Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2921/2024 28.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X11 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdeh, eyni zamanda digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2, Cavabdeh, eyni zamanda digər cavabdeh Məlikova (Babaşova) Leyla Akif qızının nümayəndəsi Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Məlikova (Babaşova) Leyla Akif qızına qarşı “kompensasiya ödənilməklə mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Məlikova (Babaşova) Leyla Akif qızına qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Hacıyev küçəsində yerləşən 11 saylı ev onun şəxsi mülkiyyətindədir. Təəssüf ki, son illər cavabdehlərin ona qarşı etdikləri haqsız hərəkətlərinə görə birgə yaşamaqları mümkün deyildir. Evinin üstündə cavabdehlər tərəfindən artırma işləri aparılmışdır. O, əvvəllər buna etiraz etməmiş, indi isə həmin tikili evini qəzalı vəziyyətə salmışdır. Orada yaşamaq təhlükəlidir. Zəlzələ olsa ev uça bilər. Bundan başqa etibarından sui-istifadə edərək adına olan torpaq sahəsini mənimsəmişlər. Formal olaraq bağlanan müqaviləni həyata keçirmişlər. Evində rahat yaşaya bilmir. Şüşələrini sındırmışlar. Səhhətində problemlər vardır. Sakit həyat tərzi keçirmək istəyir. Cavabdehlərlə aralarındakı mübahisə, münaqişələrlə bağlı məhkəmədə geniş izahat verəcəkdir. Onun evinin çıxarışının əsli Cavabdeh3dır və indiyədək qaytarmamışdır. O, mülkiyyətçidir. O, cavabdehlərə kompensasiya, yəni pul ödəməli deyildir. Çünki onların həmin mənzilə istifadə hüquqları yoxdur, sadəcə yaşayırlar. Cavabdehlərdən ikisinin həmin ünvana qeydiyyatı yoxdur. O, mülkiyyət hüquqlarını tam şəkildə həyata keçirə bilmir. 12000 manat pulu ona görə verir ki, müəyyən müddət kirayədə yaşaya bilsinlər. Cavabdehlərin bu evdə qeydiyyatda olmaları və yaşamaları onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Bundan başqa, cavabdehlərin özlərinin maddi durumları yaxşıdır və kirayə haqqını özləri də ödəyə bilərlər. O, qardaşına görə bu pulu verir. Cavabdehlər həmin evdə iç-içə olan iki otaqda yaşayırlar. Yaşadıqları ərazidə iki otaqlı evin kirayə haqqı təxminən 300-350 manat təşkil edir. Həm daxili, həm də Beynəlxalq qanunvericiliyin prinsipləri mülkiyyət hüququna müstəsna hüquq kimi yanaşaraq mülkiyyətin toxunulmazlığına təminat verməklə onun kənar müdaxilələrdən qorunmasına istiqamətlənmişdir. Cavabdehlərlə bir damın altında yaşamaq mümkün deyildir. Ümumiyyətlə evini satıb köçmək istəyir. O, məcburiyyət qarşısında qalaraq, məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsi ilə əsaslandıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Məlikova (Babaşova) Leyla Akif qızının Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Hacıyev küçəsində yerləşən 11 saylı evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə etməklə yanaşı, məhkəməyə bir neçə dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etmişdir. Nümayəndə sonuncu təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə cavabdehlərə ümumi olaraq 32000 manat kompensasiya ödənilməklə cavabdehlərin iddiaçının şəxsi mülkiyyətində olan evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən cavabdeh, eyni zamanda digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 və cavabdeh, eyni zamanda digər Cavabdeh4 nümayəndəsi Cavabdeh3 hər biri ayrı-ayrılıqda onlara və digər cavabdehlərə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Eyni zamanda bildirmişlər ki, ekspertlər tərəfindən həmin mənzilə 270.000 manat məbləğində qiymət qoyulmuşdur, 200.000 manat məbləğində kompensasiya verilərsə mənzildən çıxmağa razı olarlar. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehlərin, eyni zamanda digər cavabdehlərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, ünvan 1 ünvanında İddiaçı, Cavabdeh1, Cavabdeh4 qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı, 035878 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Hacıyev küçəsində yerləşən 9 otaq 130.7 kv.m yaşayış sahəsi, 251.3 kv.m ümumi sahəsi olan 11 saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 09 saylı reyestr kitabında xx.xx.2005-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən 0.0160 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən 0.0160 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 adına xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1044 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, arayış verilir Cavabdeh4 ondan ötrü ki, o, həqiqətən də, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Hacıyev küçəsi 11 saylı evdə daimi pasport qeydiyyatındadır. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş 2559 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Cavabdeh1 aid xx.xx.2024-cü il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir. 1. Əri (arvadı): Cavabdeh2 (xx.xx.1963) 2. Qızı: Cavabdeh4 (xx.xx.1989) 3. Oğlu: Cavabdeh3 (xx.xx.1990); İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1396/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, X2, 51 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 6496/2023 saylı xx.xx.2023-cü qərardadından görünür ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş hər iki şikayət qismən təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 sentyabr 2023cü il tarixli qərardad ləğv edilmiş, İddiaçı vəkili (nümayəndəsi) Vəkil tərəfindən verilmiş “qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməmiş, İddiaçı vəkili (nümayəndəsi) Vəkil tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul edilmiş 17 may 2023-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması üçün sözügedən mülki işin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən 0.0320 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2021-ci il tarixdə 3/12 hissədə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 1/12 hissə də isə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən 0.0320 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X1 adına xx.xx.2021-ci il tarixdə 0.0192 ha hissədə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən 0.0320 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına xx.xx.2021-ci il tarixdə 0.0058666 ha hissədə ********** qeydiyyat nömrəsi ilə, Babaşova Mənsumə Rahil qızının adına xx.xx.2021-ci il tarixdə 0.0021335 ha hissədə ********** qeydiyyat nömrəsi ilə, İddiaçı adına xx.xx.2021-ci il tarixdə 0.0079999 ha hissədə ********** qeydiyyat nömrəsi ilə, X1 adına xx.xx.2021-ci il tarixdə 0.016 ha hissədə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən məhkəməyə ünvanlanmış 22 iyul 2024-cü il tarixli müvafiq məlumatların və sənədlərin surətinin təqdim edilməsi barədə məktubdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Hacıyev küçəsində yerləşən 11 saylı evin hüquqi statusu haqqında məlumatın və həmin evin İddiaçı mülkiyyətinə keçməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətlərinin təqdim olunması barədə məktuba aidiyyəti üzrə baxılmış və bildirilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Hacıyev küçəsində yerləşən 11 saylı fərdi yaşayış evi xx.xx.2004-cü il tarixdə Babaşov X4 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhəri 27 saylı DNK-nın xx.xx.2005-ci il tarixli, 2v-11 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən sözügedən ev ümumbirgə payda Babaşova Rahnə Novruz qızının, Babaşov X10, İddiaçı, Babaşov Əli Əsgər oğlunun, Babaşov X6 adlarına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 27 saylı DNK-nın xx.xx.2005-ci il tarixli, 4Ə/1-38 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən həmin ev (tam) İddiaçı adına qeydiyyatdan keçmiş və hazırda onun mülkiyyətindədir. İş materiallarında olan 18 yanvar 2005-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri 27 saylı dövlət notariat kontorunun dövlət notariusu A.K.Məmmədov Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, 27 may 2004-cü il tarixdə vəfat etmiş – Babaşov Əliabbas Naftalı oğlunun vərəsələri ünvan 1 ünvanında yaşayanlar: - həyat yoldaşı Babaşova Rahnə Novruz qızı, oğlu – Babaşov Əli Əliabbas oğlu, qızı – İddiaçı, oğlu – Babaşov Əliəsgər Əliabbas oğlu, oğlu Cavabdeh1dur və onların hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Tİ MHQİ-dən verilmiş kitab №09, səhifə №1331, qeyd 30/1331 24.04.04 tarixli qeydiyyat vəsiqəsinə və xx.xx.2004 tarixli 30/3667 arayışa əsasən ünvan 2 ünvanındakı xx 348.80 kv.m torpaq sahəsində olan evdən ibarətdir. Şəhadətnamə Tİ və MHQİ-dən qeydiyyatdan keçməlidir. İş materiallarında olan ünvan 3 ünvanında yaşayan X3, Babaşov Əli Əliabbas oğlu, Babaşov Əliəsgər Əliabbas oğlu, Cavabdeh1 və həmin ünvanda yaşayan İddiaçı arasında xx.xx.2005-ci il tarixdə bağlanmış müqavilədən görünür ki, Cavabdeh2N., Babaşov Ə.Ə., Babaşov Ə.Ə. və Cavabdeh1 Bakı şəhəri 27-ci DKN-dan verilmiş 18.01.05 tarixli 2V-11 saylı şəhadətnaməyə əsasən onlara məxsus olan ünvan 2 ünvanındakı evdən vərəsəlik yolu ilə hər birinə çatası payı İddiaçı bağışlamışlar. Tərəflər bağışlanan evi (mənzili) təmənnasız 198936 manata qiymətləndirirlər. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 64 saylı xx.xx.2004-cü il tarixli sərəncamın təsdiq edilmiş surətindən görünür ki, Binəqədi RİHB-nın M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyi RİH-nə müraciət edərək, qəsəbənin H.Hacıyev küçəsi 11 saylı evdə yaşayan Babaşov X5, keçmiş Kirov RXDS İK-nin 63 saylı, xx.xx.1954-cü il tarixli potokoluna əsasən həmin ünvanda ona ayrılmış və DTXK-nin ünvan 4əsi ilə mülkiyyətinə verilmiş 320 kv.m torpaq sahəsində inşası başa çatdırılmış 11 saylı fərdi yaşayış evinin xüsusi mülkiyyət kimi hüquqi qeydiyyata alınmasına icazə verilməsini xahiş etmişdir. Bakı şəhər Tİ və MHQİ tərəfindən 1961-ci il iyun ayında, yuxarıda qeyd edilən ünvanda yerləşən evə texniki pasport tərtib edilmiş və həmin idarə 30/2298 saylı xx.xx.2003-cü il tarixli məktubla RİH-nə müraciət edərək, mülkün ilkin hüquqi qeydiyyata alınmasına göstəriş verilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq sərəncamda 1. Kirov rayon XDS İK-nin 63 saylı xx.xx.1954-cü il tarixli protokoluna əsasən fərdi yaşayış evinin tikintisi üçün M.Ə.Rəsulzadə qəsəbəsi, H.Hacıyev küçəsi 11 saylı ünvanda vətəndaş X7 Babaşova ayrılmış və mülkiyyətinə verilmiş torpaq sahəsində inşası başa çatdırılmış, sahəsi 130.6 kv.m olan 9 yaşayış otağından, 122.9 kv.m köməkçi sahədən, 42 kv.m qarajdan, 10.6t kv.m sanitar qovşağından ibarət fərdi yaşayış evinin xüsusi mülkiyyət kimi onun adına hüquqi qeydiyyata alınması, 2. Sərəncamın surətinin qeyd edilən evin texniki pasportunda dəyişiklik edilməsi və qeydiyyat vəsiqəsinin verilməsi üçün Bakı şəhər Tİ və MHQİ-nə, eləcədə vətəndaş Ə.N.Babaşova göndərilməsi barədə sərəncam verilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 30 sentyabr 2024-cü il tarixli hesabatdan görünür ki, toplanmış məlumatlar, aparılmış təhlil və hesablamalar nəticəsində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin satış (likvid) qiyməti və orta aylıq kirayə haqqı tələblə təklifin qarşılıqlı təsiri nəticəsində likvid qiymət 270.000 (iki yüz yetmiş min) manat, kirayə dəyəri 530 (beş yüz otuz) manat müəyyən olunmuşdur. İş materiallarında olan yerində müayinə protokolundan görünür ki, 03 iyul 2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən mübahisəli mənzildə məhkəmə tərəfindən yerində müayinə keçirilmiş, yerində müayinə zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzilə daxil olduqda, mənzilin yerləşdiyi həyətin sağ tərəfində iki qapı yerləşir. Sağ tərəfdən birinci qapıya proses iştirakçıları ilə baxış keçirildiyi zaman iç-içə təmirsiz iki otağın yerləşdiyi müəyyən edilmişdir. Sağ tərəfdə təmirsiz zirzəmi yerləşir. Mənzilin həyətinin sol tərəfində isə pilləkənlər yerləşir. Həmin pilləkən vasitəsi ilə ikinci mərtəbəyə qalxdıqda dəhliz və 2 qapısı olan təcrid edilmiş mənzillər müəyyən olunmuşdur. Sağdan birinci mənzildə Cavabdeh3, bacıları və anası yaşayırlar. Həmin mənzilin ümumi sahəsi 140 kv.m, mənzildə bir mətbəx, mətbəxin sonunda sanitar qovşağı, mətbəxin sol tərəfindəki qapıdan daxil olduqda isə qonaq otağı yerləşir. Qonaq otağına daxil olduqda sağ tərəfdə pəncərə, qonaq otağının sonunda olan qapıdan içəri daxil olduqda yataq otağı, yataq otağının sağ tərəfində isə pəncərənin yerləşdiyi müəyyən edilmişdir. Həmin ünvanda yerləşən ikinci mərtəbədəki dəhlizdən sol tərəfdə yerləşən ikinci mənzilə baxış keçirildikdə müəyyən olunmuşdur ki, qapının giriş hissəsinin sağ tərəfində mətbəx, mətbəxin sağında sanitar qovşağı yerləşir. Mətbəxin sonunda qonaq otağına giriş qapısı müəyyən olunmuşur. Qonaq otağının sol tərəfində 3 ədəd pəncərə, sağ tərəfində isə iki qapı müəyyən olunmuşur. Qonaq otağının sol tərəfində olan üç ədəd pəncərə qonşunun hasarına baxır. Qonaq otağından sağ tərəfdə olan birinci və ikinci qapıda yataq otaqları müəyyən edilmişdir. İddiaçı faktiki sahibliyində və istifadəsində olan mənzil Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Hacıyev küçəsində yerləşən 11 saylı ev kimi qeydiyyata alınmış evdir. Cavabdeh3 faktiki sahibliyində və istifadəsində olan ev sonradan tikilmişdir, qeydiyyata alınmamışdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 27 sentyabr 2007-ci il tarixli “Akimova Azərbaycana qarşı Qərarında” Məhkəmə qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Paylı mülkiyyət mülkiyyətçilərinin razılaşması ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ümumi mülkiyyəti yaxşılaşdıran və ayrıla bilən əlavələr onları etmiş mülkiyyətçinin mülkiyyətinə daxil olur. (maddə 214.4.) Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.(maddə 215.1.) Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.(maddə 215.2.) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.3-ci maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Konstitusiya Məhkəməsi Plenumunun «F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında Plenum qeyd etmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə ilkin olaraq tərəflər arasında münasibətlərin müəyyənləşdirilməsini zəruri hesab edir. Belə ki, İddiaçı ilə Cavabdeh1 bacı-qardaşdırlar, digər cavabdehlər isə Cavabdeh1 ailə üzvləridir və cavabdehlərdən yalnız Cavabdeh4 həmin ünvanda yaşamır. İş materiallarında olan sübutlarla təsdiq edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Hacıyev küçəsində yerləşən 11 saylı fərdi yaşayış evi xx.xx.2004-cü il tarixdə Babaşov X4 adına ilkin qeydiyyatdan keçmişdir. Həmçinin işdə olan sübutlarla təsdiq edilir ki, mübahisəli ev tərəflərin atası Babaşov X8 tərəfindən qeydiyyata alınarkən 320 kv.m torpaq sahəsində inşası başa çatdırılmış 11 saylı fərdi yaşayış evinin xüsusi mülkiyyət kimi hüquqi qeydiyyata alınmasına icazə verilməsini xahiş etmişdir. Bakı şəhər Tİ və MHQİ tərəfindən 1961-ci il iyun ayında, yuxarıda qeyd edilən ünvanda yerləşən evə texniki pasport tərtib edilmiş və həmin idarə 30/2298 saylı xx.xx.2003-cü il tarixli məktubla RİH-nə müraciət edərək, mülkün ilkin hüquqi qeydiyyata alınmasına göstəriş verilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq sərəncamda 1. Kirov rayon XDS İK-nin 63 saylı xx.xx.1954-cü il tarixli protokoluna əsasən fərdi yaşayış evinin tikintisi üçün M.Ə.Rəsulzadə qəsəbəsi, H.Hacıyev küçəsi 11 saylı ünvanda vətəndaş X7 Babaşova ayrılmış və mülkiyyətinə verilmiş torpaq sahəsində inşası başa çatdırılmış, sahəsi 130.6 kv.m olan 9 yaşayış otağından, 122.9 kv.m köməkçi sahədən, 42 kv.m qarajdan, 10.6t kv.m sanitar qovşağından ibarət fərdi yaşayış evinin xüsusi mülkiyyət kimi onun adına hüquqi qeydiyyata alınması, 2. Sərəncamın surətinin qeyd edilən evin texniki pasportunda dəyişiklik edilməsi və qeydiyyat vəsiqəsinin verilməsi üçün Bakı şəhər Tİ və MHQİ-nə, eləcədə vətəndaş Ə.N.Babaşova göndərilməsi barədə sərəncam verilmişdir. Bakı şəhəri 27 saylı DNK-nın xx.xx.2005-ci il tarixli, 2v-11 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən sözügedən ev ümumbirgə payda Babaşova Rahnə Novruz qızının, Babaşov X10, İddiaçı, Babaşov Əli Əsgər oğlunun, Babaşov X6 adlarına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 27 saylı DNK-nın xx.xx.2005-ci il tarixli, 4Ə/1-38 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən həmin ev (tam) İddiaçı adına qeydiyyatdan keçmiş və hazırda onun mülkiyyətində və faktiki sahibliyindədir. Həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə münasibətdə isə, 0.0320 ha torpaq sahəsinin 0.0079999 ha hissəsi İddiaçı, 0.0058666 ha hissəsi isə Cavabdeh1 adına 2021-ci ildə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla təsdiq edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən 0.0160 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 adına xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı yerində müayinə keçirilmiş, yerinə müayinə zamanı məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən mənzilə daxil olduqda, mənzilin yerləşdiyi həyətin sağ tərəfində iki qapı yerləşir. Sağ tərəfdən birinci qapıya proses iştirakçıları ilə baxış keçirildiyi zaman iç-içə təmirsiz iki otağın yerləşdiyi müəyyən edilmişdir. Sağ tərəfdə təmirsiz zirzəmi yerləşir. Mənzilin həyətinin sol tərəfində isə pilləkənlər yerləşir. Həmin pilləkən vasitəsi ilə ikinci mərtəbəyə qalxdıqda dəhliz və 2 qapısı olan təcrid edilmiş mənzillər müəyyən olunmuşdur. Sağdan birinci mənzildə Cavabdeh3, bacıları və anası yaşayırlar. Həmin mənzilin ümumi sahəsi 140 kv.m, mənzildə bir mətbəx, mətbəxin sonunda sanitar qovşağı, mətbəxin sol tərəfindəki, qapıdan daxil olduqda isə qonaq otağı yerləşir. Qonaq otağına daxil olduqda sağ tərəfdə pəncərə, qonaq otağının sonunda olan qapıdan içəri daxil olduqda yataq otağı, yataq otağının sağ tərəfində isə pəncərənin yerləşdiyi müəyyən edilmişdir. Həmin ünvanda yerləşən ikinci mərtəbədəki dəhlizdən sol tərəfdə yerləşən ikinci mənzilə baxış keçirildikdə müəyyən olunmuşdur ki, həmin mənzil İddiaçı faktiki sahibliyində və istifadəsindədir, mənzilin ümumi sahəsi 130 kv.m, qapının giriş hissəsinin sağ tərəfində mətbəx, mətbəxin sağında sanitar qovşağı yerləşir. Mətbəxin sonunda qonaq otağına giriş qapısı müəyyən olunmuşur. Qonaq otağının sol tərəfində 3 ədəd pəncərə, sağ tərəfində isə iki qapı müəyyən olunmuşur. Qonaq otağının sol tərəfində olan üç ədəd pəncərə qonşunun hasarına baxır. Qonaq otağından sağ tərəfdə olan birinci və ikinci qapıda yataq otaqları müəyyən edilmişdir. İddiaçı faktiki sahibliyində və istifadəsində olan mənzil Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Hacıyev küçəsində yerləşən 11 saylı ev kimi qeydiyyata alınmış evdir. Cavabdeh3 faktiki sahibliyində və istifadəsində olan ev sonradan tikilmişdir, qeydiyyata alınmamışdır. Məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına, həmçinin işdə olan sübutlara əsaslanaraq, belə qənaətə gəlir ki, İddiaçı mülkiyyətindən olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Hacıyev küçəsində yerləşən 11 saylı evdən cavabdehlərin yalnız isifadə hüquqları olduğuna əsaslanaraq onların istifadə hüquqlarına xitam verilməsini deyil, onların kompensasiya ilə çıxarılmasını tələb etsə də, işdə olan sübutlarla təsdiq edilmişdir ki, cavabdehlər həmin evdə yaşamırlar, cavabdehlərin yaşadıqları ev özbaşına tikili olmaqla təcrid formada iddiaçının evinin yanında yerləşir. Bununla yanaşı mülki işdə olan sübutlarla təsdiq edilmişdir ki, Cavabdeh3 mübahisənin predmeti olan evin yerləşdiyi torpaq sahəsinin paylı mülkiyyətçisidir. Məhkəmə hesab edir ki, nəzərə alaraq ki, mülki qanunvericiliyə görə özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun, Cavabdeh3 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər faktiki sahibliyində və istifadəsində olan və iddiaçıya aidiyyəti olmayan, iddiaçının mülkiyyətində olan evdən təcrid olunmuş evin hüquqi əsası olan (titul) sahibi sayılır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Məlikova (Babaşova) Leyla Akif qızına qarşı “kompensasiya ödənilməklə mənzildən çıxarılma” tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-2921/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2921/2024
28.11.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver