməsi qət edilmişdir. 20.10.1981-ci il təvəllüdlü X5 yaşayış yerində onun harada olması barədə artıq 6 ildən çoxdur ki, məlumat yoxdur. Bundan başqa ölmüş elan edilməsi xahiş olunan şəxsin terror təşkilatlarının tərkibinə daxil olub silahlı münaqişələrdə və terror fəaliyyətlərində iştirak etməsi müəyyən edilmişdir. 2016-cı ilin yanvar ayından isə X4 hər hansı xəbər əldə edilməmişdir. Odur ki, Ərizəçi oğlu 20.10.1981-ci il təvəllüdlü X5 ölmüş olmasını güman etməyə kifayət qədər əsas vardır. Belə ki, o həm 2018-ci ilin 29 yanvarından xəbərsiz itkin düşmüş hesab edilmiş, həm terror təşkilatlarında iştirak edərək silahlı münaqişələrdə iştirak etmiş, həmçinin xəbərsiz itkin düşmüş elan edildiyi tarixdən 3 ildən artıq müddət keçməsinə baxmayaraq onun barəsində hər hansı məlumat əldə edilə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 20.10.1981-ci il təvəllüdlü X7 ölmüş elan edilməli, məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün 20.10.1981-ci il X5 ölüm günü sayılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 20.10.1981-ci il təvəllüdlü X7 ölmüş hesab edilsin. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün 20.10.1981-ci il X5 ölüm günü sayılsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-2897/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2897/2021
22.06.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver