Məhkəmə qərarları › İş №2(011)-8882/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8882/2025

05.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8882/2025 05.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Musayeva Aytəkin Bulud qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında baxaraq, M ü ə y y ə n e t d i: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Məmmədli kəndi “Yeddi gözəl” Yaşayış kompleksi ev 3-də yerləşən 16 saylı mənzilə dair Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-813 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia həcminin artırılması ilə bağlı məhkəməyə ərizə ünvanlayaraq, ünvan 1 16 saylı mənzilə dair Bakı şəhəri 29 saylı notariat kontorunda Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021ci il tarixli 4Ə-813 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin mənzilə dair Cavabdeh1 adına verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı reyestrdən çıxarışın ləğv edilməsi, Cavabdeh1 həmin mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılması, mənzilin boşadılması və İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələblərinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus olan Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi gözəl” yaşayış kompleksi, ev 3-də yerləşən 16 saylı mənzili Bank "xxxx" ASC “X1 Mərkəz” MMC-nin 15 oktyabr 2020-ci il tarixli YP-011 saylı satış protokoluna və hərracın nəticələri barədə əmlakın alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Sonradan həmin mənzilə dair Bakı şəhəri 29 saylı Notariat Kontorunda Bank "xxxx" ilə Cavabdeh1 arasında, xx.xx.2021-ci il tarixdə 4Ə-813 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzilin mülkiyyətçisi Cavabdeh1 olmuşdur. Hal-hazırda da Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi gözəl” yaşayış kompleksi ev 3-də yerləşən 16 saylı mənzil Cavabdeh1 mülkiyyətindədir. Tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsində qaldırılmış iddiaya əsəsən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6600/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi gözəl” yaşayış kompleksi, ev 3-də yerləşən 16 saylı mənzilə dair “X1 Mərkəz” MMC-nin 15 oktyabr 2020-ci il tarixli YP-011 saylı satış protokolu etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 11845/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bank "xxxx" ASC-nin nümayəndəsinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6600/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi Bank "xxxx" ASC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2465/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh Bank "xxxx" ASC tərəfindən verilmiş kasassiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11845/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-6600/2021 saylı qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, məhkəmə aktı ilə maraqlarına toxunduğunu bildirən şəxs Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-6429/2023 saylı qərardadı ilə qeyri-mümkün hesab edilmişdir. Mülkiyyətində olmuş Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi gözəl” yaşayış kompleksi, ev 3-də yerləşən 16 saylı mənzili qanunsuz olaraq əlindən alınmışdır və belə olan halda həmin əmlaka yenidən mülkiyyət hüququ tanınmalıdır. Bakı şəhəri 29 saylı Notariat Kontorunda Bank "xxxx" ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 4Ə-813 saylı alqısatqı müqaviləsi məhkəmə tərəfindən ləğv edilməlidir. “X1 Mərkəzi” MMCnin hərracın keçirilməsinə dair 15 0ktyabr 2020-ci il tarixli YP -011 saylı satış protokolun etibarsız sayılmasına dair tərəfindən Xətai Rayon Məhkəməsinə müraciət edilmişdir. İddia tələbi təmin olunaraq, sözü gedən mənzilə dair satış protokolu xx.xx.2021-ci il tarixli 2(011)- 6600/2021 saylı məhkəmə qətnaməsi ilə etibarsız sayılmışdır. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, lakin şikayət təmin edilməmiş, cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, lakin həmin şikayətdə təmin edilməmişdir. Xətai Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minərək iddiaçıya məxsus olan Abşeron rayonu, Məmmədli kəndi “Yeddi gözəl” Yaşayış kompleksi ev 3-də yerləşən 16 saylı mənzilə dair keçirilmiş hərracın nəticələri etibarsız sayılmışdır. Bundan sonra iddiaçı tərəfindən Abşeron Rayon Məhkəməsinə Bank "xxxx" ASC-yə qarşı iddia irəli sürülmüş və məhkəmədən “ Yeddi gözəl” Yaşayış kompleksi ev 3-də yerləşən 16 saylı mənzilə dair DƏDRX tərəfindən Bank "xxxx" ASC adına verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsi, DƏDRX tərəfindən həmin mənzilə dair Cavabdeh1 adına verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsi, həmin mənzildə yaşayanların mənzildən istifadə hüquqlarına xitam verilməklə oradan çıxarılması və əmlakın boşaldılması, iddiaçının mübahisəli mənzilə mülkiyyət hüququnu tanımaqla həmin mənzilin iddiaçıya təhvil verilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Abşeron Rayon Məhkəməsinin (Hakim M.Abbasova) xx.xx.2023-cü il tarixli 2(012)-330/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, “Yeddi gözəl” Yaşayış kompleksi ev 3-də yerləşən 16 saylı mənzilə dair DƏDRX tərəfindən Bank "xxxx" ASC adına verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsi, DƏDRX tərəfindən həmin mənzilə dar Cavabdeh1 adına verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsi, Cavabdeh1 “ Yeddi gözəl” Yaşayış kompleksi ev 3-də yerləşən 16 saylı mənzildən istifadə hüququna xitam verilməsi, Cavabdeh1 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi qət edilmişdir. Cavabdehlər tərəfindən apellyasiya şikayəti verilmiş və iddianın rədd edilməsi, qətnamənin ləğv edilməsi xahiş edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)-1512/2023 saylı qətnaməsi ilə (X3) apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişdir. Ali Məkhəmə kassasiya şikayətini təmin etmiş (xx.xx.2024-cü il tarixli 2(102)-1364/2024 saylı qərar) və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1512/2023 saylı qətnaməsi ləğv edilmiş, yeni apellyasiya baxışına qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(105)-1383/2024 saylı qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli,2(012)-330/2023 saylı qətnaməsi Cavabdeh1 adına verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı reyesterdən çıxarışın ləğv edilməsi, Cavabdeh1 ünvan 1 16 saylı mənzildən istifadə hüququna xitam verilməsi, Cavabdeh1 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi və cavabdehlərdən 100 manat dövlət rüsumunun tutulması hissəsində ləğv edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Xətai Rayon Məhkəməsində Bank "xxxx" ASC-yə qarşı “vurulmuş zərərin ödənilməsinə dair” iddiaçı tərəfindən iddia qaldırılmışdır. Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-3360/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş və cavabdeh olan Bank "xxxx" ASC-dən ümumilikdə 146 116 manat məbləğində pul vəsaitin tutularaq, iddiaçıya verilməsi qət edilmişdir. Həmin qətnamədən Bank "xxxx" ASC apellyasiya şikayəti vermiş. Apellyasiya məhkəməsində işə baxılarkən müəyyən edilmişdir ki, İddiaçı tərəfindən Xətai Rayon Məhkəməsinə 2024-cü ildə iddia ərizəsi ilə müraciət edilmiş və Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında ünvan 1 16 saylı mənzilə dair Bakı şəhəri 29 saylı notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 2(102)-4892/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadla hal-hazırda həmin mülki iş üzrə qəbul edilə biləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək icraatı dayandırmışdır. Məhkəmənin nəzərinə catdırır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1383/2024 saylı xx.xx.2024-cü il tarixlı qətnaməsinin 36-cı bəndində qeyd edilmişdir ki, “digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı (İddiaçı) çıxarışın verilməsinə əsas olmuş alqı-satqı müqaviləsini (Bank ilə Cavabdeh1 arasında bağlanmış) mübahisələndirməklə yanaşı həmçinin yeni əsasla həmin müqavilənin əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydi (çıxarışı), o cümlədən cavabdehin (Cavabdeh1) mənzildən çıxarılması tələbini də irəli sürmək hüququna malikdir. Tərəflərin məhkəmənin baxış iclasında iştirakı və izahatları: Məhkəmənin baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Rza oğlu iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış kredit müqaviləsi əsasında iddiaçıya yaşayış sahəsinin alınması üçün bank tərəfindən 47 000 manat məbləğində ipoteka krediti ayrılmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək üçün Abşeron rayonu, Məmmədli kəndi “Yeddi gözəl” Yaşayış kompleksi ev 3 ünvanında yerləşən 16 saylı mənzil "xxxx" ASC-ə ipoteka qoyulmuşdur. "xxxx" ASC iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, iddiaçıdan Bankın xeyrinə 41736.12 manat kredit borcunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş iddiaçıya məxsus olan Abşeron rayonu, Məmmədli kəndi “Yeddi gözəl” Yaşayış kompleksi ev 3 ünvanında yerləşən 16 saylı mənzilə yönəldilərək hərrac yolu ilə satılması, mənzil satıldıqdan və ya özgəninkiləşdirildikdən sonra ünvan 3 ünvanda qeydiyyatsız yaşayanların istifadə hüquqlarına xitam verilməsi, mənzilin boşaldılması və tələbkara təhvil verilməsi, əmlakın ilkin satış qiymətinin razılaşdırılmış qiymətə uyğun olaraq 57000 manat məbləğində müəyyən edilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli 2(021)-2363 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsində apellyasiya şikayətinə baxıldıqda iddiaçı ("xxxx"ASC) məhkəməyə ərizə ilə müraciət edərək iddiadan imtina etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 18 iyul 2016-cı il tarixli 2(104)-1588 saylı qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli 2(021)-2363 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 18 iyul 2016-cı il tarixli 2(104)-1588 saylı qərardadı qanuni qüvvəsini almışdır. İş üzrə borcverən "xxxx" ASC-nin bank fəaliyyətinə dair lisenziyası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ləğv edilmişdir. İpoteka və Kredit Zəmanət Fondu ilə Bank "xxxx" ASC arasında imzalanmış xidmət müqaviləsinə əlavə olaraq ipoteka kreditlərinin reyestrinə əsasən xidmət olunması üçün "xxxx" ASC-nin ipoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilmiş bütün ipoteka kreditləri Bank "xxxx" ASC-yə təhkim edilmişdir (xx.xx.2016-cı il tarixli 31-2507/16 saylı ipoteka kreditlərinin reyestrinə əsasən). Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli 2(021)-2363 saylı qətnaməsi Gəncə Apellyasiya Məhkəməsinin 18 iyul 2016-cı il tarixli 2(104)-1588 qərardadı ilə ləğv olunmuşdur, lakin buna baxmayaraq Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli 2(021)-2363 saylı qətnaməsi qanunsuz olaraq icra vərəqəsinə əsasən iddiaçının xəbəri olmadan məhkəmə tərəfindən icraya yönəldilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən iddiaçıya məxsus olan Abşeron rayonu, Məmmədli kəndi “Yeddi gözəl” Yaşayış kompleksi ev 3-də yerləşən 16 saylı mənzilin satılması üçün “X1 Mərkəzi” MMC-nə sifariş verilmişdir. İddiaçının xəbəri olmadan hərrac keçirilmiş və "xxxx" ASC iddiaçıya məxsus olan mənzili almışdır. Hərracın keçirilməsi və onun nəticələri barədə iddiaçı tələbkar olan "xxxx" ASC və Abşeron rayon İcra Şöbəsinin icra məmurları mənzilinə gələrək mənzilində olan əşyaları boşaltmağa başladıqda bilmişdir. İddiaçıya məlumat verdilər ki, hərrac keçirilmiş və mənzili "xxxx" ASC əldə etmişdir.Sonradan Bank həmin mənzili tez tələsik digər şəxsə - hal-hazırda iddia ərizəsi üzrə ikinçi Cavabdeh1 satmışdır. Məhkəməyə bildirir ki, Abşeron rayon İcra Şöbəsi tərəfindən Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli 2(021)-2363 saylı qətnaməsi qanunsuz olaraq icraya yönəldilmiş və nəticədə icra edilmişdir. Bir daha bildirir ki, Gəncə Apellyasiya Məhkəməsinin 18 iyul 2016-cı il tarixli 2(104)-1588 qərardadı ilə Bərdə Rayon Məhkəməsinin qətnaməsi (qanunsuz icraya yönəldirilmiş) ləğv olunmuşdur. “X1 Mərkəzi” MMC-nin hərracın keçirilməsinə dair 15 0ktyabr 2020-ci il tarixli YP -011 saylı satış protokolu etibarsız sayılmasına dair iddiaçı tərəfindən Xətai Rayon Məhkəməsinə müraciət edilmişdir. İddia tələbi təmin olunaraq sözü gedən mənzilə dair satış protokolu xx.xx.2021-ci il tarixli 2(011)-6600/2021 saylı məhkəmə qətnaməsi ilə etibarsız sayılmışdır. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, lakin şikayət təmin edilməmiş, cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, lakin həmin şikayət də təmin edilməmişdir. Xətai Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minərək iddiaçıya məxsus olan Abşeron rayonu, Məmmədli kəndi “Yeddi gözəl” Yaşayış kompleksi ev 3-də yerləşən 16 saylı mənzilə dair keçirilmiş hərracın nəticələri etibarsız sayılmışdır. Bundan sonra iddiaçı tərəfindən Abşeron Rayon Məhkəməsinə Bank "xxxx" ASC-yə qarşı iddia irəli sürülmüş və məhkəmədən “Yeddi gözəl” Yaşayış kompleksi ev 3-də yerləşən 16 saylı mənzilə DƏDRX tərəfindən Bank "xxxx" ASC adına verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsi, DƏDRX tərəfindən həmin mənzilə dar Cavabdeh1((mənzilin yeni mülkiyyətçisi (Bank "xxxx"ASC tərəfindən satılmış)) adına verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsi, həmin mənzildə yaşayanların mənzildən istifadə hüquqlarına xitam verilməklə oradan çıxarılması və əmlakın boşaldılması, mənim mübahisəli mənzilə mülkiyyət hüququnu tanımaqla həmin mənzilin ona təhvil verilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Abşeron Rayon Məhkəməsinin (Hakim M.Abbasova) xx.xx.2023-cü il tarixli 2(012)-330/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, “ Yeddi gözəl” Yaşayış kompleksi ev 3-də yerləşən 16 saylı mənzilə dair DƏDRX tərəfindən Bank "xxxx" ASC adına verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsi, DƏDRX tərəfindən həmin mənzilə dar Cavabdeh1 adına verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsi, Cavabdeh1 “ Yeddi gözəl” Yaşayış kompleksi ev 3-də yerləşən 16 saylı mənzildən istifadə hüququna xitam verilməsi, Cavabdeh1 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi qət edilmişdir. Cavabdehlər tərəfindən apellyasiya şikayəti verilmiş və iddianın rədd edilməsi, qətnamənin ləğv edilməsi xahiş edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)-1512/2023 saylı qətnaməsi ilə (X3) apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişdir. Ali Məhkəmə kassasiya şikayətini təmin etmiş (xx.xx.2024-cü il tarixli 2(102)-1364/2024 saylı qərar) və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1512/2023 saylı qətnaməsi ləğv edilmiş,yeni apellyasiya baxışına qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(105)-1383/2024 saylı qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-330/2023 saylı qətnaməsi Cavabdeh1 adına verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı reyesterdən çıxarışın ləğv edilməsi, Cavabdeh1 ünvan 1 16 saylı mənzildən istifadə hüququna xitam verilməsi, Cavabdeh1 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi və cavabdehlərdən 100 manat dövlət rüsumunun tutulması hissəsində ləğv edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(011)-3395/23 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 İddiaçı və Bank "xxxx" ASC-yə qarşı “vicdanlı alıcı hüquqlarının tanınması” barədə iddiası rədd edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra Xətai Rayon Məhkəməsində Bank "xxxx" ASC-yə qarşı “vurulmuş zərərin ödənilməsinə dair” iddiaçı tərəfindən iddia qaldırılmışdır. Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-3360/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş və cavabdeh olan Bank "xxxx" ASC-dən ümumilikdə 146 116 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçıya verilməsi qət edilmişdir. Həmin qətnamədən Bank "xxxx" ASC apellyasiya şikayəti vermiş, apellyasiya məhkəməsində işə baxılarkən müəyyən edilmişdir ki, İddiaçı tərəfindən Xətai Rayon Məhkəməsinə 2024-cü ildə iddia ərizəsi ilə müraciət edilmiş və Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında ünvan 1 16 saylı mənzilə dair Bakı şəhəri 29 saylı notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 2(102)-4892/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadla hazırki mülki iş üzrə qəbul edilə biləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək icraatı dayandırmışdır. Məhkəmənin nəzərinə catdırır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1383/2024 saylı xx.xx.2024-cü il tarixlı qətnaməsinin 36-cı bəndində qeyd edilmişdir ki, “digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı (İddiaçı) çıxarışın verilməsinə əsas olmuş alqı-satqı müqaviləsini (Bank ilə Cavabdeh1 arasında bağlanmış) mübahisələndirməklə yanaşı həmçinin yeni əsasla həmin müqavilənin əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydi(çıxarışı), o cümlədən cavabdehin (Cavabdeh1) mənzildən çıxarılması tələbini də irəli sürmək hüququna malikdir. Məhkəmənin sualını cavablandıran nümayəndə həmçinin bildirmişdir ki, Bərdə Rayon Məhkəməsinin sonradan ləğv edilmiş qətnaməsinə əsasən İddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmuş 41736.12 manat kredit borcu hələ də ödənilməmişdir. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbi ilə razılaşmayaraq, bildirmişdir ki, Cavabdeh1 Nəbi oğlu vicdanlı sahib olmuş, mənzili bankdan qanuna uyğun qaydada əldə etmiş, mənzili təmir etmiş və çıxarış almışdır. Həmçinin Cavabdeh1 Nəbi oğlu hazırda mübahisə edilən evdə yaşayır, bu səbəbdən nümayəndə iddia tələbinin qəbul etmədiklərini bildirərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin baxış iclasında iştirak edən cavabdeh Bank "xxxx" ASC-nin nümayəndəsi X2 qeyd etmişdir ki, iddiaçı tərəfindən verilmiş iddia tamamilə əsassızdır və qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Bank BTB ASC ilə Cavabdeh1 arasında bağlanmış alğı-satqı müqaviləsinin ləğv edilməsi üçün hər hansı hüquqi əsas mövcud deyildir. Məlum olduğu kimi, Abşeron Rayon Məhkəməsinin 2(012)-330/2023 saylı qərarı ilə Cavabdeh1 adına olan daşınmaz əmlaka dair çıxarış ləğv edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə həmin qətnamə qüvvədə saxlanılmış, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 1364/2024 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilmiş, həmin iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin icraatına qaytarılmış, nəticədə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(105)-1383/2024 saylı qətnaməsi ilə Cavabdeh1 adına verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı reyestrdən çıxarış qüvvədə saxlanılmışdır. Bundan əlavə Xətai Rayon Məhkəməsinin e-2(011)-3395/2023 saylı qərarı ilə Cavabdeh1 vicdanlı alıcı hüquqlarının tanınmasına dair iddiası təmin edilməmişdir. Lakin qeyd edilən qətnamə qanuni qüvvəyə minməmiş Abşeron Rayon Məhkəməsinin 2(012)-330/2023 saylı qətnaməsinə əsaslanaraq qəbul edilmişdir. Halbuki, sonradan həmin qətnamə Cavabdeh1 (onun xeyrinə) münasibətdə ləğv edilmişdir. Bu hal onu göstərir ki, cavabdeh vicdanlı alıcı statusuna malikdir və bunun əksi hüquqi cəhətdən əsaslandırılmamışdır. Eyni zamanda bildirir ki, hazırkı iddianın yenidən icraata götürülərək baxılması qanunvericiliyin tələblərinə ziddir. İlk növbədə qeyd edirlər ki, iddiaçı tərəf məhkəməyə dəqiqləşmə barədə ərizə verərək, ünvan 1 16 saylı mənzilə dair Bakı şəhəri 29 saylı notariat kontorunda Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-813 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin mənzilə dair Cavabdeh1 adına verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı reyestrdən çıxarışın ləğv edilməsi, Cavabdeh1 həmin mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılması, mənzilin boşadılması və İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. AR MPM-in 153.2 və 153.2.2 maddələrinin tələbinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göründüyü kimi iddiaçının iddia tələbinə (Cavabdeh1 adına verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı reyestrdən çıxarışın ləğv edilməsi, Cavabdeh1 həmin mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılması, mənzilin boşadılması və İddiaçı təhvil verilməsi ) Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-1383/2024 saylı qətnaməsi ilə hüquqi qiymət verilmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Hesab edirlər ki, bütün bu qeyd edilənlərə baxmayaraq 2(011)-8882/2025 saylı iş üzrə məhkəmənin iddianı icraata qəbul etməsi prosessual pozuntudur. Digər tərəfdən isə məhkəmənin diqqətinə çatdırırlar ki, xx.xx.2024cü il tarixli 2(105)- 1383/2024 saylı Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsinin 18ci hissəsində qeyd edilmişdir: “18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahat verib bildirmişdir ki, üçüncü şəxslə bank arasında bağlanmış alqı-satqı müqaviləsini mübahisələndirməmişlər. Müqavilə ləğv olunmadan birbaşa çıxarışın ləğvi və mənzilin boşaldılmasını tələb etmişlər. Buna görə də Xətai Rayon Məhkəməsinə müraciət edərək üçüncü şəxslə bank arasındakı alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair iddia qaldırılmışlar. İddia ərizəsinin geri qaytarılmasından indi məlumatlı olmuşdur. Məhkəmənin qərarı ilə tanış deyil. Hesab edir ki, qərarla tanış olduqdan sonra təmsil etdiyi şəxs ondan apellyasiya şikayəti də verə bilər. Ona görə də hazırki məqamda yekun qərar qəbul edilməsinin məqsədəmüvafiq olduğunu düşünmür. Buna görə də iş üzrə icraatın dayandırılmasını xahiş edir.” Göründüyü kimi iddiaçı tərəf xx.xx.2024-cü il tarixdə hazırda icraata götürülən iş üzrə iddianın geri qaytarılmasından məlumatlı olmuş və onu məhkəmə iclasında bildirmişdir. Bütün bunlar istinad edilən qətnamədə öz əksini tapmışdır. X2 həmçinin bildirmişdir ki, İddiaçı "xxxx"ASC-yə kredit borcu olmuşdur və məhkəmə qətnaməsi ilə tutulmuşdur, həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsində apellyasiya şikayətinə baxıldıqda "xxxx"ASCnin bağlanma ərəfəsində olduğunu bilən işçisi məhkəməyə ərizə ilə müraciət edərək iddiadan imtina etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 18 iyul 2016-cı il tarixli 2(104)- 1588 saylı qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli 2(021)- 2363 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Lakin bu barədə Bank BTB-nin məlumatı olmamış, "xxxx"ASC-nin portfelini qəbu edərkən, İddiaçı "xxxx"ASC-yə kredit borcunun tutulması barədə məhkəmə qətnaməsi onlara təqdim edilmiş və icra vərəqinin verildiyi müəyyən edildiyi üçün hərrac keçirilmiş, ev bankın balansına keçirilmiş, sonradan Cavabdeh1 satılmışdır. Nümayəndə vurğulamışdır ki, Cavabdeh1 vicdanlı alıcıdır, İddiaçı problemi bankladı, bankdan maddi zərərə görə kompensasiyanın tutulması barədə artıq qətnamə də qəbul edilmişdir və hazırda apelyasiya məhkəməsinin icraatındadır. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndi, ev 3, 16 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestr nömrəsi 16 iyul 2010-cu il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, “Yeddi Gözəl” yaşayış kompleksi, ev 3, 16 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestr nömrəsi 07 yanvar 2021-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi Gözəl” yaşayış kompleksi, ev 3, 16 saylı mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestr nömrəsi 04 avqust 2021-ci il tarixdə qeydiyyata alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4892 saylı 25 noyabr 2025-ci il tarixli qərardadından görünür ki, hazırkı mülki iş üzrə icraatı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-7344/2024 saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minədək dayandırılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6600/2021 saylı 07 oktyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi gözəl" yaşayış kompleksi, ev 3-də yerləşən 16 saylı mənzilə dair “X1 Mərkəzi” MMC-nin 15 oktyabr 2020ci il tarixli YP-011 saylı satış protokolu etibarsız hesab edilmişdir. Həmin qətnamə apellyasiya və kassasiya instansiyalarında qüvvədə saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3395/2023 saylı 10 avqust 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Bank "xxxx" ASC-yə qarşı “vicdanlı alıcı hüquqlarının tanınması” barədə iddiası təmin edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3395/2023 saylı 10 avqust 2023cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Bank "xxxx" ASC-yə qarşı “vurulmuş zərərin ödənilməsi” barədə iddiası qismən təmin edilmiş, 145000 manat məbləğində pul vəsaiti, 490 manat dövlət rüsumu, 300 manat mütəxəssis rəyinin verilməsinə görə və hüquqi yardıma görə 326 manat pul vəsaiti olmaqla, cəmi 146116 manat pul vəsaitinin Bank "xxxx" ASC-dən tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-330/2023 saylı 14 aprel 2023-cü il tarixli qətnaməsindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndi “Yeddi gözəl” Yaşayış kompleksi ev 3-də yerləşən 16 saylı mənzilə dair Bank "xxxx" ASC-nin adına verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı reyestrdən çıxarış və Cavabdeh1 adına verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı reyestrdən çıxarışın ləğv edilməsi, Cavabdeh1 Abşeron rayonu, Məmmədli kəndi “Yeddi gözəl” Yaşayış kompleksi ev 3-də yerləşən 16 saylı mənzildən istifadə hüququna xitam verilməsi, Cavabdeh1 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və İddiaçı təhvil verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1512/2023 saylı 15 noyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-330/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 2(102)-1364/2024 saylı 13 iyun 2024-cü il tarixli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1512/2023 saylı 15 noyabr 2023cü il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1383/2024 saylı 04 sentyabr 2024-cü il tarixli qətnaməsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-330/2023 nömrəli qətnaməsi Cavabdeh1 adına verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı reyestrdən çıxarışın ləğv edilməsi, Cavabdeh1 Abşeron rayonu, Məmmədli kəndi “Yeddi gözəl” Yaşayış kompleksi ev 3-də yerləşən 16 saylı mənzildən istifadə hüququna xitam verilməsi, Cavabdeh1 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması, İddiaçı təhvil verilməsi və cavabdehlərdən 100 (yüz manat) manat dövlət rüsumunun tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilməmişdir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsi (bundan sonra Mülki Məcəllənin maddələrinə istinad ediləcək) müəyyən edir ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. (140-cı maddə) Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.( 389.1-ci maddəsi) Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. (390-cı maddə). Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. (390.5.-ci maddə). Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.(405-ci maddə) Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. (385.1-ci maddə) Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfı mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.1-ci maddəsi) Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (567-ci maddə) Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. (568.1-ci maddə) Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. (575-ci maddə) Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. (452-ci maddə) Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. (452.2-ci maddə). Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.( 421.1-ci maddə) Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. ( 421.2-ci maddə) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (442-ci maddə) Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (448-ci maddə) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (442-ci maddə) Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (448-ci maddə) Konstitusiya Məhkəməsinin Plenum Qərarları: Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarında məhkəmə vurğulamışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 10 mart 2020-ci il tarixli Qərarında Plenum vuruğulamışdır ki, Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarı). Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı). Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarında məhkəmə qeyd etmişdir ki, mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcısı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 115.0.1 şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, mülki işin faktiki hallarından və məhkəmədə bilavasitə tədqiq olunmuş sübutlardan, qüvvədə olan məhkəmə qətnamələrindən müəyyən edilir ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsi əsasında iddiaçıya yaşayış sahəsinin alınması üçün bank tərəfindən 47 000 manat məbləğində ipoteka krediti ayrılmış, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək üçün Abşeron rayonu, Məmmədli kəndi “Yeddi gözəl” Yaşayış kompleksi ev 3 ünvanında yerləşən 16 saylı mənzil "xxxx" ASC-ə ipotekaya qoyulmuşdur. "xxxx" ASC iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı Bankın xeyrinə 41736.12 manat kredit borcunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş iddiaçıya məxsus olan Abşeron rayonu, Məmmədli kəndi “Yeddi gözəl” Yaşayış kompleksi ev 3 ünvanında yerləşən 16 saylı mənzilə yönəldilərək hərrac yolu ilə satılması, mənzil satıldıqdan və ya özgəninkiləşdirildikdən sonra ünvan 3 ünvanda qeydiyyatsız yaşayanların istifadə hüquqlarına xitam verilməsi, mənzilin boşaldılması və tələbkara təhvil verilməsi, əmlakın ilkin satış qiymətinin razılaşdırılmış qiymətə uyğun olaraq 57000 manat məbləğində müəyyən edilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli 2(021)-2363 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsində apellyasiya şikayətinə baxıldıqda iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məlum olmayan səbəbdən məhkəməyə ərizə ilə müraciət edərək iddiadan imtina etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 18 iyul 2016cı il tarixli 2(104)-1588 saylı qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli 2(021)-2363 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. "xxxx" ASC-nin bank fəaliyyətinə dair lisenziyası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ləğv edilmişdir. İpoteka və Kredit Zəmanət Fondu ilə Bank "xxxx" ASC arasında imzalanmış xidmət müqaviləsinə əlavə olaraq ipoteka kreditlərinin reyestrinə əsasən xidmət olunması üçün "xxxx" ASC-nin ipoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilmiş bütün ipoteka kreditləri Bank "xxxx" ASC-yə təhkim edilmişdir (xx.xx.2016-cı il tarixli 31-2507/16 saylı ipoteka kreditlərinin reyestrinə əsasən). Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli 2(021)-2363 saylı qətnaməsi Gəncə Apellyasiya Məhkəməsinin 18 iyul 2016-cı il tarixli 2(104)-1588 qərardadı ilə ləğv olunub, iş üzrə icraata xitam verilsə də, Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli 2(021)- 2363 saylı qətnaməsi məhkəmə tərəfindən icraya yönəldilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən iddiaçıya məxsus olan Abşeron rayonu, Məmmədli kəndi “Yeddi gözəl” Yaşayış kompleksi ev 3-də yerləşən 16 saylı mənzilin satılması üçün “X1 Mərkəzi” MMC-nə sifariş verilmiş, Bank "xxxx" ASC “X1 Mərkəz” MMC-nin 15 oktyabr 2020-ci il tarixli YP-011 saylı satış protokoluna və hərracın nəticələri barədə əmlakın alqısatqı müqaviləsinə əsasən əldə etmişdir. Həmçinin mübahisənin predmeti olan mənzillə bağlı Bank "xxxx" ASC həmin mənzilə çıxarış almışdır. Sonradan həmin mənzilə dair Bakı şəhəri 29 saylı Notariat Kontorunda Bank "xxxx" ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixdə 4Ə-813 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzilin mülkiyyətçisi Cavabdeh1 olmuşdur. Həmçinin məhkəmə baxışında təsdiq edilmişdir ki, mübahisəli mənzil Cavabdeh1 tərəfindən təmir edilərək, həmin mənzil hazırda Cavabdeh1 faktiki sahibliyində və istifadəsindədir, hazırda Cavabdeh1 həmin mənzildə yaşayır. Həmçinin Cavabdeh1 sözgedən mənzilə dair 04 avqust 2021-ci il tarixdə çıxarış əldə etmişdir. “X1 Mərkəzi” MMC-nin hərracın keçirilməsinə dair 15 0ktyabr 2020-ci il tarixli YP - 011 saylı satış protokolu etibarsız sayılmasına dair iddiaçı tərəfindən Xətai Rayon Məhkəməsinə müraciət edilmiş, iddia tələbi təmin olunaraq sözü gedən mənzilə dair satış protokolu xx.xx.2021-ci il tarixli 2(011)-6600/2021 saylı məhkəmə qətnaməsi ilə etibarsız sayılmışdır. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, lakin şikayət təmin edilməmiş, cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, lakin həmin şikayət də təmin edilməmişdir. Xətai Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minərək iddiaçıya məxsus olan Abşeron rayonu, Məmmədli kəndi “Yeddi gözəl” Yaşayış kompleksi ev 3-də yerləşən 16 saylı mənzilə dair keçirilmiş hərracın nəticələri etibarsız sayılmışdır. Məhkəmə iddiaçının Cavabdeh1 vicdanlı alıcı olmaması dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3395/2023 saylı 10 avqust 2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Bank "xxxx" ASC-yə qarşı “vicdanlı alıcı hüquqlarının tanınması” barədə iddiası təmin edilməsə də, həmin qətnamə qəbul edildiyi zaman qüvvədə olmayan Abşeron Rayon Məhkəməsinin 2(012)-330/2023 saylı 14 aprel 2023-cü il tarixli qətnaməsində müəyyən edilmiş hallara və sübutlara əsasən qəbul edilmişdir, həmçinin məhkəmə həmin qətnamədə qeyd etmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-330/2023 saylı 14 aprel 2023-cü il tarixli qətnaməsində Cavabdeh1 vicdanlı alıcı olub-olmaması məsələsinə də hüquqi qiymət verilmişdir. Halbuki, Abşeron Rayon Məhkəməsinin 2(012)-330/2023 saylı 14 aprel 2023-cü il tarixli qətnaməsinin məzmunundan görünür ki, həmin qətnamədə Cavabdeh1 vicdanlı alıcı olub-olmaması məsələsinə ümumiyyələ toxunulmamışdır, qiymət verilməmişdir. Məhkəmə iddiaçı tərəfindən mübahisələndirilən əqdin, yəni Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 21 iyul 2021-ci il tarixli "alqı-satqı" müqaviləsinin bağlanması zamanı və bağlanandan sonra hazırki iş üzrə alıcıların hərəkətlərini qiymətləndirərək, belə qənaətə gəlir ki, Cavabdeh1 vicdanlı alıcı olduğunu təsdiq edilməsi hazırki iddia tələblərinin təmin edilməməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, Cavabdeh1 vicdanlı alıcı olmamasını təsdiq edən mötəbər sübutlar mövcud olmadığından o, mübahisəli mənzilə münasibətdə vicdanlı alıcı hesab edilməlidir. Həmçinin məhkəmə nəzərə alır ki, Bərdə Rayon Məhkəməsinin sonradan ləğv edilmiş qətnaməsinə əsasən İddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmuş 41736.12 manat kredit borcu hələ də ödənilməmişdir. Bununla yanaşı məhkəmə nəzərə alır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3395/2023 saylı 10 avqust 2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh Bank "xxxx" ASC-yə qarşı “vurulmuş zərərin ödənilməsi” barədə iddiası qismən təmin edilmiş, 145000 manat məbləğində pul vəsaiti, 490 manat dövlət rüsumu, 300 manat mütəxəssis rəyinin verilməsinə görə və hüquqi yardıma görə 326 manat pul vəsaiti olmaqla, cəmi 146116 manat pul vəsaitinin Bank "xxxx" ASC-dən tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir və hazırda həmin mülki iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Belə olan halda məhkəmə işdə olan sübutları qiymətləndirib, yuxarıda qeyd edilmiş maddi huquq normalarına əsaslanaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasını rəhbər tutaraq, belə qənaətə gəlir ki, mülki işdə olan sübutlarla Cavabdeh1 Abşeron rayonu, Məmmədli kəndi “Yeddi gözəl” Yaşayış kompleksi ev 3-də yerləşən 16 saylı mənzilinə münasibətdə vicdanlı alıcı olduğu təsdiq edildiyindən, Cavabdeh1 həmin mənzilin mülkiyyətçisi olduğundan, İddiaçı dəymiş maddi zərər artıq müvafiq məhkəmə qətnaməsi ilə tutulduğundan, Abşeron rayonu, Məmmədli kəndi “Yeddi gözəl” Yaşayış kompleksi ev 3-də yerləşən 16 saylı mənzilə dair Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-813 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi üçün heç bir qanuni əsas müəyyən edilmədiyindən, İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbi təmin edilməməlidir. İddiaçının digər tələbləri - “mübahisəli mənzilə dair Cavabdeh1 adına verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı reyestrdən çıxarışın ləğv edilməsi, Cavabdeh1 həmin mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılması, mənzilin boşadılması və İddiaçı təhvil verilməsi” - tələbləri ilkin tələbdən irəli gələn tələblər olduğundan və ilkin tələb təmin edilmədiyindən, digər tələbər də təmin edilməməlidir. Məhkəmə xərcləri: Mülki iş üzrə məhkəmə xərcləri aşağıdakılardan ibarətdir: dövlət rüsumu olaraq 100 manat; Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, Q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və sair” tələblərinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar