Məhkəmə qərarları › İş №2(5-88)-200/2026

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(5-88)-200/2026

16.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(5-88)-200/2026 16.03.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hаkim Heydarov Aslan Nazim оğlunun sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi Ərizəçi hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ:

1. Ərizəçi hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət edərək Naxçıvan şəhər ünvan 1 ünvanında yerləşən mənzilin 1985-ci il tarixindən etibarən Ərizəçi kirayəsində (qanuni istifadəsində) olma faktının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ərizəçi həyat yoldaşı X1 məhkəməyə ərizə göndərərək, Ərizəçi xx.xx.2026-cı il tarixdə vəfat etdiyini, həmin iş üzrə onun hüquqi varis qismində tanımasını xahiş etmişdir.

3. Məhkəmə Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Ərizəçi xx.xx.2026-cı il tarixdə vəfat etmişdir.

4. Məhkəmə ərizəni iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, hazırki hüquq münasibəti hüquqi varisliyə yol vermədiyindən iş üzrə icraata xitam verilməlidir.

5. Belə ki, Mülki Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür.

6. Həmin Məcəllənin 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə xitam verir.

7. Şərh olunanlara əsasən və MPM-nin 260, 261 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

Ərizəçi hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi tələbinə dair ərizə üzrə xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Naxçıvan Şəhər Məhkəməsinə şikayət verə bilər.

Hakim: Aslan Heydarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar