Məhkəmə qərarları › İş №2(001)-2999/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2999/2020

05.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2999/2020 05.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X11 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, xx xxxxxxx 2005-ci il təvəllüdlü X3 və xx xxxxxx 2007-ci il təvəllüdlü X4 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış sahəsinə istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1 mədən, korpus 43, ev 486 saylı fərdi yaşayış evini faktiki olaraq 2010-cu ilin dekabr ayında cavabdehdən almışdır. Fərdi yaşayış evində qeydiyyatda olmuş və yaşamış X2 tərəfindən xx xxxxxx 2010-cu il tarixdə ona əlli il müddətinə etibarnamə verilmişdir. Qeyd edilən fərdi yaşayış evi faktiki olaraq ona məxsusdur və bu fərdi yaşayış evində yaşayır, cavabdeh ailə üzvləri ilə birlikdə fərdi yaşayış evini tərk edərək daimi yaşamağa başqa ünvana getmişdir. Qeyd edilən yaşayış sahəsinə faktiki olaraq sahiblik edir, sərəncam verir, fərdi yaşayış evinə aid kommunal xərclər tərəfindən ödənilir. Lakin bu qədər müddət keçməsinə baxmayaraq, cavabdeh qeydiyyatdan çıxmamışdır, onun formal pasport qeydiyyatı hələ də qalmaqdadır. Cavabdeh bu fərdi yaşayış evini 2010-cu il tarixdə tərk edərək getmiş, həmin vaxtdan da bu ünvanla heç bir əlaqəsi olmamışdır. Cavabdehin həyat yoldaşı X2 qeydiyyatdan çıxaraq başqa ünvanda qeydiyyata düşmüşdür. Cavabdehin pasport qeydiyyatında qalması onun yaşayış sahəsinə olan hüquqlarının həyata keçirilməsinə maneçilik törədir, hüquqlarını məhdudlaşdırır. Cavabdeh bu ünvanda yaşamır, bu mənzilə heç bir aidiyyatları yoxdur, formal pasport qeydiyyatındadır, artıq bu ünvana olan hüquqlarını itirmişdir. Cavabdeh qeydiyyatdan çıxacağı barədə vəd versə də yerinə yetirməmişdir. Fərdi yaşayış evinin mülkiyyət vəsiqəsi olmasa da, yaşayış sahəsi kimi mövcuddur, yaşayış sahəsində yerləşir, fərdi yaşayış evinin hesabat cədvəli onun adına hazırlanmışdır. Həmçinin bu fərdi yaşayış evi xüsusi mülkiyyətə bərabər tutula bilər. Sadalanan milli və beynəlxalq qanunvericilik , o cümlədən əsasən iddiaçının faktiki sahib olması və istifadə etməsi baxımından hesab etmək olar ki, iddiaçının bu evə mülkiyyət hüququ əldə edilməsi üzrə gözləntiyə malik olması səbəbindən iddia qaldırmaq üçün subyektiv hüquqa malikdir. Fərdi yaşayış evi ilə bağlı hüquqları faktiki olaraq o, həyata keçirir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə çatdırılması üçün məhkəmə bildirişi Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsinə göndərildiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Fiziki və Hüquqi şəxslərin istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat cədvəlinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus-43 ünvanında yerləşən yaşayış evi Binəqədi Bələdiyyəsi ilə bağlanmış xx xxx 2010-cu il tarixli müqaviləyə əsasən İddiaçı adına qeydiyyatdan keçirilmişdir; xx xxxxxx 2007-ci il tarixli ev kitabının surətindən görünür ki, Cavabdeh, X2, X5 və X1 qəsəbəsi, 1-ci Mədən, korpus-43 küçəsində yerləşən 486 saylı evə qeydiyyata alınmışlar; “xxxxxxxxxxxxxxxxxxx” ASC-nin xx xxxx 2011-ci il tarixli, 203294 saylı aktından görünür ki, istehlakçı İddiaçı, abonent kodu **********30166 olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədəndə yerləşən fərdi yaşayış evində yoxlama zamanı məlum olmuşdur ki, işıq enerjisindən qeydiyyatsız və sayğacsız istifadə olunur. Mənzil qeydiyyata alınmalı və sayğac quraşdırılmalıdır; xx xxxxxx 2010-cu il tarixli, Bakı şəhərində 43 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh, ünvan 3 mənzil 11 ünvanında yaşayan İddiaçı həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzrəində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, miras qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi İddiaçı etibar etmişdir. Etibarnamə başqa şəxsə verilə bilər və xx xxxxxx 2060-cı il tarixə qədər qüvvədədir; xx xxxxxx 2010-cu il tarixli, Bakı şəhərində 43 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, ünvan 1 ünvanında yaşayan X2, ünvan 3 mənzil 11 ünvanında yaşayan İddiaçı həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzrəində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, miras qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi İddiaçı etibar etmişdir. Etibarnamə başqa şəxsə verilə bilər və xx xxxxxx 2060-cı il tarixə qədər qüvvədədir; xx xxxxx 2020-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, cavabdehin qeydiyyatda olduğu və iddiaçının faktiki yaşadığı ünvan 4 saylı ünvanda yerləşən fərdi yaşayış evi özbaşına tikinti olmaqla dövlət tərəfindən rəsmi qeydiyyata alınmamışdır. Mülki qanunvericiliyin tələblərindən göründüyü kimi, özbaşına tikintiyə hər hansı hüquq, o cümlədən istifadə hüququ yaranmır. Yaranmayan hüququn itirilməsi isə qeyri-mümkündür. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddianın verilməsi üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar