Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-634/2026 30.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Maraqlı şəxs qarşı mülki iş üzrə (Açar sözlər: mülkiyyət hüququnun tanınması) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X3 və X4 ibarət tərkibdə, Əli Seyran oğlu Ismayılovun katibliyi, X5 Ağamirzəyevin iştirakı ilə, Ərizəçi Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Maraqlı şəxs qarşı “mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Işin halları:
1. Ərizəçi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Qusar rayonu Samur qəsəbəsi ərazisində satın aldığı, 2003-cü il JN-**** saylı, KOD 30102018 olan, ## #### 2003cü il tarixli, torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında hal-hazırda mülkiyyətində, istifadəsində olan 02 hektar torpaq sahəsinin Ərizəçi məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi, Qusar rayonu sakini olan Ərizəçi 2003cü ildə Qusar rayonunun Samur Bələdiyyəsi ərazisində olan 02 hektar torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə həmin dövrdə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeliyində fəaliyyət göstərmiş Qusar Rayon Torpaq şöbəsi tərəfindən verilmiş torpağa mülkiyyət huququna dair dövlət aktı əsasında əldə etmişdirHəmin torpaq sahəsinə DT ye XK-nin Qusar Rayon Torpaq Şöbəsi tərəfindən JN-0264 KOD ******** saylı, ## #### 2003- cü il tarixli, torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmin Dövlət aktı səlahiyyətli şəxslər tərəfindən təsdiqlənmişdir. Qeyd olunan torpaq sahəsindən 2003-cü ildən bugünədək fasiləsiz, açıq və vicdanlı şəkildə ərizəçinin istifadəsində, faktiki olaraq ## #### 2003- cü il tarixli, torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında istifadəsində olmuş, torpaq üzərində mehmanxana, avtodayanacaq anbar və digər kommersiya obyektləri fəaliyyət gpstərmişdir. Istifadə müddəti ərzində bütün vergi və məcburi ödənişlər ərizəçi tərəfindən ödənilmişdir. 2023- cü ildə həmin 02 hektar torpaq sahəyə mülkiyyət hüququnun tanınması, mülkiyyət hüququnun tanınması barədə çıxarışın verilməsi xahişi ilə Daşınmaz Əmlakın * saylı Xaçmaz Ərazi Idarəsinə müraciət edilmiş, dövlət aktının qeydiyyatının və bazada olmamasını əsas göstərməklə qeydiyyata almayaraq imtina vermişdir. Bundan sonra ərizəçi Daşınmaz Əmlakın * saylı Xaçmaz Ərazi Idarəsinin imtina qərarından narazı qaldığına görə, həmin qərardan Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, uzun müddət istifadəsində, torpağa mülkiyyət huququna dair dövlət aktı əsasında mülkiyyətində olan 02 hektar torpağa mülkiyyət hüququnun tanınması və çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın * saylı Ərazi Idarəsinin üzərinə qoyulması xahişi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərarı ilə Ərizəçi iddiası təmin edilməmişdir. Bundan sonra ərizəçi həmin qərardan apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsi Inzibati Kollegiyasının ## ##### 2024-cü il tarixli, 2-1 (***)-***/**** saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra ərizəçi həmin qərardan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının 2-1(102)- ****/**** saylı, ## ####### 2024-cü il tarixli qərarı ilə Ərizəçi kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Inzibati Kollegiyasının ## ##### 2024-cü il tarixli, *-*(***)- ***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Belə ki, 2003-cü ildə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar Rayon Torpaq Şöbəsi tərəfindən JN-0264 KOD ******** saylı torpağa mülkiyyət hüququna dair ## #### 2003-cü il tarixli dövlət aktının verilməsi qanunauyğunluğuna şübhə yarandığına görə, Qusar Rayon Torpaq Şöbəsinin sabiq vəzifəli şəxslərinin hərəkətlərindən Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinə şikayət edilmiş, Qusar Rayon Torpaq Şöbəsinin vəzifəli şəxslərinin hərəkətlərində qanunsuzluq akar edilmədiyi üçün cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## ###### 2024-cü il tarixli qərar qəbul edilmişdir. Baş Prokurorluq yanunda Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2024-cu il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi haqqinda qarardan narazı qaldığına görə, ərizəçi məhkəmə nəzarəti qaydasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi Azerbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 442 və 449-454-cu maddələrini rəhbər tutaraq, Ərizəçi Azerbaycan Respublikası Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsi tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan verilmiş şikayət Binəqədi Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərarı ilə qüvvəsində saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərarının ləğv edilməsi, yenidən araşdırılması məqsədilə Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinə qaytarılması xahişi ilə həmin qərardan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449-451, 452-454-cu maddələrinin tələblərini rehber tutaraq, şikayətçi Ərizəçi şikayətini təmin etməmiş, şikayətçi Ağamirzəyev Hacımirzə Ağamirzə oğlunun vəkili Ağamirzəyev Hacımirzə Ağamirzə oğlunun Azərbaycan Respubiikası Baş Prokurorluğu yanunda Kornupsiyaya qarşı Mübarizə Baş Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli , cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanması barədə ##.##.2024-cü il tarixli qərar qəbul etmişdir.
3. Ərizəyə qarşı yazılı etiraz daxil olmamışdır.
4. ## #### 2003-cü il tarixli, JN-**** saylı, KOD 30102018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, Qusar rayonu Samur qəsəbə sakini Ərizəçi Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında DƏK-nin ## #### 2002-ci il tarixli ****** №-li şəhadətnamə ilə satılmış cizgidə göstərilən sərhəd daxilində 2 ha torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün verilmişdir.
5. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərarının Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər hissəsindən görünür ki, № ****** saylı, * nömrəli reyestr kitabının 93-cü səhifəsində, 001341 qeydiyyat nömrəsi ilə ##.##.2002-ci il tarixdə qeydiyyata alınmış " Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə"nin surətindən görünür ki, Qusar rayonu, Samur qəsəbəsinfə yerləşən "Samur" üzüm emalı məntəqəsi Ərizəçi, X6, X2 oIuna, X8, X1 və digərlərinə satılmışdır. Məhkəməyə sorğu əsasında Qusar rayon Dövlət Arxivindən daxil oImuş ## #### 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, "Torpağa mülkiyyət huququna dair" vətəndaşlara verilmiş şəhadətnamələr, dövlət aktları rayon arxivinə təhvil verilməmişdir. Məhkəməyə sorğu əsasında Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı ye Reyestri publik hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi idarəsindən daxil olmuş ## #### 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında ## #### 2002-ci il tarixli, ****** nömrəli şəhadətnamə və JN 0264, KOD 30102018 sayli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" elektron bazada akar edilməmişdir və Mərkəzin arxivində aşkar edilməmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yaninda Əmlak Məsələləri Dövlət Xidməti Maraqlı şəxs * saylı Xaçmaz Ərazi Idarəsinin iddiaçıya ünvanladığı ## ##### 2023-cü il tarixli bildirişdən görünür ki, mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət huququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir.
6. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərarından görünür ki, ərizəçi Ərizəçi uzun müddət istifadəsində, torpağa mulkiyyət huququna dair dövlət aktı əsasında mülkiyyətində olan 02 hektar torpağa mulkiyyət hüququnun tanınması və çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın * saylı Ərazi Idarəsinin üzərinə qoyulması tələbinə dair iddia tələbi təmin edilməmişdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsi Inzibati Kollegiyasının ## ##### 2024-cü il tarixli, 2- 1 (***)-***/**** saylı qərarından görünür ki, apellyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
8. Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının *-*(***)-****/**** saylı, ## ####### 2024-cü il tarixli qərarından görünür ki, Ərizəçi kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Inzibati Kollegiyasının ## ##### 2024-cü il tarixli, 2-1 (***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2024- cü il tarixli qərarın surətindən görünür ki, Ərizəçi müraciəti əsasında toplanmış material üzrə Qusar Rayon Torpaq Şöbəsinin vəzifəli şəxslərinin hərəkətlərində qanunsuzluq akar edilmədiyi üçün cinayət işinin başlanması rədd edilmişdir.
10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ###### 2024cü il tarixli qərarından görünür ki, Ərizəçi Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan şikayəti təmin edilməmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** saylı, ## ###### 2024-cü il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ###### 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələlərinin Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Hüquqi Şəxsi * saylı Xaçmaz Ərazi Idarəsi tərəfindən Qusar rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-**/**** saylı sorğusuna gələn cavabdan görünür ki, ərizəçinin təqdim etdiyi dövlət aktı qeydiyyat kitablarında qeydiyyatdan keçməmişdir və elektron məlumat bazasında öz əksini tapmamışdır. Torpaq sahəsi kompleks yerquruluşu xəritələrində və torpaqların elektron kadastr uçotu informasiya sistemində Dövlət mülkiyyətidir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
13. Qusar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qətnaməsi ilə (hakim Günel Səfərli) ərizəçi Ərizəçi Qusar rayonu Samur qəsəbəsi ərazisində satın aldığı, 2003-cü il JN-**** saylı, KOD 30102018 olan, ## #### 2003-cü il tarixli, torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında hal-hazırda mülkiyyətində, istifadəsində olan 02 hektar torpaq sahəsinin Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsinin təmin edilməməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139 və 155-ci maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1, 2 və 3-cü hissələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 88, 217, 307.1, 308, 311, 307.2.6, 216-220, 227, 233, 358, 360 və 362-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
15. Qusar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qətnaməsi ilə razılaşmayan ərizəçi Ərizəçi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək ## #### 2003-cü il tarixli dövlət aktı əsasında 2 (iki) hektar torpaq sahəsinə onun mülkiyyət hüququnun tanınmasının müəyyən olunmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qusar rayonun Samur qəsəbəsi ərazisində yerləşən 2 (iki) hektar torpaq sahəsi ## #### 2003-cü il tarixli dövlət aktı əsasında ona verilmiş, həmin tarixdən bu günə qədər fasiləsiz olaraq mülkiyyətində və istifadəsində olmuşdur. Həmin torpaq sahəsində uzun illər sahibkarlıq fəaliyyəti həyata keçirilmiş, torpaq vergisi və digər məcburi ödənişlər mütəmadi ödənilmiş, faktiki sahiblik, istifadə və etirazsız davam etmişdir. Bu hallar rəsmi sübutlarla təsdiq olunur. Buna baxmayaraq, Qusar Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Qusar rayonun Samur qəsəbəsi ərazisindən satın aldığı, JN-**** saylı, KOD 30102018 olan, ## #### 2003-cü il tarixli, torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında hal-hazırda mülkiyyətində, istifadəsində olan, 02 hektar torpaq sahəsinin ona məxsus olması faktının müəyyən edilməsinə dair ərizəni, əsassız, qanunsuz, qanunla qorunan Konstitusiya hüquqlarını qorumayan, qeyri-obyektiv ##.##.2026ci il tarixli qətnamə çıxarmışdır. Belə ki, Qusar Rayon Məhkəməsi tərəfindən xüsusi icraat qaydasında işə baxılarkən, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 60-cı maddələrin tələbləri kobudca pozulmuş, 02 hektar torpaq sahəyə mülkiyyət hüququ faktını qanunvericiliyin tələblərinə uyğun olaraq tanımamaqla, həmin hüququ əsassız şəkildə məhdudlaşdırmışdır. Iş materiallarında olan dövlət aktı torpaq sahəsinin mülkiyyətində olduğunu birbaşa təsdiq edən rəsmi sənəddir. Məhkəmə isə bu sənədi ya ümumiyyətlə nəzərə almamış, ya da, əsassız şəkildə hüquqi əhəmiyyətini inkar etmişdir. Bu isə, sübutların qiymətləndirilməsi qaydalarının kobud və yolverilməz pozuntusudur. Iş materiallarından görünür ki, dövlət aktı səlahiyyətli organ tərəfindən verilmişdir və onun saxtakarlığı sübuta yetirilməmişdir. Əksinə Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi tərəfindən ## ###### 2024-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarla vəzifəli şəxslərin hərəkətlərində cinayət tərkibinin olmaması müəyyən edilmişdir. Məhkəmə torpaq sahəsini “dövlət torpağı” kimi qiymətləndirərkən heç bir hüquqi əsas göstərməmiş, təqdim olunmuş sənədlərlə ziddiyyət təşkil edən nəticəyə gəlmişdir. Bu hal, məhkəmə qətnaməsinin obyektiv reallıqdan uzaq və qərəzli xarakter daşıdığını göstərir. Xüsusi icraat işində məhkəmənin vəzifəsi hüquqi faktı düzgün və obyektiv müəyyən etməkdir. Lakin məhkəmə faktı müəyyən etməmiş, əksinə, mövcud hüquqi vəziyyəti təhrif etmişdir. Bu isə, xüsusi icraat institutunun tam mahiyyətinə ziddir. Azərbaycan Respublikası Ali Məhkəməsi iş № *-1(102)-311/2023 saylı qərarında qeyd edilmişdir ki, hüquqi faktın müəyyən edilməsi zamanı, yalnız bir sənədə deyil, bütün sübutlara birlikdə qiymət verilməlidir. Belə ki, birinci instansiya məhkəməsi ## ###### 2026-cı il tarixli sorğusunu nəzərə alaraq, Daşınmaz Əmlakın * saylı Ərazi Idarəsinin ## ###### 2026-cı il tarixli cavabını hüquqi əsas kimi qəbul edərək, onun haqlı və əsaslı ərizəsinin təmin edilməməsi barədə əsassız, qanunsuz, qeyri-obyektiv, qanunla qorunan Konstitusiya hüquqlarını təmin etməyən ##.##.2026-cı il tarixli qətnamə çıxarmışdır. Xüsusi icraatın əsas məqsədi hüquqi faktların mövcud sənədlər kifayət etmədikdə, məhkəmə qaydasında müəyyən edilməsidir. Birinci instansiyası məhkəməsi isə, əksinə olaraq arxiv məlumatının olmamasını əsas götürmüş, bu halı faktın müəyyən edilməsinə əsas kimi deyil, rədd səbəbi kimi qiymətləndirmişdir. Bu yanaşma xüsusi icraat institutunun mahiyyətinə ziddir və hüququn yalnış tətbiqidir. Məhkəmə mülkiyyət hüququnu qorumaq əvəzinə onu inkar etmişdir. Məhkəmə mülkiyyət hüququnun toxunulmazlığı prinsipini pozaraq qanuni mülkiyyət hüququnu tanımamış, dövlət aktının hüquqi nəticələrini aradan qaldırmışdır. Bu isə, hüquqi dövlət prinsiplərinə açıq ziddir. Qusar Rayon Məhkəməsi sübutları tam, hərtərəfli və obyektiv araşdırmamış, iş üzrə bütün halları müəyyən etməmiş, əsaslandırılmamış nəticəyə gəlmişdir. Bu isə, qətnamənin ləğvini zəruri edən birbaşa əsasdır. Məhkəmə iş üzrə hüquqi faktın düzgün müəyyən edilməsi üçün torpaq sahəsinin sərhədləri, torpaq sahəsinin hüquqi statusunun, faktiki istifadə vəziyyətinin, sənədlərin uyğunluğunun araşdırılması məqsədilə ekspertiza təyin etməli idi. MPM-nin müvafiq normalarına əsasən məhkəmə, zərurət olduqda öz təşəbbüsü ilə ekspertiza təyin etməyə borcludur. Lakin məhkəmə ekspertiza təyin etməkdən yayınmış, işin mühüm hallarını araşdırmamış, həqiqətin müəyyən edilməsinə maraq göstərməmişdir. Bu isə, ədalətli məhkəmə araşdırması hüququnun kobud şəkildə pozulmasıdır. Hazırkı iş mülki hüquq münasibətlərindən irəli gələn xüsusi icraat qaydasında baxılan işdir. Buna baxmayaraq, məhkəmə inzibati məhkəmə qərarlarına istinad etmişdir. Bu isə hüququn səhv tətbiqi, işin hüquqi təbiətinin yalnış müəyyən edilməsi deməkdir. Lakin, həmin işlər çıxarışın verilməsi, mülkiyyət hüququn müəyyən edilməsi ilə bağlı deyil. Bu səbəbdən həmin qərarlar bu iş üçün preyudisial əhəmiyyət daşımır. Məhkəmə dolayı olaraq, əvvəlki qərarları məcburi hesab etmişdir. Lakin preyudisiya yalnız eyni predmet və əsas olduqda tətbiq edilir. Bu işdə isə predmet fərqlidir, hüquqi məsələ fərqlidir. Buna görə məhkəmənin mövqeyi qanunsuzdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə, o cümlədən, *- *(***)-****/**** saylı qərarında açıq şəkildə göstərilmişdir ki: “torpaq sahəsinə dair hüquqların müəyyən edilməsi zamanı, məhkəmələr formal və texniki əsaslara deyil, hüququn real mövcudluğunu təsdiq edən sübutlara, o cümlədən ilkin hüquq yaradan sənədlərə və faktiki istifadə hallarına üstünlük verməlidir”. Həmin qərarda xüsusilə vurğulanır ki, dövlət tərəfindən verilmiş ilkin sənədlər (o cümlədən dövlət aktları) hüququn əsas sübutudur, bu sənədlərin qeydiyyat problemləri və ya arxiv çatışmazlıqları vətəndaşın hüququnun inkarına səbəb ola bilməz, məhkəmə formal yanaşmadan çəkinməli və maddi həqiqəti müəyyən etməlidir”. Birinci instansiya məhkəməsi bu hüquqi mövqeyi nəzərə almamışdır. Sumqayıt Apellyasiya Məhkəməsində oxşar işlər üzrə formalaşmış praktika göstərir ki, dövlət aktı mövcud olduqda, torpaq sahəsinin faktiki istifadə sübuta yetirildikdə, uzun müddətli sahiblik və ödənişlər təsdiq olunduqda, mülkiyyət hüququ müəyyən edilə bilər. Eyni zamanda apellyasiya məhkəmələri qeyd edir ki, inzibati məhkəmə qətnamələri yalnız eyni predmet və hüquqi münasibət olduqda preyudisiya yarada bilər. Belə ki, fərqli predmetli işlərdə həmin qərarların “avtomatik tətbiqi yolverilməzdir”. Birinci instansiya məhkəməsi inzibati məhkəmə qətnamələrinə istinad etməklə, faktiki olaraq onları preyudisiya kimi qəbul etmişdir. Belə ki, inzibati iş, çıxarışın verilməsi ilə əlaqədar olmuş, hazırkı iş isə, mülkiyyət hüququnun faktının müəyyən edilməsi olmaqla, hüquqi predmet tam fərqlidir. Məhkəmə yalnız * saylı Xaçmaz Ərazi Idarəsinin məhkəmənin ## ###### 2026-cı il tarixli sorğusuna cavab olaraq göndərdiyi ## ###### 2026-cı il tarixli bildirişə əsaslanaraq, dövlət aktının mövcudluğu, faktiki istifadəni, rəsmi sənədləri nəzərə almamışdır. Bu isə, ciddi prosessual pozuntudur. Qusar Rayon Məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2026-cı il tarixli, ** nömrəli qərarın tələblərini nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2026-cı il tarixli qərarı ilə, daşınmaz əmlakın qeydiyyatı və hüquqlarının qorunması məqsədilə, mövcud sənədlərin və faktiki istifadə hallarının nəzərə alınması prinsipləri təsbit edilmişdir. Həmin qərarın mahiyyətinə görə, arxiv və qeydiyyat çatışmazlıqları vətəndaşın hüququnun inkarına əsas ola bilməz, əvvəl verilmiş sənədlər, o cümlədən dövlət aktları, hüquqi əhəmiyyət daşıyır və faktiki istifadə hüququnun mühüm göstəricisidir. Birinci instansiya məhkəməsi bu normativ aktın tələblərini tətbiq etməmişdir. 20 ildən artıq müddətdə dövlət aktı əsasında hüququn mövcudluğu, vergi ödənişlərinin qəbul edilməsi, faktiki sahiblik, onda hüququn tanınacağına dair tam hüquqi əsaslı legitim gözlənti yaratmışdır. Birinci instansiya məhkəməsi işə formal yanaşmış, Avropa insan Hüquqları Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarına, Apellyasiya Məhkəmələri praktikasına hüquqi cəhətdən əhəmiyyət verməmiş, xüsusi icraatın mahiyyətini yalnış tətbiq etmiş, ekspertiza keçirməmiş, prosessual hərəkətlər etməmiş, sübutları düzgün qiymətləndirməmiş, hüquqi səhv etməklə, yalnış hüquqi normalara istinad etmişdir. Hesab edir ki, bu səbəbdən qətnamə qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam və hərtərəfli araşdırmamışdır. Belə ki, ərizəçinin mülkiyyət hüququnu təsdiq edən ## #### 2003-cü il tarixli dövlət aktının hüquqi qüvvəsi qiymətləndirilməmiş, həmin aktın verilmə əsasları və səlahiyyətli organ tərəfindən verilməsi məsələsi araşdırılmamış, torpaq sahəsinin hüquqi kategoriyası müəyyən edilməmiş, faktiki istifadə, uzunmüddətli sahiblik, vergi və digər ödənişlər kimi mühüm sübutlara hüquqi qiymət verilməmişdir. Bundan əlavə, dövlət organlarının ziddiyyətli mövqeləri aradan qaldırılmamış, sübutların məcmu şəkildə qiymətləndirilməsi həyata keçirilməmişdir. Bu isə, işin faktiki hallarının düzgün müəyyən edilməməsinə və qanunsuz qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Maraqlı şəxsin torpaq sahəsinin dövlət torpağı olması barədə iddiası heç bir hüquqi aktla təsdiq edilməmiş, yalnız məktub xarakterli sənədə əsaslanmışdır. Eyni zamanda, ərizəçinin mülkiyyət hüququnun olmaması, dövlət aktının etibarsızlığı və ya hüquqi qüvvəsini itirməsi sübut edilməmişdir. Bununla yanaşı, iş üzrə mövcud sübutlar, o cümlədən dövlət aktı, faktiki istifadə, uzunmüddətli sahiblik və dövlət tərəfindən tanınma halları məcmu şəkildə qiymətləndirilməmişdir. Bu isə, sübutetmə və sübutların qiymətləndirilməsi prinsiplərinin kobud şəkildə pozulmasına səbəb olmuşdur.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları
18. X5 Ağamirzəyev apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
19. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi X5 Ağamirzəyev verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Konstitusiyası: Maddə13. 1-ci hissə: Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 2-ci hissə: Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 3-cü hissə: Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
22. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 155. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
26. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Qusar rayonu Samur qəsəbəsi ərazisində satın aldığı, 2003-cü il JN-**** saylı, KOD 30102018 olan, ## #### 2003-cü il tarixli, torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında hal-hazırda mülkiyyətində, istifadəsində olan 02 hektar torpaq sahəsinin Ərizəçi məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir.
27. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə ərizə təmin edilməmişdir /bax bənd 13/.
28. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üçün həmin faktın başqa qaydada təsdiq olunmasının mümkün olmaması ilə yanaşı, onun mövcudluğunun məhkəmədə mötəbər və ziddiyyətsiz sübutlarla təsdiq edilməsi zəruridir. Hazırkı iş üzrə təqdim olunmuş sübutlar bu standartı ödəmir. Belə ki, ərizəçinin istinad etdiyi ##.##.2003-cü il tarixli dövlət aktı nə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin qeydiyyat kitablarında, nə də hazırda daşınmaz əmlakın dövlət kadastr və reyestr bazasında təsdiqini tapmışdır. Həmin aktın verilməsinə əsas olmuş ilkin torpaqayırma sənədləri və arxiv materialları da işə təqdim edilməmiş, aidiyyəti dövlət orqanlarından alınmış cavablarda belə sənədlərin mövcudluğu təsdiqlənməmişdir. Bu isə dövlət aktının hüquqyaradıcı sənəd kimi mötəbərliyinə ciddi şübhə yaradır. Məhkəmə xüsusi olaraq nəzərə alır ki, iş materiallarında olan ## #### 2002-ci il tarixli ****** nömrəli özəlləşdirmə şəhadətnaməsi ilə ərizəçiyə və digər şəxslərə “Samur” üzüm emalı məntəqəsi obyekt kimi satılmışdır. Həmin sənəddə torpaq sahəsinin ayrıca mülkiyyətə verilməsi, sərhədlərinin müəyyən edilməsi, plan və ölçüsünün təsdiqi, yaxud torpaq sahəsinin alqı-satqısına dair müqavilə barədə hər hansı hüquqyaradıcı müddəa mövcud deyildir. Başqa sözlə, obyektin özəlləşdirilməsi torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahəsi üzərində hüquq yalnız sərhədlərin naturada müəyyən edilməsindən, plan və ölçünün hazırlanmasından, verilmə barədə müqavilənin bağlanmasından və dövlət qeydiyyatından sonra yaranır. Hazırkı iş üzrə bu hüquqyaradıcı elementlərin heç biri etibarlı rəsmi sənədlərlə təsdiqlənməmişdir. Ərizəçinin torpaq sahəsindən uzun müddət istifadə etməsi, vergi və kommunal ödənişlər etməsi, habelə həmin ərazidə tikililərin mövcudluğu mülkiyyət hüququnun yaranmasını deyil, yalnız faktiki istifadənin mövcudluğunu təsdiq edir. Faktiki istifadə isə özlüyündə daşınmaz əmlak üzərində mülkiyyət hüququnun məhkəmə qaydasında tanınması üçün yetərli hüquqi əsas sayıla bilməz. Məhkəmə sorğusuna gələn cavab məktubunda da həmin torpaq sahəsinin hələ də dövlətin balansında olan əmlak olması qeyd edilir, həmin torpaq sahəsinin ərizəçinin də bildirdiyi kimi dövlət aktı ilə onun mülkiyyətinə verilməsi öz təsdiqini tapmır. Təqdim edilən sənədlərdən də görünən odur ki, həmin torpaq sahəsi ərizəçinin istifadəsindədir, sahibkarlıq fəaliyyəti ilə istifadə olunması üçün verilmişdir.
29. Məhkəmə həmçinin nəzərə almışdır ki, eyni torpaq sahəsi və eyni hüquqi əsaslar üzrə ərizəçinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat və çıxarış verilməsi ilə bağlı tələbləri Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2023-cü il, Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il və Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarları ilə təmin edilməmişdir. Həmin məhkəmə aktlarında da hüquqyaradıcı sənədlərin mötəbərliyi və torpaq sahəsinin dövlət mülkiyyətində olması halları hüquqi qiymətləndirilmişdir. Belə şəraitdə ərizəçinin eyni hüquqi nəticəyə xüsusi icraat qaydasında nail olmaq cəhdi mahiyyət etibarilə artıq məhkəmələr tərəfindən qiymətləndirilmiş hüquqi vəziyyətin dolayısı ilə yenidən baxılmasına yönəlmişdir ki, bu da xüsusi icraatın təyinatına uyğun deyildir. Həmçinin onu da qeyd edir ki, ərizəçi lazımi sənədləri başqa yolla ala bilməməsini, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmamasını əsaslandıra bilməmişdir, təqdim etdiyi sənədlər, sübutlar var idisə, bu sənədlər yalnızca mülkiyyət hüququnun tanınması üçün deyil, həmin hüquqların dövlət reyestr qeydə alınması üçün əsas ola bilərdi, hansı ki, həmin hüquqa da inzibati qaydada məhkəmələr tərəfindən baxılmış və müvafiq qərarlar qəbul edilmişdir. Həmin qərarlar əsasında sənədlərin əslində “mövcud olmadığı” müəyyən edilmişdir. Bu sənədlər realda “mövcud olmadığı” üçün, inzibatinin da qeyd etdiyi kimi ortada hər hansısa itirilmiş və bərpası mümkün olmayan sənəd yoxdur, bu səbəblə də həmin faktın təsdiq edilməsi mümkün və ağlabatan deyil.
30. Məhkəmə həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.6cı maddəsi hüquqi faktın müəyyən edilməsini yalnız faktın mövcudluğu barədə məhkəmədə şübhəsiz qənaət yarandığı hallarda mümkün sayır. Hazırkı işdə isə təqdim edilmiş sübutlar arasında ziddiyyətlər mövcuddur, əsas hüquqyaradıcı sənəd rəsmi mənbələrlə təsdiqlənmir və əvvəlki məhkəmə aktları əks hüquqi nəticəyə gəlmişdir. Bu səbəbdən məhkəmə ərizənin təmin edilməsi üçün hüquqi və faktiki əsasların mövcud olmadığı qənaətinə gəlmişdir.
31. Qusar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qətnaməsi ilə razılaşmayan ərizəçi Ərizəçi apellyasiya şikayəti vermişdir.
32. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşır, həmçinin qeyd edir ki, şikayətin dəlilləri ərizənin əsasları ilə eyni olmaqla birinci instansiya məhkəməsi tərəfindən həmin əsaslar üzrə ətraflı qiymətləndirmə aparılmışdır, bu baxmdan əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlinmişdir.
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, heç bir sübuta əsaslanmır, odur ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Ərizəçi Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.