Məhkəmə qərarları › İş №2(001)-2925/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2925/2021

30.04.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2925/2021 30.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, İsmayılova Esmira Addıxanovnanın katibliyi, İddiaçı, Cavabdeh “Cavabdeh MMC”-nin nümayəndəsi X1 iştitakı ilə, İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, əvvəlki iş yerinə bərpa olunma, buraxılmış iş müddətinə görə əmək haqqının verilməsi tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh MMC-nin 14.01.2021-ci il tarixli, 027/K nömrəli əmrinin ləğv edilməsi, əvvəlki iş yerinə bərpa edilməsi, 14.01.2021-ci il tarixdən iş yerinə bərpa olunan günə kimi olan müddət üçün əmək haqqının hesablanması və ona ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə 27 aprel 2021-ci il tarixdə məhkəmə baxışını qurtardıqdan sonra qətnamənin nəticə hissəsinin elan edilməsini 30 aprel 2021-ci il tarixə təxirə salmışdır. İddiaçı 28.04.2021-ci il tarixində iddiadan imtina edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında razılıq əldə olunduğunu, bu səbəbdən iddiadan imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddiadan imtina etməsi barədə ərizəsini nəzərə alaraq 30 aprel 2021-ci il tarixdə icraatın təzələnməsi barədə qərardad qəbul etmişdir. İcraat təzələndikdən sonra məhkəmə iclasında iddiaçı iddiadan imtina etməsi barədə ərizəsinin dəlillərinə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmiş və məhkəmə tərəfindən izah edilmiş iddiadan imtina etmənin hüquqi nəticələrinin ona məlum olduğunu bildirmişdir. İcraat təzələndikdən sonra məhkəmə iclasında izahat verən cavabdehin nümayəndəsi tərəflər arasında barışıq əldə olunduğunu və icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə ərizəni, tərəflərin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən iddiadan imtina qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinin tələblərinə əsasən iddiaçı iddiadan imtina edə bilər və iddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsinin tələblərinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191-ci maddəsinin tələblərinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmənin qənaətinə görə iddiaçının iddiadan imtina etməsi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -261.0.4-ci maddəsinin tələblərinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. -262.1-ci maddəsinin tələblərinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. -262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. -262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı : İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, əvvəlki iş yerinə bərpa olunma, buraxılmış iş müddətinə görə əmək haqqının verilməsi tələbinə dair mülki iş üzrə iddiadan imtina qəbul edilsin, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2925/2021 saylı mülki işi üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar