Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2995/2019 30.04.2019 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Ehtibar qızına qarşı Bakı şəhəri Binəqədi rayonu İsrafilov Həşimov küçəsi 6a saylı evin 109 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Ehtibar qızına qarşı Bakı şəhəri Binəqədi rayonu İsrafilov Həşimov küçəsi 6a saylı evin 109 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu İsrafilov Həşimov küçəsi 6a saylı evin 109 saylı mənzili RX seriyalı ******* saylı çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Cavadehlər Cavabdeh1 onun kürəkəni, Cavabdeh2 onun bacısı oğlu, Cavabdeh3 Ehtibar qızı isə onun qızıdır. Cavabdehlər mülkiyyət hüququ üzrə ona məxsus olan mənzildə qeydiyyatda qalmaqla ona çətinlik yaradırlar. Belə ki, cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan mənzildə heç vaxt yaşamamış, formal olaraq bu mənzilə qeydiyyata alınmışlar. Bu cavabdehlər vətəndaşları olduqları Rusiya Federasiyasında yaşayırlar. Nikahı pozulduqdan sonra anasının himayəsində saxlanılan qızı X6 isə anası ilə birlikdə yaşayır. Belə ki, onun X7 12000 manat kompensasiya təklif etməklə Bakı şəhəri Binəqədi rayonu İsrafilov Həşimov küçəsi 6a saylı evin 109 saylı mənzilinə istifadə hüququna xitam verilməsinə dair iddia tələbi təmin edilmiş, qanuni qüvvəsini alan məhkəmə aktı icra olunarkən Ə.X.Cavadova kompensasiyanı aldıqdan sonra himayəsində saxlanılan X4 da özü ilə aparmış və hal-hazırda onun verdiyi kompensasiya əsasında alınan mənzildə yaşayırlar. Cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda qalmaları ona mülkiyyət hüququnu həyata keçirməkdə maneələr yaradır, o, mülkiyyətində olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını həyata keçirə bilmir. Ona görə də cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Ehtibar qızının ünvan 1 evin 109 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh3 Ehtibar qızı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı onun atası, X9 isə onun anasıdır. Valideynlərinin nikahı pozulduqdan sonra o, qaradaş və bacıları ilə birlikdə anasının yanında saxlanmışdır. Daha sonra onun anası atasının iddia tələbi ilə kompensasiya verilməklə Bakı şəhəri Binəqədi rayonu İsrafilov Həşimov küçəsi 6a saylı evin 109 saylı mənzilindən çıxarılmış, həmin vaxt o, da anası, qardaş və bacıları ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu İsrafilov Həşimov küçəsi 6a saylı evin 109 saylı mənzilini tərk etmişdir. Bundan sonra o, anasının aldığı Xırdalan şəhəri Kristal Abşeron küçəsi 10 saylı evin 25 saylı mənzilində anası, qardaş və bacıları ilə birlikdə yaşayır. Atasından mənzilə dair payını tələb etdiyinə görə Bakı şəhəri Binəqədi rayonu İsrafilov Həşimov küçəsi 6a saylı evin 109 saylı mənzilinə istifadə hüququna xitam verilməsinə razı deyildir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlu məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 24.10.2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, ünvan 1 evin 109 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 2393 saylı reyestr kitabının 222780 saylı vərəqində qeydiyyata alınmışdır. Masallı Rayon Məhkəməsinin 01.10.2015-ci tarixli 2(050)-2106/2015 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı ilə X9 arasında 11.07.2005-ci il tarixdə Masallı RİHB-nin Ərkivan inzibati ərazi nümayəndəliyində bağlanmış nikahın pozulması, 14.02.1999-cu il təvəllüdlü X2, 29.07.2000-ci il təvəllüdlü Cavabdeh3 Ehtibar qızının, 05.06.2005-ci il təvəllüdlü X8 və 05.06.2005-ci il təvəllüdlü X1 atası İddiaçı himayəsində və yanında saxlanılması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29.07.2016-cı il tarixli 2(001)-365/2016-cı il saylı qətnaməsindən müəyyən olunur ki, 14.02.1999-cu il təvəllüdlü X2, 29.07.2000-ci il təvəllüdlü Cavabdeh3 Ehtibar qızının, 05.06.2005-ci il təvəllüdlü X3 və 05.06.2005-ci il təvəllüdlü X1 anaları X5 yanında qalması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14.12.2016-cı il tarixli 2(103)-10120/2016 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin 29.07.2016-cı il tarixli 2(001)-365/2016-cı il saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Binəqədi Rayon Məhkəməsinin 25.09.2017-ci il tarixli 2(001)-11663/2017 saylı qətnaməsindən müəyyən olunur ki, 29.07.2000-ci il təvəllüdlü Cavabdeh3 Ehtibar qızının, 05.06.2005-ci il təvəllüdlü X3 və 05.06.2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 22.08.2017-ci il tarixdən başlayaraq İddiaçı X5 xeyrinə hər ay hər uşaq üçün 136,60 manat olmaqla cəmi 409,80 manat alimentin tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 10.01.2018-ci il tarixli 2(103)-673/2018 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin 25.09.2017-ci il tarixli 2(001)-11663/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Binəqədi Rayon Məhkəməsinin 08.12.2016-cı il tarixli 2(001)-13608/2016 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı məxsus ünvan 1 evin 109 saylı mənzilinə X7 12000 manat kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilmişdir. Binəqədi rayon İcra və probasiya şöbəsinin 26.01.2018-ci il tarixli 17/68-3858-9 saylı məktubundan müəyyən olunur ki, Binəqədi Rayon Məhkəməsinin 08.12.2016-cı il tarixli, 2(001)- 13608/2016 saylı icra sənədi icra olunmuşdur. Binəqədi rayon İcra və probasiya şöbəsinin 26.01.2018-ci il tarixli icra sənədi üzrə icraat xitam verilməsi barədə qərardan müəyyən olunur ki, Binəqədi Rayon Məhkəməsinin 08.12.2016-cı il tarixli 2(001)-13608/2016 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. Cavadova (İsmayılova) Əminə Xanəli qızı tərəfindən 26.01.2018-ci il tarixdə verilmiş qəbzdən müəyyən olunur ki, Binəqədi Rayon Məhkəməsinin 08.12.2016-cı il tarixli 2(001)- 13608/2016 saylı icra vərəqəsinə əsasən o, mənzilə istifadə hüququna xitam verilməsi qarşılığında ödənilməli olan 12000 manat kompensasiyanı tam olaraq İddiaçı almışdır. Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 79 saylı MKİS-in 19.11.2018-ci il tarixli 787 saylı arayışından müəyyən olunur ki, xx.xx.1958-ci il təvəllüdlü Cavabdeh1, 29.07.2000-ci il təvəllüdlü Cavabdeh3 Ehtibar qızı, xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh2 ünvan 1 evin 109 saylı mənzilində yaşamırlar. Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 79 saylı MKİS tərəfindən 19.11.2018-ci il tarixdə tərtib olunmuş aktdan müəyyən olunur ki, İddiaçı ünvan 1 evin 109 saylı mənzilində tək özü yaşayır. xx.xx.1958-ci il təvəllüdlü Cavabdeh1, 29.07.2000-ci il təvəllüdlü Cavabdeh3 Ehtibar qızı, xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh2 sözügedən ünvanda qeydiyyatda olmalarına baxmayaraq yaşamırlar. Rusiya Federasiyasının vətəndaşı xx.xx.1958-ci il təvəllüdlü Cavabdeh1 Rusiya Federasiyası Murmansk vilayətinin Murmansk şəhər notariat kontoru tərəfindən təsdiq olunan 11.03.2019-cu il tarixli ** AA ***4739 saylı razılıq ərizəsindən müəyyən olunur ki, o, yeni yaşayış yerinə köçməsi ilə bağlı ünvan 1 evin 109 saylı ünvanından qeydiyyatdan çıxarılmasına razılıq vermişdir. Rusiya Federasiyasının vətəndaşı xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh2 Rusiya Federasiyası Murmansk vilayətinin Murmansk şəhər notariat kontoru tərəfindən təsdiq olunan 11.03.2019-cu il tarixli ** AA ***4766 saylı razılıq ərizəsindən müəyyən olunur ki, o, yeni yaşayış yerinə köçməsi ilə bağlı ünvan 1 evin 109 saylı ünvanından qeydiyyatdan çıxarılmasına razılıq vermişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Binəqədi rayonu İsrafilov Həşimov küçəsi 6a saylı evin 109 saylı mənzilinə qeydiyyata alınsalar da, onlar bu mənzilə köçüb mənzildə yaşamamış, Cavabdeh3 Ehtibar qızı isə valideynlərinin nikahı pozulduqdan sonra anasının himayəsində yaşamış, hələ yetkinlik yaşına çatmamışdan əvvəl anası ilə birlikdə yaşadığı Bakı şəhəri Binəqədi rayonu İsrafilov Həşimov küçəsi 6a saylı evin 109 saylı mənzilini tərk edərək daimi olaraq anasına məxsus mənzildə yaşayır. Məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xüsusi mülkiyyətdə olan mənzilə qeydiyyata alınmaları faktına onların bu mənzilə istifadə hüquqlarının yaranması kimi qiymət verilməsi qanunun tələblərinə ziddir. Belə ki, yuxarıda istinad edilən maddi hüquq normalarının məzmunundan müəyyən olunur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Göründüyü kimi 2000-ci ilin sentyabrın 1-dən qüvvəyə minmiş MM-in 228.1-ci maddəsi müəyyən etmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, bu hüququn yaranması üçün mülkiyyətçi ilə notariat qaydasında təsdiq olunmuş müqavilə bağlansın və həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2Bakı şəhəri Binəqədi rayonu İsrafilov Həşimov küçəsi 6a saylı evin 109 saylımənzilinə istifadə hüquqları mövcud olmadığından, mövcud olmayan hüquqların itirilməsi də qeyri-mümkündür. Ona görə də iddia ərizəsi bu cavabdehlərə münasibətdə təmin edilə bilməz. Məhkəmə eyni zamanda qeyd edir ki, hazırkı qətnamə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Binəqədi rayonu İsrafilov Həşimov küçəsi 6a saylı evin 109 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, bu cavabdehlər qeydiyyatda olduqları ünvanda yaşamır, daimi yaşamaq üçün Rusiya Federasiyasına köçməklə həmin dövlətin vətəndaşlığını qəbul etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1.-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Məhkəmə İddiaçı Cavabdeh3 Ehtibar qızına qarşı iddia tələbi ilə bağlı tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib bu tələbin əsaslı olması səbəbindən təmin edilməsi qənaətinə gəlir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının qızı olan bu cavabdeh valideynlərinin nikahı pozulduqdan sonra anası X5 himayəsində saxlanılmış, daha sonra X9 mülkiyyətçinin tələbi ilə kompensasiya verilməklə mənzildən çıxarılarkən mənzili anası ilə birlikdə tərk edərək daimi yaşamaq üçün anasının aldığı Xırdalan şəhəri Kristal Abşeron küçəsi 10 saylı evin 25 saylı mənzilinə köçmüş və hal-hazırda da bu mənzildə yaşamaqla daimi yaşayış yerinə malik olduğundan qeydiyyatda olduğu yaşayış sahəsinə ehtiyacı aradan qalxmaqla həmin yaşayış sahəsinə olan istifadə hüququna xitam verilmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh3 Ehtibar qızının Bakı şəhəri Binəqədi rayonu İsrafilov Həşimov küçəsi 6a saylı evin 109 saylı mənzilinə istifadə hüququna xitam verilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Hazırkı qətnamə Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Binəqədi rayonu İsrafilov Həşimov küçəsi 6a saylı evin 109 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-2995/2019
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2995/2019
30.04.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver