Məhkəmə qərarları › İş №e-2(3-6)-2394/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2394/2026

18.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2394/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X4 (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadından iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MTK-ya qarşı “öhdəliyin icra edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, X2 küçəsinin şimal hissəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının 2-ci girişinin 8-ci mərtəbəsində, 2 otaqdan ibarət ** saylı mənzili və onun açarlarının ona verilməsi vəzifəsinin cavabdeh “xxxx” MTK-nin üzərinə qoyulması və həmin mənzildən istifadəyə hər cür maneçiliyin cavabdehə qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, X5 ilə “xxxx” MTK arasında *** saylı, ##.##.2022ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Kooperativ Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, X2 küçəsinin şimal hissəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının 2-ci girişinin 8-ci mərtəbəsində, 2 otaqdan ibarət ** saylı mənzili (bundan sonra "Mənzil" adlanacaq) Payçıya verməyi, Payçı isə bu Müqavilə ilə müəyyənləşdirilmiş pay haqqını Kooperativə ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən Kooperativ binanın tikinti işləri başa çatdıqdan sonra mənzili payçıya təhvil verməlidir.” “xxxx” MTK-nin *** saylı, ##.##.2022-ci il tarixli maliyyə arayışında qeyd olunur - “Maliyyə arayışı verilir, X5, ondan ötrü ki, Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, X2 küçəsinin şimal hissəsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 2-ci girişinin 8-ci mərtəbəsində yerləşən 2 otaqdan ibarət ** saylı mənzili üzrə pay haqqı tam ödənilmişdir və *** saylı, ##.##.2022-ci il tarixli müqaviləyə dair heç bir borc yoxdur.” X5 ilə aralarında Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən ##.##.2022- ci il tarixdə təsdiqlənmiş və bağlanmış “Ilkin müqavilə”yə əsasən müqavilənin predmeti: “Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, X2 küçəsinin şimal hissəsi ünvanında yerləşən çoxmərtəbəli, çoxmənzilli yaşayış binasının 2-ci giriş, 8-ci mərtəbə, 2 otaqlı, ** saylı təmirsiz mənzilin tikinti işləri tam başa çatdıqdan sonra gələcəkdə əsas müqavilə (alqı-satqı müqaviləsi nəzərdə tutulur) bağlanmasının şərtlərinin, qaydasının, mənzilin alqı-satqı dəyərinin müəyyənləşdirilməsi, müəyyənləşdirilən dəyərinin müvafiq hissəsinin bu ilkin müqavilə üzrə ödənilməsinin və bununla bağlı digər məsələlərin hüquqi tənzimlənməsi” 2.5 ci bənd - Mənzilin əsas alqı-satqı müqavilə üzrə dəyəri tərəflərin qarşılıqlı razılığı əsasında 90000 (doxsan min) manat məbləğində müəyyən edilmişdir. 2.6-cı bənd - Tərəflər razılaşdılar ki, bu müqavilə ilə nəzərdə tutulan mənzilin hazırkı müqavilə ilə müəyyənləşdirilən 90000 manat məbləğində olan dəyərinin 89000 (səksən doqquz min) manat məbləğində olan hissəsi ilkin müqavilə bağlandığı vaxtı İ tərəfə ödənilir. 2.7-ci bənd - İ tərəf öhdəsinə götürür ki, bu ilkin müqavilə notariatda təsdiq edildikdən və ilkin ödəniş kimi müəyyən edilən 89000 (səksən doqquz min) manat ona ödənildikdən sonra müqavilənin predmeti olan mənzili İddiaçı faktiki və əməli istifadəsinə verir. 3.1 ci bənd - İddiaçı öhdəsinə götürür ki, bu müqavilənin predmeti olan mənzilin alqı-satqı dəyəri kimi tərəflər arasında qarşılıqlı razılaşdırılan 90000 manat məbləğində dəyərinin 89000 manat məbləğində olan hissəsinin hazırkı ilkin müqavilə imzalandığı vaxt İ tərəfə ödənilməsini təmin edir. Qalan 1000 (bir min) manat məbləğində olan pul vəsaiti əsas müqavilənin bağlandığı vaxt ödəyəcəkdir. Yaşayış binasının və mənzilin tikintisinin başa çatmasından bir neçə ay müddət keçməsinə baxmayaraq mənzilin açarlarını cavabdehdən dəfələrlə tələb etsə də mənzili bu günədək ona təhvil vermir. Mənzil ona təhvil verilmədiyindən yaşamaq üçün kirayələrdə qalmağa məcbur olur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(5-93) ****/**** saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması qərara alınmışdır. Iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(5-93) ****/**** saylı qərardadından verilmiş şikayət həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş, işlə birlikdə baxılması Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin həmin mövqeyi əsassızdır və qərardad ləğv olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən - Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Lakin, məhkəmə qanunvericiliyin həmin normasını işin halarına düzgün tətbiq etmədən ərizəni əsassız olaraq geri qaytarmışdır. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı cavabdehə qarşı öhdəliyin icra edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək məhkəmədən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, X2 küçəsinin şimal hissəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının 2-ci girişinin 8-ci mərtəbəsində, 2 otaqdan ibarət ** saylı mənzili və onun açarlarının ona verilməsi vəzifəsinin cavabdeh “xxxx” MTK-nin üzərinə qoyulmasını xahiş etmişdir. «xxxx» informasiya sistemindən çıxarışla cavabdeh MMC-nin hüquqi ünvanın ünvan 1 olması müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı mübahsiə müqavilədən əmələ gələn öhdəliklər üzrə olmaqla müqavilə üzrə öhdəliklərin icra edilməməsi ilə bağlıdır. Qeyd edilən tələb müstəsna aidiyyatla bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsinin təsir dairəsinə düşmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdehin qeydiyyat ünvanı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşdiyindən məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuş, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Günay Axundova Hakimlər Məhəmməd Rüstəmli Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar