Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-32/2021 05.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X4 Edilməsi Agentliyi” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24.12.2014-cü il tarixdə 349 saylı kredit müqaviləsinə əsasən borc üzrə 4530,15 manat, faiz borcu üzrə 1287,32 manat olmaqla, cəmi 5817,47 manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı əsl İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ilə əvəz edilmişdir. 02.11.2021-ci il tarixində iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh 24.120.2014-cü il tarixli 349 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 3330,15 manat, faiz borcu üzrə 1287,32 manat olmaqla, cəmi 4617,47 manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq BOKT İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli,570 saylı fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış,tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli kreditlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. "xxxx" QSC ilə “X5 Edilməsi Agentliyi” MMC arasında 16.09.2016-cı il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən İddiaçı QSC-yə keçmiş, "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X5 Edilməsi Agentliyi” MMC həyata keçirir. Xidməti müqaviləyə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı sərəcamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-1031 saylı, 26 dekabr 2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC-nin Nizami flialı ilə Cavabdeh arasında 24.12.2014-cü il tarixdə 349 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 18 % tətbiq edilməklə, 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. 24.12.2014-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Müqavilənin 5.3-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı borcalanın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixdən başlanır. Kredit vəsaitindən istifadə müddəti 24.12.2017-ci il tarixində bitir. Bank tərəfindən pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıq edilmiş və qeyd edilən kredit müqaviləsi üzrə borcun tez bir zamanda banka ödənilməsi tələb edilmişdir. Lakin cavabdeh öhdəliklərinin icrasından boyun qaçırır. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişir ki, iddiaya etiraz edir. Belə ki, o bankın əməkdaşı olduğu üçün ona əslində 10 faizlə kredit verilməli idi. İlk müqavilə 12 may 2014-cü ildə 5000 manat kreditin verilməsi ilə bağlı olmuş, sonradan, yəni 24 dekabr 2014-cü ildə hazırki müqavilə əsasında 9000 kreditin ayrılması nəzərdə tutulmuş və həmin ayırmalardan müəyyən hissə evvəlki kredit borcunu bağlamış və qalıq məbləğ ona verilmişdir. Lakin bankın əməkdaşı texniki səhv olaraq müqavilədə faizin dərəcəsini 18 faiz qeyd etmişdir. Müqavilə bağlanan zaman bu onun gözündən qaçmışdır. Əslində onun hesablamalarına görə banka tələb olunan məbləğdə borcu yoxdur. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 349 F saylı, 24 dekabr 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, borc verən borc alana məişət avadanlıqları üçün 9000 manat məbləğində kredit xəttinin açılmasını, borcalan isə krediti qəbul etməyi, bu müqavilədə göstərilən müdddətdə və qaydada kredit və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürür. Müqavilənin 5.4-cü bəndinə əsasən borcalana verilən kreditdən istifadə müddəi 36 aydır. Müqavilənin 5.5-ci maddəsinə əsasən kredit vəsaitindən istifadə müddəti 24 dekabr 2017-ci il tarixində bitir. Kredit müqaviləsinə uyğun olaraq təqdim edilən ödəniş cədvəlindən görünür ki, 12.05.2014-cü il tarixində cavabdehə 36 ay müddətinə illik 10 % dərəcəsi ilə, aylıq ödəniş 161,34 manat olmaqla, 5000 manat məbləğində kredit verilmişdir. İlkin ödəniş tarixi 12 iyun 2014-cü il, sonuncu ödəniş tarixi 12 may 2017-ci il olaraq müəyyən edilmişdir. Hesabdan çıxarış məlumatından görünür ki, bank tərəfindən cavabdehə 12.05.2014-cü il tarixində 5000 manat, 24.12.2014-cü il tarixində isə 9000 manat məbləğində kredit verilmişdir. “X4 Edilməsi Agentliyi” MMC-nin Cavabdeh ünvanladığı 21 sentyabr 2018-ci il tarixli 2499 saylı bildirişdən görünür ki, cavabdehə tələbin güzəşt edilməsi və borc məbləği barədə məlumat verilmişdir. Həmçinin cavabdehdən 10 gün müddətində borc məbləğinin ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış 11 avqust 2015-ci il tarixli "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair müqavilənin surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanına uyğun olaraq "xxxx" ASC həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq İddiaçı QSC-nin idarəetməsinə verməyi və eyni zamanda həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da İddiaçı QSC-yə güzəşt etməyi öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış problemli aktivlər üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair 21 aprel 2017-ci il tarixli müqaviləyə Əlavədən görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satınalınması ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair 26 dekabr 2017-ci il tarixli, S-FK-1031 saylı akta əsasən borclu Cavabdeh cəmi 5817,47 manat məbləğində borcunun tələb edilməsi hüququ İddiaçı QSC-yə təvil verilmişdir. İddiaçı QSC BOKT adından "xxxx" MMC-nin icraçı direktoru S.Bəkirov tərəfindən məhkəməyə təqdim edilən 02.11.2021-ci il tarixli, 4359 saylı maliyyə arayışından görünür ki, 24.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən banka 01.11.2021-ci il tarixində 1200 manat ödəniş edilmiş, müştərinin 01.11.2021-ci il tarixə İddiaçı QSC-yə əsas borca görə 3330,15 manat, faiz borcuna görə 1287,32 manat olmaqla, ümumilikdə 4617,47 manat məbləğində borcu vardır. Borc ”ABB” ASC tərəfindən İddiaçı QSC-yə 28.07.2017-ci il tarixində ötürülmüş və ötürülən məbləğ 5817,47 manat həddində olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksperizası Mərkəzinin 18 avqust 2021-ci il tarixli, 9/4248 saylı ekspert rəyindən görünür ki, "xxxx" ASC-nin Nizami flialı ilə Cavabdeh arasında 24.12.2014-cü il tarixdə 349 saylı kredit müqaviləsi üzrə Cavabdeh “X4 Edilməsi Agentliyi” MMC-yə olan borcu müqavilənin bitmə tarixinə yəni 24.12.2017-ci il tarixinə əsas borca görə 3988,78 manat, faiz borcuna görə 1348,21 manat, maliyyə arayışının tarixinə yəni 19.04.2021-ci il tarixə illik 5 % hesablanmaqla əsas borc üzrə 3988,78 manat, faiz borcu üzrə 2010,23 manat olduğu müəyyən edilmişdir. Ekspert tədqiqatının dəyəri 100 manatdır. 31.10.2018-ci il tarixində iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödəmişdir. Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququ 11 avqust 2015-ci il tarixli müqavilə əsasında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına keçmişdir. Həmin Fərmanın icrası ilə bağlı "xxxx" ASC-nin X2 qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 26 dekabr 2017-ci il tarixli, S-FK-1031 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Akta əsasən borclu Cavabdeh aid hüquqi sənədlər, borc və ipoteka müqaviləsi, borcun alınmasını təsdiq edən sənədlərin əsli və ya müvafiq qaydada təsdiq olunmuş surəti “Borc alan” Cavabdeh borc məbləği ilə birlikdə "xxxx" ASC tərəfindən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Məhkəmə tərəfindən eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında imzalanmış 24 dekabr 2014-cü il tarixli, 349 F saylı kredit müqaviləsinə əsasən məişət avadanlıqlarının alınması məqsədilə ilə borcluya, illik 18 faiz dərəcəsi ilə, 36 ay müddətinə 9000 manat məbləğində kredit vermişdir. Borcalan isə krediti və ona hesablanmış faizləri ödəniş cədvəlinə uyğun şəkildə qaytarmaq barədə öhdəlik götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmədiyindən iddiaçı cavabdehin bank borcunun yarandığını iddia edir. Mülki iş üzrə mübahisənin obyektiv həlli üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksperizası Mərkəzinin 18 avqust 2021-ci il tarixli, 9/4248 saylı rəyinə əsasən Cavabdeh “X4 Edilməsi Agentliyi” MMC-yə olan borcu müqavilənin bitmə tarixinə yəni 24.12.2017-ci il tarixinə əsas borca görə 3988,78 manat, faiz borcuna görə 1348,21 manat, maliyyə arayışının tarixinə yəni 19.04.2021-ci il tarixə illik 5 % hesablanmaqla əsas borc üzrə 3988,78 manat, faiz borcu üzrə 2010,23 manat olduğu müəyyən edilmişdir. Ekspertiza aparılan zaman illik faiz məbləğinin 18 % olması nəzərə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, kreditora olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi ödəməlidir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcuna münasibətdə hesab edir ki, 24 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcu iddia tələbi həddində müəyyən edilməli, belə ki, ekspertiza tədqiqatı nəticəsində müəyyən edilən məbləğ iddiaçı tərəfindən tələb edilən məbləğdən artıqdır. Odur ki, cavabdehdən 24 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə tutulmalı olan məbləğ əsas borca görə 3330.15 manat, faiz borcuna görə 1287.32 manat məbləğində müəyyən edilməlidir. Cavabdeh iddia tələbinə etirazının əsası kimi istinad etdiyi hallara dair hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən iddianın qismən təmin edilməsi və ya rədd edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 24 dekabr 2014-cü il tarixli, 349 F saylı kredit müqaviləsi üzrə əsas borca görə 3330,15 manat, faiz borcuna görə 1287,32 manat olmaqla, ümumilikdə 4617,47 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı BOKT İddiaçı QSC-yə ödənilməlidir. Həmçinin mülki iş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 24 dekabr 2014-cü il tarixli, 349 F saylı kredit müqaviləsi üzrə əsas borca görə 3330,15 (üç min üç yüz otuz manat, on beş qəpik) manat, faiz borcuna görə 1287,32 (min iki yüz səksən yeddi manat, otuz iki qəpik) manat olmaqla, ümumilikdə 4617,47 (dörd min altı yüz on yeddi manat, qırx yeddi qəpik) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı BOKT İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-32/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-32/2021
05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver