Məhkəmə qərarları › İş №2(001)-3182/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3182/2024

16.07.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3182/2024 16.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Məhərrəmli Vüsal İbadullah oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və xx.xx.2006-cı il təvəllüdlü X2 ünvan 1 ünvanda yerləşən və iki otaqdan ibarət fərdi yaşayış evinə köçürülmələrinə və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2005-ci il tarixdə rəsmi nikaha girərək evlənib ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2006-cı il tarixdə Qurbanlı Elşad, xx.xx.2010-cu il tarixdə Qurbanlı Erkin adlı uşaqları anadan olmuşdur. Binəqədi rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Qeyd olunmalıdır ki, 2008-ci ildə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini almış, həmin tarixdən də birlikdə yaşamışlar. Fərdi yaşayış evinə aid kommunal xərclər onun tərəfindən ödənilmişdir. Cavabdeh Qurbanova (Abidova) Vüsalə İsmayıl qızı nikahları pozulduqdan sonra, onun həmin evdə yaşamağına imkan verməmiş, o, məcbur qalaraq kirayədə yaşayır və evə köçüb yaşamaq istəsə də, evə daxil olaraq yaşamağına imkan verməmişdir. O, dəfələrlə fərdi yaşayış evinə köçüb yaşamaq istəsə də, cavabdeh onu evə buraxmamışdır. Halbu ki, fərdi yaşayış evi onun daimi yaşayış yeri olmuş və cavabdehlə eyni hüquqlara malikdir. Qeyd olunanlardan da görünür ki, cavabdeh tərəfindən qeyriqanuni olaraq yaşayış yerindən məhrum edilmiş və onun hüquqları kobud şəkildə pozmuşdur. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, sözügedən ev birgə nikahda alınmış, iki otaqlı evir. Onun qeydiyyatı yoxdur ora, cavabdeh isə həmin evdə qeydiyyatdadır. Evi ailə qurandan sonra almış, evin çıxarışı yoxdur. Evi alandan 1-2 gün əvvəl yanğın zamanında şəxsiyyət vəsiqəsi yanmışdır, bu səbəbdən o, qeydiyyata düşə bilməmişdir. 13 il həmin evdə yaşamış, qonşuları təsdiq edə bilər. Məhkəmənin əvvəlki xx.xx.2024-cü il tarixli iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, sözügedən ev birgə nikah dövründə təxminən 2007-2008-ci illərdə alınıb. 2021-ci il tarixli qətnamə ilə aralarındakı nikah pozulmuş və birgə nikahdan doğulmuş Qurbanov Elşad atasının himayəsində, Qurbanov Erkin isə onun himayəsində saxlanılmışdır. İddiaçı nikah pozulandan sonra onunla yaşamır, köçürülməsinə də etiraz edir. O, iddiaçı ilə bir evdə yaşaya bilməz, ev satılsın paylar ayrılsın. Həmçinin iddia ərizəsində qeyd edib ki, oğlu Qurbanov Elşadla birgə köçürülsün. Bildirir ki, Elşad onun yanında qalır. Nikah pozularkən alimentə görə razılığa gəlmişlər ki, bir uşaq onun, digəri isə iddiaçının himayəsin qalsın. Bir müddət atası ilə yaşadı, lakin hazırda faktiki onun yanında yaşayır. Məhkəmənin xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçı iddia tələbini qəbul edərək, İddiaçı mübahisəli mənzilə köçüb yaşamasına etiraz etmədiyini bildirmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, tərəflərlə qonşudur. İddiaçı 2006-cı ildən 2022-ci ilə kimi həmin mənzildə yaşadığını görmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Tərəflərin izahatları ilə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh ilə xx.xx.2005-ci il tarixdə rəsmi nikaha girərək ailə qurmuşlar. 2008-ci ildə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi alınmış və həmin tarixdən birlikdə yaşamışlar. Binəqədi rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. İş üzrə mübahisəsiz qaydada təsdiq olunur ki, iddiaçı nikah pozulanadək mübahisəli evdə cavabdehlə birgə yaşamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd edilməlidir ki, hazırda cavabdeh X1 iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, cavabdehin iddianı etirafı məhkəmə tərəfindən qəbul olunmalı və iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia təmin olunduğundan onun verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı və (tərəflərin birgə nikahlarından doğulmuş) xx.xx.2006-cı il təvəllüdlü X4 ünvan 1 ünvanda yerləşən 2 otaqdan ibarət fərdi yaşayış evinə köçürülsünlər. İddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar