Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3138/2022 30.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi X5 iştirakları ilə, Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) “nikahın qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə, daha sonra isə ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə X7 arasında olan nikahın qeyd edilməsi faktının müəyyən edilməsi və bununla bağlı nikah haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmaqla Ermənistan Respublikası, Spitak rayonunun VVADQ şöbəsində X7 ilə X12 arasında 1960-cı ildə nikahın bağlanması və nikah bağlandıqdan sonra ərə “Rüstəmov”, arvada “Rüstəmova” soyadının verilməsinin göstərilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 1942-ci ildə Ermənistan Respublikasının Spitak rayonunda anadan olmuşdur. 1980-ci illərin sonlarında milli münasibətlər zəminində Ermənistanda vəziyyət gərginləşəndən sonra, o, ailəsi ilə birlikdə Azərbaycana, Bakı şəhərinə gələrək Ermənistandakı evlərini Bakı şəhərinin hazırda yaşadıqları - ünvan 1 ünvanına dəyişmişlər. O, hal-hazırda uşaqları ilə birlikdə həmin ünvanda yaşayır. Mərhum əri - X7 ilə ailə münasibətlərinə, Ermənistanda yaşayarkən daxil olmuş və nikahlarını Spitak rayonunun vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsində rəsmi olaraq qeyd etdirmişlər. Birgə nikahdan dörd övladları doğulmuş və doğum şəhadətnamələrində valideynləri qrafasında əri ilə onun adı qeyd olunmuşdur. Əri - X7, 29 dekabr 2021-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. Qeyd elədiyi kimi, Ermənistanda milli münaqişə zəminində hadisələrdən sonra onlar, bütün sərvətlərini orada qoyaraq Azərbaycana qaçarkən, bəzi sənədlər istisna olmaqla, ailəsinin şəxsi əşyaları ilə birlikdə bütün sənədləri də orada qalmışdır. Hal-hazırda bəzi zəruri işlərin və fəaliyyətlərin həyata keçirilməsində, nikah haqqında şəhadətnaməsinin olmaması ona maneçilik yaradır. Odur ki, maneçiliyin aradan qaldırılmasından ötrü, qohumluq münasibətlərinin tanınması və ya müəyyən olunması barədə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda qeyd olunan məzmunda izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Həmçinin əlavə olaraq qeyd etdi ki, onun soyadı ailə qurmamışdan əvvəl “Namazova” olsa da, ailə qurduqdan sonra öz ərinin soyadını qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi ərizəçinin izahatını müdafiə edərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq ərizəyə etiraz etmədiklərini və ərizənin təmin edilibedilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdıqlarını və məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və onun nümayəndəsinin izahatlarını, habelə şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X13 ifadəsində göstərmişdir ki, ərizəçi onun bacısıdır. Bacısı 1960-cı ildə Qarasimlə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Bacısının qızlıq soyadı Namazova olmuş, nikaha daxil olduqdan sonra isə Mürvətova soyadına keçmişdir. Bacısının Qarasimlə birgə nikahından İlham, Xanvaş, Gülsavat, Savad adlı 4 uşağı vardır. Qarasim 2021-ci ildə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X8 ifadəsində göstərmişdir ki, ərizəçi onun anası, mərhum X7 isə atasıdır. Atası ilə anası 1960-cı ildə nikaha daxil olmuş və bu nikahdan 1964-cü ildə o, anadan olmuşdur. Ondan əlavə bu nikahdan üç uşaq da doğulmuşdur. Anasının qızlıq soyadı Namazova olmuşdur. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, o, ailə qurduğuna görə “Yaqubova” soyadını qəbul etmişdir. Atası 24 dekabr 2021-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X2 ifadəsində göstərmişdir ki, ərizəçi onun anası, mərhum X7 isə atasıdır. Atası ilə anası 1960-cı ildə nikaha daxil olmuş və bu nikahdan 1968-ci ildə o, anadan olmuşdur. Ondan əlavə bu nikahdan üç uşaq da doğulmuşdur. Anasının qızlıq soyadı Namazova olmuşdur. Həmçinin ona verilmiş suala cavab olaraq bildirmişdir ki, atası 24 dekabr 2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan: İ-ЗЖ seriyalı 193091 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1942-ci il tarixdə Ermənistan Respublikası, Spitak rayonunda anadan olmuş X9 atası Əli Namazov, anası isə X6r; İ-ЗЖ seriyalı 365432 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 03 yanvar 1961-ci il tarixdə Ermənistan Respublikası, Spitak rayonunda anadan olmuş X3 atası X7, anası isə Ərizəçidır; İ-ЗЖ seriyalı 716944 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 19 may 1964-cü il tarixdə Ermənistan Respublikası, Spitak rayonunda anadan olmuş X4 atası X7, anası isə Ərizəçidır; İ-ЗЖ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 17 aprel 1968-ci il tarixdə Ermənistan Respublikası, Spitak rayonunda anadan olmuş X1 atası X7, anası isə Ərizəçidır; İ-ЗЖ seriyalı 136894 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 15 noyabr 1970-ci il tarixdə Ermənistan Respublikası, Spitak rayonunda anadan olmuş X5 atası X7, anası isə Ərizəçidır; AZ-İİ seriyalı 255229 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 24 dekabr 2021-ci il tarixdə ölmüşdür; Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı 15 aprel 2022-ci il tarixli məktubdan görünür ki, sonuncunun nikah haqqında akt qeydinin bərpası ilə bağlı müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Qeyd olunanları nəzərə alaraq nikah haqqında akt qeydinin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir; 12 aprel 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırki ərizənin məhkəməyə verilməsi üçün ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, X7 ilə X12 arasında 1960-ci ildə Ermənistan Respublikasının Spitak rayonunda nikah bağlanmış, nikahdan sonra sonuncu “Rüstəmova” soyadını qəbul etmişdir. Həmin nikahdan onların Xanvaş, Savat, Gülsavat və İlham adında 4 uşaqları anadan olmuşdur. Məlum hadisələrlə bağlı ərizəçi və ailəsi yaşadıqları Spitak rayonunu tərk edərkən nikah haqqında şəhadətnamələri orada qalmışdır. Ərizəçinin əri X7 24 dekabr 2021-ci il tarixdə ölmüşdür. Ərizəçi nikah qeydinin bərpa edilməsi üçün Maraqlı şəxsnə müraciət etsə də, lakin bu qurum nikah haqqında qeydinin bərpa edilməsinin qeyri-mümkün olduğunu bildirərək ərizəçiyə məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Hazırda ərizəçiyə sənədləşmə işlərinin aparılması üçün nikahın qeyd edilmə faktının müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmçinin, həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin qərarın 4.5-ci bəndinə əsasən nikahın qeydə alınma faktının müəyyən edilməsi xahişi ilə məhkəməyə o, halda müraciət edilə bilər ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının itmiş qeydin bərpa edilməsinin mümkün olmamasını təsdiq edən sənəd mövcud olsun. Məhkəmə ər-arvadın hər ikisinin sağ olduqları dövrdə onların nikahının qeydə alınması faktının müəyyən edilməsindən imtina edə bilməz, çünki qanunvericilik buna hər hansı məhdudiyyət qoymamışdır. Nikahın qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə ər və ya arvad, yaxud onların hər ikisi müraciət edə bilər. Məhkəməyə ər-arvaddan biri ərizə verdikdə, digəri maraqlı şəxs qismində işdə iştirak etməyə cəlb edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 14-cü bəndində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göründüyü kimi, ərizəçi nikah qeydinin bərpası ilə bağlı qeydiyyat şöbəsinə müraciət etsə də, qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər olmadığından bərpa etmək mümkün olmamışdır. Ərizəçinin nikah haqqında qeydinin bərpası başqa qaydada mümkün deyildir. Ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt hüquqi əhəmiyyətli olduğu üçün məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, X7 ilə X12 arasında olan nikahın qeyd edilmə faktı müəyyən edilməli və bununla bağlı nikah haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmaqla, Ermənistan Respublikası, Spitak rayonunun VVADQ şöbəsində X7 ilə X12 arasında XX.XX.1960-ci il tarixdə nikahın bağlanması və nikah bağlandıqdan sonra ərə “Rüstəmov”, arvada “Rüstəmova” soyadının verilməsi göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, hazırki ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi ərizəsi təmin edilsin. X7 ilə X12 arasında olan nikahın qeyd edilmə faktı müəyyən edilsin və bununla bağlı nikah haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmaqla, Ermənistan Respublikası, Spitak rayonunun VVADQ şöbəsində X7 ilə X12 arasında XX.XX.1960-ci il tarixdə nikahın bağlanması və nikah bağlandıqdan sonra ərə “Rüstəmov”, arvada “Rüstəmova” soyadının verilməsi göstərilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-3138/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3138/2022
30.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver