Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-30/2022 02.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1nə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1ndən 29 sentyabr 2017-ci il tarixli 269/M saylı kredit müqaviləsi üzrə ümumilikdə 18.413,12 ABŞ dolları məbləğində vəsaitin (15.866,46 ABŞ dolları əsas, 1.436,04 ABŞ dolları faiz, 1.110,62 ABŞ dolları dəbbə pulu), cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 15 oktyabr 2018-ci il tarixli 412/M saylı kredit müqaviləsi üzrə ümumilikdə 132.189,63 ABŞ dolları məbləğində vəsaitin (121.743,4 ABŞ dolları əsas, 4.161,07 ABŞ dolları faiz, 6.285,16 ABŞ dolları dəbbə pulu), Cavabdeh3 03 aprel 2015-ci il tarixli 022-EF/M saylı kredit müqaviləsi üzrə ümumilikdə 170.128,69 ABŞ dolları məbləğində vəsaitin (99.000 ABŞ dolları əsas, 60.671,43 ABŞ dolları faiz, 10.457,26 ABŞ dolları dəbbə pulu) tutularaq ona ödənilməsi, tələbin 269/M, 412/M və 022- EF/M saylı kredit müqavilələrinin təminatı olan Cavabdeh4 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, 85 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması, daşınmaz əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına ona cəmi 320.731,44 ABŞ dolları məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün çəkilmiş 90 manat xərcin və 30 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, bankla Cavabdeh1 arasında 29 sentyabr 2017-ci il tarixdə bağlanan 269/M saylı kredit müqaviləsinə əsasən illik 6 faiz hesablanmaq şərti ilə 24 ay müddətinə sonuncuya 147.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 269/M saylı kredit müqaviləsinin təminatı olan 17 oktyabr 2017-ci il tarixli 269/M nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, 85 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir ( Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış, Seriya RX, 1154919, reyestr kitabı 134, vərəq 12206, reyestr nömrəsi **********75-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 27 oktyabr 2017ci il). Bundan başqa, bankla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 15 oktyabr 2018-ci il tarixdə bağlanan 412/M saylı kredit müqaviləsinə əsasən illik 6 faiz hesablanmaq şərti ilə 12 ay müddətinə sonuncuya 125.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 412/M saylı kredit müqaviləsinin təminatı olan 24 oktyabr 2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, 85 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir ( Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış, Seriya RX, 1395638, reyestr kitabı 134, vərəq 12206, reyestr nömrəsi **********75-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 26 oktyabr 2018-ci il). Bunlardan əlavə, bankla Cavabdeh3 arasında 03 aprel 2015-ci il tarixdə bağlanan 022-EF/M saylı kredit müqaviləsinə əsasən illik 17 faiz hesablanmaq şərtilə 36 ay müddətinə sonuncuya 107.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 15 oktyabr 2018-ci il tarixdə isə tərəflər arasında 022-EF/M saylı kredit müqaviləsinə əlavə bağlanılmışdır. Əlavədə göstərilmişdir: “borc verən tərəfdən borc alana qeyri-yaşayış sahəsinin əsaslı təmiri” məqsədi ilə 03 aprel 2015-ci il tarixli 022-EF/M saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 17 faiz hesablanmaq şərtilə verilən 107.000 ABŞ dolları məbləğində olan kreditin qalıq məbləğinin (əsas məbləğdən qalıq borcu 99.000 ABŞ dolları, faiz 49.914 ABŞ dolları) istifadə müddəti 10 oktyabr 2019-cu il tarixinə kimi artırılır, illik faiz dərəcəsi endirilərək 13% təyin edilir. Öhdəliyin icra müddəti 10 noyabr 2018-ci il tarixdən başlayaraq hər ayın 10-undan gec olmayaraq faizləri ödəmək, əsas məbləğ isə müddət ərzində 10 oktyabr 2019-cu il tarixinə kimi tam ödənilməlidir” 022-EF/M saylı kredit müqaviləsinə Əlavənin təminatı olan 24 oktyabr 2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh4 məxsus Cavabdeh4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, 85 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir ( Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış, Seriya RX, 1395639, reyestr kitabı 134, vərəq 12206, reyestr nömrəsi **********75-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 26 oktyabr 2018-ci il). Lakin kredit müqavilələrin müddəları pozularaq icra edilmir. Belə ki, Cavabdeh1 05 avqust 2019-cu il tarixinə banka əsas borc üzrə 15.866,46 ABŞ dolları, faiz borcu üzrə 1.436,04 ABŞ dolları, dəbbə pulu üzrə 1.110,62 ABŞ dolları cəmi 18.413,12 ABŞ dolları məbləğində təşkil edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 05 avqust 2019-cu il tarixinə banka olan əsas borc üzrə 121.743,4 ABŞ dolları, faiz borcu üzrə 4.161,07 ABŞ dolları, dəbbə pulu üzrə 6.285,16 ABŞ dolları, cəmi 132.189,63 ABŞ dolları məbləğində təşkil edir. Cavabdeh3 05 avqust 2019-cu il tarixinə banka əsas borc üzrə 99.000 ABŞ dolları, faiz borcu üzrə 60.671,43 ABŞ dolları, dəbbə pulu üzrə 10.457,26 ABŞ dolları, cəmi 170.128,69 ABŞ dolları məbləğində təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İpoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə ipoteka qoyan Cavabdeh4 və borcalan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 27 aprel 2010-cu il tarixli, 024/M İpoteka müqaviləsinə əsasən, 27 aprel 2010-cu il tarixli, 024/M saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin təminatı olaraq mülkiyyət hüququ üzrə Cavabdeh4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsində ümumi sahəsi 261.2 kv.m, 6 otaqlı, 85 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlak 300.000 manat məbləğində qiymətləndirilmişdir; İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 29 sentyabr 2017-ci il tarixli, 269/M saylı kredit müqaviləsindən və müqaviləyə 1 saylı Əlavədən görünür ki, kreditor borcalana 24 ay müddətinə illik 6 faiz dərəcəsi ilə dövriyyə vəsaitinin artırılması məqsədi ilə 147.000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri kreditora qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən bu kredit müqaviləsi üzrə verilmiş borcun qaytarılması Cavabdeh4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsində ümumi sahəsi 261.2 kv.m, 6 otaqlı, 85 saylı fərdi yaşayış evi ipoteka predmeti ilə təmin olunur. Həmin müqavilənin 5.5 və 5.6cı bəndlərinə əsasən gecikdirilmiş borc yarandıqda borcalan borcverənə hər gecikdirilmiş gün üçün icra edilməmiş öhdəliyin 0.12% miqdarında dəbbə (penya) pulu ödəyir. Müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri ilə əlaqədar yaranan borc öhdəliyi ümumiyyətlə icra edilmədikdə borcalan borcverənə verilmiş kredit məbləğinin 12% miqdarında dəbbə (cərimə) pulu ödəyir. Müqavilə üzrə ödənişin başlanğıc tarixi 29 oktyabr 2017-ci il, son tarixi isə 29 sentyabr 2019-cu ildir; İpoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə ipoteka qoyan Cavabdeh4 və borcalan Cavabdeh1 arasında notarial qaydada bağlanmış 17 oktyabr 2017-ci il tarixli Sonrakı İpoteka müqaviləsinə əsasən, 29 sentyabr 2017-ci il tarixli, 269/M saylı əsas kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin təminatı olaraq mülkiyyət hüququ üzrə Cavabdeh4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsində ümumi sahəsi 261.2 kv.m, 6 otaqlı, 85 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlak 300.000 manat məbləğində qiymətləndirilmişdir; Cavabdeh3 notarial qaydada verilmiş 04 oktyabr 2017-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 29 sentyabr 2017-ci il tarixdə bağlanmış 269/M saylı kredit müqaviləsinin təminatı qismində Cavabdeh4 şəxsi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, 85 saylı fərdi yaşayış evini və 0.06 ha torpaq sahəsini banka sonrakı ipotekaya qoyulmasına etiraz etməmiş, banka qarşı götürülən öhdəliklərin yerinə yetirilmədiyi halda həmin əmlakdan 30 gün müddətində könüllü surətdə çıxmağı öhdəsinə götürmüşdür. Gələcəkdə bununla bağlı banka qarşı heç bir iddiası olmayacaqdır; X1 notarial qaydada verilmiş 17 oktyabr 2017-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 29 sentyabr 2017ci il tarixdə bağlanmış 269/M saylı kredit müqaviləsinin təminatı qismində Cavabdeh4 şəxsi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, 85 saylı fərdi yaşayış evini və 0.06 ha torpaq sahəsini banka sonrakı ipotekaya qoyulmasına etiraz etməmiş, banka qarşı götürülən öhdəliklərin yerinə yetirilmədiyi halda həmin əmlakdan 30 gün müddətində könüllü surətdə çıxmağı öhdəsinə götürmüşdür. Gələcəkdə bununla bağlı banka qarşı heç bir iddiası olmayacaqdır; İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 15 oktyabr 2018-ci il tarixli, 412/M saylı kredit müqaviləsindən görünür ki, kreditor borcalana 12 ay müddətinə illik 6 faiz dərəcəsi ilə dövriyyə vəsaitinin artırılması məqsədi ilə 125.000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri kreditora qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 7.1-ci bəndinə əsasən borc alanın bu müqavilədə nəzərdə tutulan öhdəliklərinin yerinə yetirilməsi Cavabdeh4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsində ümumi sahəsi 261.2 kv.m, yaşayış sahəsi 167,4 kv.m, yardımçı sahəsi 93.8 kv.m olan 2 mərtəbəli 6 otaqlı, 85 saylı fərdi yaşayış evi olan ipoteka predmeti ilə təmin olunur. Həmin müqavilənin 4.6 və 4.7-ci bəndlərinə əsasən gecikdirilmiş borc yarandıqda borcalan borcverənə hər gecikdirilmiş gün üçün icra edilməmiş öhdəliyin 0.1% miqdarında dəbbə (penya) pulu ödəyir. Müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri ilə əlaqədar yaranan borc öhdəliyi ümumiyyətlə icra edilmədikdə borcalan borcverənə verilmiş kredit məbləğinin 30% miqdarında dəbbə (cərimə) pulu ödəyir; İpoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə ipoteka qoyan Cavabdeh4 və borcalan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında notarial qaydada bağlanmış 24 oktyabr 2018-ci il tarixli Sonrakı İpoteka müqaviləsinə əsasən, 15 oktyabr 2018-ci il tarixli, 412/M saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin təminatı olaraq mülkiyyət hüququ üzrə Cavabdeh4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsində ümumi sahəsi 261.2 kv.m, 6 otaqlı, 85 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlak 300.000 manat məbləğində qiymətləndirilmişdir; Cavabdeh3 və X1 notarial qaydada verilmiş 24 oktyabr 2018-ci il tarixli ərizələrinin surətlərindən görünür ki, onlar, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 15 oktyabr 2018-ci il tarixli, 412/M saylı kredit müqaviləsinin təminatı qismində Cavabdeh4 şəxsi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, 85 saylı fərdi yaşayış evini və 0.06 ha torpaq sahəsini banka sonrakı ipotekaya qoyulmasına etiraz etməmiş, banka qarşı götürülən öhdəliklərin yerinə yetirilmədiyi halda həmin əmlakdan 30 gün müddətində könüllü surətdə çıxmağı öhdəsinə götürmüşlər. Gələcəkdə bununla bağlı banka qarşı heç bir iddiaları olmayacaqdır; İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 03 aprel 2015ci il tarixli, 022-EF/M saylı kredit müqaviləsindən görünür ki, kreditor borcalana 36 ay müddətinə illik 17 faiz dərəcəsi ilə qeyri-yaşayış sahəsinin əsaslı təmiri məqsədi ilə 107.000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri kreditora qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən bu kredit müqaviləsi üzrə verilmiş borcun qaytarılması 03 aprel 2015-ci il tarixli, 022-EF/M nömrəli sonrakı ipoteka müqaviləsində göstərilən ipoteka predmeti ilə təmin olunur. Həmin müqavilənin 5.5 və 5.6cı bəndlərinə əsasən gecikdirilmiş borc yarandıqda borcalan borcverənə hər gecikdirilmiş gün üçün icra edilməmiş öhdəliyin 0.1% miqdarında dəbbə (penya) pulu ödəyir. Müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri ilə əlaqədar yaranan borc öhdəliyi ümumiyyətlə icra edilmədikdə borcalan borcverənə verilmiş kredit məbləğinin 30% miqdarında dəbbə (cərimə) pulu ödəyir; İpoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə ipoteka qoyan Cavabdeh4 və borcalan Cavabdeh3 arasında bağlanmış 03 aprel 2015-ci il tarixli Sonrakı İpoteka müqaviləsinə əsasən, 03 aprel 2015-ci il tarixli, 022-EF/M saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin təminatı olaraq mülkiyyət hüququ üzrə Cavabdeh4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsində ümumi sahəsi 261.2 kv.m, 6 otaqlı, 85 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlak 400.000 manat məbləğində qiymətləndirilmişdir; Cavabdeh3 və X1 notarial qaydada verilmiş 03 aprel 2015-ci il tarixli ərizələrinin surətlərindən görünür ki, onlar, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 03 aprel 2015-ci il tarixli, 022-EF/M saylı kredit müqaviləsinin təminatı qismində Cavabdeh4 şəxsi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, 85 saylı fərdi yaşayış evini banka sonrakı ipotekaya qoyulmasına etiraz etməmiş, banka qarşı götürülən öhdəliklərin yerinə yetirilmədiyi halda həmin əmlakdan 30 gün müddətində könüllü surətdə çıxmağı öhdəsinə götürmüşlər. Gələcəkdə bununla bağlı banka qarşı heç bir iddiaları olmayacaqdır; 15 oktyabr 2018-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 03 aprel 2015-ci il tarixli, 022-EF/M saylı kredit müqaviləsinə Əlavədən görünür ki, borc verən tərəfdən borc alana qeyri-yaşayış sahəsinin əsaslı təmiri” məqsədi ilə 03 aprel 2015-ci il tarixli 022-EF/M saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 17 faiz hesablanmaq şərtilə verilən 107.000 ABŞ dolları məbləğində olan kreditin qalıq məbləğinin (əsas məbləğdən qalıq borcu 99.000 ABŞ dolları, faiz 49.914 ABŞ dolları) istifadə müddəti 10 oktyabr 2019-cu il tarixinə kimi artırılır, illik faiz dərəcəsi endirilərək 13% təyin edilir. Öhdəliyin icra müddəti 10 noyabr 2018-ci il tarixdən başlayaraq hər ayın 10-undan gec olmayaraq faizləri ödəmək, əsas məbləğ isə müddət ərzində 10 oktyabr 2019-cu il tarixinə kimi tam ödənilməlidir; İpoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə ipoteka qoyan Cavabdeh4 və borcalan Cavabdeh3 arasında bağlanmış 24 oktyabr 2018-ci il tarixli Sonrakı İpoteka müqaviləsinə əsasən, 03 aprel 2015-ci il tarixli, 022-EF/M saylı kredit müqaviləsinə Əlavə üzrə borcalanın öhdəliklərinin təminatı olaraq mülkiyyət hüququ üzrə Cavabdeh4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsində ümumi sahəsi 261.2 kv.m, 6 otaqlı, 85 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlak 300.000 manat məbləğində qiymətləndirilmişdir; Cavabdeh3 və X1 notarial qaydada verilmiş 24 oktyabr 2018-ci il tarixli ərizələrinin surətlərindən görünür ki, onlar, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 03 aprel 2015-ci il tarixli, 022-EF/M saylı kredit müqaviləsinə Əlavənin təminatı qismində Cavabdeh4 şəxsi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, 85 saylı fərdi yaşayış evini və 0.06 ha torpaq sahəsini banka sonrakı ipotekaya qoyulmasına etiraz etməmiş, banka qarşı götürülən öhdəliklərin yerinə yetirilmədiyi halda həmin əmlakdan 30 gün müddətində könüllü surətdə çıxmağı öhdəsinə götürmüşlər. Gələcəkdə bununla bağlı banka qarşı heç bir iddiaları olmayacaqdır; İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 05 avqust 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 03 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə cəmi borcu 170.128,69 ABŞ dolları (99.000 ABŞ dolları əsas, faiz üzrə 60.671,43 ABŞ dolları, dəbbə pulu 10.457,26 ABŞ dolları) təşkil edir; İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 05 avqust 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 29 sentyabr 2017-ci il tarixli kredit müqaviləsi üzrə cəmi borcu 18.413,12 ABŞ dolları (15.866,46 ABŞ dolları əsas, faiz üzrə 1.436,04 ABŞ dolları, dəbbə pulu 1.110,62 ABŞ dolları) təşkil edir; İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 05 avqust 2019-cu il tarixli maliyyə arayışından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 15 oktyabr 2018ci il tarixli kredit müqaviləsi üzrə cəmi borcu 132.189,63 ABŞ dolları (121.743,4 ABŞ dolları əsas, faiz üzrə 4.161,07 ABŞ dolları, dəbbə pulu 6.285,16 ABŞ dolları) təşkil edir; İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 08 avqust 2019-cu il tarixdə borcalanlara və ipoteka qoyana ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, borcalanlardan banka olan borcun 20 gün müddətində icra edilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişlər; İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında 15 avqust 2019-cu il tarixli ərizədən görünür ki, 03 aprel 2015-ci il tarixli kredit müqaviləsinə və 15 oktyabr 2018-ci il tarixli Əlavəyə əsasən Cavabdeh3 üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ona göndərildiyini nəzərə alaraq ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, 85 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmişdir; İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında 15 avqust 2019-cu il tarixli ərizədən görünür ki, 29 sentyabr 2017-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ona göndərildiyini nəzərə alaraq ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, 85 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmişdir; İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında 15 avqust 2019-cu il tarixli ərizədən görünür ki, 15 oktyabr 2018-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ona göndərildiyini nəzərə alaraq ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, 85 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmişdir; İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 22 avqust 2019-cu il tarixdə borcalanlara ünvanlanmış bildirişlərdən görünür ki, borcalanlardan banka olan borcun 3 iş günü müddətində icra edilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişlər; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı 28 avqust 2019-cu il tarixli məktublardan görünür ki, sonuncunun M/11-7305, M/11-7306 və M/11-7307 saylı məktublarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, 85 saylı fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildirişlər qeydə alınmışdır; 16 avqust 2019-cu il tarixli müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişlərindən görünür ki, iddiaçı tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə bildirişlərin qeydiyyatı üçün xidmət haqqı olaraq 60 manat, dövlət rüsumu olaraq 30 manat, cəmi 90 manat məbləğində ödəniş edilmişdir; 06 avqust 2018-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir; "xxxx" MMC tərəfindən verilmiş əmlakın qiymətləndirilməsi barədə 31 avqust 2020ci il tarixli rəydən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, 85 saylı fərdi yaşayış evinin bazar qiyməti 420.000 manat, likvid qiyməti isə 330.000 manat təşkil edir. Tədqiqatın dəyəri 500 manat təşkil edir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 aprel 2021-ci il tarixli rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış, maliyyə arayışı məlumatları, 15 oktyabr 2018-ci il tarixli 412/M saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 05 avqust 2019-cu il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu ümumilikdə 126.725,39 ABŞ dolları (122.508,33 ABŞ dolları, faiz borcu 4.217,06 ABŞ dolları) müəyyən edilir. Qeyd edilir ki, hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 05 avqust 2019-cu il tarixdən sonra 2.000,00 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi 05 avqust 2019-cu il tarixə göstərildiyindən 2.000,00 ABŞ dolları məbləğində ödəniş nəzərə alınmamışdır. 03 aprel 2015-ci il tarixli 022-EF/M saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh3 03 aprel 2018-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu ümumilikdə 140.266,56 ABŞ dolları (əsas borc 99.000 ABŞ dolları, faiz borcu 41.266,56 ABŞ dolları) məbləğində müəyyən edilir. Qeyd edilir ki, məhkəmənin ekspertiza təyini haqqında qərardadında eskpert qarşısında qoyulmuş sualda Cavabdeh1 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 29 sentyabr 2017-ci il tarixli 269/M saylı kredit müqaviləsi üzrə Cavabdeh1 05 avqust 2019-cu il tarixə borc məbləği nə qədər təşkil edir sualı qoyulmuşdur. İş materiallarında 28 dekabr 2020-ci il tarixli və 15 fevral 2021-ci il tarixli məktublarla təqdim edilmiş əlavə sənədlərdə 29 sentyabr 2017-ci il tarixli 269/M saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatları tam şəkildə mövcud deyildir. Belə olan halda, həmin kredit müqaviləsi üzrə hesablamaların aparılması mümkün deyildir. Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir; İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 08 iyun 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh3 03 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə 04 iyun 2021-ci il tarixə əsas borc üzrə 99.000 ABŞ dolları, faiz borcu üzrə 84.230,68 ABŞ dolları, dəbbə pulu üzrə 10.457,26 ABŞ dolları məbləğində təşkil edir; İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 08 iyun 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 29 sentyabr 2017-ci il tarixli kredit müqaviləsi üzrə 04 iyun 2021-ci il tarixə əsas borc üzrə 9.867 ABŞ dolları, faiz borcu üzrə 2.170,66 ABŞ dolları məbləğində təşkil edir; İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 08 iyun 2021-ci il tarixli arayışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 15 oktyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə 04 iyun 2021-ci il tarixə əsas borc üzrə 121.743,4 ABŞ dolları, faiz borcu üzrə 15.532,6 ABŞ dolları, dəbbə pulu üzrə 6.285,16 ABŞ dolları məbləğində təşkil edir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 oktyabr 2021-ci il tarixli rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış, maliyyə arayışı məlumatları, 15 oktyabr 2018-ci il tarixli 412/M saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 06 avqust 2019-cu il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu ümumilikdə 124.745,81 ABŞ dolları (122.508,33 ABŞ dolları, faiz borcu 2.237,47 ABŞ dolları), 05 avqust 2019-cu il tarixə isə əsas borcu 122.508,33 ABŞ dolları, faiz borcu isə 4.217,06 ABŞ dolları məbləğində müəyyən edilir. 03 aprel 2015-ci il tarixli 022-EF/M saylı kredit müqaviləsinin şərtləri və 15 oktyabr 2018-ci il tarixdə bağlanmış Əlavə Saziş nəzərə alınmaqla Cavabdeh3 05 avqust 2019-cu il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu ümumilikdə 159.281,5 ABŞ dolları (əsas borc 99.000 ABŞ dolları, faiz borcu 60.281,5 ABŞ dolları) məbləğində müəyyən edilir. Qeyd edilir ki, məhkəmənin ekspertiza təyini haqqında qərardadında eskpert qarşısında qoyulmuş sualda Cavabdeh1 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 29 sentyabr 2017-ci il tarixli 269/M saylı kredit müqaviləsi üzrə Cavabdeh1 05 avqust 2019-cu il tarixə borc məbləği nə qədər təşkil edir sualı qoyulmuşdur. İş materiallarında 28 dekabr 2020-ci il tarixli və 15 fevral 2021-ci il tarixli məktublarla təqdim edilmiş əlavə sənədlərdə 29 sentyabr 2017-ci il tarixli 269/M saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatları tam şəkildə mövcud deyildir. Belə olan halda, həmin kredit müqaviləsi üzrə hesablamaların aparılması mümkün deyildir. Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 aprel 2022-ci il tarixli rəyindən görünür ki, iş materiallarında olan məlumatlara əsasən 29 sentyabr 2017-ci il tarixli 269/M saylı kredit razılaşmasında qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas borcu 15.866,46 ABŞ dolları, faiz borcu isə 1.436,04 ABŞ dolları məbləğində müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarından göründüyü kimi, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə aralarında bağlanmış kredit müqavilələri üzrə üzərlərinə götürdükləri öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan müddətdə və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşlar. Buna görə də məhkəmə hesab edir ki, cavabdehlər onların risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduqlarından, onlar, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borclarını iddiaçıya ödəməlidirlər. Məhkəmə 03 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh3 tələb edilən kredit borcunun, yəni əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 oktyabr 2021-ci il tarixli ekspert rəyini mötəbər sübut kimi nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, 03 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh3 99.000 ABŞ dolları əsas, ekspert rəyi ilə müəyyən edilmiş 60.281,5 ABŞ dolları faiz borcu iddiaçının xeyrinə tutulmalı, iddia tələbi faiz borcunun tutulması ilə bağlı digər hissədə təmin edilməməlidir. Məhkəmə 29 sentyabr 2017-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1ndən tələb edilən kredit borcunun, yəni əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, eyni zamanda iddiaçının 08 iyun 2021-ci il tarixli maliyyə arayışını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 aprel 2022-ci il tarixli ekspert rəyini mötəbər sübut kimi nəzərə alıb belə qənaətə gəlir ki, iddia bu hissədə təmin edilməli, 29 sentyabr 2017-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1ndən maliyyə arayışı ilə müəyyən edilmiş 9.867 ABŞ dolları əsas, ekspert rəyi ilə müəyyən edilmiş 1.436,04 ABŞ dolları faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə 15 oktyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tələb edilən əsas və faiz borcu hissəsi ilə əlaqədar ekspert rəyini mötəbər sübut kimi nəzərə alaraq, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərini rəhbər tutaraq (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, 15 oktyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən iddia ərizəsində tələb olunan 121.743,4 məbləğində əsas borc və ekspert rəyi ilə müəyyən edilmiş 2.237,47 manat məbləğində faiz borcu tutularaq iddiaçının xeyrinə ödənilməli, iddia tələbi digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda, iş materiallarından görünür ki, 03 aprel 2015-ci il tarixli, 29 sentyabr 2017-ci il tarixli və 15 oktyabr 2018-ci il tarixli kredit müqavilələri üzrə tərəflər arasında cərimə haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı iddia ərizəsində kredit razılaşması üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehlərdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 03 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə 10.457,26 ABŞ dolları məbləğində, 29 sentyabr 2017-ci il tarixli kredit müqaviləsi üzrə 1.110,62 ABŞ dolları, 15 oktyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə 6.285,16 ABŞ dolları məbləğində cərimənin ödənilməsini tələb edir. Məhkəmə işin hallarını nəzərə alaraq iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə müəyyən edilərkən 03 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə tənasüblük qorunmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, 03 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçı tərəfindən hesablanmış cərimə azaldılaraq 9.000 ABŞ dolları məbləğində müəyyən edilməli, həmin məbləğ Cavabdeh3 iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmənin qənaətinə görə, digər kredit müqavilələrinə münasibətdə hesablanmış dəbbə pulu ədalətlidir. Buna görə də, 29 sentyabr 2017-ci il tarixli kredit müqaviləsi üzrə 1.110,62 ABŞ dolları məbləğində cərimə Cavabdeh1 MMCdən, 15 oktyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə 6.285,16 ABŞ dolları məbləğində cərimə isə "xxxx" MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları): 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər; 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, İpoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə ipoteka qoyan Cavabdeh4 arasında bağlanmış 03 aprel 2015-ci il tarixli, 29 sentyabr 2017-ci il tarixli və 15 oktyabr 2018-ci il tarixli kredit müqavilələri üzrə ipoteka müqavilələri bağlanmış və həmin kredit müqavilələri üzrə öhdəliklərin təminatı olaraq tam mülkiyyət hüququ üzrə Cavabdeh4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, 85 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Cavabdehlər-borcalanlar Cavabdeh3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 kredit müqavilələri üzrə üzərlərinə götürdükləri öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişlər. Cavabdehlərə bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, bu bildirişlər ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində qeydə alınmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətləri tərəfindən verilmiş əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, 85 saylı fərdi yaşayış evinin hazırki şəraitdə likvid qiyməti 330.000 manatdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ipoteka predmetlərinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclular öhdəliklərin icrası müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda daşınmaz əmlakın satılmasını və əldə edilmiş vəsait hesabına borcun ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik cavabdehlər tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyan Cavabdeh4 tərəfindən ipotekaya qoyulmuş onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, 85 saylı fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına kredit borcu və dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddəratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyana, Cavabdeh4 qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiyməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin mütəxəssis rəyi ilə müəyyən olunmuş məbləğdə, yəni 330.000 manat məbləğində müəyyən edilməli, eyni zamanda “İpoteka haqqında” Qanunun 59.3.1-ci və 59.4-cü maddələrinin tələblərinə uyğun olaraq Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, 85 saylı fərdi yaşayış evi satıldıqda, həmin ev Cavabdeh4 tərəfindən boşaldılmalıdır. Məhkəmə iddia tələbinin tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı üçün çəkilmiş 90 manat xərcin tutulması hissəsi ilə əlaqədar hesab edir ki, iddia bu hissədə də təmin edilməli, tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydiyyatı üçün 30 manat məbləğində dövlət rüsumu və 60 manat məbləğində xidmət haqqı cavabdehlər Cavabdeh3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh1ndən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən hazırki iddianın qadırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 28 manatı cavabdehlər Cavabdeh3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh1ndən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının cəmi dəyərini təşkil edən 450 manat məbləğində vəsaitin 445 manatı cavabdehlər Cavabdeh3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh1ndən müştərək qaydada, 5 manatı isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməli, habelə üzrə keçirilmiş qiymətləndirmə ekspertiza tədqiqatının dəyərini təşkil edən 500 manat məbləğində vəsaitin 495 manatı cavabdehlər Cavabdeh3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh1ndən müştərək qaydada, 5 manatı isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq tutularaq “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh3 03 aprel 2015-ci il tarixli kredit müqaviləsinə Əlavə üzrə 99.000 (doxsan doqquz min) ABŞ dolları məbləğində əsas, 60.281,5 (altmış min iki yüz səksən bir dollar, əlli sent) ABŞ dolları məbləğində faiz borcu, 9.000 (doqquz min) ABŞ dolları cərimə olmaqla, cəmi 168.281,5 (bir yüz altmış səkkiz min iki yüz səksən bir dollar, əlli sent) ABŞ dolları məbləğində vəsait ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh1ndən 29 sentyabr 2017-ci il tarixli kredit müqaviləsi üzrə 9.867 (doqquz min səkkiz yüz altmış yeddi) ABŞ dolları məbləğində əsas, 1.436,04 (bir min dörd yüz otuz altı dollar, dörd sent) ABŞ dolları məbləğində faiz borcu, 1.110,62 (bir min bir yüz on dollar, altmış iki sent) ABŞ dolları cərimə olmaqla, cəmi 12.413,66 (on iki min dörd yüz on üç dollar, altmış altı sent) ABŞ dolları məbləğində vəsait ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 15 oktyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə 121.743,4 (bir yüz iyirmi bir min yeddi yüz qırx üç dollar, qırx sent) ABŞ dolları məbləğində əsas, 2.237,47 (iki min iki yüz otuz yeddi dollar, qırx yeddi sent) ABŞ dolları məbləğində faiz borcu, 6.285,16 (altı min iki yüz səksən beş dollar, on altı sent) ABŞ dolları cərimə olmaqla, cəmi 130.266,03 (bir yüz otuz min iki yüz altmış altı dollar, üç sent) ABŞ dolları məbləğində vəsait ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh1ndən müştərək qaydada məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 28 (iyirmi səkkiz) manatı, habelə bildirişlərin qeydiyyatı üçün rüsum və xidmət haqqı olaraq ödənilmiş cəmi 90 (doxsan) manat məbləğində vəsait alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, Cavabdeh4 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, 85 saylı fərdi yaşayış evinə yönəldilsin. Həmin mənzil açıq hərrac vasitəsilə satılsın. Satışdan əldə olunan vəsait hesabına kredit borcu və dövlət rüsumu ödənilsin. Ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyan Cavabdeh4 qaytarılsın. İpoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, 85 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 330.000 (üç yüz otuz min) manat məbləğində müəyyən edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, 85 saylı fərdi yaşayış evi satıldıqda, həmin ev Cavabdeh4 tərəfindən boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının cəmi dəyərini təşkil edən 450 (dörd yüz əlli) manat məbləğində vəsaitin 445 (dörd yüz qırx beş) manatı cavabdehlər Cavabdeh3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh1ndən müştərək qaydada, 5 (beş) manatı isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). İş üzrə keçirilmiş qiymətləndirmə ekspertiza tədqiqatının dəyərini təşkil edən 500 (beş yüz) manat məbləğində vəsaitin 495 (dörd yüz doxsan beş) manatı cavabdehlər Cavabdeh3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh1ndən müştərək qaydada, 5 (beş) manatı isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin (“Unibank” KB-nin 11 saylı Dərnəgül filialı, Kod 502058, VÖEN **********, SWİFT kod UBAZAZ22, H/h AZ46NABZ********************, “X4” MMC, müştərinin hesabı AZ65UBAZ**********0060AZN001). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-30/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-30/2022
02.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver