Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3013/2020 23.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İlk iddia üzrə cavabdeh, qarılıqlı iddia üzrə iddiaçı Cavabdeh Subay oğlunun və onun vəkili X4 iştirakları ilə, İddiaçı Cavabdeh Subay oğluna (üçüncü şəxslər Bakı şəhəri 51 saylı Notariat Konturuna və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə) qarşı “müqavilənin və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi” barədə ilkin və Cavabdeh Subay oğlunun İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Subay oğluna (üçüncü şəxslər Bakı şəhəri 51 saylı Notariat Konturuna və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə)qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 160,3 kv.m, yaşayış sahəsi 73,6 kv.mdan ibarət 3 otaqlı mənzilin özgəninkiləşdirilməsinə dair Bakı şəhər 51 X11 xx.xx.2018-ci il tarixdə 4Ə-1162 reyestr qeydli, AN-İ ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin ləğv olunması, Cavabdeh Subay oğlunun adına verilmiş çıxarışın ləğv edilməsi və tərəflərin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi belə əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 160,3 kv.m,yaşayış sahəsi 73,6 kv.m-dan ibarət 3 otaqlı mənzil X3 şəxsi mülkiyyəti olmuş və hüquqları DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, RX seriyalı ******* nömrəli Çıxarışla tanınmışdır. Nərgiz Quliyevanın əri Vaqif Quliyev ailə dostlarıdır və mənzili müvəqqəti olaraq atası X8 etibarnamə ilə vermişdi.Həmin mənzil sonradan onun (iddiaçının) adına keçirilmiş və tanışları olan şəxs X2 pul vəsiti lazım olduğundan daşınmaz əmlakı girov qoymaqla təminat qismində istifadə olunması məqsədilə Cavabdeh Subay oğlunun adına keçirtmişlər.İddiaçı X1 rayon Məhkəməsinə müraciət edərək həmin mənzilin özgəninkiləşdirilməsinə dair Bakı şəhər 51 saylı notariat kontorunun xx.xx.2018-ci il tarixli, 4Ə-1120 reyestr qeydli, AN-İ ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin, habelə Bakı şəhər 51 X11 xx.xx.2018-ci il tarixdə 4Ə-1162 reyestr qeydli, AN-İ ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin etibarsız hesab olunması və Cavabdeh Subay oğlunun adına verilmiş çıxarışın ləğv edilərək tərəflərin əvvəlki vəziyyətinə qaytarılması barədə iddia qaldırmış, iş üzrə keçən Cavabdeh Subay oğlu isə ona və qeyrilərinə qarşı “mənzilə köçürülmə” barədə qarşılıqlı iddia vermişdir.Məhkəmə araşdırılması ilə müəyyən olunur ki, qarşılıqlı iddiaçı Cavabdeh notariatda faktiki olaraq adına rəsmiləşdirilən mənzilə görə müqavilədə 323000 manat yazılsa da, alqı-satqı tərəfi olan satıcıya,yəni ona (iddiaçıya) 272000 manat vermişdir.Belə ki, həmin şəxs atası Faiq Nağıyev və digərləri ilə razılaşmışlar ki, alqı-satqı sənədi üzrə müqavilədə göstərilən 190000 ABŞ dolları otuz min dollar fərqi ilə onun xeyridir və 160000 ABŞ dolları qaytarılanda həmin məbləğ əlavə faiz olaraq veriləcəkdir və mənzil geri qaytarılacaqdır. Belə olan halda tərəf öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməmiş və ödəməli olduğu pulu az vermişdir. Notariatdan isə 272000 manat pul keçmişdir. Bu alqı-satqı real niyyətlərə dayanmır və o, formal alıcı kimi həmin məbləğdə pulu almamışdır. Bu əsaslar ona məhkəmədə məlum olmuşdur. Cavabdeh Subay oğlu isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən xx xxxxxx 2018-ci il tarixdə AN-İ ******* nömrəli alqısatqı müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməməsi nəticəsində xx xxx 2019-cu il tarixindən xx xxxxxxxx 2020-ci il tarixədək dəymiş maddi ziyanın məbləğinin 15000 (on beş min) manat, mənəvi ziyanın isə 3000 (üç min) müəyyən edilməsi və cəmi 18000 manatın İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbləri belə əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ilə xx xxxxxx 2018-ci il tarixdə AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi bağlayaraq ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 160,3 kv.m mənzili 323000 (üç yüz iyirmi üç min) manata almış, müqavilə üzrə bütün öhdəlikləri tam yerinə yetirərək mənzilin dəyərini bank vasitəsi ilə satıcıya ödəmişdir. Bundan sonra, onun mülkiyyət hüququ dövlət tərəfindən xx.xx.2018-ci il tarixdə qeydiyyatdan keçirilərək, 2644 nömrəli reyestr kitabının 246247 nömrəli vərəqində, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, bununla bağlı RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ÇİXARİŞ” verilmişdir. Mənzil xüsusi mülkiyyətinə keçdikdən sonra evin elektrik və su təminatı ilə bağlı müvafiq müqavilələr bağlamışdır. Ancaq cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənzilində ailəsi ilə yaşaya, həmin mənzildən istifadə və sahiblik edə bilməmişdir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdeh mənzili xx.xx.2019-cu il tarixədək təhvil vermək barədə öhdəlik götürsə də, mənzili onun istifadəsinə verməkdən yayınır. Mənzilə girmək istədikdə buna maneçilik törədilir. Əksinə cavabdeh əsassız məhkəmə mübahisələri qaldırmaqla mənzili təhvil verməkdən yayınır. Bu isə iddiaçıya maddi və mənəvi ziyanın vurulması ilə nəticələnir. Hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən mənzil ona xx xxx 2019-cu il tarixdə verilməli idi. İddiaçı mənzildən istifadə, sahiblik və sərəncam hüququnu reallaşdıra bilsə idi, həmin mənzili aylıq 1000 (min) manata kirayə vermək imkanı vardı. Ancaq cavabdeh iddiaçını bu imkandan mərhum etmişdir.Beləliklə xx xxx 2019-cu il tarixdən bu vaxta qədər 15000 (on beş min) manat real gəlirdən məhrum olmuşdur.Eyni zamanda iddiaçı hesab edir ki, cavabdehin qanunsuzluğu, özbaşnalığı, əsassız və uzun sürən məhkəmə çəkişmələri yaratması nəticəsində ona 3000 (üç min) mənəvi ziyan dəymişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Subay oğlu ərizə təqdim edərək işə mahiyyəti üzrə baxılmasını tələb etmiş, o və onun vəkili X12 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddianın rədd, qarşılıqlı iddia tələblərinin isə təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasına gəlməmiş, ilk iddia üzrə üçüncü şəxslər – Bakı şəhəri 51 saylı Notariat Konturu və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi isə məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin və onun vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ilk və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. İş materiallarından aydın olur ki, Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, 99, M 16, 1 saylı mənzil X3 mülkiyyətində olmuş, xx.xx.2018-ci il tarixdə verdiyi etibarnamə ilə o, həmin mənzili idarə etməyi və onun üzərində sərəncam verməyi 6 ay müddətinə X8 həvalə etmiş, sonuncu bu etibarnamə əsasında mənzili oğlu İddiaçı Bakı şəhəri 51 X11 xx.xx.2018-ci il tarixdə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi ilə 160 000 manata satmış və mənzil xx.xx.2018-ci il tarixdə sonuncunun adına reyestrdə qeydə alınmışdır. İş materiallarından həmçinin aydın olur ki, İddiaçı həmin mənzili xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 323 000 manata Cavabdeh satmış, Cavabdeh göstərilən məbləği İddiaçı hesabına ödəmiş, xx.xx.2018-ci il tarixdə mənzilə dair Cavabdeh müvafiq çıxarış verilmişdir. İş materiallarından görünür ki, X3 İddiaçı və Cavabdeh qarşı “ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 160.3 kv.m, yaşayış sahəsi 73.6 kv.m-dən ibarət olan 3 otaqlı mənzilin özgəninkiləşdirilməsinə dair Bakı şəhəri 51 X11 bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-1120 reyestr qeydli, AN0726291 saylı və Bakı şəhəri 51 X11 bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-1162 reyestr qeydli, AN-0731703 saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab olunması, Cavabdeh adına verilmiş çıxarışın ləğv edilməsi, tərəflərin əvvəlki vəziyyətinə qaytarılması”, həmçinin müstəqil tələb irəli sürən şəxs Cavabdeh İddiaçı qarşı “ünvan 5 ünvanında yerləşən mənzilin faktiki sahibliyinə verilməsinin İddiaçı həvalə edilməsi, mənzildən sərbəst istifadə və sahiblik hüququna hər hansı formada maneçilik və müdaxilə edilməsinin adı çəkilən şəxsə qadağan olunması” barədə iddia tələblərinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmış, həmin məhkəmənin 2(008)-4435/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Nərgiz Quliyevanın iddia tələblərinin rədd, Cavabdeh iddia tələbinin təmin olunması qət olunmuş, həmin qətnamə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3149/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə də dəyişdirilmədən saxlanılmışdır. Hazırkı işdə ilkin iddiaçı onunla cavabdeh arasında bağlanmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 160,3 kv.m, yaşayış sahəsi 73,6 kv.m-dan ibarət 3 otaqlı mənzilin özgəninkiləşdirilməsinə dair Bakı şəhər 51 X11 xx.xx.2018-ci il tarixli 4Ə-1162 reyestr qeydli, AN-İ ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin ləğv olunması və həmin müqavilə əsasında cavabdehin adına verilmiş çıxarışın ləğvini tələb edir. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı mübahisənin obyektiv həlli üçün ilk növbədə xx.xx.2018-ci il tarixli 4Ə-1162 saylı alğı-satqı müqaviləsinin ləğv edilməsi tələbinin əsaslı olub-olmadığı araşdırılmalıdır. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə görə, “tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur”; 422.1-ci maddəsinə görə isə, “tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur”. Mülki qanunvericiliyin sadalanan müddəalarına görə, müqavilənin ləğv edilməsi üç halda mümkündür; bunlardan birincisi Mülki Məcəllənin 421.1-ci maddəsində təsbit edilən tərəflərin könüllü razılaşmasıdır. Hazırki halda bu hal istisna olunur, çünki tərəflərin razılaşması yoxdur. İkinci hal Mülki Məcəllənin 421.2-ci maddəsində müəyyən olunmuş digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduğunun sübuta yetirildiyi haldır. Buna görə, tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşin hallarından görünür ki, ilkin iddiaçı müqavilədə 323000 manat yazıldığı halda, həqiqətdə ona 272000 manat verildiyini irəli sürsə də, belə bir hal müəyyən edilməmişdir. Üçüncü hal isə Mülki Məcəllənin 422-ci maddəsində təsbit olunmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin ləğv edilməsi halıdır ki, hazırkı mübahisədə bu halın mövcudluğundan da söhbət edilə bilməz. Göründüyü kimi ilkin iddiaçının iddia tələbi, bu tələbin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. Halbuki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Gəldiyi qənaətə uyğun olaraq məhkəmə hesab edir ki, ilkin iddiaçının digər tələbləri – Cavabdeh Subay oğlunun adına verilmiş çıxarışın ləğv edilməsi və tərəflərin əvvəlki vəziyyətinə qaytarılması üzrə əlavə əsaslandırma aparılması ümumiyyətlə zərurət deyildir. Çünkü “xx.xx.2018-ci il tarixli 4Ə-1162 saylı alğı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinin təmin edilməməsi, bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna edir. Məhkəmə qarşılıqlı iddia tələbini də əsassız hesab edir. Belə ki, qarşılıqlı iddiaçı Cavabdeh Subay oğlu cavabdeh İddiaçı öhdəliyini yerinə yetirilməməsi nəticəsində xx xxx 2019-cu il tarixindən xx xxxxxxxx 2020-ci il tarixədək ona 15000 (on beş min) manat maddi və 3000 (üç min) manat mənəvi ziyanın dəymiş olduğunu irəli sürmüş, bununla belə iddiasının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation(sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Bununla yanaşı həmçinin nəzərə alınmalıdır ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №-li Qərarında da izah edilmişdir ki, “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia ərizələrinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İlkin və qarşılıqlı iddia tələbləri təmin olunmasın. İlkin və qarşılıqlı iddia ərizələrinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləği tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-3013/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3013/2020
23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver