Məhkəmə qərarları › İş №2(104)-1385/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1385/2025

14.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-1385/2025 14.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, Gəncə şəhər * saylı notariat ofisi və Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı mülki iş üzrə QƏTNAMƏSI Açar sözlər: təmsilçi vasitəsilə bağlanmış əqd; əqdin etibarlıq şərtləri Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, iddiaçı İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə və üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iştirakları ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, Gəncə şəhər * saylı notariat ofisi və Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğvi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. ##.##.1977-ci il tarixli, İ-ЖГ ****** nömrəli “Nikahın bağlanması haqqında” şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X1 ##.##.1977-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikahdan sonra arvada “Məmmədova” soyadı verilmişdir. 2. 3.

4. X2 notariat ofisində verdiyi ##.##.2021-ci il tarixli, ************ nömrəli ərizənin surətindən görünür ki, DƏDRX-nin Ərazi Idarəsi tərəfindən ##.##.2016-cı il tarixdə verilmiş **** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən Göygöl şəhəri, R.Nəsibov məhəlləsi 40 ünvanında yerləşən fərdi yaşayış evini və həmin evin mülkiyyətində olan 0.0392 ha torpaq sahəsinin satılmasına etiraz etmir, müqavilədə nəzərdə tutulmuş müddətdə həmin fərdi yaşayış evini tərk etməyi öhdəsinə götürmüşdür.

5. İddiaçı əvəzinə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və cavabdeh3 tərəfindən Gəncə şəhər * saylı notariat ofisinə ünvanlanan ##.##.2022-ci il tarixli ərizədə qeyd olunmuşdur ki, “Biz, İddiaçı məxsus olan Göygöl şəhəri, R.Nəsibov məhəlləsi, 40 ünvanında yerləşən, ümumi sahəsi 0.0392 ha olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 24.7 kv.m olan fərdi yaşayış evini 17000 manat 00 qəpik (on yeddi min manat sıfır qəpik) qiymətə satılması barədə razılığa gəlmişik. 2. Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin təsdiqi notariat qaydasında təsdiqlənməsi, həmçinin bununla bağlı bank xərclərinin ödənilməsini “Alıcı” öz üzərinə götürür. 3. Mən, “Alıcı” bu barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi üçün qeyd olunan məbləğin depozit hesabınıza qəbul olunmasını xahiş edirəm. 4. Mən, “Satıcı” həmin məbləğin müvafiq müqavilə tərəfinizdən təsdiq edildikdən sonra Sizin depozit hesabınız vasitəsilə ödəniləcəyi barədə qanunvericiliyin tələblərinin mənə izah olunmasını xahiş edirəm.”

6. ##.##.2022-ci il tarixli Xəzinə mədaxil orderindən görünür ki, cavabdeh3 tərəfindən 17000 manat (on yeddi min) manat pul notarius Aris Ələkbərovun “xxxx” ASC-nin Gəncə filialındakı depozit hesabına mədaxil edilmişdir.

7. ##.##.2022-ci il tarixli Xəzinə mədaxil orderlərindən görünür ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən ##.##.2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən 426.15 manat və 58.80 manat məbləğində sadələşdirilmiş vergi notarius Aris Ələkbərovun “xxxx” ASC-nin Gəncə filialındakı depozit hesabına mədaxil edilmişdir.

8. Gəncə şəhəri * saylı notariat ofisində təsdiq edilmiş ##.##.2022-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı İddiaçı adından Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Göygöl şəhəri, R.Nəsibov məhəlləsi 40 ünvanında yerləşən ümumi sahəsi 124.7 kv.m olan fərdi yaşayış evini və həmin evin mülkiyyətində olan 0.0392 ha torpaq sahəsini 17000 manata alıcı cavabdeh3 satmışdır.

9. “xxxx” ASC tərəfindən verilmiş ##.##.2022-ci il tarixli, ****** nömrəli çekdən görünür ki, cavabdeh3 tərəfindən notariusun depozitinə qoyulmuş 17000 (on yeddi min) manat məbləğində məxaric Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adına qeydiyyata alınmış və sonuncu tərəfindən imza olunmaqla qəbul edilmişdir.

10. ##.##.2022-ci il tarixli, ********** nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 124.70 kv.m olan fərdi yaşayış evi cavabdeh3 adına qeydiyyata alınmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

11. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, Gəncə şəhər * saylı notariat ofisi və Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Gəncə Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl şəhəri, R.Nəsibov məhəlləsi 40 ünvanında yerləşən ##.##.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, 508013044584-***** reyestr nömrəli çıxarışla qeydiyyata alınmış, ona məxsus 0,0392 kv metr torpaq sahəsinə və üzərində olan 124,7 kv metr tikiliyə dair ##.##.2024-cü il tarixdə cavabdeh X6 ilə onun imzası olmadan adından Gəncə şəhər * saylı Notariat Ofisində bağlanılmış ##.##.2024-cü il tarixli, 4Ə-*** reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və cavabdeh cavabdeh3 adına verilmiş mülkiyyət hüququna dair reyestrdən çıxarışın, qeydin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırda Göygöl şəhərində yaşayır və onun adına Göygöl şəhəri, Rövşən Nəsibov məhəlləsi 40 ünvanında yerləşən 124,7 kvm yaşayış sahəsi olan və 0,392 hektar torpaq sahəsi olan əmlak olmuşdur. Həmin torpaq sahəsi və evi onun xəbəri və məlumatı olmadan icarə üçün etibarnamə verdiyi şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən o, aldadılaraq deməsinə görə başqa şəxsə satılmış və dəyərindən ən aşağı qiymətə satılaraq, ona evin qiymətindən heç nə ödənilməmiş, həmin alğı-satqı müqaviləsi onun iradə ifadəsi olmadığına görə bağlanıldığına və onun əmlakı və əmlaka dair hüquqları mənimsənildiyinə və başqa şəxsə ötürüldüyünə görə, həmin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırır. Iddia verməmişdən əvvəl həmin evin və torpaq sahəsinin başqa şəxsə satılmasını qadağan edilməsi üçün və başqa şəxslərə özgəninkiləşdirilməsinə dair hər hansı notariat əməliyyatının aparılmamasının qarşısının alınması üçün müəvvəqəti təminat tədbiri barədə məhkəməyə ərizə vermiş və ərizə artıq təmin edilmişdir. Həmin evin hazırda o, bu saxta alğı-satqı müqaviləsindən xəbəri olduğuna görə cavabdeh cavabdeh3 əmlakı üçüncü şəxslərə satmaq istəyir və bu saxta işdən boyun qaçırtmaq istəyir. Onun 120000 manatlıq evi müqavilənin mətnindən görünür ki, cəmi 17 min manata satılıbdır. Əmlak dəyərindən 10 qat aşağı qiymətə satılıb və mənimsənilibdir.

13. Gəncə Şəhər Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim X.Səfərli) iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, Gəncə şəhər * saylı Notariat ofisinə və Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Gəncə Ərazi Idarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, qeydin və çıxarışın ləğv edilməsi” tələblərinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli əmlakın icarəyə verilməsinə dair səlahiyyət verilmiş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən aldadılaraq satıldığını bildirsə də, İddiaçı mübahisəli əmlaka dair digər səlahiyyətlərlə yanaşı sərəncam vermək səlahiyyətini Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs etibar etmişdir. Həmin səlahiyyət isə əmlakın özgəninkiləşdirilməsi hüquqi imkanını özündə ehtiva edir. Iddiaçı əmlakın real dəyərindən daha aşağı qiymətə satıldığını bildirsə də, əmlakın dəyəri müqavilənin əvəzli, ya əvəzsiz olmasını göstərən mühüm şərtdir və həmin məbləğin aşağı və ya yuxarı olması əqdin etibarlılığına təsir edən hal kimi qanunvericilikdə nəzərdə tutulmamışdır.

15. Məhkəmə daha sonra qeyd etmişdir ki, iddiaçı mübahisələndirdiyi müqavilə üzrə ona hər hansı ödəniş edilmədiyini bildirsə də, alğı-satqı müqaviləsi üzrə notariat işində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adına alğı-satqı müqaviləsi üzrə 17000 manat məxaric qeydiyyata alınmışdır. Özgəninkiləşdirilmiş əmlakın dəyərinin iddiaçıya ödənilməməsi əqdin etibarsızlığı üçün əsas deyil. Bununla yanaşı, iddiaçı həmin əmlakın dəyərini müvafiq etibarnamə əsasında təhvil almış şəxsdən tələb etmək hüququna malikdir.

16. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçı mübahisələndirdiyi müqavilənin onun həqiqi iradə ifadəsini əks etdirmədiyini bildirmiş, lakin bu halı təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Hazırkı iş üzrə sübutetmə yükü daşıyan iddiaçı aldadıldığına əsaslansa da, Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtlər pozulmaqla bağlandığından əqdin etibarsız hesab edilməli olduğunu sübuta yetirə bilməmişdir. Məhkəmə hesab etmişdir ki, müqavilənin etibarsız hesab olunmasına dair əsas tələb və dolayısıyla ondan irəli gələn törəmə tələblər təmin edilə bilməz.

17. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339.2, 339.3, 347.1, 347.3, 347.4 və 347.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) apellyasiya şikayətinin dəlilləri

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsində müqavilədə olan imza nümunələrinin və eyni zamanda alğı-satqı müqaviləsi üzrə ödənilmiş pul vəsaitinin depozit hesabından kimin tərəfindən götürülməsinə dair qəbzdə olan imza nümunələri və həmin günə aid bankın video görüntülərinin yoxlanılması və tələb olunması təmin edilməli idi. Zərurət olduğu halda məhkəmə xəttşünaslıq və məhkəmə komputer texniki ekspertizaları təyin edilməli idi. Evin və torpaq sahəsinin qiymətləndirilməsi barədə müstəqil qiymətləndiricinin rəyi olmasına baxmayaraq, birinci instansiya məhkəməsi 120000 manat dəyərində olan evin hansı səbəbdən 17000 manata alğı-satqı edilməsinə hüquqi qiymət verməmişdir. Həmçinin cavabdehin etibarnamə üzrə nümayəndəsinin (vəkil) Vəkil məhkəmə baxışı zamanı video çəkilişlə olan iclas protokoluna düşən izahatına da hüquqi qiymət verməmişdir. Belə ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 57000 ABŞ dolları borcu olduğuna görə evin formal olaraq, cavabdehin adına rəsmləşdirmişdir. Bu fakt təsdiq edir ki, evə dair bağlanılmış alğı-satqı müqaviləsi mülkiyyətçiyə aid olmayan şifahi borc müqaviləsini pərdələmək üçün bağlanılmış əqddir və burada mülkiyyətçinin iradə ifadəsi yoxdur və borc münasibətlərindən onun məlumatı yoxdur. Həmçinin, etibarnamə üzrə nümayəndəsi (vəkil) məhkəmədə bildirmişdir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə Şəhər Məhkəməsinin foyesində gözləyir və onun şahid kimi dindirilməsi zəruridir. Ancaq, məhkəmə işi bir iclasa yekunlaşdıraraq, heç bir araşdırma aparmadan iddianın təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Digər tərəfdən, məhkəmə iclasında bilmişdir ki, mülki iş məhkəmə baxışına təyin edilmişdir və məhkəmə iclasının baxışa təyin edilməsi barədə nə vəkilinə, nə də ki, ona heç bir məlumat verilməmişdir. Ən əsas məsələlərdən biri budur ki, birinci instansiya məhkəməsində alğı-satqı müqaviləsində olan imza nümunələrinin və eyni zamanda alğı-satqı müqaviləsi üzrə ödənilmiş vəsaitin depozit hesabından kimin tərəfindən götürülməsinə dair qəbzdə olan imza nümunələri və həmin günə aid bankın video görüntülərinin yoxlanılması və tələb olunması təmin edilməli idi. Zərurət olduğu halda məhkəmə xəttşünaslıq və məhkəmə komputer texniki ekspertizaları təyin edilməli idi. Ancaq bu tələblərinin heç biri birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Nə hazırda, nə də alğı-satqı müqaviləsi bağlanan zaman ona məxsus evin dəyəri 17000 manat olmamışdır. Heç bir halda evin dəyəri ilə razı deyildir və evin bugünkü bazar qiymətilə bağlı ekspertiza təyin edilməli və qiymətləndirmə rəyi alınıb sübut olunmalıdır ki, əqd yalançı əqddir və etibarsız əqddir. Notariatda aparılan alğı-satqı prosesindən və orada olan görüntülərdən və bankda olan pulun alınıb verilməsini əks etdirən görüntülərdən də aydın olur ki, alğı-satqı müqaviləsi üzrə ödənilmiş pul vəsaitindən ona bir manat da olsun cavabdeh tərəfindən və ya da onun ətrafında olan dələduz şəxslər tərəfindən ödənilməmişdir. Rövşən adlı şəxs vasitəsi ilə aldadılaraq, notariat orqanına aparılmamışdır. Belə çıxır ki, həmin şəxs cavabdeh X7 adamı olmuşdur və onlar birgə qrup şəklində ona qarşı dələduzluq edərək notariat orqanında onun əmlakını alğı-satqı etdirib evini mülkiyyətlərinə keçirtmişlər. Bundan başqa, məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilmədiyindən çəkişmə prinsipi də pozulmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

21. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim İ.Həsənov, hakimlər L.Süleymanov və G.Cavadova) apellyasiya şikayətinin təmin edilməməsi və Gəncə Şəhər Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 144, 337, 339, 359, 362, 567-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 88, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

23. Qətnamədən narazı qalan iddiaçı İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın tam həcmdə təmin edilməsi barədə qərar çıxarılmasını, bu mümkün olmazsa işin maddi və prosessual normaların kobud şəkildə pozulmasi səbəbi ilə yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya instansiyası məhkəməsindəki icraat:

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İ.Şəfiyev - sədrlik edən və məruzəçi, Ə.Əhmədov və V.Həsənov) ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2024-cü il ## ###### tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün göndərilməsi qərara alınmışdır.

25. Məhkəmə kollegiyası hesab etmişdir ki, “təmsilçinin evi həqiqi qiymətindən dəfələrlə ucuz qiymətə- 17000 manata satması” barədə dəlili, məhkəmələr tərəfindən yalnız alğı-satqı müqaviləsinin bağlanması üçün zəruri şərtlərə əməl olunması kontekstində deyil, həm də Mülki Məcəllənin 339.1-ci maddəsində müqavilənin etibarsızlığına əsas verən “bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanması” baxımından araşdırılıb qiymət verilməli idi. Çünki iddiaçı təmsilçinin evi cavabdehə olan şəxsi borcunu əvəzləşdirmək məqsədi ilə satdığını bildirir. Həmçinin iddia ərizəsində, iddiaçının hüquqi mövqeyi qarışıq və nizamsız ifadə olunmasına baxmayaraq, Mülki Məcəllənin 339.1-ci maddəsinə də istinad edilmişdir.

26. Kollegiya xüsusilə qeyd etmişdir ki, iddiaçı evin ucuz satılmasını təmsilçinin alıcıya (cavabdehə) olan borcunun ödənilməsi məqsədi ilə bağlandığını bildirir. Bu halda, həmin dəlil araşdırılmalı, təmsilçi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ən azından üçüncü şəxs qismində işə cəlb olunmalı, iddia tələbinə onun münasibəti öyrənilməli idi. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi sadəcə iddia tələbinin rədd olunmasını tələb etmiş, lakin məhkəmə iddiaçının irəli sürdüyü dəlillər barədə onunla sual-cavab etməmişdir. Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsindən təmsilçi ilə borc münasibətlərinin olubolmaması, evin satılmasından necə xəbər bilməsi və s. kimi əhəmiyyətli hallar barədə sual-cavab edilməmişdir. Həmçinin, alğı-satqı zamanı ödənilən 17000 manat pulun depozitdən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən götürülmədiyi barədə dəlili üzrə apellyasiya icraatında araşdırma aparılmamışdır.

27. Göstərilən hallara əsasən kollegiya hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işin mahiyyəti üzrə düzgün həll olunması üçün zəruri olan həddə işin hallarını araşdırmamış, maddi hüquq normalarını yarımçıq tətbiq etmişdir.

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:

29. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli iclas protokolu ilə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Gəncə Ərazi Idarəsinin hüquq varisi kimi tanınmışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

30. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mübahisələndirlən alğı-satqı müqaviləsi başqa əqdi pərdələmək məqsədilə bağlanmışdır. X8 alğı-satqıdan əvvəl cavabdeh cavabdeh3 borcu olmuşdur, belə ki, Rövşən Məmmədov cavabdehdən faiz müqabilində 10.000 ABŞ dolları, yəni 17.000 manat pul götürmüşdür. Rövşən borcunu ödəyə bilmədiyindən mübahisə predmeti olan evi cavabdeh cavabdeh3 adına keçirtmişdir. Nümayəndəsi olduğu şəxs ona görə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs etibarnamə vermişdir ki, sonuncu evi satsın və satışdan əldə olunan vəsaiti ona ödəsin. Həmin etibarnamə alğı-satqı müqaviləsi bağlanmamışdan 1 ildən çox müddət əvvəl verilmişdir. Evin və torpaq sahəsinin real dəyəri müqavilədə göstərilən dəyərindən dəfələrlə çoxdur. Bununla bağlı birinci instansiya məhkəməsinə qiymətləndiricinin rəyi təqdim edilsə də, məhkəmə 120.000 manat dəyərində olan evin hansı səbəbdən 17.000 manata alğı-satqı edilməsinə hüquqi qiymət verməmişdir. Rövşən Məmmədovun ona dediyinə görə alğı-satqı edilən zaman depozitə qoyulan pul elə cavabdeh3 özü tərəfindən də depozitdən götürülmüşdür. Yəni, pul depozitə formal olaraq qoyulmuşdur.

31. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs izahatında bildirdi ki, iddiaçı İddiaçı atasının dostudur, ailəvi dostluqları var, mübahisəli evdə 2011-ci ildən ailə üzvləri ilə birlikdə qalır. Iddiaçı həmin evin satılması məqsədi ilə 2021-ci ilin may ayında ona etibarnamə vermişdir. Evə bir neçə dəfə alıcı çıxsa da, iddiaçı az pul təklif olunduğuna görə evi satmamışdır. Sonradan, yəni 2022-ci ildə işləri yolunda getmədiyinə görə ona pul lazım olmuş, tanışları vasitəsi ilə cavabdeh3 tapmış və 2022-ci ilin may ayında həmin şəxsdən faiz qarşılığında 10.000 dollar, yəni 17.000 manat pul götürmüşdür, ilk 2 ay razılaşdırılan faiz məbləğini ödəsə də, 3-cü ayda bu ödənişi həyata keçirə bilməmişdir. cavabdeh3 isə qeyd olunan səbəbdən səs-küy salmış, verdiyi pulun əvəzində nəsə istəmişdir. O da məcbur qalıb etibarnamə ilə ona verilən evi həmin şəxsin adına keçirmişdir, bir şərtlə ki, 2-3 ay sonra aldığı pulu geri verməklə evi özünə qaytarsın. Yəni, əslində o evi cavabdeh3 satmamış, aldığı pulu 2-3 ay sonra qaytarmaq üçün onunla alğısatqı etmişdir. Qeyd olunan hadisədən iddiaçının xəbəri olmamışdır. Həmçinin, sədrlik edənin suallarına cavab olaraq üçüncü şəxs bildirmişdir ki, evi alğı-satqı edərkən notariusdakı sənədlər onun tərəfindən imzalansa da, bankda depozitdən pul götürülərkən o heç bir sənədi imzalamamış, hətta banka daxil olmamışdır, buna baxmayaraq pulun depozitdən çıxarışına dair həmin qəbzdəki imza ona məxsus imzadır. Üçüncü şəxs sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdi.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.

33. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh cavabdeh3 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu qeyd edərək izahatında bildirmişdir ki, o iddiaçı İddiaçı tanımamışdır, qeyd olunan dövrdə ev almaq istədiyinə görə xalası ona sözügedən evin satıldığını bildirmiş, həmin vaxt Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsla tanış olmuşdur. Onlar arasında hər hansı borc müqaviləsindən irəli gələn münasibət olmamış, həmin şəxsə nə borc pul verməmiş, nə də ondan pul borc almamışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsla evin alğı-satqısı ilə bağlı razılığa gəlmiş və evi 47.000 ABŞ dollarına almışdır. Sadəcə olaraq alğı-satqı zamanı dövlət rüsumunun az tutulması məqsədilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsla qarşılıqlı razılıq əsasında müqavilədə evin dəyəri 17.000 manat qeyd olunmuşdur. Evi alan zaman Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ondan evdən əmlakının çıxarılması və ailə üzvlərinin digər ünvana yerləşdirilməsi üçün müəyyən zaman istəmiş, lakin sonradan onlar həmin evdən çıxmamışlar. Bir neçə dəfə evdən çıxmaq üçün vaxt istəsələr də, söz verdikləri vaxtda evdən çıxmamışlar. Nəticə etibarilə evdən çıxmadıqlarına görə həmin şəxslərin sözügedən evdən çıxarılması ilə bağlı Göygöl Rayon Məhkəməsində iddia qaldırmışdır. Bundan sonra isə iddiaçı və üçüncü şəxs tərəfindən ona qarşı hazırki tələblə məhkəməyə müraciət olunmuşdur.

34. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh cavabdeh3 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisə predmeti olan evə dair qanunvericiliyin tələblərinə uyğun olaraq alğı-satqı həyata keçirilmişdir. Həmin əqdin etibarsızlığı üçün heç bir qanuni əsas yoxdur. Iddiaçı öz iradəsi ilə etibarnamə vermiş, təmsilçilik vasitəsi ilə də əmlaka dair sərəncam vermişdir. Həmin əmlakın satışından əldə olunan pulun təmsilçi tərəfindən iddiaçıya ödənilməməsi müqavilənin ləğvi üçün əsas ola bilməz.

Tətbiq edilən hüquq

35. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Maddə 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Maddə 782.2. Vəkalət alan verilməsini gecikdirdiyi pulun üstünə faizlər hesablamağa borcludur. Maddə 784. Vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır.

36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqdardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

37. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi, yəni şikayətin dəlilləri qətnamənin bütövlükdə ləğvinə yönəldiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

41. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

42. Iş materialları ilə müəyyən edilir ki, Göygöl şəhəri, R.Nəsibov məhəlləsi 40 ünvanında yerləşən ümumi sahəsi 124.7 kv.m olan fərdi yaşayış evi və evin yerləşdiyi 0.0392 ha torpaq sahəsi ##.##.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmış və buna dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. Göygöl rayon notariat ofisində təsdiq edilmiş ##.##.2021-ci il tarixli, AR-II ****** nömrəli etibarnamə ilə İddiaçı həmin evi və evin yerləşdiyi torpaq sahəsini idarə etmək və onun üzərində sərəncam vermək, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdlər bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, notariat ofisində nümayəndəsi olmaq və digər səlahiyyətlər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs etibar edilmişdir. Etibarnamə 3 il müddətinə verilmiş və etibarnamədəki səlahiyyətlərin başqa şəxsə ötürülməsi nəzərdə tutulmuşdur. Sözügedən etibarnamə verilən gün İddiaçı arvadı Arzu Məmmədova da notariat ofisində sözügedən evin satılmasına etiraz etməməsi və müqavilədə nəzərdə tutulmuş müddətdə həmin fərdi yaşayış evini tərk etməyi öhdəsinə götürməsi barədə notariat ofisində ərizə vermişdir. Bundan sonra, Gəncə şəhəri * saylı notariat ofisində satıcı İddiaçı adından Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə alıcı cavabdeh3 arasında ##.##.2022-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə əsasında Göygöl şəhəri, R.Nəsibov məhəlləsi 40 ünvanında yerləşən ümumi sahəsi 124.7 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.0392 ha torpaq sahəsi 17000 manat müqabilində alıcıya satılmışdır. Iddiaçı İddiaçı ##.##.2021-ci il tarixli, AR-II ****** nömrəli etibarnaməni mübahisəsi gedən evi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs icarəsinə vermək üçün tərtib edildiyini, lakin sonuncunun onun iradəsinə zidd olaraq, eləcə də fərdi yaşayış evinin real qiymətindən dəfələrlə aşağı qiymətə evə dair alğı-satqı müqaviləsi bağladığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

43. Göründüyü kimi iddiaçı hazırki tələbində onun mülkiyyətində olmuş fərdi yaşayış evinin və altında olan torpaq sahəsinin etibarnamə üzrə nümayəndəsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən cavabdeh3 satılması barədə notariat qaydada təsdiqlənmiş ##.##.2022-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinin və həmin alğı-satqı müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğvini xahiş etmişdir.

44. Qeyd olunmalıdır ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur.

45. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### və T.Qasımovanın şikayəti üzrə 2020-ci il # ###### tarixli Qərarları).

46. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, alğı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı öz-özlüyündə mülki hüquq subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilməz. Iradə ifadəsinin zədələnməsi səbəbindən əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən iddianın əsaslı olub-olmaması iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin aydınlaşdırılması ilə mümkündür. Belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin doğruluğu, zorakılıq və ya hədə təsiri altında bağlanıb bağlanılmaması kimi faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir.

47. Iddiaçı mübahisələndirilən əqdin etibarsızlığı barədə tələbini belə izah etmişdir ki, ev onun məlumatı olmadan satılmışdır; ev icarə üçün verdiyi etibarnamə əsasında satılmışdır; onun təmsilçisi evi həqiqi qiymətindən dəfələrlə ucuz qiymətə- 17000 manata satmış, əldə olunan vasaiti ona qaytarmamışdır.

48. Ilk növbədə qeyd edilməlidir ki, mübahisələndirilən əqd səlahiyyətli subyektlər arasında bağlanmış, habelə əqdin forma və məzmunu ilə bağlı mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmişdir. Həmin əqdlə bağlı notariat ofisində açılmış notariat işinin sənədlərinə nəzər saldıqda satış predmeti olan fərdi yaşayış evinin mülkiyyətçisi tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs verilmiş etibarnamənin qüvvədə olduğu, mübahisələndirilən əmlak iddiaçı İddiaçıla arvadı Arzu Məmmədovanın birgə nikah dövründə (##.##.1977-ci il tarixdə nikaha daxil olmuşlar) əldə edildiyindən evin özgəninkiləşdirilməsinə dair sonuncunun notariat qaydada təsdiq edilmiş razılıq ərizəsinin alındığı müəyyən olunur.

49. Digər tərəfdən qeyd olunmalıdır ki, iddiaçıya məxsus olan ev onun təmsilçisi tərəfindən satılmışdır. Bu halda iddia tələbinin düzgün həlli, işin hallarının əqdlərin etibarsızlığını müəyyən edən normalarla yanaşı, təmsilçiliyi tənzimləyən normalar əsasında təhlilini tələb edir.

50. Belə ki, Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.

51. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı Mülki Məcəllənin 362.1-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. Mülki Məcəllənin 362.2ci maddəsinə görə notarial forma tələb edilən ədqlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.

52. Əvvəla məhkəmə kollegiyası bildirir ki, iddiaçının evin onun məlumatı olmadan satılması barədə dəlili müqavilənin etibarsızlığına əsas vermir. Belə ki, Mülki Məcəllənin 781ci maddəsinə əsasən, vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir. Bu öhdəliyin yerinə yetirilmədiyi halda təmsilçi tərəfindən bağlanmış əqdin etibarsız hesab olunması barədə göstəriş qanunda yoxdur.

53. Həmçinin evin icarə üçün verdiyi etibarnamə əsasında satılması barədə dəlil də əsassızdır. Çünki bu dəlil, yəni, təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsi olması etibarnamənin məzmunu ilə müəyyən edilməlidir. Etibarnamənin məzmununda konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. Bu mənada qeyd edilməlidir ki, iddiaçı tərəfindən verilmiş etibarnamədə təmsilçiyə verilən səlahiyyətin əmlakın icarəyə (kirayəyə) verilməsi ilə məhdudlaşması barədə göstəriş əksini tapmamışdır.

54. Bundan əlavə, təmsilçinin evin satılmasından əldə olunan vəsaitin iddiaçıya qaytarılmaması barədə dəlil də əqdin etibarsızlığı üçün müstəqil əsas təşkil etmir. Doğrudur ki, etibarnamə əsasında tapşırığı icra edən şəxsin vəzifələrindən biri də tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməsidir (MM-nin 782.1-ci maddəsi). Lakin bu öhdəlik pozulduğu halda vəkalət verən şəxs, ona dəyən zərərin ödənilməsini təmsilçidən tələb edə bilər (MM-nin 784-cü maddəsi). Eyni zamanda vəkalət verənin hüququnun təminatı olaraq, vəkalət alanın verilməsini gecikdirdiyi pulun üstünə faizlər hesablamaq öhdəliyi müəyyən olunmuşdur (MM-nin 782.2-ci maddəsi). Bundan başqa, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır (MM-nin 779.1ci maddəsi).

55. Vəkalət alanın əsas vəzifəsi, tapşırığı vicdanla icra etmək, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməkdən ibarətdir (MM-nin 778.1-ci maddəsi). Vicdanlılıq dedikdə, müqavilə tərəfinin öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu qanunun tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməsi başa düşülür. Etibarnamə əsasında tapşırığı icra edən şəxsin vəzifəsi tapşırığı təmsil edilənin iradəsinə tam uyğun həyata keçirməkdir.

56. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, daşınmaz əşyaların alğı-satqı müqaviləsi konsensual müqavilə hesab edildiyinə görə daşınmaz əşyanın alğı-satqısı zamanı müqavilə imzalandığı andan tərəflər üzərlərinə öhdəlik götürmüş sayılırlar. Konsensual müqavilə (latınca consensus - razılaşma) tərəflərin müqavilənin əsas şərtləri barədə qarşılıqlı razılığa gəldiyi andan hüquqi qüvvəyə minən müqavilə növüdür. Belə müqavilələrdə əşyanın fiziki olaraq verilməsinə ehtiyac yoxdur, tərəflərin iradə ifadələrinin üst-üstə düşməsi müqavilənin bağlanması üçün kifayətdir.

57. Alğı-satqı zamanı ödənilən 17000 manat pulun depozitdən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən götürülməməsi ilə bağlı iddiaçının dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlil də əsaslı hesab edilmir. Belə ki, məhkəmə kollegiyası tərəfindən kassasiya instansiya məhkəməsinin mövqeyinə uyğun olaraq bu dəlilin araşdırılması məqsədi ilə Əmanətlərin Sığortalanması Fonduna sorğu edilərək notariat işində olan kassa məxaric çekinin əsli götürülmüşdür. Üçüncü şəxs məhkəmə iclası zamanı bankda depozitdən pul götürülərkən heç bir sənədi imzalamadığını qeyd etsə də, lakin məhkəmə kollegiyasının iclasında pulun depozitdən çıxarışına dair çekə ilkin və təkrar vizual baxış zamanı həmin sənəddəki imzanın ona məxsus imza olduğunu bildirmişdir.

58. Mülki Məcəllənin 359.3-cü maddəsində göstərilir ki, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Həmin Məcəllənin 360.1-ci maddəsində deyilir ki, əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin.

59. Ali Məhkəmənin Mülki Kollegiyasının mövqeyinə görə hazırki mübahisəyə Mülki Məcəllənin 339.1-ci maddəsində müqavilənin etibarsızlığına əsas verən “bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanması” baxımından araşdırılıb qiymət verilməlidir.

60. Belə ki, Mülki Məcəllənin 339.1-ci maddəsində göstərilir ki, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

61. Bu tipli mübahisələrdə əsas məqsəd zərərçəkən şəxsin iradəsinin sərbəst olmamasını və ya məcburiyyət altında qaldığını sübut etməkdir. Hazırki tələbində iddiaçı təmsilçinin evi cavabdehə olan şəxsi borcunu əvəzləşdirmək məqsədi ilə satdığını bildirsə də, mübahisəli alğısatqı müqaviləsinin iddiaçının nümayəndəsinin (üçüncü şəxsin) digər tərəflə, yəni cavabdehlə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanması halları məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, eləcə də qeyd olunan halları təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilməmişdir ki, bu da iddiaçının həmin dəlilinin formal mülahizələrə əsaslandığını deməyə əsas verir.

63. Qeyd edilməlidir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı əldə edənin əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyənin sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.

64. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən hallarını nəzərdən keçirərək qeyd edir ki, hazırkı vəziyyətdə iddiaçı tərəfin formal mülahizələrinə görə alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi mübahisəsi gedən əmlakı qanuni əsaslarla əldə edən alıcı cavabdeh3 da hüquqlarının əsassız olaraq pozulması ilə nəticələnər.

65. Kollegiya həmçinin qeyd edir ki, mübahisəsi gedən əmlakın bazar qiymətinə uyğun və ya bu qiymətdən aşağı dəyərə satılması mülki qanunvericiliyin tələbləri baxımından əqdin etibarsızlığına dəlalət etmir. Çünki, Mülki Məcəllənin 6-cı maddəsinə əsasən, mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı və mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması mülki qanunvericiliyin əsas prinsiplərindədir.

66. Işin sadalanan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən alğı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğundur. Müqavilənin iddiaçının iradəsinə zidd bağlanmış olması barədə hazırkı iddia tələbi əsassızdır.

67. Gəldiyi qənaətə uyğun olaraq kollegiya, alğı-satqı müqavilələsinin etibarsızlığından irəli gələn digər tələb üzrə əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır, çünki alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinin təmin edilməməsi, bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna edir.

68. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən çəkişmə prinsipinin pozulması barədə apellyatorun dəlili də məhkəmə kollegiyası tərəfindən əsassız sayılmalıdır. Belə ki, mülki işin 112-ci səhifəsində olan “AZEMIS” Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, birinci instansiya məhkəməsi tərəfindən ## #### 2024-cü il tarixə təyin edilmiş iclasa dair ## #### 2024-cü il tarixli məhkəmə bildirişi həmin bildirişin tərtib edildiyi tarixdə iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə elektron kabinetinə yerləşdirilmişdir.

69. Şərh olunan halları məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etməmişdir. Məhkəmənin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğundur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384, 387, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi :

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar