Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3181/2025 05.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi ilə, İlkin iddia tələbi üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X1 Cavabdeh qarşı “mənzilə olan pay hüququnun və istifadə hüququnun tanınması” tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 və X2 qarşı “cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilmiş hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X3 Cavabdeh qarşı “mənzilə olan pay hüququnun və istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 və X2 qarşı “cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilmiş hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra ilkin iddia tələbi üzrə iddiaçı tərəfin nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında barışığın əldə edilməsini əsas gətirərək iddia tələbindən imtinanın qəbul edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında barışığın əldə edilməsini əsas gətirərək iddia tələbindən imtinanın qəbul edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizələri nəzərdən keçirərək, hesab edir ki, ilkin və qarşılıqlı iddia ərizələri üzə tərəflər iddia tələblərindən imtina etdiklərindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Bununla yanaşı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.4cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4, 263-264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İlkin iddia tələbi üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X1 Cavabdeh qarşı “mənzilə olan pay hüququnun və istifadə hüququnun tanınması” tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 və X2 qarşı “cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilmiş hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildiyindən, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İddiaçı1 tərəfindən Hökümət ödəniş portalı vasitəsilə dövlət büdcəsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına xx.xx.2025-ci il tarixdə ödənilmiş ********** qəbz nömrəli 100 (bir yüz) manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh tərəfindən Hökümət ödəniş portalı vasitəsilə dövlət büdcəsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına xx.xx.2025-ci il tarixdə ödənilmiş ********** qəbz nömrəli 100 (bir yüz) manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-3181/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3181/2025
05.08.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver