Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3012/2024 04.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı (X24 müstəqil tələb irəli süməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsızlığı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış hüquqa əsaslanmayan, qanunsuz və mülki hüququ nəticələri doğurmayan xx.xx.2023-cü il tarixli ilkin alğı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailə nikahının pozulmasından sonra o və övladları-xx.xx.2005-ci il təvəllüdlü X16, xx.xx.2008-ci il təvəllüdlü X22, xx.xx.2016-cı il təvəllüdlü X4 Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)- 177/2023 saylı Qərarı ilə 2006-cı il tarixdən- yəni fərdi yaşayış evi alınan tarixdən yaşadıqları ünvan 4 saylı fərdi yaşayış evinə köçürülmüşlər. Övladlarının üçünün də ünvan 4 saylı fərdi yaşayış evinə qeydiyyatı vardır. Fərdi yaşayış evinin mülkiyyət hüququ yoxdur, fərdi yaşayış evinə mülkiyyət hüququ əmələ gətirən sərəncam və ya qərar yoxdur, yalnız ailə üzvləri qeydiyyata düşərək yaşayırlar. Keçmiş baldızı Cavabdeh1 qeyd olunan həyətdə 2 otaqlı fərdi yaşayış evi tikdirərək vermişlər, o da, öz payını satmış və hal-hazırda özünə başqa ünvanda mənzil almışdır, qeyd olunan ünvanda Cavabdeh1 pay hüququ qalmayıb. Bildirir ki, keçmiş həyat yoldaşı X24 aliment ödəməməsi məqsədilə qaçıb gizlənib, azyaşlı uşaqlarının saxlanması üçün əl açıb dilənir. Cavabdeh keçmiş həyat yoldaşının bacısı Cavabdeh1 fərdi yaşayış evində ona aid olan cehiz və təsərrüfat əşyalarını Cavabdeh2 və digər şəxslərin vasitəsilə yoxa çıxarıb. Üstəlik evlərinə köçürülən zaman qonşuluqda yaşayan Cavabdeh2 və digər şəxsləri öyrədərək evlərinə köçürülməyə ciddi maneələr yaratdılar. 2006-cı il tarixdən etibarən qeydiyyatda olduqları və yaşadıqları fərdi yaşayış evinə köçə bilmirdilər. Nəhayət, gücləndirilmiş icranın köməyi ilə yaşadıqları və qeydiyyatda olduqları fərdi yaşayış evinə köçürdülər. Bütün qeyd edilənlərə baxmayaraq, hazırda qeyd edilən fərdi yaşayış evinə heç bir hüququ olmayan qonşu Cavabdeh2 əlində heç bir hüquqa əsaslanmayan 21 sentyabr 2023-cü il tarixdə keçmiş baldızım Cavabdeh1 ilə bağladığı qanunsuz və əsassız "İlkin alqı-satqı müqavilə"sini rəhbər tutaraq ailə üzvlərini evdə rahat yaşamağa imkan vermir, gəlib evində münaqişələr yaradır, azyaşlı uşaqlarının yaşayışına ciddi maneələr törədir. Fərdi yaşayış evində faktik olaraq 7 nəfərin qeydiyyatı olduğu təqdirdə, o və 3 azyaşlı uşaqları ünvan 4 saylı fərdi yaşayış evində yaşayırlar. Cavabdeh1 heç bir hüququ yoxdur ki, ailəsinə qarşı belə bir qanunsuz və əsassız hərəkət etsin. ünvan 4 saylı fərdi yaşayış evinin mülkiyyət hüququ yoxdur, fərdi yaşayış evinə mülkiyyət hüqüqu əmələ gətirən sərəncam və ya qərar yoxdur, qeyd edilən fərdi yaşayış evinə qeydiyyata düşərək yaşayırlar. Cavabdeh1 başqa bu fərdi yaşayış evində 7 (yeddi) nəfərin qeydiyyat hüququ vardır. Bir nəfər qeydiyyatda olan şəxsin başqa qeydiyyatda olanlarla razılaşmadan nə hüququ var ki, belə bir alğı-satqı müqaviləsi bağlasın, tutaq ki, bunu Lətifə görmür, bəs müqaviləni təsdiq edən notarius nə fikirləşir. 2 aydır ki, Cavabdeh1 və Cavabdeh2 qanunsuz alqı-satqı müqaviləsini əldə rəhbər tutaraq münaqişələr yaradırlar. Tutaq ki, Cavabdeh1 qanunları bilmir, istənilən şəxsin başını kəsməyə hazırdır. Bəs, alqı-satqı müqaviləsini təsdiq edən Bakı şəhəri, 14 saylı notariat ofisinin xüsusi notariusu X9 hansı əsasa bu müqaviləni təsdiq edib, axı, həmin ünvanda mülkiyyət hüququ yoxdur, fərdi yaşayış evinə mülkiyyət hüqüqu əmələ gətirən sərəncam və ya qərar yoxdur, həmin ünvanda savabdeh Cavabdeh1 başqa 7 nəfərin qeydiyyat hüququ vardır. Gürünür əsassız varlanmaya meyl edən xüsusi notarius X5 pul qazanmaq iştahası çox böyükdür. Bildirir ki, avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-177/2023 saylı Qərarının icrasından sonra bu şəxslərin nə ixtiyarı var ki, fərdi yaşayış evinə mülkiyyət, istifadə və icarə hüququ olmadığı təqdirdə, yaxud fərdi yaşayış evinə mülkiyyət hüqüqu əmələ gətirən sərəncam və ya qərar olmadığı təqdirdə fərdi yaşayış evinə dair ilkin alqı-satqı müqaviləsi bağlaya, yaxud müqaviləni notarial qaydada təsdiq edə...əgər belədirsə, demək nə müqavilə bağlayan şəxslər, nə də həmin alqı-satqı müqaviləsini təsdiq edən notarius nə qanun sayır, nə də Azərbaycan Respublikasının Ali Məhkəməsini. Ali Məhkəmənin Qərarı əsasında evimizə köçürülən zaman iş üzrə iddiaçı Cavabdeh2 Cavabdeh1 ilə birlikdə köçürüldükləri fərdi yaşayış evinə benzin tökərək onları yandırmaq istədikdə polislərin köməyi ilə yanğının qarşısı alındı, bu barədə hazırda Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsində araşdırma işləri aparılır.Tərəflər arasında niyyət razılaşmasında satıcı tərəfin alıcı tərəfə ilkin müqavilə qüvvəsi vermək iradəsi yoxdur, ona görə ki, satıcı adlanan Cavabdeh1 və mülkiyyətində, nə istifadəsində olan əmlakı yoxdur, yaxud mülki hüquq və vəzifə yaradan əmlakı yoxdur. Belə olan halda bağlanmış müqavilə əhəmiyyətsiz əqd kimi bağlandığı andan ilkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Belə olan halda söhbət hansı əmlakdan getdiyini, həmin əmlaka dair hüquq müəyyənedici sənədlərin mövcudluğu nə satıcını, nə alıcını, nə də notariusu maraqlandırmayıb. Sual oluna bilər, alıcı öz pul vəsaitini satıcıya nə məqsədlə verir və gələcəkdə hansı əmlakın özəlləşdirilməsini öz öhdəsinə götürür. Qeyd edilən fərdi yaşayış evində qeydiyyatda olanların və onlardan müvafiq razılıqların alınmadığını, dəfələrlə həmin fərdi yaşayış evinə icraçının, vəkilin və evə köçürülmə üçün təqdim edilən məhkəmə qətnamələrini, Qərarını alıcı görmürdümü? Buradan belə çıxır ki, tərəflər arasında ev alq-satqısı deyilən əqd olmayıb, bunlar hamısı yalandır, böhtadır, Cavabdeh1 qanunsuz və əsassız əməlləridir, oyunlarıdır.
3. İddiaçının nümayəndəsi, vəkil məhkəməyə vəsatət başlığı ilə təqdim etdiyi mahiyyət etibarı ilə iddianın əsaslandırılması olan yazılı müraciətində göstərir: Cavabdeh1 qardaşı X24 ilə 2004-cü ildə faktiki nikaha daxil olmaqla ailə həyatı qurmuşuq və X10 valideynlərinə məxsus Bakı şəhəri, Binəqədi rayonu 7-ci mikrorayondakı iki otaqlı mənzilinə gəlin köçmüşəm. Bir il, altı ay həmin mənzildə yaşadıqdan sonra, mənzil satılmışdır. Satılmış mənzilin pulunun bir hissəsinə ünvan 1 ünvanda 3 otaqlı fərdi yaşayış evi alınmış, həmin evdə ailənin büdcəsi hesabına əlavələr edərək əlavə bir otaq və digər tikililər inşa etdirmişik. Əlavə olaraq iki otaqlı fərdi yaşayış evi tikdirərək Cavabdeh1 verdik ki, bizə məxsus fərdi yaşayış evindən gözünü çəksin. Cavabdeh1 iki otaqlı fərdi yaşayış evini sataraq evin pulunun hesabına ailəsinə mənzil almış və nəticədə ailəmizə aid fərdi yaşayış evindən qeydiyyatdan çıxmamışdır. İddiaçı cavabdeh X11 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları ilə birlikdə Bakı şəhəri, ünvan 3ə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə, İddiaçı xx.xx.2004-cü il tarixdə yetkinlik yaşına çatmadığından cavabdehlə faktiki nikaha daxil olmaqla ailə həyatı qurmuş, toydan sonra cavabdehə məxsus Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayondakı iki otaqlı mənzilinə gəlin gəlmiş, bir il, altı ay həmin mənzildə yaşadıqdan sonra, mənzil satılmışdır. Satılmış mənzilin pulunun bir hissəsinə ünvan 2 ünvanda 3 otaqlı fərdi yaşayış evi alınmış, həmin evdə ailənin büdcəsi hesabına əlavələr edərək əlavə bir otaq və digər tikililər inşa etdirmişlər. Ailədə hamı həmin evə pasport qeydiyyatına alınmışdır. Cavabdeh X24 ilə birgə nikahlarından üç övladı doğulmuşdur. xx.xx.2011-ci il tarixdə o, cavabdehlə rəsmi nikaha daxil olmuşdur. Cavabdeh ilə birgə nikahdan doğulan uşaqların üçü də Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsi, korpus 22, ev 83 ünvanda qeydiyyatdadırlar. Fərdi yaşayış evində 2 övladı ilə qeydiyyatda olan Cavabdeh1 həmin evdən pay kimi fərdi yaşayış evinin əlavə torpaq sahəsində qardaşı cavabdeh Sadıxov Qasım tərəfindən tikilmiş 2 otaqlı fərdi yaşayış evini satmış, satışdan alınan pulun hesabına ailəsinə mənzil almışdır. Cavabdeh X3 içki aludəçisi olmaqla ailəyə, uşaqlarına maddi və mənəvi cəhətdən kömək etmədiyinə, uşaqlarının təlim-tərbiyəsi ilə, fiziki sağlamlığı ilə məşğul olmadığına görə məhkəmənin Qətnaməsinə əsasən ailə nikahımız pozulmuşdur. Cavabdehin daimi iş yeri yoxdur, hərdən fərdi əməklə məşğul olaraq qazandığı pul vəsaitine spirtli içkilər alıb içməklə, ailə üzvləri arasında insan plaqətini alçaldan söyüşlər etməklə, öz uşaqlarım və heyat yoldaşını vaxtaşın təhqir eməklə yaşadıqları mənzildən qovur, bir neçə gün anasının evində yaşadıqdan sonra cavabdeh onu uşaqları ilə birlikdə mənzilə gətirirmiş və bu cür hallar daima təkrarlanırmış. Ailenin maddi cəhətdən dolanışığı üçün pul vəsaitini cavabdeh İddiaçı qazanır. Yaşadıqları ev dörd otaqlıdır, evdə yalnız İddiaçı uşaqları yaşayır və İddiaçı ailə üzvlərinə məxsus əşyalar yerləşirdi, həmin əşyaları baldızı, hazırki iş Üzrə Cavabdeh1 Mayıs qızı oğurlatmışdır, hal-hazırda Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində təhqiqat işləri aparılmaqdadır. Onun baldızı ve 2 uşağı da həmin evdə qeydiyyatda olmasına baxmayaraq, özlərinə məxsus mənzildə yaşayırlar. Uşaqların saxlanmasına köməklik göstərmir, ona məxsus 18 il bundan əvvəl valideynləri tərəfindən ona verilən cehiz əşyaları müxtəlif mebellər, yataq dəstləri və məişət əşyalan həmin evdə yerləşdirilmişdir. xx.xx.2021-ci il tarixdə cavabdeh Sadıxov Qasım qeyd edilen ünvandan İddiaçı aid cehiz verilən mebellərin bir hissəsini söküb onun anasına məxsus evin həyətinə gətirib tökmüşdür. O, uzun illər, övladları üçün toplayıb gizlətdiyi 3.275 manat pulunu da cavabdeh X24 götürmüşdür. Həmin ev onun cavabdehlə birgə nikahı dövründə alındığından, həmin evdə birgə nikah dövründə əldə etdikləri vəsait hesabına yenidənqurma və təmir işləri aparıldığından, o, övladları ilə birlikdə 2021-ci ilin sentyabrınadək ailəsi ilə birlikdə həmin evdə qeydiyyatları olub yaşadığından, onun da övladları ilə bu evdə yaşamaq hüququ vardır. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-2534/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim S.Səlimova) iddia təmin edilmiş, iddiaçının övladları xx.xx.2005-ci il təvəllüdlü X16, xx.xx.2008-ci il təvəllüdlü X22 və xx.xx.2016-cı il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri ünvan 3ə köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, özbaşına tikili olan Bakı şəhəri, ünvan 3də İddiaçı 2006-cı ildən ailəsi, həmin vaxt əri və bir övladı ilə yaşamağa başlamış, daha sonra tərəflərin bu ünvanda daha iki övladları anadan olmuş, tərəflərin birgə nikahlarından olan 3 övladları və cavabdeh Sadıxov Qasım bu ünvana qeydiyyata alınmışdır. Cavabdehle 2021-ci ilin sentyabr ayınadək Bakı şəhəri, ünvan 3 ünvanında yaşayan, birgə nikah dövründə həmin evdə cavabdehlə birlikdə əlavə tikinti işləri aparan İddiaçı cavabdeh üç övladı ilə birlikdə yeganə yaşayış yerləri olan evdən çıxarmaqla həmin eve qayıtmağa icazə vermir, özbaşına tikili inşa etmiş, almış şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməzdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, İddiaçı özünün və övladlarının yeganə yaşayış sahəsi olan ünvan 4 ünvanında yerləşən, hüquq müəyyənedici sənədi olmayan tikilidə uzun müddət övladları ilə birlikdə yaşadığından, cavabdehlə birgə nikah dövründə əldə etdikləri vesait hesabına bu evdə tikinti işləri apardığından, cavabdehin etirazında istinad olunan hallar İddiaçı və övladlarının həmin tikiliyə köçürülməmələri üçün əsas olmadığından İddia ərizəsi təmin edilməlidir. Belə ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz." Binəqədi rayon məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180,1, 180.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Binəqədi rayon məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh X12 apellyasiya şikayəti verərək, iddianın rədd olunmasını xahiş etmişdir, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Sadıqov (sədrlik edən və məruzəçi), X.Mərdanova ve E.Hesenov) 2(103)-5668/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Mehkemesinin xx.xx.2022-ci il tarixli, 2(001)-2534/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, mübahisəli tikili iddiaçının yaşayış yeri olmuşdur. İddiaçı cavabdeh ilə ailə qurmuş, cavabdehle aralarında mübahisə yarananadək övladları ilə birlikdə mübahisəli mənzildə yaşamış, birgə vəsait hesabına əlavə tikililər inşa etmişlər." Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Mülki Məcəllənin 27-ci və 180.2-ci, "Yaşayış yeri ve olduğu yer üzrə qeydiyyat haqqında" AR Qanununun 2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh Sadıxov Qasım (onun etibarnaməli nümayəndəsi, bacısı Cavabdeh1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuşdur. Kassasiya şikayəti Mülki Məcəllənin 228.1, 228.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123- cü maddesinin birinci hissəsinin şərh edilməsinə dair" xx.xx.2001-ci il tarixli Qərarına istinadla esaslandırılmışdır və Bakı Apellyasiya Məhkəməsinin qanuni və əsaslı Qətnaməsini dəyişdirmədən qüvvəsində saxlayaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-177/2023 saylı Qərarını qəbul etdi və həmin Qərar əsasında mən, övladlarımla birlikdə yaşadığımız və qeydiyyatda olduğumuz mənzilə köçürüldük. Mən və övladlarım xx.xx.2005-ci il təvəllüdlü X17, xx.xx.2008-ci il təvəllüdlü X23, xx.xx.2016-cı il təvəllüdlü X4 Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)- 177/2023 saylı Qərarı ilə 2006-cı il tarixdən-yəni fərdi yaşayış evi alınan tarixdən yaşadığımız ünvan 4 saylı fərdi yaşayış evinə köçürülmüşük. Övladlarımın üçünün də ünvan 4 saylı fərdi yaşayış evinə qeydiyyatı vardır. Fərdi yaşayış evinin mülkiyyət hüququ yoxdur, yalnız ailə üzvləri qeydiyyata düşərək yaşayırıq. Baldızım cavabdeh X7 qeyd olunan ünvanda əlavə torpaq sahəsində 2 otaqlı fərdi yaşayış evi tidirərək vermişik, öz payını satmış və hal-hazırda özünə başqa ünvanda mənzil almışdır. Bildirirəm ki, cavabdeh, X25ü aliment ödəməməsi, məqsədilə qaçıb gizlənib. Qeydiyyatda olduğumuz və yaşadığımız fərdi yaşayış evinə köçürülsək də. cavabdehler X18 və Rüstəmova lihamə Cəfər qızı bizi evimizdə yaşamağa imkan vermirlər. Bildirirəm ki, avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarı əsasında evimizə köçürülən zaman iş üzrə cavabdehler Rüstəmova lihama Cefer qızı və Cavabdeh1 ilə köçürüldüyümüz fərdi yaşayış evinə benzim Cəfər bizi yandırmaq istədikdə polislərin və icraçıların köməyi ilə yanğının qarşısı alındı, bu barade Bakidahori Bindadi Rayon Polis İdarəsində araşdırma işləri aparılmaqdadır Övladlarım bu şəxslərin ucbatından evimizdə rahat yaşaya bilmirlər. Cavabdehler Cavabdeh2 və Cavabdeh1 qanunsuz və əsassız, yollarla əldə etdiyi 21 sentyabr 2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsini əldə edərək ailə üzvlərimizin həyatını zinhar ediblər. Cavabdeh1 mülkiyyət hüququ olmayan əmlakdan əmlak payını almış, bizi aldadaraq pasport qeydiyyatından çıxmamış, hazırda heç bir hüquq olmadan yaşadığımız ünvan 4 saylı fərdi yaşayış evini qanunsuz, heç bir hüquq olmadan ilkin alqı-satqı etmişdir. Cavabdehlərin əldə etdikləri əsassız ilkin alqı-satqı müqaviləsi qanunsuz olduğuna görə Hörmətli Məhkəmə tərəfindən ləğv olunmalı və bu haqda prokurora məlumat verilməlidir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeyd edilən fərdi yaşayış evində nə mülkiyyət hüququ, nə yaşayış hüququ, nə də icarə hüququ yoxdur. Sadəcə olaraq keçmiş həyat yoldaşımın bacısı, hansı ki, iş üzrə Cavabdeh1 Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin Qətnaməsindən sonra çox çalışdı ki, Qətnaməni ləğv etdirsin, buna müvəffəq ola bilmədikdə Cavabdeh2 ortaya salaraq qanunsuz yollarla əldə etdiyi işıq, su və qaz ödənişlərini əldə edərək evi ona satdığını bildirmişdi. Əslində buna nə cavabdehler Cavabdeh1, Mais qızının və Cavabdeh2 səlahiyyəti çatmır. Cavabdeh2 özünü dəli kimi apararaq qarşısına çıxanı tərbiyəsiz söyüşlərlə təhqir edir, ağzına nə gəldisə, qarşısındakı adamı təhqir edir. Bütün qeyd edilənlərə baxmayaraq, hazırda qeyd edilən fərdi yaşayış evinə heç bir hüququ olmayan qonşumuz Cavabdeh2 əlində heç bir hüquqa əsaslanmayan 21 sentyabr 2023-cü il tarixdə keçmiş baldızım Cavabdeh1. Mais qızı ilə bağladığı qanunsuz və əsassız "İlkin alqı-satqı müqavilə"sini rəhbər tutaraq ailə üzvlərimizi evimizdə rahat yaşamağa imkan vermir, gəlib evimizdə münaqişələr yaradır, az yaşlı uşaqlarımın yaşayışına ciddi maneələr törədir, evimizdə yaşamağa imkan vermir. Tərəflərin izahatları və iddiaya münasibəti:
4. İddiaçının nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, bağlanmış ilkin alğı-satqı müqaviləsi qanunvericiliyin tələblərini pozmaqla bağlandığından etibarsızdır. Belə ki, ilk olaraq müqaviləni bağlayan Lətifə xanımın buna dair subyektiv hüququ olmamışdır. Həmin şəxsin nə istifadəsində, nə icarəsində, nə də ki, mülkiyyətində belə bir əmlak olmayıb. Tikilinin özünün isə hər hansı sənədi yoxdur. Lətifə xanıma həmin torpaq sahəsindən ayrıca ev tikilib verilmiş, həmin evin satılması nəticəsində Lətifə xanım özünə ayrı ev almış və ordan çıxmışdır. Digər tərəfdən həmin müqavilə bağlanarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402-ci maddəsinin tələbləri pozulub. İddiaçının evə əlavə artırmalar etdiyinə görə mübahisəli mənzilə hüququ artıq yaranıb. Bu fakt Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2534/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilir. Bundan başqa iddiaçı uşaqları ilə birlikdə həmin evə köçürülüblər və qeydiyyatdadırlar. Hətta cavabdeh tərəfindən evdə tikinti aparılarkən şəxsən özü yaxınlaşaraq, tərəflər arasında olan mübahisənin sonlanmadığını bildirmiş və tikintini dayandırmağı təklif etmişdir. Lakin bu təklifinə məhəl qoyulmamışdır. İddiaçı faktiki olaraq həmin evə köçə bilmir. Onu döyərək evdən qovublar. Hazırda tərəflər arasında olan mübahisəyə dair iş polisin icraatındadır və araşdırılır. Son olaraq bağlanmış alğı-satqı müqaviləsinin qanuni əsası olmadığından etibarsız hesab edilməlidir.
5. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatlarında bildirmişdir ki, fərdi yaşayış evində iddiaçı, onun keçmiş həyat yoldaşı, qayınanası və baldızı yaşamışlar. İddiaçının keçmiş qayınanası vəfat etdikdən sonra Cavabdeh1 qeyd olunan həyətdə 2 otaqlı fərdi yaşayış evi tikdirərək vermişlər. Cavabdeh1 öz payını satmış və hal-hazırda özünə başqa ünvanda mənzil almış, lakin mübahisəli evdən qeydiyyatdan çıxmamışdır. Hazırda mübahisəli evdə Cavabdeh1 pay haqqı qalmamışdır. Lakin buna baxmayaraq, mübahisəli evdə 7 nəfər qeydiyyatda ola-ola Cavabdeh1 digər Cavabdeh2 ilə əvvəlcə podrat müqaviləsi bağlamışdır. Cavabdeh1 evdə ona aid olan cehiz əşyalarını Cavabdeh2 və digər şəxslərin vasitəsilə yoxa çıxarıb. Əlavə olaraq bildirirəm ki, ilk əvvəl iddiaçının keçmiş qayınatasının mülkiyyətində 7-ci mikrorayonda iki otaqlı ev olmuşdur və iddiaçı həmin mənzilə gəlin köçmüşdür. Daha sonra 2006-cı ildə iddiaçının əri həmin mənzili sataraq hazırki mübahisəli fərdi yaşayış evini almışlar. İddiaçı mübahisəli fərdi yaşayış evinə vəsait qoymuşdur. Belə ki, Binəqədi Rayon Məhkəməsinin mənzilə köçürülməsinə dair müvafiq qətnaməsində iddiaçının mübahisəli evə vəsait qoyması öz təsdiqini tapmışdır. İddiaçının nikahın pozulmasından sonra övladları ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-177/2023 saylı qərarı ilə 2006-cı ildən yaşadıqları ünvan 4 saylı fərdi yaşayış evinə köçürülmüşdürlər. Fərdi yaşayış evinin mülkiyyət sənədi yoxdur, fərdi yaşayış evinə mülkiyyət hüququ əmələ gətirən sərəncam və ya qərar yoxdur, yalnız ailə üzvləri qeydiyyata düşərək yaşayırlar. Hazırda həmin evdə heç bir hüququ olmayan qonşusu Cavabdeh2 əlində heç bir hüquqa əsaslanmayan keçmiş baldızı ilə bağladığı qanunsuz və əsassız “ilkin alqı-satqı müqaviləsini” rəhbər tutaraq evdə rahat yaşamağa imkan vermirlər. Eyni zamanda notariusun qeydiyyatda olan şəxslərin razılığını almadan qanunsuz alqı-satqı müqaviləsini rəsmiləşdirmişdir.
6. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatlarında bildirmişdir ki, 20 ildir ki, orada gəlindir. Keçmiş əri ilə uşaqlarının boğazından kəsərək evi təmir etmişdir. Əri fəhlə olmuşdu. Cavabdeh2 isə qonşuları olub və 6 il onlarla yaşamayıb. Əri ilə nikahın pozulması ərəfəsində açarı ona vermədiyi üçün evdə qala bilməmişdir. Cavabdeh2 evi sökən zaman DİN-nin 102 xidmətinə dəfələrlə xəbər etmiş, xidmətdən məsələninin onlara aid olmadığını bildirmişlər. Cavabdeh2 tavanı söküb 2-3 daş qaldırıbdır. Özü isə həmin mübahisəli evdə qeydiyyatda deyil. Keçmiş əri və baldızı Türkiyə Respublikasına getmişdirlər. Qasım aliment təyin olunandan, alimenti ödəməkdən boyun qaçırır və bu səbəbdən artıq 2 ildir ki, axtarışdadır. Keçmiş əri xaricə gedəndən sonra orada yaşamamışdır. Çünki evi kirayəyə vermişdirlər. Evdə heç bir artırma işləri olmayıb, ev təmir olunub, tavanı sökülüb, 3 daş qaldırıblar.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, həmin evi 43000 manat verməklə almış, söküb yerinə 170000 manatlıq ev tikmişdir. Hələ də, həmin evin tikintisinə xərci çıxır. İddiaçı həmin dövrdə nə qazanıb ki, evi təmir etmək imkanı olsun.
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, mübahisəli mənzil satıcı olan Lətifə xanıma atası və anasından miras qalan əmlakdır. Belə ki, həmin tikiliyə dair ev kitabında belə, ailə üzvü kimi Lətifə xanımın adı qeyd olunub. Ailə böyükləri öləndən sonra, xanımın qardaşı da bacısına əmlakını idarə etmək, sərəncam vermək və s. hüquqları həyata keçirmək üçün etibarnamə vermişdir. Artıq bundan sonra Lətifə xanım sərbəst surətdə öz iradə ifadəsi ilə İlhamə xanımla evin ilkin alğı satqısına dair müqavilə bağlamışdır. İlhama xanım evə görə 43000 manat ödəniş etmiş və həmin andan ev faktiki olaraq İlhamə xanımın istifadə və sahibliyinə verilmişdir. Əsas müqavilə isə evə dair çıxarış alındıqdan sonra bağlanmalı və mənzil tam təhvil verilməli idi. Tərəflər arasında bu barədə hər hansı iradə ifadəsi göstərilmədiyindən ilkin müqavilənin müddəti onda göstərilən müddətdə artırılır. İlkin müqavilə mahiyyət etibarilə tərəflərin iradə ifadələri ilə konkret bir məsələ barədə öz aralarında razılaşdıqlarını göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.4-cü maddəsinə əsasən ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. 402.5-ci maddəsinə əsasən əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. İddiaçı əslində daha böyük evə köçürülüb. Köçürülmə barədə mübahisəyə baxılarkən İlhamə xanım məhkəmədə iştirak etmədiyindən, əslində həmin evin söküldüyünü və artıq mövcud olmadığını məhkəmənin diqqətinə çatdıra bilməmişdir. Buna baxmayaraq, İlhamə xanım iddiaçının uşaqları ilə birlikdə kənar şəxslər olmadan köçürülmələrinə etiraz etmir. Abşeron Rayon Məhkəməsində Lətifə xanımın təkidi ilə iddiaçıya kompensasiya verilməklə, mənzildən çıxarılmalarına dair iddia qaldırılsa da, Lətifə xanımla məhkəmə mübahisəsinin sonlarına yaxın əlaqə saxlanılması mümkün olmadı. Belə ki, Lətifə xanım özü iddiaçılara 12000 manat kompensasiya verəcəyini bildirmişdir. Lakin sonradan bu məsələdə kənara çəkildiyidən, onlar da, iddialarını geri götürmək məcburiyyətində qalmışlar. Tərəflər arasında bağlanan ilkin müqavilə üzrə ödənilmiş 43000 manat vəsait İlhamə xanıma əmlaka faktiki sahiblik və istifadəni həyata keçirmək hüququ verir. Bundan sonra İlhamə xanım evin sökülüb-tikilməsinə 170000 manatdan çox vəsait xərcləyib. Evin ilk və son halına dair fotoşəkillər məhkəməyə təqdim edilib.
9. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddiaçının evə köçürülməsinə tərəfindən maneə yaradılmır. Təbii ki, onun özü və üç uşağı üçün.Təmir işləri 1 il yarım davam etmişdir. Həmin müddət ərzində mübahisəli evə heç kim gəlməmişdir. Mübahisəli ev Lətifə xanıma məxsus idi və evdə o yaşayıb. İddiaçının əri və baldızı ilə mübahisəsi olduğunu bilməmiş, evi Lətifədən almışdır. Lətifə ona evi göstərərkən evdə heç kim yaşamamışdır.
10. Cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisi xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
11. Lazımi qaydada məlumatlandırılmış Cavabdeh1 məhkəmə iclaslarında iştirak etməmişdir. xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmiş və təqdim etmək üçün sənədləri olduğunu bildirərək, iclasın 20-25 günə uzadılmasını xahiş etmişdir.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclaslarında iştirak etməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
13. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə nümayəndəliyi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 1186 saylı arayışdan görünür ki, Cavabdeh2 həqiqətən Binəqədi qəsəbəsi 1 mədən, korpus 22-də qeydiyyatsız yaşayır. Evin əvvəlki sahibi X6 olub. Vəfatından sonra ev keçib qızı X19 adına, satılıb Cavabdeh2. Hal-hazırda həmin ünvanda Cavabdeh2 yaşayır.
14. Bakı şəhəri, Binəqədi qəsəbəsi, mədən 1, kor 22, 83 №-li evə dair ev kitabına əlavə olan 109408 saylı arayışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi qəsəbəsi, mədən 1, kor 22, 83 №-li evdə ailə üzlərindən Mais Sadıxov, Səriyyə Sadıxova, Qasım Sadıxov və Lətifə Sadıxova yaşayırlar.
15. Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 795799 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X6 22 aprel 2016-cı il tarixində ölmüşdür.
16. İV-ЖГ seriyalı, 284886 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Mais Sadıxov xx.xx.1991-ci il tarixində ölmüşdür.
17. 18.03.2022-ci il tarixli, 615089 saylı X24 tərəfindən Cavabdeh1 verilən etibarnamənin surətindən görünür ki, X24 bacısı Cavabdeh1 harda yerləşməsindən və nədən ibarət olmasına baxmayaraq, özünün bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq, bütün və öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri bağlamağı və s. hərəkətləri etməyi etibar etmişdir.
18. Satıcı Cavabdeh1 ilə alıcı X13 arasında bağlanan xx.xx.2022-ci il tarixli alğısatqı müqaviləsində göstərilir:
19. 1. Bir tərəfdən ünvan 6 ünvanda qeydiyyatda olan fiziki şəxs Cavabdeh1 (AA*******) və X24, digər tərəfdən Naxçıvan Muxtar Respublikası, Şahbuz rayon, Badamlı qəsəbəsində qeydiyyatda olan fiziki şəxs ikinci tərəf Rüstəmova (Abbasova) İlhamə Cəfər qızı (AA*******) aşağıdakılar barədə müqavilə imzaladılar:
20. Müqavilənin predmeti
21. 1.1. Birinci tərəf, Cavabdeh1, öz adından və etibarnamə əsasında qardaşı həmin ünvanda qeydiyyatda olan X14 adından ünvan 7 ünvanda olan evi, həyəti ilə birlikdə (köhnə təmirə ehtiyacı olan dörd otaqlı ev, torpaq sahəsi təxminən 300 kv.m), ikinci tərəf Rüstəmova (Abbasova) İlhamə Cəfər qızına alqı-satqı etmək və alıcı tərəfi ailə üzvləri ilə həmin evə köçürmək, evin çıxarışının alınmasına və evə alıcının ailə üzvlərinin qeydiyyata alınması, evi təhvil təslim etmək barədə razılığa gəlirlər.
22. 2. Birinci tərəf, Cavabdeh1 öz adından və etibarnamə əsasında X10 adından çıxış edərək. ünvan 8 ünvanda olan evi 43 000 (qırx üç min) manata satmağa və ikinci tərəf Rüstəmova (Abbasova) İlhamə Cəfər qızı həmin məbləği ödəyərək, bu evi təvil alır. Həmin evin boş və təmirsiz alıcı Rüstəmova (Abbasova) İlhamə Cəfər qızına təhvil verilməsi öhdəsinə götürür.
23. Əlavə müddəalar
24. 3. Müqavilə imzalandığı andan, xx.xx.2022-ci il tarixdən qüvvəyə minir. Evə aid kommunal müqavilələrin alqı-satqı etdiyim alıcı Rüstəmova (Abbasova) İlhamə Cəfər qızının adına keçirilməsini razılaşdırırıq. Tərəflər arasında yaranan mübahisələr danışıqlar yolu ilə və yaxud məhkəmə qaydasında həll edilir.
25. 4. Müqavilə tərəflərə verilməklə Azərbaycan dövlət dilində 3 (üç)nüsxədə tərtib edilir.
26. Satıcı Cavabdeh1 ilə alıcı X13 arasında bağlanan xx.xx.2023-cü il tarixli ilkin alğı-satqı müqaviləsindən görünür ki, müqavilənin predmetini Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 22 ünvanında yerləşən ümumi sahəsi 132.47 kv.m olan, 4 otaqlı fərdi yaşayış evidir. Bu müqavilənin predmeti olan əmlakın dəyəri 43000 manat müəyyən edilmişdir. Tərəflər arasında əmlak ilə əlaqədar hesablaşma qaydası Alıcı əmlakın bu müqavilənin 2.1-ci bəndinə nəzərdə tutulan qiymətin 2000 manatını Satıcıya notariusun bankda açılan depozit hesabı vasitəsilə ödədi. Alıcı qalan 41000 manatı xx.xx.2023-cü il tarixinə qədər ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən Satıcı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 22 ünvanında yerləşən ümumi sahəsi 132.47 kv.m 4 otaqlı fərdi yaşayış evini xx.xx.2023-cü il tarixinədək Alıcıya təhvil verməyi öhdəsinə götürür.
27. Müqavilənin arxasında Qeyd kimi göstərilir: Binəqədi birinci mədən, korpus 22, ev 83 ilə bağlı mahiyyəti alğı-satqını ifadə edən alğı müqaviləsini bağlamışdır. Alıcı İ. Rüstəmova xx.xx.2022-ci il tarixdə, satıcı Cavabdeh1 evin 43 min manat pul ödənilmişdir. xx.xx.2022-ci il tarixdə satıcı Cavabdeh1 etibarnamə əsasında qardaşı X15 təmsilçisi olaraq, həmin evi təmirsiz Cavabdeh2 və ailə üzvlərinə təhvil vermişdir və gələcəkdə evdə heç bir problem olmayacağını bildirir. Tərəflər hazırki evə 150000 manat pulu xərclənməsini təsdiq edirlər.
28. AR DİN Yasayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, X22, X16, X4 ünvan 9 ünvanında qeydiyyatdadır.
29. ünvan 10 xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı övladları xx.xx.2005-ci il təvəllüdlü X16, xx.xx.2008-ci il təvəllüdlü X22, xx.xx.2016-cı il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsi, korpus 22, 83 saylı evə köçürülməsi qət edilmişdir.
30. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5668/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ünvan 10 xx.xx.2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması qət edilmişdir.
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)- 177/2023 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5668/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
32. Mübahisə predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsi, korpus 22, 83 saylı fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənəd olmasa da, evə dair ev kitabına görə mənzildə Mais Sadıxov və Səriyyə Sadıxova ər arvad, Cavabdeh1 və qardaşı X24 uşaqlar olmaqla ailə üzvü kimi qeyd edilmişdir.
33. İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən X1 arvadıdır. Cavabdehlərdən Cavabdeh1 isə iddiaçının keçmiş baldızıdır. İddiaçı ünvan 10 xx.xx.2017-ci il tarixli qətnaməsi əsasında hazırda mübahisəli olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsi, korpus 22, 83 saylı evə uşaqları ilə birlikdə köçürülmüşdür. Uşaqlarının hər üçü həmin evdə qeydiyyatdadır.
34. Daha sonra Cavabdeh1 qardaşından etibarnamə almaqla, Cavabdeh2 ilə arasında xx.xx.2022-ci il tarixində yazılı, lakin notarial qaydada təsdiq edilməyən alqı-satqı müqaviləsi və xx.xx.2023-cü il tarixdə isə notarial qaydada təsdiq edilmiş ilkin alğı-satqı müqaviləsi bağlayır.
35. İddiaçı tərəf tələbində müqavilənin ləğv edilməsini xahiş etsə də, həm məhkəmə iclasında verdiyi izahatında, həm iddia tələbinin əsaslandırılmasında müqavilənin etibarsızlığı hüquqi nəticəsini arzuladığını bəyan etmişdir.
36. Cavabdeh2 isə ilkin alğı-satqı müqaviləsi üzrə mənzilə görə 43000 manat ödəniş etdiyini və həmin ödəniş müqabilində boş və təmirsiz vəziyyətdə olan evə faktiki sahiblik və istifadə hüququnu həyata keçirdiyini, mənzilin təmirinə 150000-170000 manat məbləğində vəsait sərf etdiyini, müqavilənin etibarsızlığı üçün əsas olmadığını, həmçinin tərəfindən iddiaçının mənzilə köçürülməsinə etiraz etmədiyini bildirməklə iddianın rədd edilməsini xahiş edir.
37. İşin mübahisəsiz halları: 1) Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsi, korpus 22, 83 saylı fərdi yaşayış evi Cavabdeh1 və X10 valideynlərinə məxsus 7-ci mkr-da yerləşən mənzil satıldıqdan sonra, valideynlərinin vəsaiti hesabına alınmışdır, 2) Cavabdeh1 və X10 valideynləri vəfat etmişdir, 3) Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsi, korpus 22, 83 saylı fərdi yaşayış evinə dair hüquq müəyyənedici sənəd yoxdur, 4) Vətəndaşların qeydiyyatını əks etdirən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsi, korpus 22, 83 saylı fərdi yaşayış evinə dair EV KİTABİNDA xx.xx.2016-cı ildə vəfat etmiş X2, Cavabdeh1 və X10 xx.xx.2006cı il tarixdən qeydiyyata düşdüyü müəyyən edilir, 5) İddiaçı ilə X24 arasında bağlanmış nikah 2022-ci ildə pozulmuşdur, 6) İddiaçının Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsi, korpus 22, 83 saylı fərdi yaşayış evinə köçürülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır, 7) Cavabdeh2 Cavabdeh1 43000 manat pul ödəmişdir, 8) Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsi, korpus 22, 83 saylı fərdi yaşayış evini Cavabdeh2 əsaslı təmir etdirmişdir, 9) hazırda Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsi, korpus 22, 83 saylı fərdi yaşayış evində Cavabdeh2 ailəsi ilə birlikdə yaşayır.
38. İşin mübahisələndirilən halları: 1) Cavabdeh1 torpaq sahəsini satmağa subyektiv hüququnun olması, 2) iddiaçının fərdi yaşayış evinin yaxşılaşdırılmasında iştirakı, 3) Cavabdeh2 köçürülmə ilə bağlı qətnamənin icrasına mane olması. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
40. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir;
41. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir;
42. 337.1-ci maddəinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər;
43. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir;
44. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır;
45. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
46. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
47. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır;
48. 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər.
49. 402.2-ci maddəsinə əsasən ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur.
50. 402.3-ci maddəsinə əsasən ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir.
51. 402.4-ci maddəsinə əsasən ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır.
52. 402.5-ci maddəsinə əsasən əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir.
53. 402.6-cı maddəsinə əsasən niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur.
54. Məhkəmə əvvəla qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
55. İddiaçı Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsini bir neçə əsasla mübahisələndirir. Birinci əsası ondan ibarətdir ki, Cavabdeh1 həmin fərdi yaşayış evinə dair hər hansı subyektiv hüququ olmamışdır. Belə ki, həmin fərdi yaşayış evinin yaxınlığında Cavabdeh1 onun keçmiş ərinin vəsaiti hesabına ev tikilmiş və bundan sonra onun mübahisəli evə hüququ itmişdir. İkinci əsası isə ondan ibarətdir ki, onun evin yaxşılaşdırmasında birgə nikah dövründə iştirakı olduğundan və məhkəmə qətnaməsi ilə onun həmin evə köçürülməsi təmin edildiyindən o ev onun razılığı olmadan satıla bilməzdi. Üçüncüsü daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış əmlakla bağlı notarial qaydada ilkin alqı-satqı müqaviləsi bağlanıla bilməzdi.
56. Göründüyü kimi iddiaçı əqdin etibarlılığını həm subyekt tərkibi baxımından, həm də məzmun baxımından mübahisələndirir.
57. Göstərilənlərlə bağlı məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşmış aşağıdakı hüquqi mövqelərə nəzərə yetirilməsini zəruri hesab edir.
58. Əqdin etibarlılığı dedikdə onun arzu olunan hüquqi nəticəyə səbəb olması başa düşülür. Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Yəni əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
59. Nəticə etibarı ilə əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır:1) əqdin subyekt tərkibinə dair şərtlər; 2) əqdin məzmununa dair şərtlər; 3) əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; 4) əqdin formasına dair şərtlər.
60. Məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. Belə ki, məlum olduğu kimi, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.1 və 324.4-cü maddələri). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır.
61. Lakin mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilən hüquqi mövqeyini mülki qanunvericiliyin müvafiq normalarına əsaslanmaqla formalaşdırmışdır. Belə ki, Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasının deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasının, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir.
62. Mülki qanunvericiliyə müvafiq olaraq, müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərarı).
63. Mülki hüquq subyektləri öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bu hüquqa yalnız qanunla dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduğu həddə məhdudiyyət qoyula bilər (Mülki Məcəllənin 6.3-cü maddəsi).
64. Əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı).
65. İddiaçının birinci dəlili ilə bağlı məhkəmə qeyd edir ki, mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, bir iqtisadi dəyər kimi mövcuddur və həmin əmlak Cavabdeh1 mərhum valideynlərinin vəsaiti hesabına alınmışdır. Belə ki, işin mübahisəsiz halı kimi müəyyən edilir ki, qeyd edilən fərdi yaşayış evi Cavabdeh1 valideynlərinə məxsus mənzilin satışından əldə edilən vəsait hesabına əldə edilmişdir. Miras əmlaka isə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqları daxildir. Vərəsəyə isə valideynləri tərəfindən və ya başqa şəxs tərəfindən digər əmlakın verilməsi vərəsənin miras əmlaka dair hüquqlarının realizəsini məhdudlaşdırmır. Miras əmlakın müqəddəratı ilə mübahisəni isə digər vərəsələr qaldıra bilərdi, lakin hazırki işdə bu hal yoxdur.
66. İddiaçının ikinci dəlili ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəf iddiaçının mənzilə köçürülməsi barədə məhkəmə qətnaməsinin mövcudluğundan xəbərdardır və onların qətnamənin icrasına hər hansı formada maneə törətmiş olması əqdin etibarlılığını şübhə altına ala bilməz. Belə ki, əgər iddiaçıya qarşı mənzilə köçürülmə barədə məhkəmə qətnaməsinin icrasına mane olan hallar vardırsa, onun icra qaydasında və ya yeni iddia kimi bunu tələb etmək hüququ istisna edilmir.
67. İddiaçının üçüncü dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır(MM 146). Qanunvericiliyin bu tələbi daşınmaz əmlakın hüquqi müqəddaratının təmin edilməsi ilə bağlı bağlanmış müqavilələri ehtiva edir. Lakin hazırki mübahisədə tərəflər daşınmaz əmlakın alqı-satqısını gələcəkdə həyata keçirəcəklərinə dair öhdəlik götürməklə ilkin müqavilə bağlamışlar. Bununla belə əvvəlki sahibin sahibliyini digər şəxsə verməsi üçün qanunvericilikdə hər hansı məhdudiyyət yoxdur.
68. Bundan əlavə məhkəmə qeyd edir ki, işin mübahisəsiz halı kimi müəyyən edilən Cavabdeh2 mübahisəli evi əsaslı təmir etməsini bilən iddiaçının tərəflərin ilkin vəziyyətə qaytarılmaqla qeyd edilən müqavilənin etibarsızlığını tələb etməsi hüquqdan suiistifadədir. Belə ki, müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir.(MM 560.3.3)
69. Göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsinin etibarsızlığı üçün hər hansı əsas müəyyən edilmədiyindən iddia tələbi əsassızdır. Tətbiq edilən prosessual normalar:
70. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
71. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
72. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
73. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
74. Beləliklə, məhkəmə toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı (X24 müstəqil tələb irəli süməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsızlığı” tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı (X24 müstəqil tələb irəli süməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsızlığı” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev