Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2627/2025 28.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2022-ci il tarixli, 24427 nömrəli qaiməyə əsasən alıcı Cavabdeh İddiaçı 5924,81 manat borcu vardır.
2. 01 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh İddiaçı götürdüyü plastik qapı pəncərə aksesuarları və Avropa istehsalı taxta və dəmir qapılara görə yaranmış 6210 manat (Altı min iki yüz on manat.) borcunu Cavabdeh atası X1 hər ay 250 manat olmaqla 2020-ci ilin aprel ayına kimi ödəməyi öz öiıtəsinə götürür. Pulun qalan hissəsini isə yəni 4710 manatını (Dörd min yeddi yüz on maı at) Cavabdeh 2020-ci ilin aprel ayında tam olaraq ödəyəcəyini öz ohtəsinə götürür. Həmin müqavilə tərəflərin imzaları ilə təsdiq edilmişdir.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5924.81 (beş min doqquz yüz iyirmi dörd manat, səksən bir qəpik) manat məbləğində pul və ödəmiş olduğu 79 (yetmiş doqquz) manat dövlət rüsumun ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddianın əsaslarına görə, özü fərdi sahibkardır. Adına ********** saylı VÖEN vardır. Özü isə Sabirabad şəhəri, Vidadi küçəsində yerləşən ünvanda özünün qapıpəncərə sexində fəaliyyət göstərir. Belə ki, hazırki iddia tələbi irəli sürdüyü Cavabdeh çoxdandır ki, tanıyır. Dəfələrlə Cavabdeh ondan qapı-pəncərəyə aid materiallar (profil, trosil, petlə, zamok, ruçka, kük panel və sair aksessuarları) götürmüşdür. Çox vaxtlar hissə-hissə ödənişlər etmişdir. Lakin, xx.xx.2022-ci il tarixədək 5924,81 manat borcu yığılmışdır. Bu hal isə xx.xx.2022-ci il tarixli, 24427 nömrəli qaimə ilə öz əksini tapır. Lakin, cavabdehlə əlaqə saxladıqda ayın axırı deyə-deyə götürdüyü malların dəyərini qərəzli olaraq ödəməmişdir. Bu halı isə təsdiq edəcək şahidlər - X3 və X4 var və həmin şahidləri məhkəməyə iclasına gətirəcəkdir. Hal-hazıra kimi cavabdeh ona olan borcunu qaytarmır. Ona görə də məcbur olub məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
b) iddiaya etiraz
5. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
c) məhkəmə icraat iştiakçılarının izahatları
6. İddiaçı məhkəməyə yazılı vəsatət verərək, cavabdeh məhkəmə iclasına gəlmədiyindən iş üzrə qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Odur ki, məhkəmə cavabdehin iştirak etmədiyini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə qeyd edir ki, Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişləri və ona məxsus mobil telefon nömrələrinə məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq SMS-bildirişlər göndərilmişdir.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər; Maddə 238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır; Maddə 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır; Maddə 244. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır; Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
Məhkəmə baxışının hədləri
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
11. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, tərəflər arasında olan razılaşmaya əsasən borc məbləğinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh iddiaçıya olan borcunu ödəməlidir.
12. İddiaçı tərəfin sadaladığı faktiki hallara uyğun sübutlar iş materiallarına əlavə edilmişdir. Cavabdehin atasının zaminliyi ilə nisyə alqı-satqı müqaviləsi bağlanılaraq bir qisminin cavabdehə verildiyi öz təsdiqini tapır.
13. İddiaçı cavabdeh və cavabdehin atası ilə olan telefon danışıqlarından ümumi borc məbləği olaraq 5924,81 manatın təkrarlayaraq qaytarılmasını bildirsə məhkəmə gedişatında borcun məbləği ilə bağlı hər hansı etiraz daxil olmamışdır.
14. Məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, İddiaçı Cavabdeh yazılı qaydada hissə-hissə ödəmək şərtilə nisyə alqı-satqı müqaviləsi üzrə 6210 manat dəyərində plastik qapı pəncərə aksesuarları və Avropa istehsalı taxta və dəmir qapılar satmışdır. Cavabdeh üzərinə düşən öhdəliklərin bir qismini, ödənilməli olan 6210 manat pulun bir hissəsini, yəni 250 manat hissəsini icra etsə də, ümumilikdə bütün öhdəliklərinə əməl etməmiş və 5924,81 manat məbləğində borcu yaranmışdır.
15. İş materiallarından görünür ki, Alıcı Cavabdeh Satıcı İddiaçı ilə bağladığı nisyə alqı-satqı müqaviləsi üzrə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır.
16. İddia tələbinin faktiki və hüquqi halları ilə tərəflər arasında bağlanmış nisyə alqısatqı müqaviləsinin şərtləri və MM-in 600.4-cü (əsas borca münasibətdə) maddəsinin dispozitiv şərtləri eynilik təşkil edir.
17. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi halları mövcud deyildir. Belə ki, nisyə alqı-satqı müqaviləsinin yazılı qaydada bağlanması forma baxımından onun etibarlılığına əsas verir.
18. Odur ki, məhkəmə iddianın sadalanan faktiki əsaslarını maddi və hüquqi əsaslar baxımından yoxlayaraq hesab edir ki, iddia təmin edilməlidir.
19. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 79 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
21. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 5924,81 manat borc və 79 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
22. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. 5924,81 manat məbləğdə borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 79 manat olmaqla, ümumilikdə 6003,81 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Sabirabad Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM : Cavid Cəfərov