Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3877/2021 17.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı cavabdehlər "Cavabdeh1” MTK-ya, Cavabdeh2 və Cavabdeh3 qarşı "mənzilin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mənzilin boşaldılması və mənzilə köçürülmə” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 298/2020 saylı işi üzrə 30.11.2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər "Cavabdeh1” MTK-ya, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə) ilə məhkəməyə müraciət edərək, yekun olaraq məhkəmədən ünvan 1 ünvandaki 1-ci giriş, 2-ci mərtəbədə yerləşən, ümumi sahəsi 95.0 kv.metr olan iki otaqlı, 101 A saylı mənzilin tikintisi haqqında "Cavabdeh1” MTK ilə Cavabdeh2 arasında bağlanmış 27 dekabr 2016-cı il tarixli 202 saylı müqavilənin etibarsız sayılması, həmin mənzilin boşaldılması və iddiaçının yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. (İİ-77,80,89) Birinci instansiya məhkəməsinin icraatı zamanı aşağıdakılar sübut qismində tədqiq edilmişdir: icraçı (MTK) Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Azadlıq prospekti 204 ünvanında tikiləcək yüksək mərtəbəli binanın 1-ci girişi, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 95 kv.m olan, 2 otaqlı, mənzili tikib sifarişçiyə satır. Həmin müqavilənin 3-cü maddəsinə əsasən alıcı müqavilə bağlanan gün 5000 manat, 31.03.2014-cü il tarixinədək isə 45.000 manat ödəniş etməyi öhdəsinə götürür. Müqavilə üzrə son ödəniş tarixi 30 iyul 2014-cü il olaraq müəyyən edilməsi haqqında"Cavabdeh1” MTK-nın direktoru X1 ilə X6 arasında bağlanan 17 mart 2014-cü il tarixli "xxxx” müqavilənin surəti (l cild.səh.9), ünvan 2 ünvanda tikilmiş olan bina "Cavabdeh1” MTK-ya məxsusdur. Bu binanın 1- ci giriş, 2-ci mərtəbəsində, ümumi sahəsi 95 kv.m olan, 2 otaqlı, 101A saylı mənzilin ümumi pay dəyərinin məbləği 71250 manat məbləğində pul alıcı X6 tərəfindən tam ödənilməsi haqqında"Cavabdeh1” MTK tərəfindən verilən 08 may 2014-cü il tarixli, N°187 saylı maliyyə arayışı (l cild.səh.10), "Cavabdeh1” MTK-nın komendantı M.Əliyev tərəfindən İddiaçı Binəqədi rayonu "ASAN Xidmət” Mərkəzinə təqdim edilməsi üçün verilən 23.05.2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən ünvan 3 ünvanında yaşayır və "Cavabdeh1” MTK qeyd edilən mənzilə elektrik sayğacı qoyulmasına və elektrik xəttinə qoşulmasına etiraz etməməsi haqqında (lcild.səh.11), icraçı (MTK) Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Azadlıq prospekti 204 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın 1-ci girişi, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 95 kv.m olan, 2 otaqlı, 101 A saylı mənzili alıcıya təhvil verməyi öhdəsinə götürür. Həmin müqavilənin 3-cü maddəsinə əsasən alıcı müqavilə bağlanan gün mənzilin dəyəri olan 71250 manat pul vəsaitini ödənilməsinə dair "Cavabdeh1” MTK-nin direktoru X11 ilə Cavabdeh2 arasında bağlanan 27 dekabr 2016-cı il tarixli 202 nömrəli "xxxx” müqavilənin surəti (l cild.səh.18), MTK rəhbərliyindən M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 204 ünvanda ona məxsus 1-ci giriş, 2-ci mərtəbə, 2 otaqlı, 95 kv.m sahəsi olan, 101A saylı mənzili 71250 manata Cavabdeh2 satdığı üçün onu kooperativ üzvlüyündən azad edərək, Cavabdeh2 üzvlüyə qəbul edilməsini xahiş etməsinə dair İddiaçı tərəfindən "Cavabdeh1” MTK-nın rəhbərliyinə yazılan 27 dekabr 2016-cı il tarixli ərizə (l cild səh.20), "Cavabdeh1” MTK tərəfindən verilən 27 dekabr 2016-cı il tarixli, N° 202 saylı maliyyə arayışından görünür ki, ünvan 2 ünvanda tikilmiş olan bina "Cavabdeh1” MTK-ya məxsusdur. Bu binanın 1- ci giriş, 2-ci mərtəbəsində, ümumi sahəsi 95 kv.m olan, 2 otaqlı, 101A saylı mənzilin ümumi pay dəyərinin məbləği 71250 manat məbləğində pul alıcı Cavabdeh2 tərəfindən tam ödənilməsi haqqında (l cild.səh.21), əksi ekspertizaya təqdim edilmiş, mülki işin 20-ci vərəqələrində olan 27 dekabr 2016-cı il tarixli "Cavabdeh1” MTK-nın rəhbərliyinə ünvanlanan ərizənin kserosurətinin aşağı sol hissəsində "Satan” qrafasında olan imza İddiaçı tərəfindən yox başqa şəxs tərəfindən icra olunmasına dair (Ekspertiza tədqiqatının dəyəri 124 manat təşkil edir) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 2(001)-5571/2019 saylı mülki iş üzrə 18 fevral 2020-ci il tarixli 32211 saylı məhkəmə ekspertizasının rəy (l cild.səh.155), ünvan 4 ünvanda "Cavabdeh1” MTK-ya məxsus yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 101A saylı mənzilin elektrik təchizatı haqqında 23 yanvar 2018-ci il tarixli müraciətinə baxılmış və qeyd edilən ünvanda tələb olunan gücü 8kVt olan mənzilin elektrik təchizatının təmini üçün 2060 saylı transformator məntəqəsinin (TM) 0,4 kV-luq paylayıcı qurğusundan qidalanan "Cavabdeh1” MTK-nın paylayıcı lövhəsinin müvafiq yerində sayğac komplekti quraşdırılmalı və oradan yükə uyğun 1 KV-luq kabel xəttinin çəkilməsi qərara alınması haqqında"xxxx” ASC tərəfindən İddiaçı yazılan məktub (ll cild.səh.67), 17 mart 2014-cü il tarixli kassa mədaxil orderindən görünür ki, X6 tərəfindən "Cavabdeh1” MTK-ya 5000 manat məbləğində mənzilin dəyəri üçün ödəniş edilməsi haqqında (ll cild.səh.71), X6 tərəfindən "Cavabdeh1” MTK-ya 3000 manat məbləğində mənzilin dəyəri üçün ödəniş edilməsi haqqında 30 aprel 2014-cü il tarixli kassa mədaxil order (ll cild.səh.72), X6 tərəfindən "Cavabdeh1” MTK-ya 7000 manat məbləğində mənzilin dəyəri üçün ödəniş edilməsi haqqında 08 may 2014-cü il tarixli kassa mədaxil orderi (ll cild. Səh.73), X6 tərəfindən "Cavabdeh1” MTK-ya 9000 manat məbləğində mənzilin dəyəri üçün ödəniş edilməsi haqqında 06 may 2014-cü il tarixli kassa mədaxil orderi (ll cild.səh.74), X6 tərəfindən "Cavabdeh1” MTK-ya 45000 manat məbləğində mənzilin dəyəri üçün ödəniş edilməsi haqqında 31 mart 2014-cü il tarixli kassa mədaxil orderi (ll cild.səh.75). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-298/2020 saylı işi üzrə 30.11.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, ünvan 5 ünvandakı binanın 1 -ci giriş, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 95,0 kv.metr olan iki otaqlı 101 a saylı mənzilin tikintisi haqqında "Cavabdeh1” MTK ilə Cavabdeh2 arasında bağlanmış 27 dekabr 2016-cı il tarixli 202 saylı müqavilənin etibarsız hesab edilməsi, ünvan 5 ünvandakı binanın 1 -ci giriş, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 95,0 kv.metr olan iki otaqlı 101 a saylı mənzilin boşaldılması, İddiaçı yetkinlik yaşına çatmayan uşaqları (25 avqust 2015-ci il təvəllüdlü X10 və 18 fevral 2018-ci il təvəllüdlü X7) ilə birlikdə ünvan 4 ünvandakı binanın 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 95,0 kv.metr olan iki otaqlı 101 a saylı mənzilə köçürülməsi, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməsi və ekspertiza tədqiqatının ümumi dəyərini təşkil edən 124 manat məbləğində pul vəsaitinin cavabdehlər "Cavabdeh1” MTK-dan, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. Qətnamədə Mənzil Məcəlləsinin 112; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 81, 82.4, 106.1, 119.1, 2017.2, 217.4; Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 157.5, 225.1, 324.1, 324.4, 331.1, 337.1, 337.2, 337.3, 337.5, 340.1, 405.2, 407.1, 407.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, mübahisə "Cavabdeh1” MTK tərəfindən ünvan 2 ünvanda tikilmiş binanın 1–ci giriş, 2-ci mərtəbəsində, ümumi sahəsi 95 kv.m olan, 2 otaqlı, 101A saylı mənzillə bağlıdır və işin faktiki halları aşağıdakılardan ibarətdir. İddiaçı X8 mübahisə predmetini təşkil edən mənzilin 2014-cü ildə onun tərəfindən nikaha daxil olmadan alındığını və bu səbəbdən birgə nikah dövrünə aid olan əmlak olmadığını, mənzilin satılması üçün heç kəsə etibarnamə vermədiyini, mənzilin satılması ilə bağlı razılıq ərizəsinə özünün qol çəkmədiyini bu səbəbdən də ünvan 1 ünvandaki 1–ci giriş, 2-ci mərtəbədə yerləşən, ümumi sahəsi 95.0 kv.metr olan iki otaqlı, 101 A saylı mənzilin tikintisi haqqında "Cavabdeh1” MTK ilə Cavabdeh2 arasında bağlanmış 27 dekabr 2016-cı il tarixli 202 saylı müqavilənin etibarsız sayılması, həmin mənzilin boşaldılması və onun yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh2 nümayəndəsi, vəkili iddia tələbini qəbul etmədiyini mənzilin satılmasına iddiaçının razılığı olduğunu, mənzilin dəyərinin yəni 71250 manat məbləğində pul vəsaitinin İddiaçı ödənildiyini, cavabdeh X3 Cavabdeh3 Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi təqsirləndirildiyi cinayət işi ilə heç bir əlaqəsinin olmadığını bildirərək, iddianın rədd edilməsini xahiş edir.13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Cavabdeh3 məhkəməyə ünvanladığı izahatında bildirir ki, mübahisəli mənzilin satılmasına həyat yoldaşının razılığı olmamış, həmin mənzilin satılmasına dair ərizəyə ona göstərilən təzyiqlər nəticəsində yoldaşı adından özü imza etmiş, ərizədə qeyd olunan mənzilin dəyər isə ona ödənilməmişdir. Məhkəmə tələbin mahiyyətini və iddiaçının Cavabdeh3 arvadı olmasını nəzərə alaraq, ilk öncə MTK-dan alınan mənzilin ilkin olaraq kimin mülkiyyətində olmasını, həmçinin mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak olub-olmamasını müəyyən edilməsini zəruri hesab edir. 2009-cu il oktyabr ayının 1-dən qüvvəyə minmiş, digər vacib məsələlərlə yanaşı özəl mənzil fonduna daxil olan yaşayış sahələrindən istifadə edilməsi, mənzil-tikinti kooperativlərinin yaradılması və fəaliyyəti, onların üzvlərinin hüquq və vəzifələrini tənzimləyən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra - Mənzil Məcəlləsi) bəzi müddəaları da diqqətəlayiqdir. İşin faktiki halları ilə müəyyən edilir ki, Cavabdeh1” MTK tərəfindən ünvan 2 ünvanda tikilmiş binanın 1 -ci giriş, 2-ci mərtəbəsində, ümumi sahəsi 95 kv.m olan, 2 otaqlı, 101A saylı mənzilin dəyəri iddiaçı X6 tərəfindən "Cavabdeh1” MTK-ya müxtəlif tarixlərdə yəni 17 mart 2014-cü il tarixində 5000 manat, 31 mart 2014-cü il tarixində 45000 manat, 30 aprel 2014-cü il tarixində 3000 manat, 06 may 2014-cü il tarixində 9000 manat və 08 may 2014- cü il tarixində isə 7000 manat məbləğində mənzilin dəyəri üçün ödənişlər edilmişdir. "xxxx” MTK tərəfindən isə ona qeyd edilən mənzilin pay dəyərinin tam ödənilməsi barədə 08 may 2014-cü il tarixində 187 N°-li arayış verilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən mənzilin dəyərinin tam şəkildə ödənilməsi 08 may 2014-cü il tarixində verilən maliyyə arayışı ilə təsdiq olunduğundan həmin tarixdən etibarən iddiaçı Rəhimova (Əhmədova) Aydan Bayram qızının həmin mənzindən istifadə və sahiblik hüququ yaranmışdır. Bakı şəhər Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilən 10 iyul 2014-cü il tarixli, AZ-İ seriyalı, 955429 saylı nikah haqqında şəhadətnaməyə əsasən isə Cavabdeh3 ilə X6 arasında 10 iyul 2014cü il tarixində nikah bağlanmışdır. Cavabdeh2 nümayəndəsi, vəkil mübahisəli mənzili İddiaçı aldığını, iddiaçıya 71250 manat ödəniş etdiyini, bunun nəticəsində MTK ilə arasında mənzil tikintisinə dair müqavilə bağlandığını bildirsə də, iddiaçı Cavabdeh2 ilə arasında heç bir alğı-satqı müqaviləsinin bağlanmadığını, evin satılmasına razılıq vermədiyini, onun adından MTK-ya yazılan ərizədə göstərilən imzanın onun imzası olmadığını qeyd edir. Həmçinin iş üzrə Cavabdeh3 məhkəməyə ünvanladığı izahatında qeyd etmişdir ki, mənzilin satılmasına dair MTK-ya yazılan razılıq ərizəsində imza onun arvadı tərəfindən yox özü tərəfindən icra olunmuşdur. Belə ki arvadının mənzilin satılmasından xəbəri olmamış və mənzilin satılması üçün ona etibarnamə verilməmişdir. Mübahisəli məsələnin aydınlaşdırılması üçün məhkəmə tərəfindən məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 18 fevral 2020-ci il tarixli 32211 saylı ekspert rəyi ilə əksi ekspertizaya təqdim edilmiş, mülki işin 20-ci vərəqələrində olan 27 dekabr 2016-cı il tarixli "Cavabdeh1” MTKının rəhbərliyinə ünvanlanan ərizənin kserosurətinin aşağı sol hissəsində "Satan” qrafasında olan imza İddiaçı tərəfindən yox başqa şəxs tərəfindən icra olunması müəyyən edilmişdir. Məhkəmə həmçinin 27 dekabr 2016-cı il tarixli ərizəyə imza etməsi ehtimal olunan cavabeh Cavabdeh3 İddiaçı tərəfindən etibarnamə verilibverilməməsini aydınlaşdırmaq məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat İdarəsinə 03 sentyabr 2019-cu il tarixində sorğu ünvanlamışdır. Sorğuya verilən 26 sentyabr 2019-cu il tarixli 05/5325-11saylı cavab məktubu ilə cavabeh Cavabdeh3 İddiaçı tərəfindən etibarnamə verilmədiyi müəyyən edilmişdir. "Cavabdeh1” MTK ilə Cavabdeh2 arasında "xxxx” 27 dekabr 2016-cı il tarixli, 202 saylı müqavilə formal olaraq bağlanmışdır və bunun əsasında verilən maliyyə arayışı da formal olaraq verilmişdir. Belə ki, əslində MTK- dan alınmış mənzilə dair pay haqqının alqı-satqısının MTK-nın vasitəçiliyi ilə yeni müqavilə bağlanması kimi rəsmiləşdirilmişdir. Yəni ehtimal olunur ki, pay haqqını tam ödəmiş MTK- nın üzvü ərizə yazaraq üzvlükdən azad edilməsini və digər şəxsin üzvlüyə qəbul edilməsini xahiş etməklə həmin şəxsin üzvlüyə qəbul edilməsinə nail olmağa çalışmışdır. Xülasə ehtimal olunur ki, mənzilin satıcısı, alıcısı və MTK Mülki Məcəllənin 112-ci maddəsinin tələblərinə əməl edilmədən alıcının kooperativin üzvlüyünə qəbul edilməsi üçün bu yolla müqaviləni rəsmiləşdirmişlər. Məsələyə bu baxımdan yanaşıldıqda həmin müqavilənin uydurma və yalan əqd hesab olunması üçün əsas müəyyən edilmir. Belə ki, kooperativ üzvlüyünə qəbulun bu formada rəsmiləşdirilməsi hazırki reallıqda tez-tez rast gəlinən və yolverilən haldır. Bu nöqteyi nəzərdən müqaviləni Mülki Məcəllənin müəyyənləşdirilmiş şərtlərinin pozulması ilə bağlanması kimi qiymətləndirmək olmaz. Eyni zamanda işin mübahisələndirilən hallarından biri olan müqavilə üzrə ödənişin MTK-ya, iddiaçıya və ya iddiaçının ərinə hansı formada ödənilməsinin qeyri-müəyyənliyi də hazırki mübahisədə müqavilənin yalan və ya uydurma əqd kimi etibarsız hesab olunması üçün əsas hesab edilə bilməz. Belə ki, kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir.(MM 435) Məhkəmə həmçinin o səbəbdən alqı-satqının qiymətinin hansı formada icra edildiyinə diqqət çəkir ki, işin hallarından, tərəflərin izahatlarından, icraata xitam verilməsi ilə bağlı qərardaddan verilən şikayətin əsaslarından və.s-dən mənzillə bağlı yaranmış mübahisənin Cavabdeh3 Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ilə bağlı olduğu ehtimal olunur. Hərçənd ki, iddiaçının və Cavabdeh2 nümayəndələri məhkəmə iclasındakı izahatları ilə mübahisənin cinayət işi ilə bağlılığını birbaşa etiraf etməmişlər. Halbuki, mübahisənin Cavabdeh3 barəsində olan cinayət işi ilə əlaqədar olması açıq aydın görünsə də, Cavabdeh2 nümayəndələrinin bu halı təkidlə inkar etməsi şübhə doğuraraq yaranmış mübahisənin qeyd edilən cinayət işi ilə bağlı olması barədə məhkəmənin qənaətini gücləndirir. Hər bir halda, əgər mübahisəli mənzil Cavabdeh3 mülkiyyəti olsaydı və ya mənzil mülkiyyətçinin razılığı ilə öhdəliyin əvəzi qismində verilsəydi, onda müqavilənin etibarsızlığından söhbət gedə bilməzdi və əslində mübahisə olmazdı. Bununla bağlı öhdəliyin əvəzləşdirilməsinin, hətta öhdəliyin üçüncü şəxs tərəfindən icrasının mümkünlüyü qanunvericiliklə təsbit olunmuşdur.(MM 431,540) Lakin işin hallarından göründüyü kimi həmin mənzil nə Cavabdeh3 mülkiyyəti olmuş, nə mənzilin alqı-satqısına iddiaçının razılığı olmuş, nə də ki Cavabdeh3 mənzilin satılmasına dair etibarnəmə verilmişdir. Belə ki, cavabdehlərdən, xüsusilə cavabdeh "Cavabdeh1” MTKdan mübahisəli mənzilin Cavabdeh2 adına rəsmiləşdirilməsinə əsas olan sənədlər istənilmiş, lakin həmin sənədlərin əslləri məhkəməyə təqdim edilməmişdir. Nəhayət iş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş razılıq ərizəsinin surəti ilə bağlı məhkəmə-xətşünaslıq ekspertizası keçirilmiş və həmin razılıq ərizəsinin (27.12.2016-ci il tarixli) iddiaçı tərəfindən imzalanmaması müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh3 izahatında etiraf etmişdir ki, həmin ərizəyə iddiaçının yerinə o imza atmışdır. Məhkəmə Cavabdeh3 izahatına iddiaçı ilə qohumluq əlaqələrinə əsasən tənqidi yanaşsa da, bu halı təqzib edən hər-hansı sübut Cavabdeh2 tərəfindən təqdim edilməmiş, əksinə cavabdeh X4 bildirdikləri işin halları ilə uyğunluq təşkil etmişdir. Bu baxımdan "Cavabdeh1” MTK ilə Cavabdeh2 arasında "xxxx” 27 dekabr 2016-cı il tarixli, 202 saylı müqavilə səlahiyyəti olmayan şəxs tərəfindən əşyaya dair sərəncam verilməsi kimi qiymətləndirilməli və bu əsasla müqavilə etibarsız hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 358.1-ci maddəsində qeyd edilmişdir ki, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Göründüyü kimi "Cavabdeh1” MTK ilə iddiaçı X6 arasında "xxxx” l7 mart 2014-cü il tarixli, 187 saylı müqavilə bağlandığı və bununla bağlı pay haqqının tam ödənilməsi barədə maliyyə arayışı verildiyi vaxtdan mənzilə dair sahiblik, istifadə və qanunvericilikdə nəzərdə tutulmuş hallarda sərəncam səlahiyyəti iddiaçı Rəhimova(Əhmədova) Aydan Bayram qızına keçmişdir. "xxxx” MTK ilə Cavabdeh2 arasında "xxxx” 27 dekabr 2016-cı il tarixli, 202 saylı müqavilə bağlandığı zaman MTK-nın əşyaya dair sərəncam verməsi üçün səlahiyyəti olmamış, səlahiyyətli şəxsin razılığı isə alınmamışdır. Sonradan da səlahiyyətli şəxs bunu bəyənməmişdir. Cavabdeh3 müqavilənin bağlanmasına razılıq verməsi təsdiq olunmuş olsa belə, yəni razılıq ərizəsinin onun tərəfindən imzalanması öz təsdiqini tapsa belə, onun da səlahiyyətli şəxs olması işin halları ilə təqzib edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8, 358.1; Azərbaycan Respublikası Konstitusiyasının 129; Mülki Prosessual Məcəlləsinin 14.1, 217, 387.1, 390-ci maddələrinə istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi öz qətnaməsində “Azərbaycan Respublikası Mulki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarına istinad etmiş, həmin maddi hüquq normasını səhv təfsir etməklə, Qərarın təsviri hissəsində göstərilənlərin tətbiqinə xüsusilə üstünlük verərək, İddiaçı ünvan 5 ünvandakı binanın 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 95,0 kv.metr olan iki otaqlı 101 a saylı mənzil üzərində sərəncam vermək hüququ olan şəxs olduğunu, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 27 dekabr 2016-cı il tarixli müqavilənin “səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı” əsası ilə, həmin müqavilənin etibarsız olduğu qənaətinə gəlmişdir. Məhkəmə bu mövqeyini isə 358.1 və 358.2-ci maddələri ilə əsaslandırmağa çalışmışdır ki, həmin maddi hüquq normalarının hazırki mübahisəyə tətbiqi ümumiyyətlə yolverilməzdir. Belə ki, məhkəmənin də istinad etdiyi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarının əsaslandırıcı hissəsində göstərilənlər müxtəlif qanunvericilik aktlarından istinadlardan ibarətdir və həmin istinadlar işə baxan Konstitusiya Məhkəməsinin müstəqil iradəsini ifadə etmir. Həmin qərarda iş üzrə Konstitusiya Məhkəməsinin mövqeyi qərarın nəticə hissəsində aşkar göstərilmişdir Konstitusiya Məhkəməsinin mövqeyinə görə, kooperativ üzvü kooperativdə olan əmlakı üzərində sərəncam vermək hüququnu yalnız həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra əldə edir. İndiki halda, İddiaçı mübahisəli mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına nail olmadığına görə, həmin mənzil üzərində sərəncam vermək hüququnu da əldə etməyib. məhkəmə iddianın təmin edilməli olduğu qənaətinə gəlmək üçün işin faktiki hallarına qiymət verərkən, yalnız ehtimallara və şəxsi düşüncələrinə üstünlük vermişdir. Hazırki iş üzrə keçirilmiş məhkəmə iclaslarında nümayəndələri verdikləri izahatlarında bildirmişlər ki, İddiaçı Cavabdeh1 MTK-nın rəhbərinə yazdığı ərizə şəxsən onun özü tərəfindən imzalanıb və bu halın müəyyənləşdirilməsi məqsədi ilə həmin ərizənin əslinin məhkəməyə təqdim edilməsi zəruridir. Əks halda, iş materiallarında olan və məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməsinə qanunvericiliklə yol verilməyən ksero-surətdə olan imzanın kimə məxsus olduğunun dəqiq müəyyənləşdirilməsi qeyri-mümkündür. Bundan başqa, iş materiallarında olan ksero-surətin əslində İddiaçı tərəfindən hələ 2016-cı ildə imzaladığı ərizə ilə eynilik təşkil etməməsi də mümkündür. Belə olan halda isə, iş materiallarında olan ksero-surət ərizənin tədqiqi nəticəsində qəbul edilmiş məhkəmə qətnaməsinin qanuniliyinin şübhə altında qalması da normaldır və mümkündür. Mübahisəli mənzillə bağlı aparılmış əməliyyatlar və tərəflər arasında bağlanmış müqavilələrin surətləri məhkəmə sorğusu vasitəsilə Cavabdeh1 MTK-dan iki dəfə tələb edilmiş, sonuncu sorğuda sənədlərin təqdim edilməsinin məcburiliyini göstərsə də, heç bir nəticəsi olmamış, tələb edilən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə isə, həmin sübutların məcburi şəkildə əldə edilməsi üçün MPM-nin 85-87-ci maddələrinin tələblərinə uyğun olaraq sübutların təmin edilməsi barədə qərardad çıxarmamış və ya həmin sənədlərin əslinin təqdim edilməsini iddiaçıdan tələb etməmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiyası 13, 29; Mülki Məcəllənin 112, 139-158, 178, 324, 337-360, 385-388, 560; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 371-372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlil əks edilməmişdir. Apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Bundan əlavə qeyd edilməlidir ki, apellyasiya şikayəti üzrə dəllillərdən biri odur ki, iddiaçı mülkiyyət hüququ əldə etməmiş və daşınmaz əmlaka dair sərəncam vermək hüquqları mövcud olmamışdır. Bu dəlil özü-özlüyündə ziddiyyət təşkil edir və ondan öncəki digər dəlilə - ərizənin əslinin məhkəmə tərəfindən əldə edilməməsinə yönəlik prosessual uzlaşmanın mövcud olmadığı qənaətini formalaşdırır. Mübahisəli mənzilə hüquqları əldə etməsində israrlı olan Cavabdeh2 kooperativin üzvü olmasını, əqdin bağlandığı zaman iddiaçı ilə bağlanmiş müqavilənin ləğv edilməsini və digər sübutları özü tərəfindən təsdiq etməli olduğu halda hər hansı mötəbər sübutlar təqdim etməmiş və iddiaçı ilə bağlanmış əqdi mübahisələndirmədiyi vəziyyətdə buna dair dəlillər irəli sürmüşdür. İddiaçı ilə yaranmış münasibətlərin Mülki Məcəlllənin 178.8-ci maddəsinə edilmiş dəyişiklərdən öncə yaranması bu müddəanın əski məğzinin tətbiqini ehtiva edir, burada isə qeyd edilirdi ki, Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Bu mənada, kooperativin sübutlar təqdim etməməsi və mübahisənin mahiyyətinə dair mövqeyini nümayiş etdirməməsi məhkəmənin qanuni əsaslarla müəyyən edilən mövcud faktlar əsasında qənaətini istisna edə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402- 406-ci maddələrini rəhbər tutaraq, kollegiya q ə t e t d i: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-298/2020 saylı işi üzrə 30.11.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3877/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3877/2021
17.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver