Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3061/2022 15.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, Ərizəçi (maraqlı şəxs Binəqədi RPİ-nin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsi) “daşınmaz əmlaka istifadə faktının tanınması” barədə ərizəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Ərizəçi və onunla birlikdə yaşayan ailə üzvlərinin ünvan 1 ünvanında yaşayış sahəsinə istifadə faktının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 1999-cu il tarixdən ünvan 2 ünvanında mərhum atası tərəfindən tikilmiş fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Xocahəsən Qəsəbəsi üzrə Nümayǝndəliyi tərəfindən verilmiş 28.02.2022-ci il tarixli arayışda onun ünvan 3 ünvanında sənədsiz evdə ailə üzvləri ilə birlikdə qeydiyyatsız yaşadığı göstərilmişdir. Hemçinin həmin mənzilə dair ödənilmiş işıq və qaz sərfiyyatına görə ödənişlər Ərizəçi tərəfindən ödənilmişdir. Eləcə də Bələdiyyəyə ödənilən əmlak və digər vergilər də onun tərəfindən ödənilmişdir. Sadaladığı hallar “ASAN Xidmət” Mərkəzi tərəfindən verilmiş "xxxx" ASC-yə və "Azəriqaz" İB-yə Ərizəçi tərəfindən edilmiş ödənişlərin siyahısı, həmçinin bələdiyyə tərəfindən göndərilmiş tədiyyə bildirişilərinə uyğun aparılmiş vergi ödəmələri qəbzlərlə təsdiqini tapmışdır. Bildirir ki, Ərizəçi həmin ünvanda 3-cü şəxslərin iddiaları olmadan yaşamağı, həmin evə sahiblik etməyi, istifadə etməyi təkzibolunmaz bir faktdır. Ərizəçi pasport qeydiyyatında olduğu Bakı şəhəri Suraxanı Rayonu Yeni Günəşli Y/M "Q" Massivi ev 26 mənzil 34 onun qohumlarına məxsusdur. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı müəyyən edir.; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 7.1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. 7.2-ci bəndinə göstərilir ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Hazırda Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, sənədsiz tikili olan Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi ünvanında yerləşən fərdi yaşayış evinə sahiblik faktının tanınmasını xahiş edir. Ərizənin məzmunundan müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi ünvanında yerləşən fərdi yaşayış evi sənədsiz tikilidir. Qeyd edilən plenum qərarından da, göründüyü kimi özbaşına tikililər üzərində sahiblik faktının müəyyən edilməsi barədə ərizələrə xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə iddia icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur;. Odur ki, ərizəyə xüsusi icraat qaydasında baxılması mümkün olmadığından Ərizəçi ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, ərizəçiyə izah edilməlidir ki, müvafiq tələblə iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. Bundan başqa məhkəmə ərizəçinin nəzərinə çatdırılmasını zəruri hesab edir ki, iddia ərizəsi verilərkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin(yeni redaksiyada) 149-152-ci maddələrinin tələbləri nəzərə alınsın. Belə ki, qeyd edilən normalarda məhkəməyə müraciət edilən zaman əlavə edilməli olan sənədlərin siyahısı, o cümlədən iddia ərizəsinin forma və məzmununa görə tələblər öz əksini tapmışdır və qanunun həmin tələbləri iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünü müəyyən edir. Eyni zamanda ərizəçinin nəzərinə çatdırılmalıdır ki, onun məhkəmə qətnaməsi ilə arzuladığı hüquqi nəticə şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması ilə bağlıdırsa, bununla bağlı qeydiyyata almaqdan imtina edən inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən inzibati məhkəməyə iddia ilə müraciət edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Ərizəçi (maraqlı şəxs Binəqədi RPİ-nin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsi) “daşınmaz əmlaka istifadə faktının tanınması” barədə ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-3061/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3061/2022
15.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver