Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2393/2026 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), Hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “mənzilin boşaldılması” tələbi barədə iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə ##.##.2026-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 100 manat dövlət rüsumu (qəbz: № **********; ##.##.2026) iddiaçıya geri qaytarılmışdır. Məhkəmə mövqeyini belə izah etmişdir ki, q0anunvericiliyin qeyd edilən normalarından göründüyü kimi iddia bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir, lakin bəzi tələblər üzrə iddiaçıya seçim imkanı da verilmişdir. Qanunvericilik iddiaçıya həm qeydiyyata alındığı (lakin yaşamadığı) yerin, həm də yaşadığı yerin məhkəməsinə müraciət etmək hüququnu deyil, ya yaşadığı yer üzrə (həmin ünvanda qeydiyyatda olması istisna edilmədən), ya da cavabdehin qeydiyyatı üzrə rayon məhkəməsinə müraciət etmək hüququ vermişdir. Belə ki, iddiaçıya ərazi aidiyyəti ilə bağlı seçim imkanı verilən tələblərə nəzər yetirsək, bu imkanın himayəsində yetkinlik yaşına çatmayan uşaqları olan iddiaçılar üçün məhkəməyə əlçatımlılığının təmin edilməsinə yönələn addım olduğu məlum olur. Yəni himayəsində yetkinlik yaşına çatmayan uşaqları olan iddiaçılar əlavə vaxt, vəsait və s. sərf etmədən öz yaşadığı ərazi üzrə məhkəməyə müraciət edə bilsin. Əks yanaşma prosessual qanunvericiliyin göstərilən normalarının mahiyyəti ilə ziddiyət təşkil edərdi. İddia ərizəsində cavabdehin rəsmi ünvanı ünvan 1lduğu halda iddia ərizəsinin hansı əsaslarla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilməsi iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən aydın deyil. Hazırki iddia üzrə mübahisə müstəsna məhkəmə aidiyyəti olaraq mülkiyyət və daşınmaz əmlak üzrə deyil, məhz müqavilədən irəli gələn mübahisələr üzrə qaynaqlandığından məhkəmə hesab edir ki, iddiaya ərazi aidiyyəti üzrə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində baxılması qanunamüvafiqdir. Hazırda iddiaçının nümayəndəsi (vəkili) Vəkil şikayətlə müraciət edərək qərardadın ləğv edilməsini və mülki işin icraata qəbul edilməsini xahiş etmişdir. İddiaçı İddiaçı nümayəndəsi (vəkili) Vəkil şikayətdə qeyd etmişdir ki, hazırki mübahisəyə müstəsna ərazi aidiyyəti qaydaları şamil olunmalı və iddia tələbinə daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsində baxılmasını hesab edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: - 149.2.2. cavabdehin və işdə iştirak edən digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. -149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində əks edilməlidir. -152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; -152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. -259.0.12. ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda Məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi əsaslandırmasında qeyd etmişdir ki, iddia ərizəsində cavabdehin rəsmi ünvanı ünvan 1lduğu halda iddia ərizəsinin hansı əsaslarla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilməsi iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən aydın deyil. Hazırki iddia üzrə mübahisə müstəsna məhkəmə aidiyyəti olaraq mülkiyyət və daşınmaz əmlak üzrə deyil, məhz müqavilədən irəli gələn mübahisələr üzrə qaynaqlandığından məhkəmə hesab edir ki, iddiaya ərazi aidiyyəti üzrə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində baxılması qanunamüvafiqdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qərardadda istinad etdiyi əsaslarla mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün digər məhkəməyə göndərilməsində haqlı olmamışdır. Ona görə də qərardad ləğv olunmalı, iddiaçının şikayətində qeyd olunan hallar araşdırılmaqla iş iddia ərizəsinin mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün birinci instansiya məhkəməsinin göndərilməlidir. Nəzərə almaq lazımdır ki, məhkəmə müdafiəsi hüququ konstitusion hüquq olmaqla, hər bir kəsin məhkəməyə çatımlıq, hüquq və azadlıqların məhkəmə qaydasında təminatına imkan hüququdur. Bu imkanın hər hansı formal əsaslarla məhdudlaşdırılması həmin hüququn əsassız pozuntusuna gətirib çıxarar, həm də məhkəmələrin lüzumsuz yüklənməsinə şərait yaradar. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Çerniçkin Rusiya Federasiyasına qarşı” iş üzrə 2010-cu il ## ######## tarixli Qərarda qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyinin hazırlıq və ya məhkəmə baxışı mərhələsinə müvafiq olaraq iddianın və ərazi aidiyyətinin mümkünlüyünü, tərəflərin iştirakının təmin edildiyi şəraitdə, onların təqdim etdikləri sübutların mötəbərliyi müstəvisində müzakirə edərək, səlahiyyəti həddində yekun qənaətini əsaslandırmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü məsələsinə yenidən baxılarkən birinci instansiya məhkəməsi iddiaçının iddia ərizəsində göstərdiyi halları aydınlaşdırılmalıdır. Belə ki, hazırda iddiaçı cavabdehə qarşı müqavilədən irəli gələn öhdəliklərin icrasını deyil, mənzilə buraxılmadığı üçün həmin mənzilin boşaldılaraq ona təhvil verilməsi ilə bağlı iddia irəli sürmüşdür. Bununla da aydın olur ki, iddiaçı daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi tələbi üzrə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən, hazırkı mübahisəyə müstəsna ərazi aidiyyəti qaydalarının şamil olunub-olunmaması müəyyən edilməlidir. Belə ki, AR Mülki Prosesual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən, hazırki iş üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402.2-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçının şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadı ləğv edilsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü məsələsinə yenidən baxılması üçün (qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla) mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Günel Abbasova Hakimlər imzalar: Fuad Talışınski Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №e-2(3-6)-2393/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2393/2026
10.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver