Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3063/2023 19.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X6 katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh publik hüquqi şəxsə (bundan sonra cavabdeh) qarşı “əmrin, iltizam tənbeh tədbirinin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 19 iyul 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin Halları: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, - barəsində töhmət növündə iltizam tənbeh tədbirinin tətbiq olunmasına dair 3-17- 4/3-206/0/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi; - Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsini nəzərdə tutan 3-17-4/3-2-896-2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi; - onun X2 X12 üzrə təlimatçı vəzifəsinə işə bərpa olunmağını və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək mübahisələndirilən əmrlərin qanuni və əsaslı olduğunu hesab edir. İddia ərizəsinin və ona etirazın dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2018-ci ilin sentyabr ayından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin X5 X12 üzrə təlimatçı vəzifəsində çalışmışdır. 2022-ci ilin sentyabr ayından X2 rotasiya olunmuşdur. Bundan sonra ilk gündən X1 direktoru Səidə Babazadə tərəfindən böyük aqressiya ilə qarşılanmışdır. S.Babazadə iddiaçını tanımadığı halda ilk görüşdən ona xoşagəlməz sözlər demiş, hər dəfə bir bəhanə ilə onu qəbuluna çağırıb danlamışdır. Müəssisədə fizioterapevt Sənubər Əliyeva və Fizioterapiya Şöbəsində böyük tibb bacısı işləyən Yeganə Şahbazova iddiaçının işlədiyi idman zalına gələrək pasientlərin gözü önündə ona yüksək tonla iradlarını bildirib, iddiaçının hüquqlarını pozmuşlar. İddiaçı onlara cavab olaraq səs tonlarına diqqət etmələrini bildirmişdir. xx.xx.2022-ci il tarixdə müəssisənin direktoru iddiaçını yenidən iş otağına çağıraraq ona qarşı yazılan 4 aktı təqdim etmiş və bu aktları artıq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərdiyini bildirmişdir. İddiaçının həmin aktların tərtib olunmasından məlumatı olmamış, aktlar tərtib olunarkən ondan izahat alınmamış, iddiaçı aktlarla tanış edilməmişdir. Həmin aktlar qərəzli şəkildə tərtib olunmuşdur, heç bir hüquqi əsası, sübutu yoxdur. Həmin aktlardan 2-si idman zalında olan jurnalla əlaqəlidir (hər iki aktın düzgünlüyünə Sənubər Əliyeva və Yeganə Şahbazova imza etmişlər). Aktın birində iddiaçının işləmədiyi, digər 2 kolleqasının işləyib jurnalda qeydiyyatlarını aparmadıqları pasientlər haqqında iddiaçının adına akt tərtib edilmiş, digər aktda isə sıra rəqəminin 2 dəfə ardıcıl düşməyi və səliqəsiz formada yazılması göstərilmişdir. Həmin ərəfədə iddiaçı aktiv idman zalında tək xidmət etmiş, zala pasientlər kütləvi formada gəldiyindən o təkbaşına həm pasiensləri qəbul etmiş, həm hansı müayinə metadu tətbiq edəcəklərinə dair təlimatlar verməli, zalda olan əlil pasientlərin qurğulardan yıxılmaqlarına nəzarət etməli və hər bir pasienti vaxtında idman zalından jurnalına qeyd etməli olduğundan sıra nömrəsində bu kimi problemlər yaranmış, rəhbərliyin də bu müvəqqəti narahatçılıqdan məlumatı olmuşdur. Halbuki, iddiaçı jurnalı incələdikdə sıra nömrələrində ardıcıllığın pozulması halının daha öncə də təkrarlandığını görmüşdür. Lakin, iddiaçı həmin jurnalı məhkəməyə təqdim edə bilmir. Aktın birində Yeganə Şahbazova iddia etmişdir ki, iddiaçının dəfələrlə işə gecikmə halları baş vermiş, iş vaxtı nahardan öndə və nahardan çox vaxt keçdikdən sonra iş yerinə gəlmişdir. Lakin, buna dair heç bir sübut yoxdur. Müəssisənin kadrlar üzrə mütəxəssisi hər gecikən işçidən izahat tələb edir, iddiaçının isə belə bir izahatı yoxdur, çünki o işə gecikmir. Aktın düzgünlüyünə Yeganə Şahbazova, türk vətəndaşı Səydul Kaya (Azərbaycan dilində bir o qədər səlis başa düşməyən), baş tibb bacısı otaqda olmadığı halda imza etmişlər və 1 aktı psixoloq Pərvin Süleymanova iclasda heç bir hadisə baş vermədiyi halda əsassız olaraq iclasın aktını tərtib etmişdir. İddiaçı düşünür ki, iclasın protokolunu tərtib etmək əvəzinə aktını tərtib etmişdir. Aktda iddiaçının direktorla ikilidə olan danışığını qeyd etmiş, aktın düzgünlüyünə əməkdaşlar imza etmişlər. Sual yaranır ki, iddiaçının direktorla təklikdə dialoqundan Pərvin Süleymanovanın və 5 əməkdaşın necə məlumatı ola bilər?! 13 fevral 2023-cü il tarixdə iddiaçının adına Dövlət Tibbi-Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramovun təsdiq etdiyi töhmət gəlmişdir. Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndinə əsasən Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “b” bəndinin tələblərinin kobud surətdə pozulması, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarının yerinə yetirilməməsi, vəzifə öhdəliklərinin pozulması, həmçinin əmək intizamına və müəssisədaxili intizam qaydalarına əmək edilməməsi, bundan başqa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndi üzrə əmək fəaliyyəti zamanı yol verilən kobud səhvlərə, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin mənafeyinə ciddi xələl gətirilməsinə görə töhmət verilmişdir. Halbuki, iddiaçıya töhmət verilməzdən öncə ondan izahat alınmamışdır. İddiaçının əleyhinə aktlar xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə yazılmışdır. Lakin nədənsə töhmət xx.xx.2023-cü il tarixdə, yəni 2 aya yaxın müddət sonra verilmişdir. 28 mart 2023-cü il tarixdə səhər saatlarında əmək müqaviləsinin həmin tarixdə xitam olunması haqqında xəbərdarlıq, ardınca iş vaxtının bitməsinə yaxın əmək müqaviləsinin xitamı haqqında əmr gəlmişdir. İddiası ən son əmək müqaviləsini 22 fevral 2023-cü il tarixdə “Emas” elektron portalında ASAN imza vasitəsilə imzalamışdır. Əmək müqaviləsinin müddəti haqqında hissədə qeyd olunmuşdur ki, əmək müqaviləsi xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2 il 1 gün müddətinə bağlanmışdır. Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Demək ki, iddiaçının müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixədək uzanmış hesab olunmalıdır. Lakin, qanunsuz olaraq müqavilə müddətinin bitməsi ilə xx.xx.2023-cü il tarixdə müqaviləyə xitam verilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz verilmiş, etirazda göstərilmişdir ki, iddiaçı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış və Agüntliyin Şağan X9 və kiçik tibb heyətində təlimatçı vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2020-ci il tarix müəyyən edilmişdir. Daha sonra xx.xx.2022-ci ildə Agentliyin X1 orta və kiçik tibb heyətində təlimatçı vəzifəsinə keçirilmişdir. Daha sonra Məcəllənin 73.1-ci maddəsinə əsasən sözügedən müqavilə xx.xx.2023-cü il tarixə qədər uzadılmış və xx.xx.2023-cü il tarixdə Məcəllənin 68ci maddəsinin “b” bəndinə əsasən müqavilə müddətinin bitməsi ilə əlaqədar xitam verilmişdir. Bununla bağlı Agentlik tərəfindən iddiaçıya məxsus əmək kitabçası onunla əmək münasibətlərinə xitam verilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə X11 Kitabına şəxsən imza etdirilməklə təhvil verilmişdir. İddiaçının əmək müqaviləsinə xitam verilməzdən əvvəl əmək fəaliyyəti zamanı öz vəzifə öhdəliklərini noyabr və dekabr aylarında ardıcıllıq pozduğuna görə barəsində aktlar tərtib olunmuş və 13 fevral 2022-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2.a bəndinə uyğun olaraq töhmət verilmişdir. İzahatlar: Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianı müdafiə etdiklərini bildirərək, təmin edilməsinə, cavabdehin nümayəndəsi isə yazılı etirazda qeyd olunanları təsdiqləyərək, iddianın əsassız olduğundan rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdilər. Tədqiq edilən sübutlar: - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə İddiaçı arasında bağlanmış 25 sentyabr 2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, iddiaçı X5 orta və kiçik tibb heyətində poliklinika üzrə təlimatçı vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi 1 ayı sınaq müddəti olmaqla 3 ay müddətinə bağlanmışdır. - İş materiallarında olan “Əmək müqaviləsini bağlayan tərəflər haqqında məlumatlar”da göstərilmişdi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi 2 il 1 gün müddətinə, yəni 28 sentyabr 2022-ci il tarixədək bağlanmışdır. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8 Heyətinin sədr müavini Ramiz Rzayevin 27 iyul 2022-ci il tarixli əmri ilə İddiaçı öz razılığı ilə 2022-ci il 26 iyul tarixindən X1 Orta və kiçik tibb heyətinə təlimatçı vəzifəsinə keçirilmişdir. - X1 direktoru Səidə Babazadə tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və X8 Heyətinin sədri Anar Bayramova ünvanlandırılmış xidməti məruzədə göstərilmişdir ki, İddiaçı noyabr və dekabr aylarında nizam-intizam qaydalarını pozmuşdur, dəfələrlə bu barədə xəbərdarlıq edilməsinə baxmayaraq, nəticə əldə edilməmişdir. Bu səbəbdən tərtib edilən aktlar təqdim olunur... - Tərtib edilmiş birinci aktda göstərilmişdir ki, “xx.xx.2022-ci il tarixdə X1 fizioterapevti Sənubər Əliyeva prosedur jurnalları yoxlanmışdır. Yoxlanış zamanı jurnalın 89-cu səhifəsində 70 sıra nömrəsi iki dəfə təkrar olunmuşdur, 91-ci səhidədə 2282 saylı kart sıra nömrəsindən kənar yazılaraq əlavə edilmişdir, eyni hal 92-ci səhifədə təkrarlanmışdır, müxtəlif yerlərdə jurnalda qaralama və ağardıcı istifadə edilmişdir. xx.xx.2022-ci il tarixdə iş jurnalı Aliyeva Nərmindən alınıb İddiaçı təhvil verilmişdir, çünki MBT aktiv zalda 09:00-15:00-dək cavabdeh şəxsdir. Aşkarlanan səhvlər barədə həm özünə, həm də pansionatın direktoru Səidə Babazadəyə məlumat verilmişdir. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə 15:30-da direktorun otağında iclas keçirilmişdir. İclas zamanı jurnalda olan nöqsanlar, eləcə də MBT-aktiv zalının 15 dəqiqəyə qədər gec açılması ilə bağlı müzakirələr aparılmışdır. İddiaçı ona bildirimiş iradları inkar edərək qəbul etməmişdir.” Akt həkim fizioterapevt Səbunər Əliyeva və fizio baş tibb bacısı Yeganə Şahbazova tərəfindən imzalanmışır. - Tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda göstərilmişdir ki, “... İddiaçı işdə etdiyi nöqsanlarla bağlı pansionatın direktoru Səidə Babazadə tərəfindən fərdi görüş zamanı şifahi xəbərdarlıq olunmuşdur. Sonradan nöqsanları aradan qaldırmaq istiqamətində üzərində işləməmişdir. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə direktorun qəbul otağında iclas keçirilmişdir, lakin iclas zamanı emosional danışaraq işçilərin ona qarşı qərəzli mövqedə olduğunu bildirərək otaqda konfliktli vəziyyət yaratmışdır, subordinasiya qaydalarını pozmuşdur, etik qaydalar mövzusunda təlim keçdiyini və direktorun məlumatsız olduğunu bildirərək hörmətsizlik etmişdir. İclasın sonunda münaqişənin həlli üçün kompromisə gəlməmişdir.” X13, Sənubər Əliyeva, Zamir Əsgərov, Aliyeva Nərmin və Fərəcova Çinarə tərəfindən imzalanmışdır. - Tərtib edilmiş üçüncü aktda göstərilmişdir ki, “xx.xx.2022-ci il tarixdə X1 fizioterapevti Sənubər Əliyeva 2217 və 2231 saylı kartlarının təyinat vərəqləri prosedur jurnalları ilə müayisə edilib, yoxlanılan zaman müəyyən edilmişdir ki, X12 mütəxəssislərinin iş jurnalında müvafiq qeydlər aparılmamışdır, hər iki pasiyent MBT aktiv və passiv zalında prosedurda olmuşdur. Bu barədə İddiaçı məlumat verildikdə pasiyenti aktiv zalda görmədiyini və bu səbəbdən qeyd aparılmadığını bildirmişdir, lakin qeyd olunan pasiyentlərdən biri həm aktiv həm passiv zalda iştirak etdiyini digər əməkdaşlar görmüşdür. Bu barədə pansionatın direktoru Səidə Babazadəyə məlumat verilmişdir, İddiaçı izahat yazması bildirilmişdir. Sonuncuya izahat yazması bildirildikdə imtina etmişdir və Daxili Nəzarətin araşdırmasından sonra yazacağını bildirmişdir.” - Böyük tibb bacısı Yeganə Şahbazova tərəfindən direktor Səidə Babazadəyə ünvanlandırlmış dördüncü aktda göstərilmişdir ki, “Bu akt İddiaçı adına tərtib olunur. İş saatı 09:00 başlamasına baxmayaraq, xx.xx.2022-ci il tarixdə səhər saat 09:16-da təlimçi İddiaçı MBT otağına daxil olmuşdur. Xəstə qəbulu isə artıq başlamışdır və təlimçi Seydul bəy 7 xəstə qəbul etmişdir. Mən isə zalda əyləşib xəstələrin MBT jurnalını yoxlayırdım. Gümira xanım zala daxil olub əyləşdi və telefona bir qədər baxdıqdan sonra mənə yüksək tonla, xəstələrin qarşısında “Siz aranı qızışdırırsınız, mən Anar Bayramova məktub yazıb siz, Çinarə xanımdan, Səidə xanımdan şikayət edəcəm deyərək hədə-qorxu gəldi. Mən isə sakit şəkildə niyə belə danışdığını və nə baş verdiyini soruşdum, yenidən xəstələrin qarşısında qışqıraraq “sən işə neçədə gəlirsən ki..” deməkdə davam etdi. Subordinasiya qaydalarını xəstələrin qarşısında pozduğuna görə problem yaranmasın deyə mən otaqdan çıxdım. Nəzərə alın ki, dəfələrlə Gülmira xanıma işə gecikdiyi, hətta işdə olduğu zamanlarda iş saatında belə işdən yayındığı və zalda çox xəstə olmasına baxmayaraq işdən nahar vaxtından 15-20 dəqiqə tez nahara çıxmasına görə xəbərdarlıq olunub. Bütün bunlara baxmayaraq, mənə işdə subordinasiya qaydasından kənara çıxaraq cavablar verir və eyni qaydada davam edir...” X14, təlimçi Kaya Seydul, baş tibb bacısı Çinarə Fərəcova tərəfindən imzalanmışdır. - Dövlət Tibbi-Sosial Ekspertiza və X8 Heyətinin sədri Anar Bayramov tərəfindən verilmiş 13 fevral 2023-cü il tarixli, 3-17-413-206/0/2023 saylı əmrdə göstərilmişdir ki, “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “b” bəndinin tələblərinin kobud şəkildə pozulması, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarının yerinə yetirilməməsi, vəzifə öhdəliklərinin pozulması, həmçinin əmək intizamına və müəssisədaxili intizam qaydalarına əmək etməməsi, bundan başqa Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndi üzrə əmək vəzifəsinin kobud şəkildə pozulmasına görə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin X1 Orta və kiçik tibb heyətində təlimatçı vəzifəsində çalışan İddiaçı töhmət verilsin.” - Dövlət Tibbi-Sosial Ekspertiza və X8 Heyətinin sədri Anar Bayramov tərəfindən İddiaçı ünvanlandırılmış xəbərdarlıqda göstərilmişdir ki, “2023-cü il 28 mart tarixində əmək müqavilənizin müddəti bitir. Sizinlə növbəti dəfə əmək münasibətlərinin davam etdirilməsi nəzərdə tutulmadığından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə uyğun olaraq, Əmək Məcəlləsinin 68-ci mdadəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 2023-cü il 28 mart tarixində müddətli əmək müqavilənizə xitam veriləcəkdir. - Dövlət Tibbi-Sosial Ekspertiza və X8 Heyətinin sədri Anar Bayramov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-17-4/3-2-896-2023 saylı əmrdə göstərilmişdir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin X1 Orta və kiçik tibb heyətində təlimatçı vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilsin və onunla 2020-ci il 28 sentyabr tarixində bağlanmış əmək müqaviləsinə 2023-cü il 28 mart tarixində xitam verilsin. - “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, İddiaçı ilə Cavabdeh İddiaçı ilə bağladığı əmək müqaviləsinə 28 mart 2023-cü il tarixdə Əmək Məcəlləsinin 68.2.b (əmək müqaviləsinin müddətinin qurtarması” əsası ilə xitam verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasinin Əmək Məcəlləsinin: - 10-cu maddəsinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; - 45.1-ci maddəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. - 45.2-ci maddəsinə əsasən, əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. - 45.3-cü maddəsinə əsasən, müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. - 45.4-cü maddəsinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. - 45.5-ci maddəsinə əsasən, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. - 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. - 68.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. - 70-ci maddəsinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. - 71.1-ci maddəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. - 71.2-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. - 72-ci maddəsinə əsasən, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. - 73.1-ci maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. - 73.2-ci maddəsinə əsasən, işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. - 186.1-ci maddəsinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından suiistifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. - 186.2-ci maddəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. - 186.3-cü maddəsinə əsasən, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. - 186.4-cü maddəsinə əsasən, işəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir. - 187.1-ci maddəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. - 187.2-ci maddəsinə əsasən, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. - 187.3-cü maddəsinə əsasən, intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. - 187.4-cü maddəsinə əsasən, idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır. - 188.1-ci maddəsinə əsasən, intizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər. - 188.2-ci maddəsinə əsasən, müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini əmri (sərəncamı, qərarı) ilə özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər. Həmin əmrdə (sərəncamda, qərarda) hansı səbəbə görə intizam tənbehi vermək səlahiyyətinin başqa vəzifəli şəxsə həvalə edildiyi əsaslandırılmalı və onun səlahiyyətinin dairəsi dəqiq müəyyən edilməlidir. - 188.3-cü maddəsinə əsasən, bu maddənin birinci və ikinci hissələrində göstərilən vəzifəli şəxslərdən savayı başqa vəzifəli şəxslərin işçilərə intizam tənbehi verməyə ixtiyarı yoxdur. Əgər bu qaydaların əksinə olaraq işçiyə intizam tənbehi vermək səlahiyyəti olmayan vəzifəli şəxs tərəfindən verilibsə, onun əmri hüquqi qüvvəsi olmayan puç (əhəmiyyətsiz) əmr hesab edilir. - 189.1-ci maddəsinə əsasən, bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. - 189.2-ci maddəsinə əsasən, intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. - 189.3-cü maddəsinə əsasən, intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. - 189.4-cü maddəsinə əsasən, intizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir. - 300.1-ci maddəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79- cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Təqdim edilmiş iddia tələbləri aşağıdakı qeyd olunan üç hissədən ibarətdir: - iltizam tənbeh tədbirinin tətbiq olunmasına dair 3-17-4/3-206/0/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi; - əmək müqaviləsinə xitam verilməsi barədə 3-17-4/3-2-896-2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi: - iddiaçının işə bərpa olunaraq məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması. Tələbin birinci hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 13 fevral 2023-cü il tarixli, 3-17-413-206/0/2023 saylı əmrində göstərilmişdir ki, “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “b” bəndinin tələblərinin kobud şəkildə pozulması, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarının yerinə yetirilməməsi, vəzifə öhdəliklərinin pozulması, həmçinin əmək intizamına və müəssisədaxili intizam qaydalarına əmək etməməsi, bundan başqa Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndi üzrə əmək vəzifəsinin kobud şəkildə pozulmasına görə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin X1 Orta və kiçik tibb heyətində təlimatçı vəzifəsində çalışan İddiaçı töhmət verilsin.” Cavabdeh iddiaçı barəsində tətbiq edilən intizam məsuliyyətinə səbəb olan halların baş verməsini xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixi aktlarla əsaslandıraraq onun barəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “b”, 72-ci maddəsinin “e” və 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndlərini tətbiq etmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın: - 77-ci bəndinə əsasən, aktın mətni giriş və şərh hissələrindən ibarət olmalıdır. Giriş hissəsində aktın tərtib edilməsinin əsası göstərilir. Şərh hissəsində akt tərtib edilməsinin məqsəd və vəzifələri, aparılmış işin mahiyyəti və xarakteri, müəyyən edilmiş faktlar, habelə nəticələr və təkliflər ifadə olunur. - 78-ci bəndinə əsasən, aktın başlığı həmin aktda göstərilən məsələni qısa şəkildə əks etdirməli və adlıq halda feli isim ilə ifadə olunmalıdır (məsələn: “Məktəblərin yeni dərs ilinə hazırlanması haqqında”). - 79-cu bəndinə əsasən, aktın tərtib olunduğu yer və tarix aktda yazılan hadisənin yerinə və tarixinə uyğun gəlməlidir. - 80-cı bəndinə əsasən, akt mətninin sonunda (imzalardan qabaq) aktın nüsxələri və saxlandığı yer haqqında məlumat yerləşdirilir. - 81-ci bəndinə əsasən, akt onun tərtib olunmasında iştirak edən bütün şəxslər tərəfindən imzalanır. Bu zaman imza etmiş şəxslərin vəzifələri göstərilir. - 82-ci bəndinə əsasən, aktı hazırlayanların və bu işdə iştirak edənlərin xüsusi rəyləri olduqda, həmin rəylər imzalardan aşağıda və ya ayrıca vərəqdə yazılır. İş materiallarında olan xx.xx.2022-ci il tarixində tərtib edilmiş aktdan görünür ki, “xx.xx.2022-ci il tarixdə X1 fizioterapevti Sənubər Əliyeva prosedur jurnalları yoxlamış, yoxlanış zamanı jurnalın 89-cu səhifəsində 70 sıra nömrəsi iki dəfə təkrar olunmuşdur, 91ci səhidədə 2282 saylı kart sıra nömrəsindən kənar yazılaraq əlavə edilmişdir, eyni hal 92ci səhifədə təkrarlanmışdır, müxtəlif yerlərdə jurnalda qaralama və ağardıcı istifadə edilmişdir. xx.xx.2022-ci il tarixdə iş jurnalı Aliyeva Nərmindən alınıb İddiaçı təhvil verilmişdir, çünki MBT aktiv zalda 09:00-15:00-dək cavabdeh şəxsdir. Aşkarlanan səhvlər barədə həm özünə, həm də pansionatın direktoru Səidə Babazadəyə məlumat verilmişdir. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə 15:30-da direktorun otağında iclas keçirilmişdir. İclas zamanı jurnalda olan nöqsanlar, eləcə də MBT-aktiv zalının 15 dəqiqəyə qədər gec açılması ilə bağlı müzakirələr aparılmışdır. İddiaçı ona bildirimiş iradları inkar edərək qəbul etməmişdir.” Akt həkim fizioterapevt Səbunər Əliyeva və fizio baş tibb bacısı Yeganə Şahbazova tərəfindən imzalanmışır.”. Göründüyü kimi aktın tərtib edildiyi tarix 24 noyabr 2022-ci il göstərilsə də orada xx.xx.2022-ci il tarixdə 15:30-da direktorun otağında iclasın keçirilməsi əks olunmuş. Bu da öz növbəsində aktın 24 noyabr 2022-ci il tarixdə tərtib olunmasının mümkünsüzlüyünə dəlalət edir. xx.xx.2022-ci il tarixli aktda İddiaçı işdə etdiyi nöqsanlarla bağlı pansionatın direktoru Səidə Babazadə tərəfindən fərdi görüş zamanı şifahi xəbərdarlıq olunması və xx.xx.2022-ci il tarixdə direktorun qəbul otağında keçirilmiş iclas zamanı onun tərəfindən etik qaydaların pozulması ilə bağlı olsada həmin iclasın protokolu iş materiaalrına əlavə edilməmişdir. xx.xx.2022-ci il tarixli akt yalnız bir nəfər fizioterapevti Sənubər Əliyeva tərəfindən tərtib olunaraq orada qeyd olunan iş jurnalları məhkəməyə təqdim olunmamışdır. Böyük tibb bacısı Yeganə Şahbazova tərəfindən direktor Səidə Babazadəyə ünvanlanmış xx.xx.2022-ci il tarixli aktda İddiaçı iş yerinə saat 09:16-da gəlməsi, ona dəfələrlə işə gecikdiyinə görə xəbərdarlıq olunması qeyd olunsa da bunu təsdiq edən hər hansı rəsmi sənəd işə əlavə olunmamışıdır. Məhkəmənin qənaətinə görə iddiaçı barəsində cavabdeh tərəfindən tərtib olunmuş aktlar iddiaçının əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməməsini, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməməsini, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsini təsdiq edən sübutlar kimi qəbul edilə bilməz. Belə ki, həmin aktların lazımi qaydada tərtib olunmamaqla (akt tərtib edilməsinin məqsəd və vəzifələri, aparılmış işin mahiyyəti və xarakteri göstərilməmişdir) yanaşı, aktda qeyd olunan hallarla bağlı keyfiyyətli araşdırmanın da aparılması iş üzrə müəyyən edilmir. Ümumiyyətlə iddiaçının hüquqlarının müdafiəsi üçün işəgötürən tərəfindən lazımi şəraitin yaradılması təsdiq olunmur. Təsadüfi deyil ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2023-cü il Qərarı”nda qeyd olunmuşdur ki, “Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə deyillər. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, intizam sanksiyalarının yalnız işçiyə münasibətdə tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Belə ki, mülki hüququn təməl prinsipini hüquq subyektlərinin tam bərabərliyi təşkil edir. Bu baxımdan, işçinin işəgötürənə münasibətdə tabeli vəziyyətdə olması, habelə hüquqi və maddi imkanlarına görə adətən daha zəif tərəf olduğu nəzərə alınmaqla, dövlət tərəfindən işçilərin hüquqlarını və sosial müdafiəsini təmin etmək, onları işəgötürənin mümkün sui-istifadələrindən qorumaq məqsədilə əmək qanunvericiliyində xüsusi imperativ qaydalar müəyyən edilir.”. Bununla yanaşı cavabdeh tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci bəndinin tələbidə pozularaq intizam tənbehi verilməmişdən əvvəl iddiaçıdan yazılı izahatın verilməsi tələb edilməmiş, onun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirməmişdir. İş materiallarında olan iddiaçının izahatı isə intizam tənbehinin verilməsi ilə bağlı deyil, xx.xx.2022-ci il tarixdə keçirilən iclasla bağlı olmuşdur. Göründüyü kimi iddiaçı barəsində intizam tənbehinin verilməsi qaydaları pozulduğndan iltizam tənbeh tədbirinin tətbiq olunmasına dair 3-17-4/3-206/0/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmr ləğv edilməlidir. İddia tələbinin əmək müqaviləsinə xitam verilməsi barədə 3-17-4/3-2-896-2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı əmək müqaviləsinə xitam verilməsi əsaslı hesab edilə bilməz. Belə ki, işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, iddiaçı 28 mart 2020-ci il tarixdə işə başlamış, onunla əmək müqaviləsi 2 il 1 gün müddətinə, yəni 28 sentyabr 2022-ci il tarixədək bağlanmışdır. İddia ərizəsinə cavabdeh tərəfindən verilmiş etirazda iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xx.xx.2023-cü il tarixə qədər uzadıldığı qeyd edilsə də, bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə İddiaçı arasında bağlanmış 25 sentyabr 2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, iddiaçı X5 orta və kiçik tibb heyətində poliklinika üzrə təlimatçı vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi 1 ayı sınaq müddəti olmaqla 3 ay müddətinə bağlanmış, digər iş materiallarında olan “Əmək müqaviləsini bağlayan tərəflər haqqında məlumatlar”da göstərilmişdi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi 2 il 1 gün müddətinə, yəni 28 sentyabr 2022-ci il tarixədək bağlanmışdır. Bununla yanaşı Dövlət Tibbi-Sosial Ekspertiza və X8 Heyətinin sədri Anar Bayramov tərəfindən İddiaçı ünvanlandırılmış xəbərdarlıqda göstərilmişdir ki, “2023-cü il 28 mart tarixində əmək müqavilənizin müddəti bitir. Sizinlə növbəti dəfə əmək münasibətlərinin davam etdirilməsi nəzərdə tutulmadığından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə uyğun olaraq, Əmək Məcəlləsinin 68-ci mdadəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 2023-cü il 28 mart tarixində müddətli əmək müqavilənizə xitam veriləcəkdir.” Qeyd olunmalıdır ki, xəbərdarlıqda tarix göstərilməmiş, habelə “Tanış oldum” hissəsində iddiaçının imzası mövcud deyildir. Beləliklə, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin müddəti 28 sentyabr 2022-ci il tarixdə bitməsinə baxmayaraq, əmək münasibətlədi faktiki olaraq 28 mart 2023-cü il tarixədək davam etmişdir. Yəni, 28 sentyabr 2022-ci il tarixdə müqavilə tərəflərindən heç biri əmək münasibətlərinə son verilməsi təşəbbüsünü göstərməmişlər. Belə olan halda cavabdeh tərəfindən müqavilənin müddətinin məhz 28 mart 2023-cü il tarixində bitmiş hesab olunması əsaslı hesab edilə bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələblərinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Göründüyü kimi, hazırki işdə müqavilənin müddətli bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulan hallar müəyyən edilməmişdir. Eyni zamanda, yuxarıda qeyd olunduğu kimi iddiaçı cavabdeh qurumda 3 il müddətdə işləmişdir. Bu cür vəziyyətdə cavabdeh fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartları tətbiq edib işə qəbul və başqa işə keçirilməni həmin idarəetmə standartlarına uyğun olaraq aparması xarakterinə görə müddətsiz bağlanması tələb edilən işlərə görə müddətli əmək müqaviləsi bağlanmamalı idi. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 47-ci maddəsində əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bilməsi ilə bağlı bir sıra hallar göstərilib, lakin həmin hallar hüquqi nəticə etibarı ilə işəgötürəni və işçini müddətli əmək müqaviləsi bağlamağa məcbur etmir, əksinə onlara belə bir imkan verir ki, sözügedən maddədə göstərilən hallar olduqda əmək müqaviləsi müəyyən müddətə də bağlanıla bilər. Müddətli əmək müqaviləsinin bağlanması üçün əsas şərt- işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmasıdır. Əmək Məcəlləsinin 47- ci maddəsində göstərilən halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə bağlıdır. İddiaçı fasiləsiz və etirazsız olaraq cavabdeh qurumda 3 il ərzində işləməsinə və onun əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin müvəqqəti, mövsümü deyil, daimi xarakterə malik olmaqla qabaqcadan işəgötürənə bəlli olmasına və bir sözlə iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan hər hansı halların müəyyən edilməməsinə baxmayaraq işəgötürən iddiaçı ilə qanunsuz olaraq müddətli əmək müqaviləsi bağlamışdır. Bununla yanaşı Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Demək ki, iddiaçının müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixədək uzanmış hesab olunmalıdır. Göründüyü kimi işəgötürən əmək müqaviləsini Əmək Məcəlləsi ilə müəyyən edilmiş tələblərə uyğun ləğv etməsini sübuta yetirə bilməmişdir. Odurki, iddia tələbinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsini nəzərdə tutan 3-17-4/3-2-896-2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi” hissəsidə əsaslı olduğundan təmin edilməlidir. Tələbin “iddiaçının onun X2 X12 üzrə təlimatçı vəzifəsinə işə bərpa olunmağını və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsi mübahisələndirilən 3-17-4/3-2-896-2023 nömrəli, xx.xx.2023cü il tarixli əmrlə bağlı olduğundan məhkəmə hesab edir ki, sözügedən əmr əsassız olduğundan iddiaçının X12 üzrə təlimatçı vəzifəsinə işə bərpa olunmağı və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi öhdəliyi cavabdehin üzərinə həvalə olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, - iddiaçı barəsində töhmət növündə iltizam tənbeh tədbirinin tətbiq olunmasına dair 3-17-4/3-206/0/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmr və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə 3-17-4/3-2-896- 2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmr ləğv olunmalı, onun X2 X12 üzrə təlimatçı vəzifəsinə işə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi öhdəliyi cavabdehin üzərinə həvalə edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1 və 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Hazırki halda iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyinə və iddia təmin edildiyinə görə, ödənilməli dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul vəsaiti cavabdehdən dövlət nəfinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh publik hüquqi şəxsə qarşı “əmrin, iltizam tənbeh tədbirinin ləğv edilməsi və s.” tələbinə dair iddiası təmin edilsin. İddiaçı barəsində töhmət növündə iltizam tənbeh tədbirinin tətbiq olunmasına dair 3-17-4/3-206/0/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmr və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə 3-17-4/3-2-896-2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmr ləğv olunsun. İddiaçı X2 X12 üzrə təlimatçı vəzifəsinə işə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi öhdəliyi Cavabdehn üzərinə həvalə edilsin. Dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul vəsaiti Cavabdeh publik hüquqi şəxsdən tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-3063/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3063/2023
19.07.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver