Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3104/2021 13.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçı Əlı̇ yev İsmayıl Nurulla oğlunun iştirakı ilə, İddiaçı Əlı̇ yev İsmayıl Nurulla oğlunun Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: İddiaçı Əlı̇ yev İsmayıl Nurulla oğlu Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən hüquqi qeydiyyatdan keçirilərək müvafiq olaraq onun adına çıxarış verilmişdir. Cavabdeh onun ailə üzvü deyildir, onu tanımır və hansı əsasla ona məxsus mənzilə qeydiyyata alınması barədə məlumatı yoxdur. Cavabdeh bu mənzildə heç bir vaxt yaşamamışdır, onun kim olması ona bəlli deyildir və bu ünvanla heç bir əlaqəsi olmamışdır və yoxdur. Cavabdeh ona yad adamdır, heç bir qohumluq münasibəti yoxdur və qeyd edilən ünvanda heç bir vaxt yaşamamışdır. Onun harada yaşaması barədə məlumatı yoxdur. Uzun müddət keçməsinə baxmayaraq cavabdehin formal pasport qeydiyyatı hələ də qalmaqdadır. Halbuki cavabdehin pasport qeydiyyatında qalması onun xüsusi mülk mənzilinə olan hüquqlarının həyata keçirilməsinə maneçilik törədir, mülkiyyət hüquqlarını məhdudlaşdırır. Ona aid bu mənzildə heç bir əşya və əmlak olmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Əlı̇ yev İsmayıl Nurulla oğlu iddianı müdafiə edərək həmçinin bildirdi ki, cavabdehin mülkiyyətində olan mənzil ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasındadır, onun mənzili isə həmin ünvanda yerləşən 12 mərtəbəli yaşayış binasındadır. Ünvanlar eyni olsa da, mənzillər başqadır. O, hazırda mənzilini satmaq istəyir və cavabdehin onun mənzilində qeydiyyatda olması bununla bağlı çətinliklər yaradır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, 01912221 saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X2 küçəsi, ev 3 b, mənzil 3 xüsusi mülkiyyət hüququ üzrə Əlı̇ yev İsmayıl Nurulla oğlunun adına qeydiyyatdan keçirilmiş və bu barədə xx xxxxx 2011-ci il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surətindən görünür ki, xx xxxxxx 1958-ci il təvəllüdlü Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, 8-ci mkr., S.S.Axundov küçəsi, 3B saylı evin 3 saylı mənzilində qeydiyyatdadır; Binəqədi rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyi 106 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx xxxx 2021-ci il tarixli, 95 nömrəli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, 8-ci mkr., S.S.Axundov küçəsi, 3B saylı evin 3 saylı mənzilində qeydiyyatdadır. Bina 12 mərtəbəlidir; Binəqədi rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyi 106 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, 65 nömrəli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, 8-ci mkr., S.S.Axundov küçəsi, 3B saylı evin 3 saylı mənzilində qeydiyyatdadır. Bina 5 mərtəbəlidir. Binəqədi rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyi 106 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx xxxx 2021-ci il tarixli, 95 nömrəli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, 8-ci mkr., S.S.Axundov küçəsi, 3B saylı evin 3 saylı mənzilində qeydiyyatdadır. Bina 3B, 12 mərtəbəlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., S.S.Axundov küçəsində iki 3B nömrəli yaşayış binaları mövcuddur, biri 5 mərtəbəli, digəri isə 12 mərtəbəli. İddiaçıya məxsus 3 saylı mənzil 12 mərtəbəli binada, cavabdehə məxsus mənzil isə 5 mərtəbəli binada yerləşir. Lakin cavabdeh iddiaçıya məxsus mənzildə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə qeydiyyata alınması faktına onun bu mənzilə istifadə hüquqlarının yaranması kimi qiymət verilməsi qanunun tələblərinə ziddir. Belə ki, yuxarıda istinad edilən maddi hüquq normalarının məzmunundan müəyyən olunur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçının mülkiyətində olan ünvan 1 ünvanında istifadə hüquqları mövcud olmadığından, mövcud olmayan hüquqların itirilməsi qeyri-mümkündür. Ona görə də iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Əlı̇ yev İsmayıl Nurulla oğlunun Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Hazırkı qətnamə Cavabdeh iddiaçı Əlı̇ yev İsmayıl Nurulla oğlunun mülkiyətində olan ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-3104/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3104/2021
13.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver