Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3201/2020 13.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, Ərizəçilərin vəkili Vəkil iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 Böyükağa qızı və Ərizəçi3 Böyükağa qızının Əhrabiyan X5 onların ata tərəfdən babası olması üzrə qohumluq münasibətlərinin müəyyən edilməsi və Əhrabiyan X5 mülkiyyətində olmuş daşınmaz əmlakın miras olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 Böyükağa qızı və Ərizəçi3 Böyükağa qızı maraqlı şəxslər qismində Bakı şəhəri Maraqlı şəxs2 və Bakı şəhəri 14 saylı notariat ofisini qeyd etməklə,Əhrabiyan X5 onların ata tərəfdən babası olması üzrə qohumluq münasibətlərinin müəyyən edilməsi və Əhrabiyan X5 mülkiyyətində olmuş daşınmaz əmlakın miras olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçilərin atası - xx.xx.1925-ci il təvəllüdlü Əhrabiyan BöyükX14 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Ərizəçilərin ata tərəfdən babaları Əhrabiyan X5 İran İslam Respublikasının Təbriz şəhərində daşınmaz əmlakı olmuş və hazırda bu əmlakla bağlı ərizəçilərin mərhum ataları varis olmuşdur. Həmçinin, ərizəçilərin anası - xx.xx.1931-ci il təvəllüdlü X1 da xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Hazırda ərizəçilərin ata tərəfdən babalarından miras qalmış əmlakla bağlı mərhum ataları Əhrabiyan Böyük X8 vərəsələrinin dairəsinin müəyyən edilməsinə ehtiyac duyulur. Lakin Əhrabiyan X5 ərizəçilərin ata tərəfdən babası olması barədə heç bir rəsmi sənəd mövcdu deyil. Çünki ərizəçilərin atalarının doğum haqqında şəhadətnaməsi onlarda yoxdur. Ərizəçilərin atalarının doğum haqqında şəhadətnaməsi olmadığına görə onlar babalarından onlara qalmış əmlakı miras kimi qəbul edə bilmirlər. Ata tərəfindən babaları olan Əhrabiyan X3 miras qalmış daşınmaz əmlaka dair ərizəçilərə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün maraqlı şəxs Bakı şəhəri 14 saylı notaiat ofisinə müraciət etsələr də, qohumluq münasibətlərini sübut edən sənədin təqdim olunmadığı bildirilərək şəhdətnamə verilməsindən imtina edilmişdir. Qeyd olunanlara əsasən ərizəçilər Əhrabiyan X5 onların ata tərəfdən babaları olması üzrə qohumluq münasibətlərinin müəyyən edilməsi və Əhrabiyan X5 mülkiyyətində olmuş daşınmaz əmlaka mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən ərizəçilərin vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, maraqlı şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçilərin vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 14 saylı Notariat ofisinin xx xxxx 2020-ci il tarixli cavab məktubunda aşağıdakılar göstərilmişdir: “Əhrabiyan X3 miras qalmış əmlaka dair adınıza vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 14 saylı notariat ofisinə daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 102-ci bəndinin tələblərinə uyğun olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölümü faktını, vərəsəliyin açıldığı vaxtı və yeri ... , şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar dəb etmək yolu ilə yoxlayır. Ölüm faktı və vərəsəliyin açıldığı vaxt miras qoyanın ölümü haqqında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnaməsi ilə təsdiq edilir. Vərəsələrin miras qoyanla qohumluq və digər münasibətləri Qeydiyyat orqanlarının şəhadətnamələri, yaş kağızı kitablarından çıxarışlar, pasportlarda uşaqlar və ər (arvad) haqqında qeydlər, qohumluq münasibətlərinin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrinin surəti ilə sübut edilir. Həmin təlimatın 107-ci bəndinə əsasən miras əmlakın tərkibində daşınmaz əmlak olduqda notarius daşınmaz əmlakın miras qoyana məxsus olması haqqında hüquqmüəyyənedici sənəd, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə qadağanın və ya bu əmlak üzərində həbsin olub-olmadığı barədə və miras qoyanın yaşayış yeri haqqında mənzil-istismar idarəsinin arayışını tələb edir. Müraciətiniz araşdırılarkən X9 Mehdi oglunun ölüm haqqında şəhadətnaməsi, Sizin miras qoyanla qohumluq münasibətlərininizi sübut edən sənəd həmçinin, qanunvericilikdə nəzərdə tutulan digər zəruri sənədlərin heç birinin təqdim olunmadığı müəyyən edilmişdir. Bu səbəbdən də miras əmlaka dair adınıza vərəsə hüququ haqqında şəhadətnamə vermək imkanımız xaricindədir”. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Pişiyari (Əhrabiyan) Xuraman Böyükağa qızı, Məmmədova (Əhrabiyan) Mehriban Böyükağa qızı və Zeynalova (Əhrabiyan) Nigar Böyükağa qızının ataları Əhrabiyan Böyük X14, anaları isə Məmmədova X6r. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Əhrabiyan BöyükX14 xx xxxxx 2008-ci il tarixdə, X1 isə xx xxxxxx 2012-ci il tarixdə ölmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində göstərdi ki, o, Zeynalova (Əhrabiyan) Nigar Böyükağa qızının əridir. X9 Mehdi oglu arvadının ata tərəfdən babasıdır. Eyni zamanda onun özünə də qohumluğu çatır. X9 Mehdi oglu Təbriz şəhərində yaşayıb və ölüb, onun orada əmlakı olub. Aralarında sıx əlaqələr var idi. Demək olar ki, hər il gediş-gəliş olurdu. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, X9 Mehdi oglu onun anasının babasıdır. İran İslam Respublikasının Təbriz şəhərində yaşayıb və orada ölüb. X9 Mehdi oglunun ölümünədək münasibətləri daim olub, tez-tez İrana gedibgəliblər. Məlumatları var ki, X9 Mehdi oglunun Təbriz şəhərində torpaq sahəsi var. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... Məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur”. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə ərizənin “Əhrabiyan X5 mülkiyyətində olmuş daşınmaz əmlakın miras olaraq qəbul edilməsi faktının müəyyən edilməsi” hissəsinə münasibət bildirərək qeyd edri ki,“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 10-cu bəndində aşağıdakılar göstərilmişdi: “Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir”. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, Əhrabiyan X5 ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ata tərəfdən babaları olması faktı müəyyən edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Əhrabiyan X5 ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ata tərəfdən babaları olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-3201/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3201/2020
13.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver